Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-49/2022 01.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının, Krasnoselo şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs olaraq "xxxx" adlı yuyucu vasitələr istehsalı sexinin müdiri işləyərkən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi "xxxx" adlı yuyucu vasitələr istehsal sexində quraşdırılmış “KuASY170/55-İ” markalı plastik materialların tökmə (presləmə) dəzgahının (maşının) presformanın işçi zonasının üzərində olan qoruyucu örtüyünün blokirovka mexanizminin işlək vəziyyətdə olmadığına, həmin dəzgahda təhlükəsiz işləmə üsulları v qaydaları qeyd edilmiş istismar sənədləri ( təlimatlar, qaydalar və s.) tərtib edilmədiyinə, eləcə də bu dəzgahda işləməsi peşə hazırlığı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və biliklərin yoxlanılması keçirilməmiş işçiyə tapşırıldığına görə, “ İstehsalat avadanlığı. Ümumi təhlükəsizlik tələbləri.” 12.2.003- 91 saylı DÜST-nin (dövlət standartının) 1.2, 1.4, 1.5 bəndləri, “ Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”-nın 12-ci bəndi, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər.” 12.0.004-79 saylı DÜSTnin ( dövlət standartının) 1.1, 2.5, 3.10 bəndlərinin və analoji “KuASY170/55-İ” markalı plastik materialların tökmə (presləmə) dəzgahının texniki pasportunun tələblərini pozduğuna görə 17.03.2021-ci il tarixdə təxminən saat 17 radələrində "xxxx" yuyucu vasitə istehsalı sexində “KuASY170/55-İ” markalı plastik materialların tökmə (presləmə) dəzgahında işləyən Zərərçəkmiş şəxs sol əlinin dəzgahın qapaq presləyən dəmirlərinin arasında qalması və nəticədə sol əlin İ-İİ-İİİ-İV-V barmaqlarının əsas falanqanın travmatik amputasiyası ilə müşayət olunan ümumi əmək qabiliyyətinin 1/3-dən çox daimi dayanıqlı itirilməsinə səbəb olmuş sağlamlığa ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, "xxxx" yuyucu vasitələri istehsalı sexinin təsisçisi olmaqla, 1991-ci ildən həmin sex "xxxx" MMC kimi fəaliyyət göstərsə də hazırda fiziki şəxs kimi fəaliyyət göstərir. Həmin sex Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi 13-də yerləşir. Sexdə yuyucu vasitələr və onların qabları istehsal olunur. Sex iki mərtəbədən ibarət olub, təxminən 350-400 kvadrat metr sahəni əhatə edir. 1-ci mərtəbədə kauçuk qablar istehsal olunur, 2-ci mərtəbədə isə qablaşdırma həyata keçirilir. Sexdə 4-6 nəfər işçi fəaliyət göstərir. Pandemiya səbəbindən işçilərin sayı 4-ə enmişdir. Zərərçəkmiş şəxs tanımaqla, müdiri olduğu sexdə 06.03.2020-ci il tarixdən işə başlamış, həmçinin Rəvanənin bibisi Gülnisə 10 ilə yaxın müddətdir ki tanışı olmaqla, Sumqayıt şəhəri Etilen Polietilen zavodunun yaxınlığında olan ona məxsus toyuq fermasına nəzarət edir, həmçinin orada yaşayır. Rəvanənin yuyucu vasitələri sexdə işləməsini də ondan Gülnisə xahiş etmiş, Rəvanə ilə əmək müqaviləsi bağlanmamışdır. Belə ki, Rəvanədən dəfələrlə şəxsiyyət vəsiqəsini müqavilə bağlamaq üçün tələb etsə də Rəvanə ona 1 il ərzində müxtəlif bahələr göstərərək şəxsiyyət vəsiqəsini verməmiş, Rəvanə fəhlə kimi işə götürülmüş, Rəvanəyə əsasən sexdə istehsal olunan qabların istehsaldan sonra təmizlənməsi, işi olmayanda isə ikinci mərtəbə qablaşdırma işində köməklik göstərilməsi hər səhər işdən əvvəl şifahi qaydada tapşırılmışdır. Səhhəti ilə əlaqədar sexdə olmadığı vaxtda orada işə rəhbərliyi mühasib Şahid3 həyata keçirmiş, Təranə 7 ilə yaxırdır ki, həmin sexdə işləmiş, sexdə iş vaxtı 08:00-dan 17:00-a qədər olmuş, əmək haqqı isə təxminən 250 manat təşkil etmişdir. 17 mart 2021-ci il tarixdə o, sexdə olarkən Rəvanənin səsinə hamı ora yığışmış və onun əlinin dəzgahın arasında qalıb xəsarət aldığını görmüş, hadisə saat təxminən 16 radələrində baş vermiş, xəsarət alan Rəvanən onun otağına gətirilmiş və o, Rəvanəni dərhal Respublika Kliniki mərkəzə göndərilməsini təmin etmiş və bu barədə Rəvanənin bibisi Gülnisəyə məlumat vermişdir. Rəvanının əməliyyatına zəruri olan xərclər onu tərəfindən edilmişdir. Rəhbərlik etdiyi müəssisədə texniki-təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət onun tərəfindən həyata keçirildiyindən, Zərərçəkmiş şəxs xəsarət alınmasında özünü günahkar hiss edir. Əməlindən peşmandır. Ona qarşı irəli sürülmüş mülki iddianı qismən qəbul edir, hadisənin ehtiyatsızlıq səbəbindən baş verməsini, onun əliliyini və maddi vəziyətinin məhkəmə tərəfindən nəzərə alınmasını, tələbin maddi və mənəvi zərərə görə ümumilikdə 5000 manat təmin ediməsini və barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 1 il bundan öncə Saatlı rayonundan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşayan bibisi Gülnisəgilə gəlib burada yaşamağa davam etmiş, həmçinin 05.03.2020-ci il tarixdən Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən, Təqsirləndirilən şəxs məxsus "xxxx" adlı Yuyucu vasitələr istehsal sexində əmək müqaviləsi olmadan fəhlə kimi işə başlamış, o, əsasən sexdə olan litrlik kauçuk qabların hazırlanmasında istifadə olunan dəzgahları, avadanlıqları işlətmiş, sex iki mərtəbəli olmaqla o, birinci mərtəbə işləmiş, digər işçilər isə ikinci mərtəbədə əsasən qablaşdırma işlərini görmüş, iş vaxtı 08:00-dan axşam 18:00-a qədər olmuş, əmək haqqı qismində 250 manat almışdır. 17 mart 2021-ci il tarixdə işdə olarkən onun işlətdiyi litrlik kauçuk qab hazırlayan dəzgahda xammal olmadığı üçün işləməsi mümkün olmamış, bununla bağlı saat 14 radələrində mühasib Təranə xanıma məlumat verib, xammal olmadığı üçün dəzgahın işləmədiyini bildirmiş və evə getməyə icazə verilməsini xahiş etmiş, Təranə isə ona tələsməməyi, başqa iş görəcəyini demiş, bundan sonra Təranə müdir Təqsirləndirilən şəxs ona digər dəzgahda işləməyi tapşırdığını bildirmiş, saat təxminən 17 radələrində o, hadisə baş verən dəzgahda işləməyə başlamış, ondan əvvəl həmin dəzgahı sexdə işləyən çilingər Şakir işlətmiş, sexdə olan su nasosu xarab olduğu üçün müdir Təqsirləndirilən şəxs Şakirə həmin nasosu düzəltməyi, ona isə Şakirin gördüyü işi davam etməyi tapşırmış, həmin dəzgah əsasən kauçuk qapaqların hazırlanmasında istifadə olunmuş, dəzgah iki rejimdə avtomat və əl rejimində işləmiş, o, əvvəllər həmin dəzgahda əl rejimi ilə qapaqlar hazırlamış, həmin vaxt dəzgahın hansı rejimdə olmasından xəbəri olmamış, əli ilə hazırlanmış kauçuk qapağı götürmək istəyən zaman dəzgahın dəmir hissəsi surətlə onun sol əlini sıxmış, nəticədə sol əlindən xəsarət almış, həmin zaman sağ əli isə dəzgahın işə salmaq üçün istifadə olunan düyməsində olmuş, xəsarət aldıqdan sonra onun möhkəm ağırları olduğu üçün qışqırmış, hadisə yerinə gələn mühasib Təranə dərhal müdir Arifə məlumat vermiş, sonra o, Respublika Klinik Xəstəxanasına aparılmış, orada onu həkim Natiq Əliyev müayin etmiş, onun sol əlinin 5 barmağı da əməliyyat yolu ilə kəsilmiş və bundan sonra evə yola salınmışdır. Əlavə olaraq da bildirmişdir ki, işlədiyi sexdə ona tapşırıqları mühasib Təranə xanım müdir Təqsirləndirilən şəxs göstərişi ilə vermiş, hadisə baş verən günü də qapaq hazırlanan dəzgahda işləməyi ona Təranə müdir Təqsirləndirilən şəxs adı ilə tapşırmış, o, əvvəllər nadir hallarda həmin dəzgahda işləmiş, işlədiyi müddətdə dəzgah əl rejimində olmuş, avtomat rejimində necə işləməsini bilməmiş, hadisə zamanı dəzgah avtomat rejimində olmuş, sexdə heç kim onu təhlükəsizlik qaydaları ilə tanış etməmiş vətəlimatlandırmamış, bu barədə müvafiq təhlükəsizlik işləri sexdə görülməmiş, ümumiyətlə sexdə xüsusi təhlükəsizlik qaydaları tərtib edilməmiş və qeydiyyata alınmamış, sexdə təhlükə mənbəyi olan dəzgahların və alətlərin qarşısında xəbərdaredici nişanlar olmamış, o, fərdi mühafizə üçün hər hansı xüsusi geyimlərlə təmin olunmamışdır. Halhalzırda mülki iddia tələbi vardır, ona dəymiş maddi zərər üçün 10000 manat, mənəvi zərər üçün 5000 manat pul tələb edir, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyindən ondan şikayətçi olduğundan, barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2010-cu ildən Sumqayıt şəhəri Etilen Polietilen zavodunun yaxınlığında olan Təqsirləndirilən şəxs məxsus toyuq fermasında fəhlə işləmiş, Zərərçəkmiş şəxs onun qardaşı qızı olmaqla münasibətləri hər zaman normal olmuş, Zərərçəkmiş şəxs boşanaraq oğlu ilə qardaşı Əlinin Saatlı rayonunda yerləşən evində yaşamış, o, Təqsirləndirilən şəxs məxsus fermada tək işlədiyindən Rəvanənin də yanına gələrək ona kömək etməsi məqsədilə təxminən 2020-ci ilin fevral ayının axırlarında qardaşı Əliyə zəng vuraraq Rəvanəni onun yanına göndərməyini xahiş etmiş, Əli də onunla razılaşaraq Rəvanəni müvəqqəti olaraq onun yanına göndərmiş, Rəvanə 4-5 gün onun yanında qaldıqdan sonra o, Rəvanəyə iş taparaq onun yanında daimi qalmağını demiş, Rəvanə də onun təklifi ilə razılaşdığından o, müdiri Təqsirləndirilən şəxs ilə danışaraq Rəvanəni işə düzəltməsini xahiş etmiş, Təqsirləndirilən şəxs Rəvanəni özünə məxsus "xxxx" yuyucu toz vasitələri istehsalı sexində fəhlə kimi işə götürmüş, Rəvanə təxminən orada 1 ilə yaxın müddət işləmişdir. 17 mart 2021-ci il tarixdə təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs ona zəng vuraraq Rəvanənin əlinin dəzgahda qaldığını və kəsildiyini, buna görə də Rəvanəni xəstəxanaya göndərdiyini bildirmiş, o, evdə tək olduğundan xəstəxanaya gedə bilməmiş və təxminən saat 24 radələrində Təqsirləndirilən şəxs oğlu və mühasib Təranə xanım Rəvanəni əli sarılı vəziyyətdə evə gətirmiş, 10 gün müddətində də Təqsirləndirilən şəxs oğlu evlərinə gələrək, Rəvanənin əlinin sarğısını dəyişdirmək məqsədilə onu və Rəvanəni evdən götürüb xəstəxanaya aparmışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 2013-cü ildən Təqsirləndirilən şəxs məxsus "xxxx" yuyucu vasitələri istehsalı sexində mühasib işləmiş, onunla əmək müqaviləsi bağlanmış, işlədiyi "xxxx" sexi Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi Üns küçəsi 13-də yerləşməklə, sexdə yuyucu vasitələr və onların qabları istehsal olunmuş, sex iki mərtəbədən ibarət olmaqla, 1-ci mərtəbədə kauçuk qabların istehsalı, 2-ci mərtəbədə isə qablaşdırma işləri həyata keçirilmişdir. Zərərçəkmiş şəxs sexdə 06.03.2020-ci il tarixdən işə başlamış, həmçinin Rəvanənin bibisi Gülnisə Sumqayıt şəhəri Etilen Polietilen zavodunun yaxınlığında olan müdir Təqsirləndirilən şəxs məxsus toyuq fermasında işləmiş, Rəvanə ilə əmək müqaviləsi bağlanmamış, belə ki, müqavilə bağlamaq üçün Rəvanədən dəfələrlə şəxsiyyət vəsiqəsi tələb olunsa da Rəvanə, 1 il ərzində müxtəlif bahələr gətirərək vəsiqəsini təqdim etməmiş, Rəvanə fəhlə kimi işə götürülmüş, Rəvanəyə əsasən sexdə istehsal olunan qabların istehsaldan sonra təmizlənməsi, işi olmayanda isə ikinci mərtəbə qablaşdırma işində köməklik göstərilməsi hər səhər işdən əvvəl şifahi qaydada Təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar sexdə olmadığı vaxtda orada işə rəhbərliyi o, həyata keçirmişdir. 17 mart 2021-ci il tarixdə o, sexdə olarkən Rəvanə bir litrlik kauçuk qabları istehsal edən dəzgahda işləmiş, həmin dəzgahda hazırlanan qablar dəzgahın aşağısına tökülməklə, Rəvanə də onları götürüb artıq hissələrini kəsmiş, saat təxminən 17 radələrində o, 1-ci mərtəbəyə düşüb Şakirin yanına gəlmiş və Şakirə su nasosunu düzəltməyi söyləmiş, Şakir sexdə işçi olmamış, çilingər kimi Arif Şakiri həmin gün su quyusunun nasosunu düzəltmək üçün çağırmış, həmçinin Şakir qapaq istehsal edən dəzgahda iş görmüş, həmin zaman Rəvanə özü işlədiyi dəzgahın yanında təmizlik işləri görmüş, Şakir onunla birlikdə su quyusundakı nasosu düzəltməyə gedəndə Rəvanəyə dəzgahın üzərində olan xəbərdaredici sayrışan işıq yanarsa stop düyməsi ilə dəzgahı dayanmasını demiş, bir neçə dəqiqədən sonra Rəvanənin səsinə hamı ora yığışmış və Rəvanənin əlinin dəzgahın arasında qalıb, xəsarət aldığını görmüş, dərhal Rəvanə Respublika Kliniki mərkəzə göndərilmiş, orada müalicə olunmuş və barədə Rəvanənin bibisi Gülnisəyə məlumat verilmişdir. Daha sonra Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs özü şəxsiyyət vəsiqəsini təqdim etmədiyindən, Rəvanəylə əmək müqaviləsi bağlamaq mümkün olmamış, hadisə günü Zərərçəkmiş şəxs xəsarət aldığı dəzgahda işləməyi heç kim tapşırmamış, Rəvanə qadın olduğu üçün həmin dəzgahı işə sala bilməsi mümkün olmamış, sadəcə Şakir sexdən çıxanda Rəvanəyə əgər dəzgahın işığı yansa stop düyməsi ilə işi dayandırmağı demiş, o, Rəvanənin nəyə görə əlini dəzgahın içərisinə saldığını baş düşə bilməmiş belə ki, dəzgahın əli ilə işlənməsinə ehtiyac olmamış, sexdə əməyin mühafizəsi və texniki təlükəsizlik qaydaları ilə bağlı təlimatlandırma olmuş, bununla bağlı müvafiq jurnallara imza edilmiş, lakin, Zərərçəkmiş şəxs sexdə rəsmi əmək müqaviləsi ilə işləmədiyi üçün həmin jurnallarda Rəvanənin imzası olmamış, bununla belə Rəvanə şifahi qaydada dəfələrlə təlimatlandırılmış, sexdəki dəzgahların üzərində təhlükə mənbəyi olan yerlərdə xəbərdaredici nişanlar olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 və Şahid1 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qimində dindirilmiş Süleymanov Mustafa Arif oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs məxsus sexdə 06.03.2020-ci il tarixdən fəhlə kimi işə başlamış, həmçinin Rəvanənin bibisi Gülnisə də Sumqayıt şəhəri Etilen Polietilen zavodunun yaxınlığında olan atasına məxsus toyuq fermasına nəzarət etmiş, Rəvanəyə hər səhər işdən əvvəl şifahi qaydada sexdə istehsal olunan qabların istehsaldan sonra təmizlənməsi, işi olmayanda isə ikinci mərtəbədə qablaşdırma işində köməklik göstərilməsi tapşırılmışdır. 17 mart 2021-ci il tarixdə təxminən saat 16-17 radələrində sexdə mühasib işləyən Şahid3 ona sexə gəlməyi bildirmiş, o, sexə gəldikdə Zərərçəkmiş şəxs əlinin sarğılı vəziyyətdə olduğunu görmüş, Təranə xanımdan nə baş verdiyini soruşduqda, Təranə ona Rəvanənin sol əlinin dəzgahda qaldığını və xəsarət aldığını bildirmiş, o, dərhal özünə məxsus avtomobil ilə Rəvanəni, Təranəni və digər işçi Afəti götürərək Respublika Kliniki Xəstəxanaya gətirmiş, burada Rəvanəyə tibbi yardım göstərildikdən sonra Rəvanəni evlərinə aparmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 09.04.2021-cu il tarixli 382 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol əlin İ-İİ-İİİ-İV-V barmaqlarının əsas falanqanın travmatik amputasıyası. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsirindən yaranmışdır, onun tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 17.03.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox daimi dayanıqlı (55%) itirilməsinə səbəb olmuş sağlamlığa AĞİR zərərvurmaya aiddir . İş üzrə keçirilmiş və Məhkəmə-texniki təhlükəsizlik ekspertizasının 15 iyul 2021-ci il tarixli 10/2354 nömrəli rəyində göstərilmişdir ki, "xxxx" adlı yuyucu vasitələr istehsal sexində quraşdırılmış “KuASY170/55-İ” markalı plastik materialların tökmə (preslemə) dəzgahının (maşının) presformanın işçi zonasının üzərində olan qoruyucu örtüyünün blokirovka mexanizminin işlək vəziyyətdə olmadığına, həmin dəzgahda təhlükəsiz işləmə usülları və qaydaları qeyd edilmiş istismar sənədləri (təlimatlar,qaydalar və.s) tərtib edilmədiyinə, eləcə də bu dəzgahda işləməsi peşə hazırlığı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrətəlim və biliklərin yoxlanılması keçirilməmiş işçilərə (konkret olaraq zərərçəkmiş X2) tapşırıldığına görə, baş vermiş hadisə ilə əlaqədar “ İstehsalat avadanlığı. Umumi təhlükəsizlik tələbləri.”.12.2.003-91 saylı DÜST-nin (dövlət standartının) 1.2, 1.4, 1.5 bəndləri, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçular üçün nümunəvi daxili nizam qaydaları” nın 12-ci bəndi, “İşçilərin əməyin mühafizəsi üzrə işinin təlimin təşkili. Ümumi tələblər.” 12.0.004-79 saylı DÜST-nin (dövlət standartının) 1.1, 2.5, 3.10 bəndlərinin və analoji “KuASY 105/32-İ-40” markalı plastik materialların tökmə (preslemə) dəzgahının texniki pasportun tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbidir. Hadisə baş vermiş “KuASY170/50-İ” markalı plastik materialların tökmə (preslemə) dəzgahın texniki vəziyəəti və onun işlədilməsi qaydası “İstehsalat avadanlığı. Umumi təhlükəsizlik tələbləri.” 12.2.003-91 saylı DÜST-nin (dövlət standartının) 1.2, 1.5 bəndlərin və analoji “KuASY 105/32-İ-40” markalı dəzgahın texniki pasportun tələblərinə uyğun olmamışdır. Ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şərəatini nəzərə aldıqda, "xxxx" adlı yuyucu vasitələr istehsal sexində qurlaşdırılmış “KuASY170/55-İ” markalı plastik materialların tökmə (preslemə) dəzgahının (maşının) presformanın işçi zonasının üzərində olan qoruyucu örtüyünün blokirovka mexanizminin işlək vəziyyətdə olmadığına, həmin dəzgahda təhlükəsiz işləmə üsulları və qaydaları qeyd edilmiş istismar sənədləri (təlimatlar, qaydalar və.s) tərtib edilmədiyinə, eləcə də bu dəzgahda işləməsi peşə hazırlığı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və biliklərin yoxlanılması keçirilməmiş işçilərə (konkret olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs) tapşırıldığına görə, “İstehsalat avadanlığı. Ümumi təhlükəsizlik tələbləri.” 12.2.003-91 saylı DÜST –nin (Dövlət standartının) 1.2, 1.4, 1.5 bəndləri, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları” nın 12-ci bəndi, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər.” 12.0.004-79 saylı DÜST-nin (dövlət standartının) 1.1, 2.5, 3.10 bəndlərinin və analoji “KuASY 105/32-İ-40” markalı plastik materiallarının tökmə (preslemə) dəzgahının texniki pasportun tələbləri “ Belizna” adlı yuyucu vasitələr istehsalı sexinin müdiri, fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Ekspektizaya təqdim olunmuş cinayət işi materiallarında göstətilmiş hadisənin baş vermə şəraitini, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs ilə peşə üzrə hazırlığı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalar üzrə təlim və təlimatlandırmaların aparılmadığını nəzərə aldıqda onun tərəfindən baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası qaydalarının pozulması müəyyən edilmir. Cinayət işinə əlavə edilmiş 10.05.2021-ci il və 25.06.2021-ci il tarixli hadisə yerinə baxış protokollarında görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Saray- 23 ünvanında yerləşən "xxxx" yuyucu vasitələrin istehsalı sexidir. Sex iki mərtəbəlidir. Sexin zirzəmi hissəsində 5 ədəd dəzgah vardır. Hadisə baş vermiş dəzgah zirzəminin sol tərəfində quraşdırılmışdır. Həmin dəzgahın “KuASY170/55-İ electronic”yazıları vardır. Dəzgahın ön tərəfində idarəetmə paneli və düymələr vardır. Digər düymələrdən daha iri olan qırmızı rəngli düyməni sızdıqda dəzgahın işi dayanır. Dəzgahın üzərində qıfvari xammalın tökülməsi üçün nəzərdə tutulmuş tutum vardır. Dəzgahın məmulatlar istehsal edən( formalaşdıran) işçi (pres-forma) sahəsinin üzərində şüşəli qoruyucu örtük vardır. Həmin qoruyu örtük yana doğru çəkməklə işçi sahəsinə müdaxilə etmək mümkündür. Baxış zamanı dəzgahı işə salıb presləmə əməliyyatları apararkən, əli ilə qoruyucu örtüyü yana doğru çəkilmişdir. Lakin işçi sahəsinin açıq qalmasına baxmayaraq dəzgahın işi avtomatik olaraq dayanmamışdır. Bu hal qoruyucu örtüyünün blokirovka adlanan ( qoruyucu örtüyüaçıldığı halda dəzgahın işinin avtomatik dayandıran) mexanizmin işlək vəziyyətdə ( yaxud ümumiyyətlə) olmamasını göstərir. Cinayət işinə əlavə olunmuş "xxxx" yuyucu vasitələrin istehsalı sexinin müdiri Təqsirləndirilən şəxs 19.04.2021-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs həqiqətən 06.03.2020-ci il tarixdən sexdə fəhlə işləmiş, lakin rəsmi qeydiyyata alınmadığı üçün əmək müqaviləsi bağlanmamış, vəzfə təlimatları, əməyin mühafizəsi, texniki təhlükəsizlik üzrə təlimatlandırmanın qeydiyyatı jurnalında qeydiyyatdan keçməmişdir. Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlilliyi vardır. İş materillarında olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Ortopedik İstehsalat və reabilitasiya Mərkəzi tərəfindən verilmiş 23.12.2021-ci il tarixli məktubdan görünür ki, pasiyent üçün təyin olunmuş YPO-03 kosmetik əlin bir il ərzində 2 dəfə yenisi ilə dəyişdirilməsi nəzərdə tutulur. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03.08.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materillarında olan Sumqayıt şəhər icra hakimiyyəti mənzil-kommunal təsərrüfatı istehsalat birliyinin 3 saylı Mənzil-Kommunal sahəsinin 11.08.2021-ci il tarixli 499 saylı arayış və xasiyyatnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Özünü nümunəvi sakin kimi tanıtmaqla, bu vaxta qədər barəsində 3 saylı MKS-ə hər hansı bir şikayət daxil olmaması onun şəxsiyyətini səciyyələndirən hallardır. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.15 və 9.1-ci bənlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə iclasında mülki iddiaçı (bundan sonra zərərçəkmiş şəxs) vurulmuş maddi zərər üzrə 10000 manat və mənəvi zərərə görə 5000 manat təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etdi. Tələbini onunla əsaslandırdı ki, əmək qabiliyyətini müəyyən qədər itirmiş, protezləşməyə çəkiləcək xərcləri vardır, ümumiyyətlə əvvəlki kimi iş qabiliyyəti olmayacağı nəzərə alınmalıdır. Ona görə də, təqsirləndirilən şəxsdən birdəfəlik zərəri tələb edir ki, özünə hər hansı şərait qura bilsin. Məhkəmə iclasında təqsirləndirilən şəxs iddia tələbi ilə qismən razılaşaraq maddi və mənəvi zərərə görə birdəfəlik 5000 manat ödəmək imkanının olduğu qeyd etdi. Özünün 2 qrup əlil olduğunu, hadisənin ehtiyatsızlıq səbəbindən baş verməsini, eyni zamanda zərəçəkmiş şəxsə iş təklif etsə də, işləməyə razı olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə İlk növbədə maddi zərərlə bağlı qeyd edir ki, sağlamlığın pozulması nəticəsində zərəçəkmiş şəxs itirdiyi əmək qaliyyətinin faiz dərəcəsinə uyğun olaraq əldə edə biləcəyi gəliri təqsirləndirilən şəxsdən tələb edə bilər. Protezləşmə, müalicə, başqasının ona qulluğu, əlavə qida, dava-dəriman və s. bu kimi hallar üzrə zərərçəkmiş şəxs yanlız o halda pul tələb edə bilər ki, həmin ehtiyacların pulsuz ala bilməyəcəyinə və özü tərəfindən bu xərlərin çəkdiyinə dair sübut təqdim etsin. İşin araşdırılan hallarından görünür ki, zərərçəkmiş şəxsin əmək müqaviləsi olmasa da, o, əmək haqqı olaraq aylıq 250 manat pul vəsaiti almışdır. Ekspertiza rəyindən göründüyü kimi, zərəçəkmiş şəxs 1/3-dən cox əmək qabiliyyətini itirmişdir. Bu halda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin aldığı aylıq əmək haqqının yarısının üç illlik məcmusu üzrə birdəfəlik 4000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsə ödənilməlidir. Maddi zərər qalan hissədə sübut təqdim edilmədiyi üçün təmin edilməməlidir. Mənəvi zərərə gəldikdə məhkəmə vurğulayır ki, zərərçəkmiş şəxsin pozulmuş sağlamlığının tam bərpası mümkün olmayacağından onun mənəvi iztirab keçirməsi aşkardır. Həmin sarsıntının heç şübhəsiz pulla ölçülməsi mümkün olmasa da, pul kompensassiyası zərəçəkmiş şəxsə təsəlli ola bilməsi üçün müəyyən edilir. Bu zaman hadisənin hansı şəraitə baş verməsi, eyni zamanda təqsirləndirilən şəxsin maddi vəziyyəti və hadisədə təqsirlik dərəcəsini də məhkəmə nəzərə alır və 2400 manat mənəvi zərər kimi pul kompensassiyasının təyin edilməsini ağlabat hesab edir. İddia tələbi ilə bağlı məhkəmənin gəlidiyi qənaətə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə, maddi zərər üzrə 4000 manat, mənəvi zərərə görə 2400 manat, ümumilikdə 6400 manat pul vəsaiti tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Eyni Məcəllənin 1125.1-ci maddəsinə əsasən zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında hesab etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.15 və 9.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.15 və 9.1-ci bəndləri tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. İddia tələbi qismən təmin edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə, maddi zərər üzrə 4000 manat, mənəvi zərərə görə 2400 manat, ümumilikdə 6400 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-49/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-49/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver