Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-50/2022 22.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Şəhər 1 Saylı Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 23 avqust 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, ünvan 2-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 2-ci mikrorayon, 13 nömrəli yataqxana, mənzil 3-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01(bir) ədəd göy rəngli polietilen bağlamada təmiz çəkisi 490 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq, üzərində saxlamış, 21.05.2021-ci il tarixdə saat 17:35-də Sumqayıt şəhəri, 11ci mikrorayon ərazidə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı 01(bir) ədəd göy rəngli polietilen bağlamada təmiz çəkisi 490 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs oğlu ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 may 2021-ci il tarixdə sat təxminın 21:00- 22:00 radələrində polis əməkdaşları onu Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində “P” binası deyilən ərazidə saxlamışlar. O polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Daha sonra isə polis əməkdaşları onu Sumqayıt şəhəri 1-ci Polis Bölməsinə aparmışlar. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilməmişdir. Bundan bir gün sonra isə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Lakin, o ittihamla bağlı etirazını polis əməkdaşlarına və ya hüquq mühafizə orqanlarına bildirməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitə olan marixuanadan arabir istifadə edir. 21.05.2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhərində yerləşən “Əhmədli” metrostansiyasının çıxışında olarkən əvvəllər tanımadığı bir nəfər, təxminən 40-45 yaşlarında, 170 sm boyunda olan, özü haqqında ona heç bir məlumat verməyən şəxs ona yaxınlaşıb əlində olan göy rəngli polietilen bağlamanın içərisini göstərib içərisindəkinin marixuana olduğunu, təxminən 0,5 kq çəkidə olduğunu, istəyirsə 200 manata satdığını bildirmiş, o əvvəllər marixuanadan istifadə etdiyindən bağlamanın içərisindəkinin marixuana olduğunu görüb 200 manat verib ondan həmin marixuananı almışdır. Həmin tarixdə saat 17:35 radələrində yaşadığı ünvana getmək üçün Bakı şəhərindən gəlib Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində olan zaman 3(üç) nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli olduğundan saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər. PB-nin xidməti otraqlarının birində PB-nin təhqiqatçısı, polis kapitanı Rəhman Qurbanov özünü ona təqdim etmiş, sonra o da özünü təqdim etmişdir. Sonra yenidən hansı səbəbdən saxlanılmağı ona izah edilmiş, onu saxlayan polis əməkdaşları da özlərini təqdim etmişdir. Müdafiəçi Sumqayıt regional vəkillər bürosunun vəkili X4 ona təqdim edilərək etirazının olub-olmaması soruşulduqda etirazının olmadığını bildirmişdir. Ona hüquq və vəzifələri izah edilib hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. O, yazılı bildirişlə tanış olmuş və etirazının olmadığını bildirmişdir. Ona üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi izah olunub etirazının olub-olmaması sual olunan zaman etirazının olmadığını bildirmişdir. Üzərində olan əşyaları təqdim etməyi bildirildikdən sonra sağ əlində saxladığı göy rəngli üzərində “samuray firması” yazısı olan polietilen bağlamanı masanın üzərinə qoymuşdur. Ondan həmin bağlamanın içərisindəkinin nə olduğu soruşulduqda içərisindəkinin “marixuana” olduğunu, özü istifadə etmək üçün “Əhmədli” metrostansiyasının çıxışında tanımadığı şəxsdən 200 manat qarşılığına əldə etdiyini bildirmişdir. Sonra içərisində olan marixuana ilə birlikdə polietilen bağlama elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 0, 495 kq olması müəyyən olunmuşdur. Saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamış, narkotik vasitə olan marixuananı üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Təqsirləndirilən şəxs 22.04.2022-ci il tarixdə Məhkəməyə ərizə ünvanlayaraq özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bildiyini, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində şübhəli olduğundan 21.05.2021-ci il tarixdə saat 17:35-də Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində 1-ci PB-nin əməliyyat müvəkkili Qabil Məhərrəmovun, əməliyyat üzrə kiçik inspektor Şahid3 və onun tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün 1-ci PB-yə dəvət olunmuş, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birgə 1-ci PB-yə getmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xidməti otaqlarının birində PB-nin təhqiqatçısı, polis kapitanı Rəhman Qurbanov özünü Təqsirləndirilən şəxs təqdim edib ona saxlanılmasının səbəbini izah etdikdən sonra Təqsirləndirilən şəxs saxlayan digər polis əməkdaşları və o özlərini təqdim etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Sumqayıt regional vəkillər bürosunun vəkili X4 təqdim edilərək etirazının olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib ona hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmiş, Təqsirləndirilən şəxs yazılı bildirişlə tanış olduqdan sonra ona üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi izah olunub etirazının olub-olmaması sual olunan zaman etirazının olmadığını bildirmişdir. X3 Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini bildirdikdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı göy rəngli üzərində “samuray firması” yazısı olan polietilen bağlamanı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bağlamanın içərisindəkinin nə olduğu soruşulduqda “marixuana” olduğunu, istifadə etmək üçün, “Əhmədli” metrostansiyasının çıxışında tanımadığı şəxsdən 200 manat qarşılığında əldə etdiyini bildirmişdir. Polietilen bağlama açıldıqda içərisindən narkotik vasitə-marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Polietilen bağlama elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 0,495 kq olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa heç bir əşya aşkar edilməmişdir. İçərisində narkotik vasitə-marixuanaya bənzər kütlə olan polietilen bağlama qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və proses iştirakçıları protokola imza etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında proses iştirakçılarının razılğı ilə ifadəsi elan edilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili Şahid2 və 1-ci PB-nin əməliyyat üzrə kiçik inspektoru Şahid3 ifadələrindən görünür ki, onların ifadəsi şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsi ilə eyni məzmunludur. Məhkəmə prosesində şahid qismində cəlb edilərək ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə olan digər işinin ibtidai istintaqını o aparmamışdır. Bu cinayət işi ilə bağlı hər hansı bir məlumatı yoxdur. Eyni zamanda Ədaləti gündüz vaxtı Sumqayıt şəhər Polis İdarəsinin həyətində gördüyünü, özünün isə 13-cü mikrorayonda deyil, 6-cı mikroryon ərazisində yaşadığını, 13-cü mikrorayonla əlaqəsi olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 21.05.2021-ci il tarixli, 7/474 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən ...” yazısı və imzalar olan 01(bir) ədəd göy rəngli polietilen bağlamadakı təmiz çəkisi-490 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-490 qram, tədqiqata istifadə olundu-0,1 qram. Qalıq-489,9 qalmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 29.07.2021-ci il tarixli 2445 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və kannabioidlərin qəbul edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd diskə baxış keçirilməsi protokolundan görünür ki, işə əlavə edilmiş CD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. CD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra komputerin pəncərsində görsənən 00075 sözləri yazılmış fayla daxil olundu. Görüntülənən video görüntü 06 dəqiqə 15 saniyədən ibarətdir. Görüntünün sol aşağı hissəsində “21.5.2021” və “17:52” sözləri yazılmışdır. Görüntünün 00:01-ci saniyəsində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xidməti otaqlarının birində PB-nin təhqiqatçısı, polis kapitanı Rəhman Qurbanov özünü qarşısında dayanmış, saxlanılan şəxsə təqdim edib həmin şəxsə də özünü təqdim etməsini bildirir. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu, ünvan 2 ünvanında yaşadığını bildirir. X3 saxlanılan şəxs Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edir. Polis əməkdaşları özlərini təqdim edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Sumqayıt regional vəkillər bürosunun vəkili X4 təqdim edilərək etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib ona hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs yazılı bildirişlə tanış olur, ona etirazının olub-olmaması sual olunan zaman etirazının olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi izah olunub etirazının olub-olmaması sual olunan zaman etirazının olmadığını bildirir. X2 üzərində olan əşyaları təqdim etməsini bildirdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs sağ əlində saxladığı gör rəngli üzərində “samuray firması” yazısı olan polietilen bağlamanı masanın üzərinə qoyur. Ondan həmin bağlamanın içərisindəkinin nə olduğu soruşulur, Təqsirləndirilən şəxs “marixuana” olduğunu, istifadə etmək üçün “Əhmədli” metrostansiyasının çıxışda tanımadığı şəxsdən 200 manat qarşılığına əldə etdiyini bildirir. Polietilen bağlama açıldıqda içərisindən narkotik vasitə-marixuanaya bənzər kütlələr aşkar edilir. Görüntünün 03 dəqiqə 10-cu saniyəsində polietilen bağlama elektron tərəzidə çəkildə ümumi çəkisinin 0, 495 kq olması müəyyən olunur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa heç bir əşya aşkar edilmir. İçərisində narkotik vasitəmarixuanaya bənzər kütlə olan polietilen bağlama qablaşdırılır. Videoçəkiliş təhqiqatçı Rəman Qurbanovun yekun məruzəsi ilə yekunlaşır.Baxış zamanı istintaq üçün zəruri ola biləcək başqa sübut növü aşkar edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 01.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 06.04.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, ********* nömrəli cinayət işi 17.05.2021-ci il tarixdə Məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin 1(060)-391/2021 saylı, 06.07.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Həbsetmənin əvvəli 06 iyul 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)- 875/2022 saylı, 18.04.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-391/2021 saylı, 06.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr noyabr 2021-ci il tarixli Qərarın 4-cü bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış və cəzası çəkilmiş hesab edilmişdir. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin İŞ-nin müstəntəqi, polis kapitanı Qənimət Muradlı tərəfindən 22 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 21 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixində saat 17:35-də Sumqayıt şəhəri,11-ci mikrorayon ərazisində saxlanılmış və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işi materiallarında olan “şəxsi axtarışın küçirilməsi barədə” 21.05.2021-ci il tarixli protokoldan görünür ki, 21.05.2021-ci il tarixdə, saat 17:35-də Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs sağ ədəd əlindəki bir üzündə Viktoriya sözü yazılmış qız şəkilli, digər üzündə isə Samuray firması sözü yazılmış göy rəngli sellofanı təqdim etmişdir. Həmin sellofanın içərisində baxarkən həmin sellofanda yaşıl rəngdə spesifik iyə malik narkotik vasitəyə bənzər ot kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan bir üzündə Viktoriya sözü yazılmış qız şəkilli, digər üzündə isə Samuray firması sözü yazılmış göy rəngli sellofanın içərisindəki ot kütləsi “marixuana”-dır. Aşkar olunmuş spesifik iyə malik narkotik vasitə olan kütləni Bakı şəhəri, Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 200 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 236/2021 saylı, 23.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonuna qədər, yəni 22 avqust 2021-ci il tarixdək həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 21 may 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 4(060)- 417/2021 saylı, 19.08.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətinə, yəni 04.09.2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 490 qram çəkidə narkotik vasitə olan marixuanain ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 489,9 qram marixuana üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi Dairəsi tərəfindən verilmiş 09.08.2021-ci il xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrini üzərində aşkarlanmamasına dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun bu hissəsdə göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə Təqsirləndirilən şəxs əməli səmimi etiraf etməsi, əməlindən peşman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 21.05.2021-ci il tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 490 qram çəkidə narkotik vasitə olan marixuanain ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 489,9 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 72,82 (yetmiş iki manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 24.08.2022-ci il tarixli (iş № 1(060)- 604/2021) qərarını icra edərək, 24.08.2021-ci il tarixli 999 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21.05.2021-ci il tarixindən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 490 qram çəkidə narkotik vasitə olan marixuananın ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 489,9 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72,82 (yetmiş iki manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 30 (otuz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-50/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-50/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver