Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-50/2021 21.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs3, Onun müdafiəçisi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1992-ci ildə Ağdaş rayonu, Ağcayazı kəndində anadan olmuş, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, Ağdaş rayonu, Ağcayazı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatda olub Sumqayıt şəhəri, Ceyranbatan Bağları yaşayış massivində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, evli, əvvəllər məkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, ev 2-də qeydiyyatda olub Sumqayıt şəhəri, Ceyranbatan Bağları yaşayış massivi, DSE 19-da yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 özgənin əmlakını, yəni dəmir yolu xəttlərinə aid mis naqilləri gizli olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, o, Bakı Apellyasiya Məhkəməsinin 08.08.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq cəzasını çəkdiyi müddət ərzində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq ümumi təmiz çəkisi 5,329 qram miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq daşımış, 05 yanvar 2020-ci il tarixdə saat 17:30 radələrində «Vaz 2107» markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may kücəsində idarə edərkən NBPİ-nin Sabunçu xətt polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu xətt polis şöbəsinin inzibati binasına gətirilmiş, saat 20:10-da üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin iç sol cibindən «Kent» markalı siqaret qutusundan bir ədəd yarı çəkilmiş vəziyyətdə düzəldilmiş papirosda, təmiz çəkisi 0,147 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulumuş marixuana aşkar olunaraq götürülmüş, bundan sonra onun idarə etdiyi «Vaz 2107» markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin sürücü üçün nəzərdə tutulmuş ön sol oturacağının ayaqaltı yerində olan rezin xalçanın altından 01 ədəd şəffaf selofana bükülmüş vəziyyətdə ümumi çəkisi 5,182 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurulumuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan sonra o, Bakı Apellyasiya Məhkəməsinin 08.08.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq cəzasını çəkdiyi müddət ərzində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək özgənin əmlakını, yəni dəmir yolu xəttlərinə aid mis naqilləri gizli olaraq talamaq məqsədilə 04 mart 2020-ci il tarixdə saat 01 radələrində «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt- Sumqayıt mənzilinin 54-cü kilometrinin 8-ci piketindən kontakt şəbəkəsinə aid 150 metr uzunluğunda 3180 manat dəyərində M-120 markalı aparıcı trosunu və 300 metr uzunluğunda 7140 manat dəyərində MF-100 markalı ikiqat kontakt naqilini gizli kəsib özgə əmlakını talayaraq «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 10320 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs3 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 234.1, 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını, yəni dəmir yolu xəttlərinə aid mis naqilləri gizli olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 may 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3. 177.2.4 və 178.2.4–cü maddələri ilə təqsirli bilinərək 2 il müddətində şərti sınaq müddəti təyin edilmə cəzasına məhkum olunmasına baxmayaraq cəzasını çəkdiyi müddət ərzində tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və X2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək özgənin əmlakını, yəni dəmir yolu xəttlərinə aid mis naqilləri gizli olaraq talamaq məqsədilə 04 mart 2020-ci il tarixdə saat 01 radələrində «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt- Sumqayıt mənzilinin 54-cü kilometrinin 8-ci piketindən kontakt şəbəkəsinə aid 150 metr uzunluğunda, 3180 manat dəyərində M-120 markalı aparıcı trosunu və 300 metr uzunluğunda 7140 manat dəyərində MF-100 markalı ikiqat kontakt naqilini gizli kəsib özgə əmlakını talayaraq «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 10320 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını, yəni dəmir yolu xəttlərinə aid mis naqilləri gizli olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tanışları Quliyev X4 Ağasif Asif oğlu və X2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək özgənin əmlakını, yəni dəmir yolu xəttlərinə aid mis naqilləri gizli olaraq talamaq məqsədilə 04 mart 2020-ci il tarixdə saat 01 radələrində «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt-Sumqayıt mənzilinin 54-cü kilometrinin 8-ci piketindən kontakt şəbəkəsinə aid 150 metr uzunluğunda, 3180 manat dəyərində M-120 markalı aparıcı trosunu və 300 metr uzunluğunda, 7140 manat dəyərində MF-100 markalı ikiqat kontakt naqilini gizli olaraq kəsib talayaraq «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 10320 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, «Vaz 2107» markali, ** NX *** dövlət qeydiyyat nişanli avtomobili ilə takisi fəaliyyəti ilə məşğul olmuş 04.01.2020-ci il tarixdə saat 22:00 radələrində metronun «Memar Əcəmi» stansiyası yaxınlığında əvvəllər tanıdığı «Sübhan» adlı şəxsdən 10 manata özünün istifadə etməsi üçün narkotik vasitə olan qurudulmuş marixuana alıb üstündə saxlamaqla gəzdirmişdir. 05.01.2020-ci il tarixdə səhərə yaxın Baki şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində olan zaman həmin marixuananın bir hissəsini siqaretə doldurub çəkmiş, siqaretn içərisinə doldurduğu marixunananın yarısını çəkdikdən sonra, qalan hissəsini isə «Kent» markalı siqaret qutusunun içərisinə qoyaraq gödəkçəsinin sol iç cibinə qoymuş, digər hissəsini isə avtomobilinin qabaq sol oturacağının qarşısında olan rezinin altında ehtiyac olduğu halda istifadə etmək məqsədilə gizlətmiş, 05.01.2020-ci ildə saat 17:30-da Lökbatan qəsəbəsində avtomibili idarə edərkən Nəqliyyatda Baş Polis İdarəsinin Sabunçu Dəmir yolu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilmiş, inzibati binada video çəkilişdən istfadə edilməklə üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən «Kent» markalı siqaret qutusunun içərisində siqaretə doldurulmuş və yarısı çəkilmiş narkotik vasitə olan marixuananın aşkar edilərək götürülmüşdür. Bundan sonra idarə etdiyi «Vaz 2107» markali avtomobilin qabaq sol oturacağının qarşısındakı rezinin altında gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşları tərfindən aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər metal alqı-satqısı ilə məşğul olmuş, həmin metalları adətən Sumqayıt şəhəri, Kotec qəsəbəsində yerləşən “Yusifə məxsus metal qəbulu məntəqəsinə” təhvil verdiyinə görə orada işləyən Elşadla tanış olduqdan sonra aralarında yaxın münasibətlər yaranmışdır. Elşadın vasitəsi ilə onunla bir məhəllədə yaşayan Mövlanla və İlkinlə də tanış olmuş, 2020-ci ilin fevral ayının axırlarında Elşad, İlkin və Mövlanla görüşüb söhbət edərkən dəmir yol xəttindən metal naqlilləri oğurlayıb satmaq qərarına gəlmiş, 03 mart 2020-ci il tarixdə dostu Elgünlə birlikdə rayondan Bakıya yola çıxarkən Elşadın telefonuna zəng edərək oğurluq edəcəklərini bildirməklə onu Bakıda qarşılamasını xahiş etmişdir. 03 mart 2020-ci il tarixdə axşam saatlarında Elgünlə Bakı şəhərinə gəldikdən sonra saat 19 radələrində İlkin və Mövlanla telefonla danışarkən onların oğurluq üçün lazim olan əşyaları gətirəcəklərini bildirmiş, razılaşdıqları kimi Elgünlə birlikdə Sumqayıt şəhərinin girəcəyindəki «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında təxminən saat 23:30 radələrində İlkin və Mövlanla görüşmüşlər. Mövlanın idarə etdiyi «Opel» markalı avtomobillə oradan dəmir yolundan mis naqilləri oğurlamaq məqsədilə getmişdir. O, oğurluğa gedərkən dəfələrlə Elşadın mobil telefonuna zəng etsə də onun telefona cavab verməmiş, bundan sonra Mövlanın idarə etdiyi avtomobillə H.Z.Tağıyev qəsəbəsinə Bakı-Rostov yolunun keçdiyi körpünün üstünə gəlib yolun kənarında avtomobili saxlayaraq dəmir yolu xətlərinə tərəf gedib xətdə cərəyan olmaması üçün oradakı rubilnikdən dəmir yol xətlərindəki naqillərə gedən cərəyanı ayırdıqdan sonra avtomaşınla «Tuq Zavod» deyilən əraziyə gedərək Elgün və İlkinlə dəmir yolu xətlərinə aid mis naqilləri kəsib doğrayaraq avtomobilə yükləmişlər. Sonra isə Ceyranbatan qəsəbəsinə gətirərək “Yusifə məxsus metal qəbulu məntəqəsinə” aparıb mis naqillərin hamısını 1140 manata satmış, pulu aralarında bölərək hər birinə 285 manat pul götürmüş, oğurluq edərkən Mövlanın avtomobilindən istifadə edildiyi üçün hər biri əlavə 20 manat pul vermişlər. Həmin oğurluq mis naqillərin oğurluq olması barədə heç kimə bildirməmiş, metal qəbulu məntəqsinin işçilərinin həmin naqillərin oğurluq olduğunu bilməmişlər. Hazırda zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-yə dəymiş ziyanı ödədiyinə görə ona qarşı şikayəti yoxdur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etibarnamə ilə idarə etdiyi «Opel Astra» markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, Məhəmmədli Elşad və Təqsirləndirilən şəxs2lə Ceyranbatan qəsəbəsində bir məhəllədə yaşadıqları üçün yaxın münasibətləri yaranaraq onların vasitəsi ilə Təqsirləndirilən şəxs3lə tanış olmuşdur. 03 mart 2020-ci il tarixdə saat 17 radələrində Məhəmmədli Elşad ona zəng edərək Təqsirləndirilən şəxs3 rayondan gələcəyini bildirərək onu öz maşını ilə qarşılayıb Təqsirləndirilən şəxs2lə birlikdə istədikləri yerə aparmasını tapşırdıqdan sonra o, onları qarşılamış, bundan sonra onlar əvvəlcədən aralarında olan razılığa görə birlikdə dəmir yolu xəttlərindən mis naqilləri oğurlamağa getmişlər. Belə ki, həmin gün saat 20 radələrində o, məhəllədən öz avtomaşını ilə Təqsirləndirilən şəxs2 götürmüş, saat 23 radələrində isə Sumqayıt şəhərinin girəcəyindəki «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısına gedərək Təqsirləndirilən şəxs3 və Ağasifin yanında onunla birlikdə gələn, sonradan adının Elgün olduğunu bildiyi şəxsi idarə etdiyi avtomobilə mindirərək H.Z.Tağıyev qəsəbəsinə, Bakı- Rostov şosse yolunun keçdiyi körpünün üstünə gəlib avtomobili yolun kənarında saxlamış, Təqsirləndirilən şəxs3, Məhyəddinov Elgün və Təqsirləndirilən şəxs2 avtomobildəki kəlbətini və digər alətləri götürüb avtomobildən düşərək təxminən 50-60 metr aralıdakı dəmir yol xətlərinə tərəf getmiş, 10-15 dəqiqə keçdikdən sonra geri qayıdaraq avtomobilə minmişlər. Bundan sonra o, avtomobili «Tuq Zavod» deyilən əraziyə sürərək avtomobili dəmiryol xəttinə yaxın yerdə saxlatdıqdan sonra Ağasif İlkin və Elgünlə birlikdə avtomobildən düşüb dəmiryol xəttinə tərəf getmiş, dəmiryol xəttinin mis naqillərini kəsib doğradıqdan sonra naqilləri gətirib avtomobilə yükləmiş, bundan sonra Ceyranbatan qəsəbəsinə gedərək Təqsirləndirilən şəxs2 evinin yaxınlığında avtomobili saxlamışlar. Orada Ağasif mobil telefonla kiməsə zəng edərək satmaq üçün mis naqillər olması barədə danışdığını və həmin naqilləri hava işıqlaşandan sonra aparıb metal qəbulu məntəqəsinə verəcəkləri barədə razılaşdığını bildirmişdir. Hava işıqlandıqdan sonra İlkin ilə Elgün məhəllədə qalaraq onları gözləmiş, Mövlan ilə Ağasif isə avtomaşınla Sumqayıt şəhəri, Kotec qəsəbəsindəki metal qəbulu məntəqəsinə gedərək oğurladıqları naqilləri həmin məntəqəyə satdıqdan sonra əldə etdikləri puldan hər birinə 285 manat olmaqla aralarında bölüşmüş, avtomobil sürdüyü üçün isə onların hər biri Mövlana əlavə olaraq 20 manat vermişlər. Hazırda zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-yə dəymiş ziyanı ödədiyinə görə ona qarşı şikayəti yoxdur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elşad və Mövlanla bir məhəllədə yaşadğı üçün onlarla yaxın münasibətdə olmuş, Ağasifi isə Elşadın vasitəsi ilə tanımış, 2020-ci ilin fevral ayının axırlarında o, Ağasif, Elşad və Mövlanla birlikdə söhbət edərkən dəmir yol xətlərindən əlvan metal naqillərdən oğurlayıb sataraq bir qədər pul əldə etmək qərarına gəlmişlər. Ona görə də 03 mart 2020-ci il tarixdə Ağasif ona zəng edərək oğurluğa getmək məqsədilə saat 23 radələrində Elgünlə birlikdə Sumqayıtın girişindəki «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısına görüş yeri təyin etmiş, saat 19 radələrində Mövlanın idarə etdiyi «Opel» markalı avtomobillə sonuncu ilə məhəllədə görüşərək avtomaşınla saat 23 radələrində razılaşdıqları kimi «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında Ağasifi və Elgün ilə görüşmüşlər. Həmin vaxt Elşada dəfələrlə zəng etsələr də onun telefona cavab verməmiş, beləliklə avtomobili H.Z.Tağiyev qəsəbəsində yerləşən Bakı-Rostov yolunun keçdiyi körpünün üstnə sürərək avtomobili yolun kənarında saxladıqdan sonra Mövlan avtomobildə gözləmiş, özü, Elgün və Ağasif isə avtomobildən düşərək dəmir yol xətlərindəki naqillərə gedən cərəyanı rubilnikdən ayırdıqdan sonra dəmiryol xəttinə tərəf gedib orada heç kimin olmadığını dəqiqləşdirərək mis naqilləri kəsərək oğurlamışlar. Bundan sonra Ağasiflə Sumqayıt şəhəri, Kotec qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə gələrək oğurladıqları mis naqilləri sataraq cəmi 1140 manat pul əldə etmişlər, həmin pulu hər birinə 285 manat olmaqla bölüşdürmüşlər. Oğurluq zamanı Mövlanın avtomobilindən istifadə edildiyi üçün hər biri əlavə olaraq sonuncuya 20 manat vermişlər. Hazırda zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-yə dəymiş ziyanı ödədiyinə görə ona qarşı şikayəti yoxdur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-nin nümayədəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 04 mart 2020-ci il tarixdə Sumqayıt sərnişin stansiyasındakı elektrik qatarları səhər vaxtı yola çıxmağa hazırlaşarkən dispeçerin elektrik gərginliyinin olmamasını müəyyən etmiş, həmin əraziyə baxış keçirmiş və Baş Sumqayıt stansiyasından Sumqayıt sərnişin stansıyasına gedən yolun 54-cü km piket-8 də kontakt şəbəkəsinin naqillərinin 150 metr məsafədə M-120 aparıcı trosu və ikiqat MF-100 kontakt naqilinin kəsildiyi müəyyən edilmişdir. Həmin 150 metr məsafədə M-120 aparıcı trosunun və ikiqat MF-100 kontakt naqilin kəsilməsi nəticəsində «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 10320 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan tam ödənildiyindən onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Onlara hər hansı cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-nin 28.07.2020-ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş ziyan tam ödənildiyindən onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 1998-ci ildən hal-hazıra kimi xxxx Qapalı Səhmdar Cəmiyyətinin 2 nömrəli H.Z.X6 Sahəsinin elektrik montyoru vəzifəsində işləyir. Vəzifəsi elektrik qatarların hərəkətinin təhlükəsizliyini təmin etməkdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq bildirir ki, 03 mart 2020-ci ildən 04 mart 2020-ci ilə keçən gecə Sumqayıt sərnişin stansiyasında gecələyən elektrik qatarları səhər vaxtı yola çıxmağa hazırlaşarkən dispeçer tərəfindən kontakt şəbəkəsində elektrik gərginliyinin olmamasını müəyyən edildi. Sahə rəisinin göstərişi ilə dərhal həmin əraziyə baxış keçirildi. Bundan sonra polis əməkdaşlarına məlumat verildi. Polis əməkdaşları hadisə yerinə gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Həmin baxışda o da şahid kimi iştirak etmişdir. Baxış zamanı Baş Sumqayıt stansiyasından Sumqayıt sərnişin stansiyasına gedən yolun 54 KM Piket-8 də kontakt şəbəkəsinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlandığı müəyyən edilmişdir. 150 metr məsafədə M-120 aparıcı trosun və ikiqat MF-100 kontakt naqilinin oğurlanması açıq aşkar görünürdü. Polis əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra protokol tərtib etmişlər o, və digər iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, st.Sumqayıt, ev 5. Mənzil 5-də yaşayır. Şahid4 əvvəllər tanımamışdır. 04.03.2020-ci il tarixdə saat 19 radələrində polis əməkdaşları onu Baş Sumqayıt st.XPBnə dəvət edib bildirmişlər ki, şöbəyə dəvət olunmuş Şahid4 idarə etdiyi «Ford Transit» markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirəcək. O, polis əməkdaşları tərəfindən keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə razılıq vermiş, polis tərəfindən ona hal şahidinin hüquq və vəzifələri izah edilmiş, onun və Şahid8 iştirakı ilə Şahid4 idarə etdiyi «Ford Transit» markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobiliə baxış keçirilən zaman avtomobilin yük yerində olan kəsilmiş mis naqillər aşkar edilmiş, polis əməkdaşları avtomobilin yük yerində olan kəsilmiş mis naqillərə baxış keçirib bu barədə protokol tərtib etmişlər. O, protokolun məzmunu ilə tanış olub protokolu imzalamış və sonradan polis əməkdaşları avtomobilin yük yerində olan mis naqilləri götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05.01.2020-ci il tarixli, 31 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 götürülərək tədqiqata təqdim olunmuş üzərində «iştirakçılar: imzalar, soyadlar… Qablaşdırdı» sözləri yazılmış zərfdə şəffaf sellofanda təmiz çəkisi 5,182 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində «iştirakçılar: imzalar, soyadlar… Qablaşdırdı…» sözləri yazilmiş zərfdə bir ədəd yarı çəkilmiş vəziyyətdə düzəldilmiş papirosda tütün hissəcikləri və təmiz çəkisi 0,147 qram olan bitki hissəcikləri narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vaistə olan qurudulmuş marixuanadır. Qeyd: marixuananin ümumi çəkisi-5,329 qram, tədqiqata sərf edildi-0,06 qram, qalıq-5,269 qramdır. İş materiallarında olan Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06.01.2020-ci il tarixli, 35 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən və avtomobilindən aşkar edilib götürülümüş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 02.03.2020-ci il tarixli, 99 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Nakomaniyadan məcburi müalicəyə ehtiyaci var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09.07.2020-ci il tarixli, 9/1874 nömrəli rəyindən görünür ki, «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 10320 manat məbləğində ziyan dəymişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 05.01.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 07.01.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 06.03.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Xaçmaz rayon Məhkəməsinin 08.03.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 05.03.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Xaçmaz rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 06.03.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Xaçmaz rayon Məhkəməsinin 08.03.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30.07.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilməsi və dindirilməsini əks etdirən 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə maddi sübut olan təqdiqata istifadə edildikdən sonra 5,229 qram olan iki ədəd zərfdə qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuana NBPİ-nin X7 Polis İdarəsinin saxlanc otağında saxlanılır. İş üzrə maddi sübut olan «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt- Sumqayıt mənzilinin 54-cü kilometrinin 8-ci piketindən kontakt şəbəkəsinə aid 150 metr uzunluğunda M-120 aparıcı trosununun və 300 metr uzunluğunda MF-100 ikiqat kontakt naqilləri “xxxx” QSC-nə qaytarılmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 25.08.2020-ci il tarixli qərarından görünür ki, X1 barəsində 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə cinayət işi ayrı icraata ayrılmış, cinayət işi məhkəməyə göndərilmiş və Sumqayıt şəhər Məhkəməsinin 17.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 evlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 evlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Bakı Apellyasiya Məhkəməsinin 08.08.2019-cu il tarixli qərarından görünür ki, Qaradağ rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu və həbsdə olduğu 03 ay 03 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla üzərində cəza çəkməsi üçün 01 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Tovuz rayon İcra və Probasiya şöbəsinin 26.11.2020-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs3 06.03.2020-ci il tarixdə tutulanadək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 23 gün hissəsini çəkmişdir. Hazırda 01 il 04 ay 01 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01.05.2018ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaq yolu ilə birləşdirilmiş, ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, himayəsində 02 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residividir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, himayəsində 02 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. İş materiallarında müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 05 (beş) saat vaxt sərf etmişdir. Ona görə də 30 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 234.1, 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 əməli 234.1, 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs3 müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 08.08.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il 04 ay 01 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 08 ay azadlıqdan məhrumetmə kimi hesablanmalı və hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 05.01.2020-ci il tarixdən 07.01.2020-ci il tarixədək tutulduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və digər iş üzrə həbsdə olması nəzərə alınmalı, cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs3 barəsində Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 06.03.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 01.05.2018-ci il tarixli qərarı üzrə şərti məhkum etmə ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 01.05.2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 05.03.2020-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, onun 06.03.2020-ci il tarixdən 21.04.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 01 (bir) il 01 (bir) ay 15 (on beş) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 02 (iki) il 03 (üç) ay kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməlidir. Bundan başqa, iş üzrə maddi sübut olan və NBPİ-nin X7 Polis İdarəsinin saxlanc otağında saxlanılan qalıq çəkisi 5,229 qram olan iki ədəd zərfdə qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut olan «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt-Sumqayıt mənzilinin 54-cü kilometrinin 8-ci piketindən kontakt şəbəkəsinə aid 150 metr uzunluğunda M-120 aparıcı trosunun və 300 metr uzunluğunda MF-100 ikiqat kontakt naqilləri “xxxx” QSC-nə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə-bioloji ekspertizaların dəyəri 178 (yüz yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs3, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs3 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 08.08.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il 04 ay 01 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 08 ay azadlıqdan məhrumetmə kimi hesablansın və hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 05.01.2020-ci il tarixdən 07.01.2020ci il tarixədək tutulduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və digər iş üzrə həbsdə olması nəzərə alınsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs3 barəsində Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06.03.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 01.05.2018-ci il tarixli qərarı üzrə şərti məhkum etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 01.05.2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05.03.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 06.03.2020-ci il tarixdən 21.04.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 01 (bir) il 01 (bir) ay 15 (on beş) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 02 (iki) il 03 (üç) ay kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan Bağları yaşayış massivi, DSE 19 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin. İş üzrə maddi sübut olan və NBPİ-nin X7 Polis İdarəsinin saxlanc otağında saxlanılan qalıq çəkisi 5,229 qram olan iki ədəd zərfdə qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt- Sumqayıt mənzilinin 54-cü kilometrinin 8-ci piketindən kontakt şəbəkəsinə aid 150 metr uzunluğunda M-120 aparıcı trosununun və 300 metr uzunluğunda MF-100 ikiqat kontakt naqilləri “xxxx” QSC-nə qaytarılması nəzərə alınsın. Məhkəmə-bioloji ekspertizaların dəyəri 178 (yüz yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs3, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-50/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-50/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver