Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-487/2024 21.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1964-cü ildə Beyləqan ray., Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində Sumqayıt şəh., 44-cü məhəllə 1 nömrəli evin həyətində Şahid məxsus “Mercedes Benz” markalı, **-MN- *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun saçlarından tutub ənsə nahiyəsinə yumruq zərbəsi ilə bir dəfə vurmaqla ona ənsə nahiyəsinin dərialtı hematomasından ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilməyərək qeyd etdi ki, Nərmin onun doğma qızıdır. Onunla hər hansı ədavət və ya düşmənçiliyi yoxdur. Nərmin 3 il müddətdir ki, ərindən boşanaraq iki övladı ilə birlikdə Sumqayıt şəhərində yaşayır. O da hərdən Nərminin yanına gəlib onunla qalır. Belə i, Nərminin 2 ay öncə Mirhəmid adlı şəxslə ailəvi dostluq münasibətində olmasını bilmiş və onun da Mirhəmidlə tanışlığı yaranmışdır. xx.xx.2024-cü il tarixdə o, yenə də Nərmingilə gələrək onlarda qalmışdır. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində həmin evdə olan zaman yuxudan oyanıb Nərminin evdə olmadığını görmüşdür. Uşaqlardan Nərminin harada olduğunu soruşduqda Nərminin aşağıya düşdüyünü demişlər. Həyətə düşdükdə Nərminin Mirhəmidə məxsus “Mercedes" markalı avtomobildə əyləşib söhbət etdiklərini görmüşdür. O, əsəbləşərək avtomobilin arxa qapsını açıb əyləşərək Nərmindən həmin vaxtda Mirhəmidlə nə etdiklərini soruşmuş, nəticədə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbləşib sağ əli ilə Nərminin saçlarından tutaraq özünə tərəf çəkmiş, lakin onu vurmamışdır. Nərmin də 102 xidmətinə zəng edərək şikayətini bildirmişdir. O, Mirhəmidlə də bu barədə mübahisə edərək evə geri qayıtmış, Nərmin orada qalmışdır. Həmin mübahisə təxminən 1-2 dəqiqə davam etmiş, həmin vaxt orada başqa hansı şəxs olmamış, həmçinin Nərmin yaxud Mirhəmid ona hər hansı xəsarət yetirməmişdir. Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs özünü törədilmiş əməldə təqsirli bilmiş və əməlindən peşman olduğunu qeyd etmişdir. Hazırda zərərçəkmişlə barışmış, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 3 ildir ki, ərindən ayrılaraq övladları Damla və Raul ilə birlikdə yuxarıda göstərmiş olduğu ünvanda kirayə yaşayır. Atası Məlik arasıra gəlib onunla birlikdə qalır. Belə ki, xx.xx.2024-cü ii tarixdə atası yenə onlara gəlmişdir. Qeyd edir ki, 6 aydır ki, Şahid ilə aralarında dostluq münasibətləri yaranmışdır. Mirhəmid hərdən arvadı ilə yaxud tək onun yaşadığı evə gəlib getmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində o, Mirhəmidlə mobil telefonla əlaqə saxlayaraq dərman almaq məqsədilə aptekə getmək istədiyini söyləmiş, Mirhəmid də onu gözləməsini, gələrək onu aptekə aparacağını demişdir. O da razılaşmışdır. Mirhəmid xx.xx.2024-cü il tarixdə, təxminən 01:00 radələrində özünə məxsus "Mercedes Benz” markalı, ** MN *** d.q. nişanlı avtomobil ilə onların yaşadığı məhəlləyə gəlmiş, o, aşağı düşüb avtomobilə əyləşmişdir. Mirhəmid özünü yaxşı hiss etmədiyini deyib bir qədər avtomobildə gözləməsini söyləmiş, o da avtomobilin ön sərnişin oturacağında onunla əyləşib söhbət etməyə başlamışdır. Bu zaman gözlənilmədən atası Məlik həmin yerə gəlib avtomobilin arxa qapısını açaraq avtomobilə əyləşmiş, atası ona qarşı nalayiq ifadələr işlətməklə Mirhəmidin yanında nə gəzdiyini soruşmuşdur. Atasına Mirhəmidlə aptekə gedəcəyini izah etdikdə atası onun saçlarından tutub yolaraq başının ənsə nahiyəsinə yumruq zərbəsi ilə bir dəfə vurmuşdur. Atası həmçinin Mirhəmidlə mübahisə edərək ona qarşı nalayiq ifadələr işlətmişdir. O da 102 xidmətinə zəng edib atası barəsində şikayət etmişdir. Bundan sonra atası onu buraxıb evə geri qayıtmışdır. Polis əməkdaşları gəldikdən sonra ərizə yazaraq atası barəsində şikayətini bildirmişdir. Həmin münaqişə təxminən 5 dəqiqə davam etmiş, münaqişə zamanı ətrafda hər hansı başqa şəxs olmamışdır. Münaqişə zamanı atasına hər hansı müqavimət göstərməmiş, həmçinin həmin vaxt atası Mirhəmidi döyməmiş, yalnız onunla mübahisə edərək nalayiq ifadələr işlətmişdir. Hazırda atası Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs 21 may 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxsla barışdığını, dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid bildirdi ki, Zərərçəkmiş şəxs 6 aydır ki, tanıyır. Onunla dostluq münasibətləri vardır. Müəyyən vaxtlarda həm arvadı ilə yaxud tək Nərminin yaşadığı evə gedir. Nərminin atası Məlik ilə də tanışlığı vardır. Məlik də onunla Nərminin dostluq münasibətlərindən xəbərdardır. xx.xx.2024-cü il tarixdə 22 radələrində Nərmin dərman vasitələri almaqdan ötrü aptekə gedəcəyini bildirmiş, o, da Nərminə gözləməsini, özü gəlib onu aptekə aparacağını demişdir. Nərmin də razılaşmışdır. O, saat 00 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, ** MN *** d.q. nişanlı avtomobil ilə Nərmingilin yaşadığı məhəlləyə gedib çatmış, bir neçə dəqiqə sonra Nərmin gəlib avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt onda qarın boşluğunda sancılar yaranmağa başlamış, bu səbəbdən Nərminə bir qədər gözləməsini demişdir. Avtomobildə əyləşib Nərmin ilə söhbət edən zaman gözlənilmədən Nərminin atası Məlik avtomobilin arxa qapısını açıb avtomobilə əyləşmiş, Məlik Nərminin onunla bir yerdə olması səbəbilə mübahisə etməyə, Nərminə və ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Mübahisə zamanı Məlik Nərminin saçlarından tutub yolmaqla onun başının ənsə nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə vurmuşdur. Nərmin 102 xidmətinə zəng edib şikayət etdikdən sonra Məlik avtomobildən enib evə geri qayıtmışdır. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra Nərmin ərizə yazaraq atası barəsində şikayətini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X4 xx.xx.2024-cü il tarixli, 660 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində aşağıdakı xəsarət vardır: ənsə nahiyəsinin dərialtı hematoması Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla yetirilən zərbənin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. (i.v.17-19). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.20-21) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 33) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə CM-nin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Beyləqan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək hər ay qazancından 10 faizi dövlət nəfinə pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2017ci il tarixli Qanunun 1.26-cı maddəsinə görə (bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir) ona təyin edilmiş il müddətinə islah işləri cəzasından azad edilmişdir. (i.v. 64-68) CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə görə Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində Beyləqan rayon məhkəməsinin hökmü xx.xx.2017-ci il tarixdə qəbul edilmiş, xx.xx.2017-ci il tarixli “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” Qanun isə 29 yanvar 2018-ci il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.4-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun qüvvəyə minməmişdən öncə törətmiş olduğu əmələ görə həmin Qanuna əsasən cəzadan azad edilməsi, hazırkı vəziyətdə onun vəziyətini ağırlaşdırmamalı, Zərərçəkmiş şəxs ilə barışdığı üçün o, cinayət məsuliyyətindən azad edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Ələsgər Məmmədov 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-487/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-487/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver