Məhkəmə qərarları › İş №1(060)-490/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-490/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-490/2022 29.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 117-də qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçilər küçəsi, ev 85-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,913 qram və 1,717 qram, ümumi təmiz çəkisi 2,630 qram kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 02 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 5,127 qram və 4,963 qram, 02 (iki) bükümdə təmiz çəkiləri 1,136 qram və 0,719 qram, ümumi təmiz çəkisi 11,945 qram tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 05 (beş) ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutunda 49 ədəd (40+9 ədəd) açıq qəhvəyi rəngli “F/M 40” göstəricili və 01(bir) ədəd ½ hissə açıq-qəhvəyi rəngli dərman həbi kəsiyində təsir edici maddəsinin ümumi miqdarı 1,980 qram (1,960 qr. + 0,020 qr.) olan narkotik vasitə metadon həblərini qanunsuz əldə edib üzərində saxlayaraq daşımış, 04 noyabr 2021-ci il tarixdə, saat 15:45 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, kiçik Pereşkül küçəsi ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 6 saylı məntəqə tipli cəza çəkmə müəssisəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən 02 (iki) bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,913 qram və 1,717 qram, ümumi təmiz çəkisi 2,630 qram kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 02 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 5,127 qram və 4,963 qram, 02 (iki) bükümdə təmiz çəkiləri 1,136 qram və 0,719 qram, ümumi təmiz çəkisi 11,945 qram tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 05 (beş) ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutunda 49 ədəd (40+9 ədəd) açıq qəhvəyi rəngli “F/M 40” göstəricili və 1 (bir) ədəd ½ hissə açıq-qəhvəyi rəngli dərman həbi kəsiyində təsir edici maddəsinin ümumi miqdarı 1,980 qram (1,960 qr. + 0,020 qr.) olan narkotik vasitə metadon həbləri əynindəki boz rəngli gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ilkin ifadəsində göstərmişdir ki, parkda gəzərkən yerdən bir kibrit qutusu marixuana tapmış, 03 noyabr 2021-ci il tarixdə saa 21-22 radələrində polis əməkdaşları tərəfindən saxlanmışdır.Polis Bölməsinin otaqlarının birində bir gecə saxladıqdan sonra səhəri gün videoçəkliş vasitəsi ilə üzərinə baxış keçirilmiş, marixuanadan başqa onun üzərində narkotik vasitə olmamış, saxlanıldıqdan iki gün sonra hakim tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq aparıldığından xəbərdar olumuş, sənədlərə imza edərkən barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin istintaq olunduğunu zənn edib imza etmişdir. Hazırda özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihama təqsirli bilir. Məhkəmədə elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitələr qəbul edir. 03 noyabr 2021-ci il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, Emin şadlıq sarayının yaxınlığı ilə piyada yaşadığı evə doğru gedərkən yolda tanımadığı bir şəxs ona yaxınlaşaraq özünü ona Səyyaf kimi təqdim edərək onu tanıdığını, narkotik vasitələrin qəbulu ilə məşğul olmasından məlumatı olduğunu demiş və üstündə pul olub-olmadığını soruşmuşdur. O, da üstündə 350 manat pul olduğunu demişdir. Səyyaf ona 300 manata 50 ədəd metadon həbi, qurudulmuş marixuana, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə tiryək təklif etmiş, o, Səyyafla razılaşmış və sonuncuya 300 manat pulu verib içərisində psixotrop maddə və narkotik vasitələr olan bir ədəd sellofanı almışdır. Əvvəllər tanımadığı Səyyaf adlı şəxsdən ayrılıb sellofanı açaraq içərisində bükümlər olduğunu görmüş, həmin bükümləri açıb baxmış, sellofanın içərisində 5 listdə hər birində 10 ədəd narkotik vasitə metadon həbləri, bir bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə narkotik vasitə heroin, iki bükümdə narkotik vasitə tiryək, iki ədəd kibrit qutusunda və iki bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Bir ədəd listdən bir ədəd metadon həbi çıxarıb iki hissəyə bölərək yarısını qəbul etmiş, yarısını da sellofana büküb içərisində həmin maddələr olan sellofana qoymuşdur. 04 noyabr 2021-ci il tarixdə, saat 15:45 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, kiçik Pereşkül küçəsi ərazisində yerləşən Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 6 saylı məntəqə tipli cəza çəkmə müəssisəsinin yaxınlığı ilə piyada evinə tərəf hərəkət gedərkən bir neçə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ona narkotik vasitələrin əldə edilməsi, qəbulu və satışında şübhəli bilindiyi üçün saxlanıldığını bildirib onu polis idarəsinə dəvət etmişlər. Vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyim təklif edilən zaman o, əynində olan boz rəngli gödəkçəsinin sol yan cibində saxladığı 1 ədəd sellofan torbanın içərisində olan 5 ədəd konvalit, onlardan 4 konvalitin içərisində 10 ədəd bütöv həb, 1 ədəd konvalitin içərisində isə 9 ədəd bütöv həb, şəffaf sellofana bükülmüş yarı həb olmaqla ümumilikdə 49 ədəd bütöv, 1 yarı bölünmüş vəziyyətdə olan metadon həbləri, 4 ədəd sellofan bükümü, 2 ədəd kibrit qutusunu, siqaretin gümüşü rəngli kağızına bükülmüş 2 bükümü cibindən çıxardıb təqdim etmişdir. Sonra üzərindən aşkar olunmuş maddələr, yəni 2 ədəd sellofan bükümdə hər birinin içərisində qara rəngli narkotik vasitə olan tiryək büküldüyü sellofanla birlikdə hər biri ayrı-ayrılıqda, növbəti, yəni işlək vəziyyətdə olan tərəziyə qoyulub çəkilən zaman həmin bükümlərin birinin çəkisinin 1,76 qram, digərinin çəkisinin 0,94 qram olduğu, onların birlikdə ümumi çəkisinin isə 2,70 qram olduğu, 2 ədəd şəffaf rəngli sellofan bükümün və 2 ədəd kibrit qutusunun hər birinin içərisində olan yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuananın hər biri ayrı-ayrılıqda büküldüyü sellofanla və yığıldığı kibrit qutusu ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin sellofan bükümlərin birinin çəkisinin 1,29 qram, digərinin çəkisinin 0,93 qram olduğu, kibrit qutuları hər biri tərəziyə qoyulub çəkilən zaman onlardan birinin çəkisinin 7,93 qram, digərinin isə 7,72 qram olduğu, 2 ədəd şəffaf rəngli sellofan bükümün və 2 ədəd kibrit qutusunun hər birinin içərisində olan ot kütlələri ilə birlikdə tərəzidə çəkilən zaman onların ümumi çəkisinin 17,83 qram olduğu, 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,08 qram olduğu və 1 ədəd siqaretin gümüşü rəngdə kağızına bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,07 qram olduğu müəyyən edilmişdir. Daha sonra, məhkəmədə Təqsirləndirilən şəxs ifadəsi elan edildikdən sonra sonuncu ibtidai istintaqdakı ifadəsini təsdiq etmiş, yüngül cəza almaq üçün o cür ifadə vermişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu, idmançı olmasını, qardaşının döyüşməsini, himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur. İslamın uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, yəni narkoman olduğunu hiss etmiş, lakin İslam heç vaxt onun yanında və ya yaşadıqları evdə narkotik vasitə istifadə etməmişdir. İslamın yaşadıqları evdə narkotik vasitə saxlamasını da görməmişdir. O, dəfələrlə İslamı tənqid edib bu əməlindən çəkindirməyə çalışsada İslamın yenədə narkotik vasitə istifadə etdiyini hiss etmişdir. İslam isə hər dəfə ona xəstə olduğunu, narkotik vasitə istifadə etmədikdə ağrılarının olduğunu bildirib özünə haqq qazandırmağa çalışmışdır. Bir neçə dəfə İslamı mülaicə etdirsədə İslam yenədə narkotik vasitələr istifadə etmişdir. 04 noyabr 2021-ci il tarixdə isə polis əməkdaşları ona məlumat verib bildirmişlər ki, İslam narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan həbs edilmişdir. Heç vaxt İslamın yaşadıqları evdə narkotik vasitə istifadə etməsini və ya saxlamasını görməmişdir. İslam narkotik vasitə istifadə etdiyini özü ona demişdir. İslamın hansısa şəxsdən narkotik vasitə almasını və ya satmasını heç vaxt görməmişdir. İslamın yanına tanımadığı adamlar gəlib-getməmişdir. İslam günün çox hissəsini evdə keçirmiş, onun yanına isə demək olar ki, tanıdığı və ya tanımadığı heç kim gəlməmişdir. İslam heç vaxt kiməsə narkotik vasitə satmamışdır. İslam uzun müddətdir ki, narkoman olduğundan ancaq özü istifadə etmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş X6 və X5 ifadələri elan edilmişdir. Onların elan edilmiş ifadələrindən görünmüşdür ki, onlar da şahid Güləfruz Cabbarova ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 əlavə ifadəsində bildirmişdir ki, 04 noyabr 2021-ci il tarixdə təxminən 30-35 yaşlarında, İslam adlı şəxsin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Perəkeşkül küçəsi ərazisində üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat yoxlanılaraq İslam adlı şəxsin xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 117-də qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçilər küçəsi, ev 85-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Sonra tədbirlə bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa onunla yanaşı cəlb olunan Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis serjantı Şahid2 və polis kiçik serjantı Şahid3 ilə birlikdə 04 noyabr 2021-ci il tarixdə, saat 15:45 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, kiçik Pereşkül küçəsi ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 6 saylı məntəqə tipli cəza çəkmə müəssisəsinin yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edərək polis əməkdaşları olduğuqlarını bildirib sonuncuya hansı səbəbdən saxlandığını, yəni narkotik vasitələrin əldə edilməsi, qəbulu və satışı ilə məşğul olmasında, həmçinin üzərində narkotik vasitələr olmasında şübhəli olduğunu izah etmişlər və ətrafda olan şəxslərin tədbirə mane olacaqlarını nəzərə alıb onu Sumqayıt ŞPİ-yə aparmışlar. Polis İdarəsində xidməti otaqda Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru Asəf Həbibov tərəfindən qeydə alınan videoçəkilişlə onunla yanaşı digər polis əməkdaşları və vəkil Ruslan Mustafazadənin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanarkən sonuncuya təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan torba çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan torbaya baxış keçirilərkən içərisində 5 ədəd konvalit, onlardan 4 ədəd konvalitin içərisində 10 ədəd bütöv həb, 1 ədəd konvalitin içərisində isə 9 ədəd bütöv həb, şəffaf sellofana bükülmüş yarı həb olmaqla ümumilikdə 49 ədəd bütöv, 1 ədəd yarı bölünmüş vəziyyətdə olan metadon həbləri, 4 ədəd sellofan büküm, 2 ədəd kibrit qutusu, siqaretin gümüşü rəngli kağızına bükülmüş 2 büküm olması müəyyən edilmişdir. Həmin bükümlər və kibrit qutuları ayrıayrılıqda açılaraq içərilərinə baxış keçirilərkən 2 ədəd sellofan bükümdə hər birinin içərisində qara rəngli narkotik vasitə tiryək, 2 ədəd şəffaf rəngli sellofan bükümün hər birinin içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd kibrit qutusunun hər birinin içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə heroin və 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxsla aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar olunmuş maddələr və həblər narkotik vasitələrdir, onları 03 noyabr 2021-ci il tarixdə yaşadığı H.Z.Tağıyev qəsəbəsi ərazisində Səyyaf adlı şəxsdən 300 manata şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Həmin maddələrin miqdarı elektron tərəzi ilə çəkilərkən tərəzidə nasazlıq olduğundan həmin tərəzi işlək vəziyyətdə olan tərəzi ilə dəyişdirilərək yenidən çəkilmiş və heç kim buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr, yəni 2 ədəd sellofan büküm hər birinin içərisində qara rəngli narkotik vasitə olan tiryək büküldüyü sellofanla birlikdə hər biri ayrı-ayrılıqda növbəti, yəni işlək vəziyyətdə olan tərəziyə qoyulub çəkilən zaman həmin bükümlərin birinin çəkisinin 1,76 qram, digərinin çəkisinin 0,94 qram olduğu, onların birlikdə ümumi çəkisinin isə 2,70 qram olduğu, 2 ədəd şəffaf rəngli sellofan bükümün və 2 ədəd kibrit qutusunun hər birinin içərisində olan yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuananın hər biri ayrı-ayrılıqda büküldüyü sellofanla və yığıldığı kibrit qutusu ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin sellofan bükümlərin birinin çəkisinin 1,29 qram, digərinin çəkisinin 0,93 qram olduğu, kibrit qutuları hər biri tərəziyə qoyulub çəkilən zaman onlardan birinin çəkisinin 7,93 qram, digərinin isə 7,72 qram olduğu, 2 ədəd şəffaf rəngli sellofan bükümün və 2 ədəd kibrit qutusunun hər birinin içərisində olan ot kütlələri ilə birlikdə tərəzidə çəkilən zaman onların ümumi çəkisinin 17.83 qram olduğu, 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,08 qram olduğu və 1 ədəd siqaretin gümüşü rəngdə kağızına bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,07 qram olduğu müəyyən edilmişdir. Həmin maddələr ekspertizaya təqdim olunması üçün zərf paketdə qablaşdırılaraq möhürlənmiş, zərf paketin üstü onunla yanaşı digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitələri əldə etdiyi şəxsin kimliyini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilsədə həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni həm istifadə etmək, həmdə satmaq məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsada, sonuncunun konkret olaraq hansısa şəxsə narkotik vasitə satmasını və ya satacağı barədə razılıq əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin, metadon həbləri, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunduğundan sonuncunun həmin maddələri satmaq üçün əldə etməsi qənaətinə gəlmişdir. Lakin bir daha bildirmişdir ki, Təqsirləndirilən şəxs hansısa şəxsə narkotik vasitə satması, pay verməsi və ya satacağı barədə razılaşması dəqiq olaraq müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində ifadə vermiş CAŞ-ın kiçik inspektoru Şahid3 da Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, onunla eyni xüsusatları qeyd etmişdir. Məhkəmə iclası zamanı ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı X3 elan edilmiş ifadəsindən görünür ki, 04 noyabr 2021-ci il tarixdə, təxminən saat 16 radələrində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru Asəf Həbibov tərəfindən qeydə alınan videoçəkilişlə tərəfindən polis əməkdaşları ilə yanaşı vəkil Ruslan Mustafazadənin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanarkən sonuncuya təklif etmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan torba çıxararaq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan torbaya baxış keçirilərkən içərisində 5 ədəd konvalit, onlardan 4 konvalitin içərisində 10 ədəd bütöv həb, 1 ədəd konvalitin içərisində isə 9 ədəd bütöv həb, şəffaf sellofana bükülmüş yarı həb olmaqla ümumilikdə 49 ədəd bütöv, 1 ədəd yarı bölünmüş vəziyyətdə olan metadon həbləri, 4 ədəd sellofan büküm, 2 ədəd kibrit qutusu, siqaretin gümüşü rəngli kağızına bükülmüş 2 büküm olması müəyyən edilmişdir. Həmin bükümlər və kibrit qutuları tərəfimdən ayrı-ayrılıqda açılaraq içərilərinə baxış keçirilərkən 2 ədəd sellofan bükümdə hər birinin içərisində qara rəngli narkotik vasitə tiryək, 2 ədəd şəffaf rəngli sellofan bükümün hər birinin içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd kibrit qutusunun hər birinin içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə heroin və 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxsla aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar olunmuş maddələr və həblər narkotik vasitələrdir, onları 03 noyabr 2021-ci il tarixdə yaşadığı H.Z.Tağıyev qəsəbəsi ərazisində Səyyaf adlı şəxsdən 300 manata şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Həmin maddələrin miqdarı elektron tərəzi ilə çəkilərkən tərəzidə nasazlıq olduğundan həmin tərəzi işlək vəziyyətdə olan tərəzi ilə dəyişdirilərək miqdarları yenidən çəkilmiş və heç kim buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr, yəni 2 ədəd sellofan büküm hər birinin içərisində qara rəngli narkotik vasitə olan tiryək büküldüyü sellofanla birlikdə hər biri ayrı-ayrılıqda növbəti, yəni işlək vəziyyətdə olan tərəziyə qoyulub çəkilən zaman həmin bükümlərin birinin çəkisinin 1,76 qram, digərinin çəkisinin 0,94 qram olduğu, onların birlikdə ümumi çəkisinin isə 2,70 qram olduğu, 2 ədəd şəffaf rəngli sellofan bükümün və 2 ədəd kibrit qutusunun hər birinin içərisində olan yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuananın hər biri ayrı-ayrılıqda büküldüyü sellofanla və yığıldığı kibrit qutusu ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin sellofan bükümlərin birinin çəkisinin 1,29 qram, digərinin çəkisinin 0,93 qram olduğu, kibrit qutuları hər biri tərəziyə qoyulub çəkilən zaman onlardan birinin çəkisinin 7,93 qram, digərinin isə 7,72 qram olduğu, 2 ədəd şəffaf rəngli sellofan bükümün və 2 ədəd kibrit qutusunun hər birinin içərisində olan ot kütlələri ilə birlikdə tərəzidə çəkilən zaman onların ümumi çəkisinin 17,83 qram olduğu, 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,08 qram olduğu və 1 ədəd siqaretin gümüşü rəngdə kağızına bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,07 qram olduğu müəyyən edilmişdir. Həmin maddələr ekspertizaya təqdim olunması üçün zərf paketdə qablaşdırılaraq möhürlənmiş, zərf paketin üstü iştirakçılar tərəfindən imzalanmış. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Psixotrop maddə və narkotik vasitələrin miqdarını ilkin olaraq elektron tərəzi ilə çəkərkən həmin tərəzi nasaz olduğu üçün işlək vəziyyətdə olan tərəzi ilə dəyişdirilmiş, psixotrop maddə və narkotik vasitələrin miqdarı təkrar olaraq işlək vəziyyətdə olan tərəzi ilə düzgün olaraq çəkilmiş, şəxsi axtarış tamamlandıqdan dərhal sonra həmin nasaz olan tərəzi tərəfindən məhv edilmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində fadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti X14 ifadələri elan edilmişdir. Onların elan edilmiş ifadələrindən görünür ki, onlar da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4923 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) saxlanılan şəxs Təqsirləndirilən şəxs ...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,035 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,031 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,913 qram, 1,717 qram, ümumi təmiz çəkisi 2,630 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir, 5 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutunda 49 ədəd (40+9 ədəd) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri, 1 ədəd ½ hissə açıq qəhvəyi rəngli dərman həbi kəsiyinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 1,980 qram (1,960 qram+0,020 qram) təşkil edir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin və tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metmafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/1144 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd kibrit qutusunda təmiz çəkiləri 5,127 qram və 4,963 qram və iki ədəd sellofan bükümdə təmiz çəkiləri 1,136 qram və 0,719 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 84 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin və sintetik tərkibli opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeyalbadin qəsəbə inzibati tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X22 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “3 nömrəli xəstəxana” PHŞ-nin 16 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetində dispanser və ambulator müşahidəsində yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeyalbadin qəsəbə inzibati tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 121 saylı ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı xx.xx.1991ci il təvəllüdlü X2, qızı xx.xx.2015-ci il təvəllüdlü X7 və qızı xx.xx.2017-ci il təvəllüdlü X8 ibarətdir. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X9 atası X25 oğludur. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X10 atası X25 oğludur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası medalının İ-16490 nömrəli, İ-12667 nömrəli və 1-18167 nömrəli vəsiqələrinin surətindən görünür ki, X15 “Cəbrayılın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 25 yanvar 2009-cu il tarixli diplomun surətindən görünür ki, Azərbaycan Sambo Federasiyasının prezidenti tərəfindən Təqsirləndirilən şəxs Sambo üzrə gənclər arasında Azərbaycan birinciliyində 52 kq. Çəki dərəcəsində İ yeri tutduğuna görə təltif edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs Sambo üzrə Azərbaycan birinciliyində 52 kq. Çəki dərəcəsində İ yeri tutduğuna görə Azərbaycan çempionatı diplomu ilə təltif edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 13 mart 2010-cu il tarixli fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cüdo üzrə birinciliyində 60 kq çəki dərəcəsinə İ yeri tutduğuna görə təltif edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 11 iyul 2009-cu il tarixli diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs Sambo üzrə gənclər arasında Azərbaycan birinciliyində 52 kq. Çəki dərəcəsində İİİ yeri tutduğuna görə təltif edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 26 iyun 2011-ci il tarixli diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Gənclər vi İdman naziri tərəfindən Sambo üzrə kişilər arasında Azərbaycan birinciliyində 52 kq. Çəki dərəcəsində İİİ yeri tutduğuna görə təltif edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3 və 62.1-ci maddələri ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. xx.xx.2020-ci il tarixdə təyin edilmiiş cərimə cəzasını ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1-1(093)-12/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsiində həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 200,00 manat cərimə miqdarında əzaya məhkum edilmişdir. Cinayət işi materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X16 05 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanılaraq icraatına qəbul edilib istintaqı aparılmışdır. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, kiçik Perekeşkül küçəri ərazisində xx.xx.2021-ci il tarixdə saat 15:45-də Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan “şəxsi axtarış keçirilməsi” barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofan yorbanın içərisində olan 5 ədəd konvalit, onlardan 4 konvalitin içərisində 10 bütöv həb, 1 konvalitin içərisində isə 9 bütöv həb, şəffaf sellofana bükülmüş yarı həb olmaqla ümumilikdə 49 bütöv, 1 yarı bölünmüş vəziyyətdə olan metadon həbləri, 4 ədəd sellofan bükümü, 2 ədəd kibrit qutusunu, 2 ədəd siqaretin gümüşü rəngdə kağızına bükümü çxıardıb təqdim etmişdir.Həmin bükümlər ayrıayrılıqda açılan zaman onlardan 2 ədəd sellofan bükümdə hər birinin içərisində qara rəngli narkotik vasitə olan tiryəkə bənzər maddələr, 2 ədəd şəffaf rəngli sellofan bükümün hər birinin içərisində yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər ot kütləsinin, 2 ədəd kibrit qutusunun hər birinin içərisində yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər ot kütləsinin, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinəə bənzər maddənin və 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metanfitaminə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddələrin və həblərin narkotik vasitə olduğunu, onları xx.xx.2021-ci il tarixdə yaşadığı H.Z.Tağıyev qəsəbəsi ərazisində Səyyaf adlı şəxsdən 300 manata şəxsi sitifadəsi üçün alıb, üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işi materiallarında olan 06 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-586/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay ümddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli “diskə baxış protokolu”-dan və məhkəmədə baxış keçirilmiş CD diskdən görünür ki, təhqiqatçı Elnur Feyzullayev özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirir və polis əməkdaşlarına da ölərini təqdim etməsini deyir və onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı ona hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X4 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs isə əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükülü açıldıqda içərisində 5 ədəd konvalyutda həblər, 2 ədəd kibrit qutusu, 5 ədəd şəffaf sellofan bükülü və 2 ədəd kağız bükülü olması görünür. Təqsirləndirilən şəxs konvalyutdakı həblərin nə olduğu soruşulduqda bildirir ki, həmin həblər “Metadon” həbləridir. Təqsirləndirilən şəxs 2 ədəd kibrit qutusunda və 2 ədəd şəffaf sellofan bükümdəki maddələrin nə olduğu soruşulduqda bildirir ki, həmin maddələr narkotik vasitə olan marixuanadır. 2 ədəd kibrit qutuları və 2 ədəd şəffaf sellofan bükümlərə baxıldıqda içərilərində yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələri olması görünür. Bundan sonra Təqsirləndirilən şəxs 2 ədəd şəffaf sellofan bükümdəki qaramtıl rəngli maddələrin nə olduğu soruşulduqda bildirir ki, həmin maddələr tiryəkdir. Bundan sonra bir ədəd gümüşü rəngli kağız bükülü açılır və içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olması görünür. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda bildirir ki, həmin maddə “patı”, “şüşə” deyilən maddədir. Digər gümüşü rəngli kağız bükülü açıldıqda içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə olması görünür və Təqsirləndirilən şəxs həmin maddə barədə soruşulduqda “kakos” olduğunu bildirir. Bir ədəd şəffaf sellofan bükülü açıldıqda isə içərisində yarıya bölünmüş halda həb olması görünür və Təqsirləndirilən şəxs bu barədə soruşulduqda sonuncu həmin hədib “Metadon” həbi olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddələri haradan əldə etdiyi soruşulduqda bildirir ki, həmin maddələri 03 noyabr 2021-ci il tarixdə H.Z.Tağıyev qəsəbəsində Səyyaf adlı şəxsdən şəxsi istifadəsi üçün 300 manat pul verərək aldığını bildirir. 5 ədəd konvalyutda olan “Metadon” həbləri sayıldıqda içərisində 49 ədəd bütöv halda və 1 ədəd yarı bölünmüş halda həblərin olması müəyyən olunur. 1-ci kibrit qutusu içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 7,9 qram, 2-ci kibrit qutusu içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 7,7 qram, 1-ci şəffaf sellofan bükümdəki narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 1,3 qram, 2-ci şəffaf sellofan bükümdəki narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 0,9 qram, 1-ci şəffaf sellofan bükümdəki narkotik vasitə olan tiryəkə bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 0,9 qram, 2-ci şəffaf sellofan bükümdəki narkotik vasitə olan tiryəkə bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 1,7 qram olması müəyyən edilir. Daha sonra isə 1 ədəd gümüşü rəngli kağız bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektro tərəzi vasitəsi ilə çəkilmək istəyən zaman tərəzidə yaranmış nasazlığa görə həmin kütlənin çəkisi təyin edilə bilmir və başqa elektron tərəzi gətirilərək yenidən həmin maddələr çəkilməyə başlanır. Həmin kütlələr yenidən çəkildikdə 1 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə bənzər maddənin çəkisinin 0,08 qram, 1 ədəd gümüşü rəngli kağız bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddənin çəkisinin 0,07 qram, 1-ci şəffaf sellofan bükümdəki narkotik vasitə olan tiryəkə bənzər kütlənin çəkisinin 1,76 qram, 2-ci şəffaf sellofan bükümdəki narkotik vasitə olan tiryəkə bənzər kütlənin çəkisinin 0,94 qram, 2 bükümün ümumilikdə çəkisinin 2,70 qram, 1-ci kibrit qutusu içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə çəkisinin 7,93 qram, 2-ci kibrit qutusu içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə çəkisinin 7,72 qram, 1-ci şəffaf sellofan bükümdəki narkotik vasitə olan marixuanaya bənzər kütlənin çəkisinin 1,29 qram, 2-ci şəffaf sellofan bükümdəki narkotik vasitə olan marixuanaya bənzər kütlənin çəkisinin 0,93 qram, 2 ədəd kibrit qutularında və 2 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisinin 17,83 qram olması müəyən edilir. Bundan sonra həmin kütlələr qablaşdırılır, möhürlənir və imzalanır. Sonda isə çəkiliş dayandırılır. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 5(060)-766/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar və həmin qərarla bağlı aparılan prosessual hərəkətlər insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanuni hesab edilmişdir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-129/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 04 mart 2022-ci il tarixdən hesablanmaqla 15 gün müddətinə uzadılmışdır. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Prokuroru, İİİ dərəcəli ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən qəbul edilmiş 28 fevral 2022-ci il tarixli “qərar”-dan görünür ki, ********* nömrəli cinayət işi üzrə Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Bəhruz Qulamov tərəfindən tərtib edilmiş ittiham aktı təsdiq edilməmiş, əlavə istintaq aparılması və ittiham aktının yenidən tərtib edilməsi üçün cinayət işi göstərişlə bilrikdə geri qayatrılması qərar alınmışdır. Cinayət işi materiallarında olan 28 fevral 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Bəhruz Qulamov tərəfindən icraata qəbul edilərək, istintaqı aparılmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən qəbul edilmiş 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 05 mart 2022-ci il tarixdən 05 may 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-145/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 05 may 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işi materiallarında olan “cinayət əməlinin tövsif edilməsi haqqında” 18 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü madddəsindən həmin maddənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-222/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 may 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə baxışında təqsirləndirilən şəxs üzərindən yalnız marixuana çıxmasınına dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməlidir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə baxışında ibtidai istintaqdakı ifadəsi elan edilmiş və sonuncu həmin ifadəni təsdiq etmişdir. Həmçinin, məhkəmə müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsi işin faktiki halları ilə uyğun olduğundan həmin ifadə sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini səcyələndirən halları, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, əməlini etiraf etməsi, əməlindən peşman olması, qardaşının ikinci Qarabağ müharibəsində iştirak edərək medallarla təltif olunmasını, ailəsinin müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan işüzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 11,865 qram çəkidə narkotik vasitə marixuanna, 0,025 qram çəkidə narkotik vasitə olan heroin, 0,021 qram çəkidə psixotrop vasitə metanfitamin, 47 ədəd metadon həbləri, 2,530 qram çəkidə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 153,82 (bir yüz əlli üç manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-490/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 689/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinəəsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 11,865 qram çəkidə narkotik vasitə marixuanna, 0,025 qram çəkidə narkotik vasitə olan heroin, 0,021 qram çəkidə psixotrop vasitə metanfitamin, 47 ədəd metadon həbləri, 2,530 qram çəkidə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılsın. İşüzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 153,82 (bir yüz əlli üç manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar