Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-49/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 234.2-ci maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş olduğu şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə təmiz çəkisi 0,261 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edib xx.xx.2023-cıİ il tarixdə tanışı Şahid3 yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 454A saylı evin qarşısında 8 manat müqabilində satmışdır. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-01 ədəd bükümdə 5,904 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edərək üzərində saxlamış, 18 may 2023-cü il tarixdə saat 02:20 dəqiqədə Sumqayıt ŞPİ-nin PPXT-nun 2-ci Bölüyünün əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsi, “Corat” marketin yaxınlığında mülki axtarışda olması və narkotik vasitədən istifadə etməsində şübhəli bilinməsi ilə əlaqədar saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilib üzərində şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə olan tiryək əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükülüdə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilsə də, sonuncuya qarşı CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərədə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdaki sübutlarla əsaslandırılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:50-də yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən ünvandan çıxıb tanışı Mahmud adlı şəxsin yaşadığı ünvana qonaq getmək üçün Sumqayıt şəhəri Corat qəsəbəsində onunla görüşmüşdür. Orada adını bilmədiyi, lakin tanıdığı taksi sürücüsü olan markasını bilmədiyi ağ rəngli xarici avtomaşına minərək Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Corat marketin yaxınlığına gələrək, orada olduqları zaman post patrul xidməti avtomobili onlara yaxınlaşmış və həmin vaxt avtomobili saxlayaraq, yerə düşmüşlər. Polis əməkdaşı olan Zaur adlı şəxs ona “mənim qabağımdan qaça bilməzsən, əsil problem indi başlayır”, demiş, sonra Zaur onu tək polis avtomaşınına mindirmiş, həmin vaxt onun yanında iki polis əməkdaşı olmuşdur. Zaur onu avtopatrula mindirdikdən sonra hər iki əlinə qandal bağlamış və oturacağa keçirmişdir. Zaur onu əlində olan telefonla yoxlamış və ona mülki axtarışda olduğunu demişdir, sonra Zaur yanında olan Mahmuda onluq bir işi olmadığını, eyni zamanda taksi sürücüsünün də getməsini bildirmişdir. Onlar da getmiş və sonra Zaur və yanında olan polislər onu Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən təcili tibbi yardım xəstəxanasının yanına gətirmiş və avtomaşını saxlayıb orada əli ilə ciblərini axtarmağa başlamış, həmin vaxt Zaur əli ilə onun sinəsinə və bədən nahiyələrinə vurmuşdur. Avtomobildə olan polis əməkdaşlarından biri yerə düşmüş, digəri avtomaşında qalmış, Zaur onun ciblərini yoxladıqda əynində olan qısaqol gödəkcəsinin sol cibinə nə isə qoymuş, ona “səni küllü miqdarda narkotiklə sroka göndərəcəm” demişdir. Bundan sonra o, Zaurun yanında olan digər polis əməkdaşları ilə bir yerdə polis avtomaşını ilə Sumqayıt ŞPİ 1-ci PB-nə gətirilmişdir. Zaur onu bölməyə gətirdikdən sonra sağ tərəfdə olan otağa salmış və həmin otağa girən polis əməkdaşlarına guya onun üzərində narkotik vasitə olmasını bildirmişdir. Sonra Zaur əlini onun cibinə salıb əvvəlcədən cibinə qoyduğu narkotik vasitə dediyi qara plastilinə bənzər kütləni çıxarmış və orada olan polis əməkdaşlarına göstərmiş, həmin vaxt cibindən çıxardığı narkotik vasitə “Bravo” marketə aid olan terminalın çekinə bükülü olmuş, Zaur ona həmin çekin ona aid olduğunu demiş, o, da ona, “mənə aid deyil, həmin mağazada olan təhlükəsizlik kamerasına baxıb kimə aid olmasını müəyyən edərik” demişdir. Sonra Zaur həmin çeki götürmüş və şəffaf selefona büküb təzədən əynində olan idman şalvarının sol yan cibinə qoymuş və “təhqiqatçının yanında çəkiliş zamanı cibindən çıxsın” demişdir. Qeyd edir ki, təhqiqatçının yanına gələnədək ona əlini cibinə salmağa imkan verilməmişdir. Sonra onun üzərinə ona təqdim olunan müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, axtarış aparılmazdan əvvəl ona üzərində qanunsuz əşya və narkotik vasitə vardırsa könüllü təqdim etməsi təklif olunmuş, o, da əynində olan qara rəngli idman şalvarınının sol yan cibində olan qara rəngli plastilin şəkilli kütləni və sol yan cibində olan özünə məxsus telefonu çıxarıb masanın üzərinə qoymuş, sonra əynində olan gödəkcəsinin cibində olan 1 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinazını çıxarıb masanın üzərinə qoymuş, üzərindən aşkar olunan kütlə elektron tərəzidə çəkilmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb üzəri möhürlənmiş və götürülmüşdür. Bundan sonra üzərindən aşkar olunan telefon qablaşdırılmış, üzərindən aşkar olan 47 manat pul ona qaytarılmışdır. O, üzərindən aşkar olunan kütlənin qablaşdırıldığı zərfin üzərini imzalamamışdır. Telefonunun qablaşdırıldığı zərfin üzərini isə imzalamışdır. O, üzərindən aşkar olunan kütlənin nə olduğunu bilmədiyini, polis əməkdaşı Zaur tərəfindən cibinə qoyulduğunu bildirmişdir. Şəxsi axtarış zamanı videoçəklişdən istifadə edilmişdir. Bildirir ki, o, Şahid3 və Şahid4 heç vaxt narkotik vasitə satmamış və ya onlara pay şəklində narkotik verməmişdir. Narkotik vasitə istifadəçisi olduğunu etiraf edir, lakin özünün heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirir. Qeyd olunanların nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndilən şəxs Əlibala Slahov məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, fərdi əməklə məşğul olur, narkotik vasitə olan tiryəkdən təxminən 5-6 aydır ki, istifadə edir, narkotik vasitəni tanımadığı şəxslərdən alır. Post-patrul xidmət əməkdaşları tərəfindən 17 may 2023-cü il tarixdə Corat qəsəbəsi, S.Əliyev küçəsi, Corat marketin qarşısında saxlanılmış, Zaur adlı polis əməkdaşı əllərinə qandal vurub xidməti avtomobilə əyləşdirmişdir. O, Şahid2 onu 2023-cü ilin yanvar ayından tanıdığını, hətta bir dəfə onun əlindən qaçmağa müvəffəq olduğunu bildirmişdir. Həmin vaxt Şahid2 qaçmasına səbəb sonuncunun onu əvvəl də tutaraq 1-ci PB-də aparıb orada döyməsi olmuşdur. Belə ki, onu tutaraq bölməyə aparıb yenidən döyəcəyindən qorxub qaçmışdır. O, Zaurdan qaçdıqdan sonra aralarında ədavət yaranmış, Zaur həmin müddətdən tutulanadək onu axtarmış, buna səbəb həyətindəki itin həmin vaxt Zaurun üstünə cumması olmuşdur. Zaur post patrul avtomobilində onun cibinə narkotik vasitə qoymuş, Sənan həmin zaman dostu ilə bankomata getmiş, Post patrul maşınında Zaur, Elburus və Sənan olmuşdur. Avtopatrulda olan zaman Zaur ona zərbələr endirərək təhqir etmişdir. 1ci PB-nə daxil olan zaman onun cibləri yoxlanılmış, şəxsi axtarış zamanı çəkilişdə narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq onu da bildirmişdir ki, onun cibinə narkotik vasitə qoyan zaman Müzəffər Sənanla birlikdə bankomatdan pul çıxarmağa getmiş, daha sonra Müzəffər polis əməkdaşına pul verdiyi üçün onları buraxmışlar, o, mülki axtarışda olmamış, əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 10000 manat vergi borcu olmuş və həmin borcu hissə-hissə ödəmişdir. O, “Dərin Özüllər” zavodunda işləyib qazandığı pulla narkotik almış, narkotik vasitə Tiryəkdən təxminən 5-6 aydır istifadə etmiş, mobil telefonuna müxtəlif məzmunlu mesajlar gəlsə də o, heç birinə cavab verməmiş, Ufa adlı şəxsi tanımır. Davam edən məhkəmə iclaslarında Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid3 uşaqlıqdan tanıyır, Qurbanın nömrəsini xatırlamır. İstifadəsində 055 *** ** ** saylı mobil nömrə olmuş, Qurbanla telefonda danışmış, lakin tez-tez danışıb danışmadıqlarını xatırlamır, Qurbanla bir qonşu kimi münasibətləri olmuşdur. Qurbanla narkotiklə bağlı heç bir söhbətləri olmamış, xx.xx.2023-cü il tarixdə saat 19:13-də Qurbanla 96 saniyə ərzində yalnız hal-əhval tutmuşlar, xx.xx.2023-cü il tarixdə 100 saniyə ərzində Qurbanla sonuncunun dayısı oğlunun ölümü ilə bağlı danışıb söhbət etmişlər. xx.xx.2023-cü il tarixdə saat 21:34-də Qurbanın dayısı oğlunu dəfn etməyə aparıb-aparmamaları barədə sonuncudan məlumat almaq üçün ona zəng etmişdir. Qurbanla onun evi arasında 3 ev məsafə olmuşdir. Bildirir ki, Qurbanla telefonda danışmaq üzbəüz danışmaqdan ona daha rahat olduğundan evləri arasında məsafə çox yaxın olmasına baxmayaraq, Qurbanla telefonla danışmağa daha çox üstünlük vermişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 22:16-da yenə Qurbanla yas mərasimi ilə bağlı telefonda danışsa da, həmin gün saat 22:49-da Qurbanla narkotik alqı-satqısı ilə bağlı heçnə danışmamışdır. Ola bilər Qurban ondan həmin vaxt nə isə xahiş etsin. Belə ki, həmin tarixdə telefonda Qurbanla yas mərasimi barədə 4 dəfə danışmışdır. xx.xx.2023-cü il tarixdən 00:00-dan 01:00-dək Qurban dəfələrlə ona yas mərasiminin təşkili ilə bağlı qabqacaq məsələsinə görə zəng etmiş, lakin o, həmin vaxt yatmışdır. Bu səbəbdən telefon zənglərinə cavab verməmiş, bəlkə də eşitmədiyinə görə zənglərə cavab verməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Nadimi uşaqlıqdan tanımış, Nadim və Qurban fərqli ünvanlarda yaşayır, Nadimin nömrəsini bilmir. Nadimlə “salam-sağol” formasında ünsiyyəti olmuşdur. xx.xx.2023-cü il tarixdə harada olduğunu xatırlamır, həmin gün Nadimlə görüşdüyünü və telefonda danışdığını xatırlamır. Nadimlə aralarında narkotiklə bağlı söhbət aparılmamışdır. xx.xx.2023-cü il tarixdə saat 22:46-da Nadimə nə səbəbə görə zəng etdiyini xatırlamır, xx.xx.2023-cü il tarixdə Nadimlə nə danışdığını xatırlamır, lakin narkotik barədə danışmamışlar. 055 *** ** ** saylı ona məxsus nömrədən 070 404 75 05 saylı Nadimə məxsus nömrəyə “salam kişi necəsən, nə sözün varsa de“ formasındakı mesajı göndərməsində səbəb Nadimin ona nəsə qulluğu olarsa bildirməsi üçün yazmışdır. Narkotiklə bağlı sonuncu ilə danışığı olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 00:07-də Nadimin “qaqa telefonu aç da Novruzdu” məzmunda mesaj yazmasının səbəbini bilmir. Ona yazılan mesajlara görə o, məsuliyyət daşımır. İş materialındakı yazışmaları müstəntiq yazıb, Tacir adlı şəxsi tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, 08 may 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və hazırda ƏN 3 saylı İstintaq Təcridxanasında saxlanılır. O, saxlanılan zaman üzərindən aşkar olunan narkotik vasitəni 07 may 2023-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar metrostansiyası ərazisində tanımadığı şəxsdən almışdır. Məhkəmə iclasında bildirmişdir ki, Şahid3 saxlanılandan 3 ay sonra o, Sumqayıt ŞPİ-ə gətirilmiş, ona Əlibalanın da burada olduğu deyilmişdir. Ona narkotik vasitəni 8 manat müqabilində Əlibaladan almasını söyləməsinə polislər məcbur etmişlər. O ibtidai istintaqda sənədlərə imza atsa da, əslində orada dedikləri kimi deyil, məhkəmə istintaqında qeyd etdiyi kimi hadisə baş vermişdir. Ona təzyiq edilmiş, bu səbəbdən istintaq zamanı narkotik vasitəni Əlibaladan aldığını bildirmişdir. O, Əlibaladan heç bir narkotik vasitə almamışdır. O, istintaq orqanı tərəfindən təzyiqə məruz qalması barədə heç bir orqana şikayət etməmişdir. Şahid3 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Əlibalanı uşaqlıqdan tanıyır, barəsində cinayət işi üzrə məhkəmə istintaqı davam edir, ibtidai istintaq zamanı ona təzyiq edilərək Əlibala ilə telefon danışıqlarının üzə çıxdığını bildirmişlər. O, ona təzyiq edən şəxsləri tanımamışdır. xx.xx.2023-cü il tarixdə o, evində olmuş, Əlibala həmin vaxt harada olması barədə məlumatı olmamış, həmin gün Əlibala ilə görüşməmişdir. O, narkotik vasitəni Bakı şəhəri, 20 Yanvar metrostansiyası ərazisində tanımadığı şəxsdən almış, 08 may 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Zaur adlı post patrul xidməti əməkdaşını tanımır, Zaur ona hər hansı təzyiq etməmişdir. 2023-cü ilin sentyabr ayında o, Sumqayıt ŞPİ-nin MSY-nə gətirilmiş, ona təzyiq olunmuşdur. Bildiri ki, Əlibalaya “Whatsap” proqramı vasitəsilə mesaj yazsa da, narkotik vasitənin satışı ilə bağlı ona heçnə yazmamışdır. O, Əlibalanın ailəsini tanıyır, Əlibalanın işi ilə bağlı ona kimsə tərəfindən nəsə xahiş olunmamışdır. Suallara cavab olaraq Şahid3 onu da bildirmişdir ki, ibtidai istintaq zamanı onun Əlibala ilə üzləşdirməsi olmuş, istintaq hərəkəti zaman təzyiq altında narkotik vasitəni Əlibaladan aldığını bildirmiş, Əlibala ilə birlikdə narkotik vasitə istifadə etməmiş, o, narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Ona təzyiq olduğu üçün ibtidai istintaq zamanı belə məzmunlu izahat vermiş, ona edilmiş təzyiqlərlə bağlı heç bir orqana şikayət etməmişdir. İstifadəsində 055 612 32 16 saylı mobil nömrə olmuş, Əlibalanın mobil nömrəsinin 055 441 saylı rəqəmlə başladığını xatırlayır. O, məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 329.1-ci maddəsi rəhbər tutmaqla şahid sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğunu nəzərə alıb ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şahid3 ibtidai istintaq zaman bildirmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır, hal-hazırda AR ƏN Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Əvvəllər ayrı-ayrı vaxtlarda CM-nin 194.1 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur və sonuncu dəfə həmin məcəllənin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. 2022-ci ilin aprel ayında həbsdən azad edilmiş və narkotik vasitə “kakos” adlandırılan Tiryək növündən yandırıb tüstüsünü udma yolu ilə qəbul edir. Corat qəsəbə sakini Əlibala adlı şəxsi tanıyır, Əlibala ilə həmyaşıd olmaqla aralarında səmimi münasibət olduğunu, Əlibalanın da narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Əvvəllər bir neçə dəfə Əlibala ilə birlikdə narkotik vasitə Tiryək qəbul etmiş, bundan başqa Əlibaladan əvvəllər bir neçə dəfə pul müqabilində narkotik vasitə əldə etdiyini göstərmişdir. 07 may 2023-cü il tarixdə axşam saat təxminən 21 radələrində bədənində ağrılar olduğundan, ağrıları kəsmək üçün narkotik vasitə qəbul etmək istədiyini və ona görə də, istifadə etdiyi ***-***-**- ** saylı mobil nömrədən Əlibalanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə watsap vasitəsilə mesaj yazaraq bədənində olan ağrıları kəsmək üçün narkotik vasitə verməsini xahiş etdiyini və Əlibalaya 8 manat pulunun olmasını bildirdiyini göstərmişdir. Daha sonra Əlibalaya məxsus həmin nömrə ilə watsap vasitəsilə səsli danışaraq onun yaşadığı evin yaxınlığında görüşdüklərini və Əlibalaya 8 manat pul verib ondan bir ədəd sellofan bükümdə narkotik vasitə Tiryək əldə edərək yaşadığı evə qayıtdığını bildirmişdir. Əlibaladan aldığı narkotik vasitədən bir qədərini istifadə etdiyini və qalan hissəsini isə əynində olan gödəkçənin sol yan cibində saxladığını göstərmişdir. 08 may 2023-cü il tarixdə işi olduğundan saat 11:30-da yaşadığı evdən çıxaraq ünvan 5 ünvanının yaxınlığında mülki paltarda olan şəxslər yaxınlaşaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu və üzərində narkotik vasitə olub-olmadığını soruşduqda onlara üzərində narkotik vasitə olan Tiryək olduğunu etiraf etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən xidməti avtomobillə 1-ci PB-nə gətirilmiş və Bölmədə təhqiqatçı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunduğunu, sonra polis əməkdaşlarının və müdafiəçi Əbülfəz Bünyatovun iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirdiyini və etiraz etmədiyini göstərmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli kütləni çıxararaq təqdim etmiş və həmin kütlənin narkotik vasitə Tiryək olduğunu, özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda Əlibalanı polis əməkdaşlarına satmamaq üçün onun adını çəkmədiyini və həmin narkotik vasitəni tutulduğu gün səhər saatlarında Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirməsini göstərmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə Tiryək elektron tərəzidə çəkilmiş və 0,45 qram olması müəyyən edilmişdir. Həmin narkotik vastə Tiryək təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri özü, vəkili və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Protokolu iştirakçılarla birikdə oxuduqdan sonra imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci Bölüyünün polis baş serjantı rütbəsində, manqa komandiri vəzifəsində işləyir. 18 may 2023-cü il tarixdə saat 02:20 radələrində o, xidmətin təşkili ilə bağlı Sumqayıt şəhəri, Corat qəsəbəsində xidmət aparan polis nəfərləri Şahid1 və Şahid6 xidməti ərazisini yoxlamaq məqsədi ilə onlarla birlikdə Corat qəsəbəsi ərazisində xidmət apararkən Corat qəsəbəsi, S.Əliyev küçəsində, “Corat market” mağazasının yaxınlığında ağ rəngli “Toyota Prius” markalı avtomobilin yüksək surətlə hərəkət edərək daha sonra dayandığını görmüş və sürücü avtomaşından düşdükdə daha iki nəfər sərnişin də düşüb getmiş və onlar sürücüyə yaxınlaşmışlar. Həmin sürücü özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdə xidməti portal vasitəsi ilə onun şəxsiyyəti araşdırılarkən həqiqətən onun ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması və xx.xx.2022-ci il tarixdən mülki axtarışda olduğu müəyyən edildiyini bildirmişdir. Bu səbəbdən nizamnaməyə əsasən həmin şəxsi ərazi üzrə PB-nə təhvil verməli olduqlarından vətəndaşa onlarla xidməti avtomaşına oturub 1-ci PB-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs buna etiraz edərək onlarla heç yerə getməyəcəyini, gedərsə özünü maşından atacağını bildirdikdə nizamnaməyə uyğun axtarışda olan şəxsin aparılması qaydasına müvafiq olaraq onun əlinə qandal keçirtmiş və avtomaşına oturdub 1-ci PB-nə aparmışlar. Yolda Əlibala onlara üzərində narkotik vasitə olduğunu bildirib xahiş etmişdir ki, onu PB-nə aparmasınlar, əvəzində onları hansısa bir formada mükafatlandıracağını bildirmişdir. Onlar Əlibalanın dediklərinə əhəmiyyət verməmiş, onu 1-ci PB-nin inzibati binasına gətirmiş və Əlibalanın hərəkətləri barədə 1-ci PB-nin rəhbərliyinin adına raport tərtib etmişdir. Bundan sonra bir neçə saat ərzində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması məqsədi ilə müdafiəçi axtarmış və müdafiəçi gəldikdən sonra xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili təqdim olunmuş, daha sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs gecədən gətirildiyini, üzərinə 30 dəfə baxış keçirildiyini, cibinə narkotik qoyulduğunu, üzərində olan narkotikdən xəbəri olmadığını, gecə saat 12-1 radələrində saxlanıldığını və hazırkı vaxta kimi döyülməsini, təhqir olunmasını, cibinə narkotik qoyulduğunu, onun ciblərini maşında axtarıldığını, onunla qərəzli olmağını, 5-6 ay əvvəl məhəllədə olduqda onun post-putrul maşını ilə ona yaxınlaşmasını, həmin vaxt qaçmasını, qaçmasının səbəbinin ondan əvvəl post patrulun onu gətirməsini və cibindən narkotik vasitə aşkar olunmasını, sonra məhkməyə çıxarıldığını, orada hakim tərəfindən onun döyülməsi və bədənində xəsarət olması ilə bağlı qeyd aparıldığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərinizdə narkotik vasitə vardırmı, sualına Təqsirləndirilən şəxs bəli cavabını verərək həmin narkotik vasitəni onun cibinə onun qoyduğunu demişdir. Müdafiəçi Məhərrəm Şəfızadə Təqsirləndirilən şəxsə “bu adam” dedikdə kimi nəzərdə tutursunuz sualını vermişdir. Təqsirləndirilən şəxs sol əlini əynində olan qara rəngli idman şalvarının sol yan cibinə tərəf aparıb cibindən 1 ədəd şəffaf selefon bükümdə qara rəngli bərk şəkilli kütlə çıxararaq sağ əlini ona uzadıb “bu şəxs” dedikdə onu nəzərdə tutduğunu deyib cibindən çıxartdığı kütləni masanın üzərinə qoyub təkrar əlini ona uzadıb masanın üzərinə qoyduğu kütləni göstərib, həmin kütləni onun cibinə qoyduğunu, daha sonra maşında 30 dəfə onun ciblərinə baxdığını, onu səhərə qədər döydüyünü demişdir. Vəkil Təqsirləndirilən şəxs onu əvvəllər tanıdığını soruşduqda Təqsirləndirilən şəxs onunla şəxsi qərəzliyi olduğunu demişdir. Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən çıxarıb masanın üzərinə qoyduğu kütləyə baxıldıqda qara rəngli bərk şəkilli maddə olduğu aşkar olunmuş və həmin maddənin nə olduğu ilə bağlı Əlibalaya sual verildikdə Əlibala həmin maddənin nə olduğunu bilmədiyini, təxminən 6 aydır ki, narkotik vasitə qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs “kakos” adlanan narkotik vasitə olan Tiryəkdən istifadə etdiyini, üzərindən aşkar olunan kütlənin ona aid olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd mobil telefon və həmin cibindən 1 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq, yəni cəmi 47 manat pulu və 1 ədəd hansı dövlətə aid olduğunu bilmədiyi pul əskinazını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin vaxt fiziki zora məruz qaldığını, avtomaşında və polis bölməsində döyüldüyünü, ancaq xəsarəti olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs yalan danışdığını, onu döymədiyini, həmin kütlənin Əlibalanın cibinə qoymadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan pul vəsaitləri özünə qaytarılmış, üzərindən aşkar olunan kütlə elektron tərəzidə çəkilmiş, xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənmişdir. Əlibala zərfin üzərini imzası ilə təsdiq etməmişdir. Şahid2 ifadəsində Sumqayıt şəhəri ərazisində manqa komandiri kimi xidmət apardığını, yanında olan digər polis əməkdaşları isə konkret Corat qəsəbəsində xidmət apardıqlarını, Əlibalanı Corat qəsəbəsində saxladıqları zaman hər üçü bir yerdə olduğunu, Əlibala ilə şəxsi ədavətinin olmadığını, ərazidə baş verən oğurluq cinayətlərində şübhəli bilindiyi üçün və əvvəllər Əlibalanın onu görüb olduğu yerdən sürətlə qaçması səbəbindən tərəfindən saxlanıldığını bildirmişdir. Əlibalanı saxlayıb onu xidməti portal ilə yoxladıqda Əlibalanın mülki öhdəliklərin icrasından yayınan şəxs kimi axtarışda olduğunu görmüşdür. Qeyd edir ki, həmin kütləni Əlibalanın cibinə qoymamış, sonuncu yalan danışır və ona şər atır. Şahid2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış PB-də aparılmış, Əlibalanın üzərindən tiryək adlanan narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxsə fiziki qüvvə tətbiq etməmiş, Əlibalaya qarşı ədavəti olmamışdır. Təqsirləndirilən şəxsi 18 may 2023-cü il tarixdə, 02:20 radələrində saxlamışlar. Əvvəlcədən Əlibalanın üstünə baxış keçirilməmişdir. Əlibalanın üzərinə onun tərəfindən narkotik vasitə qoyulması barədə izahatı yalandır, özünü müdafiə xarakteri daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün polis nəfəri Şahid1 və həmin bölüyün polis nəfəri Şahid6 X6 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs Corat qəsəbəsində tanıyır, biri-biriləri ilə ancaq salam-sağolları vardır. Məhkəmə iclasında Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, o, sonuncu dəfə təxminən 5 il bundan əvvəl narkotik vasitə qəbul etmiş, hazırda narkoloji müayinədən keçirilsə, narkotik vasitədən istifadə etmədiyi öz təsdiqini tapacaqdır. 5 il əvvəl narkotik vasitə asılılığından yaxa qurtarmaq üçün müalicə almış, həmin müddətdən sonra narkotik vasitədən istifadə etməmişdir. Əlibala ilə aralarında telefon danışığı, sms və ya whatsapp ilə mesajlaşma olmamış, Əlibalanın telefon nömrəsini bilmir, sonuncunun narkotik vasitə istifadə etməsi ilə bağlı məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini təsdiq edir. İstifadəsində 070 404 75 05 saylı mobil nömrə var, həmin nömrəni 7-8 aydır ki, alıb istifadə edir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi ilə bağlı məlumatı yoxdur. Polisdə bir dəfə ifadə vermiş, həmin vaxt qorxmuşdur. Qorxmasına səbəb ürək getmədən əziyyət çəkməsi olmuşdur. Polis əməkdaşları ona Əlibala ilə yazışması olduğunu bildirmişlər. Qeyd edir ki, polis idarəsində heç bir sənədə imza atmamış, Əlibaladan narkotik vasitə almamış, sonuncu ona narkotik vasitə verməmişdir. Salahovun ailəsini tanımır, Əlibala ilə bağlı heçkəs ona heç bir təklif və ya xahiş etməmişdir. Əlibala ilə onun arasında üzləşdirmə keçirilməmişdir. Onun yaddaşında cuzi problem olduğunu etiraf edir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 329.1-ci maddəsinə əsasən şahid sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şahid4 ibtidai istintaq zaman bildirmişdir ki, təxminən 3-4 ildir ki, narkotik vasitə olan “Kakos”-dan istifadə edir, lakin narkoman deyil. Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, onunla bir qəsəbədə yaşayır. Əlibala İlə hər hansı bir dostluq münasibətləri olmasa da, onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və bu səbəbdən ondan bir neçə dəfə çeti 5 manata narkotik vasitə olan “kakos” almışdır. Sonuncu dəfə 08 may 2023-cü il tarixdə narkotik vasitədən istifadəyə ehtiyacı yarandığından, Əlibalanın istifadəsində olan ***-***-**-** saylı vatsap nömrəsinə özünə məxsus ***-***-**-** saylı vatsap nömrəsindən mesaj yazaraq ağrıdığını bildirib satılıq narkotik vasitə olub-olmamasını soruşduqda o, hal-hazırda heç nəyin olmadığını bildirib hansısa tanımadığı Vahid adlı şəxsin adını yazmışıdr. Vahid adlı şəxsin adını niyə yazdığını başa düşmədiyindən təxminən 30 dəqiqə sonra Əlibalanın yaşadığı evin qarşısına gedib onu gözləməyə başlamış, təxminən 30 dəqiqə sonra Əlibala evdən çıxıb ona yaxınlaşmış və bir çet narkotik vasitə olan “kakos” olduğunu bildirdikdə, ona 5 manat pul verib həmin narkotik vasitəni Əlibaladan alaraq oradan uzaqlaşmış və təklikdə falqa vasitəsi ilə çəkməklə istifadə etmişdir. Həmin vaxtdan sonra Əlibala ilə görüşməmiş və hazırki vaxta kimi Əlibaladan 5-6 dəfə narkotik vasitə almış və onun başqa kimlərə narkotik vasitə satması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, ***-***-**-** saylı mobil telefon nömrəsi ona məxsusdur və hal-hazıra kimi istifadəsindədir. X15 doğma əmisidir və o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində kirayə mənzildə yaşayır. Əmisi Şövqi sağ əli və sağ ayağı amputasiya olunduğundan əlil arabasında gəzir və heç yerdə işləmədiyindən ayda 1-2 dəfə ona baş çəkib ailəsinə ərzaq məhsulları aparır. Əmisi Şövqi bədənində yaranmış ağrılarla əlaqədar narkotik vasitələrdən istifadə edir və bunu heç kəsdən gizlətmir. Hətta bəzən ona baş çəkməyə gedəndə onun telefonun götürüb kiməsə telefonla özünə narkotik vasitə sifariş verir. Lakin əmisinin narkotik vasitələri təşkil edən şəxslərin kimlər olmasını bilmir və heç vaxt da narkotik vasitədən istifadə etməmişdir. Tarixini dəqiq xatırlamadığı, lakin təxminən 2023-cü ilin may ayının əvvəllərində növbəti dəfə əmisinə baş çəkməyə getmiş və əmisinin sağ əli olmadığından o, hazırda unutduğu bir nömrə verərək həmin nömrənin sahibinin tanışı olduğunu və narkotik vasitələrin satışı ilə məşğul olan Əlibala adlı şəxsə məxsus olduğunu və həmin nömrəyə öz telefonu ilə mesaj yazaraq narkotik vasitə olan Tiryək sifariş verməsini xahiş etdiyidən çarəsiz qalıb əmisinin vermiş olduğu nömrəni mesaj hissəsinə qeyd etdikdən sonra onun diktə etdiyi “Əlibala Şövqidi, 17 manata nəsə alınar” yazdırdığını və xahiş edərək, cavab gələnədək bir qədər onun yanında dayanmasını və telefona cavab gəlsə ona məlumat verməsini bildirmişdir. Ona görə də məcbur olub əmisinin yanında təxminən 30 dəqiqə dayanıb gözləsə də, həmin nömrədən yazdığı mesaja cavab gəlmədiyi üçün əmisi ilə sağollaşdıqdan sonra ondan ayrılmasını bildirmişdir. Həmin vaxtdan sonra əmisi Şövqi onun telefonu ilə kiməsə mesaj yazmadığını, əmisi tərəfindən mesaj yazdığı Əlibala adlı şəxsi ümumiyyətlə tanımadığını, onunla heç vaxt görüşmədiyini və həmin şəxsdən və ya başqa şəxslərdən əmisi üçün narkotik vasitə almadığını bildirmişdir. Məhkəmə iclasında yaranmış zərurət ilə əlaqədar əlavə şahid qismində dindirilmiş cinayət işi üzrə ibtidai istintaqı aparan Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X16 bildirdi ki, Təqsirləndirilən şəxs barəsində təhqiqatdan daxil olmuş material əsasında 2023-cü ilin may ayında sonuncunun barəsində cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs MSY-də saxlanılmış, tərəfindən 19 may 2023-cü il tarixdə ona CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbiri seçilən zaman ona bütün hüquq və vəzifələri izah olunmuş, daha sonra Əlibalanın narkoloji müayinədən keçirmək zərurəti yaranmışdır. Tərəfindən dəfələrlə sonuncuya həm yazılı, həm də telefon vasitəsi ilə müayinədən keçməklə bağlı İdarəyə gəlməsi barədə xəbərdarlıq etsə də, Əlibala çağırışa gəlməmiş, və gəlməkdən imtina etmişdir. Hətta telefon vasitəsi ilə Əlibala ona ümumiyyətlə müayinədən keçmək istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bir dəfə onun yanına günortadan sonra gəlmiş, ona gec gəldiyini, narkoloji müayinədən keçmək üçün növbəti həftənin 3-cü günü gəlməsini bildirmiş, lakin sonuncu deyilən vaxtda yenə İdarəyə gəlməmişdir. Bu səbəbdən barəsində axtarış elan edilmiş və Təqsirləndirilən şəxs tutulduqdan sonra İdarənin istintaq şöbəsinin digər müstəntiqi Elnur Əliyev ona icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid3 ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs adlı şəxsdən aldığını bildirdiyini demişdir. Bundan sonra Şahid3 icraatında olan cinayət işi üzrə şahid qismində dindirmiş, Mobil telefonunun Whatsapp ani mesajlaşma proqramında bir neçə nəfərlə sms mübadiləsi etdiyini müəyyən etmişdir. Bundan sonra həmin şəxslərin şəxsiyyətləri müəyyən edilərək gətirilməsi barədə əməliyyat tapşırığı vermiş, onlardan biri Əlibaladan bir neçə dəfə narkotik vasitə aldığını qeyd etmişdir. Həmçinin Şahid3 özü də ifadəsində Əlibaladan narkotik vasitə aldığını bildirmişdir. Belə ki, hər iki şahid ilə təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirmiş, həmin istintaq hərəkətlərində adı çəkilən şahidlər Təqsirləndirilən şəxs qeyd etdikləri tarixdə və qeyd etdikləri məbləğdə pul verməklə narkotik vasitəni aldıqlarını bir daha sonuncunun üzünə demişlər. Bundan sonra Əlibala Salohuvun əməli CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmiş və barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Şahid Əsqər Kazımov ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, təhqiqatçı material ilə birlikdə mobil telefonu zərfdə qablaşdırılmış formada istintaqa göndərmişdir. Tərəfindən mobil telefona baxış keçirilmiş və bu hərəkətlər onun özü tərəfindən tərtib edilmiş protokolla rəsmiləşdirilmişdir. Telefona xidməti otağında baxış keçirmiş, lakin tarixi xatırlamır. “Whatsap” proqramındaki yazışmaları protokolda olduğu kimi qeyd etdiyinə görə bu yazışmaların fotosunu telefonun ekranından olduğu kimi çəkərək daha sonra kompyuter vasitəsilə kağız daşıyıcıda çap edib cinayət işi materiallarına əlavə etməyə zərurət bilməmişdir. Qeyd edir ki, tərtib etdiyi protokolda göstərilənlər şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Lakin mobil telefonun sonraki aqibətini, yəni haraya qoyduğunu, kimə təqdim etdiyini xatırlamır. Şahidlər Nadim və Qurbana hər hansı təzyiq edilməmiş, bunun üçün heç bir zərurət də olmamışdır. Qurban təxminən Əlibalanın saxlanılmasından 20 gün əvvəl saxlanılmış, başqa bir müstəntiqə narkotik vasitəni Əlibaladan əldə etdiyini bildirmişdir. Həmin müddət ərzində Əlibala və Qurbanı tanımamışdır. Məhkəmə iclasında Əsqər Kazımov eyni zamanda bildirmişdir ki, telefona baxış keçirən zaman təqsirləndirilən şəxsin iştirak edib-etmədiyini xatırlamır. Əgər iş materiallarında təqsirləndirilən şəxsin iştirakı olmadan telefona baxış keçirməsi əks olunmuşdursa, deməli həmin istintaq hərəkətinin həmin formada keçirilməsi qənaətinə gəldiyi üçün o formada aparmışdır. Şahid2 16 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında ifadə vermək məqsədi ilə təkrarən dəvət edilmiş, ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərinə əvvəlcədən şəxsi axtarış aparılmamış, Əlibala bölməyə gətirilənə qədər əlində qandal olmuşdur. Əlibala yol gələrkən onu PB-ə aparmamağı, onu işə salmamağı, məhkumluğu olduğunu söyləmişdir. O, Təqsirləndirilən şəxs üzərinə baxış keçirməmiş, lakin növbətçi hissənin əməkdaşı tərəfindən edilib-edilməməsindən məlumatlı deyildir. Əlibalanı döyməmiş, həmçinin onun üzərinə narkotik vasitə qoymamışdır. Şahid2 eyni zamanda bildirmişdir ki, Əlibala saxlanıldıqdan sonra əlinə qandal vurularaq postpatrul xidməti avtomobilinə otuzdurulmuş, sonuncunun əllərinin bölməyə gətirilənə qədər açılıb-açılmamasını xatırlamır. Əlibalanın bölmədə əlləri qandallı olmuş yəqin ki, çəkilişə başlayana yaxın qandal açılmışdır. Qeyd edir ki, Əlibalanın əllərində qandal olan zaman əlində heç nə olmamış, Əlibalanın üzərində kəlbətin, tibbi maska, vintaçan (atverka) olmuşdur. Kəlbətin və vintaçanın (atverka) ölçüsünü xatırlamır. Yəqin ki, vintaçan (atverka) kiçik ölçüdə olmamışdır. Əlibalada adi qara tibbi maska olmuşdur. Qandalı o, taxmış, lakin açarı onda olmamışdır. Şəxsi axtarış zamanı o, Əlibalada kəlbətin, bıçağ və vintaçanın olduğunu bildirmişdir. Qeyd edir ki, şəxs növbətçi hissəyə daxil olduqdan sonra onun qollarından qandal açılır. Əlibalanın qollarından qandalı məhz kimin açdığını dəqiq xatırlamır. Təhqiqatçıya Əlibalanın həmin əşyaların da aşkar olunduğunu ona görə bildirmişdir ki, həmin halları təhqiqatçı araşdırsın. Əlibalanın üzərindən aşkar olunan həmin əşyalar yəqin ki, növbətçi hissədədir. O, əşyanı növbətçi hissəyə təhvil verirsə sonradan həmin əşyanın geriyə dönüşü yoxdur. Bu səbəbdən həmin əşya onda ola bilməz. Kəsici-deşici alətləri şəxsin özü də növbətçi hissəyə təqdim edə bilir. Həmin əşyaların harada olması ilə bağlı sonradan maraqlanmaq onun səlahiyyətində deyil. Bundan başqa şahid qeyd etmişdir ki, növbətçi şübhəli şəxsə üzərində əgər kəsici-deşici alət varsa təqdim etməsini bildirir. Bundan sonra belə əşyalar varsa təhvil verilir və növbətçi təhvil alır. O, şəxsi bölməyə təqdim etdikdən sonra onları çəkilişə çağılırlar. Qeyd edir ki, bəzi vaxtlarda müdafiəçi gecikdiyi üçün çəkiliş gec başlayır. Əlibalanı bölməyə gətirdikdən sonra şəxsi axtarışın nə vaxt aparıldığını xatırlamır. Kəsici-deşici alətlərlə bağlı araşdırma aparılmasını təhqiqatçıdan tələb etmək onun səlahiyyətinə aid olan məsələ deyil. Belə ki, bunu tələb etmək növbətçi hissənin səlahiyyətlərinə aiddir. Həmin əşyalar yəqin ki, növbətçi hissədədir. Əşyaların aqibəti ilə maraqlanmaq onun səlahiyyətində olan məsələ deyil. Onun işi şəxsi bölməyə təhvil verməkdən ibarətdir. Şəxs bölməyə gətiriləndən sonra qandallar açılır, şəxs orada ona heç bir təhlükə törədə bilməz. Şahid6 16 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında ifadə vermək məqsədi ilə təkrarən dəvət edilmiş, ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əllərinə qandal vururaq bölməyə gətirmişlər. Post patrul avtomobilinin saxlanc yeri olmadığından və yarana biləcək təhlükələrin qarşısının alınması məqsədi ilə onun əlinə qandal vurulmuş, qandal bölmədə təhqiqatçının otağında açılmışdır. Xatırladığı qədəri ilə qandal çəkilişdən sonra Əlibalanın qollarından açılmışdır. Əlibalanın üzərinə təhqiqatçınının otağına gətirilənə kimi şəxsi axtarış keçirilməmiş, sonuncunun üzərində narkotik vasitədən əlavə bıçaq aşkar olunmuşdur. Xatırladığı qədəri ilə şəxsi axtarış zamanı bıçaq barədə Əlibalanın özü məlumat vermiş, bıçaq növbətçi hissəyə təhvil verilmişdir. Əlibala bildirdi ki, haradasa fəhlə işləyir, işi ilə əlaqədar həmin əşyaları özündə saxlayır. Bu əşyalar bıçaq, atverka (vintaçan) və s. idi. Şahid6 təqsirləndirlən şəxsdən aşkar olunmuş əşyalarla bağlı dəqiqləşdirmə məqsədilə sual verildikdə, şahid Əlibaladan bıçaq, atverka (vintaçan) toza qarşı tibbi maskanın da aşkar olunduğunu bildirmişdir. Qeyd edir ki, onların vəzifəsi şübhəli şəxsi bölməyə təhvil verməkdir, lakin şübhəli şəxsin üzərindən çıxan əşyaları təhvil vermək bölmə əməkdaşının səlahiyyətindədir. Həmin şəxsi növbətçi hissəyə onlar təhvil vermişlər. Belə ki, axtarış zamanı şəxsin üzərindən çıxan əşyalar, yəni şəxsi əşyalar götürülür və növbətçi hissəyə təhvil verilir. Bunu təhqiqatçının özü və ya bölmənin digər əməkdaşları da edə bilər. Şahid1 16 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında ifadə vermək məqsədi ilə təkrarən dəvət edilmiş, ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Əlibalanı bölməyə əlləri qandallı vəziyyətdə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının otağına gətirilənədək şəxsi axtarış keçirilmişdir. Əlibalanın üzərindən bıçaq, kəlbətin və narkotik vasitə aşkar edilmişdir. Şəxs bölməyə əllləri qandallı vəziyyətdə gətirildikdən sonra qandal açılır və növbətçi hissəyə təhvil verilir. Həmin qandalın açarı ona təhkim edilmişdir. X11 təkrarən verilmiş suala cavabında olaraq bildirmişdir ki, o, müdafiəçinin sualını səhv anlamış, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının otağına gətirilənədək nə o, nə də digər polis əməkdaşları baxış keçirməmişlər. Onların şəxsi axtarış keçirmək səlahiyyəti yoxdur. Şəxs bölməyə qolları qandallı vəziyyətdə gətirildikdən sonra qandal açılır və növbətçi hissəyə təhvil verilir. Növbətçi hissənin əməkdaşı gətirilən şəxsdən üzərində kəsici-deşici alət varsa təqdim etməsini soruşur. Hazırda Əlibalada bu hal dəqiq olaraq necə olub tam xatırlamır. Yanılmırsa Əlibala ilkin olaraq özü həmin əşyaları təqdim etmişdir. Əlibaladan götürülmüş kəlbətinin aqibəti barədə məlumatlı deyil. Şəxs portal vasitəsi ilə yoxlanılmış və axtarışda olduğu məlum olmuşdur. Əlibalanın üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilənədək bölmədə olmuşlar, sonuncu həmin müddət ərzində onun nəzarətində olmayıb, belə ki, o, şəxsi ehtiyacları ilə bağlı onun yanından ayrılmış, lakin onun yanında hər bir halda bir polis əməkdaşı olmuşdur. Raportu Zaur yazmışdır. O, Əlibada olan əşyaların başqa bir cinayətdə istifadə edilib-edilməməsi barədə bir söz deyə bilmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X13 müdafiəçi tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, post patrul əməkdaşı tərəfindən saxlanılmış şəxs ilkin olaraq bölmənin növbətçi hissəsinə təqdim edilir, növbətçi hissə şəxsi yoxlayır, daha sonra əgər narkotik vasitə ilə bağlı şübhə yaranırsa şəxs təhqiqata təqdim edilir. Növbətçi hissə həmin şəxsin şəxsiyyətini, həm də üzərində kəsici-deşici alətlərin olmasını yoxlayır. Növbətçi hissənin şəxsin üzərini yoxlamaq səlahiyyətinin olub-olmamasından məlumatlı deyil, o, yalnız CPMdə təsbit olunmuş təhqiqatçının hüquq və vəzifələrini bilir. Lakin bildiyinə görə növbətçi hissənin əməkdaşının şübhəli şəxsin üzərində şəxsi axtarış keçirmək səlahiyyəti yoxdur. Növbətçi hissənin əməkdaşının şübhəli şəxsin üzərinə hansı səbəbə şəxsi axtarış keçirməsini həmin əməkdaşdan soruşmaq lazım olduğunu bildirmişdir. O, daxil olan raport əsasında mahiyyəti üzrə araşdırma aparır. Şahid7 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, şəxsi axtarış zamanı kiminsə şübhəli şəxsin üzərində bıçağın olduğunu deməsini xatırlamır, şübhəli şəxsin üzərinə şəxsi axtarışı o, keçirmiş və protokol tərtib etmişdir. Şəxsi axtarış keçirilməsi haqqında protokolda Şahid2 sadaladıqları əşyalarla bağlı zərurət bilmədiyi, eyni zamanda həmin hissənin bu istintaq hərəkətinin mahiyyətinə uyğun olmadığı üçün araşdırma aparmamış, onda bununla bağlı heç bir şübhə yaranmamış, lakin bu halların araşdırılmalı olduğunu bildirmişdir. Əlavə olaraq bildirir ki, heç kimin təhqiqatçıdan əvvəl şübhəli şəxsin üzərində şəxsi axtarış aparmaq səlahiyyəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (cild İ, i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə, saat 02:20 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ,i.v. 07); 19 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ, i.v 52-53) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 19 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 60-61); “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.62-63); “təqsirləndirilən şəxsin barəsində axtarışın elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması” haqqında 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmişdir. (i.v.126) Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubu və “axtarışda olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində saxlanılaraq, Sumqayıt ŞPİ-nin MSY-ə təhvil verilmişdir. (i.v.129-130) “cinayət əməlinin tövsif edilməsi barədə” 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. (i.v.164- 165) Sumqayıt şəhər Məhkəməsinin 4(060)-301/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 avqust 2023-cü il tarixdən hesablanmışdır.(i.v.188-190) “şəxsi axtarışın keçirilməsi haqqında” 18 may 2023-cü il tarixli protokol və cinayət işinin materiallarına ağ rəngli kağız zərfdə əlavə edilmiş gümüşü rəngdə 01 (bir) ədəd disk “HP” markalı kompyuterə daxil edildikdən sonra, kompyuterin “Windows Media”proqramı işə salındıqda diskin yaddaşında 01 (bir) ədəd xx.xx.2023-ci il tarixdə çəkilmiş, faylın olduğu müəyyən olunmuşdur. “00088” adlı fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 24:31 dəqiqə davam edən, rəngli formatda, süni işıq altında çəkilmiş video görüntünün olduğu müəyyən olunmuşdur. Video çəkilişə baxılan zaman Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində təhqiqatçı, 3 nəfər polis nəfərinin , bir nəfər müdafiəçinin və iş üzrə şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu görsənir. Həmin tarixdə saat 05:44-də PB-də, xidməti otaqların birində sonuncunun üzərində şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və vəkili X7 təqdim olunur, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs gecədən gətirildiyini, üzərinə 30 dəfə baxış keçirildiyini, cibinə narkotiki bu şəxsin (Şahid2) qoyduğunu, onun narkotikdən xəbəri olmadığını, gecə saat 1 radələrindən saxlandığını, hazırkı vaxta kimi bu şəxs (Şahid2) tərəfindən döyülməsini, təhqir olunmasını, cibinə bu şəxsin (Şahid2) narkotik qoymasını, ciblərini maşında axtarmasını, onunla qərəzliyi olmasını, 5-6 ay əvvəl məhəllədə olduqda bu şəxsin (Şahid2) post putrulla ona yaxınlaşmasını, həmin vaxt qaçmasını, qaçmasının səbəbinin ondan əvvəl post patrulun onu gətirməsini və cibindən narkotik vasitə aşkar olunmasını, sonra məhkməyə çıxarıldığını, orada hakim tərəfindən onun döyülməsi və bədənində xəsarət olması ilə bağlı qeyd aparıldığını bildirdi. Hazırda üzərinizdə narkotik vaitə vardırmı, sualına Təqsirləndirilən şəxs cavab verərək bəli bu adam (Şahid2) qoydu cibimə. Müdafiəçi Məhərrəm Səfızadə Təqsirləndirilən şəxs bu adam dedikdə kimi nəzərdə tutursunuz soruşduqda Təqsirləndirilən şəxs sol əlini əynində olan qara rəngli idman şalvarının sol yan cibinə tərəf aparıb cibindən 1 ədəd şəffaf selefon bükümdə qara rəngli bərk şəkilli kütlə çıxararaq sağ əlini baş serjant Şahid2 uzadıb bu şəxs dedikdə Şahid2 nəzərdə tutduğunu deyib cibindən çıxardığı kütləni masanın üzərinə qoyub təkrar əlini Şahid2 uzadıb masanın üzərinə qoyduğu kütləni göstərib həmin kütləni bu adam qoydu cibimə dediyi görsənir. Daha sonra Təqsirləndirilən şəxs maşında 30 dəfə ciblərinə baxıb, səhərə qədər döyüldüyün bildirir. Vəkil Məhərrəm Səfızadə Təqsirləndirilən şəxs Şahid2 əvvəllər tanımısınızmı deyə sual verdikdə, Təqsirləndirilən şəxs bəli onunla şəxsi qərəzliyi olduğunu bildirir. Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən çıxarıb masanın üzərinə qoyduğu kütləyə baxıldıqda qara rəngli bərk şəkilli maddə olduğu aşkar olundu və həmin maddənin nə olduğu ilə bağlı Əlibalaya sual verildikdə Əlibala həmin maddənin nə olduğunu bilmədiyini, təxminən 6 aydır ki, narkotik vasitə qəbul etdiyini bildirir. Müdafiəçi Məhərrəm Səfızadə Təqsirləndirilən şəxs hazırda narkotik qəbul edirsinizmi deyə sual verdikdə Əlibala arada olur deyə cavab verir. Salahova hansı növ narkotik vasitə qəbul edirsiniz sualı verildikdə, sonuncu kakos adlanan narkotik vasitə olan heroindən istifadə etdiyini, üzərindən aşkar olunan kütlənin ona aid olmadığını, polis əməkdaşı Şahid2 cibinə qoyduğunu, üzərinə 30 dəfə baxış keçirdiyini bir daha bildirir. Sonra Şahid2 saxlanan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd mobil telefon və həmin cibindən 1 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq, yəni cəmi 47 manat pulu və 1 ədəd hansı dövlətə aid olduğunu bilmədiyi pul əskinasını çıxarıb masanın üzərinə qoydu. Müdafiəçi Məhərrəm Səfızadə Təqsirləndirilən şəxs saxlandığınız zaman fiziki zora məruz qalmısınızmı sualını verdikdə sonuncu fiziki zora məruz qaldığını, Zaur Yanyevin onu avtomaşında və polis bölməsində döydüyünü, ancaq xəsarəti olmadığını bildirdi. Şahid2 isə Əlibala Salayevin yalan danışdığını onun tərəfindən döyülmədiyini, həmin kütlənin Əlibalanın cibinə onun tərəfindən qoyulmadığını bildirdi. Əlibalının üzərində şəxsi axtarış aparıldı və hər hansı qanunsuz əşya aşkar olunmadı. Əlibala üzərindən aşkar olunan puldan başqa 20 manat pulu olduğunu, lakin hazırda cibində olmadığını üzərində şəxsi axtarış keçirilməzdən əvvəl cibindən götürüldüyünü bildirdi. Əlibala bundan əvvəl polis əməkdaşı Zaurun qarşısından qaçması səbəbinin polisə düşdüyünü və oradan təzə çıxdığını, təkrar düşmək istəmədiyini deməklə izah etdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan pul vəsaitləri sübuti əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı, üzərindən aşkar olunan kütlə elektron tərəzidə çəkildikdə selefonla bir yerdə çəkisi 6,05 qram olması məlum olur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində qara rəngli kəskin iyili narkotik vasitə olan tiryəkə bənzər kütlə olan 1 ədəd büküm 1 ədəd ağ rəngli zərfə Azərbaycan Respublikası ƏN-nin M EM -nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənərək götürüldü və zərfin üzərinə saxlanılan şəxsin, vəkilin, iştirakçıların adları yazıldı, saxlanılan şəxs Əlibala və müdafiəçi Məhərrəm zərfin üzərini imzalan ilə təsdiq etmədi, iştirakçılar və təhqiqatçı imzaları ilə təsdiq etdi. Əlibala valideyinlərinə xəbər verilməsini istədiyini, təhlükəsizlik kameralarından saat neçədə daxil olmasının, o cümlədən saat neçədə neçədə gətirildiyinin müəyyən edilməsini bildirdi. Müdafiəçi Məhərrəm saat 5:58 olduğunu deyib Əliabalaya siz saat neçədə gətirilmisiniz deyə sual verdikdə Əlibala ona 12-1 radələrində gətirildiyini bildirir. Sonra Əlibala bundan əvvəl tutulduqda valideyinləri DİN-nə şikayət yazdıqları üçün o, nazirlikdə qeydiyyatda olduğunu dedi. Əlibala polis əməkdaşı Şahid2 bundan əvəldə onun arxası ilə qaçdığını, evə girdiyini, həyətlərində olan itlərinin onun üzərinə cumaraq dişlədiyini bildirdi. Əlibalaya şəxsi axtarışın mahiyyətindən kənara çıxmamağı bildirdikdə hazırkı şəxsi axtarışa qədər polis əməkdaşları tərəfindən 30 dəfə üzərinə axtarış keçirildiyini bildirdi. Müdafiəçi Məhərrəm polis əməkdaşı Şahid2 Əlibalanı əvvəllər tanıması barədə sual verdikdə Şahid2 Sumqayıt şəhəri ərazisində manqa komandiri kimi xidmət apardığını, yanında olan digər polis əməkdaşları isə konkret Corat qəsəbəsində xidmət apardıqlarını, Əlibalanı Corat qəsəbəsində saxladıqları zaman hər üçünün bir yerdə olduqlarını, Əlibala ilə şəxsi ədavətlərinin olmadığını, ərazidə baş verən oğurluq cinayətlərində şübhəli bildiyi vətəndaşı saxladığını, onun üçün fərqi olmadığını, hər hansı bir vətəndaşı əlamətlərindən şübhəli bildikdə onun tərəfindən saxlanıldığını, Əlibalanın ərazidə onu görüb olduğu yerdən sürətlə qaçması, əlamətlərindən oğurluqda şübhəli olan şəxs olması səbəbindən onun tərəfindən saxlanıldığını bildirdi. Sonra Şahid2 fikrini davam etdirərək Əlibalanı saxladıqda xidməti portal ilə yoxladıqda Əlibalanın mülki axtarışda olduğunu gördüyünü bildirdi. Müdafiəçi Məhərrəm polis əməkdaşı Zaura Əlibalanı əvvəl tanımısınızmı deyə sual verdikdə polis əməkdaşı Zaur tanımadığını, ancaq yanvar ayında bir dəfə küçədə xidmət edərkən saxladığını, mülki axtarışda olduğunu bildiyini bildirdi. Polis əməkdaşı şəxsi axtarışın mahiyyətindən kənara çıxdığı üçün təhqiqatçı tərəfindən onun əalvə danışması dayandırıldı. Sonra Əlibalanın üzərindən aşkar olunan mobil telefon 1 ədəd zərfə qablaşdırılıb üzəri Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənərək götürüldü və zərfin üzəri saxlanılan şəxs olan Əlibala, müdafiəçi Məhərrəm, iştirakçılar və təhqiqatçı tərəfindən imzalarla təsdiqləndi. Sonra polis əməkdaşı Zaur sözünü davam edərək Əlbalanı 4 ay əvvəl yanvar ayında mülki axtarışda olduğu üçün saxladığını, həmin vaxt sonuncunun üzünün tüklü olduğunu, Əlibalanın özünü şübhəli apardığı üçün təqib olunaraq saxlandığını bildirdi. Polis əməkdaşı Zaur şəxsi axtarışın mahiyyətindən kənara çıxdığı üçün danışığı təhqiqatçı tərəfindən dayandırılır və vəkilə sual verməməsi barədə təhqiqatçı xəbərdar olundu. Sonra təhqiqatçı polis əməkdaşı Zaura Əlibalının üzərindən aşkar olunan kütlənin onun tərəfindən Əlibalanın cibinə qoyulub qoyulmadığını soruşduqda Zaur həmin kütlənin onun tərəfindən Əlibalanın cibinə qoyulmadığını, Əlibalanın yalan danışdığını, ona şər atdığını bildirdi. Bundan sonra digər iki polis əməkdaşına da eyni məzmunlu sual verildikdə onlar polis əməkdaşı Zaurun dediyini təsdiq edərək Əlibala saxlandıqda bir yerdə olduqlarını Əlibalanın üzərinə hər hansı bir kütlə qoymadıqlarını bildirdi. Polis əməkdaşı Zaur təkrar olaraq bildirdi ki, Əlibalanı saxladıqda Əlibalanın ondan kömək istədiyini, ona üzərində narkotik olduğunu, onu bölməyə aparmamalarını xahiş etdiyini, lakin Əlibalaya «əgər üzərində narkotik vardırsa tenboli bölməyə getməliyik» dediyini bildirdi. Əlibala isə Zaurun dediklərini qəbul etmədi. Zaur təkrar olaraq Əlibalanın narkotik vasitə qəbul edən şəxs olmasında şübhəli bildiyindən tərəfindən saxlanılaraq gətirildiyini, həmin vaxt Əlibalanın üzərində kəlbətin, baş fənəri olduğunu dedi. Müdafiəçi Məhərrəm sualı olub-olmaması barədə soruşulduqda Məhərrəm Əlibalaya nə vaxt saxlandığını, mənəvi və fiziki işgəncə görübgörmədiyi, saxlanılan zaman üzərində fənər və kəlbətin olduğunu deyərək sual verdi. Əlibalada xx.xx.2023-cü il tarixdə saat 12-də (24-də) Coratda yaşadığı məhəllədə saxlandığını, üzərində kəlbətin və fənər olduğunu, həmin əşyaları günə muzd fəhlə işləyən zaman istifadə etdiyini bildirdi. Müdafiəçi Məhərrəmə təkrar sual verərək üzərində olan kütlənin ona aid olub-olmadığını soruşdu, Əlibalada ona aid olmadığını dedi. Polis əməkdaşı Zaur isə Əlibalanın əvvəllər AR.CM -nin 180 və digər maddələri ilə məhkum olduğunu, bunu portal vasitəsi ilə gördüyünü, bu da onun saxlanması üçün əsas verdiyini bildirdi. ( cild İ, i.v. 25-28) Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilməsi vaxtını müəyyən etmək üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının giriş hissəsində quraşdırılmış müşahidə kamerasının görüntülərini özündə əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:42 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına xidməti avtomobillə gətirilmişdir. 3 nəfər polis əməkdaşının müşayiəti ilə o, avtomobildən özü sərbəst surətdə qolları qandalla bağlı vəziyyətdə aşağı enmiş, həmin vaxt o, polis əməkdaşlarından aralanaraq növbətçi hissəyə daxil olmuşdur. Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 6/2881 nömrəli 18 may 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-5.904 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir. Tiryək Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild İ, i.v.35-39). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X19 xx.xx.2023-cü il tarixli, 738 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. (cild İ, i.v. 44-46) xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefonuna baxış keçirilmiş və “Samsung” markalı mobil telefonda olan Watsap proqram təminatına baxış zamanı, aşkar olunan mətnlərdə aşağıdaki sms mətn mübadiləsinin olduğu Qurban adlı şəxslə-xx.xx.2023 (mobil nömrə-***-***-**-** ) Qurban yazır - 8 manat pulum var. Nəsə etmək olar? Cavab yoxdur. Qurban yazır - pis ağrıyıram, evdəsənsə gəlim, Cavab yoxdur. Ufa Məhlə adlı şəxs-xx.xx.2023 (mobil nömrə-***-***-**-**) Ufa adlı şəxs yazır- işim var, utanıram deməyə, çətindir Vallah, uje dura bilmirəm. Cavab yoxdur. Nadim adlı şəxs-xx.xx.2023 (mobil nömrə-***-***-**-**) Nadim adlı şəxs yazır- ağrıyıram, belə bir şey var. Əlibala cavab verir - heç nə yoxdur, görüm Vahidə vermək olar. Novruz adlı şəxs-xx.xx.2023 (mobil nömrə-***-***-**-**) Əlibala sual verir-mənim vəziyyətim pisdir, nəsə var?, şüşə var? Kola var? Novruz cavab verir - məndə 3 dənə çet, məndə də, gəl məndəkini dəyişək, səninkini vuraq, nə qədər varındır? İstəyən var? Cava yoxdur aşkar edilmişdir. "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD tipli diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə 2 ədəd SMS tarixçəsi, 2 ədəd znglərin detallaşması və 1 ədəd zənglərin məxsusluq tarixçəsi formatında fayl mövcud olmuşdur. Orada
1. xx-xx-2023 saat 21:07:20 - **********28 - **********87 - Elibala Sovqidi 17 manata nese alınar,
2. xx-xx-2023 saat 08:46:47 - **********25 - **********87 - Əlibala özuve ayid nese lazim olsa miqdardan asılı olmayaraq zeng vur,
3. xx-xx-2023 saat 14:08:28 - **********86 (Vəfa Dadaşova - AZE: 14945143 - Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 424) - **********87 - Men burda sene bu qeder and icib deyirem hecne atamamışam, sen mene inanmayib oz dediyivi deyirsen. Allahiıı olsun! Bundan bele mene nese deme, men burda,
4. 14-05- 2023 saat 00:11:57 - **********16 (Şahid3 - AZE: ******** - Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 457) **********87 - Qaqaş mən öldum nolar acda teli,
5. xx-xx-2023 00:30:29 - **********16 - **********87 - Qaqaş tacir di qardaşımsan qoya qoy düşüb burda qaqaş birdənə açda - kimi mətnlər olduğu aşkar edilmişdir. Bundan başqa, CD tipli diskdə olan zənglərin detallaşması formatında olan fayla baxış zamanı ********* mobil nömrənin anten əhatə dairəsinin xx.xx.2023 23:57:16 LABS561101/LABS5611 Jorat 2/"AZ5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küç 180, 397 saylı evin yanında olması görsənir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-ci il tarixli, BKC/LGL-5492/23 sayl məktuba əlavə edilmiş CD tipli diski iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (cild İ, i.v. 97) “maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 5.904 qram tiryək cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, tədqiqatdan sonra qalıq qalmış 5.804 qram narkotik vasitə tiryək saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir ( cild İ,i.v.108-74) 230730368 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid3 hazırkı cinayət işi materiallarına əlavə edilmiş 09 may 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundakı ifadəsindən görünür ki, sonuncu üzərindən aşkar edilmiş narkotik vasitəni Əlibala adlı şəxsdən 07 may 2023-cü il tarixdə, saat 21 radələrində 8 manat müqabilində aldığını bildirmişdir. (cild İ, i.v. 140-146) Şahid6, Şahid2 və Şahid1 ilə Təqsirləndirilən şəxs arasında aparılan 09 avqust 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkəti protokollarından görünür ki, hər üç polis əməkdaşı həm də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduqları ifadə ilə eyni məzmunlu ifadə vermişlər. (cild İ, i.v.149-157) Şahid3la Təqsirləndirilən şəxs arasında aparılan 10 avqust 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkəti protokolundan görünür ki, Şahid3 bir daha əvvəllər bir neçə dəfə Əlibala ilə birlikdə narkotik vasitə Tiryək qəbul etdiyini, bundan başqa Əlibaladan əvvəllər bir neçə dəfə pul müqabilində narkotik vasitə əldə etdiyini, 07 may 2023-cü il tarixdə axşam saat təxminən 21 radələrində bədənində ağrılar olduğundan, ağrıları kəsmək üçün narkotik vasitə qəbul etmək istədiyini və ona görə də, istifadə etdiyi ***-***-**- ** saylı mobil nömrədən Əlibalanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Watsap vasitəsilə mesaj yazaraq bədənində olan ağrıları kəsmək üçün narkotik vasitə verməsini xahiş etdiyini və Əlibalaya 8 manat pulunun olmasını bildirdiyini göstərmişdir. Daha sonra Əlibalanın həmin nömrəsi ilə vatsap vasitəsilə səsli danışaraq onun yaşadığı evin yaxınlığında görüşdüklərini və Əlibalaya 8 manat pul verib ondan bir ədəd sellofan bükümdə narkotik vasitə Tiryək əldə edərək yaşadığı evə qayıtdığını bildirmişdir. Təqsirləndirilən şəxs cavabında Qurbanın dedikləri ilə razı olmadığını, Qurbana heç vaxt narkotik vasitə satmadığı bildirmişdir. ( cild İ, i.v. 162) Şahid4lə Təqsirləndirilən şəxs arasında olan 10 avqust 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkəti protokolundan görünür ki, Şahid4 ibtidai istintaq zamanı bir daha verdiyi ifadəsini təsdiq edərək Əlibaladan narkotik vasitə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs cavabında Nadimin dedikləri ilə razı olmadığını, Qurbana heç vaxt narkotik vasitə satmadığı bildirmişdir. ( cild İ, i.v.163) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddəlləri ilə təqsirli bilinərək barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzanın sonu ilə azad edilmişdir. Bundan başqa CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 5 il azadlıqdan məhrum edilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı Apelyasiya məhkəməsinin qərarı ilə cəzası 3 il 06 aya endirilmişdir. xx.xx.2019-cu il tarixli Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(cild İ, i.v. 94-95) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 5236 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i.v. 203-204). İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. ( cild İ, i.v. 206) Məhkəmənin təşəbbüsü ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 62 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Şahid4 OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 16 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında polis əməkdaşları tərəfindən 18 may 2023-cü il tarixdə saxlanılarkən döyülməsinə dair vermiş olduğu izahatı təsdiqini tapmadığından, polis əməkdaşları Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci Bölüyünün polis baş serjantı rütbəsində, manqa komandiri Şahid2 və həmin bölüyün polis nəfəri X11 və həmin bölüyün polis nəfəri Şahid6 əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-1574/24 saylı məktub ilə daxil olmuş 01 ədəd DVD diskə baxış keçirilən zaman Şahid3 07 may 2023-cü il tarixdə saat 21:10:23 radələrində anten yeri UABS5611C/UABS5611 Jorat 2/ “ünvan 70.571xx/xx.70654) ərazisi göstərilmişdir. Həmçinin həmin DVD diskə baxış keçirilən zaman Şahid3 istifadəsində olan mobil nömrənin anten dairəsi 07 may 2023-cü il tarixdə Sumqayıt şəhərinin müxtəlif ərazilərində (əsasən Corat qəsəbəsi) göstərilməsinə baxmayaraq sonuncunun həmin gün Bakı şəhəri ərazisində, eləcə də 20 Yanvar metrostansiyası ərazisində olması ümumiyyətlə müəyyən edilməmişdir. "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, BKC/LGL-3605/24 saylı məktubla daxil olmuş 01 ədəd DVD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs da 07 may 2023-cü il tarixdə saat 21:10:10 radələrində anten ünvanı UABS5611C/UABS5611 Jorat 2/ “ünvan 70.571xx/xx.70654) ərazisi göstərilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının 6/2665 nömrəli, 09 may 2023-cü il tarixli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 738 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, X14, X17 və Şahid5 əməllərində cinayət tərkibi yaranmadığından, barələrində cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə sonuncunun üzərindən aşkar olunmuş kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 5.804 qram narkotik vasitə tiryək maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, şahidlərin ifadələri, üzləşdirmə protokolları və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-ci il tarixli, BKC/LGL5492/23 saylı məktuda olan “sms” yazışmaları, daxil olan zənglır, bir ədəd CD disklə, telefon vhatsapp hissəsində keçirilmiş baxış zamanı müəyyən edilmiş yazışmalarlar tam sübuta yetirilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntü olan 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-ci il tarixli, BKC/LGL5492/23 saylı məktuba əlavə edilmiş CD və 1-ci PB-nin inzibati binasının girişində olan müşahidə kamerasına keçirilmiş baxış protokolu və video disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır ( cild İ, i.v. 220-232) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarda Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin hərəkətlərinin onun törətdiyi cinayət əməllərinə münasibətdə cinayət qanunun normasına uyğun, düzgün tövsif edilməsi ədalətli məhkəmə qərarının qəbul edilməsinə zəmin yaradır ki, bu da öz növbəsində ayrı-ayrı şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpası, cinayət qanunvericiliyinin təməlini təşkil edən qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əməl edilməsi ilə nəticələnir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq tədqiq və təhlil etmiş, toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də bir-biri ilə əlaqəli şəkildə müqayisə edərək sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qanunu və vicdanını rəhbər tutaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək daxildir. (maddə 8.0.3, 8.0.5) Sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-cu maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadə məqsədi ilə narkotik vasitə əldə etmə, saxlama, daşıma və ya üzərində gəzdirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən ittiham tərəfinin mötəbər və yeganə sübutu qismində narkotik vasitənin aşkar edilməsi ilə bağlı “şəxsi axtarışın keçirilməsi barədə” 15 may 2023-cü il tarixli protokolu və Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün polis nəfələrinin ifadələri olmuşdur. Yəni CM-nin 234.1-ci maddəsinə münasibətdə ittiham şübhəli şəxsin üzərinə “şəxsi axtarış keçirilməsi haqqında protokol” və qeyd olunan şahid ifadələri üzərində qurulmuşdur. Halbuki, məhkəmə istintaqı zamanı bu sübutların qanunun pozulması ilə əldə edilməsi müəyyən edilmiş və məhkəmə bu səbəbdən hesab edir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxs barəsində ittiham hökümü çıxarıla bilməz. Məhkəmə gəldiyi qənaəti əsaslandırarkən ilk növbədə təqsirləndirilən şəxsin, eyni zamanda sonuncunun saxlanılması zamanı iştirak edən şahidlərin, əlavə şahidin və məhkəməyədək icraat zamanı aparılmış bir sıra istintaq hərəkəti protokollarında göstərilənləri əlaqəli və müqayisəli şəkildə tədqiq edilməsini zəruri hesab edir. Məhkəmə o qənaətə gəlir ki, ittihamın təqdim etdiyi hər bir sübuta CPM-nin normalarına istinad etməklə qiymət verilməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin PPXT-nun 2-ci Bölüyünün əməkdaşları tərəfindən saat 02:20 dəqiqədə saxlanılmış və sonuncular tərəfindən saat 02:42 dəqiqədə Polis İdarəsinə gətirilmiş və bununla bağlı Bölmənin təhlükəsizlik kamerasına quraşdırılmış kamaredan əldə edilmiş görüntülər iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan şəxsi axtarış keçirilməsi barədə xx.xx.2023-cü tarixli protokoldan görünür ki, şəxsi axtarışın keçirilməsi saat 05:44-dən saat 06:09-dək dava etmiş, həmin hərəkətlərlə bağlı protokol saat 06:15 başlamaqla saat 06:45-də yekunlaşmışdır. Cinayət işinin materialında olan xx.xx.2023-cü il tarixli tərtib edilmiş aktda təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi qismində təyin edilmiş vəkil Məhərrəm Səfizadə aktda əlavə olaraq qeyd etmişdir ki, Polis əməkdaşı Şahid7 istifadəsində olan mobil nömrəyə həmin gün saat 04-də zəng etmiş və növbətçi vəkil kimi bölməyə dəvət etmişdir. (cild İ, i.v. 16) Diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlləri qandallı vəziyyətdə saat 02:42-də PB-nə daxil olur, təxminən 2 saat sonra 05:44-də üzərində müdafiəçinin, şahidlərin və təhqiqatçının iştirakı şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs 2 saat ərzində tamamilə polisin nəzarəti altında olması və onunla ilkin istintaq hərəkətlərinin həmin müddətdən sonra aparılması narkotik vasitənin həqiqətən də sonuncunun üzərindən aşkar olunması ilə bağlı məhkəmədə təkzib olunmaz, əsaslı şübhələr yaratmışdır. Çünki həmin müddət ərzində təqsirlənrilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirlən şəxsin dərhal və ya qısa müddət sonra onun üzərinə şəxsi axtarış keçirilməsinin mümkünsüzlüyü barədə hər hansı sübut mövcud olmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bundan başqa “Sakit Zayidov Azərbaycana qarşı” Avropa Məhkəməsinin Qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçinin tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə 10 aprel 2014-cü il tarixli qərarında (həmin şikayətdə Layıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. “Savalanlı və digərləri Azərbaycana qarşı” şikayətlərlə bağlı qərarında da Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda Məhkəmə hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib-etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98-106, 7 iyun 2018-ci il, və İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, §§ 113-30, 13 fevral 2020). Məhkəmə qeyd edir ki, məhkəmə baxışında dindirilmiş şahidlər Şahid2, Şahid1 və Elburusu Hüseynzadənin və əlavə şahid qismində dindirilmiş təhqiqatçı Şahid7 ifadələri də qeyd edilən növdə, çəkidə narkotik maddənin həqiqətən də saxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində mövcud olmasını, yəni “şəxsi axtarış keçirilməsi” haqqında istintaq hərəkəti protokolunda göstərildiyi kimi olmasını istisna edir. Belə ki, məhkəmə istintaqı zamanı yenidən dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs üzərinə əvvəlcədən şəxsi axtarış aparılmadığını bildirsə də, sonuncu bölməyə gətirilənə qədər əllərində qandal olduğunu, lakin növbətçi hissənin əməkdaşlarının Əlibalanın üzərində şəxsi axtarış keçirib-keçirməməsindən məlumatlı olmadığını, eyni zamanda Əlibalanın PB-də əlləri qandallı olduğunu, çəkilişə başlayana yaxın qandalın açıldığını xatırladığını bildirmişdir. Bundan başqa Əlibalanın əlləri qandalla bağlı olan zaman sonuncunun əlində heç bir predmet olmadığını, Əlibalanın üzərində kəlbətin, tibbi maska, vintaçan (atverka) olduğunu qeyd etmişdir. Kəlbətin və vintaçanın (atverka) ölçüsünü xatırlamadığını, vintaçanın (atverka) kiçik ölçüdə olduğu yadında qaldığını bildirmişdir. Əlibalanın üzərində eyni zamanda adi qara rəngli tibbi maska olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Əlibalada kəlbətin, bıçaq və vintaçanın olduğunu təhqiqtaçıya özü bildirmiş, bu məlumatı təhqiqatçıya verməkdə məqsədi həmin halların təhqiqatçı tərəfindən araşdırılması olmuşdur. Əlibalanın üzərindən aşkar olunan sadalanan əşyaların növbətçi hissədə saxlanıldığını xatırladığını, əşyanın növbətçi hissəyə təhvil verildikdən sonra həmin əşyanın geriyə dönüşü olmadığını, bu səbəbdən həmin əşyaların onda olmadığını bildirmişdir. Bundan başqa şahid həmin əşyaların harada olmasını, əşyaların sonraki aqibəti ilə bağlı yenidən maraqlanmaq onun səlahiyyətində olmadığını, həmin əşyaların yəqin ki, növbətçi hissədə olduğunu bildirmişdir. Göründüyü kimi Şahid2 heç bir şübhə yeri qoymadan birbaşa olaraq Təqsirləndirilən şəxs əllərinə tutulduqdan dərhal sonra təhlükəsizlik baxımından qandal vurulduğunu, daha sonra bölməyə gətirildiyini bildirmişdir. Şahid2 sonuncunun üzərinə təhqiqatçıyadək şəxsi axtarış keçirilmədiyini bildirsə də, məhz onun özü (şəxsi axtarış istintaq hərəkəti zamanı tərtib edilmiş protokolda öz əksini tapmışdır) Təqsirləndirilən şəxs üzərində kəlbətin, vintaçan (atverka), tibbi maska olduğunu bildirmişdir. Halbuki məhkəmə cinayət işinin materillarının təqdiqi zamanı Təqsirləndirilən şəxs PB-nə daxil olarkən onun əllərinin qandalla bağlı olduğunu, əllərində gözlə aydın görülə biləcək hər hansı bir yad cisim və ya predmetin olmadığını, ağızı və burunu üzərinə tibbi maska olmadığı müşahidə etmişdir. Halbuki Şahid2 özü də Təqsirləndirilən şəxs PB-nə gətirilərkən onun əllərində heç bir yad cisim və ya predmet olmadığını təsdiq etmişdir. Şahid2 aşkar olunmuş bu əşyalarla bağlı təhqiqatçıya məlumat verməkdə məqsədinin həmin əşyalarla bağlı araşdırmanın aparılması olduğunu bildirsə də işin tədqiq edilən hallarından görünür ki, təhqiqtaçı tərəfindən bu məsələyə ümumiyyətlə reaksiya verilmir, araşdırılmır. Məhkəmə iclasında şəxsi axtarış və götürməni özündə əks etdirən diskə baxış keçirilən zaman şahid tərəfindən sadalanan əşyaların həqiqətən də Təqsirləndirilən şəxs üzərindən aşkar olunmadığı, bu barədə şahidin məlumat verdiyi müəyyən edilsə də, təhqiqatçı bu hallara əhəmiyyət vermədən qısa və formal xarakterli arayışlar verməklə çəkilişi yekunlaşdırmışdır. Məhkəmə bir halı xüsusilə vurğulayır ki, təhqiqatçı Şahid7 prosessual qanunvericiliyin tələbərinə səthi yanaşaraq qanunun tələbinə uyğun şəxsi axtarış və götürmə istintaq hərəkəti aparmamışdır. Belə k, CPM-nin 245.6-ci maddəsinə əsasən götürmə apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədləri könüllü surətdə verməyi təklif edir, bundan imtina edildikdə isə götürməni məcburi aparır. Həmin məcəllənin 245.7-ci maddəsinə əsasən axtarış apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədlərin könüllü surətdə verilməsini və gizlənən şəxsin yerinin könüllü göstərilməsini təklif edir. Əşya və sənədlər könüllü verildikdə və ya gizlənən şəxsin yeri könüllü göstərildikdə, bu, protokolda öz əksini tapmalıdır. Axtarılan əşya və sənədlər verilmədikdə və ya tam verilmədikdə, yaxud gizlənən şəxsin yeri göstərilmədikdə axtarış aparılır. Məhkəmə qeyd edir ki, şəxsi axtarış və götürməni özündə əks etdirən diskə baxış keçirilən zamanı təhqiqatçı Şahid7 tərəfindən şübhəli şəxsə üzərində qanunla istifadəsi qadağan olunmuş hər hansı əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində olan narkotik maddə tiryəki çıxararaq bu şəxsin (Şahid2) həmin maddəni onun üzərinə qoyduğunu bildirmiş, daha sonra istifadəsində olan mobil telefonu təqdim etmişdir. Lakin təhqiqatçı nədənsə qanunun yuxarıda qeyd olunan normasına uyğun olaraq əşyaların tam verilib-verilməməsinə heç bir şübhəsi sanki yaranmadan, yəni şəxsin üzərində saxlayaraq gizlətməyə cəhd etdiyi hər hansı əşyanın qalması ehtimalını nəzərdən keçirmədən və bu halları yoxlamadan, xüsusilə Şahid2 dediklərinə münasibət bildirmədən əşyaların harada saxlanması barədə dəqiqləşdirmə aparmadan sanki əvvələcədən planlaşdırılımış senari əsasında çəkilişi apararaq dərhal çəkilişin yekunlaşdırılmısı barədə göstəriş vermişdir. Bundan başqa məhkəmə istintaqı zamanı yenidən dindirilmiş Şahid6 verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs əllərinə qandal vururaq bölməyə gətirdiyini bildirmişdir. Şahid bildirmişdir ki, qandal bölmədə təhqiqatçının otağında açılmış, daha dəqiq yəni məhz çəkilişdən öncə və ya sonra açıldığını xatırlamır. Əlibalanın üzərinə təhqiqatçınının otağına gətirilənə kimi şəxsi axtarış keçirilməmiş, sonuncunun üzərində narkotik vasitədən əlavə bıçaq aşkar olunmuşdur. Eyni zamanda şəxsi axtarış zamanı bıçaq barədə Əlibalanın özünün məlumat verdiyini, bıçağın növbətçi hissəyə təhvil verildiyini bildirmişdir. Əşyaların bıçaq, atverka (vintaçan) və sairədən ibarət olduğunu bildirmişdir. Şahid Elbrus Hüseynzadənin səmimiyyətinə inansaq belə qənaətə gəlmək olardı ki, şəxsi axtarış zamanı narkotik maddədən və mobil telefondan başqa özünün də qeyd etdiyi və təsdiq etdiyi kimi sadaladığı əşyalar Təqsirləndirilən şəxs üzərindən aşkar olunmalı idi. Lakin, görünən odur ki, şahid bu hissədə qeyri-səmilik etmişdir. Belə ki, videogöntüyə baxış zamanı Təqsirləndirilən şəxs əllərində şəxsi axtarış istintaqı hərəkəti aparılan zaman qandal olmadığı müəyyən edilir. Şahid Elbrus Hüseynzadənin ifadəsində o hissədə mübahisəsiz nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs üzərində həqiqətən də vintaçan (atverka), bıçaq olmuşdur. Məhz bununla bağlı Şahid2 qeyd etdikləri Elbrus Hüseynzadə tərəfindən əşyaların əvvəldən mövcudluğuilə bağlı ifadəsi bir daha təsdiq edilmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı yenidən dindirilmiş Şahid1 ifadəsindən də şəxsi axtarış, baxış istintaq hərəkətlərinin tədqiqatçının xidməti otağında keçirilməsinədək aparılması qənaətinə gəlmək üçün kifayət qədər ətraflı və səmimi ifadələr vermişdir. Belə ki, Şahid1 bildirmişdir ki, Əlibala bölməyə əlləri qandallı vəziyyətdə gətirilmiş, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının otağına gətirilənədək şəxsi axtarış keçirilmiş, sonucunun üzərindən bıçaq, kəlbətin və narkotik vasitə aşkar edilmişdir. Halbuki, dövlət ittihamçısı tərəfindən sanki xatırlatma xarakterli sual veridikdə “verilmiş sualı yanlış anladım”, “şübhəli şəxsin üzərinə təhqiqatçıyadək şəxsi axtarış keçirilməmişdir” deməsi məhkəmə tərəfindən səmimi söylənilən fikir kimi qəbul edilmir. Nəzərə alsaq Şahid1 kifayət qədər təcrübəli polis əməkdaşıdır və sual kifayət qədər anlaşılan tərzdə və doğma ana dilində verilmişdir, “sualı yanlış başa düşdüm ifadəsi” qəbuledilməz hesab edilir və “Əlibalanın ilkin olaraq özünün həmin əşyaları təqdim etdiyini, Əlibaladan götürülmüş əşyaların aqibəti barədə məlumatlı olmadığını bildirməsi” ilə şahid bir daha Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının xidməti otağında müvafiq istintaq hərəkəti keçirilməsinədək artıq yuxarıda da qeyd etdiyi kimi “Şəxsi axtarış və götürmə istintaq hərəkətinin” qanunsuz olaraq təhqiqatçıyadək PB-nin növbətçi hissəsində keçirilməsi qənaətinə gəlməyə imkan verir. Məhkəmə əlavə şahid qismində dindirilmiş 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X8 ifadəsinə münasibətdə qeyd edir ki, sonuncu bir daha dolayısı ilə onun xidməti otağında şəxsi axtarış iistintaq hərəkəti keçirilənədək müvafiq istintaq hərkətinin keçirildiyini təsdiq etmiş, özü də bu halları halları tərtib etdiyi şəxsi axtarış istintaq hərəkəti protokolunda əks etdirmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Belə ki, şahid əvvəlcə Şahid2 tərəfindən bu məzmunda məlumatın həmin istintaq hərəkəti keçirilən zaman verildiyini xatırlamadığını bildirsə də, həmin istintaq hərəkəti protokoluna baxdıqdan və protokolda həqiqətən də müvafiq ifadələrin qeyd edildiyinin şahidi olduqdan sonra Şahid2 sadaladıqları əşyalarla bağlı zərurət bilmədiyi, eyni zamanda həmin hissənin bu istintaq hərəkətinin mahiyyətinə aid olmadığı üçün araşdırma aparmadığını, onda bununla bağlı heç bir şübhə yaranmadığı bildirmişdir. Lakin təhqiqatçı bu halları araşdırmalı olduğunu da qeyd etmişdir. Sonuncu eyni zamanda bildirmişdir ki, növbətçi hissə əməkdaşının şübhəli şəxsin üzərində şəxsi axtarış keçirmək səlahiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, CPM-nin 208.0-cı maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi cinayət işinin başlanmasına səbəb olan hallardan biri də təhqiqatçı cinayət haqqında məlumatı təhqiqat orqanının əməliyyat-axtarış fəaliyyətini həyata keçirən əməkdaşlarından və ya bu Məcəllənin 86-cı maddəsinə müvafiq olaraq digər cinayətin təhqiqatı zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldığı haldır. Lakin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təhqiqatçı müvafiq istintaq hərəkəti aparılarkən şübhəli şəxsi saxlayan polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərindən yuxarıda adları qeyd edilən əşyaların aşkar edildiyi bildirilsə də, Təqsirləndirilən şəxs tərəfindən bu hal çəkiliş zamanı təsdiqlənsə də, hətta sonuncu tərəfindən həmin predmetin üzərində bıçağın olduğu bir daha vurğulansa da, nədənəsə təhqiqatçı Rəşad Məhərrərmov bu hallara səthi yanaşmış, həmin əşyaların soyuq silah olub-olmadığını, hər hansı cinayətin törədilməsində istifadə olunub-olunmadığını müəyyən etməyə cəhd etməmiş, CPM-nin təhqiqatçının üzərinə qoyduğu vəzifələrə ciddi yanaşmadan, kobud pozuntular edilməklə müvafiq istintaq hərəkətini aparmışdır. Məhkəmə xüsusilə qeyd edir ki, şübhəli şəxsin üzərinə təhqiqatçı Şahid7 tərəfindən sonuncunun xidməti otağında 18 may 2023-cü il tarixdə saat 05:44-dək şəxsi axtarış keçirilməsi, həmin tarixli şəxsi axtarış keçirilməsi barədə protokolda bir daha təsdiq edilir. Lakin göründüyü kimi Polis Bölməsində prosesual qanunvericiliyin tələbləri kobud şəkildə pozumaqla şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilmiş, narkotik maddədən başqa yuxarıda adları sadalanan əşyalar atverka (vintaçan), kəlbətin, tibbi maska Təqsirləndirilən şəxs üzərində aşkar edilmişdir. Lakin sonradan təhqiqatçının xidməti otağında yuxarıdaki sonuncu abzasda qeyd edilən tarixdə və saatda keçirilən şəxsi axtarış zamanı adları çəkilən şahidlərin israrla sadaladıqları əşyalar deyil, narkotik maddə olan tiryək aşkar edilir. Belə olan halda məhkəmədə həqiqətən də təkzib edilməz şübhə yaranır ki, hansı səbəbdən PB-nin növbətçi hissəsində polis əməkdaşı olan şahidlər tərəfindən vintaçan (atverka), kəlbətin, tibbi maska kimi predmetlər Təqsirləndirilən şəxs üzərindən aşkar olunur, lakin narkotik maddə olan tiryək aşkar edilmir. Bir haldaki təhlükəsizlik baxımından şübhəli şəxsin qandalla bağlı olan əllərində məhkəmə iclası zamanı video görüntüyə baxış keçirilən zaman hər hansı bu kimi predmetin, yad cisimin olduğu müəyyən edilmir. Məhkəmə hesab edir ki, sonradan təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkətinin edilməsi sanki CPM-nin tələblərinə uyğun müvafiq istintaq hərəkətinin aparılması görüntüsü yaradılması məqsədilə edilmişdir. Bununla təqsirləndirilən şəxsin müdafiə hüquqlar kobud şəkildə pozulmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxs günahsız olmasını bildirsə də istintaq orqanı əvvəlcədən, araşdırma aparmadan onun təqsirli olması qənaətinə gələrək heç bir əlavə sübut toplamadan, onun narazılığını ifadə etməsi üçün bununla bağlı dindirilməsini təmin etmədən, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatları yoxlamadan istintaq aparmışdır. Qərəzsiz, tam, hərtərəfli və obyektiv araşıdırma aparılması təmin edilməmişdir. Sadalanan hallar və faktlar Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunması barədə aparılmış prosessual hərəkətlərin formal xarakter daşımasına dair məhkəmədə inam yaradır. Qeyd edilənələrə əsasən məhkəmə hesab edir ki, şəxsi axtarışın keçirilməsi barədə 18 may 2023-cü il tarixli protokol şahidlər Şahid2 Sənan X3 ifadələri təqsiləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli hesab edilməsi üçün sübut kimi qəbul edilə bilməz və sübutlar siyasından çıxarılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı Təqsirləndirilən şəxs 01 ədəd bükümdə 5,904 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edərək üzərində daşımaqla saxlamaya görə verilmiş ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001- Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir (Barbera, Messegi və Cabardo İspaniyaya qarşı, § 77; Yanoseviç İsveçə qarşı, § 97). Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur (Telfner Avstriyaya qarşı, § 15). «X5rşı» işdə məhkəmə qeyd etmişdir ki, polisin apardığı dindirmənin ümumi atmosferi təzyiq xarakterlidirsə və təqsirləndirilən şəxsin hüquqlarına düzəldilməsi mümkün olmayan ziyan vurursa, təqsirləndirilən şəxsin 6-cı maddənin 1 və 3 (c) bəndləri ilə nəzərdə tutulan hüquqları pozula bilər. Azərbaycan Respublikası CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahasını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən «İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda» həmçinin «istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda» əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Eyni Məcəllənin 125.3-cü maddəsinə əsasən «Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz». Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən «təqsirliliyi sübuta yetirilmədikdə» məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayətprosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, bu sübutlar şübhəli və ziddiyyətlidir. CM-nin 234.1-ci maddəsinə münasibətdə ittiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, o cümlədən dindirilmiş şahidlərin cinayət prosesinin nəticəsində maraqlı olmaları, əməliyyatda iştirak edən şəxslərin ifadələrindən və onların iştirakı ilə toplanmış sübutlardan başqa işdə sübut olmaması, iş üzrə əsas sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi haqqında protokol və həmin zamanı çəkilmiş videogörüntünün, təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ifadəsində göstərilən xüsusatların məhkəmədə yoxlanılaraq təsdiq edilməsi məhkəmənin gəldiyi qənaəti daha da möhkəmələndirir və onun ona istinad olunan cinayəti törətməkdə təqsirli olmadığına dair qəti inam yaradır. Məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs öz izahatlarında narkotik vasitə istifadəçisi olması ona CM-nin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün əsas ola bilməz. Belə ki, CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin yaranması üçün Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımalı idi. Lakin göründüyü kimi o, narkotik vasitə istifadəçisi olsa belə 18 may 2023-cü il tarixdə, saat 02:20 dəqiqədə Sumqayıt ŞPİ-nin PPXT-nun 2-ci Bölüyünün əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsi, “Corat” marketin yaxınlığında saxlanılarkən CM-nin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən heç bir hərəkətə yol verməmişdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizası keçirilməsi ilə əlaqədar 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 5.804 qram narkotik vasitə olan tiryək həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxs(lər) müəyyən olunanadək Sumqayıt ŞPİ-də saxlanılmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 234.2ci maddəsinə münasibətdə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməməsi, narkotik vasitənin satışı ilə məşğul olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. İlk öncə məhkəmə qeyd edir ki, ibtidai istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ittiham verilməsi üçün əsas Şahid3 barəsində olan cinayət işi üzrə 09 may 2023-cü il tarixdə izahatı alınan zaman narkotik vasitəni xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs 8 manat müqabilində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 454A saylı evin qarşısında almasını qeyd etməsi olmuşdur. ( cild İ, i.v. 139-141) Şahid3 həmin faktı 28 iyun 2023-cü il tarixdə şahid qismində dindirilən zaman, həmçinin 10 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla aralarında olan üzləşdirmə istintaq hərəkəti aparılan zaman da bildirmiş və bir daha təsdiq etmişdir (i.v.162-163) Lakin məhkəmə istintaqı zamanı Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitəni 07 may 2023-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar metrostansiyası ərazisində tanımadığı şəxsdən aldığını, 3 aydan sonra onun Sumqayıt ŞPİ-nə gətirildiyini və daha sonra ona Əlibalanın da burada olduğu bildirilmişdir. Məhkəmə istintaqında Yusifov narkotik vasitənin 8 manat müqabilində Əlibaladan almasını söyləməsinə polis əməkdaşlarının məcbur etdiyini bildirmişdir. Qeyd etmişdir ki, ona təzyiqlər edilmiş, bu səbəbdən məhkəməyədək icraat zamanı narkotik vasitəni Əlibaladan aldığını söyləmişdir. Məhkəmə iclasında Şahid3 Əlibaladan heç bir narkotik vasitə almadığını bildirmişdir. Məhkəmə Şahid3 məhkəmə istintaqı zamanı söylədiklərinin həqiqətə uyğun olubolmamasının yoxlamaq məqsədi ilə Şahid3 istifadəsində olan 055 ***-**-** mobil nömrənin və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrənin 07 may 2023-cü il tarixə anten dairələrinin müəyyən edilməsi barədə qərar qəbul etmiş, icra edilməsi üçün aidiyyati mobil operatorlara göndərmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-1574/24 saylı məktub ilə daxil olmuş 01 ədəd DVD diskə baxış keçirilən zaman Şahid3 07 may 2023-cü il tarixdə saat 21:10:23 radələrində anten yeri UABS5611C/UABS5611 Jorat 2/ “ünvan 70.571xx/xx.70654) ərazisi göstərilmişdir. Həmçinin həmin DVD diskə baxış keçirilən zaman Şahid3 istifadəsində olan mobil nömrənin anten dairəsi 07 may 2023-cü il tarixdə Sumqayıt şəhərinin müxtəlif ərazilərində (əsasən Corat qəsəbəsi) göstərilməsinə baxmayaraq sonuncunun həmin gün Bakı şəhəri ərazisində, eləcə də 20 Yanvar metrostansiyası ərazisində olması ümumiyyətlə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, məhz həmin gün həmin saata "xxxx" MMC-dən xx.xx.2024cü il tarixli, BKC/LGL-3605/24 saylı məktubla daxil olmuş 01 ədəd DVD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs da 07 may 2023-cü il tarixdə saat 21:10:10 radələrində anten ünvanı UABS5611C/UABS5611 Jorat 2/ “ünvan 70.571xx/xx.70654) ərazisi göstərilmişdir. Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. (24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü” haqqında Ali Məhkəmənin Plenium qərarı) Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında göstərilən xüsusatlar nəzərə alınmaqla həmin hissə məhkəmə tərəfindən araşdırılmış, bu məqsədlə Şahid3 məhkəməyədək icraat zamanı ona edilmiş təzyiqlərlə bağlı hər hansı orqana şikayət edibetməməsi araşdırılmış, sonuncu bu hallar barədə heç yerə şikayət etmədiyini bildirmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Şahid3 məhkəmə istintaqı dövründə narkotik vasitəni Əlibaladan almadığını, 07 may 2023-cü il tarixdə Bakı şəhəri, 20 Metrostansiyası ərazisində tanımadığı şəxsdən alması barədə, o cümlədən təzyiqlərə məruz qalması barədə verdiyi ifadələr məhkəmə istintaqı zamanı araşdırılmış tədqiq edilmiş, o cümlədən məhkəmənin öz təşəbbüsü ilə əldə edilmiş subutlarla tam təkzib edilmiş, Şahid3 qeyd etdikləri öz təsdiqini tapmamışdır. Həmçinin, elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Yusif Qurbanov CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddəsi ilə məhkəmə məsuliyyətinə verilmişdir. Onun CM-nin 234.4.3-cü maddəsi ilə məhkəmə məsuliyyətinə verilməsi ilə bağlı məhkəmə hesab edir ki, sonuncunun ibtidai istintaqdakı ifadəsinin məhkəmədə dəyişməsinin əsaslarından biridir. Belə ki, Yusif Qurbanov ifadəsini dəyişməklə düşünmüşdür ki, Təqsirləndirilən şəxs kömək edib məhkəmə məsuliyyətindən kənarda qoymaqla istintaq orqanını bu yolla cəzalandıracaqdır. Belə olan halda məhkəmə Şahid3 məhkəmə istintaqı zamanı göstərilən məzmunda verdiyi ifadəsini Təqsirləndirilən şəxs müdafiə olunması, sonuncunun məsuliyyətdən yayınması və ya məsuliyyətinin yüngülləşdirilməsi məqsədilə atılmış bir addım kimi qiymətləndirir və hesab edir ki, Şahid3 məhkəməyədək icraata zamanı verdiyi ifadələr daha səmimidir, itdihamın əsası kimi məhz həmin ifadələr rəhbər tutulmalıdır. Bundan başqa ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əldə etdiyi digər bir sübutu Şahid4 ifadəsidir. Belə ki, Şahid4 də Şahid3 kimi ibtidai istintaq zamanı verdiyi ifadəsində o cümlədən Təqsirləndirilən şəxsla onun arasında aparılmış “üzləşdirmə” istintaq hərəkəti zamanı (cild İ, i.v. 103) 08 may 2023-cü il tarixdə 5 manata sonuncudan narkotik vasitə “kakos” aldığını bildirmişdir. Lakin Şahid4 məhkəmə istintaqı zamanı sonuncu dəfə 5 il bundan əvvəl narkotik vasitə qəbul etdiyini, tam sağaldığını, hazırda narkoloji müayinədən keçirilərsə, narkotik vasitədən istifadə etməməsi faktı öz təsdiqini tapacağını, 5 il əvvəl narkotik vasitədən asılılıqdan yaxa qurtarmaq üçün müalicə aldığını, həmin müddətdən sonra narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Məhkəmə Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəmədəyədək icraat dövründə verdiyi ifadələr arasında ziddiyətlər olduğunu nəzərə alaraq sonuncunun ifadələrindən məhz hansının həqiqətə uyğun olub-olmamasının yoxlanmasının yeganə üsulu kimi Şahid4 barəsində məhkəmə-narkoloji ekspertizası təyin edilməsi olduğu qənaətinə gələrək, sonuncu barəsində müvafiq ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 şəxsin Ambulator Məcburi- Narkoloji Tibbi yoxlama barədə 62 saylı, xx.xx.2024-cü il tarixli rəyində Şahid4 OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunduğu, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyü həmin rəydə qeyd olunmuşdur. Göründüyü kimi məhkəmə Şahid4 qeyd etdiyi xüsusatları yoxlamış, sonuncu təxminən 5 ildir ki, narkotikdən istifadə etmədiyini, müalicə oldunduğunu bildirsə də, bu fakt öz təsdiqini tapmamış, əksinə onda narkomaniya xəstəliyinin aşkar olunduğu, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilməzdi. Məhkəmə hesab edir ki, 5 ildən artıq müddətə hər hansı bir narkotik vasitədən və ya psixatrop maddədən istifadə etməyən, müalicə olunan şəxsdə narkomaniya xəstəliyinin aşkara çıxması heç də ağlabatan deyildir. Bundan başqa Şahid4 ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitəni 08 may 2023-cü il tarixdə aldığını bildirmişdir. Bu səbəbdən Şahid4 istifadəsində olan 070 ***-**-** mobil nömrənin və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrənin 08 may 2023-cü il tarixə anten dairələrinin müəyyən edilməsi barədə qərar qəbul etmiş, icra edilməsi üçün aidiyyati mobil operatorlara göndərmişdir. Məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-ci il tarixli, BKC/LGL-15365/23 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-181/24 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk birgə tədqiq edilmiş, Şahid4 08 may 2023-cü il tarixdə, saat 18:37:48-dən 23:28:09-a dək anten yeri LABS5611O3/LABS5611 Jorat 2/"Sumqayıt şəhəri, Corat qəsəbəsi, 397 saylı ev"/Sumgayit/ (40.571xx/xx.70654) ərazisi, Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixdə 19:30:46-dan 23:35:45-a dək anten yeri LABS5611O3/LABS5611 Jorat 2/"Sumqayıt şəhəri, Corat qəsəbəsi, 397 saylı ev"/Sumgayit/ (40.571xx/xx.70654) göstərilmişdir. Bundan başqa Şahid4 məhkəmə istintaqı zamanı ifadəsində Əlibala ilə aralarında telefon danışığı, sms və ya whatsapp ilə mesajlaşma olmadığını, Əlibalanın telefon nömrəsini bilmədiyini, sonuncunun narkotik vasitə istifadə etməsi ilə bağlı məlumatı olmadığını bildirsə də, Bakcell” MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL- 5492/23 saylı məktuba əlavə edilmiş 1 ədəd CD tipli diskə baxış keçirilən zaman onlar arasında 08 may 2023-cü il tarixdə sms yazışmalarının olduğu məlum olmuşdur. Cinayət işi materiallarında olan məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-5492/23 saylı məktuba əlavə edilmiş 1 ədəd CD tipli diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs istifadəsində olan ********* telefonun nömrəsinə xx/xx/2023-cü ildən xx/xx/2023-cü ilə kimi daxil Şahid3 istiadəsində olan ********** nömrəsi ilə yazışmalar və danışıqlar aşağıdakı kimi olduğu məlum olmuşdur: xx-xx-2023 00:07:45 1.1.**********16 1.1.**********87 Ay qaqaş teli acda norzdu SUBMİTTED xx-xx-2023 00:07:45 xx-xx-2023 00:07:45 1.1.**********16 1.1.**********87 Ay qaqaş teli acda norzdu DELİVERED xx-xx-2023 00:11:57 1.1.**********16 1.1.**********87 Qaqaş mən oldum nolar acda teli SUBMİTTED xx-xx-2023 00:11:57 xx-xx-2023 00:12:38 1.1.**********16 1.1.**********87 Qaqaş mən oldum nolar acda teli DELİVERED xx-xx-2023 00:12:38 1.1.**********16 1.1.**********87 Ürəyim patdadi ay qaqaş SUBMİTTED xx-xx-2023 00:12:38 xx-xx-2023 00:12:43 1.1.**********16 1.1.**********87 Ürəyim patdadi ay qaqaş DELİVERED xx-xx-2023 00:17:32 xx-xx-2023 00:17:33 1.1.**********16 1.1.**********87 Qaqaş canv yiym acda teli DELİVERED xx-xx-2023 00:17:32 1.1.**********16 1.1.**********87 Qaqaş canv yiym acda teli SUBMİTTED xx-xx-2023 00:17:48 1.1.**********16 1.1.**********87 Qaqaş acda SUBMİTTED xx-xx-2023 00:17:48 xx-xx-2023 00:17:48 1.1.**********16 1.1.**********87 Qaqaş acda DELİVERED xx-xx-2023 00:18:28 1.1.**********16 1.1.**********87 Ay qaqaş acda telefonu SUBMİTTED xx-xx-2023 00:18:28 xx-xx-2023 00:18:28 1.1.**********16 1.1.**********87 Ay qaqaş acda telefonu DELİVERED xx-xx-2023 00:30:29 1.1.**********16 1.1.**********87 Qaqaş tacir di qardaşımsan qoya qoy düşüb burda qaqaş birdənə açda SUBMİTTED xx-xx-2023 00:30:29 xx-xx-2023 00:30:30 1.1.**********16 1.1.**********87 Qaqaş tacir di qardaşımsan qoya qoy düşüb burda qaqaş birdənə açda DELİVERED xx-xx-2023 00:30:30 xx-xx-2023 00:30:36 1.1.**********16 1.1.**********87 telefonu DELİVERED xx-xx-2023 00:30:30 1.1.**********16 1.1.**********87 telefonu SUBMİTTED xx-xx-2023 00:31:46 xx-xx-2023 00:31:46 1.1.**********16 1.1.**********87 Düşmüşəm poxa ay qaqaş acda teli DELİVERED xx-xx-2023 00:31:46 1.1.**********16 1.1.**********87 Düşmüşəm poxa ay qaqaş acda teli SUBMİTTE. Həmin diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ********* telefonun nömrəsinə xx/xx/2023-cü il tarixdə Şahid4 istifadəsində olan **********05 nömrəsi ilə yazışmalar və danışıqların aşağıdakı kimi olduğu məlum olmuşdur: 704047505 ********* MTC xx.xx.2023 18:49:40 32 554418987 ********* SMSMO xx.xx.2023 22:46:480 554418987 ********* MOC xx.xx.2023 08:41:59 18 704047505 ********* MTC xx.xx.2023 22:00:02 31 xx-xx-2023 22:46:47 xx-xx-2023 22:46:48 1.1.**********87 1.1.**********05 Salam kişi necəsə? Nə sözün olsa de DELİVERED xx-xx-2023 22:46:47 1.1.**********87 1.1.**********05 Salam kişi necəsə? Nə sözün olsa de SUBMİTTED xx-xx-2023 22:46:47 xx-xx-2023 22:46:48 1.1.**********87 1.1.**********05 Salam kişi necəsə? Nə sözün olsa de DELİVERED xx-xx-2023 22:46:47 1.1.**********87 1.1.**********05 Salam kişi necəsə? Nə sözün olsa de SUBMİTTED Bundan başqa Təqsirləndirilən şəxs və Şahid4 istifadəsində olan telefon nömrələrinə daxil olan çıxan və sms mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********* telefonuna xx/xx/2023-cü ildən xx/xx/2023-cü ilə kimi daxil Şahid4 istifadəsində olan 070404-75-05 nömrəsi ilə xx.xx.2023-cü ildə saat 18:49:40-da 32 saniyə, xx.xx.2023-cü ildə saat 22:46:48-də 0 saniyə ,xx.xx.2023-cü il tarixdə saat 08:41:59-da 18 saniyə və xx.xx.2023-cü ildə saat 22:00:02-də 31 saniyə telefon danışığı olmuşdur. Beləliklə, iş materiallarından görünür ki, X4 Salahov arasında telefon danışığı və mesajlaşma 08 may 2023-cü il tarixdə olmuş və həmin tarixdə eyni anten dairəsində olmuşdurlar. Bu da məhkəmə tərəfindən tərəflər arasında olan səmimi münasibətin olma göstəricilərindən biri kimi hesab edilir. Odur ki, məhkəmə Şahid4 məhkəmə istintaqı zamanı göstərilən məzmunda verdiyi ifadəsini də Təqsirləndirilən şəxs müdafiə olunması, sonuncunun məsuliyyətdən yayınması və ya məsuliyyətinin yüngülləşdirilməsi məqsədilə atılmış bir addım kimi qiymətləndirir və hesab edir ki, Şahid4 məhkəməyədək icraata zamanı verdiyi ifadələr daha səmimidir, ittihamın əsası kimi məhz həmin ifadələr qəbul edilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında CM-nin 234.2-ci maddəsinə münasibətdə irəli sürülmüş ittiham üzrə səmimi olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs qazanc əldə etmək və digər şəxsi maraq məqsədi ilə narkotik vasitəni Şahid3 və Şahid4 satmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli bu hissədə CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 09 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinə baxmayaraq, sonuncunun narkomaniya xəstəliyindən əzab çəkməsi nəzərə alınmalı, bu səbəbdən o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının giriş hissəsində quraşdırılmış müşahidə kamerasından götürülmüş görüntülərini özündə əks etdirən 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-ci il tarixli, BKC/LGL5492/23 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-ci il tarixli, BKC/LGL-15365/23 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-1574/24 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMCdən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-3605/24 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-181/24 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk-ümumilikdə 07 yeddi ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 55 (əlli beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdən 19 may 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 03 (üç) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 09 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 5.804 qram narkotik vasitə olan tiryək həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxs(lər) müəyyən olunanadək Sumqayıt ŞPİ-də saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Narkotik vasitə ilə bağlı keçirilmiş ekspertiza ilə əlaqədar 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk, Sumqayıt ŞPİ-nin 1-cİ PB-nİn inzibati binasının giriş hissəsində quraşdırılmış müşahidə kamerasının görüntülərini özündə əks etdirən 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-ci il tarixli, BKC/LGL5492/23 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-ci il tarixli, BKC/LGL-15365/23 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-1574/24 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-3605/24 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-181/24 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk-ümumilikdə 07 yeddi ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev