Məhkəmə qərarları › İş №1(060)-497/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-497/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-497/2023 21.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X3, Təqsirləndirilən şəxs, Müdafiəçisi - “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, ********* nömrəli cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-194/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədilə 05 yanvar 2023-cü il tarixdə saat 17:19 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs şirniyat mağazasına müştəri qismində daxil olaraq 01 (bir) ədəd 34,20 (otuz dörd manat iyirmi qəpik) manat dəyərində Moldova istehsalı olan, 01 (bir) litrlik “X5 milk İL” markalı spirtli içkini marketin vitirinindən götürüb əynindəki gödəkçənin cibində gizlətməklə mağazadan çıxmaq istədikdə orada satıcı olan Şahid ondan götürdüyü spirtli içkini yerinə qaytarmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-yə məxsus sözügedən spirtli içkini qanunsuz götürüb saxlamasından ibarət hərəkətlərini davam etdirərək, qaytarmaqdan imtina edib, hadisə yerindən qaçıb uzaqlaşmaqla zərərçəkmişə məxsus 34,20 (otuz dörd manat iyirmi qəpik) manat dəyərində 01 (bir) litirlik “X5 milk İL” markalı spirtli içkini açıq yolla talayıb soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. Əvvəllər məhkum olunmamışdır. Bir müddətdir narkotik vasitə heroindən istifadə edir. Heç yerdə işləmədiyindən maddi sıxıntıları olur. Pul tapmaq məqsədilə Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs şirniyyat evindən spirtli içki oğurlayıb satmaq fikrinə düşmüşdür. Həmin mağazada satılan spirtli içkilərin qiymətlərinin baha olduğunu əvvəldən bilmişdir. 05 yanvar 2023-cü il tarixdə saat 17:00 radələrində qeyd etdiyi ünvana getmişdir. Zərərçəkmiş şəxs şirniyyat evinin içərisinə girməzdən əvvəl bir nəfər orta yaşlarında kişi ona yaxınlaşaraq ondan siqaret istəmişdir. O, həmin şəxsə siqaretinin olmadığını demiş və şirniyyat dükanına daxil olmuşdur. Həmin vaxt mağazada bir neçə nəfər olmuşdur. O içəri daxil olduğu andan satıcının ona baxdığını görmüşdür. Elə bil satıcı onun mağazaya oğurluq etmək məqsədilə girdiyini hiss etmişdir. Lakin mağazaya artıq daxil olduğundan niyyətini başa çatdırmaq istəmiş və buna görə vitrəndə üzərində “Vodka Zernnoff’ yazısı olan spirtli içkini əynində olan gödəkçənin iç tərəfində gizlətmişdir. Bu vaxt satıcı ona doğru gələrək içkini gödəkçəsindən çıxartmasını tələb etməyə başlamışdır. O isə satıcının qadın olduğunu, ona gücü çata bilməyəcəyini başa düşdüyü üçün onun çağırışlarına məhəl qoymaraq dükandan çıxıb qaçaraq oradan uzaqlaşmışdır. Həmin spirtli içkini “Cavid” ticarət məkrəzinin içərisində tanımadığı bir nəfərə 15 (on beş) manat müqabilində satmışdır. Əldə etdiyi pulu öz tələbatlarına xərcləmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs QSC-də hüquqşünas vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs QSC-nin ünvan 4 ünvanında yerləşən mağazasından 01 (bir) ədəd 34 (otuz dörd) manat dəyərində “Vodka Zernoff PREMİUM on milk 1.0L” adlı spirtli içkinin naməlum şəxs tərəfindən oğurlanması barədə həmin mağazanın satıcısı X1 məlumat aldıqdan sonra həmin mağazaya quraşdırılış təhlükəsizlik kameralarına baxış keçirtmişlər. Bundan sonra onlara məlum olmuşdur ki, təxminən 20-25 yaş aralığında, arıq bədən quruluşlu cavan oğlan mağazaya oğurluq məqsədi ilə daxil olmuş, həmin vaxt mağazada satıcların olduğunu görsə də, satıcıların qadınlar olduğunu və onu saxlaya bilməyəcəklərini dərk etdiyi üçün 01 (bir) ədəd spirtli içkini əynində olan gödəkçənin iç hissəsində gizlədərək mağazadan çıxmağa çalışmışdır. Bu zaman mağazada olan satıcı ona yaxınlaşaraq içkini geri qaytarmasını tələb etsə də, həmin şəxs içkini təhvil verməyərək qaçaraq mağazadan uzaqlaşmışdır. Bununla bağlı onlar Sumqayıt ŞPİ-nə müraciət etmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayətini törədən şəxsin 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/836 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 (bir) ədəd Moldova istehsalı olan, 1 litrlik “X5 milk İL” markalı spirtli içkinin 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 34,20 (otuz dörd manat iyirmi qəpik) manat müəyyən edilir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-194/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs spirtli içkini açıq şəkildə talamasını özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 18 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 180.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13, mənzil 30 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. “ŞİMAL” Vəkil Bürosunun vəkili Hüseynova X2 Rauf Vaqif oğluna məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “ŞİMAL” Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ013501**********6944 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar