Məhkəmə qərarları › İş №1(060)-5/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-5/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-5/2022 26.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh – Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 12 iyun 2020-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri, Dənizkənarı bulvarın giriş hissəsinin yaxınlığında tanışı Zərərçəkmiş şəxs1 onun barəsində nalayiq sözlər deməsini soruşması səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirərək ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunmuş sol gicgah nahiyəsinin qançırı, döş qəfəsinin küt travması, sol çiyinüstü nahiyənin, sol bazunun sıyrıqları, sol qalça tini nahiyənin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 128 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, özgə əmlakını ələ keçirmə məqsədi ilə 2020-ci ilin may ayının axırlarında Sumqayıt şəhəri, 41 A məhəllə ərazisində yerləşən özünə məxsus “123” saylı avtosalonda ona avtomobil almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs2 həmin avtosalonda olan “Mersedes S 350” markalı avtomobilin bankın lizinqində olduğunu bildirərək həmin avtomobilin 4 aylıq ödənişinin olması barədə məlumatları gizlədib aldadaraq Zərərçəkmiş şəxs2 məxsus “BMW 750” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilini 20000 ABŞ dollara aldıqdan sonra ona 3500 ABŞ dollar pul vermiş, bundan sonra Elsevər Həsənli NBC bankın nəzdində olan lizinq şirkətinə həmin avtomobili öz adına keçirməsi ilə bağlı müraciət etdikdə bank tərəfindən “Mersedes S 350” markalı avtomobil əlindən alınmış, bununla da zərərçəkmiş şəxs Elsevər Həsənlinin 28050 manat ekvivalentində 16500 ABŞ dollar pulunu aldatma və etibardan sui-istifadə etməklə alıb ələ keçirərək ona 28050 (iyirmi səkkiz min əlli) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 12 iyun 2020-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri, Dənizkənarı bulvarın giriş hissəsinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 digər tanışı Zərərçəkmiş şəxs1 onun barəsində nalayiq sözlər deməsini soruşması səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirərək ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunmuş sol gicgah nahiyəsinin qançırı, döş qəfəsinin küt travması, sol çiyinüstü nahiyənin, sol bazunun sıyrıqları, sol qalça tini nahiyənin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 3 ildir ki, tanıdığını, onunla bir yerdə avtomobil satışı ilə məşğul olduğunu, aralarında həmişə normal münasibətlər olduğunu, Təqsirləndirilən şəxs1 5-6 ildir ki, tanıdığını, onunla da aralarında həmişə normal münasibət olduğunu bildirərək mahiyyət üzrə göstərmişdir ki, 12.06.2020-ci il tarixdə axşam vaxtlarında o, evdə yemək yemiş, spirtli içki olan araq qəbul etmişdir. Həmin gün saat 23:30 radələrində o, ***-***-**-** mobil nömrəsiylə Zərərçəkmiş şəxs1 ***- ***-**-** mobil nömrsinə zəng vurub Sumqayıt şəhəri, Bulvar ərazisindəki avtomobil yolunun kənarına gəlməsini demişdir. Zaur ona demişdir ki, bir azdan oraya gələcək. Çünki Daşqın ona demişdir ki, Zaur onun arxasınca söymüşdür. Təxminən 15-20 dəqiqədən sonra Zaur həmin yerə gəlmiş, Zaurla söhbət zamanı o, onu nə üçün söydüyünü soruşmuşdur. Zaur onu söymədiyini demiş, söhbət əsasında o, Daşqının mobil nömrəsinə zəng vurub onu oraya çağırmışdır. Çünki ehtiyyat etmişdir ki, Zaur başqa şəxsləri oraya çağırıb həmin şəxslərlə birlikdə onu döyərlər. Az sonra Daşqın “Mersedes Benz” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəlmişdir. Sonra Daşqın və tanımadığı iki nəfər oğlan avtomobildən düşüb onlara yaxınlaşmışlar. Həmin vaxtı artıq o, Zaurla mübahisə etmiş, mübahisə zamanı o, Zaurla yaxalaşmışdır. Həmin vaxtı o, bir neçə dəfə Zauru yumruqla vurmuşdur. Daşqın onlara yaxınlaşaraq ayırmışdır. Daşqın onları ayırdıqdan sonra Zaur yeni tikilən binalara tərəf qaçmağa başlamışdır. Sonra o, oradan çıxıb evinə gəlmişdir. Eləcə də o, ifadəsində mübahisə zamanı Zauru yalnız yumruqla vurduğunu, onu təpiklə vurmadığını, Daşqının mübahisə zamanı Zərərçəkmiş şəxs1 vurmadığını, onları sadəcə ayırdığını, Zaurun onu döymədiyini, nalayiq söyüşlərlə söymədiyini, münaqişə vaxtı orada yalnız onun, Zaurun, Daşqının, Daşqının iki nəfər tanışının olduğunu, mübahisə zamanı Daşqının yanında olan iki nəfər şəxsin Zərərçəkmiş şəxs1 döymədiyini və nalayiq söyüşlərlə söymədiyini, onların həmin vaxtı kənarda dayandığını göstərmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələb yoxdur. Barəsində «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli, 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qardaşı Aqil Hüseynova məxsus “123” avtosalonunda işlədiyini bildirərək mahiyyət üzrə göstərmişdir ki, 2020-ci ilin may ayında əvvəllər tanıdığı Emin avtosalona gəlib ona demişdir ki, kreditdə “Mercedes S class” markalı avtomobil lazımdı, BMW 750 markalı avtomobillə barter edəcək. O, Eminə elə avtomobil olduğunu, barter edəcəyini demişdir. Bir neçə gün sonra Emin sonradan tanıdığı Elsevər adlı orta yaşlı adamla işldiyi avtosalona gəlmişdir. Həmin vaxtı onun tanışları Vasif və Rüfət də avtosalonda olmuşlar. Elsevər avtosalonda olan “Mersedes S Class” markalı maşına baxıb bəyənmişdir. Həmin avtomobil 2014-cü il Almaniya istehsalı olan “Mercedes S 350” markalı avtomobil olmuşdur. O, həmin avtomobilin lizinqdə olduğunu, 36 ay ərzində 3650 manat kreditinin olduğunu bildirmişdir. Bundan əlavə olaraq bildirmişdir ki, həmin avtomobili ilkin ödəniş kimi 15000 ABŞ dollarına “Turbo.az” saytında satışa çıxartmışdır. Söhbət zamanı Eminin təklif etdiyi 2009-cu il istehsalı olan “BMW 750” markalı avtomobillə barter edilmək üçün sonuncu 17000 dollar qiymətləndirmiş, Mercedes S class üçün 13500 ABŞ dolları pul istəmişdir. Bundan sonra Eminlə Elsevər salondan çıxıb getmişlər. Təxminən 1 saat sonra Emin onun mobil telefonuna zəng vurub demişdir ki, Elsevəri razı salmışdır. “BMW” markalı avtomobili gətirib pulu özü götürəcək. Emin bir neçə saat sonra gəlmiş və o, ona 3500 ABŞ dolları pul vermişdir. “BMW 750” markalı avtomobili ondan götürmüş, “Mercedes S Class” markalı avtomobili isə ona vermişdir. Həmçinin o sonradan “BMW 750” markalı avtomobili başqa şəxsə satmışdır. Həmin vaxtı o, müştəri tapdığı üçün Eminə 1000 ABŞ dolları pul vermişdir. Bundan əlavə karantin olduğu üçün banklar işləməmiş, o, Elsevərə və Eminə demişdir ki, görüşüb lizinqi onun adına sənədləşdirərik. Bundan sonra bir neçə dəfə Elsevər ona zəng edib sənədləşmə ilə bağlı görüşmək istədiyini desə də, həmin vaxtı NBC bank işləmədiyi üçün banka gedə bilməmişlər. O, Eminə lizinq şirkətinə gedib adını müqaviləyə yazdırmağı demişdir. Sonradan Emin onun mobil telefonuna zəng vurub demişdir ki, “Mersedes S Class” markalı avtomobilin 3 aylıq gecikməsi olduğu üçün bank onun əlindən avtomobili almışdır. Eləcə də o, ifadəsində Zərərçəkmiş şəxs2 avtomobili satarkən ona avtomobilin lizinqə gecikmiş ödənişin olduğunu bildirdiyini, “Mercedes S class” markalı avtomobilin 3 ay gecikmiş ödənişin olması ilə bağlı Elsevərə və Eminə dediyini, həmin ödənişin ödənilməsi üçün Eminə 4500 ABŞ dollar pul verdiyini, Şahid4 ifadəsində yalandan göstərdiyini, ona da, Elsevərə də avtomibilin gecikmiş ödənişin olması barədə bildirdiyini, avtomaşının alqı-satqısı zamanı söhbət edərkən Elsəvər, Emin və barter etdikləri “BMW 750” markalı avtomobilin etibarnamə ilə sahibi tanımadığı bir nəfər şəxsin olduğunu qeyd etmişdir. Bundan başqa o, ifadəsində Zərərçəkmiş şəxs1 təxminən 5 ildir ki, tanıdığını, onun avtomobil satışı ilə məşğul olduğunu, Zərərçəkmiş şəxs1 ona avtomobillərin satışında köməklik etdiyini, Təqsirləndirilən şəxs2 isə 2-3 ildir ki, tanıdığını, onlarla münasibətinin normal olduğunu, bir aydan çoxdur ki, Zərərçəkmiş şəxs1 onunla işləmədiyini, lakin onunla əlaqələrinin olduğunu bildirərək mahiyyət üzrə göstərmişdir ki, 12.06.2020-ci il tarixdə saat 23:30 radələrində Emil onun mobil telefonuna zəng vurub Bulvar ərazisinə gəlməsini bildirmişdir. O, Emildən nə səbəbə oraya çağırdığını soruşmuş, Emil ona avtomobilini X14 Şöbəsinin əməkdaşı saxlayıb və ona görə də oraya gəlməsini, avtomobilinin buraxılmasına köməklik etməsini demişdir. O, həmin vaxtı Vüqar və Zabil adlı tanışları ilə parkdan çıxıb “Mersedes Benz” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə evlərinə tərəf getmişlər. Emilin çağırışından sonra o, avtomobili ilə Sumqayıt şəhəri ərazisindəki Bulvar ərazisinə gəlmişdir. Orada dairəyə yaxın avtomobil yoluna çatdıqda görmüşdür ki, Emillə Zaur mübahisə edirlər. O da avtomobildən düşərək mübahisəyə qarışmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələb yoxdur. O Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə barəsində olan cinayət işinə xitam verilməsini, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə isə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, 2009-cu il istehsalı olan “BMW 750” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs3dur və ona görə də, Zərərçəkmiş şəxs3 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 82/2021 saylı, 04 avqust 2021-ci il tarixli qərarı ilə zərərçəkmiş qismində tanınmış, Zərərçəkmiş şəxs2 isə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə uzun müddətdir birbirilərini tanıyırlar. Onların aralarında həmişə dostluq münasibəti olmuşdur. 2020-ci ilin mart ayında Sumqayıt şəhər sakini Əli adlı şəxsdən “BMW 750” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə almışdır. Təxminən 2020-ci ilin may ayının sonlarında Elsevər “BMW 750” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı həmin avtomobili “Mercedes S 350” markalı avtomobil ilə barter etmək üçün ondan xahiş etdi. Elsevər “BMW 750” ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 20000 (iyirimi min) ABŞ dolları məbləğində pulu dost olduqlarına görə ona sonra ödəyəcəyini bildirdi. O, Elsever və “Mercedes S class” markalı avtomobili Elsevərə almaq üçün tapan Emin adlı maklerlə birlikdə Sumqayıt şəhərində yerləşən Avtosalon “123” adlanan avtomobil salonuna getmişlər. Orada avtosalonun qarşısında Daşqın adlı bir nəfər şəxslə görüşmüşlər. Daşqın “Mercedes S 350” markalı avtomobilin ilkin ödənişi kimi 16500 (on altı min beş yüz) dollar pul istəmişdir. Daşqın, o və Elsevər razılaşaraq “BMW 750” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili 20000 (iyirmi min) ABŞ dolları qiymətləndirmişlər. Daşqın həmin avtomobili götürərək “Mercedes S 350” markalı avtomobili Elseverin adına keçirməyi öhdəsinə götürmüş və razılaşmışlar ki, həmin avtomobilin lizinq şirkətinə qalan 55000 (əlli beş min) ABŞ dolları borcunu Elsevər ödəyəcəkdir. Həmin vaxt Elsəvər Daşqından “Mercedes S 350” markalı avtomobilin lizinq şirkətinə 55000 (əlli beş min) ABŞ dolları borcundan başqa hansı probleminin, eləcə də axtarışın olub-olmamasını soruşmuş, Daşqın avtomobilin özünə məxsus olduğunu, heç bir probleminin olmadığını və “Mercedes S 350” markalı avtomobilə görə heç bir gecikmənin olmadığını bildirmişdir. Eləcə də Elsevərə demişdir ki, lizinq şirkətinə 55000 (əlli beş min) ABŞ dolları borcu qalıb, həmin borcu qrafikə saldıracaq və avtomobili Elsevərin adına keçirdəcəkdir. Bundan sonra onlar Bakı şəhərinə gəlmişlər. Orada notariat kontorunda o baş etibarnamə ilə “BMW 750” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili Daşqının adına keçirmişdir. Daşqın onlara 6000 manat pul vermiş, o da həmin pulu Elsevərə vermişdir. Sonradan ona məlum olmuşdur ki, “Mercedes S 350” markalı avtomobilin bankda ödənməmiş gecikmələri vardır. Ona görə də, həmin bankın nəzdində olan lizinq şirkəti avtomobili Elsevərin əlindən almışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs1 qanuna müvafiq qaydada cəza verilməsini və mülki iddianın tam təmin olunmasını xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 12 iyun saat təxminən 23:30-da əvvəllər tanımadığı və avtosalon “123”-də işləyən Təqsirləndirilən şəxs2 adlı şəxs ona zəng vurub və onu görmək üçün dənizkənarı bulvara çağırmışdır. Həmən vaxt o, Masazırdan bibisi oğlu gildən gəlirmiş. Bibisigilə bibi oğlunun yanına pul almağa getmiş və 1000 manat borc pul almışdır. Gedəndə yolda əvvəllər tanıdığı Elnur adlı şəxsdən 330 manata “İphone 7” markalı mobil telefon almışdır. Sonra Emilin yanına, yəni Sumqayıt şəhər dənizkənarı bulvara gəlmişdir. Emil ona güya onun ünvanına nalayiq söyüşlər söydüyünü demişdir. O, Emilə yalan olduğunu və bunları Emilə kim dediyini soruşmuşdur. Emil bu zaman Daşqın adlı şəxsə zəng vurmuşdur. Onu da bildirimişdir ki, Daşqın yanvar ayından ona 9300 AZN pul borcludur. Daşqın onların yanına gəlib və onlara yaxınlaşan kimi Emil onun mədəsinə yumruq zərbəsi endirmiş, o, səbəbi soruşanda Daşqın qışqıraraq artislik eləmə, pulu çoxdu tutsalar da pulunu verib qurtaracaq demişdir. Daha sonra hər ikisi qoşalaşıb onun baş və bədən nahiyələrinə təpiklə vurmağa başlamışlar. O, gücnən onların əlindən çıxıb dənizə tərəf qaçmış və dənizin içinə girmişdir. Onlar onu döyən zaman cibindəki telefon, pul və qolundakı saat hamısı yerə düşmüş və əllərindən qaçanda heç birini götürə bilməmişdir. O, dənizin içindəki daşın dalında gizlənmişdir. Daşqın və Emil elə bilmişlər ki, o, dənizdə batıb və çıxıb getmişlər. O, özünə gələndə yəni saat 03:00-da dənizdən çıxıb evə getmişdir. Eləcə də o, ifadəsində həmin vaxtı ətrafda və parkın içində adamların gəzdiyini, lakin onları tanıya bilmədiyini, Daşqın onların yanına gələndə yanında, yəni maşında Vüqar və hamının Motu kimi çağırdığı şəxslərin olduğunu, onların hər ikisinin kənara çəkilib söhbət etdiklərini, onu vurmadıqlarını, münaqişə zamanı Emil və Daşqının onu nalayiq söyüşlərnən söymədiyini, həmin vaxt aşağı əyildiyi üçün Daşqın və Emilin bədəninin hansı nahiyəsinə və neçə dəfə vurduğlarını xatırlamadığını göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş, məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs2 oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2009-cu il istehsalı olan “BMW 750” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilinin olduğunu, həmin avtomobili 2020-ci ilin mart ayında Sumqayıt şəhər sakini Əli adlı şəxsdən 34000 manata aldığını, həmin avtomobili baş etibarnamə ilə dostu Zərərçəkmiş şəxs3 adına keçirdiyini, çünki həmin vaxtı şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün avtomobili onun adına keçirdiyini, həmin avtomobili də həmişə özünün idarə etdiyini, sonradan özü üçün “Mercedes S Class” markalı avtomobil axtarmağa başladığını, “BMVV 750” markalı avtomobili satıb “Mersedes S Class” markalı avtomobili almaq istədiyini, Şahid4 adlı tanışının olduğunu, onun Bakı şəhərində yaşadığını, ona “Mersedes S Class” markalı avtomobili almaq istədiyini dediyini, Eminin ona Sumqayıt şəhərində tanışının olduğunu, onun avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu, onda “Mersedes S Class” markalı avtomobilin olduğunu dediyini bildirərək mahiyyət üzrə göstərmişdir ki, 2020-ci ilin may ayının axırlarında o, Natiq və Eminlə birlikdə xatırlamadıqları avtomobillə Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən “123” adlı avtosalona gəlmişlər. Az sonra Daşqın qara rəngli, “Mercedes S 350” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə avtosalona gəlmişdir. Onlar görüşmüşlər. Daşqın gəldiyi “Mercedes S 350” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili onlara göstərib demişdir ki, həmin avtomobil 2014-cü il Almaniya istehsalıdır və avtomobil bankın nəzdində lizinqdədir, 55000 (əlli beş min) ABŞ dolları kredit borcu vardır. Əgər həmin avtomobili almaq istəyirsə ilkin ödəniş olaraq ona 16500 (on altı min beş yüz) ABŞ dolları pul verməlidir. Onlar hesabladıqda həmin avtomobilin ümumi qiymətinin 71500 (yetmiş bir min beş yüz) ABŞ dolları olduğunu bilmişlər. Həmin vaxtı o, Daşqına özünə məxsus 2009-cu il istehsalı olan “BMW 750” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili almasını təklif etmişdir. Bildirmişdir ki, həmin avtomobili “Mercedes S 350” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin ödənişi kimi götürsün. Həmin vaxtı onlar razılaşmışlar ki, Daşqına həmin avtomobili 20.000 (iyirmi min) ABŞ dollara versinlər. Daşqın onunla razılaşmış, bildirmişdir ki, bir neçə gündən sonra o, Bakı şəhərinə gəlib onunla birlikdə “Mercedes S Class” markalı avtomobilin lizinqdə olduğu lizinq şirkətinə gedəcəkdir. Lizinq şirkəti ilə Daşqının arasında olan müqavilənin onun adına dəyişdirəcək. O, da hər ay həmin avtomobilin pulunu banka ödəyəcəkdir. O, Natiq və Eminlə birlikdə Bakı şəhərinə gəlmişlər, Bakı şəhəri, 9-cu mikrorayon ərazisində Lukoil yanacaq doldurma məntəqəsinin yaxınlığında fəaliyyət göstərən Notariat Kontoruna getmişlər və orada maşına sərəncam verməklə bağlı Daşqının adına etibarnamə götürmüşlər. Emin və Natiq ona məxsus “BMVV 750” markalı avtomobillə Sumqayıt şəhərinə Daşqının yanına getmişlər. Onlar ona məxsus “BMVV 750” markalı avtomobili Daşqına verib “Mercedes S 350” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili ondan götürmüşlər. Həmin vaxtı Daşqın Eminə 6000 manat pul vermişdir. O, bir neçə gündən sonra Daşqının mobil telefonuna zəng vurub ona lizinq şirkətinə getmələrini demişdir. Daşqın ona sabah-birisi gün gələcəm deyərək 20 gün müddəti uzatmışdır. O, Eminlə əlaqə saxlayaraq ona demişdir ki, Daşqından xəbər çıxmamışdır. Axırda Emin ona demişdir ki, Daşqın ona mesaj göndərib ki, o, Bakı şəhərindəki Babək prospektində yerləşən NBC bankının nəzdində olan lizinq şirkətinə gesin, orada sənədi onun adına keçirəcəklər. O, da “Mercedes S 350” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin şirkətə getmişdir. Orada o, şirkətin əməkdaşına həmin avtomobili öz adına keçirmək istədiyini bildirmişdir. Şirkətin əməkdaşları ona demişlər ki, “Mercedes S 350” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil hazırda lizinqdədir, problemli kreditlər şöbəsindədir. Çünki həmin avtomobilin 4 aylıq gecikməsi var, ona görə bu maşını axtarırlar. Həmin vaxtı lizinq şirkətinin əməkdaşları avtomobili onun əlindən almışlar. Orada şirkətin işçisi Daşqının mobil telefonuna zəng edib maşını onun əlindən aldıqlarını demişlər. Bundan sonra o, Daşqınla bir neçə dəfə əlaqə saxlamaq istəsə də, o telefon zənglərinə cavab verməmişdir. Eləcə də o, ifadəsində Daşqının ona avtomobilin lizinq şirkətinə 55000 (əlli beş min) ABŞ dolları məbləğində borcu olduğunu, 34 ay ərzində hər ay 3200 manat pul verilməli olduğunu dediyini, lakin lizinq şirkətinə getdikdə ona 16500 manat pul gecikməsi olduğu deyildiyini, əlavə də Daşqının dediyi kimi 55000 ABŞ dollar borcu olduğunu, beləliklə Daşqının onu 16500 (on altı min beş yüz) ABŞ dollar pula münasibətdə yalan danışdığını, Daşqının ona və Eminə “Mercedes S 350” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin bankda 4 aylıq gecikmiş ödənişin olması barədə bildirmədiyini göstərmişdir. Həmçinin Rusiya Federasiyasının Saratov Vilayətindən teleqram göndərərək bildirmişdir ki, “BMW 750” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs3 məxsus olmuş, Daşqın həmin avtomobili onlardan alaraq əvəzinə Mercedes markalı avtomobil vermiş, ilkin ödəniş olaraq onlardan 16500 ABŞ dollar almış və onları aldadaraq bildirmişdir ki, Mercedes markalı avtomobil ona məxsusdur və avtomobilin heç bir problemi yoxdur. O avtomobili sənədləşdirmək üçün Natiqlə birlikdə lizinq şirkətinə getmişlər, lakin lizinq şirkətində bu avtomobilin gecikdirilmiş borcu və axtarışda olduğu bildirilmiş, lizinq şirkətinin işçisi Aqşin tərəfindən Mercedes markalı avtomobil onlardan alınmışdır. Həmçinin Mercedes markalı avtomobil heç vaxt ona məxsus olmayıb və o avtomobili heç kimə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 tanıdığını, onlarla münasibətinin normal olduğunu, Təqsirləndirilən şəxs1 isə qardaşı Elgizin vasitəsi ilə tanıdığını, Elgizlə münasəbitinin normal olduğunu, Zərərçəkmiş şəxs2 Natiq adlı tanışına görə tanıdığını bildirərək mahiyyət üzrə göstərmişdir ki, 2020-ci ilin may ayının əvvəllərində Natiq və Elsevər ona demişlər ki, “BMW 750” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili “Mercedes S Class” markalı avtomobillə dəyişmək istəyir. O, onlara demişdir ki, Sumqayıt şəhərində 123 adlı avtosalon vardır. Həmin salonda işləyən Daşqınla danışıb onlara deyəcək. O, Daşqının mobil telefonuna zəng vurub “Mersedes S Class” markalı avtomobilin olub-olmadığını, bir nəfər tanışının “BMW 750” markalı avtomobilini həmin avtomobillə dəyişmək istədiyini demişdir. Daşqın ona həmin avtosalonda “Mersedes S Class 350” markalı avtomobilin olduğunu demiş və o bu barədə Elsevərə demişdir. 2020-ci ilin may ayının axırlarında o, Elsevər və Natiqlə birlikdə Sumqayıt şəhəri, 41 A məhəllə ərazisindəki “123” avtomobil salonuna gəlmişlər. Az sonra Daşqın qara rəngli, “Mercedes S Class 350” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə avtosalona gəlmiş, Daşqın gəldiyi “Mercedes S Class 350” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili onlara göstərib demişdir ki, həmin avtomobil 2014-cü il Almaniya istehsalıdır, həmin avtomobil bankın nəzdində lizinqdədir. 55000 (əlli beş min) ABŞ dolları kredit borcu vardır. Əgər həmin avtomobili almaq istəyirsə ilkin ödəniş olaraq ona 16500 (on altı min beş yüz) ABŞ dolları pul verməlidir. Onlar hesabladıqda həmin avtomobilin ümumi qiymətinin 71500 (yetmiş bir min beş yüz) ABŞ dolları olduğunu bilmişlər. Həmin vaxtı Elsevər Daşqına 2009-cu il istehsalı olan “BMW 750” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili almasını təklif etmiş və həmin avtomobili “Mercedes S Class 350” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin ödənişi kimi götürməsini bildirmişdir. Həmin vaxtı Elsevər Daşqına həmin avtomobili 20.000 (iyirmi min) ABŞ dollara qiymətləndirmiş, Daşqın 20000 ABŞ dollarından 3500 ABŞ dollarını Elsevərə qaytaracağını demişdir. Daşqın həmin vaxtı bildirmişdir ki, bir neçə gündən sonra o, Bakı şəhərinə gəlib Elsevərlə birlikdə “Mercedes S Class 350” markalı avtomobilin lizinqdə olduğu lizinq şirkətinə gedəcəkdir. Lizinq şirkəti ilə onun arasında olan müqaviləni Elsevərin adına dəyişdirəcəkdir. Elsevər də hər ay həmin avtomobilin pulunu banka ödəyəcəkdir. Həmin vaxt Elsevər Daşqından avtomobilin gecikməsinin olub-olmadığını soruşmuşdur. Daşqın Elsevərə avtomobilin heç bir gecikməsinin olmadığını demişdir. Sonra o, Natiq və Elsevərlə birlikdə Bakı şəhərinə gəlmişlər. Bakı şəhəri, 9-cu mikrorayon ərazisində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında fəaliyyət göstərən Notariat Kontoruna getmiş və orada maşına sərəncam verməklə bağlı Daşqının adına etibarnamə vermişlər. Sonra o, və Natiq Elsevərə məxsus “BMW 750” markalı avtomobillə Sumqayıt şəhərinə Daşqının yanına getmişlər. Onlar Elsevərə məxsus “BMW 750” markalı avtomobili Daşqına verib “Mercedes S 350” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili ondan götürmüşlər. Daşqın ona 6000 manat pul vermişdir. O, həmin pulu Bakı şəhərinə gəlib Elsevərə vermiş, bir neçə gündən sonra Elsevər ona demişdir ki, nə qədər Daşqına zəng vursa da Daşqın Bakı şəhərinə gəlməyib və avtomobilin adına olan müqaviləni onun adına keçirməyib. O, Daşqının mobil teleofonuna zəng vurub ondan Bakı şəhərinə gəlib avtomobilin müqaviləsini Elsevərin adına keçirməsini demişdir. Daşqın ona demişdir ki, özü bankla danışıb onlara deyəcək, onlar özləri banka gedib müqaviləni Elsevərin adına keçirəcəkdir. Sonradan o, Daşqının mobil telefonuna bir neçə dəfə zəng vursa da o, zənglərə cavab verməmişdir. Sonrakı günlərin birində Daşqın onun mobil telefonuna mesaj göndərib yazmışdır ki, Bakı şəhərindəki Babək prospektində yerləşən NBC bankın nəzdində olan lizinq şirkətinə getsinlər, orada avtomobilin müqaviləsini Elsevərin adına keçirəcəklər. O, bu barədə Elsevərə demişdir. Sonradan Elsevər ona demişdir ki, o, “Mercedes S Class 350” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin şirkətə getmiş, orada şirkətin əməkdaşına həmin avtomobili öz adına keçirmək istədiyini bildirmiş, şirkətin əməkdaşları ona “Mercedes S Class 350” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda lizinqdə problemli kreditlər şöbəsində olduğunu, həmin avtomobilin 4 aylıq gecikməsi olduğunu, ona görə də bu maşının axtarışda olduğunu demişlər. Həmin vaxtı lizinq şirkətinin əməkdaşları avtomobili Elsevərin əlindən almışlar. Eləcə də o, ifadəsində Təqsirləndirilən şəxs1 “Mercedes S Class 350” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili Elsevərə satarkən həmin avtomobilin bankda gecikmiş ödənişi olduğunu demədiyini göstərmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də işləyir. "xxxx" MMC-yə məxsus “Mercedes Benz S 350” minik markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 06/2735/DLİZ nömrəli 05.02.2020-ci il tarixli X9 müqaviləsinə əsasən vətəndaş Sarvan Qurban oğlunun istifadəsinə verilmişdir. 20.05.2020-ci il tarixədək heç bir ödəniş aparılmamaışdır. 05.02.2020-ci il tarixdən 20.05.2020-ci il tarixədək qrafik üzrə borc gecikdirilmişdir. X5 tərəfindən ilk ödəniş 08.07.2020-ci il tarixdə aparılmışdır. 05.05.2020-ci il tarixə vətəndaş Sarvan Qurban oğlunun cəmi ödənilməli olan məbləği 10561.95 manat təşkil etmişdir. Qalıq borc 05.05.2020-ci il tarixə 95139.63 manat əsas borc, 39189.03 manat faiz borcu, cəmi 134328.66 manat borc qalmışdır. Eyni zamanda bildirmişdir ki, “Mercedes Benz S 350” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsus olduğu üçün Təqsirləndirilən şəxs1 onu satmaq hüququ olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Elsevəri tanıyır. 2021-ci ilin avqust-sentyabr aylarında Elsevər ona zəng edərək onda “Mercedes Benz S 350” minik markalı avtomobilin olduğunu demişdir. O, avtomobilə baxmış və onu almaq qərarına gəlmişdir. Elsevər avtomobilin bankda olduğunu, ilkin olaraq 3550 manat banka pul ödəyəcəyini, 11500 manat pulun isə ona ödəməyini və bundan başqa hər ay banka 3500 manat ödəniş etməyini bildirmişdir. O, Elsevərlə razılaşmış, birlikdə banka gederək 3500 manat pul banka ödəmiş, 11500 manat Elsevərə ödəmiş, adına etibarnamə almış və 2020-ci ilin avqust ayından mütəmadi olaraq aylıq ödənişləri ödəmişdir. O, Elsevərlə əvvəllər də maşın alıb satmış və “Mercedes Benz S 350” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili ondan almamışdan uzun müddət qabaq Elsevərin ona 30000 ABŞ dolları borcu olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 16.06.2020-ci il tarixli, 668 saylı ekspert rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: QKTB. Baş beyin silkələnməsi. Döş qəfəsinin küt travması, sol çiyinüstü nahiyyənin, sol bazunun sıyrıqları, sol qalça tini nahiyyənin və sol gicgah nahiyyəsinin qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, onun tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 12.06.2020-ci il tarixdə yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspetizasının 29.07.2020-ci il tarixli, 32/668 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: QKTB. Baş beyin silkələnməsi. Döş qəfəsinin küt travması, sol çiyinüstü nahiyyənin, sol bazunun sıyrıqları, sol qalça tini nahiyyənin və sol gicgah nahiyyəsinin qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, onun tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 12.06.2020-ci il tarixdə təpik və yumruq zərəbələrinin təsiri nəticəsində yarana bilərdilər və dərəcəsinə görə QKBT. Baş beyin silkələnməsi ilə müşayiət olunmuş sol gicgah nahiyəsinin qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər - yəni döş qəfəsinin küt travması, sol çiyinüstü nahiyənin, sol bazunun sıyrıqları, sol qalça tini nahiyənin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 26.08.2020-ci il tarixdə tutulmuş və 26.08.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 12.10.2020-ci il tarixdə ittiham elan edilməsi üçün tutulmuş və 14.10.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 08.04.2021-ci il tarixli ərizələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlar ona dəymiş maddi ziyanı tam ödənildiyindən onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10.09.2021-ci il tarixli ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs1 ilə barışmışlar, barələrində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarında olan Təqsirləndirilən şəxs2 29.11.2021-ci il tarixli ərizələrindən görünür ki, o barəsində «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 iddia ərizəsindən görünür ki, cinayət nəticəsində vurulmuş maddi ziyanın, yəni 16500 ABŞ dolları məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs1 tutulub ona ödənilməsinə dair iddianın tam təmin edilməsi məhkəmədən xahiş olunur. İş materiallarında olan "xxxx" MMC-nin 31.05.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-yə məxsus “Mercedes Benz S 350” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 06/2735/DLİZ nömrəli 05.02.2020-ci il tarixli X9 müqaviləsinə əsasən vətəndaş Sarvan Qurban oğlunun istifadəsinə verilmişdir. 20.05.2020-ci il tarixədək heç bir ödəniş aparılmamaışdır. 05.02.2020-ci il tarixdən 20.05.2020-ci il tarixədək qrafik üzrə borc gecikdirilmişdir. X5 tərəfindən ilk ödəniş 08.07.2020-ci il tarixdə aparılmışdır. 05.05.2020-ci il tarixə vətəndaş Sarvan Qurban oğlunun cəmi ödənilməli olan məbləği 10561.95 manat təşkil etmişdir. Qalıq borc 05.05.2020-ci il tarixə 95139.63 manat əsas borc, 39189.03 manat faiz borcu, cəmi 134328.66 manat borc qalmışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs3 qanuni sahibliyində olmuş “BMW 750” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili 26.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına keçirmişdir. İş materiallarında olan 06/2735/DLİZ nömrəli 05.02.2020-ci il tarixli X9 müqaviləsindən görünür ki, "xxxx" MMC ilə fərdi sahibkar Sarvan Qurban oğlu arasında müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 06.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 “Mercedes Benz S 350” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilmiş və etibarnamə 05.03.2020-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 20.06.2020-ci il tarixdə X4 “Mercedes Benz S 350” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilmiş və etibarnamə 27.06.2020-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 11.08.2020-ci il tarixdə X2 “Mercedes Benz S 350” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilmiş və etibarnamə 11.09.2020-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış Rusiya Federasiyasının Saratov Vilayətindən daxil olmuş 28.12.2021-ci il tarixli teleqramdan görünür ki, “BMW 750” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs3 məxsus olmuş, Daşqın həmin avtomobili onlardan alaraq əvəzinə Mercedes markalı avtomobil vermiş, ilkin ödəniş olaraq onlardan 16500 ABŞ dollar almış və onları aldadaraq bildirmişdir ki, Mercedes markalı avtomobil ona məxsusdur və avtomobilin heç bir problemi yoxdur. O avtomobili sənədləşdirmək üçün Natiqlə birlikdə lizinq şirkətinə getmişlər, lakin lizinq şirkətində bu avtomobilin gecikdirilmiş borcu və axtarışda olduğu bildirilmiş, lizinq şirkətinin işçisi Aqşin tərəfindən Mercedes markalı avtomobil onlardan alınmışdır. Həmçinin Mercedes markalı avtomobil heç vaxt ona məxsus olmayıb və o avtomobili heç kimə satmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 06 (altı) saat vaxt sərf etmişdir. Ona görə də 36 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1na göstərdiyi hüquqi yardıma görə 08 (səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 48 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də 300 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də 300 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə iş materiallaından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 özgə əmlakını ələ keçirmə məqsədi ilə 2020-ci ilin may ayının axırlarında Sumqayıt şəhəri, 41 A məhəllə ərazisində yerləşən özünə məxsus “123” saylı avtosalonda ona avtomobil almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs2 həmin avtosalonda olan “Mersedes S 350” markalı avtomobilin bankın lizinqində olduğunu bildirərək həmin avtomobilin 4 aylıq ödənişinin olması barədə məlumatları gizlədib aldadaraq Zərərçəkmiş şəxs3 məxsus “BMVV 750” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilini 20000 ABŞ dollara aldıqdan sonra 3500 ABŞ dollar pul qaytarmış, bundan sonra Zərərçəkmiş şəxs2 NBC bankın nəzdində olan lizinq şirkətinə həmin avtomobili öz adına keçirməsi ilə bağlı müraciət etdikdə bank tərəfindən “Mersedes S 350” markalı avtomobil əlindən alınmış, bununla da Zərərçəkmiş şəxs3 28050 manat ekvivalentində 16500 ABŞ dollar pulunu aldatma və etibardan suiistifadə etməklə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 28050 (iyirmi səkkiz min əlli) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. X12 oğlu məhkəmə iclasında “Mersedes S 350” markalı avtomobilin lizinq şirkətinə ödənişdə gecikmələr olduğu barədə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məlumat verdiyini bildirsə də, Zərərçəkmiş şəxs3 və sahid Şahid4 idadələri, Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış Rusiya Federasiyasının Saratov Vilayətindən daxil olmuş 28.12.2021-ci il tarixli teleqramı ilə təkzib olunmuşdur. "xxxx" MMC-nin məktubundan görünür ki, "xxxx" MMC-yə məxsus “Mercedes Benz S 350” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 06/2735/DLİZ nömrəli 05.02.2020-ci il tarixli X9 müqaviləsinə əsasən vətəndaş Sarvan Qurban oğlunun adına lizinqə verilmişdir. 20.05.2020-ci il tarixədək heç bir ödəniş aparılmamaışdır. 05.02.2020-ci il tarixdən 20.05.2020-ci il tarixədək qrafik üzrə borc gecikdirilmişdir. X5 tərəfindən ilk ödəniş 08.07.2020-ci il tarixdə aparılmışdır. 05.05.2020ci il tarixə vətəndaş Sarvan Qurban oğlunun cəmi ödənilməli olan məbləği 10561.95 manat təşkil etmişdir. Qalıq borc 05.05.2020-ci il tarixə 95139.63 manat əsas borc, 39189.03 manat faiz borcu, cəmi 134328.66 manat borc qalmışdır. "xxxx" MMC-nin məktubundan göründüyü kimi “Mercedes Benz S 350” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olmuş, X12 oğlunun həmin avtomobilə sərəncam vermə hüququ olmamış və "xxxx" MMC X12 oğluna verilmiş idarə etmək üçün etibarnamənin müddəti də 05.03.2020-ci il tarixədə bitmişdir. Avtomobilə heç bir sərəncamverici hüququ olmamışdır. Bundan başqa məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində “Mercedes Benz S 350” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs2 15000 manata aldığını, 3500 manat banka ödədiyini, 11500 manat pulu isə Zərərçəkmiş şəxs2 verdiyi ifadəsinə tənqidi yanaşır. Belə ki, X3 öz ifadəsində Zərərçəkmiş şəxs2 ona 30000 ABŞ dolları borcu olmasına baxmayaraq həmin puldan əlavə 11500 manat yenidən “Mercedes Benz S 350” markalı avtomobilə heç bir hüquq Zərərçəkmiş şəxs2 keçmədən sonuncuya verməsini, eyni zamanda iş materiallarında olan "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs1 “Mercedes Benz S 350” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün verilmiş etibarnamənin müddəti 05.03.2020-ci il tarixdə bitdikdən sonra həmin avtomobili idarə etmək hüququnun 20.06.2020-ci il tarixdən 27.06.2020-ci il tarixədək X4 verilməsini nəzərə alaraq X1 verdiyi ifadəsini inandırıcı hesab etməyərək mötəbər sübut kimi qəbul etmir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 128 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun məhkəməyədək icraat zamanı həbsdə olduğu 02 gun Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməli, cinayət əməli nəticəsində 28050 manat ekvivalentində 16500 ABŞ dolları məbləğində pul təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs1 alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməlidir. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı həbsdə olduğu 02 gunün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı , ünvan 3 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia tam təmin olunsun. Cinayət əməli nəticəsində 16500 ABŞ dolları, yəni 28050 manat məbləğində pul təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs1 alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar