Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-488/2022 16.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1984-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədlə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 21/17a saylı binanın qarşısında yerləşən 01 (bir) sot torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmuş, tikinti işlərinin aparılması məqsədi ilə ona ayrıldıqdan sonra öz istifadəsinə keçməklə ona məxsus olması barədə yalan məlumat verib, həmçinin torpaq sahəsini Zərərçəkmiş şəxs satmaqla bərabər sözügedən torpaq sahəsində sonuncunun tikinti işləri aparmasına rəsmi icazə alacağını və su xətti çəkilməsinə köməklik edəcəyini yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 02 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal Sahəsinin binasının qarşısında 5500 (beş min beş yüz) manat nağd pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs qızma xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 1984-cü il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. Subaydır, evli olduğu müddətdə 01 (bir) övladı dünyaya gəlmişdir. ünvan 3 ünvanında yaşayır. Bəzi müddətlərdə tikinti sahəsində, o cümlədən satdığı torpaq sahələrindəki evlərin tikintisində usta kimi işləyir, təxminən 7 ildir ki, evlərin və torpaq sahələrinin alğı-satqısı ilə məşğul olmuşdur. Bu müddət ərazində 100-dən artıq evin satışında maklerlik etmişdir. Evlərin və torpaq sahələrinin alğı-satqısını Sumqayıt şəhər ərazisinin müxtəlif yerlərində elanlar yerləşdirməklə və bundan sonra onunla əlaqə saxlanılaraq həyata keçirmişdir. Belə ki, 31 avqust 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə həmin zaman istifadəçisi ona məlum olmayan ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş, telefon həmin zaman yanında olmadığından zəngə cavab verə bilməsə də, daha sonra o həmin nömrə ilə telefon əlaqəsi yaratmışdır. Telefon əlaqəsi zamanı özünü Zərərçəkmiş şəxs kimi təqdim edən şəxs Sumqayıt şəhər ərazisində daha sonradan ev tikə biləcəyi həyətyanı torpaq sahəsi almaq istədiyini demiş, maddi imkanının yaxşı olmadığından münasib qiymətə satılıq torpaq sahəsinin olub-olmadığını soruşmuşdur. Buna cavab olaraq o Zərərçəkmiş şəxs hal-hazırda Sumqayıt şəhər ərazisində satılıq çoxsaylı torpaq sahəsi olduğunu, lakin qiymətlərinin baha olduğunu, buna görə də münasib qiymətə yalnız bir torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin ölçüsünün 01 (bir) sot olduğunu, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşdiyini, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu, bələdiyyə tərəfindən özünə tikinti işləri aparılması məqsədi ilə ayrıldıqdan sonra öz istifadəsinə götürməklə ona məxsus olduğunu deyib, həmin torpaq sahəsini 5000 (beş min) manat pul ona verəcəyi təqdirdə ona özü tərəfindən satmağının mümkün olacağını bildirmişdir. Bundan sonra növbəti gün görüşməyləri barədə razılaşmışlar və növbəti gün, yəni 01 sentyabr 2021-ci il tarixdə səhər saatlarında o Zərərçəkmiş şəxs və özünü Şahnazın anası kimi təqdim edən Şahid ilə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbə ərazisində görüşmüşlər. Daha sonra onları İnşaatçılar qəsəbəsində yerləşən 21/17a saylı binanın qarşısına aparıb sözügedən torpaq sahəsini onlara göstərmişdir. Zərərçəkmiş şəxs həmin torpaq sahəsini ondan aldıqdan sonra tikinti işləri aparmasına maneənin yaranıb-yaranmayacağını soruşduqda o özünün uzun illərdir ki torpaq alğı-satqısı ilə məşğul olduğunu, tərəfindən bələdiyyə mülkiyyətində olmaqla öz istifadəsində olan çoxsaylı torpaq sahəsinin satıldığını və heç bir problem olmadığını deyib həmin torpaq sahəsində tikinti işləri aparmasına icazəni də aldığını, zərurət yarandıqda daha sonra onun həmin torpaq sahəsinə aidiyyəti barədə lazımi sənədlərdə toplaya biləcəyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs və Şahnazın anası Şahid etibarını qazanmağından ötrü Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən bir neçə yarım tikilini onlara göstərib həmin tikililərin yerləşdiyi torpaq sahələrinin onun tərəfindən satıldığını və tikinti işlərinin də öz tərəfindən edildiyini deyib Zərərçəkmiş şəxs satmaq istədiyi torpaq sahəsini alacağı təqdirdə heç bir problem olmadan oranı öz mülkiyyətinə keçirib tikinti işləri apara biləcəyinə inandırmışdır. Orada olarkən həmçinin o torpaq sahəsinə su xətti çəkilməsinə köməklik göstərə biləcəyini və bunun üçün də əlavə olaraq 500 (beş min) manat pul verməli olduğunu Zərərçəkmiş şəxs bildirmiş və aralarında növbəti gün, yəni 02 sentyabr 2021-ci il tarixdə görüşüb 5500 (beş min beş yüz) manat müqabilində torpaq sahəsini ona şifahi formada satmağı barədə razılaşmışlar. 02 sentyabr 2021 tarixdə səhər saatlarında o Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi yaradaraq satacağı torpaq sahəsində tikinti işləri aparılması ilə bağlı yarana biləcək problemləri aradan qaldırmaq üçün Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal Sahəsində olduğunu və bütün məsələləri həll etdiyini deyib pulu vermək üçün 1 saylı Mənzil-Kommunal Sahəsinin qarşısında onu gözlədiyini demişdir. Təxminən 01 (bir) saat sonra Zərərçəkmiş şəxs anası Şahid ilə birlikdə oraya gəliblər və sözügedən torpaq sahəsinin şifahi alğı-satqısı barədə razılıqlarına əsasən 5500 (beş min beş yüz) manat pulu Zərərçəkmiş şəxs ona vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs həmin torpaq sahəsinin artıq ona aid olduğunu, həmin torpaq sahəsində tikinti işləri apara biləcəyini, növbəti günlərdə onun həmin əraziyə aidiyyəti barədə lazımi sənədləri də toplayıb ona verəcəyini təkrarən demişdir və sağollaşmışdır. Bundan başqa Şahnazdan pul götürməmişdir. Sözügedən torpaq sahəsinin mülkiyyətçisi o olmamış, Zərərçəkmiş şəxs da həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla öz istifadəsində olduğunu, həmçinin həmin torpaq sahəsinin tikinti işləri aparılması məqsədi ilə ona ayrıldığını, bu səbəblə də torpaq sahəsini ona sata biləcəyini və daha sonra orada tikinti işləri apara biləcəyini demişdir. O Zərərçəkmiş şəxs sözügedən torpaq sahəsini satarkən ona həmin torpaq sahəsi tikinti işləri aparılması məqsədi ilə ayrılmamış, sözügedən torpaq sahəsində uzun müddət hər hansı bir tikinti işləri aparılmadığından Zərərçəkmiş şəxs orada tikinti işlərinə başladıqdan sonra problem yaranacağı təqdirdə lazımi icazəni ala biləcəyini fikirləşdiyi üçün Zərərçəkmiş şəxs həmin torpaq sahəsində tikinti işləri aparılmasına icazə aldığını əvvəlcədən demişdir. Sözügedən torpaq sahəsində tikinti işlərinin dayandırıldığı ona məlum olduqdan sonra lazımı icazəni almağa çalışmış, lakin bu mümkün olmadığından daha sonra Zərərçəkmiş şəxs ilə əlaqə yaratmaqdan yayınmışdır. Satdığı torpaq sahəsinin mülkiyyəti barədə hər hansı bir sənəd Zərərçəkmiş şəxs təqdim edə bilməmiş, etibarını qazanmağından ötrü torpaq sahəsində tikinti işlərinin problemsiz həyat keçirilməsi ilə bağlı 1 saylı Mənzil-Kommunal Sahəsinə gəldiyini və məsələni həll etdiyini deyib orada Zərərçəkmiş şəxs ilə görüşüb 5500 (beş min beş yüz) manat pulu ondan almışdır. Sözügedən torpaq sahəsi tikinti işləri aparılması məqsədi ilə ona ayrılmamışdır. Zərərçəkmiş şəxs torpaq sahəsində tikinti işləri apararkən, tikintinin dayandırılması ehtimalında lazımi icazəni almağından ötrü torpaq sahəsinin dövlət mülkiyyətində olubolmamasını yoxlamaqdan ötrü 1 saylı Mənzil-Kommunal Sahəsinə getmiş, lakin bu barədə dəqiqləşdirə biləcəyi işçi tapa bilməmiş və heç kimlə görüşə bilməyib dəqiq heç bir məlumat əldə edə bilməmişdir. Sadəcə olaraq Zərərçəkmiş şəxs inandırmaqdan ötrü torpaq sahəsində tikinti işlərinin problemsiz həyat keçirilməsi ilə bağlı 1 saylı Mənzil-Kommunal Sahəsinə gəldiyini və məsələni həll etdiyini demişdir. Zərərçəkmiş şəxs sözügedən torpaq sahəsini ona satmağı və həmin əraziyə su xəttinin çəkilməsinə köməklik etməyi qarşılığında 5500 (beş min beş yüz) manat pulu alıb sözügedən torpaq sahəsinin artıq onun istifadəsində olması barədə heç bir akt və ya başqa hər hansı bir sənədləşdirmə tərəflərindən aparılmamış, şifahi formada olmuşdur. Zərərçəkmiş şəxs ilə ilk görüşdüyü zaman bələdiyyə mülkiyyətində olmaqla öz istifadəsində olan çoxsaylı torpaq sahəsinin satıldığını və heç bir problem olmadığını deməyi Zərərçəkmiş şəxs sözügedən torpaq sahəsinin onun tərəfindən alınmasında heç bir problemin olmayacağına inandırmaqdan ibarət olmuşdur. Tərəfindən yalnız Zərərçəkmiş şəxs bu formada torpaq sahəsi satılmışdır. Bu barədə ona heç kim köməklik etməmişdir, əməl tərəfindən tək olaraq törədilmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələb yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayır. Evli olmuşdur, həmin evlilikdən bir övladı vardır. Nikaha xitam verildikdən sonra yuxarıda qeyd olunan ünvanda övladı və anası Şahid ilə birlikdə yaşayır. Belə ki, 31 avqust 2021-ci il tarixdə anası Şahid ilə birlikdə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində ev alğısatqısı ilə məşğul olan obyektə gedərək Sumqayıt şəhər ərazisində özü tərəfindən fərdi ev tikmək istədiyini deyib torpaq sahəsi almaq istədiyini bildirmişdir. İlk əvvəl onlara Sumqayıt şəhəri, Xəzər bağları ərazisində torpaq sahəsi göstərilmiş, lakin qiyməti yüksək olduğundan maklerlik fəaliyyəti ilə məşğul olan şəxslə razılaşmamışdır. Daha sonra şəxsiyyəti ona məlum olmayan həmin makler torpaq sahəsi tapmağında köməklik məqsədi ilə əlaqə saxlamağından ötrü Sumqayıt şəhər ərazisində tikililərin və torpaq sahələrinin alğı-satqısı ilə məşğul olduqlarını bildirdiyi şəxslərdən bir neçəsinin mobil nömrəsini ona vermişdir. Həmin gün həmin mobil nömrələrə zəng etdikdə bir neçəsi telefon əlaqəsinə cavab verməmiş, bir neçəsi də büdcəsinə uyğun torpaq sahəsinin olmadığını demişdir. Həmin tarixdə, yəni 31 avqust 2021-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ilk əvvəl zəng etsə də, əlaqə yarada bilmədiyi ***-***-**-** saylı mobil nömrədən zəng edildiyini görmüşdür. Telefon əlaqəsi zamanı o özü üçün daha sonra ev tikə biləcəyi torpaq sahəsi almağından ötrü zəng etdiyini, mobil telefon nömrəni isə adını bilmədiyi daşınmaz əmlakların alğı-satqısı ilə məşğul olan şəxsdən əldə etdiyini demişdir. Həmin şəxs, yəni özünü evlərin, torpaq sahələrinin alğı-satqısı ilə məşğul olan makler kimi təqdim edən Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olmuş, tərəfindən tikinti işləri aparılması məqsədi ilə ona ayrıldıqdan sonra istifadəsinə götürməklə ona məxsus olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 01 (bir) sot ölçüdə torpaq sahəsinin olduğunu bildirmişdir. Həmin torpaq sahəsini ona satmağı təklif edərək torpaqdan istifadə hüququnun, o cümlədən tikinti işləri aparılması məqsədi ilə torpaq sahəsi ona ayrıldığından torpağı öz tərəfindən satmaq hüququn olduğunu bildirib həmin torpaq sahəsini 5000 (beş min) manata özü tərəfindən ona sata biləcəyini demişdir. Təqsirləndirilən şəxs həmin zaman şəxsən tanımasa da, torpaq sahələrin alğı-satqısı ilə məşğul olduğundan, həmçinin ona münasib qiymətdə və yerdə torpaq sahəsi satmağı təklif etdiyindən onunla növbəti gün, yəni 01 sentyabr 2021-ci il tarixdə torpaq sahəsinin yerləşdiyi yerdə görüşmək barədə razılaşmışdır. 01 sentyabr 2021-ci il tarixdə səhər saatlarında anası Şahid ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaratdıqdan sonra görüşmüşdür. Daha sonra Təqsirləndirilən şəxs onlara Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 21/17a saylı binanın qarşısında yerləşən torpaq sahəsini göstərib telefon əlaqəsi zamanı satmağı təklif etdiyi torpaq sahəsinin həmin torpaq sahəsini olduğunu bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsini almaq istəyən çoxsaylı müştərilər olduğunu, bu səbəblə də almaq fikri olacağı təqdirdə alğı-satqını həmin tarixdə, yəni 01 sentyabr 2021-ci il tarixdə etməli olduğunu demişdir. O Təqsirləndirilən şəxs ondan torpaq sahəsini aldıqdan sonra tikinti işləri aparmağına maneənin yaranıb-yaranmayacağını soruşduqda Təqsirləndirilən şəxs özünün uzun illərdir ki torpaq alğı-satqısı ilə məşğul olduğunu, tərəfindən çoxsaylı torpaq sahəsinin satıldığını və heç bir problem olmadığını deyib həmin torpaq sahəsində tikinti işləri aparmasına özünün icazəsinin olduğunu, tərəfindən torpaq sahəsi alındıqdan sonra bir neçə gün ərzində onun da həmin torpaq sahəsində tikinti işləri aparmağına icazəni alacağını demişdir. Həmçinin İnşaatçılar qəsəbə ərazisində olarkən Təqsirləndirilən şəxs satdığı torpaq sahələrində tikinti işlərinin özü tərəfindən həyata keçirildiyi bildirdiyi bir neçə yarım tikili göstərdiyindən o ona inanmışdır. Orada olarkən həmçinin Təqsirləndirilən şəxs torpaq sahəsinə su xətti çəkilməsinə köməklik edə biləcəyini, bunun üçün də əlavə olaraq 500 (beş yüz) manat olmaqla ümumilikdə onun torpaq sahəsini almağı və oraya su xətti çəkilməsi qarşılığında 5500 (beş min beş yüz) manat pul ona verməli olduğunu deyib və aralarındakı razılıq əsasında növbəti gün, yəni 02 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla görüşüb ona satacağı torpaq sahəsi və həmin torpaq sahəsinə su xətti çəkilməsində köməklik edəcəyi qarşılığında ona 5500 (beş min beş yüz) manat pul verəcəkdir. Belə ki, 02 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxsla mobil telefon əlaqəsi zamanı o, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal Sahəsində olduğunu, 1 saylı MKS-nin binasının qarşısında gəlib orada görüşə biləcəylərini demiş və o anası Şahid ilə birlikdə 1 saylı MKS-nin binasının qarşısına gəlib Təqsirləndirilən şəxsla görüşmüşlər. Təqsirləndirilən şəxs onlara 1 saylı MKS-yə satacağı torpaq sahəsində tikinti işlərinə heç bir maneə olmadığını bir daha dəqiqləşdirmək üçün gəldiyi və həmin torpaq sahəsində ev tikmək üçün heç bir problem olmadığını yenidən bildirdikdən sonra o Təqsirləndirilən şəxs ona tərəfindən tikinti işləri aparılması məqsədi ilə ona ayrıldıqdan sonra istifadəsinə götürməklə ona məxsus olan torpaq sahəsini satdığına inanıb 5500 (beş min beş yüz) manat pulu həmin yerdə Təqsirləndirilən şəxs vermişdir. Təxminən 02 (iki) gün sonra Təqsirləndirilən şəxs aldığı torpaq sahəsinə mişar daşlarını yığıb fərdi yaşayış evinin tikinti işlərinə başlamış və təxminən alğı- atqıdan 10 (on) gün sonra orada olduğu zaman Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri kimi özlərini təqdim edən şəxslər Təqsirləndirilən şəxs ona satdığı torpaq sahəsinin xüsusi mülkiyyətdə olmadığını və tikinti işləri aparılması məqsədi ilə heç kimə ayrılmadığını deyib müvafiq sənədləri göstərərək tikintini dayandırmışlar. O bu barədə Təqsirləndirilən şəxsla əlaqə saxladıqa isə ilk əvvəl yaranmış narahatçılığı həll edəcəyini bildirsə də, daha sonra onunla əlaqə saxlamaq tərəfindən mümkün olmamış və Təqsirləndirilən şəxs onu aldadaraq özünə məxsus olmayan, o cümlədən istifadəsində olmamaqla tikinti aparılması barədə heç kimə icazə verilməyən torpaq sahəsini özünə məxsus torpaq sahəsi olması barədə ona yalan məlumat verib inandıraraq 5500 (beş min beş yüz) manat pulunu ələ keçirmişdir. Buna görə də, o qanuni tədbir görülməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİnin MSY-dən azad edilmişdir. İş mateiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-488/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində “polisin nəzarəti altına vermə” Təqsirləndirilən şəxs barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 123-43873-1222 nömrəli, xx.xx.2022-ci tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək ********* saylı cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 4(060)- 445/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və saxlanılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-445/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək ********* saylı cinayət işi üzrə barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Apartının məktubundan görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 21/17a saylı binanın qarşısında yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaqlar kateqoriyasına aid olmaqla, tikinti işlərinin aparılması məqsədi ilə hər hansı fiziki və hüquqi şəxsə ayrılmamışdır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin məktubundan görünür ki, həmin ərazidə Sumqayıt Bələdiyyəsi tərəfindən hər hansı bir məqsəd üçün vətəndaş Təqsirləndirilən şəxs torpaq sahəsi ayrılması barədə qərar verilməmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin məktubundan görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 21/17a ünvanına idarənin mütəxəssisləri və Sumqayıt ŞPİ-nin nümayəndələri tərəfindən yerində müayinə keçirilmiş, lazımi ölçmə işləri aparılmışdır. Əmlaka yerində texniki müayinə baxışı keçirildikdən sonra əldə olunmuş məlumatların elektron kadastr bazasında saxlanılan məlumatlarla müqayisəsi zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi üzrəində Daşınmaz Əmlakın Dövlət Reyestrində hər hansı bir hüququn qeydiyyatı aparılmamışdır. Məlumat üçün bildirilir ki, “X1 X2”ndə sözügedən torpaq sahəsi yerləşdiyi ərazi bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-55/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən və Sumqayıt şəhə Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli amnistiya aktının təqdim edilməsi barədə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-55/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Sumqayıt şəhə Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli amnistiya aktının təqdim edilməsi barədə qərarına əsasən “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs vurmuş olduğu maddi ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-445/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin və Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-445/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, ev 22 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksəni) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-488/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-488/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver