Məhkəmə qərarları › İş №1(060)-490/2020

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-490/2020

02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-490/2020 02.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X1 Məhkəməsində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Tosoil YDM-sində kassir-operator işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 12 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Üns küçəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 02:00 radələrində, yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Üns küçəsindəki fərdi evdə aralarında şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı qeyri-rəsmi yaşadığı həyat yoldaşı Zərərçəkmiş şəxs sağ əlinin arxa səthinin İİ dərəcə yanığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirilmişdir . Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2020-ci il tarixdən Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi şəkildə yaşayır. xx.xx.2020-ci il tarixdə saat 02:00 radələrində qeyri-rəsmi yaşadığı həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları evdə hamilə olmasını xalasına bildirdiyinə görə əsəbiləşərək 2 sillə ilə üz nahiyyəsinə vurmuşdur. Amma Pialənin əlinin yanmasından xəbəri yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 02:00 radələrində qeyri-rəsmi yaşadığı həyat yoldaşıTəqsirləndirilən şəxs yaşadığı evdə bihuş vəziyyətdə özündə olmadığı halda onu nalayiq ifadələrlə söymüş və sinəsinə təpiklə, sillələr ilə üzünə vurmuş, əlindəki siqaretlə yanılı vəziyyətdə və alışqanla sağ əlini yandırmış, əli ilə saçlarını tutaraq yolmuş, onu yerə yıxmış və o ayağa qalxmaq istədikdə yenidən onun başına yumruqla vurmağa başlamışdır. Buna görə o evdən qaçaraq anasıgilin yaşadığı evə gedərkən qapının bağlı olmasını görüb dayısı Kamilgilə getmişdir. O, dayısına məxsus ********** nömrəsi iə anasına məxsus ********** nömrəsinə zəngə edərək qeyri-rəsmi yaşadığı Elvin tərəfindən döyülməyini ona bildirmişdir. xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində anası dayısı Kamilgildən götürüb evə gətirmişdir. Barışmaq və təqsirləndirilən şəxsi bağışlamaq fikri yoxdur, təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, Zərərçəkmiş şəxs onun kiçik qızıdır. O, xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxsla qeyri-rəsmi yaşayır. xx.xx.2020-ci il tarixdə qızı Piyalə yaşadığı evdən çıxaraq onlara gəlib qapının bağlı olmasını görüb dayısı Kamilgilə getmişdir. xx.xx.2020-ci il tarixdə yaxın qohumunun dəfnində iştirak etdiyi üçün evdə olmamış, qızı dayısına məxsus ********** nömrəsi ilə ona məxsus ********** nömrəsinə zəng edərək qeyri-rəsmi yaşadığı Elvin tərəfindən döyülməsini bildirmişdir. xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində qızı Piyaləni qardaşı Kamilgildən götürüb evlərinə gəlmişdir. Qızı evlərində olarkən ona xx.xx.2020-ci il tarixdə, saat 02:00 radələrində qeyri-rəsmi yaşadığı həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadığı evdə onu nalayiq ifadələrlə söydüyünü və sinəsinə təpiklə vurmağa başladığını, sillələr ilə üzünə vurduğunu, əlindəki siqaretlə yanılı vəziyyətdə və alışqanla sağ əlini yandırdığını, əli ilə saçlarını tutaraq yolduğunu, onu yerə yıxdığını və o ayağa qalxmaq istədikdə yenidən onun başına yumruqla vurmağa başladığını bildirmişdir. Bundan sonra o evdən qaçaraq dayısıgilə getmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-cu il tarixli, 1255 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdak xəsarətlər aşkar edilmişdir: sağ əlin arxa səthinin İİ dərəcəli yanığı. Qeyd olunan xəsarət yüksək hərarətin yerli təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən siqaretlə, yanan alışqanla yetirilə bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.(i.v 13-14) İş materiallarında olan xx.xx.2020-cil tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v 21) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli 2916 saylı arayışından görünür ki, Məmmədov X2 şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 37) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi 2 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli 569 nömrəli məktubundan görünür ki, Məmmədov X2 .əhər 2 nömrəli poliklinikasını psixiatrik kabinetinə müarciət etməyib və ambulator kartası yoxdur.(i.v 38) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 50) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsin əlini yandırmaması və s. ilə bağlı göstərdiklərinə məhkəmə tənqidi yanaşır və bunu onun özünü müdafiə etmək üçün seçdiyi üsul kimi qiymətləndirir. Çünki onun ona isnad edilən bu əməli törətməsi işin halları, işdəki sübutlarla, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam təsdiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nın 59.1.1 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələri təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Üns küçəsindəki evi tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar