Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-493/2025 18.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxslər, mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, mülki cavabdeh – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, xx.xx.2025-ci il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.2-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanına çıxarış alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 06 avqust 2023-cü il tarixdə sonuncunun yaşadığı ünvanda 1000 manat, 06 avqust 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək olan müddət ərzində yenə də onun yaşadığı evdə hissə-hissə olmaqla 500, 600, 400 və 1500 manat, ümumilikdə 4000 manat məbləğində pulunu alıb ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 qaynı X4 barəsində Sumqayıt Şəhər Məhkəməsində istintaqı aparılan cinayət işi üzrə azadlıqda qalacağına köməklik göstərəcəyinə yalandan vəd verərək 14 iyul 2024-cü il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində 5000 manat pulunu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib, hər iki epizod üzrə ona qarşı verilmiş mülki iddiaları qəbul edərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanıyır, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs2 əri X2 vasitəsilə tanımışdır. Belə ki, Fəxrəddinlə söhbət zamanı sonuncu yaşadıqları evə çıxarış ala bilmədiklərini demiş, o isə bu işdə ona köməklik göstərə biləcəyini bildirmişdir. Sonralar isə Fəxrəddinlə əlaqəsi olmamışdır. Təxminən 2021-ci ildə Fəxrəddin vəfat etmiş və o, həmin yas mərasimində iştirak etmiş, mərasimdə olarkən Fəxrəddinin arvadı Əsli ilə tanış olmuşdur. Təxminən 2023-cü ilin avqust ayında uzun müddətdir işləmədiyindən və maddi imkanı pis olduğundan, həmçinin Fəxrəddin evlərinə çıxarış ala bilmədiklərini ona dediyindən qərara gəlmişdir ki, çıxarış almaqda kömək edə biləcəyini və buna görə Əslidən 4000 manat pul alacağını ona bildirsin. Bu məqsədlə Əsli ilə görüşüb çıxarış alıb-almadıqlarını soruşmuş, sonuncu ona ala bilmədiklərini demişdir. O, Əsliyə köməklik edə biləcəyini, sənədləşmə işlərinə və dövlət rüsumlarına ödənilməsi üçün 4000 manat pul verməli olduğunu bildirdikdə Əsli onunla razılaşmamış, bu səbəbdən o, Əslini razı salmaq üçün 15 gün ərzində çıxarışı ala biləcəyini demişdir. Əsli maddi imkanının zəif olduğunu, çıxarışı aldıqdan sonra pul verə biləcəyini, o, isə Əsli ilə tez-tez əlaqə saxlayıb sənədləşmə işləri üçün pul lazım olduğunu demişdir. Bundan sonra Əsli onunla əlaqə saxlayıb 06 avqust 2023-cü il tarixdə yaşadıqları Sumqayıt şəhəri, Corat qəsəbəsinə çağırmış və qızı Fatimənin yanında ona 1000 manat pul vermişdir. Daha sonra 10 gün ərzində Əslidən yaşadığı evdə 500, 600, 400 və 1500 manat olmaqla ümumilikdə 4000 manat pul almış və həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Maddi imkanı pis olduğundan Əslinin pulunu qaytara bilməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs1 qaynı Vüsalın vasitəsilə tanımış, təxminən 2024-cü ilin avqust ayında Vüsalın oğurluq etdiyinə görə tutulduğunu eşitmişdir. Həmin ərəfədə Məmmədlə söhbət zamanı sonuncuya Vüsalın məhkəmədə aparılan cinayət işinə köməklik edə biləcəyini, bunun üçün ona 5000 manat pul verməli olduğunu demiş, Məmməd də onunla razılaşmışdır. Pula ehtiyacı olduğundan Məmməddən 5000 manat pul alıb şəxsi ehtiyacları üçün istifadə etməyi, daha sonra qaytarmağı düşünmüşdür. Belə ki, 14 iyul 2024-cü il tarixdə Məmmədlə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən məhəllələrin birində görüşmüş, həmin vaxt orada Məmməddən başqa iki nəfər başqa şəxs də olmuşdur. Məmməd həmin şəxslərin yanında ona 5000 manat pul vermiş, o da sonuncunu inandırmaq üçün qısa müddətdə Vüsalın məhkəmədəki işini həll edərək azadlığa çıxmasında köməklik göstərəcəyini demişdir. Məmməddən aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin Vüsala məhkəmə tərəfindən 2 il 7 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra Məmməd ondan pulunu tələb etmiş, onun isə pulu qaytarmağa imkanı olmamışdır. Təqdim olunmuş “Whatsapp" mesajları və səs yazısı ona məxsusdur. Məmmədin pulunu verə bilmədiyindən sonuncu ona “Whatsapp” vasitəsilə də mesaj yazaraq, zəng vuraraq pulunu tələb etmiş, o isə vaxt qazanmaq üçün bəhanələr gətirmişdir. Əməlindən peşmandır, vurulmuş ziyanı ödəməyə maddi imkanı yoxdur, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla normal münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. Qaynı Vüsal 2023-cü ildə oğurluq etməsi səbəbindən tutulmuş və barəsində cinayət işi başlanaraq məhkəməyə göndərilmişdir. Vüsalla söhbət zamanı sonuncu ona Ruslan adlı tanışının olduğunu və sonuncunun onun barəsində məhkəmədə aparılan cinayət işinə köməklik edə biləcəyini bildirmiş və ona Ruslanla görüşüb bu barədə söhbət etməyi təklif etmişdir. O, Ruslanın mobil nömrəsini əldə edib, görüşüb söhbət etmək istədiyini demiş, Ruslan da razılaşmışdır. Ruslanla Sumqayıt şəhəri ərazisində görüşüb söhbət edərkən Vüsalın həbs olunması barədə məlumat vermiş və Ruslandan qaynına kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Ruslan yüksək vəzifədə işləyən tanışlarının olduğunu, onların vasitəsilə Vüsalın azad olunmasına köməklik edə biləcəyini, bunun müqabilində 5000 manat pul verməli olduğunu bildirmişdir. Ruslanı onunla qaynı Vüsal tanış etdiyindən, həmçinin Ruslan özünü ona nüfuzlu şəxs kimi təqdim etdiyindən sonuncuya inanıb etibar etmiş və razılaşdığını deyib pulu düzəltdikdən sonra məlumat verəcəyini bildirmişdir. O, 5000 manat pulu düzəltdikdən sonra 14 iyul 2024-cü il tarixdə Ruslanla əlaqə saxlayıb bu barədə məlumat vermiş və görüşmək istədiyini bildirmiş, həmin tarixdə, axşam saatlarında Dilqəmlə birlikdə Sumqayıt şəhərində yerləşən məhəllələrin birində Ruslanla görüşmüş, Dilqəmin yanında Ruslana 5000 manat pul vermişdir. Bundan bir müddət sonra məhkəmə tərəfindən qaynı Vüsala 2 il 7 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ruslanla əlaqə saxlayıb bu barədə məlumat almış və nə üçün azadlıqdan məhrum etmə cəzası təyin edildiyini soruşmuşdur. Ruslan isə öz növbəsində Vüsalın işinin apellyasiya məhkəməsi səviyyəsində həll ediləcəyini və sonuncunun azad olunacağını, onların həmin hökmdən apellyasiya şikayəti vermələrini bildirmişdir. Vüsalın barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti vermiş, lakin məhkəmə tərəfindən hökm qüvvəsində saxlanılmışdır. Bundan sonra Ruslanın onu aldatdığını başa düşüb pulunu tələb etmiş, Ruslan isə hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. Ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, ödənilməsini tələb edir. Bundan başqa təqdim etdiyi mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla normal münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. Belə ki, yaşadığı evə çıxarış ala bilməmişdir. Qeyd edir ki, yaşadığı ev həyat yoldaşının adına olduğu dövr ərzində evlə bağlı kommunal xərcləri ödəsələr də, evinin rəsmi çıxarışı olmamışdır. Çıxarış əldə etmək üçün dəfələrlə cəhd etsələr də, maddi vəziyyətlərinin zəif olması səbəbindən bu mümkün olmamışdır. Həyat yoldaşı Fəxrəddin sağ olduğu dövrdə Ruslan adlı tanışı vasitəsilə yaşadıqları ünvana rəsmi çıxarış ala biləcəyini demiş, bu hadisədən sonra o, Ruslanı qiyabi olaraq tanımağa başlamışdır. Həmin dövr ərzində Ruslanla mərhum həyat yoldaşı arasında gedən söhbətlərdən xəbəri olmamışdır. Həyat yoldaşı 2021-ci ildə dünyasını dəyişdikdən sonra Ruslan yas mərasimində iştirak etmiş, daha sonra Ruslan onunla münasibət yaradıb bir müddət sonra təxminən 2023-cü ilin avqust ayında torpaq və evlə bağlı çıxarışı alıb-ala bilmədiyini soruşmuş, o da, sonuncuya ala bilmədiyini bildirmiş, Ruslan 15 gün ərzində çıxarış ala biləcəyini, bunun üçün isə ona 4000 manat pul verməli olduğunu bildirmişdir. O, Ruslana maddi vəziyyətinin zəif olduğu üçün çıxarışı aldıqdan sonra pul verə biləcəyini demiş, Ruslan onunla razılaşmışdır. Lakin bundan sonra Ruslan tez-tez onunla əlaqə saxlayıb təkidlə pulu əvvəlcədən istəmiş, pul vermədiyi halda işinin düzəlməyəcəyini bildirmişdir. O, çarəsiz qalıb çətinliklə də olsa, 1000 manat pul düzəltmiş və xx.xx.2023-cü il tarixdə Ruslan yaşadığı ünvana gələrək həmin pulu ondan almışdır. Ruslana pulu verməzdən əvvəl qızı Fatimə ilə pulu verən zaman Ruslanı mobil telefonu ilə videogörüntüyə alması barədə razılığa gəlmiş və Ruslanı pulu alarkən videogörüntüyə almışlar. Ruslan ondan pulu aldıqdan sonra qısa müddət ərzində çıxarışı əldə edəcəyini desə də, bundan sonra təxminən 21 avqust 2023-cü il tarixədək olan müddət ərzində Ruslan yaşadığı evdə ondan hissə-hissə olmaqla ümumilikdə 4000 manat pul almışdır. Ruslanın dediyi müddətin başa çatmasına baxmayaraq çıxarışın hazır olmadığını görüb sonuncudan vədinə əməl etməsini tələb etmiş, lakin o, müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan imtina etmişdir. Ona vurulmuş ziyan hələ də ödənilməmiş, bu səbəbdən pulun qaytarılmasını tələb edir. Bundan başqa təqdim etdiyi mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək anoloji ifadə vermişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikən sonra ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək anoloji ifadə verdiyi müəyyən olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədələrdən görünür ki, “Cinayət işinin başlanması haqqında” 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v.1); “Cinayət əməlinin tövsif edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir (i.v.103-104); “Təqsirlənirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 13 iyun 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək ona həmin tarixdə, saat 11:00 radələrində CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v.106-107); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 13 iyun 2025-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilmiş, ifadəsi alınmışdır.(i.v.115-117); “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərarlardan görünür ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs1, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdırlar. (i.v. 21); Təqsirləndirilən şəxs barəsində 14 iyun 2025-ci il tarixində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və sonuncu Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmişdir. (i.v. 118-120); “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqında” 15 may 2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, tutulub Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.45); 24 may 2025-ci il tarixdə dayandırılmış ********* nömrəli cinayət işi təzələnmiş və istintaqı davam etdirilmişdir. (i.v. 48); “Materialın cinayət işinə birləşdirilməsi haqqında” 24 may 2025-ci il tarixli qərarına əsasən HK-1 395 saylı material AR CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə icraatda birləşdirilmişdir. (i.v. 50); 30 may 2025-ci il tarixində Təqsirləndirilən şəxs tutulub Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilənədək cinayət işi üzrə icraat dayandırılmış və 12 iyun 2025-ci il tarixində dayandırılmış cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (i.v. 88; 93); Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2025-ci il tarixli məktubundan və həmin tarixli “axtarışda olan şəxsin gətirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:45 radələrində Sumqayıt şəhəri ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v 92); DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CMnin 156.1, 182.1, 62, 68.1.3, 66.2, 66.5, 69.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(105)-337/2020 saylı qərarına əsasən adıçəkilən hökm dəyişdirilərək CM-nin 62-i maddəsi hökmdən xaric edilmiş və CM-nin 156.1, 182.1, 66.2, 68.1-1, 66.5, 69.3-cü maddələrinə əsasən qəti olaraq 2 il 10 ay 15 gün müddətinə azadlıqdam məhrumetmə cəzası saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsnin 7(060)-307/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs əsas cəzasının çəkilməmiş qalan 01 il 01 ay 08 günündən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v. 123-125); Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzadan vaxtından əvvəl şərti azad edilsə də, yenidən qəsdən cinayət törətmiş, hal-hazırda məhkumuğu ödənilməmişdir. “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, protokola əlavə edilmiş 02 vərəqədən və 1 ədəd CD diskdən görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 02 vərəqəyə baxış keçirilən zaman müəyyən olundu ki, “X” kimi qeyd olunmuş şəxslə Zərərçəkmiş şəxs1 arasında “Whatsapp” tətbiqi vasitəsilə yazışmalar aparılmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd CD diskə daxil olduqda içərisində “AUD-20250130-WA0028” kimi qeyd olunmuş səs yazısının olması aşkar olunmuşdur. (i.v. 8-11); “Hadisə yerinə baxış barədə“ xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı ev ünvan 3 ünvanında yerləşir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ümumilikdə 4000 manat pulu yaşadığı həmin evdə vermişdir. (i.v.57-58); “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi bir ədəd DVD diskə daxil olduqda içərisində “VİD-20250623-WA0013” kimi qeyd olunmuş videogörüntünün olması aşkar olunmuşdur. Həmin videogörüntüyə baxdıqda Zərərçəkmiş şəxs2 yaşadığı evdə Təqsirləndirilən şəxs 100 manatlıq əskinaslardan ibarət pul verməsi müəyyən edilmişdir. (i.v. 82-83); “Sübutların qiymətləndirilməsi haqqında” 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə yenidən ittiham elan olunmuş və xx.xx.2025-ci il tarixli qərarla barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, CM-nin 181-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən iki il keçdiyindən onun əməlində cinayətlərin residivinin olmaması nəzərə alınmış, “Whatsapp” yazışmalarına dair 02 vərəq və 02 ədəd disk, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, “baxış keçirilməsi və götürmə haqqında” və “baxış keçirilməsi haqqında” protokollar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq 5000 və 4060 manat pulun alınaraq onlara ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:00-da saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə təhvil verilmişdir. Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış məktubdan görünür ki, barəsində axtarış elan olunmaqla, həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına aparılmışdır. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməsi öz ifadələri ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən dələduzluq epizodları üzrə etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prossessaul Məcəlləsinin, 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. CM-nin 178.2.2-ci maddələrinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum 11 iyun 2015-ci il tarixli qərarına görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərara əsasən şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin Qərara əsasən dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər» Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. CM-nin 75-ci maddəsinə əsasən Müddətin keçməsi ilə bağlı şəxs böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Tələbnamədən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 62-ci maddəsi hökmdən xaric edilmiş və CM-nin 156.1,182.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 68.1-1, 66.2, 66.5, 69.3-cü maddələri nəzərə alınmaqla 02 il 10 ay 15 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 il 01 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu vahid niyyətlə əhatə olunan qəsdlə 06 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvanında 1000 manat, 06 avqust 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək olan müddət ərzində yenə də onun yaşadığı evdə hissə-hissə olmaqla 500, 600, 400 və 1500 manat, ümumilikdə 4000 manat məbləğində pulunu alıb ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ilk epizod olan CM-nin 178.1 -ci maddəsində nəzərdə tutulan cinayəti 2023-cü ilin 06-21 avqust tarixədək olan müddətdə törətmiş və həmin iş üzrə məsuliyyətə cəlb etmə müddəti bitmişdir. İlk epizod üzrə cinayət əməlini vaxtından əvvəl şərti azad olunduğu müddət bitmədən törətmişdir. Belə olan halda məhkəmə ilk epizod üzrə məsuliyyətə cəlb etmə müddəti bitdiyi üçün cəza təyin edə bilmir, buna görə də iş üzrə icraata xitam verməlidir. Xitam verildiyi üçün ikinci epizod CM-nin 178.1-ci maddəsinə tövsif edilməli və həmin cinayət əməli üzrə cəza təyin edilməlidir. İlk epizod vaxtından əvvəl şərti azad etmə üçün müəyyən edilmiş dövrdə törədildiyi, həmin epizod üzrə də cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyi üçün xitam edildiyindən cəzanın çəkilməmiş hissəsi yekun cəza təyini zamanı, yəni ikinci epizodun cəzası ilə toplana bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs ilk epizod üzrə nəzərdə tutulmuş əməli 2023-cü ilin 06-21 avqust tarixinədək olan müddətdə törətdiyindən həmin epizod üzrə məsuliyyətə cəlb etmə müddəti bitmişdir. Belə olan halda məhkəmə ilk epizod üzrə məsuliyyətə cəlb etmə müddəti bitdiyi üçün cəza təyin edə bilmir, buna görə də həmin epizod üzrə icraata xitam verilməlidir. Belə olan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlindən peşman olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs bundan öncə də məhkumluq həyatı yaşamasını, lakin islah olunmayaraq, yenə də qəsdən cinayət törətdiyini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 22 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut-“whatsapp” yazışmalarına dair 02 vərəq və telefon danışıqlarını özündə əks etdirən 02 (iki) ədəd audiofaylın olduğu 01 (bir) ədəd DVD disk və zərərçəmiş şəxs Zərərçəkmiş şəxs2 yaşadığı evdə Təqsirləndirilən şəxs pul verməsini özündə əks etdirən videogörüntünün olduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmaqla, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia isə tam təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1, 181.1.1, 181.1.2 və 181.2.3-cü maddələrinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın əvəzi olaraq Təqsirləndirilən şəxs 5000 manat məbləğində pul tələb etmişdir. Həm təqsirləndirilən şəxsin, o cümlədən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı və məhkəmə iclasında vermiş olduğu ifadələrindən müəyyən edilmişdir ki, həqiqətən də göstərilən məbləğdə vəsait Təqsirləndirilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulmuşdur. Məhkəmə belə olan halda hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 5000 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan üzrə CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizod üzrə icraata xitam verildiyindən Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılmalı, onun tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə geri qaytarılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 27 (iyirmi yeddi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 297 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin, o, həmin maddə ilə təqsirli bilinsin və 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdən 14 iyun 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 22 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “whatsapp” yazışmalarına dair 02 vərəq və telefon danışıqlarını özündə əks etdirən 02 ədəd audiofaylın olduğu 01 ədəd DVD disk və zərərçəmiş şəxs Zərərçəkmiş şəxs2 yaşadığı evdə Təqsirləndirilən şəxs pul verməsini özündə əks etdirən videogörüntünün olduğu 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin, 5000 manat məbləğində vurulmuş ziyan Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılsın, ödənilmiş dövlət rüsumunun əvəzi 60 manat Zərərçəkmiş şəxs2 geri qaytarılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-493/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-493/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver