Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-492/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)- 357/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə, CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) ay 09 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsində fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,609 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış,13 may 2025-ci il tarixdə saat 14:30-da, Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında saxlanılıb üzərinə axtarış keçirilmiş və axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 0,609 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ilk məhkəmə baxış iclasında özünü təqsirli bildiyini, psixotrop maddə olan “metamfetamin” istifadə etdiyini, üzərində “metamfetamin” aşkar olunduğunu, həmin kütləni tanımadığı iranlıdan əldə etdiyini, ona polis əməkdaşları tərəfindən heç bir təsir və təzyiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaqdakı ifadəsini təsdiq etsə də, məhkəmə iclasının gedişi zamanı və sonrakı məhkəmə baxış iclaslarında təqsirli olmadığını bildirmiş və ifadəsində göstərmişdir ki, o, qardaşı Şahid2 onun Valeh adlı dostunun evinin yerini göstərmək üçün xx.xx.2025-ci il tarixdə qardaşı ilə Corat qəsəbəsinə getmişdir. Qardaşı Ruslan ona dostu Valehin evinin olduğu küçəni göstərməsini söyləmişdir. Valeh onun qardaşı Ruslan ilə birlikdə qazamatda olmuşdu. Ruslan yəqin ki narkotikə görə Valehgilə gedirdi. Ruslan ilə Valeh əvvəllər də narkotik istifadə etmək üçün görüşmüşdülər. O, qardaşının ağlı başında olmadığı üçün dostunun evi yadında qalmadığına görə ona evin yerini göstərmişdir. Özü isə əvvəllər sadəcə eyni məhəllədə qaldığı üçün bir neçə dəfə Valehlə görüşmüşdür. O və Ruslan həmin gün Valehin evinə gəldikdən sonra 3 nəfər polis əməkdaşı içəri daxil olmuş, orada 4 ədəd büküm psixotrop maddə görmüşlər. Həmin bükümlərin ikisi dolu, ikisi isə boş olmuşdur. Polislər həmin bükümlərin nə olduğunu soruşmuş, o isə ona məxsus olmadığını söyləmişdir. Həmin polis əməkdaşları onu döymüşlər. Əsasən Rauf və Elnur adlı polis əməkdaşları tərəfindən döyülmüş, lakin, heç bir xəsarət almamışdır. Həmçinin, polislər onu əməli boynuna götürməyəcəyi halda 234.4.3-lə külli miqdarda yükləyəcəkləri ilə qorxutmuşlar. Daha sonra polis əməkdaşları onu Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. Polis idarəsində ona həmin narkotik vasitəni götürməyəcəyi təqdirdə daha ağır maddə ilə yükləyəcəklərini bildirmişlər və o da bundan qorxduğu üçün razılaşmış və istintaqda qeyd edilən ifadəni vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. O, 2 il müddətində metamfetamin istifadə etmişdir. Lakin, hazırda heç bir narkotik vasitədən və ya psixotrop maddədən istifadə etmir. O, polis əməkdaşları tərəfindən döyülməsi barədə heç yerə şikayət etməmiş, həkimə müraciət etməmişdir. Müvəqqəti saxlama yerinə keçirilərkən xəsarəti olması və döyülməsi barədə heç kimə heçnə deməmişdir. İbtidai istintaqdan verdiyi ifadəsi onun tərəfindən imzalanmışdır. Son söz olaraq özünün təqsirli olmadığını və məhkəmədən ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. Uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərindən istifadə edir. Əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. 13 may 2025-cı il tarixdə, təxminən saat 14:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında qardaşı Ruslan ilə birlikdə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərlərində gəzdirilməyində şübhəli olduqları üçün saxladıqlarını bildirib videoçəkilişlə üzərilərinə baxış keçirmişlər. Baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd içərisində psixotrop maddə olan büküm aşkar edilərək götürülmüş və elektron tərəzidə çəkilərək çəkisinin 0,83 qram olduğu müəyyən edilmişdir, bundan sonra isə həmin büküm zərfdə qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldıqdan sonra möhürlənmişdir. Həmin vaxt qardaşı Ruslanın da üzərindən bir bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra onu Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif edilən zaman saxlanılan zaman polis əməkdaşları tərəfindən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitədən başqa digər qadağan olunmuş əşya, predmet, narkotik vasitə olmadığını bildirmişdir. Bundan başqa, saxlanılarkən üzərindən aşkar edilmiş 01 ədəd bükümün içərisində olan maddənin “şüşə” olduğunu, həmin bükümü tutulduğu gün Novxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Baxış zamanı əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə və s. aşkar edilməmişdir. Qardaşı Ruslanın da narkotik vasitə istifadəçisi olduğunu bilir, lakin saxlanılan zaman onun da üzərində narkotik vasitə olduğundan məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və qardaşının narkotiklə əlaqəsi yoxdur. Belə ki, Valeh adlı dostu ona zəng edib qonaqlığa çağırmış və o da qardaşı ilə gələcəyini bildirmişdir. O, xx.xx.2025-ci il tarixdə qardaşı Yaşarla dostu Valehgilə getmişdir. Qardaşı ona dostu Valehin evinin yerini göstərmək üçün ora getmişdir. Onlar dostunun evinə gəldikdən sonra isə 3 nəfər polis əməkdaşı evə daxil olmuşlar. Polis əməkdaşları onları yerə yıxıb baş və kürəklərindən vurmuşlar. Onların üzərində narkotik vasitə, psixotrop maddə olmamışdır. Həmçinin, Valehin evində də heçnə olmamışdır. Polis əməkdaşları qardaşına psixotrop maddəni boynuna almasını istəmişlər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o və qardaşı polislərdən qorxduqları üçün əməli etiraf etmişlər. Bundan başqa, polis əməkdaşları onları saxladıqdan sonra çəkiliş aparılmışdır. O, Valehin evində psixotrop maddə istifadə etmiş, lakin, qardaşında psixotrop maddə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş, müəyyən olunmuşdur ki, o, bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 14:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında qardaşı Yaşar ilə birlikdə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib hər ikisinin üzərinə videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli falqaya bükülmüş psixotrop maddəni polis əməkdaşlarına təqdim etmişdir. Həmin təqdim etdiyi maddə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra polis idarəsinə dəvət edilmişdir. Polis idarəsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif edilən zaman üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilən zaman hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Baxışda iştirak edən Sumqayıt ŞPİ-nin CAŞnın əməliyyat müvəkkilli, Şahid3 üzərində müfaviq qeydlər aparılmış və möhürlənmiş ağ rəngli kağız zərfi təqdim edərək, həmin zərfin içərisində o saxlanılan vaxtda və yerdə üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli falqaya bükülmüş ağ rəngli kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddənin aşkar edildiyini, həmin maddənin elektron tərəzidə çəkilərək çəkisinin 0,63 qram olduğu müəyyən edildiyini bildirmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin metamfetamin olduğunu, həmin narkotik vasitəni bu gün günorta saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı təqdim olunmuş zərfin içərisindəki maddi sübut ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Həmçinin, qardaşı Yaşarın da narkotik vasitə istifadəçisi olduğunu bilmiş, lakin saxlanılan zaman onun da üzərində narkotik vasitə olduğundan məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞnın kiçik inspektoru Şahid1 bildirmişdir ki, 13 may 2025-ci il tarixdə Yaşar və Şahid2ların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə Yaşar və Şahid2ların ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşlər. Həmin tarixdə, saat 14:30 radələrində Yaşar və Şahid2ların həmin yerdə piyada hərəkətdə olduqlarını gördükdən sonra videokamera vasitəsilə çəkiliş aparmaqla Şahid2 və Təqsirləndirilən şəxs saxlamış və özlərini təqdim etmişlər. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl ilk olaraq Şahid2 və Təqsirləndirilən şəxs üzərilərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş, predmet və əşya vardırsa, təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd gümüşü “falqa”da büküm təqdim etmişdir. Sorğu zamanı bükümlərin içərisində “şüşə” yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümə baxış zamanı içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər olması müəyyən olunmuşdur. Həmin bükümün dağılması ehtimalı nəzərə alınaraq digər gümüşü rəngli siqaret kağızına bükülmüşdür. Həmin bükülü elektron tərəzidə çəkilərək çəkisi müəyyən olunmuş və daha sonra digər bükülü açılmış və içərisi boş olduğu müəyyən olunmuşdur. Aşkar olunaraq götürülmüş bükümlər 1 ədəd ağ rəngli zərfə qoyulmuş və möhürlənmişdir. Şahid2 da üzərində psixotrop maddə aşkar edilmişdir. Daha sonra isə onlar digər prossesual hərəkətlərin aparılması üçün Yaşar və Şahid2ları polis idarəsinə aparmışlar. Polis idarəsində hər ikisi təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış aparılmış, hər iki maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili X12 və Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid3 Hafiz oğlu məhkəmə iclasında ifadə vermiş şahid Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektoru Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Şahid3 Hafiz oğlu suala cavab olaraq bildirmişdir ki, onun və digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir zorakı hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs qardaşı ilə birlikdə xx.xx.2025-ci il tarixdə Corat qəsəbəsi ərazisində qəbiristanlığın yaxınlığında saxlanılmışlar. Onlar heç kimin evinə daxil olmamış, təqsirləndirilən şəxsi evdə saxlamamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v. 1) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və həmin yoxlama zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Şahid2 və Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə, saat 14:30-da Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmışdır. Şahid2 və Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl ilk olaraq Şahid2 üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş, predmet və əşya vardırsa, bizə təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Şahid2 əynində olan əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd gümüşü rəngli “falqa”da olan bükümləri təqdim etmiş və Novxanı bağlarından əldə etdiyini bildirmişdir. Həmin bükümlərin içərisində nə olduğu soruşulduqda içərisində “şüşə” yəni psixotrop maddə metamfetamin olduğunu və çəkisinin nə qədər olduğunu bilmədiyini bildirmişdir. Həmin büküm açılmış və içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğunu müəyyən olunmuşdur. Həmin bükümlərdən biri elektron tərəzidə çəkilmiş və 0,63 qram olması müəyyən olunmuşdur. Sorğu zamanı Şahid2 həmin bükümü 15 manata əldə etdiyini bildirmişdir. Digər büküm açılmış və içərisində hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Aşkar olunaraq götürülmüş büküm 1 ədəd ağ rəngli zərfə qoyularaq, ŞPİ-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Şahid2 üzəri yoxlanılmış və üzərindən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd gümüşü “falqa”da büküm təqdim etmişdir. Sorğu zamanı bükümlərin içərisində “şüşə” yəni psixtrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümə baxış zamanı içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Həmin bükümün dağlması ehtimalı nəzərə alınaraq digər gümüşü rəngli siqaret kağızına bükülmüşdür. Həmin bükülü elektron tərəzidə çəkilmiş və 0,83 qram olması müəyyən olunmuşdur. Daha sonra digər bükülü açılmış və içərisinin boş olduğu müəyyən olunmuşdur. Aşkar olunaraq götürülmüş bükümlər 1 ədəd ağ rəngli zərfə qoyulmuş, ŞPİ-nin 124 saylı möhürü ilə möhürlənmişdir. (i.v. 10-12) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:30-da Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 24) Şəxsi axtarış və götürülmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 30) “Şəxsi axtarış və təqdim olunan əşyaya baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokol və həmin baxış zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:20-dən 17:25-dək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləyə baxış keçirilməsi aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X8 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirmişdir. Bundan sonra sonuncunun üzərinə şəxsi axtarış davam etdirilən zaman hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Baxışda iştirak edən Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkilli, polis kapitanı Şahid3 Hafiz oğlu üzərində müvafiq qeydlər aparılmış və DİN-in 124 saylı möhürü ilə möhürlənmiş ağ rəngli kağız zərfi təqdim edərək, həmin zərfin içərisində Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli falqaya bükülmüş ağ rəngli kristal şəkilli, psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin aşkar edildiyini, həmin maddənin elektron tərəzidə çəkilərək çəkisinin 0,83 qram olduğu müəyyən edildiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin “metamfetamin” olduğunu, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə günorta saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Təhqiqatçıya təqdim edilmiş zərfin içərisində olan kütlə Azərbaycan Respublikasının ƏN-nin MEM-nin Sumqayıt Regional Bölməsinə göndərilməsi üçün götürülmüşdür.(i.v. 31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 20/317 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən...” sözlər və imzalar olan kağız paketdəki 01 (bir) ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 0,609 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotop maddəmetamfetamindir. Tədqiqata 0,609 qram təqdim edildi, 0,05 qram nümunə götürüldü, 0,559 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. (i.v. 44-47) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək saat 10:00-da həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 57-58) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v. 66-67) Təqsirləndirilən şəxsin “MSY”-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar Təqsirləndirilən şəxs təqdim edilmişdir. (i.v. 71-72) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X6” X16 xx.xx.2025-ci il tarixli, 3018 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır.(75-77) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 şəxsin ambulator-məcburi X11nın xx.xx.2025-ci il tarixli, 3018 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər ND-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v.95-97) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə CM-nin 77-ci maddəsinə əsasən cəzası 06 (altı) ay 01 (bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan 02 (iki) ay 09 (doqquz) gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. xx.xx.2024-cü il tarixdə cəzası bitmişdir. (i.v. 99-101) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(10)-337/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-357/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) ay 09 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v 102-106) Sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş 15 may 2025-ci il tarixli ittiham qanuni və əsaslı olduğundan dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən 13 may 2025-ci il tarixdə aşkar olunmuş təmiz çəkisi 0,609 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı çəkisi 0,559 qram qalmış psixotrop maddə metamfetamin təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş, 02 ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması, digər istintaq hərəkəti protokolları, məhkəmə-kimyəvi, məhkəmə-tibbi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir. (i.v.107- 113) İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-357/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktub və həmin tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə Sumqayıt Şəhər Məhkəməsindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, araşdırmanın nəticəsindən narazı qaldığı halda şikayət etmək hüququ Təqsirləndirilən şəxs izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi (saxlanılarkən üzərində psixotrop maddə olmaması, həmin psixotrop maddənin polis əməkdaşı tərəfindən təzyiqlərə məruz qalması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ondan aşkar olunmuş psixotrop maddənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünü yoxlama aparılması, şəxsi axtarış və təqdim edilən əşyaya baxış keçirilməsi protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Eyni zamanda, cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünü yoxlama aparılması, şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından da görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək istintaq dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Həmçinin, məhkəmə baxışı iclasının əvvəlində də ifadəsində həmin psixotrop maddə “metamfetamin”-i tanımadığı iran vətəndaşından aldığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə heç bir orqana şikayət və vəsatət verməmiş, bu barədə yalnız məhkəmə iclasında qeyd etmiş və qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan video görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd gümüşü “falqa”da büküm təqdim etmişdir. Sorğu zamanı bükümün içərisində “şüşə” yəni psixtrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmçinin, Sumqayıt ŞPİ-də müdafiəçi ilə təmin edilmiş və müdafiəçinin suallarına cavab olaraq da üzərində aşkar edilmiş bükümün ona məxsus olduğunu, qardaşı ilə birlikdə Corat qəsəbəsində qəbiristanlığın yaxınlığında həmin bükümü istifadə etmək üçün yer axtararkən polis əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri daşıyır və məhkəmə iclasında bu ifadələri (saxlanılarkən üzərində psixotrop maddə olmaması, həmin psixotrop maddənin ona məxsus olduğunu bildirməsi üçün polis əməkdaşı tərəfindən ona təzyiq edilməsi) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Bundan başqa, məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, şahid Təqsirləndirilən şəxs qardaşı olmaqla, onunla eyni vaxtda saxlanılaraq barəsində cinayət işi açılmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid2 barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq bildirir ki, şahid təqsirləndirilən şəxsin qardaşı (yaxın qohumu) olmaqla onun və özünün əleyhinə ifadə verməmək hüququ mövcuddur. Bundan başqa, Şahid2 qardaşı ilə birlikdə saxlanılaraq barəsində cinayət işi başlanılmasını nəzərə alaraq məhkəmə hesab edir ki, şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi qardaşının və dolayısı ilə özünün də cinayət məsuliyyətindən yayınması məqsədi ilə verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində yüngülləşdirici hal müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-357/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 09 (doqquz) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci və digər maddələri ilə məhkum edilməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3018 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər ND-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3018 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra 0,559 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,559 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 42 saata görə 462 (dörd yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-492/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-492/2025
13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver