Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-492/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 76.6.3, 67.1 və 69.3-cü maddələri nəzərə alınmaqla 02 il 10 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 2 ünvanına pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq mənzilin yataq otağındakı termonun üzərində olan mücrünün içərisindən qiyməti 950 (doqquz yüz əlli) manat olan 01 ədəd, 9,5 qram çəkidə, 750 əyarlıq komplekt qızılı, qiyməti 380 (üç yüz səksən) manat olan 01 ədəd, 4,0 qram çəkidə, 750 əyarlıq təkqaş qızıl üzüyü, qiyməti 150 (bir yüz əlli) manat olan 01 cüt, 1,5 qram çəkidə, 750 əyarlıq təkqaş sırqaları, qiyməti 200 (iki yüz) manat olan 1 cüt, 2 qram çəkidə, 750 əyarlıq halqa formalı qızıl sırqaları, qiyməti 400 (dörd yüz) manat olan 01 ədəd, 4,0 qram çəkidə, 750 əyarlıq qızıl sepi və “Nərmin” yazısı olan qızıl klonu gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 2080 (iki min səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə gecə 03 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanına pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq mənzilin zal otağındakı şkafdan qiyməti 100 (bir yüz) manat olan “X3” markalı elektron qol saatını və qiyməti 10 (on) manat olan 01 ədəd təsbehi gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 110 (bir yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-ci il tarixdə gecə 03:30 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvanına pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq mənzilin yataq otağındakı paltar şifonerinin içərisində olan kostyumun iç cibindən Zərərçəkmiş şəxs2 məxsus qiyməti 418 (dörd yüz on səkkiz) manat olan 4.24 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində 10 ədədi hər biri təxminən 0,008 karat olmaqla ümumilikdə 3/3 keyfiyyətli brilyant qaşlar olan, halqa formalı, sarı rəngli 1 ədəd üzüyü, qiymət 324 (üç yüz iyirmi dörd) manat olan 3,81 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 cüt sırğanı, qiyməti 114 (bir yüz on dörd) manat olan 1,34 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 cüt sırğanı, qiyməti 925 (doqquz yüz iyirmi beş) manat olan 8,41 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 ədəd boyunbağını, şifonerindəki pul kisəsindən 220 (iki yüz iyirmi) manat pulu, həmin kostyumun iç cibindən Zərərçəkmiş şəxs1 məxsus 150 (bir yüz əlli) manat pulu, mənzilin qonaq otağındakı stolun üzərindən qiyməti 20 (iyirmi) manat olan 01 ədəd qara rəngli “ZTE” markalı R 538 modelli mobil telefonu gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 2001 (iki min bir) manat məbləğində, zərərçəkmiş Zərərçəkmiş şəxs1 170 (bir yüz yetmiş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər iki dəfə məhkum olunmuş, birinci dəfə 2014-cü ildə CM-nin 177.2.3 ve 234.1-ci maddələri ilə 4 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ikinci dəfə isə 2020-ci ilin aprel ayında CM-nin 177.2.3-cü maddəsi ilə 3 il azadlıqdan məhrum edilmişdir. 2022-ci ilin aprel ayında şərti olaraq cəzadan azad olunmuşdur. 25 dekabr 2022-ci ildə axşam saatlarında Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində piyada gəzərkən maddi vəziyyəti pis olduğu üçün o, oğurluq etmək istəmişdir. Piyada gəzəndə 18-ci mikrorayondakı evin aşağı mərtəbəsində olan mənzillərin işığının yanıb yanmamadığına baxmışdır. Həmin vaxt 1-ci mərtəbədə olan bir mənzilin işıqlarının sönülü olduğunu görmüş və oğurluq edəcəyini dəqiqləşdirmişdir. Sonra həmin mənzilin arxa pəncərəsinə yaxınlaşmış və arxa pəncərəni sıxıb açaraq içəri daxil olmuşdur. Evi axtarıb yataq otağındakı termoda olan mücrünün içərisindən qızıl-zinyət əşyalarını götürüb oradan çıxmışdır. Sonra adam səsi eşitdiyi üçün qaçaraq oradan uzaqlaşmışdır. Həmin gündən bir gün sonra oğurladığı qızılları 800 manata tanımadığı bir şəxsə Sumqayıt şəhəri, Koxoz bazarı deyilən yerdə satmışdır. Pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində gəzərkən oğurluq etmək qərarına gəlmiş və həmin ərazidə yerləşən 23 nömrəli binanın 22 nömrəli mənzilinin giriş qapısını döymüş, qapını açan olmamış, və bilmişdir ki, evdə adam yoxdur. xx.xx.2023-cü il tarixə keçən gecə saat 03 radələrində həmin binanın qarşısına gələrək həmin mənzilin bir otağının plastik pəncərsinin altından iri qaz borusunun keçdiyini görmüşdür. Fikirləşmişdir ki, elə həmin borudan çıxaraq pəncərəni açıb içəri daxil ola bilər. Həmin qaz borusundan çıxıb otağın plastik pəncərəsini özü ilə götürdüyü iskənə ilə açaraq evə daxil olub evi axtarmışdır. Evdən pul və qızıl tapa bilməmişdir, sonra zal otağında olan dolabdan 1 ədəd təsbeh tapmış və şkafdan 1 ədəd “Honor” markalı saat tapmışdır. Həmin əşyaları götürüb mənzilə daxil olduğu həmin pəncərədən çıxaraq oradan uzaqlaşmışdır. Oğurladığı saatı qoluna taxmış, təsbehi isə sonra harasa atmışdır. xx.xx.2023-cü il tarixdə hava almaq məqsədilə gecə saat 03 radələrində evdən çıxaraq gəzə gəzə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisinə getmişdir. Orada ikinci mərtəbədəki ev diqqətini cəlb etmiş, həmin evin işıqları sönülü olmuş, ətrafda heç kim olmamışdır. Blokun ağzında olan daş ilə yuxarı qalxmış və pəncərənin altında olan qaz borusuna qalxaraq həmin evin mətbəxtinin plastik pəncərəsini əlində olan dəmir alətlə sıxıb açaraq içəri daxil olmuşdur. Həmin evin otaqlarını axtarmışdır. Yataq otağındakı paltar rəfində olan kişi pencəyinin cibindən 1 ǝdəd boyunbağı, 2 cüt sırğa, 1 ədəd üzüyü və 220 manat pulu götürmüşdür. Sonra rəfdə pul qabının içərisindən 150 manat pul və evin qonaq otağındakı stolun üstündəki sadə mobil telefonu götürmüşdür. Evə girdiyi yerdən çıxıb oradan uzaqlaşmışdır. Həmin oğurladığı pul ilə borclarını qaytarmış, qalan əşyaları isə evində gizlətmişdir. Oğurluqları tək etmiş, onunla heç kim olmamış, oğurluq etməyi ilə bağlı heç kimə məlumat verməmiş, oğurladığı əşyları evdə gizlətmiş, ailə üzlərinə bu barədə heç nə deməmişdir. Oğurluqları edəndə əl izləri qalmasın deyə əlinə əlcək geyinmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu Sumqayıt şəhəri ərazisində saxlamışlar və oğurluqda şübhəli olduğuna görə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar. O, həmin bölmədə etdiyi oğurluqları etiraf etmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri ödəməyə maddi imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında ailə üzvləri ilə birlikdə evdən çıxıb istirahət etmək üçün Sumqayıt şəhəri ərazisində yerləşən kinoteatra getmişlər. Bir neçə saatdan sonra, təxminən saat 22 radələrində evə qayıtmışlar. Evin qapısını açıb içəri daxil olduqda evin otaqlarının dağınıq olduğunu görüb, evdən oğurluq olmasını başa düşmüşlər. Evi yoxlamışlar və məlum olmuşdur ki, evin yataq otağındakı termoda olan mücrünün içərisindən ona məxsus 1 ədəd 9,5 qram çəkidə 750 əyarlıq komplekt qızıl, 1 ədəd 4,0 qram çəkidə 750 əyarlıq təkqaş qızıl üzük, 1 cüt 1,5 qram çəkidə 750 əyarlıq təkqaş sırğalar, 1 cüt 2 qram çəkidə 750 əyarlıq halqa formalı qızıl sırğalar, 1 ədəd 4,0 qram çəkidə 750 əyarlıq qızıl sep və "Nərmin" yazısı olan qızıl klon oğurlanmışdır. Bundan sonra əri Vaqif baş verən hadisə ilə bağlı dərhal 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gələrək evə baxış həyata keçirib müayinə etmişlər. Baş vermiş hadisə zamanı 850 manat dəyərində 1 ədəd 9,5 qram çəkidə 750 əyarlıq komplekt qızıl, 380 mamat dəyərində 1 ədəd 4,0 qram çəkidə 750 əyarlıq təkqaş qızıl üzük, 150 manat dəyərində 1 cüt 1,5 qram çəkidə 750 əyarlıq təkqaş sırğalar, 185 manat dəyəində 1 cüt 2 qram çəkidə 750 əyarlıq halqa formalı qızıl sırğalar, 350 manat dəyərində 1 ədəd 4,0 qram çəkidə 750 əyarlıq qızıl sep və 200 manat dəyərində "Nərmin" yazısı olan qızıl klonun oğurlanması nəticəsində 2115 manat maddi ziyan dəymiş, əri səhv olaraq qızılların əyarının 585 demişdir. Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 19 yanvar 2023-cü il tarixdə ailəsi ilə birlikdə Bakı şəhərində ad günündə olmuşdur. Həmin gecə yorğun olduqları üçün Bakıda qalmışlar, Sumqayıta evlərinə qayıtmamışlar. Səhəri gün xx.xx.2023-cü il tarixdə saat 17 radələrində evə qayıtmışlar. İçəri daxil olan zaman evin hər üç otağının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Evdə oğurluq ola biləcəyini ehtimal edib qonşulardan nəsə bir səs-küy eşidib eşitmədiklərini maraqlanmışdır. Bundan sonra bir nəticə əldə edə bilmədiyi üçün DİN-nin 102 xidmətinə baş verən hadisə ilə bağlı məlumat vermişdir. Polis əməkdaşları bir neçə dəqiqə sonra ünvana gəlmişlər, evi müayinə etmişlər, müəyyən yerlərdən əl-barmaq izləri götürmüşlər. Bundan sonra polislərlə birlikdə evə baxış keçirilmiş və ona məlum olmuşdur ki, evin yataq otağında olan paltar dolabının içərisində olan ona məxsus kostyumun pencəyinin iç cibindən arvadına məxsus 1 ədəd 750 əyarlıq 12 qram çəkidə 01 ədəd qızıl boyunbağının, 1 cüt 583 əyarlıq 6 qram çəkidə qızıl qadın sırğanın, 1 cüt 583 əyarlıq 2 qram çəkidə qızıl qadın sırğanın, 01 ədəd 583 əyarlıq 6 qram çəkidə qızıl nişan üzüyünün, ona məxsus 150 (bir yüz əlli) manat pulun, həmin paltar dolabından arvadı Zərərçəkmiş şəxs2 məxsus pul kisəsinin icərisindən 220 (iki yüz iyirmi) manat pulun, evin qonaq otağındakı orta stolun üzərindən ona məxsus 01 ədəd “ZTE” markalı, işlək vəziyyətdə olan qara rəngli mobil telefon oğurlanmışdır. Baş verən hadisə zamanı ümumilikdə 3240 manat maddi ziyan dəydiyini, hadisə vaxtı evdə heç kimin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 19 yanvarda onun atasının ad günü olmuşdur. Buna görə də əri Hüseyn və uşaqları ilə Bakı şəhərinə atasıgilə getmişlər. Gecə atası gildə qalmışlar. Səhəri gün xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Sumqayıta evlətinə qayıtmışlar. İçəri daxil olan zaman evin hər üç otağının dağınıq vəziyyətdə olduğunu görmüşlər. DİN-nin 102 xidmətinə baş verən hadisə ilə bağlı məlumat vermişlər. Polis əməkdaşları bir neçə dəqiqə sonra ünvana gəlmişlər, evi müayinə etmişlər. Bundan sonra polislərlə birlikdə evə baxış keçirilmiş və məlum olmuşdur ki, evin yataq otağında olan paltar dolabının içərisində olan əri Hüseynə məxsus kostyumun pencəyinin iç cibindən ona məxsus 1 ədəd 750 əyarlıq 12 qram çəkidə 01 ədəd qızıl boyunbağının, 1 cüt 583 əyarlıq 6 qram çəkidə qızıl qadın sırğanın, 1 cüt 583 əyarlıq 2 qram çəkidə qızıl qadın sırğanın, 01 ədəd 583 əyarlıq 6 qram çəkidə qızıl nişan üzüyünün, əri Hüseynə məxsus 150 (bir yüz əlli) manat pulun, həmin paltar şvanerindən ona məxsus pul kisəsinin icərisindən 220 (iki yüz iyirmi) manat pulun, evin qonaq otağındakı orta stolun üzərindən əri Hüseynə məxsus 01 ədəd “ZTE” markalı, işlək vəziyyətdə olan qara rəngli mobil telefonu oğurlanmışdır. Baş verən hadisə zamanı ümumilikdə 3240 manat maddi ziyan dəymiş, hadisə vaxtı evdə heç kim olmamışdır. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı evin pəncərələrini və giriş qapısını bağlamış, sonra evdən çıxmışdır. O, evdən çıxdıqdan sonra Abşeron rayonu, Masazır qəsəbəsinə bacısı evinə qonaq getmiş ve 3 gecə bacısı evində qonaq qalmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində evinə gəlmiş və mənzilinin yerləşdiyi binanın qarşısına çatdıqda görmüşdür ki, binanın ikinci mərtəbəsində olan evinin zal otağının plastik pəncərəsi açıqdır. O, bu barədə babası Vaqifə xəbər etmişdir. Babası da onun yanına gəlmişdir. Onlar birlikdə evə baxdıqda məlum olmuşdur ki, evin 3 otağının üçündə də olan əşyalar dağıdılmışdır, zal otağın pəncərsi açıqdır. Evdə olan əşyalara baxdıqda ona məlum olmuşdur ki, zal otağında olan, termo şkafında saxladığı “Honor” markalı qol saatı və təsbeh yerində yoxdur, oğurlanıbdır. Bundan sonra babası Vaqif DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O da Sumqayıt ŞPİ 1-ci PB-nə ərizə yazmışdır. Oğurlanmış saatının dəyəri 350 manat, təsbehin dəyəri isə 10 manatdır. Hadisə nəticədə ona ümumilikdə 360 manat məbləğində maddi ziyan vurulmuşdur.O, ilkin ərizə yazarkən saatın qiymətini dəqiq bilmədiyi üçün 35 manat yazmışdır. Zərərçəkmiş şəxs3 oğlu ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, vurulmuş maddi zərərin aradan qaldırıldığını və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında ailə üzvləri ilə birlikdə evdən çıxıb istirahət etmək üçün Sumqayıt şəhəri ərazisində yerləşən kinoteatra getmişlər. Bir neçə saatdan sonra, təxminən saat 22 radələrində evə qayıtmışlar. Evin qapısı açıb içəri daxil olduqda evin otaqlarının dağınıq olduğunu görüb, evdən oğurluq olmasını başa düşmüşlər. Bundan sonra evdən hansı əmlakın oğurlandığını bilmək üçün evi yoxlamışlar və məlum olmuşdur ki, evin yataq otağındakı termoda olan mücrünün içərisindən arvadına məxsus 1 ədəd 9,5 qram çəkidə 750 əyarlıq komplekt qızıl, 1 ədəd 4,0 qram çəkidə 750 əyarlıq təkqaş qızıl üzük, 1 cüt 1,5 qram çəkidə 750 əyarlıq təkqaş sırğalar, 1 cüt 2 qram çəkidə 750 əyarlıq halqa formalı qızıl sırğalar, 1 ədəd 4,0 qram çəkidə 750 əyarlıq qızıl sep və "Nərmin" yazısı olan qızıl klonun oğurlanmışdır. Bundan sonra o, baş verən hadisə ilə bağlı 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gələrək ondan ərizə, izahat almışlar və evə baxış həyata keçirib müayinə etmişlər. O, oğurlanmış qızılların əyarının 585 olduğunu səhvən bilmiş, sonradan həmin qızılların əyarının 750 olduğunu bilmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun nəvəsidir. Oğlu Rusiya Federasiyasında işlədiyi üçün gəlini ilə nəvəsi Vaqif ünvan 5 ünvanında yaşayırlar. xx.xx.2023-cü il tarixdə axşam saatlarında nəvəsi Vaqif evdən çıxdıqdan sonra Abşeron rayonu, Masazır qəsəbəsinə bacısının evinə qonaq getmiş ve 3 gecə bacısıgilin evində qonaq qalmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində evə gəlmiş və mənzilinin yerləşdiyi binanın qarşısına çatdıqda, binanın ikinci mərtəbəsində olan evinin zal otağının plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Vaqif bu barədə ona xəbər etmişdir. O, bundan sonra Vaqifin yanına getmiş və onlar birlikdə evə qalxmışlar. Evə daxil olduqda evdə olan bütün otaqların dağınıq vəziyyətdə olduğunu görmüşlər. Evdə olan əşyalara baxdıqda Vaqif bildirmişdir ki, təsbehi ilə elektron qol saatı oğurlanmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, sonra isə nəvəsi Vaqif Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə yazmışdır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan bir ədəd qızılı rəngdə olan boyunbağı, qızılı rəngdə olan bir cüt sırğa, qızılı rəngdə olan və üzərində qaşlar olan bir cüt sırğa, qızılı rəngdə olan və üzərində daşlar olan qadın üzüyü, 01 ədəd “Honor” markalı elektron qol saatı, 01 ədəd “ZTE” markalı mobil telefon saxlanması üçün sahiblərinə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 fevral 2023-cü il tarixli 6/675-9/789 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: 1) 4,24 qram kütləli, üzərində 10 ədəd rəngsiz, şəffaf qaşlar olan, halqa formalı, sarı rəngli 1 ədəd üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Üzüyün üzərində olan 10 ədəd rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir-brilyantdır. Qaşlardan 10 ədəd hər biri təxminən 0,008 karat olmaqla ümumilikdə 3/3 keyfiyyətlidir: 2) 3,81 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 cüt sırğa 583/*585 əyarlı qızıldan hazırlanmışdır. Sırğa cütünün üzərində olan qaşlar qiymətli qaşlara aid deyildir: 3) 1,34 qram kütləli, sarı rəngli 1 cüt sırğa 583/585 əyarlı qızıldan hazırlanmışdır. 4) 8,41 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd boyunbağı 750 əyarlı qızıldan hazırlanmışdır. Boyunbağının üzərində olan qaşlar qiymətli qaşlara aid deyildir. Tədqiqata təqdim edilən əşyaların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2022ci ilin dekabr ayına orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1) 4.24 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində 10 ədədi hər biri təxminən 0,008 karat olmaqla ümumilikdə 3/3 keyfiyyətli brilyant qaşlar olan, halqa formalı, sarı rəngli 1 ədəd üzük-418,00 manat: 2) 3,81 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 cüt sırğa-324,00 manat: 3) 1,34 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 cüt sırğa-114,00 manat: 4) 8,41 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 ədəd boyunbağı- 925,00 manat: 5) 01 ədəd qara rəngli dəribənzər qolbağı olan, “X3” markalı elektron qol saatı-100,00 manat: 01 ədəd qara rəngli “ZTE” markalı, R538 modelli mobil telefon-20,00 manat. Ekspertiza tədqiqatına təqdim edilməyən və qiymətləndirilməsi nəzəri qaydada tələb olunan 01 ədəd kişi təsbehinin hazırlandığı material barədə məlumat təqdim edilmədiyinə görə qiymətləndirmə mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 mart 2023-cü il tarixli 1279 saylı rəyindən görünür ki, Sıra Ümumi Bir Ümumi №-si Malların adı və markalanma göstəriciləri miqdarı qramının dəyəri (qram) qiyməti (manatla) (manatla) 1 1 ədəd 9,5 qram çəkidə 750 əyarlıq 9,5 100 950 komplekt qızıl 2 1 ədəd 4,0 qram çəkidə 750 əyarlıq qızıl 4 aydın 0 üzük deyil 3 1 cüt 1,5 qram çəkidə 750 əyarlıq təkqaş 1,5 aydın 0 sırqalar deyil 4 1 cüt 2 qram çəkidə 750 əyarlıq halqa 2 100 200 formalı qızıl sırqalar 5 1 ədəd 4,0 qram çəkidə 750 əyarlıq qızıl 4 100 400 sepin və “Nərmin” yazısı olan qızıl kloun CƏMİ 1550,0 Ekspertiza təyini haqqnda qərarda qeyd edilən 03 adda qzıl-zinyət əşyalarının 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablanma yolu ilə təxminən 1550,00 manat müəyyən edilir. Digər 02 adda qızıl-zinət əşyalarının üzərində olan qaşların keyfiyyəti, ölçüsü, növü, istehsal yeri və s. aydın olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 fevral 2023-ci il tarixli 1(060)-160/2023 saylı hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 76.6.3, 67.1 və 69.3-cü maddələri nəzərə alınmaqla 02 il 10 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 03 fevral 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini, ona vurulmuş maddi zərəri ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə aktlarının surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qəsdən törətdiyi cinayətə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay müddətə azaldılmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 76.6.3, 67.1 və 69.3-cü maddələri nəzərə alınmaqla 02 il 10 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, vurulmuş zərəri tam olaraq ödəməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 10 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası, bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 21 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 21 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd qızılı rəngdə olan boyunbağı, qızılı rəngdə olan bir cüt sırğa, qızılı rəngdə olan və üzərində qaşlar olan bir cüt sırğa, qızılı rəngdə olan və üzərində daşlar olan qadın üzüyü, 01 ədəd “Honor” markalı elektron qol saatı, 01 ədəd “ZTE” markalı mobil telefon saxlanması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 190 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 10 (on) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd qızılı rəngdə olan boyunbağı, qızılı rəngdə olan bir cüt sırğa, qızılı rəngdə olan və üzərində qaşlar olan bir cüt sırğa, qızılı rəngdə olan və üzərində daşlar olan qadın üzüyü, 01 ədəd “Honor” markalı elektron qol saatı, 01 ədəd “ZTE” markalı mobil telefonun sahiblərinə qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün: Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-492/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-492/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver