Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-498/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 iştirakı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148 və 148.1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X4 (ünvan 1 ünvanında yaşayır) qonşuların, qaynanasının və qaynatasının yanlarında ucadan hamının eşidə biləcəyi tərzdə xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində padyezdə onu küçə söyüşləri ilə təhqir edib: xx.xx.2024-cü il saat 14:03 radələrində qapıdan keçəndə qapıya tüpürüb, onu küçə söyüşləri ilə təhqir edib: xx.xx.2024-cü ildə saat 22:29 radələrində qapıya hücum çəkərək qapını sındırmağa cəhd edib, təhqir və ölümlə hədələyib: xx.xx.2024-cü ildə saat 07:52 radələrində küçə söyüşləri ilə təhqir edib: xx.xx.2024-cü ildə saat 08:00 radələrində Sevinc Sumqayıt şəhəri 1 nömrəli məktəbin yaxınlığında onun 15 yaşlı qızı X3 qarşısını kəsərək qışqıra-qışqıra, hamının eşidə biləcəyi formada təhqir edərək, anana de ki, qarşıma çıxmasın. Çıxsa onun sifətinə kislota atacam. Qızım da bunu eşitdikdən sonra stresə düşüb, qorxusundan məktəbə getmək istəmir. xx.xx.2024-cü ildə saat 08:14 radələrində qapıya hücum çəkib, təhqir edib, qapını sındırmağa cəhd edib, yenidən onu ölümlə hədələyib: xx.xx.2024-cü ildə 13:34 radələrində qonşuya keçərək onların haqqlarında yalan informasiya verib, aralarında dava salmaq istəyib qonşuda normal insan olaraq inanmayıb qapıdan qovub. 13:37 radələrində: xx.xx.2024-cü ildə saat 23:33 radələrində qapıdan keçərək küçə söyüşləri ilə onu təhqir etmişdir. Bilavasitə onları narahat etmək məqsədilə xx.xx.2024-cü ildə gecə saat 03:00 radələrində evde bilərəkdən tozsoran işlədir, xalça çırpıraq pəncərələrinin şüşəsini qəsdən sındırıb, vedrə-vedrə suyu və zibilləri yuxarıdan balkonlarına tökür. Deyir ki, hər gün Sizi təhqir edəcəm. Nə qədər səbr etmiş ki, qonşudur, şikayət etməsin, o şikayət etmədikcə hərəkətləri, təhqirləri, söyüşləri artmışdır. Məcbur qalıb DİN-nin 102 xidmət zəng mərkəzinə müraciət etmişdir. Bu şikayətləri Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsində araşdırılmışdır. Onlar 58-4/2-Ə-30xx/xx/2024 saylı, xx.xx.2024-cü il tarixli onlara ünvanlanmış məktublarında bildirdilər ki. xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizə əsasında yoxlama aparılmış, təhqir olunmağı barədə müraciəti əsasında xüsusi ittiham qaydasında bilavasitə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməyi məqsədə müvafiqdir. X5 şəxsiyyətin şərəf və ləyaqətini ləkələyərək onui, küçə söyüşləri ilə təhqir etmiş və hazırda da təhqirlərini davam etdirir. Bununla da hesab edir ki, yaşadığı ünvanda (həyətdə, blokda, qonşuların eşidə biləcəyi formada yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, onu mütəmadi olaraq küçə söyüşləri ilə təhqir edərək, mənəvi ziyan, evlərinin pəncərəsini qıraraq, balkonlarına qəsdən bilərəkdən su və zibil tökərək maddi ziyan vurduğuna görə X2 (ünvan 2 ünvanında yaşayır) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci, 148-ci və 148-1-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli, 3 saylı Qərarının 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə - təqsirləndirilən şəxs qismində tanınırlar. İş materiallarından görünür ki, xüsusi ittihamçı şikayətində şikayətdə göstərilən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini və digər dəlilləri təsdiq edən sübutları şikayətdə hansı sənədlərlə, habelə hansı digər dəlillərlə təsdiq edən sübutlar əlavə etməmişdir. Həmçinin xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməmişdir. Buna görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.1.8-ci maddələrinin tələblərini pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.1.7, 302.1.8, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-498/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-498/2024
20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver