Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-489/2024 18.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Aydı qızının iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, İİİ qrup əlil, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2011-cı il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat məbləğində aliment alınaraq iddiaçı Babayeva (Quliyevə) Lamiyə Süleyman qızına qızına verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7753/2018 saylı, xx.xx.2018-ci il tarixli, habelə alimentin miqdarı dəyişdirilərək qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-cı il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment alınaraq Babayeva (Quliyevə) Lamiyə Süleyman qızına verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1346/2021 saylı xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-446/2022 saylı, xx.xx.2021ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə cəzası təyin edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş və ondan aliment borcunun ödənilməsinə dair məhkəmə qətnaməsini könüllü icra etməsi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında sonuncu dəfə xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 7155,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Babayeva (Quliyevə) Lamiyə Süleyman qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində qeyd etdi ki, o, İİİ qrup əlilliyə görə 2022-ci ilin avqust ayından 150,00 manat məbləğində pensiya alır, həmçinin hərbi xidmət vəzifələrini yerinə yetirən zaman xəsarətlər aldığına görə 2022-ci ilin avqust ayından aylıq 330.00 manat məbləğində Prezident təqaüd alır. Babayeva (Quliyeva) Lamiyə Süleyman qızı ilə 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 2018-ci ildə ayrılmışdır. Həmin nikahdan Səbinə və Emilya adında övladları doğulmuşdur. Zərərçəkmiş şəxs nikahın pozulması və alimentin tutulması tələbilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Məhkəmənin qərarına əsasən əsasən, ondan uşaqlar yetkinlik yaşıına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində aliment tutulub X4 verilməlidir. Sonra aliment məbləğinin artırılması ilə əlaqədar Zərərçəkmiş şəxs məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən, alimentin miqdarı dəyişdirilərək qeyd olunan uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment ondan tutulub Babayeva (Quliyeva) Lamiyə Süleyman qızına verilməldir. Həmin qətnamələr üzrə verilmiş icra vərəqələri icra olunması üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Uzun müddət mütəmadi olaraq psixiatriya və reabilitasiya müəssisələrində stasionar müalicə olunmuş, əmək qabiliyyətimi itirdiyindən heç yerdə işləyə bilmir. İşlədiyi dövürdə aliment ödənişlərini qismən həyata keçirmiş, lakin son iki ildən artıq xəstəliyi ilə əlaqədar işləyə bilmir. Xəstəliyilə əlaqədar müalicə olunduğuna görə işə çıxa bilməmiş və buna görə də aliment borcunu ödəyə bilməmiş, barəsində icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2022-ci ildə qəbul etdiyi qərara əsasən o, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Pandemiya ilə əlaqədar ölkədə olan mövcud vəziyyətlə bağlı işsiz olmuş, icra məmurunun tövsiyyəsi nəticəsində işaxtaran kimi Sumqayıt şəhəri üzrə Məşğulluq Mərkəzində qeydiyyata düşsədə həmin mərkəzdən bu günədək iş yerləri barədə heç bir təklif ona olunmamışdır. O, boş vaxtlarında balıq ovu ilə məşğul olur və ovladığı balıqları yaşadığı ərazidə 1 kiloqramını 5-6 manata satır. Balıq satdığı günlərdə gəliri 10-15 manat olur. Məhkəmə qətnaməsinə hörmətlə yanaşır və icrasından yayınmır, 2022-ci ilin dekabr ayından başlayaraq hazırkı tarixə kimi İİİ qrup əlilliyə görə aldığı penisyasından və məhkəmə iclası zamanı əlavə etdiyi ödənişə əsasən ümumilikdə 7155,00 manat Zərərçəkmiş şəxs bank hesabına köçürülmüşdür. Hazırda ittihamda qeyd olunmuş aliment borcu tam şəkildə zərərçəkmiş şəxsə ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs Babayeva (Quliyeva) Lamiyə Süleyman qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2010-cu il tarixdə evlənmişlər, birgə evlilikdən Səbinə və Emilya adında iki qız övladları doğulmuşdur. İlk dövrlərdə münasibətləri yaxşı olsa da, sonradan ailə problemləri zəminində münasibətləri pozulmuş və 2018-ci ildə ayrılmışdır. Məhkəməyə nikahın pozulması və alimentin tələbi ilə bağlı müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2018-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, xx.xx.2011-cı il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşıına çatana kimi saxlanmaları üçün hər ay 200,00 manat sabit pul məbləğində Təqsirləndirilən şəxs aliment tutulub ona verilməsi qət edilmişdir. 2021-ci ildə aliment məbləğinin artırılması ilə əlaqədar məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən, alimentin miqdarı dəyişdirilərək həmin övladların yetkinlik yaşıına çatana kimi saxlanmaları üçün hər ay 340,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutulub ona verilməsi qət edilmişdir. Qətnamələr üzrə verilmiş icra vərəqələri icra olunması üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə daxil olmuşdur. İcra idarəsinin icra məmuru tərəfindən ödəniş üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs əvvəlki illərdə aliment üzrə müəyyən məbləğdə ödəniş etsə də, 2021-ci ilin əvvəllərindən aliment üzrə ödənişləri dayandırmış və bir-iki dəfə cuzi məbləğdə ödəniş etmişdir. Borclu Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmişdir. Qətnamələr üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən 2021-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib aliment borcunu ödəməkdən yayınmışdır. İcra qurumu təqdimatla istintaq orqanına müarciət etdikdən sonra, 2022-ci ilin oktyabr ayından Təqsirləndirilən şəxs dövlət tərəfindən pensiya təyin olunduğundan dekabr ayında 297,00 manat məbləğində pul tutularaq alimentin ödənilməsinə yönəlmişdir. Təqsirləndirilən şəxs aliment borcunun ödənilməməsinin səbəbini guya 2020-ci ildə “Qarabağ” müharibəsində iştirakı zamanı mərmi partlayışı nəticəsində kəllə-beyin travması almış və buna görə də mütamadi olaraq xəstəxanalarda müalicə olunmasını, həmçninin işləmədiyindən imkanın olmamasını bildirir, lakin buna baxmayaraq 2019-cu ildə yenidən ailə quraraq öz ailəsini dolandırmağa imkanı vardır. Hər iki qətnamələr üzrə borclu Təqsirləndirilən şəxs 1000 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs yalandan özünü “Qazi” kimi göstərərək dövlət tərəfindən müəyyən imtiyazlar və maddi yardım almasına baxmayaraq aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır. İşləməməsini xəstə olması ilə əlaqələndirsə də, özü əmək qabiliyyətlidir, hal-hazırda balıq ovu ilə məşğul olur və kifayət qədər qazanc əldə edir. Xəyal bir ata kimi də öz övladları ilə maraqlanmır və evə heç bir köməklik göstərmir. Zərərçəkmiş şəxs Babayeva (Quliyeva) Lamiyə Süleyman qızı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 7155 ziyandan ödəniş olunaraq hazırki vaxtda cəmi 1000 manat ziyan qalmışdır. Gələcək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Şahid1 oğlu ifadəsində bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7753/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2011ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində aliment tutulub X2 ödənilməlidir. Müvafiq icra sənədi Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə icra idarəsinə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Könüllü icra müddətində tələb təmin olunmadığından tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlakların, banklarda hesabının və gəlirinin müəyyənləşdirilməsi məqsədi ilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilmiş, lakin tələbin yönəldilməsinə yol verilən əmlak və gəlir aşkar olunmamışdır. Məcburi icra tədbiri olaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra tədbirləri zamanı borclu Təqsirləndirilən şəxs məlumat vermədən yaşayış yerini dəyişdiyi, qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşamadığı müəyyən edilmiş və xx.xx.2019-cu il tarixdə onun axtarılması barədə qərar qəbul olunaraq icra edilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmiş və həmin orqanda 730187/19 saylı xx.xx.2019-cu il tarixli axtarış işi açılmışdır. Görülmüş tədbirlər nəticəsinə borclu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq icra idarəsinə gətirilmiş, izahatı alınmışdır. Bundan əlavə tərəfimizdən aparılmış araşdırmalar nəticəsində Təqsirləndirilən şəxs “X19 və Ticarət Anonim Şirkətin”nin Azərbaycan Respublikası Nümayəndəliyində işlədiyi müəyyən edilmiş, icra haqqında Azərbaycan Respublikası Qanununun 63.1.1-ci maddəsinə əsasən tələb xx.xx.2020-ci il tarixdə borclunun əmək haqqına yönəldilmiş, müvafiq qurumun cavab məktubunda borclunun şirkətə xəstəlik vərəqəsi təqdim etdiyi və xəstəliyi hal-hazırda davam etdiyindən tutulmaların icra edilməsinin mümkün olmadığı göstərilmişdir. Tələbkar aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək hər ay hər uşağa görə 170,00 manat olmaqla, ümumilikdə 340,00 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmışdır. Müvafiq icra sənədi Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə Sumqayıt əhəri üzrə İcra İdarəsinə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə idarəyə dəvət olunmuş, izahatı alınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinə əsasən “İnzibati xəta haqqında” protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən 500,00 manat məbləğində cərimə edilmişdir. 2022-ci ildən 28 iyun 2024-cü il tarixə borclu Təqsirləndirilən şəxs cəmi 5397 manat aliment pulu ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq etdi. Əlavə olaraq qeyd etdi ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə 7155 manat aliment borcu tam şəkildə ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7753/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2011-cı il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Babayeva (Quliyeva) Lamiyə Süleyman qızına verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə icraya yönəldilərək, icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 03 noyabr 2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X14 tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7753/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Bundan sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1346/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2011-cı il təvəllüdlü X8 və xx.xx.2013cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs alınaraq Babayeva (Quliyevə) Lamiyə Süleyman qızına verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə icraya yönəldilərək, icra vərəqəsi xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 02 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1346/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bir neçə icra sənədinin ünuni icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, xx.xx.2018-ci il və xx.xx.2021-ci il tarixlərdə Sumqayıt şəhəri üzrə icra idarəsinin icraatına daxil olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7753/2018 saylı, xx.xx.2018-ci il tarixli və Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1346/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-100/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardaına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-446/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 909 saylı və Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X18 tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, 214/KEŞ saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, yəni törətdiyi əməl barəsində anlaqlı hesab edilmiş, habelə o, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” xəstəliyindən əziyyət çəksə də əmək qabiliyyətinin 60% itirilməklə faktiki əmək qabiliyyətlidir. İş materiallarında olan X7 X3 Filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran şəxs kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağın saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6231/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və Zərərçəkmiş şəxs qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış Babayeva (Quliyeva) Lamiyə Süleyman qızının istintaqa təqdim etdiyi üzərində “CD-R” yazılan bir ədəd diskə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs balıq ovu ilə məşğul olması müəyyən olunmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində həmin üzərində “CD-R” yazılan 01 (bir) ədəd diskdə olan audio görüntülərdə görünən şəxsin o, olduğunu və balıq ovu ilə məşğul olaraq qazanc əldə etdiyini təsdiq etmişdir İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 X3 Filialı tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində xx.xx.2022-ci il tarixdən işsiz kimi qeydiyyatdadır. Təqsirləndirilən şəxs işlə təmin olunmasına kömək göstərilməsi ilə bağlı müxtəlif tarixlərdə Filiala müraciət etmişdir. Ən son olaraq Təqsirləndirilən şəxs Filialı müraciəti xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə icra idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs pensiyasından elektron qaydada tutqu aparılması üçün 2022-ci ilin dekabr ayından başlayaraq inkasso sərəncamı tərtib edilmiş, tələbkarın xeyrinə bu günə kimi cəmi 6057 manat aliment pulu inkasso sətəncamı ilə tutulmuş, bundan başqa borclu könüllü olaraq hissə-hissə olmaqla cəmin 1098 manat aliment pulunu tələbkarın bank hesabına ödəmişdir. Ümumilikdə 2022-ci il dekabr ayından başlayaraq bu günə kimi 7155 manat aliment pulu tələbkarın hesabına ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət işi materiallarından göründüyü kimi, borclu Təqsirləndirilən şəxs uşaqların saxlanılması üçün hər ay aliment tutularaq tələbkar Babayeva (Quliyeva) Lamiyə Süleyman qızının xeyrinə ödəməsinə dair müxtəlif vaxtlarda iki məhkəmə qətnaməsi qəbul edilmişdır. Hazırda təqsirləndirilən şəxsin ona elan edilmiş ittihama əsasən müəyyən edilmiş ziyandan daha artıq aliment borcu vardır və bu günə Təqsirləndirilən şəxs hər ay tutulan pul məbləğinin hansı dövrə olan borcdan çıxılaraq hesablanması qaydasında anlaşılmamazlıq yaranmaması üçün məhkəmə qeyd edir ki, eyni tələbkara eyni dərəcəli olan borcla bağlı pulun tutulması ardıcıllığı əvvəl yaranan borcdan çıxılmaqla hesablanmalıdır. Bu cür düstur təqsirləndirilən şəxsin xeyrinə şərh edilməklə yanaşı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin tələbinə uyğundur. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsə də, aliment borcunu imkansızlıq səbəbindən ödəmədiyini, təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-489/2024) qərarını icra edərək xx.xx.2024-cü il tarixli, 765/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir.. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-489/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-489/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver