Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-493/2023 06.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə təmiz çəkisi- 0,594 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 17 mart 2023-cü il tarixdə saat 14:30 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-m əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən "DeFakto" mağazasının qarşısında saxlanılaraq idarənin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərində keçirilən şəxsi axtarış zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibin üzərindəki kiçik cibindən 1 bükümdə təmiz çəkisi 0,594 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 3-4 ildir ki, fasilələrlə narkotik vasitə heroindən istiladə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat müqabilində 01 ədəd bükümdə narkotik vasitə heroin almış, ürəyi istədiyi vaxt istifadə edə bilməsi üçün həmin narkotik vasitəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərindəki kiçik cibə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “De Fakto” mağrzasının qarşısında tanışı Raufla rastlaşıb söhbət edən zaman mülki geyimli bir neçə şəxs onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər, daha sonra polislər onlara qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərlərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduqlarını bildirib onlarla birlikdə polis idarəsinə getməli olduqlarını demişlər Onlar etiraz etməyərək birlikdə polis idarəsinə gəlmişlər. Polis İdarəsində ona vəkil təqdim olunmuş və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. O, özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibin üzərindəki kiçik cibində saxladığı bir ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni saxlanıldığı gündən bir gün əvvəl səhər saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış aparmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə heroin iştirakı ilə elektron tərəzidə çəkilmiş, qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış və tərəflərindən imzalanmış, bununla bağlı protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərindən aşkar olunaraq götürülmüş heroin özünə məxsusdur, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Heroini əldə etdiyi həmin tanımadığı şəxsdən ilk dəfə narkotik vasitə almış, əldə etdiyi heroini kiməsə vermək fikri olmamış, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq və ya qeyri-insanı rəftar olmamışdır. Hazırda etdiyi əmələ görə peşmandır, Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-m əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 8/19, mənzil 28də yaşayan Təqsirləndirilən şəxs və Sumqayıt şəhəri, 4-cü mkr, ev 17A, mənzil 79-da yaşayan Rüstəmov Rauf Aydın oğlunun qanunsuz olaraq narkotik maddələr qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı idarə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs və Rauf Rüstəmovun cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 16 mart 2023-cii il tarixdə onların ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 14:30 radələrində Təqsirləndirilən şəxs və Rauf Rüstəmovun Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən "DeFakto" mağazasının qarşısında olmalarını görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onları saxlamışlar, onlara üzərlərində qanunsuz olaraq narkotik maddələr gəzdirmələrində şübhələr olduğundan üzərlərində şəxsi axtarış keçirilməsini bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi iiçün normal şərait olmadığına görə onları polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Rauf Rüstəmov etiraz etmədən onlarla birlikdə idarəyə gəlmişlər. İdarədə Təqsirləndirilən şəxs və Rauf Rüstəmova hüquq və vəzifələri izah edilərək onlara vəkil təqdim edilmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə videəçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibin üzərindəki kiçik cibdən 1 ədəd qızılı rəngli siqaret kağızı bükümü çıxardıb təqdim etmiş, həmin bükümün içərisində baxılanda heroinə bənzər maddə aşkar olunmuş və verilən suallara cavab olaraq Murad Sadıiqzadə həmin bükümün içərisində "kakos", yəni heroin olduğunu, həmin heroini xx.xx.2023-cü il tafixdə Sumqayıt şəhəri Nasosnu adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 bükümdə heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, olduğu kağız bükülü ilə birlikdə çəkisi 0,73 qram olmuşdur. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsindən ötrii zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa heç bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs konkret olaraq kimdən və haradan narkotik vasitə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Alınmış məlumatlara əsasən Təqsirləndirilən şəxs Rauf Rüstəmovla aralarında sadəcə tanışlıq münasibətləri olmuş, onların birgə narkotik vasitələr qəbul etmələri və ya birgə narkotik vasitələrin satışı ilə məşğul olmaları, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyat müvəkkili, polis leytenantı Şahid2 və CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3 Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyniməzmunlu ifadə verdilər. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:30-da Sumqayıt şəhəri, Sülh küçəsində yerləçən “De fakto” mağazasının qarşısında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 11:40-da Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollardan və istintaq hərəkətinin videoçəkılişini əks etdirilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsində xidməti otaqda baş təhqiqatçu polis kapitanı Elnur Feyzullayev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional vəkil bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin CAŞ-in əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs hüqüq və vəzifələri izah olunduğu və idarəyə gətirilməsinin səbəbi bildirildiyi, bundan sonra üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibin üzərindəki kiçik cibdən çıxartdığı İ ədəd qızılı rəngli siqaret kağızı bükümünü təqdim etdiyini və təqdim etdiyi həmin bükümün içərisində narkotik maddə "kakos", yəni heroin olduğunu bildirdiyini, həmin bükümün içərisinə baxılanda narkotik vasitə heroinə bənzər maddə aşkar olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroini bir gün əvvəl Sumqayıt Şəhəri Nasosnı deyilən yerdə tanımadığı şəxsdən 20 manata aldığını, özü qəbul etmək üçün üzərində saxladığını bildirdiyi, bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet və əşya aşkar olunmadığı və götürülmədiyi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə heroinə bənzər maddə elektron tərəzidə çəkildiyi və olduğu kağız bükümlə birlikdə çəkisi 0.73 qram olduğu, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə heroinə bənzər maddə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırıldığı və möhürləndiyi, zərfin üzərində qeydlər aparılaraq imzalandığı, şəxsi axtarış zamanı vəkil X4 Sadıqzadəyə polis işçiləri tərəfindən saxlanılan və idarədə olan zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsirlərin olub-olmadığını, həmçinin üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər maddənin ona məxsus olubolmadığım soruşan zaman Təqsirləndirilən şəxs ona heç bir fiziki və psixi təsirlərin olmadığını, üzərindən aşkar olunaraq götürülmüş narkotik maddənin özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 17 mart 2023-cü il tarixli 6/1632 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... (imza) Saxlanılan şəxs Təqsirləndirilən şəxs..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,594 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş " Azərbaycan Respublikasının ərazisində dövrivvəsi qadağan edilən narkotik vasitələrin sivahısına (Siyahı İ) daxildir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən və işdəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzanın əvvəli xx.xx.2022-ci ildən hesablanmışdır. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,544 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1645 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimıılyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindrom u (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 2 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertizanın keçirilməsi ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,544 qram narkotik vasitə heroin məhv məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə tutularaq saxlanmış və 18 mart 2023-cü il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 06 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispnaserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,544 qram narkotik vasitə heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxs aldığı) gündən 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-493/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-493/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver