Məhkəmə qərarları › İş №1(060)-488/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-488/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-488/2021 07.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, Xüsusi ittihamçı X8, onun müdafiəçisi və numayəndəsi Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçiləri X5 və X4 iştirakları ilə, Xüsusi ittiham qaydasında verilmiş X6 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq Müəyyən Etdi: X8 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və yayılmış video görüntü barədə təkzib verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclası 07 iyul 2020 -ci il tarixə təyin edilmişdir. Xüsusi ittihamçı N.Ağayev, onun müdafiəçisi və numayəndəsi Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs S.Heybətov və onun müdafiəçiləri məhkəmə iclasına gəlmişdirlər. Xüsusi ittihamçı və onun nümayəndəsi və vəkili xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini xahiş etdilər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs, onun müdafiəçiləri verilmiş şikayətin əsassız olduğu üçün icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, xüsusu ittiham qaydasında şikayətin məzmunu Məcəllənin 293.1 - 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 293.3.1-ci maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Həmin Məcəllənin 293.3.3-cü maddəsinin mahiyyətinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi, (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), Məcəllənin 293.3.2-ci maddəsinin mahiyyətinə əsasən şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı atasının adı və yaşayış yeri) hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, 293.3.6-cı maddəsinə əsasən isə şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs barəsində məlumatlar Azərbaycan Respublikasının CPM-nin 293-cü maddəsinin tələblərinə uyğun qaydada qeyd edilməmiş, həmçinin xüsusi ittihamçı tərəfindən barəsində şikayət verilən şəxsin CM-nin konkret hansı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması məsələsi dəqiqləşdirilmədən X2 CM-nin 2 maddəsi ilə, həm Azərbaycan Respublikası CM-nin 147.1, həm də CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilir. Bundan başqa şikayətdə Cinayət Qanunvericiiyinə aid olmayan “yayılmış video görüntü barədə təkzib verilməsi” də xahiş olunur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 Sumqayıt şəhər məhkəməsinə təqdim etdiyi xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar