Məhkəmə qərarları › İş №1(060)-494/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-494/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-494/2024 13.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədilə 2023-cü ilin noyabr ayının ortalarında, günorta saatlarında Sumqayıt şəhəri, Bulvar küçəsi, Kristal ünvan 2 ünvanında yerləşən evin yataq otağındakı çarpayıda aralarında 6 yaş fərq olan, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx.xx.2009-cu il təvəlüdlü Zərərçəkmiş şəxs ilə onun könüllü razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuş və bu əməli 2023-cü ilin dekabr ayının 15-dək mütəmadi olaraq davam etdirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs xx.xx.2023-cü ildən tanıyır. Belə ki, o, həmin gün Sumqayıt şəhəri, Bulvar ərazisində gəzişərkən ilk dəfə İradəni yanında rəfiqəsi ilə gəzdiyini görmüş, ona yaxınlaşaraq tanış olmaq istədiyini bildirmiş və İradə buna etiraz etiraz etməmiş, onlar arasında sevgi münasibətləri yaranmışdır. O, İradənin 14 yaşı olduğunu bilmiş, lakin ona qarşı fikri ciddi olduğu üçün evlənmək niyyətində olmuşdur. Onlar İradənin 16-17 yaşına çatdığını gözləyəcəyi və daha sonra onunla evlənəcəyi barədə razılığa gəlmişlər. Bu barədə o, öz valideyinlərinə də bildirmiş və tanışlıqlarından təxminən 2 ay sonra İradə onu anası Xəyalə ilə tanış etmişdir. Tanış olan zaman o, Xəyaləyə qızı barədə niyyətinin ciddi olduğunu və gələcəkdə onunla ailə həyat qurmaq istədiyini bildirmişdir. Xəyalə də onun İradə ilə münasibətlərinin davam etməsinə razılıq vermişdir. 29 oktyabr 2023-cü il tarixdə İradənin 14 yaşı tamam olmuş, o, İradənin ad gününə tort və bir ədəd üzərində "13" rəqəmi yazılan kloun olan gümüş sep hədiyyə alaraq İradə və onun anası Xəyalə ilə birlikdə Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən restoranlardan birində oturub ad gününü qeyd elmişdir. O, həmin vaxta kimi İradə ilə cinsi əlaqədə olmamış, təxminən 2023-cü ilin noyabr ayının ortaları və ya axırında günortadan sonra o, İradə ilə görüşüb onunla birlikdə evləri üçün marketdən alış-veriş etmiş və İradəyə kömək məqsədi ilə onun aldığı əşyaları yaşadıqları mənzilə kimi aparmaqda köməklik etmişdir. İradə anası evdə olmadığı üçün onu yaşadıqları evə dəvət elmiş və İradə ilə söhbət edərkən özünü saxlaya bilməmiş, bir dəfə İradəni öpmüşdür. İradə də onu öpmüş və hər ikisi ehtiraslanmış, onlar yataq otağına keçib soyunmuş və o, ilk dəfə İradənin razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Əlaqə nəticəsində İradənin qızlıq bəkarəti pozulmuş və İradənin cinsi orqanından qan gəlmişdir. İradə bu barədə anasına məlumat verməyəcəyini bildirmiş, bundan sonra onlar təxminən dekabr ayının ortalarınadək İradənin razılığı ilə həmin mənzildə daha 3-4 dəfə ayrı-ayrı tarixlərdə cinsi əlaqədə olmuşlar. O, İradənin 14 yaşı olduğunu və 16 yaşına çalmadığını bilmiş, buna baxmayaraq öz ehtirasına sahib çıxmayaraq İradənin öz təklifi ilə onunla cinsi əlaqədə olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə gələcəkdə evlənəcəyini, bununla bağlı ailələr arasında razılıq olmasını, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə edilməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, 2022-ci ilin senytabr ayında keçirilmiş dörd günlük “Qisas” əməliyyatdında iştirak edərək döyüş şəraitində xəsarətlər almasını və buna görə uzun müddət müalicə almasını, hazırda da stasionar şəraitdə müalicəyə ehtiyacının olmasını nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və qanuni nümayəndənin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Sumqayıt şəhəri, 10 saylı orta məktəbin 7-ci sinif şagirdi olsa da, 6-cı sinifi qurtardıqdan sonra öz təşəbbüsü ilə yeni təhsil ilindən məktəbə getməkdən imtina etmişdir. 13 iyul 2023-cü il tarixdə rəfiqəsi Zəhra ilə birlikdə Sumqayıt şəhəri, Bulvar ərzasində gəzərkən ona tanımadığı özünü Cavanşir kimi təqdim edən gənc oğlan yaxınlaşmış və ona tanış olmaq istədiyini bildirmişdir. İlk baxışdan onun Cavanşirdən xoşu gəldiyi üçün ona etiraz etməmiş və bundan sonra onunla mütəmadi olaraq görüşməyə, telefon vasitəsi ilə danışmağa başlamışdır. Bundan təxminən iki ay sonra o, Cavanşiri öz anası Xəyalə ilə də tanış etmişdir. O, 29 oktyabr 2023-cü il tarixdə anası Xəyalə ilə birlikdə Sumqayıt şəhəri Bulvar ərazisində yerləşən restoranlardan birində 14 yaşını qeyd edərkən Cavanşir də həmin ad günündə iştirak etmiş və ona tort, üzərində tanışlıq tarixləri olan "13" rəqəmini əks edən gümüş boyunbağı da hədiyyə etmişdir. Ad günündən bir iki həftə keçdikdən sonra, yəni təxminən 2023-cü ilin noyabr ayının ortalarında günorta saatlarında yaşadığı evin yaxınlığındakı marketdə Cavanşirlə birlikdə bazarlıq etmişlər, daha sonra Cavanşir mağazadan alınan əşyaların onun yaşadığı mənzilə daşınmasında ona köməklik etmiş və evə çatdıqda həmin vaxt anası Xəyalə işdə olduğu üçün Cavanşiri yaşadığı mənzilə dəvət etmişdir. Onlar birlikdə oturub söhbət edərkən Cavanşir onu öpmüş və o da öpüşdən ehliraslanmış, o da Cavanşiri öpmüşdür. Bundan sonra hər ikisi yataq otağına keçmiş və Cavanşir onu soyundurduqdan sonra öz razılığı ilə ilk dələ Cavanşirlə cinsi əlaqədə olmuşdur. Cavanşir öz cinsi orqanını onun cinsi orqanına salmış, həmin yerdən qan gəldiyi üçün o, qızlıq bəkarətinin pozulduğunu başa düşmüşdür. Daha sonra Cavanşir evdən çıxıb getmiş, lakin o, bu barədə anasına heç bir söz deməmişdir. Bundan sonra Cavanşirlə ayrı-ayrı vaxtlarda, yaşadığı mənzildə daha 3 dəfə cinsi əlaqədə olmuş, sonuncu dəfə 2023-cü ilin dekabr ayının 15-nə təsadüf etmişdir. 08 yanvar 2024-cü il tarixdə, səhər saatlarında anası Xəyalə ilə evdə olarkən anasına Cavanşirlə bir neçə dəfə cinsi əlaqədə olduğunu demiş, Xəyalə bundan əsəbiləşərək onunla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedərək şikayət ərizəsi yazmışdır. Cavanşir onunla cinsi əlaqədə olarkən heç vaxt ona qarşı zor tətbiq etməmiş, hər dəfə cinsi əlaqə özünün istəyi və razılığı ilə olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ailələrinin də razılığı ilə evlənmə yaşı çatdıqda Təqsirləndirilən şəxs ilə evlənəcəyini, sonuncuya qarşı şikayətçi olmadığını bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Bu barədə həm notarial qaydada təsdiq olunmuş ərizəni, həm də məhkəmə iclasında yazdığı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs Sumqayıt şəhəri 10 saylı orla məktəbin 7-ci sinif şagirdi olsa da, lakin 6-cı sinfi qurtardıqdan sonra öz təşəbbüsü ilə yeni məktəb ilində məktəbə getməkdən imtina etmişdir. 2023-cü ilin oktyabr ayında qızı İradə ona Cavanşir adlı bir oğlanla tanış olduğunu və bir-birlərini sevirdiklərini bildirmiş, daha sonra onu da Cavanşirlə tanış etmiş və aralarında mehriban münasibət yaranmışdır. Hətta qızı İradənin 29 oktyabr 2023-cü il tarixdə ad gününü də Cavanşir və İradə ilə birlikdə restoranda qeyd etmiş və Cavanşir İradəyə onunla 13 iyulda tanış olması ilə əlaqədar 13 rəqəmini əks etdirən gümüş boyunbağı da hədiyyə etmişdir. Bəzi hallarda Cavanşir özü və bəzi hallarda isə Cavanşirin anası da onlara gəlib-getmiş və İradə 18 yaşına çatandan sonra el adəti ilə toy edərək onları evləndirmək barədə razılaşmışlar. O, 08 yanvar 2024-cü il tarixdə İradə ilə evdə söhbət edərkən qızı öz istəyi ilə Cavanşirlə 2023-cü ilin noyabr ayının ortalarında yaxın münasibətdə olduğunu və Cavanşirin onun bakirəliyini pozduğunu bildirmişdir. Cavanşirin İradə ilə cinsi əlaqədə olmasını eşitdikdə onun halı pisləşmiş və İradəyə öz iradını bildirmiş, dərhal bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdikdən sonra Sumqayıt ŞPİnin 4-cü PB-nə dəvət olunmuş və o, hadisə barədə ərizə ilə müraciət elmişdir. Hal-hazırda Cavanşir və onun ailə üzvləri ona qızının nigah qurmağa hüquq verən yaş həddinə çatdıqda onunla evlənəcəyinə söz vermiş və el adəti ilə onları nişanlamışlar. Bu səbəbdən Cavanşirdən hər hansı şikayət və ya tələbi yoxdur. Hazırda onunla barışmışlar, gələcəkdə qızı ilə Cavanşiri evləndirməyi palnlaşdırırlar. Cinayət işinin 28-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-ci vərəqəsində olan qətimkan tədbiri seçiməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad olunmuşdur. Cinayət işinin 79-81-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli, 08 saylı məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və yu xəsarət izi aşkar edilməmiş. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş, pozulma müddəti iki həftədən arlqıdır. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Cinayət işinin 93-96-cı vərəqələrində olanxx.xx.2024- cü il tarixli. 894 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs idrak proseslərinin qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.) normaya uyğun olması müəyyən edilir. Zərərçəkmiş şəxs əqli və psixi inkşafı inyelleklual-mneslik imkanları normaya uyğundur, genlik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Cinayət işinin 70-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs notarial ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayəti yoxdur. Sonuncuya yüngül cəza təyin edilməsini xahiş edir. Ərizə qanuni nümayəndə tərəfindən də təsdiq edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, 18 yaşı tamam olan kimi onunla evlənəcək. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, sonuncuya azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təin edilməsini xahiş edir. Ərizə qanuni nümayəndə tərəfindən də təsdiq edilmişdir. Cinayət işinin 73-cü vərəqəsində olan Sumqayıt ŞİH başçısının 16 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 77-ci vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli Hərbi hissənin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək xəsarət almış və ona “barotravma. İki tərəfli koxlear nevrit” diaqnozu qoyulmuşdur. Cinayət işinin 74-cü vərəqəsində olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Kəlbəcər rayonu, Çermu istiqamətində gedən döyüşlərdə mərmi partlaması nəticəsində xəsarət almışdır. Buna görə stasionar müalicə və müayinəyə qəbul edilmişdir. Diaqnoz: “barotravma. İki tərəfli kəskin koxlear nevritdən sonrakı vəziyət, sol diz oynağının medial menskinin arxa buynuzunun horizontal yırtığı”. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs hərbi biletinin surətindən görünür ki, o, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərə N nömrəli hərbi hissənin tərkibində Kəlbəcər rayonu ərazisində atıcı-qumbaraatan köməkçisi vəzifəsində döyüş əməliyyatlarında iştirak etmidir. Cinayət işinin materiallarında olan 1 nömrəli Sumqayıt şəhər xəstəxansının 07 iyun 2024-cü il tarixli göndəriş sənədinin surətindən görünür ki, Təqsirləndirilən şəxs stasionar müalicəyə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və qanuni nümayəndənin ifadələri, ekspert rəyi, həmçinin digər iş materialları ilə onun on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə —üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin heç bir tələb və şikayətinin olmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək xəsarətlər almasını, hazırda stasionar müalicəyə ehtiyacının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin heç bir tələb və şikayətinin olmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək xəsarətlər almasını, hazırda stasionar müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini minənədək dəyişdirilmədən saxlanılmalıdır və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yeri üzrə Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yeri üzrə Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar