Məhkəmə qərarları › İş №1(060)-496/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-496/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-496/2022 25.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə İsmayıllı rayonu, Aşıqbayramlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İsmayıllı rayonu, Aşıqbayramlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağları, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq sonuncuya ilkin ödəniş şərti ilə almaq istədiyi avtomobili kreditə salınmasına köməklik edəcəyinə dair yalan vədlər verib inandırmaqla vahid niyyətlə 22 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən “Maşın bazarı” adlanan ərazidə 200 (iki yüz) manat məbləğində nağd pulu, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun təkidi ilə sonuncuya göndərmiş olduğu **********057534 saylı hesab nömrəsinə yüklədiyi 100 (bir yüz) manat pulu və xx.xx.2022-ci il tarixdə yenidən Zərərçəkmiş şəxs onun təkidi ilə sonuncuya göndərdiyi **********057534 saylı hesab nömrəsinə yüklədiyi 3000 (üç min) manat pulu ələ keçirib ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 3300 (üç min üç yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində olan cinayət işinin icraatına xitam verilmiş və o, həbsdən azad olunmuşdur. Bir müddətdir ki, narkotik vasitə istifadə etdiyindən maddi sıxıntılar yaşamağa başlamış, şəxsi ehtiyaclarını ödəməyi üçün pula ehiyacı olmuşdur. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən maşın bazarında olmuşdur. Sonradan adının Turxan olduğunu bildiyi bir nəfər Gəncə şəhər sakini olan şəxsin bazarda hansısa maşını bəyəndiyini lakin pulu çatmadığı üçün həmin maşını ala bilmədiyini eşitmişdir. O, Turxana yaxınlaşıb salamlaşıb və sonuncuya avtomobili kreditə salmaqda köməklik göstərə biləcəyini demişdir. Söhbət zamanı Turxan Mercedes markalı avtomobili bəyəndiyini, həmin avtomobilin qiymətinin 8200 manat olduğunu, lakin cəmi 3000 manat pulunun olduğunu demişdir. O, Turxandan 3600 manat düzəldə bilib-bilməyəcəyini soruşduqda Turxan ona həmin məbləği düzəldə biləcəyini demişdir. O, Turxana bəyəndiyi avtomobilin sahibinin yanına getməli olduğunu demişdir. O, Turxanla birlikdə sonradan adını bildiyi Sarvan adlı şəxsin yanına getmişdir. O, Sarvana avtomobili onların alacaqlarını demiş və Turxana həmin avtomobilə görə beh verməsini istəmişdir. Turxan avtomobilə görə Sarvana 300 manat beh vermişdir. Bundan sonra o, Sarvandan şirinlik istəyib və Sarvan həmin behdən 100 manatını ona vermişdir. Onlar Turxan və Sarvanla birlikdə maşın bazarında olan kafeyə getmiş və orada o, Turxan və Sarvanın hər ikisini əmin etmişdir ki, Turxan deyilən məbləği hazır edəndən sonra o, qalan məbləği kreditə salmağa köməklik edəcək və onlar 24 yanvar tarixində yenidən görüşüb avtomobilin alqı-satqısını yekunlaşdıracaq. O, həmin bazara xeyli vaxtdır gedibgəldiyindən orada onu çox adam tanıyır və çox adamla salamlaşır. Buna görə də Turxanda özünə qarşı inam yaratmışdır. Sarvanla sağollaşdıqdan sonra o, Turxandan görəcəyi işə görə 200 manat beh istəmiş və Turxan həmin pulu ona vermişdir. Bundan sonra onlar bazardan çıxıb hərəsi öz işinin ardınca getmişdir. Həmin gün axşam saatlarında o, Turxana yazıb müqavilə üçün 99 manat pul lazım olduğunu deyib və Turxan həmin pulu onun sonuncuya göndərdiyi **********057534 saylı hesab nömrəsinə 100 manat pulu göndərmişdir. Həmin kart onun tanışı Samir adlı şəxsin atasına məxsus olmuş və o, sonuncuya rayondan onun üçün pul gələcəyini deyib kart nömrəsini istəmişdir. xx.xx.2022ci il tarixdə o, Turxana zəng edib sənədlərin hazır olduğunu və ona 10-020 saylı avtomobil nömrəsini alacağını deyib və 3000 manat pulu kart hesabına göndərməsini istəmişdir. Turxan isə pulu ancaq üzbəüz görüşəndə verə biləcəyini demişdir. Bundan sonra o, Turxana səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 11 də meyvəli bazarında olmasını demişdir. xx.xx.2022-ci il tarixdə Turxan ona zəng edərək meyvəli bazarında olduğunu dedikdə o, Turxana həmin bazarda ofisdə olduğunu və sonuncunun işlərini gördüyünü deyib və sonuncudan hesab nömrəsinə 3000 manat pulu yatırmasını istəmişdir. Turxan onun dediyi hesab nömrəsinə ilk əvvəl 2200 manat, daha sonra isə 800 manat pul yükləmişdir. O, həmin pulları kartdan çıxardıb öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra Turxan ona nə qədər zəng etsə də o, Turxanın zənglərinə cavab verməmişdir. Onun avtomobili kreditə salmaq üçün heç bir tanışı olmamışdır və ümumiyyətlə onun Turxana köməklik göstərmək fikri olmamışdır. Maddi sıxıntıları olduğundan və Turxanın Gəncə şəhərindən gəlib burada tanışının olmadığından istifadə edərək sonuncunu aldatmaq fikrinə düşmüşdür. Əməlindən peşmandır, Turxanı nə də Sarvanı əvvəldən tanımamışdır. Həmin vaxt maddi sıxıntıları olduğundan bu işi görmüş, həmin kart onun tanışı Samir adlı şəxsin atası Şamı Şamıyevə məxsus olmuş, o, Samirə rayondan qohumunun ona pul göndərəcəyini və buna görə də kart lazım olduğunu bildirmişdir. Samir isə öz kartının olmadığını deyib atasının kart nömrəsini ona demiş, pul həmin karta yükləndikdən sonra o, kartı Samirin özünə qaytarmış, o ümumilikdə Turxandan 3300 manat pul almış, almış olduğu pulların müqabilində heç bir iş görməmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhərində ərzaq satışi dükanında satıcı işləyir. Bir müddətdir ki, özünə idarə etməyə avtomobil almaq üçün pul toplamışdır. Avtomobilin pulunu tam yığa bilməmişdir. İlk əvvəl Gəncə şəhərində satışda olan avtomobillərlə maraqlansa da, qiyməti münasib olan avtomobil tapa bilməmişdir. xx.xx.2022-ci il tarixdə kürəkəni Şahid2la birlikdə Sumqayıt avtomobil satışı bazarına getmiş və 3000 manat pulu olmuşdur. Bazarda olan zaman saat 13 radələrində orada 1995-ci il buraxılışlı "X2" markalı **-BG-*** qeydiyyat nişanlı avtomobili bəyənmişdir. Avtomobilin sahibi Sarvan adlı şəxs həmin avtomobili 8200 manata satdığını bildirmiş, o, həmin vaxti bazarda kredit verilən ofisə yaxınlaşmış, lakin orada tanımadığı işçilər Gəncə qeydiyyatı olan sakinlərə kredit verə bilmədiklərini demişlər. Onun fikri əlində olan 3000 manatı Sarvana verib avtomobili almaq, qalan pulu isə kredit yolu ilə aybaay ödəmək olmuşdur. Ofisdə olan zaman sonradan adını Elfaq bildiyi şəxs onlara yaxınlaşaraq salamlaşmış və onun ilkin ödənişlə kredit yolu ilə avtomobil almaq istədiyini biləndən sonra onlara bu işdə köməklik edəcəyini bildirmişdir. O Elfaqa 3000 manat pulunun olduğunu demişdir. Elfaq 3600 manat düzəldə bilib-bilməyəcəyini və almaq üçün avtomobil tapıbtapmadığını soruşduqda o Elfaqa 3600 manat pulu düzəldə biləcəyini demiş və onlar birlikdə Sarvanın olduğu yerə getmişlər. X3 avtomobili onun alacağını və özünün bu işdə ona köməklik edəcəyini deyib ondan Sarvana 300 manat beh verməsini istəmişdir. O, 300 manat pulu Sarvana verdyi zaman Elfaq Sarvandan şirinlik istəmişdir. Sarvan Elfaqa 100 manat pul vermişdir. Söhbət zamanı Elfaq bazarın onlara aid olduğunu, onun üçün kredit işini maneəsiz həll edəcəyini və narahat olmamasını demiş, həmçinin bazarda da Elfaq digər şəxslərlə ünsiyyət qurduğundan onda Elfaqa qarşı inam yaranmışdı. X1 avtomobili kənara çəkməsini istəmiş və onlar birlikdə bazarda yerləşən kafeye getmişlər. Orada Elfaq kağız parçasına qeydlər apararaq onlardan nömrələrini, ad və soyadlarını votsapla onun ***-***-**-** nömrəsinə göndərmələrini istəmişdir. O da Elfaqın ona verdiyi mobil nömrəsinə özünə və Sarvana aid olan məlumatları göndərmişdir. Bundan sonra Elfaq ondan beh olaraq 200 manat pul istəmişdi ki, sənədləşmə işlərinə başlasın. O, 200 manat pulu bazarın içərisində Elfaqa vermişdir. Elfaq sənədləşmə işlərinin həftənin 1-ci günü yekunlaşacağını və həmin gün avtomobili ala biləcəyini ona demişdir. O da Elfaqa inanmışdır. Bundan sonra Sumqayıt şəhərində qalmağa yeri olmadığından həmin gün Gəncə şəhərinə geri qayıtmışdır. O yolda olarkən Elfaq onun mobil nömrəsində qeydiyyatdan keçmiş vatsap proqramına yazaraq müqaviləyə ödəniş etmək üçün 99 manat lazım olduğunu demiş və ona **********057534 saylı hesab nömrəsini göndərmişdir. Gəncə şəhərinə çatdıqdan sonra o 100 manat pulu Elfaqın dediyi hesab nömrəsinə göndərmişdir. xx.xx.2022-ci il tarixdə Elfaq ona yenidən zəng edərək sənədləşmə işlərinin hazır olduğunu, əlavə olaraq ona 10-020 avtomobil seriyasını da hədiyyə edəcəyini deyib ondan həmin hesab nömrəsinə 3000 manat göndərməsini istəmişdir. O, isə Elfaqa maşın bazarına gələndə həmin pulu ona verəcəyini bildirmişdir. Bundan sonra Elfaq ona xx.xx.2022-ci il tarixdə saat 11 tamamda avtomobilin sahibi ilə birlikdə “meyvəli" adlanan əraziyə getməli olduqlarını demişdir. O, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Sumqayıt şəhərinə gəlmişdir. Elfaqa zəng edərək danışıb Sumqayıt şəhərində olduğunu bildirdikdə Elfaq ona meyvəlidə ofisdə olduğunu deyib, 3000 manat pulu onun kartına göndərməsini istəmişdir. O, Dəyanətə zang edərək Elfaqın dediklərini demiş, Dəyanət isə pulu göndərməməsini, Elfaqın danışığından şübhələndiyini deməsinə baxmayaraq o Elfaqa inandığı üçün Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən, Əli-94 marketin çölünde quraşdırılmış "Million" terminali vasitəsilə saat 10:01-də əvvəlcə 800 manat, sonra isə marketin içərisində quraşdırılmış "Million" terminali ilə 2200 manat pulu Elfaqın 4169 7377 0405 7534 saylı hesab nömrəsinə göndərmişdir. Oradan da avtomobil bazarında Sarvana zəng edərək onunla görüşüb birlikdə meyvəli bazarına getmişdir. Meyvəli bazarına çatdıqdan sonra Elfaqa zəng edərək orada olduqlarını demişlər. Elfaq qeydiyyat idarəsində olduğunu ve gələcəyini desə də gəlməmişdir. Onlar orada Elfaqı bir neçə saat gözləsələr də, nə Elfaq gəlmiş nə də zənglərinə cavab vermişdir. Bundan sonra onlar Sumqayıtda yerləşən avtomobil bazarına qayıtmışlar. Maşın bazarında maraqlanıb Elfaqın bazarın sahibi Zaur adlı şəxsin qardaşı olduğunu öyrənmişlər. Elfaq onun zənglərinə və yazışmalarına cavab vermədiyi üçün onun barəsində 102 xidmətinə zəng edərək məlumat vermiş və əlavə olaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Bundan sonra Sarvan ona beh kimi verdiyi 300 manatdan 200 manatı geri qaytarmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şahidlər məhkəmə iclasına gəlməmiş, lakin Şahid2 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Nizami Aydın adına 18 saylı tam orta məktəbdə idman müəllimi vəzifəsində çalışır. Zərərçəkmiş şəxs onun qaynıdır. Bir müddətdir ki, Turxan özünə minik avtomobili almaq istəyirdi. Gəncə şəhərində nə qədər axtarsalar da münasib qiymətə avtomobil tapa bilmədik və Zərərçəkmiş şəxslə razılaşmışlar ki, 22 yanvar tarixində Sumqayıt şəhərində yerləşən avtomobil bazarına getsinlər. Həmin gün yəni 22 yanvar 2022-ci il tarixdə onlar Turxanla birlikdə Sumqayıt şəhərində yerləşən “Maşın bazarı” adlanan yerə getmişdirlər. Bazarda bir neçə avtomobil bəyənsələr də qiymətdə heç cürə razılıq əldə edə bilməmişdirlər. Belə ki, Turxanın cəmi 3000 manat pulu olmuş, qalan pulu kreditlə ödəmək fikirləri olmuşdur. Orada olarkən Turxan "Mercedes C class” avtomobilini bəyənmişdir. Avtomobilin sahibi Sarvan adlı şəxs olmuşdur. Sarvan həmin avtomobili 8200 manata satmaq istədiyini demişdir. Onlar Sarvana cəmi 3000 manat pulları olduğunu deyib və razılaşmışdır ki, Sarvanla birlikdə bazarda yerləşən ofisə getsinlər mümkün olsa pulun qalanını kreditə salaraq aybaay ödəsinlər. Sarvanla birlikdə kredit verilən ofislərə yaxınlaşsalar da, Turxanın Gəncə şəhər sakini olduğunu bildirib heç kəs onlara kredit vermək istəməmişdir. Bu zaman onların yanlarına adını sonradan bildiyi Elfaq adlı şəxs yaxınlaşmışdır. Elfaq Turxandan nə problemi olduğunu soruşduqda Turxan Elfaqa cəmi 3000 manat pulu olduğunu almaq istədiyi avtomobilin isə 8200 manat dəyərində olduğunu demişdir. Elfaq Turxana avtomobil üçün ödəyəcəyi pulun qalan hissəsini kreditə salmağa köməklik edəcəyini deyib onlarla birlikdə Sarvanın yanma getmişdir. X4 bildirmişdir ki, “əgər bu maşını dəqiq almaq istəyirsənsə onda beh ver avtomobili Sarvan bazardan çıxarsın, kredit sənədləşmə işlərini iki gün sora, yəni xx.xx.2022-ci il tarixdə bitirdikdən sonra avtomobili götürüb gedərsən”. Turxan Elfaqın sözü ilə Sarvana 300 manat beh vermişdir. Elfaq isə Sarvandan şirinlik kimi 100 manat pul almışdır. Bundan sonra onlar bazarın içərisində olan kafedə əyləşib söhbət etmişdirlər. Bundan sonra onlar Gəncə şəhərinə qayıtmışdır. Gəncə şəhərinə qayıtdıqdan sonra Turxan ona Elfaqın kart hesab nömrəsi göndərdiyini və 3000 manat pulu həmin hesaba yükləməsini istədiyini demişdir. O, isə Turxana Elfaqa inanmadığını deyib pulu həmin hesaba yükləməsinə icazə verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Elfaq Turxandan 3300 manat pul almış, lakin aldığı pulun müqabilində heç bir iş görməmiş və pulu geri qaytarmamışdır. İş materiallarında olan disqə baxış keçirilməsi haqqında protokolların surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılmış vatsap proqramı ilə yazışmalar və səs yazılıarı bir daha sübut edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq cinayətini törətmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin hökmlə cəzasının əvvəlinin hökmün elan olunduğu 16 avqust 2022-ci ildən hesablanması qərara alınmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-622/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixli qərarla CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli xx/xx-2715 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yuxarıda göstərilən məhkəmə qərarına əsasən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünü istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda CM-nın 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndiirlən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Cinayətlərin məcmusunun mövcud olduğu hərbir halda, o cümlədən birinci hökm üzrə cəzanın cəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq qəti cəzanın əvvəli onun hazırki iş üzrə tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı və cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan iki ədəd disk və sms-yazışmaların skreen şəkilləri cinayət işində saxlanılmalıdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli (İş № 1(060)-496/2022) qərarını icra edərək, 11 may 2022-ci il tarixli 696/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-622/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan iki ədəd disk və sms-yazışmaların skreen şəkilləri cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar