Məhkəmə qərarları › İş №1(060)-490/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-490/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-490/2025 23.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tariyel qızının iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Ərkivan qəsəbə ərazi dairəsi, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını təkrarən ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, sonuncuya avtomobillərin alqı-satıqısından yüksək məbləğdə qazanc əldə etmək imkanları olduğunu, avtomobillərin alqı-satqısına sərmayə şəklində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan ona yüksək gəlir verəcəyinə dair həqiqətə uyğun olmayan yalan vəd verib aldadaraq, bu məqsədlə Zərərçəkmiş şəxs4 2023-cü ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 50A ünvanında yerləşən “101 Cars” avtosalonunun qarşısında 6300 manat və 2023-cü ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 50A ünvanında yerləşən “101 Cars” avtosalonunun qarşısında 1370 manat olmaqla ümumilikdə 7670 manat pul vəsaitini aldıqdan sonra 4820 manatını geri ödəyib qalan 2850 manat pul vəsaitini ödəməyib ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 ümumilikdə 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, sonuncuya avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildirib, 2023-cü ilin dekabr ayında Zərərçəkmiş şəxs1 məxsus həmin dövrün məzənnəsi ilə 66.300 manat təşkil edən 39.000 ABŞ dolları dəyərində “KİA K8” markalı, **-LZ-*** qeydiyyat nişanlı avtomaşını həmin dövrün məzənnəsi ilə 15.300 manat təşkil edən 9000 ABŞ dolları ilkin ödəniş etməklə Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən “Rent a Cars” avtosalonunun qarşısından götürməklə, həmçinin 2024-cü ilin aprel ayında 27.000 manat dəyərində “Hyundai Elantra” markalı, **-RF-*** qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanından götürməklə satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, daha sonra “KİA K8” markalı, **-LZ-*** qeydiyyat nişanlı avtomaşınının satışından əldə edilən həmin dövrün məzənnəsi ilə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları və 6000 manatı ödəyib həmin avtomaşının dəyərindən qalan 19.500 manat, eyni zamanda “Hyundai Elantra” markalı, **-RF-*** qeydiyyat nişanlı avtomobilin tam dəyəri olan 27.000 manat pul vəsaitini ödəməyib ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 46.500 (qırx altı min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, ittiham aktına əsasən o, təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildirib, 05 mart 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən 44 saylı notariat ofisində X6 adına rəsmiləşdirilmiş həmin dövrün məzənnəsi ilə 71.400 manat təşkil edən 42.000 ABŞ dolları dəyərində “X21” markalı, 44- CJ-415 dövlət qeydiyyat nişanlı avtomobilə görə adına baş etibarnamə alaraq avtomobili satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, avtomobilin satışından əldə edilən 71.400 manat təşkil edən 42.000 ABŞ dolları pul vəsaitindən 39.100 manatını ödəyib qalan 32.300 manat pul vəsaitini ödəməyib ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 ümumilikdə 32.300 (otuz iki min üç yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncuya məxsus “Mercedes E220” markalı, 2013cü il istehsalı olan **-CY-*** nömrəli nişanlı avtomobilə görə 16 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən 44 saylı notariat ofisində adına baş etibarnamə aldıqdan sonra avtomobili xx.xx.2024-cü il tarixdə BDYP-nin Sumqayıt şəhərində yerləşən Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsində Zərərçəkmiş şəxs2 məlumatı olmadan X1 adına rəmiləşdirib, həmin ünvanda 12.000 manata satıb pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 12.000 (on iki min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2023-cü ilin sentyabr ayından tanıyır, belə ki, Zərərçəkmiş şəxs1 2023-cü ilin sentyabr ayında Bakı şəhəri ərazisində fəaliyyət göstərən “Taleh Rent a Car” adlı obyekti işlədən Taleh adlı tanışının vasitəsi ilə tanımışdır. Taleh Zərərçəkmiş şəxs1 Dubaydan ölkəyə avtomobillər gətirib satmasını və bu işdə ona köməklik göstərərək özünün də xeyir qazanacağını bildirdikdə Zərərçəkmiş şəxs1la tanışlığı yaranmışdır. Zərərçəkmiş şəxs1la ilk dəfə Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Taleh Rent a Car” ofisində görüşmüş, Rasim ilə avtomobillərin satışı ilə bağlı görüşüb söhbət etdikdə ikin olaraq Zərərçəkmiş şəxs1 19.000 ABŞ dolları dəyərində 2019cu il buraxılışı olan “Hyundai Sonata” markalı, **-LV-*** qeydiyyat nişanlı avtomobilin alınaraq satılması barədə və 2021-ci il buraxılışı olan 39.000 ABŞ dolları dəyərində “KİA K8” markalı, **-LZ-*** qeydiyyat nişanlı avtomobilin satılaraq pulunun Zərərçəkmiş şəxs1 ödənilməsi barədə razılığa gəlmişdir. “Hyundai Sonata” markalı avtomobili satmaq üçün Zərərçəkmiş şəxs1 oğlu Şahid1 xx.xx.2023-cü il tarixli ümumi etibarnamə almış, lakin “KİA K8” markalı, **-LZ-*** qeydiyyat nişanlı avtomobilə etibarnamə verilməmişdi. “KİA K8” markalı avtomaşın üçün ilkin olaraq avtomobilin dəyəri olan 9.000 ABŞ dollar pulu “Taleh Rent a Car” ofisində Taleh adlı ortaq tanışının iştirakı ilə Zərərçəkmiş şəxs1 vermiş, bundan sonra “KİA K8” markalı avtomobilə Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə ümumi etibarnamə almışdır. “Hyundai Sonata” markalı avtomobili X3 19.500 ABŞ dollarına sataraq xx.xx.2024-cü il tarixdə adına sənədləşmiş, buna kimi isə ona pul lazım olduğu üçün Rasimdən icazəsiz Zərərçəkmiş şəxs1 tərəfindən ona verilmiş ümumi etibarnamədən istifadə edərək 39.000 ABŞ dolları dəyərində “KİA K8” markalı, **-LZ-*** qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə girov qoyub həmin şirkətin balansına keçirərək kredit şirkətindən 27.000 ABŞ dolları 36 aylıq hər ay 2.100 manat ödəmək şərti ilə kredit götürmüşdür. Həmin puldan 8.000 ABŞ dollarını Zərərçəkmiş şəxs1 oğlu Samir X4 almış, həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 2019-cu il buraxılışı olan “Hyundai Elantra” markalı, **-RF-*** qeydiyyat nişanlı avtomobili ona satıb 27.000 manat məbləğində pulunu ona ödəmək üçün razılığa gəlmişlər. Həmin avtomobili satmaq üçün Zərərçəkmiş şəxs1 yeznəsi X9 tərəfindən xx.xx.2024-cü il tarixdə ona ümumi etibarnamə verilmiş, “KİA K8” markalı, **-LZ-*** qeydiyyat nişanlı avtomobilin kreditini üç ay hər ay 2100 manat ödədikdən sonra qalan pulu ödəyə bilməmiş və bu səbəbdən həmin kredit təşkilatının hal-hazırda adını unutduğu sahibinə həmin avtomaşını ona əvəzində əlavə olaraq hər hansı bir məbləğ ödənilmədən satmağı, əvəzində həmin kredit təşkilatına olan borcunun silinməsini təklif etmişdir. Kredit təşkilatının sahibi onunla razılaşmış və o, “KİA K8” markalı, **-LZ-*** qeydiyyat nişanlı avtomobili əlavə pul ödəmədən adına olan etibarnamə əsasında həmin kredit təşkilatına satmışdır. O, üç ay bu barədə Zərərçəkmiş şəxs1 heç nə deməmişdir. Onun bilməməsi üçün Rasimə avtomobili başqa avtomobil ilə dəyişdiyini və həmin avtomobilin hələ satılmadığını bildirmiş, üç ay sonra Rasim bu barədə məlumatlanaraq ona yalan danışdığını başa düşmüşdür. Bundan sonra Rasim ondan qalan pulları tələb etmiş, o, Rasimə səbrli olmağı, pulu ödəyəcəyini bildirmişdir. O, 2024cü ilin oktyabrına kimi “KİA K8” markalı, **-LZ-*** qeydiyyat nişanlı avtomobilin pulundan 15.000 ABŞ dolları da ödəmiş və həmin maşına görə Rasimə 15.000 ABŞ dolları borcu qalmışdır. xx.xx.2024-cü il tarixdə “Hyundai Elantra” markalı, **-RF-*** qeydiyyat nişanlı avtomobili 26.500 manata sataraq əldə etdiyi pulu ev alqı-satqısı ilə məşğul olan başqa iş gördüyü şəxslərə vermiş, Rasim bu barədə biləndə əsəbiləşmiş ona həqiqəti deyib 26.500 manat pulu başqa işlər üçün verdiyini bildirib ondan səbirli olmağı “KİA K8” markalı avtomobildən qalan 15.000 ABŞ dolları və “Hyundai Elantra” markalı avtomobildən qalan 27.000 manat pulu qısa müddət ərzində ev satacağını və qaytaracağımı bildirmişdir. Sonradan 2024-cü ilin dekabr ayının əvvəllərindək hissə-hissə Rasimə əlavə olaraq 6000 manat da yəni ABŞ dolları ilə hesablasaq 3500 ABŞ dolları da ödəmiş, lakin maddi çətinlik olduğu üçün “KİA K8” markalı, **-LZ-*** qeydiyyat nişanlı avtomobildən qalan 19.500 manat və “Hyundai Elantra” markalı avtomobildən qalan 27.000 manat pulu, yəni ümumilikdə 46.500 manat pulu Zərərçəkmiş şəxs1 ödəyə bilməmişdir. Bundan başqa, bildirmişdir ki, o, Zərərçəkmiş şəxs4 2023-cü ilin oktyabr ayından tanıyır. Həmin ərəfədə o, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “101 Cars” avto salonunda satıcı kimi işləmiş və Elvin onu salonda satıcı kimi tanımışdır. Elvin onun işlədiyi salonunun yanında mühafizə vəzifəsində işləyirdi. Bundan sonra 2023-cü ilin oktyabr ayının əvvəlində Elvinə müraciət edərək pul qazanmaq istəyirsə avtomobil alıb sataraq, bu işdə yatırım etsə ona da qazancdan pul verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs4 onunla razılaşaraq, bu iş üçün nə qədər pul lazım olduğunu soruşduqda Elvinə bunun üçün 8.500 manat pul lazım olduğunu bildirmişdir. Ertəsi günü axşam Zərərçəkmiş şəxs4 8.500 manat pulu həmin avtosalonda almış, elə həmin günü avtomobil satdığı üçün Zərərçəkmiş şəxs4 pulu geri qaytarmışdır. 2-3 gün sonra təkrarən Zərərçəkmiş şəxs4 müraciət edərək pul lazım olduğunu bildirmiş, Elvin ondan nə üçün pul lazım olduğunu soruşduqda ona avtomobilləri kreditə saldığını və lizinq yolu ilə satdığını bildirmişdir. 2023cü ilin oktyabr ayının sonunda Zərərçəkmiş şəxs4 avtomobillərin satışından qazanc əldə etmək adı ilə “101 Cars” avtosalonda 6.300 manat pulu alaraq bir günə pulu qaytaracağına söz vermiş, Elvindən aldığı pulu digər borc aldığı şəxslərə vermişdir. Buna görə də bir həftə sonra Elvinə 2.300 manat pulu qaytararaq 4.000 manat borclu qalmış, təkrar Elvinə bir həftə sonra kreditə avtomobili lizinqə salmağa pulu çatmadığını və bunun üçün 1.300 manat pul lazım olduğunu bildirib həmin pulu iki günə qaytaracağına söz vermişdir. 2023-cü ilin dekabr ayında Zərərçəkmiş şəxs4 Nərimanovda yerləşən “101 Cars” avtosalonda 1.300 manat pul almış, bununla onun Elvinə ümumilikdə 5.370 manat borcu yaranmışdır. 2024-cü ilin may ayınadək Elvinə pul ödəmədiyi üçün onunla əlaqə saxlamamış, sonradan artıq Elvinin ondan şikayət edəcəyini bilmişdir. Elvinə şikayət etməməsi üçün 2024-cü ilin noyabr ayınadək hissə-hissə olmaqla 2.520 manat pul ödəmişdir. Sonuncu dəfə Elvinin kartına 200 manat pul göndərmiş, qalan 2.850 manat pulu Elvinə ödəməmişdir. Elvin ondan qalan pulu dəfələrlə tələb etdikdə ondan pulu qaytarmaq üçün vaxt verməsini xahiş etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs3 təxminən 2010-cu ildən əvvəllər işlədiyi “Sədərək” ticarət mərkəzindən tanıdığını bildirmiş, qeyd etmişdir ki, onunla ümumi münasibətləri normal olmuş, sonradan əlaqələri itsə də, 2023-cü ildə yenidən onunla əlaqələri avtomobil ticarəti ilə bağlı bərpa olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “101 Cars” avtomobil mağazasında çalışarkən Bəxtiyar ona müraciət edərək onun vasitəsi ilə xırda şəkildə avtomobil ticarətini həyata keçirmişdir. 2024-cü ilin mart ayında Bəxtiyar ona əlində “Kia Carnival” markalı avtomobilin olmasını, ümumi dəyərinin 41.000 ABŞ dolları olmasını, həmin avtomobili satmaqda ona köməklik göstərməsini xahiş etmiş, Bəxtiyara bu barədə maraqlanıb məlumat verəcəyini bildirmişdir. Təxminən bir müddət keçdikdən sonra Bəxtiyarla əlaqə saxlayıb onu tanıyan bir nəfər şəxsin həmin avtomobili ala biləcəyini bildirmiş, aralarında olan danışığa əsasən avtomobil 41.000 ABŞ dollarına satılacaqdı və həmin pulun 1000 ABŞ dolları ona çatacaqdı. Pulun Bəxtiyara verilmə məsələsi isə avtomobilin pulunun ilkin ödənişi həyata keçəcək yerdə, qalan məbləğ isə may ayının 5-dək olan müddətdə tam olaraq ödənəcəkdi. Bəxtiyar təkliflə razılaşmış, 2024-cü ilin mart ayının 5-də Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 44 saylı notariat ofisində onun əmisi X6 adına rəsmiləşən, lakin Bəxtiyara məxsus olan **-CJ-*** dövlət qeydiyyat nişanlı “X21” markalı avtomobili baş etibarnamə əsasında ilkin ödəniş olan 17.000 ABŞ dolları müqabilində tərəfindən alınmışdır. Avtomobili aldığı zaman Bəxtiyara razılaşmalarının qüvvədə qaldığını, uzağı iki ay müddətinə avtomobilin pulunu tam olaraq ona çatdıracağını, bu müddətdə hissə-hissə olmaqla yerdə qalan pulu ödəyəcəyini bildirmişdir. O, avtomobili alan zaman avtomobili satışa qoyacağı mümkün olan halda satıb pulu tez verəcəyini bildirmişdir. 05 mart 2024-cü il tarixdə avtomobilin ilkin ödənişi olan 17000 ABŞ dollarını Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən “101 Cars” avtomobil salonun yaxınlığında yerləşən “Qızılgül” restoranının yaxınlığında Bəxtiyara məxsus olan “Hyundai Elantra” markalı avtomobilin içərisində ona vermiş, yerdə qalan 24000 ABŞ dollarından 2000 ABŞ dollarını taksi vasitəsi ilə 02 aprel 2024-cü il tarixdə Bəxtiyara göndərmişdir. Bəxtiyar həmin pulu Bakı şəhəri, Nərimanov rayonu, Gənclik şadlıq sarayının yaxınlığında qəbul etmiş, daha sonra yerdə qalan 22000 ABŞ dollarından 4000 ABŞ dollarını 20 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində Bəxtiyarla görüşərək ona əlbəəl olmaqla vermişdir. Bununla da onun Bəxtiyara verəcək 18000 ABŞ dollar borcu qalmışdır. May ayının 5-də maddi durumu yaxşı olmadığı üçün Bəxtiyara pulu verə bilməmişdir. Bundan başqa, bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 təxminən 6 ildir ki, tanıyır, Şəfi əvvəllər “Şeyx” avtosalonda avtomobil alqı-satqısı ilə məşğul olmuş, o da həmin avtosalona gəlib-gedən zaman Şəfi ilə münasibətləri yaranmışdır. Sonradan isə “Şeyx” avtosalonun adı dəyişdirilərək “101 Cars” avtosalon olmuş və o da sonradan “101 Cars” avtosalonunda çalışmağa başlamışdır. 2024-cü ilin may ayından başlayaraq Şəfinin işlədiyi “Auto House” avtomobil salonuna gedib-gəlməyə başlamış, Şəfi ilə aralarında olan münasibət yenidən bərpa edildiyi üçün ondan hərdən avtomobillərin satışına köməklik etməsinə icazə verməsini, ona pul qazanmaq üçün şərait yaratmasını xahiş etmişdir. Şəfi də avtomobilləri qeydiyyatdan keçirilməsində köməkçi kimi onlara kömək etməsi üçün onu işə götürmüşdü. 2024-cü ilin avqust ayının əvvəllərində Taha adlı İran İslam Respublikasının vətəndaşı “Auto House” avtosalona gələrək “GLE Mercedes” markalı 2020-ci il istehsallı avtomobil almış və özünə məxsus “Mercedes-Benz E220” markalı 2013-cü il istehsalı olan **-CY-*** nömrəli avtomobili pul əvəzinə onlara vermiş, Şəfi də ona “GLE Mercedes” markalı 2020-ci il istehsallı avtomobili Taha adlı İran İslam Respublikasının vətəndaşının adına keçirməyi, eyni zamanda “Mercedes E220” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etirbarnamə əsasına alıb salona gətirməyi tapşırmış, Taha onun adına “Mercedes- Benz E220” markalı 2013-cü il istehsalı olan **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə etibarnəməni Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 44 saylı Notariat Ofisində vermişdir. O da həmin etibarnamə əsasında “Mercedes E220” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və avtomobilin sənədləri də onda qalmışdır. Sonradan pula ehtiyacı olduğun görə Şəfinin məlumatı olmadan “Mercedes E220” markalı, 2013-cü il istehsalı olan **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoyaraq pul götürmək qərarına gəlmiş, buna görə də, xx.xx.2024-cü il tarixdə “Mercedes E220” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili BDYP-nin Sumqayıt şəhərində yerləşən Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsində X1 adına rəmiləşdirib 12.000 manat pul götürmüşdür. Avtomobili Vaqifin adına girov kimi keçirsə də, o, avtomobili idarə etməsi üçün onun adına etibarnamə vermiş, avtomobili girov qoyub pul götürsə də, imkanı olmadığına görə avtomobilin pulunu ödəyib girovdan çıxara bilməmişdir. Sonradan Şəfi ona “Mercedes E220” markalı, **-CY- *** dövlət qeydiyyat nişanlı avtomobili almaq istəyən müştəri olduğunu bildirdikdə çıxılmaz vəziyyətdə qaldığı üçün Şəfiyə “Mercedes E220” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili girov kimi X1 adına sənədləşdirib 12.000 manat pul götürdüyünü demişdir. Bundan sonra Şəfi ilə birlikdə Vaqiflə görüşmüş və Şəfi Vaqifin 12.000 manat pulunu ödəyib avtomobili geri qaytarmış, Şəfiyə 12.000 manat pulu ona tez bir zamanda ödəyəcəyini bildirsə də, maddi imkanı olmadığına görə Şəfinin pulunu ödəyə bilməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında tanımışdır. Fuad Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “101 Cars” avtosalonunda satıcı kimi işləmişdir. Fuad ona avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu, bu yolla yaxşı qazanc əldə etdiyini bildirmiş. O, həmin vaxtlar xaricdən avtomobil gətirib satmaq niyyətində olduğu üçün Təqsirləndirilən şəxslə münasibəti yaranmışdır. 2023-cü ilin oktyabr ayında Dubay şəhərində təşkil edilən auksionda “Hyundai Sonata”, “Kia K-8” markalı avtomobillər udub Azərbaycana gətirmişdir. Həmin avtomobilləri Azərbaycanda satmaq istədiyi üçün tanıdığı şəxslərə avtomobillərin şəkillərini göndərmiş və satış şərtlərini bildirmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs onunla söhbət edərək bu işdə ona kömək edə biləcəyini və avtomobilləri ondan götürüb satmaq istədiyini bildirmiş, avtomobilləri ondan hansı şərtlə götürəcəyini Təqsirləndirilən şəxs soruşan zaman o, həmin avtomobillər üçün ona ilkin ödəniş verəcəyini, lakin sonradan həmin avtomobilləri başqa mülklərlə barter edib onun pulunu 2-3 ay ərzində tam ödəyəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs “Hyundai Sonata” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobili 20.000 ABŞ dollarına satdığını bildirsə də, onunla 19.000 ABŞ dolarına razılaşmışlar. Buna görə də, həmin avtomobilə görə Fuadın adına baş etibarnamə vermiş və Fuad avtomobili yaşadığı ünvanda ondan götürmüşdür. Avtomobilə görə Fuad ona 10.000 ABŞ dolları ikin ödəniş vermiş, qalan 9.000 dolları pulu iki ay ərzində tam şəkildə ödəmişdir. Bundan sonra 2023-cü ilin dekabr ayının sonlarında Fuad ondan “Kia K-8” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili də pulunu hissə-hissə ödəmək şərti ilə istədiyi üçün həmin avtomobili 39.000 ABŞ dollarına satılmasına razılaşmış, Fuad həmin avtomobilə görə ona 9000 ABŞ dolları ilkin ödəniş kimi pul vermiş, qalan 30.000 ABŞ dolları pulu 2024-cü ilin fevral ayının 15-nə kimi ödəyəcəyinə söz vermişdir. Həmin vaxt o, Dubayda olsa da, “Kia K-8” markalı avtomobilə görə Fuadın adına baş etibarnamə vermiş, Fuad avtomaşını Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında yerləşən “Rent a Cars”-ın yaxınlığından götürüb aparmışdır. Bundan sonra Fuad “Kia K-8” markalı avtomobilə görə 2024-cü ilin fevral ayına kimi 15.000 ABŞ dolları pul ödəsə də, 15.000 ABŞ dolları pulu ödəyə bilməmiş, pulunu tələb edən zaman isə Fuad ona qalan 15.000 ABŞ dolları pulu 2024-cü ilin aprel ayına qədər tam ödəyəcəyini bildirmişdir. Həmin ərəfədə Dubay şəhərinə gedib “Hyundai elantra” və “Kia seltos” markalı avtomobillər alaraq ölkəyə gətirmiş, avtomobilləri gətirməyindən Təqsirləndirilən şəxs də məlumatı olmuşdur. 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq münasib qiymətə mənzil satılmasını bildirib müştərisi olduğunu və gətirdiyi “Hyundai elantra” markalı avtomobili ona verməsini, bir həftə içərisində həm borclu qaldığı 15.000 ABŞ dollarını, həm də “Hundai elantra” markalı avtomobilin 27.000 manatını birlikdə ona ödəyəcəyini bildirmiş, Təqsirləndirilən şəxs gördüyü işlərlə onda etibar qazandığı üçün Fuada güvənib onun dediyi kimi dəyəri 27.000 manat olan “Hundai Elantra” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş almadan ona verməyə razılıq vermişdir. Buna görə də, “Hundai Elantra” markalı avtomobilə görə yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında olan zaman Fuadın adına onlayn qaydada baş etibarnamə vermiş, bundan sonra Təqsirləndirilən şəxs söz verdiyi vaxta kimi gözləsə də, o, verməli olduğu 52.500 manat pulu ödəməmiş, Fuadla əlaqə saxlayıb pulunu tələb edən zaman isə hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzadaraq tez bir zamanda 52.500 manat pulu tam şəkildə ödəyəcəyini bildirmişdir. 2024-cü ilin avqust ayının sonuna qədər Təqsirləndirilən şəxs ona hissə-hissə olmaqla 6.000 manat pul ödəsə də, qalan 46.500 manat pulu hal-hazıra kimi ödəməmişdir. O, məhkəmədə pulunun qaytarılmasını tələb etdiyini bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, fərdi olaraq Bakı şəhərində yerləşən “Auto House” avtosalonunda avtomobil alqı-satqısı ilə məşğul olumuşdur. Təqsirləndirilən şəxs isə altı ildir ki tanıyır. O, əvvəllər “Şeyx” avtosalonda avtomobil alqı-satqısı ilə məşğul olmuş və Fuad həmin avtosalona gəlib-gedən zaman onunla münasibətləri yaranmışdır. Sonradan isə “Şeyx” avtosalonun adı dəyişdirilmiş və “101 Cars” avtosalon olmuşdur. Həmin avtosalona da Təqsirləndirilən şəxs gediş-gəlişi olmuş, 2024-cü ilin may ayından başlayaraq Təqsirləndirilən şəxs onun işlədiyi “Auto House” avtomobil salonuna gəlibgetməyə başlamışdır. Fuadın əvvəllər dələduzluq cinayəti törətdiyini bildiyi üçün onun avtosalona gəlməsinə razılıq verməmiş, sonradan Təqsirləndirilən şəxs ata və anası ondan avtosalonda Təqsirləndirilən şəxs ara-sıra avtomobillərin satışına köməklik etməsinə icazə verməsini və Fuadın pul qazanmasına şərait yaratmasını xahiş etdiklərindən Təqsirləndirilən şəxs valideynlərinin yaşlı insan olmasını, ondan xahiş etdikləri üçün Fuadı avtomobilləri qeydiyyatdan keçirilməsində köməkçi kimi işə götürmüşdür. 2024-cü ilin avqust ayının əvvəllərində Taha adlı İran İslam Respublikasının vətəndaşı işlədiyi “Auto House” avtosalona gələrək “GLE Mercedes” markalı 2020-ci il istehsallı avtomobil almış və özünə məxsus “Mercedes- Benz E220” markalı 2013-cü il istehsalı olan **-CY-*** nömrəli avtomobili pul əvəzinə ona vermiş, o, Təqsirləndirilən şəxs “GLE Mercedes” markalı 2020-ci il istehsallı avtomobil Taha adlı İran İslam Respublikasının vətəndaşının adına keçirməsini, eyni zamanda “Mercedes-Benz E220” markalı 2013-cü il istehsalı olan **-CY-*** nömrəli avtomobilə ümumi etibarnamə alıb salona gətirməsini tapşırmışdır. Təqsirləndirilən şəxs də “Mercedes E220” markalı, 2013cü il istehsalı olan **-CY-*** nömrəli avtomobilə görə onun adına yox, öz adına baş etibarnamə almış, sonradan “Mercedes E220” markalı, 2013-cü il istehsalı olan **-CY-*** nömrəli avtomobili tanış adama satsa da, avtomobilin qeydiyyat şəhadətnaməsini tapa bilməmiş, Dövlət Yol Polisinə müraciət edəndə ona məlum oldu ki, “Mercedes E220” markalı, 2013-cü il istehsalı olan **-CY-*** nömrəli avtomobil 2024-cü ilin avqust ayından X2 adına rəsmləşdirilmişdir. Lakin, “Mercedes E220” markalı, **-CY-*** nömrəli avtomobil avtosalonda olduğu üçün o, bundan şübhələnməmiş, Təqsirləndirilən şəxs onun məlumatı və xəbəri olmadan “Mercedes E220” markalı 2013-cü il istehsalı olan **-CY-*** nömrəli avtomobili X2 adına sənədləşdirib girov qoyaraq 12.000 manat pul götürməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs artıq işə gəlmədiyi üçün onunla görüşə bilməmişdir. Buna görə də, onunla telefonda danışan zaman Fuad yalvar-yaxar edib pula ehtiyacı olduğunu, buna görə də, ondan gizlin “Mercedes E220” markalı 2013-cü il istehsalı olan **-CY-*** nömrəli avtomobili girova qoyub 12.000 manat pul götürdüyünü, həmin pulu başqa maddi ehtiyacları üçün xərclədiyini, pulu qısa müddətdə ödəyib avtomobili girovdan çıxarıb onun adına sənədləşdirəcəyini bildirmişdir. Lakin, o, artıq Təqsirləndirilən şəxs onu aldatmasını başa düşdüyü üçün X2 12.000 manat pulunu öz vəsaiti hesabına ödəyərək avtomobili geri qaytarmışdır. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs 12.000 manat pulu ödəməsini tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirib pulu ödəməkdən imtina etmişdir. O, məhkəmədə pulunun qaytarılmasını tələb etdiyini bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında tanımışdır. Belə ki, həmin ərəfədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “101 Cars” avto salonunda satıcı kimi işləmişdir. 2023-cü ilin oktyabr ayının əvvəlində Təqsirləndirilən şəxs ona yaxınlaşıb “Pul qazanmaq istəyirsən?” sualını vermişdir. O, Fuada iş barədə məlumatı olsa pul qazanmaq istədiyini bildirmişdir. Fuad ona avtomobilləri satıb qazanc əldə edəcəyini söyləmişdir. Ondan iş üçün nə qədər lazım olduğunu soruşduqda Fuad bunun üçün 8.500 manat pul lazım olduğunu bildirmişdir. O, ertəsi günü axşam 8.500 manat pulu həmin avtosalonda Fuada vermiş, həmin günü Təqsirləndirilən şəxs pulu ona geri qaytarmışdır. 2-3 gün sonra Təqsirləndirilən şəxs ona yenə pul lazım olduğunu, belə ki, avtomobilləri kreditə saldığını və lizinq yolu ilə satdığını bildirmişdir. 2023-cü ilin oktyabr ayının sonunda Təqsirləndirilən şəxs avtomobillərin satışından qazanc əldə etmək üçün ondan həmin avtosalonda 6.300 manat pulu almış və bir günə pulu qaytaracağına söz vermişdir. Lakin, bir həftə sonra Təqsirləndirilən şəxs ona cəmi 2.300 manat pul geri qaytarmış, təkrar bir həftə sonra kreditə avtomobili lizinqə salmağa pulu çatmadığını bildirib bunun üçün əlavə olaraq 1.300 manat pul istəyərək həmin pulu iki günə qaytaracağını bildirmişdir. O, 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs eyni ünvanda 1.300 manat pul vermişdir. Bununla Təqsirləndirilən şəxs ona ümumilikdə 5.370 manat borcu yaranmış, 2024-cü ilin may ayınadək Təqsirləndirilən şəxs ona pul ödəməmişdir. Sonradan Təqsirləndirilən şəxs ona 2024-cü ilin noyabr ayınadək hissə-hissə 2.520 manat pul ödəmiş, sonuncu dəfə Təqsirləndirilən şəxs ona 200 manat pul vermişdir. Fuad qalan 2.850 manat pulu ona müxtəlif bəhanələr gətirərək ödəməkdən imtina etmişdir. O, məhkəmədən pulunun qaytarılmasını tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında “Whatsapp” tətbiqi vasitəsilə video görüntülü olaraq dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2010-cu ildən əvvəllər işlədiyi “Sədərək” ticarət mərkəzindən tanımış, münasibətləri normal olmuşdur. Sonradan əlaqələri kəsilsə də 2023-cü ildə yenidən onunla əlaqələri avtomobil ticarəti ilə bağlı bərpa olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən “101 Cars” avtomobil salonunda işləyirdi və o da Fuadın vasitəsi ilə xırda şəkildə avtomobil ticarətini həyata keçirmək istəyirdi. 2024-cü ilin mart ayında Təqsirləndirilən şəxslə söhbət zamanı ona özünə məxsus 42.000 ABŞ dolları dəyərində “X21” markalı, 44-CJ- 415 dövlət qeydiyyat nişanlı avtomobil olduğunu və həmin avtomobili avtosalon vasitəsi ilə satmaq istədiyini bildirdikdə Fuad ona maraqlanıb məlumat verəcəyini bildirmiş, təxminən bir müddət keçdikdən sonra Fuad onunla əlaqə saxlayaraq tanış bir şəxsin həmin avtomobili ala biləcəyini, avtomobili almaq istəyən şəxsin ona ilkin olaraq ödənişin bir hissəsini ödəyəcəyini, 2024-cü ilin may ayının 5-nə kimi olan müddətdə avtomobilin pulunu tam verəcəyini bildirmişdir. Fuadı uzun müddətdir tanıdığı üçün ona etiraz etməyib razılığını bildirmiş, 05 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 44 saylı notariat ofisində əmisi X6 adına rəsmiləşdirilmiş, lakin ona məxsus olan “X21” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında ilkin ödəniş olan 17.000 ABŞ dolları müqabilində Təqsirləndirilən şəxs adına keçirmişdir. Fuad avtomobili alan zaman avtomobilin pulunu tam ödəyib qurtardıqdan sonra digər şəxsə satacağını, buna kimi avtomobili heç kimə satmayacağını, pulu tam ödədikdən sonra avtomobili almaq istəyən adamın adına keçirəcəyini vəd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Gənclik şadlıq sarayının qarşısında avtomobilin yerdə qalan pulundan 2.000 ABŞ dolları, 20 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində 4.000 ABŞ dolları pul vermiş, bununla da Təqsirləndirilən şəxs avtomobilə görə ona verəcəyi 19.000 ABŞ dolları qalmışdır. Fuaddan 2024-cü ilin may ayının 5-nə az müddət qaldığını, pulu nə zaman tam olaraq verəcəyini soruşduqda, o, narahat olmamağı, deyilən vaxtda pulu çatdıracağını söyləyirdi. Həmin tarix çatan zaman Fuaddan pulunu tələb etdikdə isə Fuad müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamış, ondan avtomobili geri tələb etmiş, Fuad isə artıq gec olduğunu avtomobili başqa adama rəsmi qaydada adına keçirməklə satdığını, onun pulunu qısa zamanda qaytaracağını bildirmişdir. Fuadla aralarında olan razılaşmaya görə 19000 ABŞ dolları məbləğinin 1000 ABŞ dollarını avtosalona verməli idi. O, hazırda Fuaddan ona ödəməli olduğu 18000 ABŞ dolları məbləğini tələb etdiyini, ona dəymiş ziyanın məbləğinin 18.000 ABŞ dolları olduğunu bildirmişdir. O vaxtdan indiyədək ona Fuad tərəfindən heç bir ödəniş edilmədiyini, 18.000 ABŞ dolları pulunun qaytarılmadığını bildirmişdir. O, Fuaddan şikayətçi olduğunu və pulunun qaytarılmasını tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında “Whatsapp” tətbiqi vasitəsilə video görüntülü olaraq dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər avtomaşın alverçisi kimi tanımış və aralarında səmimi münasibət olmuşdur. Təxminən 2024-cü ilin avqust ayının sonlarında Fuad ona müraciət edərək öz biznesində olan problemləri aradan qaldırmaq üçün təcili olaraq 12.000 manat pul lazım olduğunu, həmin pulu ona verərsə bir ay ərzində geri qaytaracağını, əvəzində isə özünə məxsus “Mercedes E220” markalı, **-CY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını onun adına keçirəcəyini, nə vaxt pulu qaytarsa avtomaşını yenidən öz adına keçirəcəyini təklif etdikdə, o, Fuada inanaraq razılaşmış, onun Sumqayıt şəhəri ərazisində qadın geyimləri mağazası olduğundan həmin mağazanın dövriyyəsindən 12.000 manat götürüb Fuadla birlikdə BDYP-nin Sumqayıt şəhəri ərazisində yerləşən Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə getmişlər. Fuadın “Mercedes E220” markalı, **-CY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına baş etibarnaməsi olmuş, həmin vaxt onun yanında dostu Şahid2 da olmuş və Sumqayıt Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə çatdıqda şəxsiyyət vəsiqəsinin üstündə olmadığını aşkar edib evə qayıdıb şəxsiyyət vəsiqəsini götürmək istəyərkən dostu Vaqif özünün şəxsiyyət vəsiqəsinin üstündə olduğunu bildirib avtomaşını onun adına keçirməsini təklif etmişdir. O, Vaqifə inandığından razılaşmış, bundan sonra Vaqif və Fuad şöbədə “Mercedes E220” markalı, **-CY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının alqısatqısını həyata keçirib çölə çıxmış və elə oradaca o, 12.000 manat pulu sayıb Fuada vermişdir. Lakin, pulu verdikdən bir aydan çox vaxt keçməsinə baxmayaraq Fuaddan heç bir xəbər çıxmamış, ona dəfələrlə zəng vursa da, Fuad onun telefon zənglərinə cavab verməmişdir. Nəhayət təxminən 2-3 ay sonra Fuad özü ona zəng vuraraq “Mercedes E220” markalı, 77- CY-056 dövlət qeydiyyat nömrə nişanlı avtomaşının onun özünə məxsus olmadığını, Şəfi adlı avtomaşın ticarəti ilə məşğul olan şəxsə məxsus olduğunu, həmin Şəfi adlı şəxsin xəbəri olmadan öz adına baş etibarnamə olduğundan, ondan pul almaq məqsədi ilə avtomaşını özününkü kimi təqdim etdiyini, hal-hazırda Şəfinin onun əvəzinə ona olan 12.000 manat pulu ödəmək istədiyini bildirib ondan Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Auto Haus” adlı avtosalona getməsini xahiş etmiş, Vaqiflə birlikdə həmin avtosalona getmiş və ilk dəfə gördüyü Şəfi adlı şəxsə görüşmüşdür. Şəfi ona Fuadın ondan xəbərsiz özünə məxsus avtomaşını ona girov qoyaraq pul aldığını, halhazırda avtomaşını öz adına qaytarmaq üçün Fuadın ona olan borcunu özünün qaytarmaq məcburiyyətində qaldığını bildirmişdir. Orada Fuadın ona olan 12.000 manat borcunu ödəmiş, o isə Vaqifə Şəfinin adına baş etibarnamə verməsi tapşırmışdır. Daha sonra Vaqif Şəfinin adına “Mercedes E220” markalı, **-CY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına görə baş etibarnamə vermişdir. Fuadın ondan borc alarkən girov qismində adına keçirdiyi “Mercedes E220” markalı, **-CY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının Fuada məxsus olmamasından xəbərsiz olmuş, çünki Fuad onu avtomaşının özünə məxsus olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilən Şahid2 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, şahid ifadəsində qeyd etmişdir ki, Şahid3 onun uşaqlıq dostudur və hal-hazıra kimi də dostluqları davam edir. Rəşid Sumqayıt şəhəri ərazisində yerləşən qadın geyimləri mağazasını işlədir, o da bəzən Rəşidin işlədiyi yerə gedir. Təxminən 2024-cü ilin avqust ayının sonlarında günorta saatlarında Rəşidlə birlikdə sonuncuya məxsus mağazada olarkən bu zaman onun yanında ilk dəfə gördüyü Fuad adlı şəxs gəlmiş və onlar görüşdükdən sonra həmin Fuad adlı şəxs Rəşidə müraciət edərək ona öz biznesində olan problemləri aradan qaldırmaq üçün təcili olaraq 12.000 manat pul lazım olduğunu, həmin pulu ona verərsə bir ay ərzində geri qaytaracağını, əvəzində isə özünə məxsus və adına baş etibarnamə olan “Mercedes E220” markalı, **-CY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını onun adına keçirəcəyini, nə vaxt pulu qaytarsa avtomaşını yenidən öz adına keçirəcəyini təklif etdikdə Rəşid razılaşmış və mağazasının dövriyyəsindən 12.000 manat götürüb o və Fuadla birlikdə BDYP-nin Sumqayıt şəhəri ərazisində yerləşən Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə getmişlər. Fuadın “Mercedes E220” markalı, **-CY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına baş etibarnaməsi var idi. Sumqayıt Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə çatdıqda Rəşid şəxsiyyət vəsiqəsinin üstündə olmadığını aşkar etmiş, şəxsiyyət vəsiqəsi olmadan isə avtomaşını adına keçirməsi mümkün olmadığından evə qayıdıb şəxsiyyət vəsiqəsini götürmək istəyərkən o, Rəşidə öz şəxsiyyət vəsiqəsinin üstündə olduğunu bildirib avtomaşını onun adına keçirməyi təklif etmiş, bundan sonra o və Fuad şöbəyə girərək “Mercedes E220” markalı, **-CY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının onun adına alqı-satqısını həyata keçirib çölə çıxdıqdan sonra elə oradaca Rəşid 12.000 manat pulu sayıb Fuada vermişdir. Lakin, pulu verdikdən bir aydan artıq vaxt keçməsinə baxmayaraq Fuaddan heç bir xəbər çıxmamış, Fuad ona dəfələrlə zəng vursa da o, Rəşidin telefon zənglərinə cavab verməmişdir. Nəhayət təxminən 2-3 ay sonra Fuad özü Rəşidə zəng vuraraq onun adına keçirdiyi avtomaşının onun özünə məxsus olmadığını, Şəfi adlı avtomaşın ticarəti ilə məşğul olan şəxsə məxsus olduğunu, həmin Şəfi adlı şəxsin xəbəri olmadan öz adına baş etibarnamə olduğundan Rəşiddən pul almaq məqsədi ilə avtomaşını özününkü kimi təqdim etdiyini, hal-hazırda Şəfinin onun əvəzinə Rəşidə olan 12.000 manat pulu ödəmək istədiyini bildirib ondan Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Auto Haus” adlı avtosalona getməsini xahiş etmiş, Rəşid ona özü ilə getməyi təklif etmiş və birlikdə həmin avtosalona gedərək ilk dəfə gördüyü Şəfi adlı şəxsə görüşmüşlər. X13 xəbərsiz ona məxsus avtomaşını girov qoyaraq ondan pul aldığını, hal-hazırda avtomaşını öz adına qaytarmaq üçün Fuadın ona olan borcunu özünün qaytarmaq məcburiyyətində qaldığını bildirmiş və orada Fuadın Rəşidə olan 12.000 manat borcunu ödəmiş, Rəşid isə ona Şəfinin adına baş etibarnamə verməyi tapşırmışdır. Daha sonra o, Sumqayıt şəhərinə qayıdıb Şəfinin adına “Mercedes E220” markalı, **-CY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına görə baş etibarnamə vermişdir. Məhkəmə iclasında ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (cild 1, i.v.1) Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayından 2024-cü ilin aprel ayına qədər olan müddət ərzində onu aldadaraq ümumilikdə 46500 manat pulunu ələ keçirməsinə dair ərizə ilə müraciət etmiş, qeyd edilən müraciət xx.xx.2024-cü il tarixdə İdarəyə daxil olmuşdur.(cild 1, i.v. 4) Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X9 “X15” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə Təqsirləndirilən şəxs 01 (bir) il müddətinə etibarnamə vermişdir. Həmin etibarnamənin xx.xx.2025-ci il saat 23:59-dək qüvvədə olduğu göstərilmişdir. (cild 1, i.v 15) Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 “Kia K8 Hibrid Minik” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə Təqsirləndirilən şəxs 11 (on bir) ay 30 (otuz) gün müddətinə etibarnamə vermişdir. Həmin etibarnamənin xx.xx.2024-cü il saat 23:59-dək qüvvədə olduğu göstərilmişdir. (cild 1, i.v 18) Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi Şahid1 “X18” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə Təqsirləndirilən şəxs 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə etibarnamə vermişdir. Həmin etibarnamənin xx.xx.2024-cü il saat 23:59-dək qüvvədə olduğu göstərilmişdir. (cild 1, i.v 21) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərərçəkmiş şəxs qismində ifadəsi alınmışdır. (cild 1, i.v 31-38) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v. 48) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. (cild 1, i.v. 59-60) Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirəndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə saat 14:06-da ittiham ona elan edilmişdir. (cild 1, i.v 61-62) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (cild 1, i.v 71-74) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)- 1479/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v 81-85) Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayından etibarən onu aldadaraq ümumilikdə 6300 manat pulunu ələ keçirməsinə dair ərizə ilə müraciət etmiş, qeyd edilən müraciət xx.xx.2024-cü il tarixdə İdarəyə daxil olmuşdur.(cild 1, i.v.86) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 həmin tarixdə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və zərərçəkmiş şəxs qismində dindirilərək ifadəsi alınmışdır. (cild 1, i.v 97-103) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə saat 11:40-da ttiham elan edilmişdir. (cild 1, i.v 104-105) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. (cild 1, i.v. 119-120) Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayında ona məxsus 28000 manat dəyərində olan “Mercedes E220” markalı, **-CY-*** qeydiyyat nişanlı avtomobili Fuada verilmiş ümumi etibarnamə əsasında digər şəxsin adına sənədləşdirib girova qoyaraq, müqabilində 12000 manat pul götürmüş, sonradan öz vəsaiti hesabına 12000 manat pulu ödəyərək avtomobili girovdan azad etmişdir. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 1, i.v.129) Zərərçəkmiş şəxs3 Bakı şəhəri Baş Polis İdarəsinə Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayında ona məxsus 42000 ABŞ dolları dəyərində olan “KİA CARNİVAL” markalı avtomobili sonradan pulunu ödəmək şərti ilə aldığını, lakin, 19000 ABŞ dolları məbləğini etibarından istifadə edərək ələ keçirmişdir. Pulunun qaytarılması və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 1, i.v.147) xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X10 “X21” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə Təqsirləndirilən şəxs 10 (on) ay müddətinə etibarnamə vermişdir. Həmin etibarnamənin xx.xx.2025-ci il saat 23:59-dək qüvvədə olduğu göstərilmişdir. (cild 1, i.v 151) xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X10 “X21” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə X5 10 (on) ay müddətinə etibarnamə vermişdir. Həmin etibarnamənin xx.xx.2025-ci il saat 23:59-dək qüvvədə olduğu göstərilmişdir. (cild 1, i.v 180) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, 2000 manat cərimə cəzası təyin edilərək azad edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.2, 66.2-ci maddələri ilə təqsirli bilinərək, 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. (cild 1, i.v 196) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-277/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti, ibtidai istintaq müddəti həddində, yəni 11 may 2025-ci il tarixədək uzadılmışdır. (cild 1, i.v 230-234) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmin tarixdədə zərərçəkmiş şəxs qismində dindirilmişdir. (cild 1, i.v 239-248) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilərək protokol tərtib edilmişdir. (cild 2, i.v 2-11) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-90/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinə əsasən 02 (iki) 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən 1000 manat cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək Sumqayıt Şəhər Polis İdarəsinin MSY-də saxlanıldığı 02 (iki) gün daxil olmaqla, 28 iyun 2021-ci ildən həbsdə olduğu, 09 (doqquz) ay 04 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (cild 2, i.v 18-33) xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X11 “Mercedes Benz E200 CDİ Minik” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə Təqsirləndirilən şəxs 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etmək üçün etibarnamə vermişdir. Həmin etibarnamənin xx.xx.2025-ci il saat 23:59-dək qüvvədə olduğu göstərilmişdir. (cild 2, i.v 49) xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. (cild 2, i.v. 50-54) xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. (cild 2, i.v. 55-59) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir. (cild 2, i.v 65-67) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(060)-120/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay, yəni 11 iyul 2025-ci il tarixədək uzadılmışdır. (cild 2, i.v 145-149) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuş, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadələri, zərərçəkmiş və şahid ifadələri, üzləşmə protokolları və sair istintaq sənədləri sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə olunmuşdur. (cild 2, i.v 171-186) Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ərizə yazıb Təqsirləndirilən şəxs ona 18000 ABŞ dolları ziyan vurmasını və ödəniş etməməsini qeyd etmiş, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən sui-istifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. Nəzərə alınmalıdır ki, oğurluq və dələduzluq cinayətləri tövsif edilərkən talamanın predmeti olan əmlakın nədə ifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin əmlaklarının (pullarının) əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətlərinə çatmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etməklə özgənin əmlakını təkrarən ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir, o həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, həmçinin, Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın məbləği ilə bağlı qeyd edir ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vurduğu ziyanın məbləği 19.000 ABŞ dollarının Azərbaycan Respublikasının pul vahidi manatın məzənnəsinə uyğun olaraq 32.300 manat məbləğində qeyd edilsə də, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsin ona vurduğu ziyanın məbləğinin 18.000 ABŞ dolları dəyərində olduğunu bildirmiş və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Qeyd edilən hal Təqsirləndirilən şəxs tərəfindən də təsdiq edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın məbləği ümumilikdə 18.000 ABŞ dolları (ABŞ dollarının Azərbaycan manatına məzənnəsinə uyğun olaraq 30.600 manat) həddində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, vurulmuş zərərin həcmini, cəzasını yüngülləşdirən halı, yəni əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini, cəzasını ağırlaşdran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs islah edilməsi ona azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilməklə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da mülkiyyətin (əmlakın) qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həm də nəzərə alınsa ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanı aradan qaldırmamış, bununla bağlı hər hansı cəhd göstərməmişdir, bu da bir daha həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmənin hazırlıq və baxış iclaslarında dövlət hesabına hüquqlarını müdafiə edən vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tariyel qızının göstərdiyi 32 (otuz iki) saat hüquqi yardıma görə 352 (üç yüz əlli iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar