Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-495/2022 25.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 02 il 04 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 1 il müddətə azaldılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq xeyli miqdarda talamaq məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olub talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məşədi ilə, xx.xx.2020-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, ünvan 2 ünvanına qanunsuz olaraq hasardan aşma yolu ilə həyətə daxil olub, həyətdən tapdığı dəmir parçası ilə evin 1-ci mərtəbəsində olan dəmir barmaqlıqları fiziki güc tətbiq edərək açmış və oradan 140 manat dəyərində 01 ədəd 5 llitrlik odun samovar, 60 manat dəyərində 01 ədəd «interskol DA-12 GR» markalı drel, 180 manat dəyərində 01 ədəd «interskol ptk- 250/1500» markalı laqondanı oğurlayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 380 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin həyətinə qanunsuz olaraq daş hasarı aşmaqla, orada yerləşən evin 2-ci mərtəbəsindəki qapını fiziki güc tətbiq edərək daxil olub, oradakı otaqlardan 1600 manat dəyərində 01 ədəd “LG” markalı qaz piltəsini, 800 manat dəyərində 01 ədəd “LG” markalı aspiratoru, hər biri 250 manat olmaqla, cəmi 500 manat dəyərində 02 ədəd xalçanı, hər biri 600 manat olmaqla, cəmi 1200 manat dəyərində 02 ədəd “ÇROHE” markalı smistiteli oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 4100 (dörd min yüz) manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə 23:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin həyətinə qanunsuz daş hasarı aşmaqla daxil olub, evin 1-ci mərtəbəsində olan anbar kimi istifadə olunan otaqdan 5000 manat dəyərində 01 ədəd "Fifa" siqnalı, 650 manat dəyərində 500 metr uzunluğunda “H05VV-F 5x2,5mm2” markalı mis kabel, evin 1-ci mərtəbəsində olan hər biri 2100 manat olmaqla, cəmi 4200 manat olan “İnvestor” markalı 2 ədəd kondisoner, 1500 manat dəyərində 01 ədəd mikrolonovkanı oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 11350 (on bir min üç yüz əlli) manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə 23:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin həyətinə qanunsuz olaraq daş hasarı aşmaqla daxil olub, evin 3-cü mərtəbəsindən hər biri 400 manat olmaqla, cəmi 1200 manat dəyərində 03 ədəd dekorativ pərdə, hər biri 600 manat olmaqla, cəmi 1200 manat dəyərində 02 ədəd “ÇROHE” markalı smistiteli, hər biri 90 olmaqla cəmi 450 manat dəyərində 5 ədəd 12 seksiyalı “Global” markalı radiatoru və həyətdə olan 30 manat dəyərində 01 ədəd “Marquis MKP-62” markalı su motorunu oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 2880 (iki min səkkiz yüz səksən) manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə 23:45 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin həyətinə qanunsuz olaraq daş hasarı aşmaqla daxil olub, evin 2-ci mərtəbəsindən hər biri 90 manat olmaqla, cəmi 360 manat 4 ədəd 12 seksiyalı “Global” markalı radiatoru və evin 3-cü mərtəbəsindən hər biri 90 manat olmaqla, cəmi cəmi 360 manat dəyərində 4 ədəd 12 seksiyalı “Global” markalı radiatoru oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 720 (yeddi yüz iyirmi) manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus, Sumqayıt şəhəri, Bağlar massivində yerləşən 1390 nömrəli bağ evinə qanunsuz olaraq hasarı aşma yolu ilə daxil olub, orada olan 2 mərtəbəli yarımtikilinin 1-ci mərtəbəsinin giriş qapısına fiziki güc göstərib açaraq, oradan, 60 manat dəyərində “H05VV-F 2x2,5 mm2” markalı 100 metr elektrik naqillərini, daha sonra pilləkən ilə yarımtikilinin ikinci mərtəbəsinə qalxaraq oradan 450 manat dəyərində 01 ədəd Aliminium və PVC materiallarının kəsim aparatı Yılmaz KD-KY- 300, 30 manat dəyərində 01 ədəd «interskol DU-13/650 GR» markalı drel preparatı, 20 manat dəyərində 01 ədəd «interskol D-350 GR» markalı drel, 80 manat dəyərində 01 ədəd "əfəndilər markali" su qızdırıcısı, 60 manat dəyərində 01 ədəd “TEH 230mm 2400w” markalı laqonda oğurlayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 700 (yeddi yüz) manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus, Sumqayıt şəhəri, Novxanı bağları, Sarı qaya bağlar massivində yerləşən yaşayış evinə qanunsuz olaraq hasarı aşma yolu ilə daxil olub, evin 1-ci mərtəbəsinin plastik qapısına fizizi güc tətbiq edərək açmış, oradan 01 ədəd 950 manat dəyərində “warm house” markalı kombi, 300 manat dəyərində 01 ədəd “Shımge” markalı su motoru, 250 manat dəyərində 100 metr uzunluğunda “H05VV-F 5x2,5 mm2” markalı elektrik naqillərini oğurlamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 (min beş yüz) manat dəyərində maddi ziyan vurmşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs1 məxsus, ünvan 3 ünvanına qanunsuz daxil olaraq evin 2-ci mərtəbəsindən 140 metr uzunluğunda (1*50) markalı elektrik naqillərini kəsməsi nəticəsində 700 manat dəyərində, 250 metr OTB markalı lambirinin sökməsi nəticəsində 875 manat dəyərində Zərərçəkmiş şəxs1 ümumilikdə 1575 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o narkotik vasitələrin alüdəçisi olduğuna görə oğurluqlar edib narkotikə olan tələbatını ödəmişdir. xx.xx.2021-ci il tarixdə gecə saat 23 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivi, Çinarlı küçəsi 143 nömrəli evin işiqlarının sönük vəziyyətdə olduğunu görmüş, fikirləşmişdir ki, həmin evdə yaşayış yoxdur, ya da ki, həmin evin sahibi evdə yoxdur. Bu səbəbdən həmin evə girmək qərarına gəlmişdir. Həmin vaxtı o həmin əraziyə öz istifadəsində olan “VAZ 2106” markalı avtomobili ilə getmişdir. Lakin həmin avtomobili 2021-ci ilin dekabr ayının sonlarında sahibinə geri qaytarmışdır. Əvvəlcə həmin həyətə hasarı aşma yolu ilə daxil olmuşdur. Bundan sonra həmin evin 1-ci mərtəbəsində olan pilləkən ilə evin 2-ci mərtəbəsinə qalxmış və qapını itələyib açmışdır. Orada olan 2 ədəd smistiteli, 2 ədəd xalçanı, 1 ədəd qaz piltəsi və 1 ədəd aspiratoru hissə hissə gəldiyi maşına yığmışdır. Götürdüyü əşyaları Bakı şəhərində tanımadığı şəxlərə satmışdır. xx.xx.2021 -ci il tarixdə yenə də “VAZ 2106” markalı avtomobil ilə yenidən həmin ünvana gəlmişdir. Evin işıqları yanmadığından əmin olmuşdur ki, evdə heç kim yoxdu. Evə girib evin 1-ci mərtəbəsində anbarın qapısını fiziki güc göstərərək açıb oradan 1 ədəd “Fifa” siqnalı, mis kabel, daha sonra evin birinci mərtəbəsində olan 2 ədəd kondisoneri, 1 ədəd mikrolonovkanı götürüb hissə hissə daşıyaraq avtomobilə qoymuşdur. Oğurladığı əşyaları Bakı şəhərində tanımadığı şəxslərə satmışdır. 3-cü dəfə oğurluq məqsədilə xx.xx.2021-ci il tarixdə yenə də həmin ünvana gələrək evin 3-cü mərtəbəsinə qalxmış, orada olan 3 ədəd dekorativ pərdəni, 2 ədəd smistiteli və həyətdə olan su motorunu hissə hissə daşıyaraq avtomobilə qoymuşdur. Bundan başqa həmin evin 1 -ci mərdəbəsindən 5 ədəd 12 seksiyalı radiatoru söküb gəldiyi avtomobilə qoymuşdur. Həmin əşyaları da Bakı şəhərində tanımadığı şəxslərə satmışdır. Pulu qurtardığı üçün qazanc əldə etmək niyyəti ilə xx.xx.2021-ci il tarixdə həmin ünvana yenidən gələrək 2-ci mərtəbəsindən 12 seksiyalı 4 ədəd və 3-cü mərtəbəsindən 4 ədəd 12 seksiyalı radiatorları söküb avtomobilə yükləmişdir. Götürdüyü əşyaları Bakı şəhərində tanımadığı şəxslərə satmışdır. Bundan başqa xx.xx.2021 -ci il tarixdə axşam saat 01 radələrində Sumqayıt şəhəri, Novxanı bağları, Sarı Qaya bağ massivində yarım tikili ev görmüşdür. Əvvəlcə ətrafa baxıb heç kimin olmadığını görüb, hasarı aşma yolu ilə həyətə daxil olmuşdur. Evin 1 -ci mərtəbəsində olan plastik qapını fiziki təsir göstərərək açmışdır. Evə daxil olub oradan 01 ədəd kombi, 01 ədəd su motoru və mis materiallardan olan elektrik naqillərini oğurlayıb ipə bağlamaqla, həyətdən çıxarıb avtomobilə qoymuşdur. Həmin əşyaları da Bakı şəhərində tanımadığı şəxslərə satmışdır. Həmin ünvana da, “VAZ 2106” markalı avtomobil ilə gəlmişdir. Bundan başqa 09.01,2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Novxanı bağ massivində Çinarlı küçəsində yerləşən bağ evinə hasarı aşma yolu ilə həyətə daxil olaraq evin çöl hissəsindən tavanın lambirini sökərək elektrik naqillərini oğurlayıb qaçan zaman polis əməkdaşları onu saxlamışlar və polis bölməsinə gətirib izahatını alıb sərbəst buraxmışlar. Bundan əlavə xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixə keçən gecə saat təxminən 02 radələrində “VAZ 2106” markalı avtomobil ilə Sumqayıt şəhəri, Novxanı bağlar massivi ətrafını gəzərkən orada olan 1390 saylı bağ evinin işıqlarını sönülü vəziyyətdə olduğunu görmüşdür. Avtomobildən düşüb hasardan bağ evinə baxmış və ona məlum olmuşdur ki, orada heç kim yoxdur. Bundan sonra hasarı aşaraq orada olan 2 mərtəbəli yarımtikilini görmüşdür. Əvvəlcə 1-ci mərtəbədə olan dəmir qapını fiziki güc tətbiq edərək açmış orada olan elektrik naqillərini görmüş və götürmüşdür. Bundan sonra 2-ci mərtəbəyə pilləkən ilə qalxaraq orada olan 1 ədəd drel, 1 ədəd drel preparator, 1 ədəd mişar, 1 ədəd su qızdırıcısı, 1 ədəd laqondanı götürüb çıxmışdır. Götürdüyü əşyaları Bakı şəhərində tanımadığı şəxslərə satmışdır. Bundan başqa 16 aprel 2020-ci il tarixdə gecə saat 02 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi 4-cü məhəllə, mənzil 1316-dakı evin hasarından aşıb həyətə daxil olub, evin 1-ci mərtəbəsində olan dəmir barmaqlıqları həyətdən tapdığı dəmir parçası ilə sındıraraq daxil olub, oradan bir ədəd 5 litrlik somavar, bir ədəd drel və bir ədəd laqondanı oğurlamışdır. Qeyd etdiyi oğurluqlardan başqa heç yerdə oğurluq etməmiş və həmin oğurluqların hamısını tək etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmaqla, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 vurulmuş maddi zərərin ödənildiyini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 vurulmuş maddi zərəri ödəməyə maddi imkanının olmadığını, himayəsində 3 azyaşlı uşaqlarının olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Qara-Çuxur qəsəbəsi, A.Şadlinski küçəsi ev 8-də qeydiyyatda olmaqla, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqaüdçüdür. ünvan 3 ünvanında yerləşən bağ evi 2012-ci il tarixdən etibarən ona məxsusdur. Hər ilin yay aylarında istirahət etmək üçün ailə üzvləri ilə birlikdə həmin bağ evinə köçərək orada yaşayırlar. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə yarım saatlığa bağ evinə baş çəkmək məqsədilə oraya gəlmiş, lakin hər hansı bir xoşagəlməz bir hadisə ilə rastlaşmamışdır. xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində yenidən bağ evinə baş çəkməyə gəlmişdir. Bu zaman bağ evinin bəzi otaqlarının dağınıq və evin 2-ci mərtəbəsinin plastik qapısının açıq olduğunu görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, bağ evinə naməlum şəxs və ya şəxslər daxil olaraq oğurluq etmişlər. Bu səbəbdən dərhal Azərbaycan Respublikası DİN-102 zəng mərkəzi xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları bağ evinə gəlmişlər müəyyən sənədləşmə işləri aparmışlar. Bağ evindən ümumi dəyəri 2600 manat olan 13 ədəd global markalı radiator, hər biri 2100 manat dəyərində 2 ədəd “İnvestor” markalı kondisoner, 1500 manat dəyərində bir ədəd mikrolonovka, 1600 manat dəyərində “LG” markalı qaz piltəsi, 800 manat dəyərində bir ədəd “LG” markalı aspirator, hər biri 600 manat olmaqla, ümumi dəyəri 2400 manat olan 4 ədəd simistitel (ÇROHE), 1000 manat dəyərində mis kabel, 5000 manat dəyərində bir ədəd avtomobil üçün “Fifa” siqnalı, hər biri 250 manat olmaqla, ümumi dəyəri 500 manat olan 2 ədəd xalça, 3 ədəd ümumi dəyəri 1200 manat olan deroktiv pərdə və 50 manat dəyərində bir ədəd su nasosu oğurlanmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə yenidən ona məxsus Çinarlı küçəsində yerləşən evində oğurluq hadisəsi baş verdiyindən bu barədə polis əməkdaşları oğlu Rafaelə məlumat vermişlər. Oğlu dərhal həmin evə getmiş və görmüşdür ki, evin 2-ci mərtəbəsinin çöl hissəsində olan tavanın 875 manat dəyində, 250 metr OTB markalı lambiri sökülmüş və 700 manat dəyərində, 140 metr uzunluğunda (1*50) markalı elektrik naqilləri kəsilmişdir. Həmin hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və məlum olmuşdur ki, yaşadığı evdə baş vermiş oğurluqları da həmin şəxs etmişdir. Sonuncu oğurluq nəticəsində də ona 1575 manat dəyərində maddi ziyan dəymişdir. Qeyd etdiyi əşyaların hamısını 2012-ci il tarixdə bağ evinə köçdüyü zaman almışdır. Ona ümumilikdə 22425 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun əlavə olaraq Sumqayıt şəhəri, Novxanı bağlar massivində 1390 nömrəli bağ evi vardır. Lakin həmin bağ evində daimi yaşayış yoxdur. O, həmin bağ evinə nəzarət etmək üçün mütəmadi olaraq gedib gəlir. Əsasən ailəsi ilə birlikdə həmin bağ evində yay aylarında vaxt keçirir. Həmin bağ evinin həyətində 2 mərtəbəli tikili vardır. Həmin tikilinin birinci mərtəbəsində hamam tualet, 2-ci mərtəbəsini isə anbar kimi istifadə edir. O, axırıncı dəfə həmin bağ evində 13 oktyabr 2021 -ci il tarixdə olmuşdur. Həmin vaxtı da, bağ evində hər şey qaydasında olmuşdur. Bundan sonra 16 oktyabr 2021 -ci il tarixdə yenidən həmin bağ evinə nəzarət etmək üçün gələn zaman həyətdə olan 2 mərtəbəli tikilinin 1-ci mərtəbəsində olan pəncərənin açıq olduğunu görmüş və şübhələnmişdir ki, naməlum şəxs və ya şəxslər ora daxil olmuşlar. Bu səbəbədən Azərbaycan Respublikası DİN-102 zəng mərkəzi xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra ona konkret olaraq məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər həmin yarımtikilinin 1-ci mərtəbənin dəmir qapısını açaraq oraya daxil olmuşlar. Həmin naməlum şəxs və ya şəxslər həmin yarımtikilinin 1-ci mərtəbəsindən “H05VV-F 2x2,5 mm2” markalı 100 metrlik elektrik naqillərini, pilləkən ilə 2-ci mərtəbəyə qalxıb orada olan «interskol D-350 GR» markalı 1 ədəd drel, 1 ədəd «interskol DU- 13/650 GR» markalı drel preparator, Aliminium və PVC materiallarının kəsim aparatı Yılmaz KD-KY- 300 markalı 1 ədəd mişar, 1 ədəd "Əfəndilər" markalı su qızdırıcısı, 1 ədəd “TEH 230mm 2400w” markalı laqondanı oğurlamışlar. Sonradan ona məlum olmuşdur ki, ona məxsus bağ evindən oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmədiyini bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəmə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə bu səbəbdən də işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq Bakı şəhəri, “Azərbaycan Super Market MMC”-də şöbə müdiri vəzifəsində işləyir. Sumqayıt şəhəri, Noxvanı Bağları, Sarı qaya bağlar massivi B596 nömrəli özünə məxsus fərdi yaşayış evində 2021 -ci il ilin fevral ayından tikinti işləri aparılır. 24 dekabr 2021 -ci il tarixdə o, yaşadığı evdə olmuşdur. Tikinti işlərinə rəhbərlik edən Eldar adlı şəxs də onunla birlikdə olmuşdur. Onlar həmin günü qapını bağlayıb birlikdə çıxmışlar. Ertəsi günü 25 dekabr 2021 -ci il tarixdə Eldar ona zəng edərək bildirmişdir ki, həmin evdən oğurluq olmuşdur. O, da dərhal həmin ünvana gəlmiş və görmüşdür ki, evin arxa hissəsində olan anbardan bir ədəd 950 manat dəyərində “warm house” markalı kombi, 01 ədəd 300 manat dəyərində “Shımge” markalı su motoru, evin 1-ci mərtəbəsində olan plastik qapıya fiziki təsir göstərib açaraq 200 manat dəyərində 100 metr uzunluğunda “H05VV-F 5x2,5 mm2” markalı elektrik naqillərini naməlum şəxs və ya şəxslər oğurlamışdır. Bundan sonra o, dərhal bu barədə DİN-102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlmişlər və evə və evin ətrafına baxış keçirtmişlər. Baş vermiş oğurluq nəticəsində heç kimdən şübhələnməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, ona məxsus fərdi yaşayış evindən oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə bu səbəbdən də işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs4 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 aprel 2020-ci il tarixdə yaşadığı ünvanda qapıları bağlayıb çıxmışdır. Ertəsi günü, yəni 16 aprel 2020-ci il tarixdə evə gələn zaman evin pəncərəsinin dəmir barmaqlıqlarının hər hansı bir alətlə əyildiyini, pəncərənin isə açıq vəziyyədə olduğunu görmüşdür. Həmin vaxt evə kiminsə oğurluq məqsədi ilə girdiyini başa düşmüş və gördükləri barədə polisə zəng edərək məlumat vermişdir. Sonradan içəri daxil olan zaman otağın dağınıq vəziyyətdə olduğunu və oradan bir ədəd 130 manat dəyərində 5 litrlik odun samovarın, bir ədəd 75 manat dəyərində drelin və bir ədəd 120 manat dəyərində laqondanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin kriminalistik tədqiqatlar idarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2021ci il tarixdə Sumqayıt şəhəri, Novxanı bağlar massivi, F.Kərimova küçəsi, 143-də yerləşən X1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 01 ədəd “Fanta” markalı plastik içki qabı, 01 ədəd “Rothmans" və 01 ədəd “Kent” markalı siqaret kötüyü (Sumqayıt ŞPİ-nin xx.xx.2021 -ci il tarixli, 12-39228-1221 №-li məktubu ilə) üzərində olan tüpürcək nümunələri Təqsirləndirilən şəxs (xx/xx/1994) məxsusdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşunaslıq ekspertizasının 11 mart 2022-ci il tarixli, 9/1570 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 13 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3180,0 manat müəyyən edilir. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarındakı məhkəmə-əmtəşünaslıq ekspertizasının rəyi, zərərçəkmiş şəxslərin ifadələri əsas götürülərək, oğurluq nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın dəyəri 20625 manat, Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyanın dəyəri 380 manat, Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın dəyəri 700 manat, Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın dəyəri 1500 manat olması nəzərə alınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işin materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən və Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 02 il 04 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 1 il müddətə azaldılmış, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən hissəsi 1 il 4 ay 18 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrini sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 02 il 04 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 04 ay 18 günü CM-nin 68.1.1-1-ci madddəsinə əsasən 08 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilərək Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmala 03 ay müddətihnə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 15 may 2022-ci il tarixədək uzadılmış, eyni məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddətinin 15 may 2022-ci il tarixdən hesablanmaqla 15 gün müddətinə uzadılmış, yenə də eyni məhkəmənin 17 may 2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli (iş № 1(060)-495/2022) qərarını icra edərək, 11 may 2022-ci il tarixli 697/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (iki) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 02 il 04 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 04 ay 18 günü CM-nin 68.1.1-1-ci madddəsinə əsasən 08 ay 09 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 11 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının ümumi dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-495/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-495/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver