Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-497/2022 12.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixə keçən gecə, təxminən saat 23:30 radələrində Zərərçəkmiş şəxs məxsus olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 25 ərazisində yerləşən 4/59 nömrəli fərdi həyət evinin giriş qapısının qıfılını sındırmaqla qapını açıb evin həyətinə qanunsuz daxil olaraq, evin həyətinin daş hasarının kənarında qutunun içərisindəki, sonuncuya məxsus olan 62 (altmış iki) manat dəyərində 20 (iyirmi) ədəd dəmir materialdan olan təmir açarlarını, 80 (səksən) manat dəyərində “Mersedes C-180” markalı avtomobilə aid ehtiyat hissələrini, 26 (iyirmi altı) manat dəyərində “Vaz 2107” markalı avtomobilə aid ehtiyat hissələrini, 15 (on beş) manat dəyərində 01 (bir) ədəd 02 (iki) kq-hq dəmir baltanı, 05 (beş) manat dəyərində 01(bir) ədəd dəmir çəkici, 04 (dörd) manat dəyərində 02 (iki) ədəd şurupaçanı, 25 (iyirmi beş) manat dəyərində 01 (bir) ədəd 20 (iyirmi) kq-hq dəmir qanteli və eləcə də, evin açıq qapısından içəri qanunsuz daxil olaraq evin yataq otağındakı 100 (bir yüz) manat dəyərində 01 (bir) ədəd toxunma xalçanı, mətbəxdəki 250 (iki yüz əlli) manat dəyərində 10 (on) ədəd qazanı, 60 (altmış) manat dəyərində 20 (iyirmi) ədəd xörək qaşığını, 60 (altmış) manat dəyərində 06 (altı) ədəd kasanı, 96 (doxsan altı) manat dəyərində 12 (on iki) ədəd boşqabı, 40 (qırx) manat dəyərində 02 (iki) ədəd güldanı, 40 (qırx) manat dəyərində 02 (iki) ədəd meyvə qabını, 120 (yüz iyirmi) manat dəyərində 01 (bir) ədəd “Dnepr Clas-A” markalı soyuducunun matorunu, 80 (səksən) manat dəyərində 01 (bir) ədəd “Samsung” markalı su ilə işləyən tozsoranı, hamam otağındakı 80 (səksən) manat dəyərində 01 (bir) ədəd “Samsung 24 L” markalı su qızdırıcını, 50 (əlli) manat dəyərində duş və krant dəstini gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1193 (min yüz doxsan üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,285 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 4-cü PBnin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 22 fevral 2022-ci il tarixdə saat 20:10 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən 8 saylı tam orta məktəbin qarşısında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd qara rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 0,285 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 25-ci məhəllə ərazisində yerləşən 4/59 nömrəli fərdi həyət evi onun yaşadığı evin yaxınlığında, yəni qonşuluqda yerləşir. Həmin evdə 2022-ci il yanvar ayının əvvəllərindən etibarən daimi yaşayış olmamışdır. Sadəcə olaraq evin sahibi Zərərçəkmiş şəxs müəyyən vaxtlarada nəzarət etmək məqsədi ilə həmin evə gəlib “baş çəkib” yenidən gedirdi. Sözügedən evdə, yəni Zərərçəkmiş şəxs məxsus, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 25-ci məhəllə ərazisində yerləşən 4/59 nömrəli fərdi həyət evində daimi yaşayış olmamasını və ev sahibinin müəyyən vaxtlarda evə gəlsə də, qısa müddət ərzində çıxıb getməsini müşahidə etdikdən sonra, o, yaranmış şəraitdən istifadə edərək həmin evə daxil olub oradan oğurluq etmək qərarına gəlmiş və xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci tarixə keçən gecə, təxminən saat 23:30 radələrində sözügedən ünvan 2-un həyətinin giriş qapısının asma qıfılını sındırıb qapını açaraq həyətə, oradan da, həyətdəki evin kilidli olmayan qapısını açaraq evin içərisinə daxil olmuşdur. Hətta evin həyət qapısının qıfılını sındırarkən ehtiyatsızlığından əli zədələnmiş və qanamışdır. Oğurladıqdan sonra daha asanlıqla sata biləcəyi əşyalar seçmək üçün evin otaqlarını axtarmış və mətbəxdəki təzə qab-qacaqları (alüminium materialdan olan, təxminən 10 (on) ədəd qazan, polad materialdan olan təxminən 20 (iyirmi) ədəd xörək qaşığı, şüşə materialdan olan təxminən 06 (altı) ədəd kasa, təxminən 12 (on iki) ədəd boşqab, şəffaf şüşə materialdan olan 02 (iki) ədəd güldan, 02 (iki) ədəd meyvə qabı), 01 (bir) ədəd “Samsung” markalı su ilə işləyən tozsoranı və eləcə də, hamam otağındakı 01 (bir) ədəd “Samsung” markalı suqızdırıcısını yerindən söküb oğurlamaq qərarına gəlmişdir. Bu minvalla yuxarıda sadaladığı əşyaları götürüb evi tərk etmişdir. Gedərkən evin həyət qapısının örtülü qalması üçün qapının asma qıfıl yerinə kiçik dəmir parçası (bolt) keçirtmişdir. Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 25-ci məhəllə ərazisində yerləşən 4/59 nömrəli fərdi həyət evindən oğurladığı əşyaları Sumqayıt şəhəri, mərkəzi bazar ərazisində tanımadığı ayrı-ayrı şəxslərə dəyər-dəyməzinə sataraq ümumilkdə 70 (yetmiş) manat gəlir əldə etmiş və əldə etdiyi gəliri şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin o Zərərçəkmiş şəxs evindən yalnız yuxarıda sadaladığı qabqacaqları, 01 (bir) ədəd “Samsung” markalı su ilə işləyən tozsoranı, hamam otağındakı 01 (bir) ədəd “Samsung” markalı su qızdırıcını yerindən söküb oğurladığını, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi digər əşyaların oğurlanıb-oğurlanmaması barədə heçnə bilmədiyini, Zərərçəkmiş şəxs evindən tək oğurluq etdiyini, bu oğurluq hadisəsini törətməkdə heç kimin ona köməklik etmədiyini qeyd etmişdir. Eləcə də, xx.xx.2022-ci il tarixdə saat 20:10 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən 8 saylı tam orta məktəbin qarşısında olan zaman 02 (iki) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı, yəni Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 4-cü PBnə getmişdir. PB-nə getdikdən sonra xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha izah edilməklə yanaşı ona hüquq və vəzifələri izah olunmuş, bu barədə bildiriş və hüquqlarının müdafiəsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, hüquqlarının vəkil siyahısında adı olan X4 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X4 ona təqdim olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə onun üzərində hər hansı bir narkotik vasitə və ya digər əşya olub-olmaması soruşulmuş və olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. O, əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) büküm qara rəngli siqaret kağızına bükülmüş kütləni çıxardıb təqdim edərək, masanın üzərinə qoymuş, təhqiqatçı həmin bükümün nə olduğunu soruşduqda, o, “kakos”, yəni narkotik vasitə olduğunu bildirmişdir. Onun üzərindən aşkar olunmuş həmin qara rəngli siqaret kağızına bükülmüş büküm açıldıqda həmin bükümün içərisində qırmızı rəngli siqaret kağızı bükümü, həmin büküm açıldıqda isə içərisində tünd-qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sonra onun üzərindən aşkar olunmuş həmin kütlə büküldüyü kağızla birlikdə elektron tərəzidə çəkilmiş və sözügedən tündqəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. O, təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitə “kakosu” Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 05 (beş) manata öz istifadəsi üçün alıb üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Sonra onun üzərinə yoxlanış məqsədi ilə axtarış keçirilmiş, ancaq üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya təziq göstərilmədiyini, heç bir hüququ pozulmadığını və üzərindən aşkar olunmuş “narkotik vasitənin” ona məxsus olduğunu bildirmişdir. Tututlduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını qeyd etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 25-ci məhəllə ərazisində ona məxsus olan 4/59 nömrəli fərdi həyət evi vardır. Həmin evdə xx.xx.2022-ci il tarixdən etibarən daimi yaşayış olmasa da, o, müəyyən vaxtlarada həmin evə gedib nəzarət edir. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında o, sözügedən ünvan 2 ünvanına getdikdə, evdə hər şey qaydasında olsa da, növbəti dəfə, yəni xx.xx.2022-ci il tarixdə nəzarət etmək məqsədi ilə həmin evə getdikdə, evin həyətinin giriş qapısının kilidinin sındırılaraq qapının açıldığını, ancaq qapının örtülü qalması üçün qapının asma qıfıl yerinə kiçik dəmir parçası (bolt) keçirildiyini görmüş, bu zaman naməlum şəxsin (şəxslərin) evin həyət qapısının kilidini sındırıb içəri daxil olaraq evdən ona məxsus olan əşyaları oğurlamasını güman etmiş və DİN-in 102 xidmətinə zəng edərək ünvana polis əməkdaşlarının gəlməsini xahiş etmişdir. Polis əməkdaşları ilə birlikdə evin həyətinə daxil olduqda evin həyətinin daş hasarının kənarında, qutunun içərisindəki ona məxsus 2010-cu ildə alıb “bu günə kimi” istifadə etdiyi, 20 (iyirmi) ədəd dəmir materialdan olan təmir açarlarının (01 (bir) ədəd diametri 8sm-lik, 02 (iki) ədəd 10 sm-lik,02 (iki) ədəd 12 sm-lik, 03 (üç) ədəd 13 sm-lik, 01 (bir) ədəd 14 sm-lik, 04 (dörd) ədəd 17 sm-lik, 04 (dörd) ədəd 19 sm-lik, 03 (üç) ədəd 22 sm-lik), “Mersedes C-180” (çeşka) markalı avtomobilə aid ehtiyat hissələrinin (az istifadə olunmuş və istifadəyə yararlı, 02 (iki) ədəd ön əyləc qəlibi - “naklatka”-, 04 (dörd) ədəd istifadə edilməmiş, təzə şam-“sveça”-, 20 (iyirmi) ədəd təkər boltu), “Vaz 2107” markalı avtomobilə aid ehtiyat hissələrinin (04 (dörd) ədəd təzə şam-“sveça”-, 20 (iyirmi) ədəd təkər boltu), həmçinin 01 ədəd 02 (iki) kq-hq dəmir baltanın, 01 (bir) ədəd dəmir çəkicin, 02 (iki) ədəd şurupaçanın (“atvyorka”), 01 (bir) ədəd 20 (iyirmi) kq-hq dəmir qantelin (top formalı) yerində olmadığını aşkar etmişdir. Ardınca o, evə daxil olub baxdıqda isə evin yataq otağındakı 01 (bir) ədəd toxunma xalçanı (Cəbrayıl xalçası kimi adlandırılan), mətbəxdəki istifadə olunmamış, təzə qab-qacaqları (alüminium materialdan olan, orta ölçülü, təxminən 18-24 sm-lik 10 (on) ədəd qazan, polad materialdan olan 20 (iyirmi) ədəd xörək qaşığı, qeyri şəffaf şüşə materialdan olan 06 (altı) ədəd kasa, 12 (on iki) ədəd boşqab, şəffafşüşə materialdan olan 02 (iki) ədəd orta ölçülü güldan, 02 (iki) ədəd meyvə qabı), 01 (bir) ədəd 2012-ci il, Rusiya istehsalı olan “Dnepr Clas-A” markalı soyuducunun matorunun, 01 (bir) ədəd 2016-cı il Koreya istehsalı olan “Samsung” markalı su ilə işləyən tozsoranın, hamam otağındakı 2016-ci il Koreya istehsalı olan 01 (bir) ədəd “Samsung 24L” su qızdırıcının, həmçinin 01 (bir) ədəd duş və krant komplektinin yerində olmadığını aşkar etmişdir. Belə olan halda o, başa düşmüşdür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər, ünvan 2 ünvanının həyət qapısının kilidini sındırma yolu ilə evin həyətinə və evin qapısının bağlı olmamasından istifadə edərək evə daxil olub ona məxsus olan, yuxarıda sadaladığı əşyaları oğurlamışdır. Həmçinin o oğurlanan əmlakının ümumilkdə dəyərinin 1200 (bir min iki yüz) manat olduğundan sözügedən oğurluq nəticəsində ona 1200 (bir min iki yüz) manat maddi ziyan dəydiyini, əmlakını oğurlamasından şüphələndiyi konkret şəxs olmadığını, evindən oğurlanmış 01 (bir) ədəd Cəbrayıl xalçası kimi adlandırılan toxunma xalçanın dəyəri 100 (bir yüz) manat, Rusiya istehsalı olan “Dnepr Clas-A” markalı soyuducunun matorunun dəyəri 120 (bir yüz iyirmi) manat, duş və krant dəstinin dəyəri 50 (əlli) manat olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödəməsini tələb edir və ona qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 4-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyi üçün o, da əlavə edilmişdir. O, əməliyyat qrupunun üzvləri ilə birlikdə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində pusqu qurmuş, saat 20:10 radələrində Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, həmin ərazidə, 8 nömrəli tam orta məktəbin qarşısında Təqsirləndirilən şəxs saxlamışlar. O və digər polis əməkdaşları özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, saxlanılan şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməli olacağını bildirmişlər, Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş və onlarla birlikdə 4-cü PB-nə getmişdir. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-də xidməti otaqlardan birində X6 özünü təqdim edərək hansı səbəbdən saxlanılıb Polis Bölməsinə gətirilməsini izah etməklə yanaşı, hüquqlarının müdafiəsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkillərinin adlarının siyahısını Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X1 və hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil təmin edildikdən sonra, vəkilin iştirakı və Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun üzərinə video çəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilməyə başlanmışdır. X6 özünü təqdim etdikdən sonra saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ardınca təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində gəzdirilməsində şüphəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 4-cü PB-nə gətirildiyini izah etmişdir. Sonra təhqiqatçının xahişi ilə o və digər xidmət yoldaşı polis kapitanı Şahid1 özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim edilmiş hüquq və vəzifələri barədə yazılı bildirişlə tanış olduqdan sonra, təhqiqatçı şübhəli şəxsin hüquqlarını müdafiə edəcək vəkil, Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili X3 təqdim etmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bir daha xatırladaraq, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyini bildirib, şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik vasitə vardırsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkcənin sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd qara rəngli siqaret kağızı bükümünü çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin bükümün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs cibindən çıxardıb təqdim etdiyi həmin 01 (bir) büküm, qara rəngli siqaret kağızına bükülmüş kütlənin “kakos” adlandırılan narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 01 (bir) ədəd qara rəngli siqaret kağızı bükümünü açdıqda, bükümün içərisində qırmızı rəngli kağız büküm aşkar olunmuş, həmin qırmızı rəngli kağız büküm təhqiqatçı tərəfindən açıldıqda isə bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin kütlə büküldüyü kağızla birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş və Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütləni “Coratda”, tanımadığı şəxsdən öz istifadəsi üçün 05 (beş )manata aldığını, təxminən 01 (bir) il müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə yoxlanış məqsədi ilə axtarış keçirilsə də, üzərindən əlavə heç bir şey aşkar edilməmişdir. Təqsirləndirilən şəxs vəkil Mehdi Cəlalzadənin suallarını cavablandraraq, polis əməkdaşları tərəfindən 26-cı məhəllə ərazisində 8 nömrəli məktəbin yaxınlığında saxlanıldığını, saxlanılarkən heç bir zor və təziqlə qarşılaşmadığını və şikayətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru Tariyel Həsənov özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxsdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirir. Ardınca təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 4-cü PB-nə gətirildiyini izah edir. Sonra təhqiqatçı otaqda olan mülki geyimli polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları növbə ilə özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin ə\müvəkkili, polis mayoru Cəfərov, baş ə/müvəkkili, polis kapitanı Quliyev olduqlarını bildirirlər. Sonra təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim edərək tanış olmasını xahiş edir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişlə tanış olduqdan sonra, təhqiqatçı şübhəli şəxsin hüquqlarını müdafiə edəcək vəkil Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili X3 təqdim edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində üzərində gəzdirilməsində şüphəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə gətirildiyini bir daha xatırladaraq, onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyini bildirib, üzərinə şəxsi axtarış keçirilməzdən öncə ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik vasitə vardırsa təqdim etməsini xahiş edir. Video görüntünün 02:39-cu anında Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkcənin sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd qara rəngli siqaret kağızı bükümünü çıxardıb təqdim edərək masanın üzərinə qoyur. Təhqiqatçı həmin bükümün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs cibindən çıxardıb təqdim etdiyi həmin 01 (bir) büküm, qara rəngli siqaret kağızma bükülmüş kütlənin “kakos” adlandırılan narkotik vasitə olduğunu bildirir. Video görüntünün 03:12-ci anında təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 01 (bir) ədəd qara rəngli siqaret kağızı bükümünü açdıqda, bükümün içərisində qırmızı rəngli kağız büküm aşkar olunur. Həmin qırmızı rəngli kağız büküm təhqiqatçı tərəfindən açıldıqda isə bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə bənzər kütlə olduğu aşkar edilir. Videogörüntünün 04:02-ci anında həmin kütlə büküldüyü kağızla birlikdə elektron tərəziyə qoyularaq çəkisi ölçülür və çəkisinin 0,52 qram olması müəyyən edilir. Həmçinin Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütləni 'Coratda”, tanımadığı şəxsdən öz istifadəsi üçün 05 (beş) manata aldığını, təxminən 01 (bir) il müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirir. Sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə yoxlanış məqsədi ilə axtarış keçirilsə də, onun üzərindən əlavə heç bir şey aşkar edilmir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin, 01 (bir) büküm qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə bənzər kütlənin Məhkəmə Ekspertiza Mərkəzinə göndəriləcəyini izah edib, sözügedən kütləni zərfə qoyaraq qablaşdırır. Həmçinin Təqsirləndirilən şəxs vəkil Mehdi Cəlalzadənin suallarını cavablandraraq, polis əməkdaşları tərəfindən 26-cı məhəllə ərazisində 8 nömrəli məktəbin yaxınlığında saxlanıldığını, saxlanılarkən heç bir zor və təziqlə qarşılaşmadığını, şikayəti olmadığını bildirir. Bundan sonra video çəkliş dayandırılır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 aprel 2022-ci il tarixli, 9/1850 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 26 adda malların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 923,00 manat müəyyən edilir. Digər 2 adda mallar haqqında ətraflı məlumat(markası, modeli, ölçüsü və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1104 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N 128” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən.,.” və s.yazılar imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,285 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik Nasito-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,285 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,235 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 xx.xx.2022-ci il tarixli, 1136 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimlyatorların qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/335R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd qan nümunəsi və 01 ədəd “Kingston” markalı siqaret kötüyü üzərində olan bioloji materiallar (epiteli hüceyrələri ) Təqsirləndirilən şəxs (xx/xx/1972 Sumqayıt ş) məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). Ekspertiza nəticəsində müəyyən edildi ki, təqdim edilmiş digər qan nümunələri kişi cinsindən olan eyni naməlum şəxsə məxsusdur və bu nümunələrdən əldə olunmuş DNT profilləri, DUNnin Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Həmçinin müəyyən edildi ki, digər 01 (bir) ədəd “Prima” ticarət markah siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün yararlı deyildir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, 0,285 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,235 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 01 yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 180 və 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İşmateriallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirli bilinmiş və 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə sistemindən çıxarışdan müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən onun tərəfindən apellyasiya şikayət verilməməsinə baxmayaraq hökm Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-409/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirli bilinmiş və 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 05 (beş) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,285 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,235 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 160.00 (bir yüz altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-24/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,235 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 160 (yüz altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-497/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-497/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver