Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-496/2021 06.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1963-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellofana bükülmüş, 8 ədəd ağ rəngli siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,027 qram, 0,049 qram, 0,070 qram, 0,047 qram 0,060 qram, 0,069 qram, 0,050 qram, ümumi təmiz çəkisi 0,414 qram narkotik vasitə olan heroin əldə edib, üzərində saxlayaraq daşımış, 21 aprel 2021-ci il tarixdə, saat 15:30-da, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yaşadığı 10 nömrəli yaşayış binasının həyətində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq 1-ci Polis Bölməsinə gətirilmiş və bölmənin xidməti otağında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofana bükülmüş, 8 ədəd ağ rəngli siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,027 qram, 0,049 qram, 0,070 qram, 0,047 qram 0,060 qram, 0,069 qram, 0,050 qram, ümumi təmiz çəkisi 0,414 qram qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamışdır. 20 aprel 2021-ci il tarixdə, saat 20:00 radələrində o, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən yaşadığı binanın yanında olan zaman orada təsadüfən tanış olduğu 35-40 yaşllarında bir oğlanla söhbət edərkən ona hərdən-bir narkotik vasitə olan “kakos”(heroin) istifadə etdiyini demiş və həmin şəxs ona 5 manatdan bir neçə büküm narkotik vasitə olan “kakos”(heroin) təşkil edə biləcəyini bildirmişdir. O, həmin oğlanla razılaşmış , həmin oğlan harasa gedərək, 5-10 dəqiqəyə gələcəyini, və ona elə həmin yerdə gözləməyini demişdir. Həmin şəxs harasa getmiş və təxminən 10-15 dəqiqədən sonra onun yanına qayıtmışdır. Qayıdarkən, həmin oğlan bir sellofanı açıb ona göstərərək içərisində 8 ədəd ağ rəngli siqaret kağızı bükümlərində narkotik vasitə “kakos”(heroin) olduğunu, o, isə həmin şəxsə, 8 büküm heroinin onun üçün cox olduğunu bildirmişdir. Həmin oğlan həmin 8 büküm heroini ona 35 manata satdığını demiş və ona görə də o, həmin şəxslə razılaşaraq 35 manat verib həmin 8 bükümü ondan öz şəxsi istifadəsi üçün almışdır. Bundan sonra həmin oğlan çıxıb getmiş, o, isə sellofanın içində aldığı 8 büküm heroini əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. 21.04.2021-ci il tarixdə, saat 15:30 radələrində o, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən yaşadığı 10 nömrəli binanın həyətində olduğu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş, özlərini təqdim etmiş və həmin vaxt sahə rəisi Müsabidə yaxınlaşmışdır. Polis əməkdaşları narkotik vasitələri əldə etməkdə, üzərində saxlayaraq daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu saxladıqlarını və özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim edərək Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 10, mənzil 18-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmiş, polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmək üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər və o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə avtomobillə bölməyə getmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xidməti otaqlarının polis formasında olan digər polis əməkdaşları özlərini təqdim etmiş, təhqiqatçı ona, hüquq və vəzifələrini izah edərək narkotik vasitələri əldə etməkdə, üzərində saxlayaraq daşımaqda və istifadə etməkdə şübhəli olunduğu üçün videoçəkiliş aparılmaqla üzəriə şəxsi axtarış keçirməli olduqlarını bildirmişdir. O, buna etiraz etməmiş və orada olan digər polis əməkdaşı video kamera ilə çəkiliş aparmışdır. Həmin vaxt təhqiqatçı Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cəlalzadə Mehdi də ona təqdim edilmiş, üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilməsinə etirazının olun-olmadığını soruşmuş və o da buna etiraz etməmişdir. Ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşyalar varsa təqdim etsin. O da məcbur olub əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən, içərisində 8 ədəd siqaret kağızı bükümlərindəki narkotik vasitə heroin olan bir ədəd sellofanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümləri acıb içərilərindən az miqdarda qəhvəyi rəngli toz şəkilində olan maddələrin narkotik vasitə olan “kakos” yəni heroin olduğunu, onları bir gün əvvəl yeni 20 aprel 2021-ci il tarixdə, saat 20:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən yaşadığı 10 nömrəli binanın yanında olan zaman orada təsadüfən tanış olduğu, tanımadığı təxminən 35-40 yaşlı oğlandan hamısını bir yerdə 35 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmişlər və üzərindən başqa heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları əynimdəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən aşkar olunmuş 8 ədəd siqaret kağızına bükülmüş narkotik vasitə olan heroinlərin çəkilərini müəyyən etmək məqsədilə siqaret kağızları bükümləri ilə birlikdə ayrı-ayrılıqda elektron tərəzinin üzərinə qoyaraq çəkmişlər. Bundan sonra polis əməkdaşları əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən aşkar olunmuş, 1 ədəd sellofana bükülmüş 8 ədəd siqaret kağızı bükümlərində olan narkotik vasitə olan heroinləri ekspertizaya göndərmək üçün başqa bir sarı rəngli kağız zərfin içərisinə qoyaraq qablaşdırmış və möhürləmişlər.Törətdiyi əməldən peşmandır. Əvvəllər məhkumluğu olmamışdır.Övladları artıq yetkinlik yaşına çatıb və o, törətdiyi bu əməəldən həqiqətən də peşmandır. Odur ki, məhkəmədən ona yüngül cəza təin etməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Əvəz oğlu ifadəsində göstərdi ki, Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayorudur. 21.04.2021-ci il tarixdə Sumqayıt şəhər sakini Nurəddin adlı şəxsin narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan , Sumqayıt ŞPİ-nin polis sahə rəisi, polis kapitanı Şahid2, 1-ci PB-nin CA üzrə kiçik inspektoru Şahid3, Pİ-nin KTB-nin kriminalisti polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 17.04.2021-ci il tarixdə saat 13 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi ərazisiə getmişlər. Təxminən saat 13:10 radələrində Rasim adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görmüş, yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs tərəflərindən üzərinə 1-ci PB-də vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə 1-ci PB-nə gəlmişlər. 1-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Mehdi Cəlalzadə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1(bir) ədəd şəffaf rəngli sellofan büküm təqdim etmişdir. Həmin sellofan bükümün içərisinə təhqiqatçı tərəfindən baxılarkən içərisində 8 ədəd ağ rəngli siqaret kağızlarından olan bükümlərin olması aşkar olunmuşdur. Həmin bükümlər təhqiqatçı Şərail Quliyev tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan qəhvəyi rəngli tozşəkilli maddələrin nə olduğu soruşulduqda o, həmin maddələrin “kokos” yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri 20.04.2021-ci tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tanımadığı şəxsdən hər bir ədədini 5 manat olmaqla ümumilikdə 40 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər hər biri ayrı ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkildi, bükümlərin çəkiləri 0.12 qram, 0.10 qram, 0.14 qram, 0.16 qram, 0.14 qram, 0.14 qram, 0.10 qram, 0.10 qram ümumilikdə çəkildikdə isə 1.0 qram olması müəyyən edilmişdir. Həmin bükümlər zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində əlavə hər hansı narkotik vasitə və ya psixotrop maddələrin olub-olmamasının müəyyən edilməsi üçün ciblərənə əynində olan paltarların qatlarına, ayaqqabılarının içərisinə papağının içərisinə, cibindən çıxmış “Vinçester” siqaret qutusuna baxılmış, lakin, hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Eləcə də, o, ifadəsində Təqsirləndirilən şəxs üzərində aşkar olunan psixotrop maddə olan metamfetamini haradan əldə etməsi barədə soruşduqda 20.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tanımadığı şəxsdən aldığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə heç bir əməliyyat məlumatının daxil olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəyini göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin polis sahə rəisi, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin sahə rəisi vəzifəsində işləyir. 21.04.2021-ci il tarixdə Sumqayıt şəhər sakini Nurəddin adlı şəxsin narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan , Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1, 1-ci PB-nin Cinayət Axtarış üzrə kiçik inspektoru Şahid3, Pİ-nin KTB-nin kriminalisti polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 17.04.2021-ci il tarixdə saat 13 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi ərazisiə getmişlər. Təxminən saat 13:10 radələrində Rasim adlı şəxsin əlamətləri ilə üstüstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görmüş, yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs tərəflərindən üzərinə 1-ci PB-də vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə 1-ci PB-nə gəlmişlər. 1-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Mehdi Cəlalzadə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1(bir) ədəd şəffaf rəngli sellofan büküm təqdim etmişdir. Həmin sellofan bükümün içərisinə təhqiqatçı tərəfindən baxılarkən içərisində 8 ədəd ağ rəngli siqaret kağızlarından olan bükümlərin olması aşkar olunmuşdur. Həmin bükümlər təhqiqatçı Şərail Quliyev tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan qəhvəyi rəngli tozşəkilli maddələrin nə olduğu soruşulduqda o, həmin maddələrin “kokos” yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri 20.04.2021-ci tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 10cu mikrorayon ərazisində tanımadığı şəxsdən hər bir ədədini 5 manat olmaqla ümumilikdə 35 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər hər biri ayrı ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkildi, bükümlərin çəkiləri 0.12 qram, 0.10 qram, 0.14 qram, 0.16 qram, 0.14 qram, 0.14 qram, 0.10 qram, 0.10 qram ümumilikdə çəkildikdə isə 1.0 qram olması müəyyən edilmişdir. Həmin bükümlər zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olubolmaması barədə heç bir əməliyyat məlumatının daxil olmamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki, sonuncu şahidlər Şahid1 və Cabbarov Müstəbinin Məhkəmə iclasında verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22.04.2021-ci il tarixli, 6/1575 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış zərfdəki içərisində 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qr., 0,027 qr., 0,049 qr., 0,070 qr., 0,047 qr., 0,060 qr., 0,069 qr., 0,050 qr., ümumi təmiz çəkisi 0,414 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 19.05.2021-ci il tarixli, 1495 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Cinayət işinin materiallarında olan 21.04.2021-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən ümumilikdə təmiz çəkiləri 1,0 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 21 aprel 2021-ci il tarixli qərara əsasən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Şərail Quliyev, əməliyyat müvəkkili, polis mayoru Şahid1, sahə rəisi, polis kapitanı Şahid2 , 1-ci PB-nin CA üzrə kiçik inspektoru Şahid3 Sumqayıt ŞPİ-nin 1-ci PBnin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görünür. 1-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Mehdi Cəlalzadə təqdim olunur və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1(bir) ədəd şəffaf rəngli sellofan büküm təqdim edir. Həmin Sellofan bükümün içərisinə təhqiqatçı tərəfindən baxılarkən içərisində 8 ədəd ağ rəngli siqaret kağızlarından olan bükümlərin olması aşkar olunur. Həmin bükümlər təhqiqatçı Şərail Quliyev tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddə olduğu aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan qəhvəyi rəngli tozşəkilli maddələrin nə olduğu soruşulduqda o, həmin maddələrin “kokos” yəni narkotik vasitə olan heroin olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri 20.04.2021-ci tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tanımadığı şəxsdən hər bir ədədini 5 manat olmaqla ümumilikdə 40 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər hər biri ayrı ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilir. Bu zaman bükümlərin çəkiləri 0.12 qram, 0.10 qram, 0.14 qram, 0.16 qram, 0.14 qram, 0.14 qram, 0.10 qram, 0.10 qram ümumilikdə çəkildikdə isə 1.0 qram olması müəyyən edilir. Həmin Bükümlər zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində əlavə hər hansı narkotik vasitə və ya psixotrop maddələrin olub-olmamasının müəyyən edilməsi ciblarına əynində olan paltarların qatlarına, ayaqqabılarının içərisinə papağının içərisinə, cibindən çıxmış “Vinçester” siqaret qutusuna baxılır, lakin, hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar olunmur. Cinayət işinin materiallarında olan X1 üzərindən aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,334 qram narkotik vasitə olan heroinin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. 27.04.2021-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hakimi Elçin Məmmədovun qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 21.04.2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 21 aprel 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2021-ci il tarixində saat 15:30-da Sumqayıt şəhərində 10-cu mikrorayon 10 saylı yaşayış binasının həyətində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şərail Quliyev tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs 23 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.həmin tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və onun barəsində polsin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 18 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyi, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal törətdiyi əməldən səmimi peşman olması, əvvəllər məhkumluğunun olmaması və 58 yaşının olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Sumqayıt şəhəri Probasiya şöbəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır.Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2021-ci il tarixində şübhəli şəxs kimi tutulmuş, 23 aprel 2021-ci il tarixində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,334 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli (iş № 1(060)-496/2021) qərarını icra edərək, 07 iyul 2021-ci il tarixli 688 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri 10-ci mikrorayon, ev 10, mənzil -18 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,334 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-496/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-496/2021
06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver