Məhkəmə qərarları › İş №1(060)-49/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-49/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-49/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs, müdafiəçilər Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1991-ci ildə Qubadlı rayonu, Tarovlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Qubadlı rayonu, Tarovlu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Dəmiryolu yük heyəti ərazisində yerləşən fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1987-ci ildə Yevlax rayonu, Hacımahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Yevlax rayonu, Hacımahmudlu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Sumqayıtçay qəsəbəsində fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah məqsədilə özgə əmlakını gizli olaraq talama, yəni oğurluq cinayətini birgə törətməkdən ötrü 2023-cü ilin may ayının ortalarında tanışı Təqsirləndirilən şəxs2 ilə cinayətkar əlaqəyə girib dayısı Zərərçəkmiş şəxs Sumqayıt şəhəri Dəmir yolu yük heyəti ərazisində yerləşən torpaq sahəsinə qanunsuz daxil olub oradakı özgə əmlakını gizli olaraq taladıqdan sonra satıb qazancını xeyirlərinə yönəltmək barədə qəsdən birləşib razılaşmaqla qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, aralarında olan ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa uyğun olaraq həmin gün saat 14 radələrində həmin ərazidə yerləşən Zərərçəkmiş şəxs məxsus hasarlanmış, qapısı və içərisində tikinti olmayan torpaq sahəsinə heç kimin olmadığı vaxtda qanunsuz olaraq birgə daxil olub həyətdə olan 1000 manat dəyərində olan 01 ədəd 4x3,5 metr ölçüdə, divarları 3-lük dəmirdən olan 01 ədəd dəmir darvazanı, 6000 manat dəyərində olan 3x5 metr ölçüdə, divarları 5-lik dəmirdən olan 01 ədəd dəmir butkanı (konteyneri) gizli olaraq taladıqdan sonra cinayətkar niyyətlərindən xəbərsiz istintaqa məlum olmayan sürücünün idarə etdiyi evakuatoruna yükləyib, həmin gün özü Sumqayıt şəhəri Dəmiryolu yük heyəti ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparıb cinayətkar niyyətlərindən xəbərsiz Şahid 1260 manat müqabilində sataraq əldə etdikləri qazancı öz aralarında bölüşdürüb xeyirlərinə yönəltməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 7000 manat xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 tamah məqsədilə özgə əmlakını gizli olaraq talama, yəni oğurluq cinayətini birgə törətməkdən ötrü 2023-cü ilin may ayının ortalarında tanışı Təqsirləndirilən şəxs1 ilə cinayətkar əlaqəyə girib sonuncunun dayısı Zərərçəkmiş şəxs Aşrah oğlunun Sumqayıt şəhəri Dəmir yolu yük heyəti ərazisində yerləşən torpaq sahəsinə qanunsuz daxil olub oradakı özgə əmlakını gizli olaraq taladıqdan sonra satıb qazancını xeyirlərinə yönəltmək barədə qəsdən birləşib razılaşmaqla qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, aralarında olan ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa uyğun olaraq həmin gün saat 14 radələrində həmin ərazidə yerləşən Zərərçəkmiş şəxs məxsus hasarlanmış, qapısı və içərisində tikinti olmayan torpaq sahəsinə heç kimin olmadığı vaxtda qanunsuz olaraq birgə daxil olub həyətdə olan 1000 manat dəyərində olan 01 ədəd 4x3,5 metr ölçüdə, divarları 3-lük dəmirdən olan 01 ədəd dəmir darvazanı, 6000 manat dəyərində olan 3x5 metr ölçüdə, divarları 5-lik dəmirdən olan 01 ədəd dəmir butkanı (konteyneri) gizli olaraq taladıqdan sonra cinayətkar niyyətlərindən xəbərsiz istintaqa məlum olmayan sürücünün idarə etdiyi evakuatoruna yükləyib, həmin gün Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri Dəmiryolu yük heyəti ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparıb cinayətkar niyyətlərindən xəbərsiz Şahid 1260 manat müqabilində sataraq əldə etdikləri qazancı öz aralarında bölüşdürüb xeyirlərinə yönəltməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 7000 manat xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o təxminən 1993-cü ildən Sumqayıt şəhəri Dəmir yolu yük heyəti ərazisində fərdi evdə yaşayır. Yaşadığı ərazidə iribuynuzlu heyvandarlıq işi ilə məşğuldur. Yaşadığı evin yaxınlığında hasarlanmış torpaq sahəsi var. Həmin torpaq sahəsi dayısı Zərərçəkmiş şəxs məxsus olmuş, onun içərisində tikili olmamışdır. Torpaq sahəsində 01 ədəd dəmir butka və dəmir darvaza var idi. 2023-cü ilin may ayının təxminən ortalarında tanıdığı Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında dayısına məxsus torpaq sahəsində dəmir butka və darvazanın olduğunu və ondan birlikdə həmin yerə getməyi xahiş etmiş, o da razılaşmışdır. Daha sonra onlar birlikdə əvvəlcə gedib yoldan evakuator tapmışlar. O, evakuator sürücüsü ilə danışmış və saat 14 radələrində birlikdə Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinə gəlib dəmir butka və dəmir darvazanı evakuatora yükləyib yaxınlıqda yerləşən İmran kimi tanıdığı Şahid metal qəbulu məntəqəsinə apararkən yolda Bəhruz maşından düşmüşdür. Özü isə həmin dəmir butka və dəmir darvazanı aparıb İmamverdiyə təhvil vermişdir. İmamverdi onları tərəzidə çəkdikdən sonra ona ümumilikdə 1260 manat pul vermişdir. İmamverdiyə həmin butka və darvazanı satan zaman onların oğurluq olmadığını, ona məxsus olduğunu demişdir. O, 1260 manat puldan tanımadığı evakuator sürücüsünə 120 manat pul vermişdir. Ona da həmin dəmir butka və dəmir darvazanın oğurluq olmadığını, özünə məxsus olduğunu demişdir. Daha sonra o Bəhruzun yaşadığı evin yanına gedib onu çölə çağırmış və həmin puldan ona 380 manat pul vermiş, 760 manat isə özündə qalmışdır. Həmin pulu da öz şəxsi ehtiyaclarına sərf etmişdir. O, butkanı və darvazanı kimə satdığını Bəhruza deməmişdir. Dayısı Azərin torpaq sahəsində butka və darvazadan başqa heç nə oğurlamamışlar, həmin oğurluğu da o, tanışı Bəhruzla birlikdə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o təxminən 2007-ci ildən Sumqayıt şəhəri Sumqayıtçay qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yaşayır, adətən iş olan zaman fəhləlik edir. Təqsirləndirilən şəxs1 təxminən 7-8 ildir ki, tanıyır. 2023-cü ilin may ayının təxminən ortalarında Qafur onun yaşadığı evə gəlib və onu çölə çağırmış, söhbət əsnasında ona yaşadığı evin yaxınlığında dayısına məxsus torpaq sahəsində dəmir butka və darvazanın olduğunu, onları oğurlamaq istədiyini, polisin biləcəyi halda dayısının şikayət etməyəcəyini bildirmiş və ondan birlikdə həmin yerə gedib oğurluq etməyi xahiş etmişdir. O da pula ehtiyacı olduğu üçün onunla razılaşmışdır. Daha sonra onlar birlikdə əvvəlcə gedib yoldan evakuator tapmış, Qafur evakuator sürücüsü ilə danışmış və saat 14 radələrində birlikdə Qafurun dediyi həmin torpaq sahəsinə gəlib dəmir butka və dəmir darvazanı evakuatora yükləmişlər. Evakuator sürücüsü onların oğurluq olduğunu bilməmişdir. Qafur həmin sürücüyə onların ona məxsus olduğunu demişdir. Qafur sürücüyə onları aparıb hansısa metal qəbulu məntəqəsində kiməsə təhvil verib satacağını demişdir. Daha sonra Qafur həmin butka və darvazanı metal qəbulu məntəqəsinə apararkən o, yolda düşüb evə getmişdir. Təxminən yarım saat sonra o, evdə olarkən çöldən Qafur gəlib onu səslədiyi üçün çölə çıxmış və Qafur ona 380 manat pul verib butka və darvazanı aparıb kiməsə satdığını demişdir. O, pulu götürüb öz şəxsi ehtiyaclarına sərf etmişdir. Sözügedən oğurluq cinayətini o, Qafurla birlikdə törətmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslərin təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və cinayət işinin materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs Aşrah oğlu ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə Sumqayıt şəhəri Dəmiryolu yük heyəti ərazisində 0,10 ha torpaq sahəsi almış və həmin torpaq sahəsinin sərhədlərini mişar daşı ilə hasarlatdırmışdır. Hasar çəkilən zaman ustaların alətləri və materiallar saxlamaq üçün torpaq sahəsinə eni 3 metr, uzunluğu isə 05 metr olan dəmir materialdan butka gətirib qoymuşdur. Həmçinin hasar tikintisi bitdikdən sonra isə eni 3,5 m, hündürlüyü isə 3 metr olan darvaza gətirib qoydurmuşdur. xx.xx.2023-cü il tarixədək mütəmadi gedib torpaq sahəsinə nəzarət etsə də, daha sonra səhhəti ilə əlaqədar torpaq sahəsinə gedib baş çəkə bilməmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində torpaq sahəsinə baxmaq üçün getdikdə dəmir darvazanın və torpaq sahəsində qoyduğu butkanın yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Sonda baş vermiş hadisə ilə bağlı yaxınlıqda yaşayan qonşulardan maraqlansa da, heç bir müsbət nəticə əldə edə bilməmiş və hadisə barədə DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məlumat verdikdən sonra hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirmişlər və sənədləşmə işləri aparmışlar. Daha sonra Sumqayıt şəhər polis idarəsinin 5-ci Polis Bölməsinə gedərək, ərizə yazmış və ondan orada izahat alınmışdır. Dəmir butkanın qiyməti 6000 manat, dəmir darvazanın qiyməti 2000 manat olmaqla ona ümumilikdə 8000 manat ziyan vurulmuşdur. Bundan əlavə Zərərçəkmiş şəxs Aşrah oğlu məhkəmə iclasında təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxslərə qarşı heç bir tələbinin və şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2014-cü ildən Sumqayıt şəhəri Dəmiryolu yük heyəti ərazisində icarəyə yer götürüb qara metalların qəbulu ilə məşğul olur. 2023-cü ilin may ayının ortalarından üzdən tanıdığı sonradan adının Qafur olduğunu bildiyi şəxs evakuator vasitəsi ilə işlədiyi metal qəbulu məntəqəsinə dəmir butka və dəmir darvaza gətirmişdir. Həmin vaxt Qafur tək gəlmiş, yalnız onun yanında tanımadığı evakuator sürücüsü olmuşdur. O, həmin dəmir butka və dəmir darvazanı tərəzi vasitəsi ilə çəkdikdən sonra Qafura ümumilikdə 1260 manat pul verib onları ondan almışdır. Daha sonra o, çıxıb getmişdir. O, Qafurdan aldığı dəmir butka və dəmir darvazanı “X7” MMC-yə təhvil vermişdir. Həmin dəmir butka və dəmir darvazanı Qafurdan alarkən, sonuncu onların ona məxsus olduğunu, oğurluq olmadığını demişdir. Üstündən xeyli vaxt keçdikdən sonra isə polis əməkdaşı onu polis bölməsinə dəvət edən zaman ona orada Qafurun həmin dəmir butka və dəmir darvazanı oğurlayıb gətirib ona satdığı məlum olmuşdur. Cinayət işinin 32-33-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 82-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qtəimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 52-53-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 98-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 haqqında axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin eyni tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 06:30 radələrində saxlanılaraq Sumqayıt ŞPİ-nin MYS-nə təhvil verilmişdir. Cinayət işinin 123-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1736 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 01 ədəd 2016-cı ildə hazırlanmaqla ölçüləri 4x3,5 metr olmuş, divarları 3-lük dəmirdən olan dəmir darvazanın orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2023-cü ilin may ayında olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1000 manat müəyyən edilir. Qərarın təsviri hissəsində qeyd edilən 01 ədəd 2016-cı ildə hazırlanmaqla ölçüləri 3x5 metr, divarları 5-lik dəmirdən olan dəmir butkanm (konteyner) təyinatı, əmtəə görünüşü və digər texniki gösriciləri barədə ətraflı məlumat olmadığından tədqiqat aparılmadı. Cinayət işinin 124-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 131-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli höküm ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ona 01 il 11 ay 26 gün müddətə azadllığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 130-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı heç bir tələbləri və şikayətləri yoxdur, bu halların nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 evli olmaqla bir azyaşlı uşağı var. Uşağın təvvəllüdü xx.xx.2023-cü il. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 evli olmaqla üç azyaşlı uşağı var. Uşaqların təvvəllüdü müvafiq olaraq xx.xx.2011, xx.xx.2014 və xx.xx.2016-cı il təvəllüdlü. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin özlərinin etirafları, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə cinayətini törətmələri tamamilə sübuta yetirildi. Onların əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən qanunvericliliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edərək dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edərək dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 23 dekabr 2023-cü il tarixdən 25 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Dəmiryolu yük heyəti ərazisində yerləşən fərdi evi tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək əməlindən peşman olmasını, əvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, evli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilərək əməlindən peşman olmasını, əvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, evli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 dekabr 2023-cü il tarixdən 25 dekabr 2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 29 oktyabr 2024-cü il tarixdən hazırki tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 01 (bir) gün, ümumilikdə 03 (üç) ay 03 (üç) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 (altı) ay 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Sumqayıtçay qəsəbəsinində yerləşən fərdi evi tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştəqək tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri və işlə tanış olduqları 20 saata görə 120 (yüz iyirmi) manat (hər vəkil üzrə ayrı-ayrılıqda) Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 23 dekabr 2023-cü il tarixdən 25 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Dəmiryolu yük heyəti ərazisində yerləşən fərdi evi tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 dekabr 2023-cü il tarixdən 25 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 29 oktyabr 2024-cü il tarixdən hazırki tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 01 (bir) gün, ümumilikdə 03 (üç) ay 03 (üç) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 (altı) ay 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Sumqayıtçay qəsəbəsinində yerləşən fərdi evi tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat (hər vəkil üzrə ayrı-ayrılıqda) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar