Məhkəmə qərarları › İş №1(060)-50/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-50/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-50/2023 10.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı X2, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Quba rayonu, Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 02 azyaşlı övladı var), orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə, saat 24:00 radələrində AC 223425 nömrəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “QAZ 33021» markalı, bortlu tentli **-DU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 14 nömrəli tam orta məktəblə üzbəüz olan yolda hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni diqqətini daima dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət hissəsində dayanmış piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsizlik yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, lazım gəldikdə isə avtomobili həmin piyadaya çatmadan dayandırmalı olduğu halda, buna riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq yolun sol kənarında dayanmış piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin bortunun sol tərəfi ilə vuraraq sonuncuya daxili qanaxma, ağ ciyərlərin cırılması, qabırğaların müxtəlif anatomik xəttlər üzrə çoxsaylı sınıqları, basbeyinə qansızma, sol bazu sümüyünün və burun sümüklərinin sınıqları, burun kökünün açıq yarası, sifətin sol yarısının, alnın sağ yarısının, alnın sol yarısının, sol burun büküşünün, sol budun yuxarı 1/3-nin bayır səthinin, sağ diz oynağı nahiyəsinin iç səthinin, bel nahiyəsinin sıyrıqları, hər diz oynağı nahiyənin ön səthlərinin, sol yuxarı ətrafın, bazunun yuxarı 1\3-nin qançırları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs ağ ciyərlərinin cırılması nəticəsində baş vermiş daxili qanaxmadan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, baş vermiş yol nəqliyyat hadisəsi barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərməli olduğu halda bunu etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həmin avtomaşını 2001-ci ildən sürür. Hadisə baş verən gün Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində olmamışdır. Həmin gün yük daşımışdır. Evə saat 22:00-da gəlmiş, bir müddət sonra isə çayxanaya getmişdir. Ona saat 8-də zəng gəlmiş, amma o getməmişdir. Həmin gün spirtli içki qəbul etmişdir. Hadisə baş verən gün evlərinin arxasında dostlarıyla oturmuşdur. Polislər ona zəng edərək onu idarəyə aparmışlar, həmin polislərin adları isə yadında qalmamışdır. Polislər ona 22 fevral saat 15-16 radələrində zəng etmişlər. İdarəyə sürdüyü maşınla getmiş, oradan da Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getmişlər. Sumqayıt ŞPİ-nin 3-cü PB-də rəisi və idarə rəisinin müavini ona adam vurduğunu demişlər və ona hədə-qorxu gəlmişlər. O qorxduğu üçün orada adam vurduğunu etiraf etmişdir. O bədəninə xəsarət yetirilməsindən qorxduğu üçün etiraf etmişdir. Hadis baş verən gün deyil, ondan 2 gün sonra həmin ərazidən keçmişdir. Onun ailəsi yasa gedərək zərərçəkmiş şəxsin ailəsinə üzrxahlıq etmişdir, O hadisə baş verən gün heç kimi vurmamış və hadisə yerindən qaçmamışdır. Evlidir, himayəsində 2 azyaşlı uşağı vardır. Buna görə də barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, ona təsir edilməsi, hadisəni etiraf etməyə məcbur edilməsi və s. barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları, hadisə yerinə, diskə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması haqqında protokollar, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri ilə təsdiq edilir. Onun göstərdiyi hallar arşdırılsa da təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, onun həmin ifadəsi videoçəkilişdən istifadə edilməklə alınmış, videoçəkilişdən istifadə edilməklə hadisə yerində yoxlanılmışdır. Həmin görüntülərdə o hadisə barədə ətraflı məlumat verir, hər şeyi detallı göstərir. Hadisənin məhz onun göstərdiyi qaydada törədilməsi barədə istintaq orqanında həmin vaxta qədər məlumat olmamışdır. Təqsirləndirilən şəxs iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. İstintaq zamanı isə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o etibarnamə əsasında idarə etdiyi “QAZ 33021” markalı bortlu-tentli “**-DU-***” dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yükdaşma fəaliyyəti ilə məşğul olur. O yük avtomobili ilə Sumqayıt şəhərində yerləşən “Şərq bazarının” yanında dayanıb, orada sifariş olduqda inşaat materiallarının, mebellərin və digər əşyaların daşınmasını həyata keçirmişdir. 16 fevral 2021-ci il tarixdə “Şərq bazarının” yanında yük avtomobili ilə dayanan zaman təxminən saat 15:00 radələrində adını bilmədiyi cavan oğlan ona yaxınlaşaraq məişət əşyalarının Sumqayıt şəhəri, Qurd dərəsi adlanan yerdən Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisindəki yaşayış evinə daşınmalı olduğunu demiş, o həmin əşyaları 20 manata daşıyacağını desə də, həmin şəxs ona maddi imkanı olmadığını demiş və onlar 15 manata razılaşmışlar. O avtomobilin ön şüşəsinə sifarişlə əlaqədar olaraq mobil nömrələrinin qeyd olunduğu kağız qoyduğundan həmin şəxs də oradan onun mobil nömrəsini qeyd etmiş və əlaqə saxlayacağını deyərək getmişdir. O saat 19:00 radələrində avtomobili bazarda qoyaraq yaşadığı evə getmişdir. Təxminən saat 22:10 radələrində yaşadığı ünvan 1 ünvanında olan zaman həmin şəxs hazırda xatırlamadığı mobil nömrədən ona zəng etmiş və bazarda görüşüb onun yaşadığı evə getmələrini demişdir. O da onunla telefonla danışdıqdan sonra evdən çıxmış və piyada bazara getmişdir. O bazara çatdıqda həmin şəxsin dövlət qeydiyyat nişanını xatırlamadığı göy rəngli “Mercedes C220” markalı avtomobillə onu orada gözlədiyini görmüşdür. Ondan başqa həmin avtomobildə 3 nəfər də tanımadığı şəxs olmuşdur. Onlar dal-qabaq Sumqayıt şəhəri, Qurd dərəsi adlanan ərazidə yerləşən ünvanını bilmədiyi həyət evinə getmişlər. Onlar həmin evə gedən zaman “Mercedes C220” markalı avtomobildə olan şəxslərdən biri onunla birlikdə getmişdir. Oraya çatdıqda qab-qacaq, yorğan-döşək, stol-stul və digər məişət əşyalarını onun avtomobilinə yükləmişlər və onlar yola düşmüşlər. O avtomobili onların arxasınca sürmüşdür. Onlar təxminən 15 dəqiqə sonra Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində poçtla üzbəüz yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısına getmişlər. Orada həmin şəxslər avtomobildə olan yükləri yerə boşaltmışlar. Yükləri boşaltdıqdan sonra onunla danışan şəxs ona 15 manat pul vermiş və avtomobilə oturaraq evə getmək üçün yola düşmüşdür. Saat 24:00 radələrində binanın həyətindən çıxıb sola, 14 nömrəli məktəb istiqamətində dönərək hərəkət etməyə başlamışdır. Həmin vaxt çox yorğun olduğundan, həm də ərazidə bu vaxt heç kimin olmayacağını düşündüyündən avtomobili təxminən 50- 60 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt ətraf qaranlıq olmuş, ərazidə işıqlandırma yox idi. O binanın tinindən sola döndüyü andan yolun sol tərəfində işıq dirəyinin yanında təxminən 3-4 metr məsafədən tanımadığı, əynində qış gödəkçəsi olan, ondan boyca hündür kişinin dayandığını görmüşdür. O həmin şəxsin yanına çatdıqda o, iki-üç addım yola girərək gözlənilmədən özünü maşının önünə atmış, o da həmin şəxsi vurmamaq üçün maşını sağ istiqamətdə döndərdikdə onun bədəninin sol tərəfi avtomobilin dəmir materialdan olan bort hissəsinin sol tərəfinə çırpılmış və möhkəm guppultu səsi eşitmişdir və həmin adam yerə yıxılmışdır, həmin vaxt o 2-3 metr hərəkət etmiş və əyləci basmış, avtomobilin sol yan güzgüsü ilə baxdıqda onun yerdə uzanıqlı vəziyyətdə qaldığını və anidən ayağa duraraq sağ və sol tərəfə yelləndiyini görmüşdür. Lakin baş verən hadisədən sonra həyəcanlandığından, həm də qorxduğundan avtomobili saxlamamış və sürüb yaşadığı evə getmişdir. Evə çatdıqdan sonra da bu barədə heç kimə məlumat verməmişdir. 22 fevral 2021-ci il tarixdə tanımadığı polis əməkdaşı zəng edərək onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişdir. Hadisə baş verən zaman o avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmiş, avtomobillə hərəkətdə olan zaman onun fikrini yayındıracaq hər hansı hadisə baş verməmişdir. “QAZ 33021” markalı bortlu-tentli “**-DU- ***” dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə etmiş, sürücülük hüququ da vardır. Həmin avtomobil onun dayısı Şahid6 adına olmuş, hadisə baş verən zaman spirtli içki və ya narkotik vasitənin təsiri altında olmamış, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisənin baş verdiyi ərazidəki yol asfalt örtükdən ibarət olmaqla, həmin gün hava çiskinli olduğundan yer yaş vəziyyətdə olmuşdur, həmin vaxt avtomobildə ondan başqa heç kim olmamış, hadisəni kiminsə kənardan görməsi barədə onun məlumatı yoxdur. Hadisə baş verdikdən sonra qorxduğu üçün avtomobili saxlamayıb sürüb evinə getmişdir. O məsafənin neçə metr olduğunu deyə bilməmiş, lakin həmin şəxsi hadisə yerində ifadəsi yoxlanılan zaman qeyd etdiyi kimi binanın tinindən sola dönən andan etibarən görmüşdür. O əlavə dindirilərkən ifadəsində ilkin ifadələrində göstərdiyi xüsusatları təkzib edərək 16 fevral 2021-ci il tarixdə, nə də ki, əvvəllər avtomobili ilə hər hansı bir şəxsi vurumadığını, hadisə yerindən qaçmadığını, hadisə günü saat 24:00 radələrində hər hansı bir yol nəqliyyat hadisəsi törətmədiyini, ilkin ifadələrini psixoloji təsir altında verdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. 17 fevral 2021-ci il tarixdə səhər saatlarında o yaşadığı ünvanda olarkən ona məlum olmuşdur ki, 16 fevral 2021-ci il tarixdə, saat 24:00 radələrində qardaşı Zərərçəkmiş şəxs “QAZ 33021» markalı, bortlu tentli **-DU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 14 nömrəli tam orta məktəblə üzbəüz olan yolda avtomobil ilə vursa da, Şakirin meyiti yalnız xx.xx.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri 4-cü mikrorayon 41 nömrəli bağçanın yaxınlığında aşkar edilmişdir. Daha sonra o morqa gedərək mərhum qardaşını tanımışdır. Onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsini, verilmiş mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, "xxxx" MMC-də sürücü işləyir. xx.xx.2021-ci il tarixdə saat 06 radələrində "xxxx" MMC-də ekspeditor vəzifəsində işləyən Fərid Əşrəfovla birlikdə Sumqayıt şəhəri 4-cü mikrorayonda yerləşən 41 saylı bağçaya çörək təhvil verdikdən sonra şirkətə məxsus «Hyundai» markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 3-cü mikrorayonda yerləşən 38 saylı bağçaya çörək aparmaq üçün yola düşmüşlər. 41 saylı bağçanın yaxınlığındakı torpaq yoldan keçdikdə yerdə tanımadığı şəxsin uzanıqlı vəziyyətdə olduğunu görmüş, dərhal maşından düşərək həmin şəxsə yaxınlaşmış və onu oyatmaq istədikdə hərəkətsiz vəziyyətdə olduğunu görmüş, dərhal yaxınlıqdakı TTY stansiyasına gedərək məlumat verdikdən sonra çıxıb getmişlər. Zərərçəkmiş şəxs tanımamış, daha əvvəl görməmişdir. ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olmasını bilməmiş, daha əvvəl ona həmin nömrədən zəng olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Məhəmmədəli oğlu göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 00 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayonda yerləşən 14 saylı məktəbin yaxınlığına getmiş orada piyada gəzərkən, həmin məktəbin yaxınlığında «QAZ33021» markalı bortlu-tentli **-DU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hərəkət etdiyini görmüş, həmin avtomobil hansısa küçədən çıxmış, bir qədər sonra həmin avtomobilin yoldan keçən bir nəfər şəxsi vurub dayandığını bir neçə saniyə sonra isə avtomobilin yenidən hzərəkətə başladığını görmüş, piyada isə anidən ayağa qalxıb səndələyə-səndələyə hərəkət etməyə başlamış, piyada kişi olmuş, o fikirləşmişdir ki, ciddi bir şey baş verməmiş və ona görə də hərəkətini davam etmişdir. Sürücü qaranlıq olduğuna görə nə geyindiyini görə bilməmiş, lakin təxmini gördüyünə görə balaca boy arıq bədən quruluşlu orta yaşlarında şəxs olmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin piyada ölmüşdür. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır, 2014-cü il təvəllüdlü Yusif adlı oğlu və 2016-cı il təvəllüdlü İnci adlı qızları vardır. Şöhrət əvvəllər Sumqayıt şəhərində yerləşən STP zavodunda operator vəzifəsində işləmiş, 2020-ci ilin yay aylarından etibarən kirayə götürdüyü yük qazeli ilə yüş daşıma işi ilə məşğul olmağa başlamışdır. Təxminən 3-4 ay bundan əvvəl dayısı Şahid6 adına olan “QAZ 33021” markalı bortlu-tentli “**-DU-***” dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə ilə idarə etməyə başlamış və gündəlik olaraq yükdaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, Şöhrət yük avtomobili ilə Sumqayıt şəhərində yerləşən “Şərq bazarının” yanında dayanır, orada sifariş olduqda inşaat materiallarının, mebellərin və digər əşyaların daşınmasını həyata keçirmişdir. Hər gün evə təxminən 19:00 radələrində gəlmiş, Şöhrətin evə ən gec gəldiyi vaxt saat 22:00 radələri olmuşdur. Onun baş vermiş həmin hadisə ilə bağlı heç bir məlumatı olmamış, 16 fevral 2021-ci il tarixdə, axşam saat 19:00 radələrində Şöhrət həmişəki kimi evə gəlmiş, evdə yemək yedikdən sonra onun istifadəsində olan mobil nömrəyə bir nəfər şəxs zəng edərək yük daşımaq lazım olduğunu demiş və Şöhrət ona bir nəfər müştərinin evinin əşyalarının daşınması üçün getdiyini deyərək evdən çıxmış, bundan bir neçə saat sonra o azyaşlı uşaqlarını yatırdığı vaxt yəni gündəlik olaraq saat 24:00-dan 01:00-dək olan müddət ərzində Şöhrət evə daxil olmuş, həmin vaxt Şöhrətin stresli, əhval ruhiyyəsinin yerində olmadığını və həyacanlı olduğunu hiss etmiş və ondan niyə kefsiz olduğunu və nə səbəbdən belə olduğunu soruşduqda o, ona heç bir söz demədən yıxılıb yatmışdır. Təxminən 2-3 gün ərzində Şöhrət evə axşam saat 18:00 radələrində gələrək axşam yeməyi yeyib və tez yatmışdır. O, 16 fevral gecə saatlarında evə gəldiyi vaxtdan sonra hər gün kefsiz, stresli və həyacanlı olmuşdur. O ondan hər gün niyə əhval ruhiyəsinin yaxşı olmadığını və özünü həyəcanlanmış kimi aparmasını soruşduqda ona heç bir şeyin baş vermədiyini və hər şeyin qaydasında olduğunu bildirmişdir. 16 fevral 2021-ci il tarixdə, gecə saatlarında Şöhrət evə gələrkən onun spirtli içki qəbul etməsini hiss etməmiş və ümumiyyətlə o, spirtli içkiyə meyilli şəxs olmamışdır. Şöhrət avtomobili özü idarə etmiş və ona heç kim kömək etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Şöhrət onun qardaşıdır və o, öz ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Şöhrət əvvəllər Sumqayıt şəhərində yerləşən STP zavodunda operator vəzifəsində işləmiş, 2020-ci ilin yay aylarından etibarən kirayə götürdüyü yük qazeli ilə yük daşıma işi ilə məşğul olmağa başlamışdır. Təxminən 3-4 ay bundan əvvəl dayıları Şahid6 adına olan “QAZ 33021” markalı bortlu-tentli “**-DU-***” dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə ilə idarə etməyə başlamış və gündəlik olaraq yükdaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, Şöhrət yük avtomobili ilə Sumqayıt şəhərində yerləşən “Şərq bazarı”nın yanında dayanmış, orada sifariş olduqda inşaat materiallarının, mebellərin və digər əşyaların daşınmasını həyata keçirmiş, onun yaşadığı ev həmin bazara yaxın olduğu üçün Şöhrət aradabir nahar vaxtı onlara gəlmişdir. Baş vermiş həmin hadisə ilə bağlı heç bir məlumatı olmamışdır. Təxminən 16 fevral ərəfəsində günorta saatlarında Şöhrət onun yaşadığı evə gəlmiş, həmin vaxt Şöhrətin stresli, əhval ruhiyyəsinin yerində olmadığını və həyəcanlı olduğunu hiss etmiş və ondan niyə kefsiz olduğunu və nə səbəbdən belə olduğunu soruşduqda o, heç bir şey olmadığını demişdir. O onun qabağına çay qoysa da o, heç çayı da içməmiş, hətta eyvana çıxaraq siqaret çəkmişdir. Daha sonra ona yemək yeməyi təklif etsə də o, yemək yeməmişdir. Təxminən 10 dəqiqə oturub, onunla heç bir söz danışmadan çıxıb getmişdir. Həmin günün axşamı o Şöhrətin həyat yoldaşı Elvinaya zəng edərək Şöhrətin niyə kefsiz olduğunu soruşduqda, Elvina yəqin onun müştərisinin olmadığını və bir neçə gündür ki, kefsiz olduğunu ona bildirmişdir. Şöhrət avtomobili özü idarə etmiş və ona heç kim kömək etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. xx.xx.2021-ci il tarixdə ona kürəkəni Məhərrəm zəng edərək qardaşı Şakirin yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdiyini və Sumqayıt şəhərinə gəlməsini bildirmiş, o əvvəl buna inanmamış, bacısı Şəfiqənin həyat yoldaşı Nəsirə zəng edərək Şakirin ölməsinin dəqiq olub-olmadığını soruşmuş, Nəsir də ona bunu təsdiq edərək Şakirin yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdiyini demiş, o oğlu Tapdıqla birlikdə 17 fevral 2021-ci il tarixdə, saat 14:50 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon 8/10 nömrəli binada yaşayan qardaşı Şakirin evinə getmiş, evə gələn zaman həyətdə Şakirin dəfn olunması üçün qohumlarınm onu gözdədiklərini görmüş, onlar Şakiri Sumqayıt şəhər qəbirstanlığında dəfn etmişlər. O xx.xx.2021-ci il tarixədək Sumqayıt şəhərində qalmış və sonra Bərdə rayonuna qayıtmışdır. 25 fevral 2021-ci il tarixdə rəhmətlik qardaşı Şakirin cümə axşamı mərasimində günorta saatlarında bacısı Şəfiqə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək qardaşı Şakiri avtomobillə vuran şəxsin anasının, 3 nəfər qadının və 2 nəfər kişinin üzrxahlıq etmək üçün gəldiklərini və ona “danışırsansa sən danış onlarla” sözünü demişdir. Bundan 1 dəqiqə sonra telefonda üzdən görmədiyi qadın onunla danışaraq Şakiri avtomobillə vuran Şöhrət adlı şəxsin anası olduğunu, 3 aydır ki, Şakiri vurduğu qazel markalı yük avtomobilini arendaya götürdüyünü, xahiş və yalvarışlar edərək oğlunu bağışlamalarını demişdir. O telefon danışığı zamanı həmin qadına qardaşı Şakiri avtomobillə vuran oğlunun hadisə yerindən qaçmasaydı onu bağışlayacaqlarını, lakin onu vurub qaçdığına görə həmin sürücünü bağışlaya bilməyəcəyini demişdir. Həmin qadın oğlunun səhv etdiyini və qorxduğu üçün hadisə yerindən qaçdığını bildirmişdir. Qohumları Şakirin meyitinə baxmaq üçün morqa gedərkən morqda olan ekspert Şakirin avtomobillə vurulub öldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynıdır. O 1995-ci ildə Şakirin qardaşı Akiflə ailə həyatı qurmuş və onların birgə nigahdan 2 övladı olmuş, 2009-cu ildə həyat yoldaşı Akif rəhmətə getmiş, o gəlin köçdüyü vaxtdan Şakir də ata evləri olduğu üçün onlarla birlikdə yaşamışdır. xx.xx.2021-ci il tarixdə, saat 06:00 radələrində Şakirin yatdığı otağın qapısının açıq olduğunu görüb Şakirin istifadəsində olan mobil telefona zəng etsə də onun nömrəsinə zəng çatmadığına görə narahat olmuş və Şəfiqənin oğlu Yusifə zəng edərək dayısı Şakirin evdə olmadığını demiş, o işlədiyi məktəbə getmiş və iş yoldaşları ilə məsləhətləşib 103 xidmətini yığaraq Zərərçəkmiş şəxs xəstəxanada olub-olmaması ilə bağlı soruşmuş, ona 1 nəfər şəxsin ölmüş vəziyyətdə gətirildiyini və sahibinin gəldiyini, başqa bir nəfər kişi cinsli şəxsin isə 4cü mikrorayon ərazisində ölməsi və TTY avtomobilinin polis əməkdaşları ilə hadisə yerinə getdiklərini bildirmişlər. O Şəfiqənin həyat yoldaşı Nəsirə zəng edərək bu barədə məlumat vermişdir. Nəsir ona Sumqayıt şəhər TTYX-da tanışı olduğunu və bir şey öyrənəcəyini demişdir. Təxminən 1 saatdan sonra Nəsir ona zəng edərək 4-cü mikrorayonda ölü tapılmış şəxsin Şakir olduğunu demiş, o Şakirin yaxın qohumu Maqsuda zəng edərək Şakirin morqda olduğunu bildirmişdir. Onlar Şakiri Sumqayıt şəhər qəbirstanlığında dəfn etmişlər. 21 fevral 2021-ci il tarixdə o evdə tək olarkən qapının döyüldüyünü, 4 nəfər qadın və 1 nəfər kişinin içəri daxil olduğunu görüb, onlardan kim olduğunu soruşduqda Şakiri avtomobillə vuran şəxsin qohumları olduqlarını demişlər, onları içəri dəvət etmiş, həmin şəxslər Şakiri vuran şəxsin polis tərəfindən aparıldığını və polis əməkdaşlarının onların qapısına gələrək Şakiri vuran şəxsə “sən avtomobillə vurduğun adam rəhmətə gedib” deyərkən həmin şəxsin yəni sonradan adını bildiyi Şöhrətin ayaq üstə quruyub qaldığını və şok keçirdiyini demişlər. Hətta Şöhrətin polis əməkdaşlarına “ölüb?” sualını verdiklərini də bildirmişlər. Qadınlardan biri Şöhrətin anası olduğunu, oğlunun işləmək üçün Qazel markalı yük avtomobilini təzə icarəyə götürdüyünü, 3 azyaşlı uşağının olduğunu və Şöhrətin 4-cü mikrorayon ərazisində hansısa mənzilə yükü boşaldıb qayıdan zaman Şakiri avtomobillə vurduğunu demişdir. O bunları başa düşdüyünü, lakin heç olmasa vurduqdan sonra götürüb xəstəxanaya aparmasını demişdir. Onlar ona Şöhrətin qorxduğunu və bu səbəbdən belə etdiyini demişlər, o onlara Şakirin bacıları olduğunu və üzrxahlıq üçün cümə günü gəlmələrini deyib onları yola salmışdır. 25 fevral 2021-ci il tarixdə Şakirin cümə axşamı mərasimində günorta saatlarında yenə 4 qadın və 2 kişi gələrək Şöhrətin qohumları olduqlarını və üzrxahlıq üçün gəldiklərini demişlər. Şəfiqə istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən bacısı Şükufənin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək qardaşı Şakiri avtomobillə vuran şəxsin anasının, 3 nəfər qadının və 2 nəfər kişinin üzrxahlıq etmək üçün gəldiklərini demişdir. Bundan sonra telefonda Şakiri vuran şəxsin anası danışaraq Şükufəyə Şakiri avtomobillə vuran Şöhrət adlı şəxsin anası olduğunu, 3 aydır ki, Şakiri vurduğu qazel markalı yük avtomobilini arendaya götürdüyünü, xahiş və yalvarışlar edərək oğlunu bağışlamasını demişdir. Şükufə telefon danışığı zamanı həmin qadına qardaşı Şakiri avtomobillə vuran oğlunun hadisə yerindən qaçmasaydı onu bağışlayacaqlarını, lakin onu vurub qaçdığına görə həmin sürücünü bağışlaya bilməyəcəyini demişdir. Həmin qadın oğlunun səhv etdiyini və qorxduğu üçün hadisə yerindən qaçdığını bildirmişdir. Şükufə ona «yerimə özüvü qoy və bağışlayarsanmı» sözünü demiş, o Şükufəyə yaran hələ təzədir sözünü demiş, bu zaman Şükufə telefona adboy vermişdir. xx.xx.2021-ci il tarixdə, saat 07:30 radələrində işə gedərkən Şakir də oyanaraq ayağa qalxmış və otağından çıxıb onunla salamlaşaraq işə getdiyini soruşmuş, o ona işə getdiyini demişdir. Daha sonra Şakir ondan mobil telefonunun itdiyini və onun üstündə olan mobil nömrəni dublikatını çıxartmaq və ucuz mobil telefon almaq üçün ondan 20 manat pul istəmiş, o ona 20 manat pul verib işə getmişdir. Şakirin mobil telefonun sadəcə itməsi ilə bağlı məlumatı xx.xx.2021-ci il tarixdə səhər işə gedərkən özü deyən zaman olmuş, həmin vaxt və eləcə də xx.xx.2021-ci il tarixdə Şakir evdə olarkən onun sifət və üz nahiyəsində heç bir xəsarət və zədə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynıdır. xx.xx.2021-ci il tarixdə, saat 08:00 radələrində rəhmətlik qaynı Akifin həyat yoldaşı Aynur onun istifadəsində olan mobil nömrəyə zəng edərək Şakirin evdə olmadığını və gecə evə gəlmədiyini demişdir. O da ona narahat olmamasını və bir şey öyrənib xəbər edəcəyini bildirmişdir. Təxminən 20 dəqiqə sonra Aynur ona yenidən zəng edərək 103 xidməti ilə danışdığını, 2 nəfər şəxsin ölmüş vəziyyətdə Sumqayıt şəhər TTYX-na gətirildiyini demişdir. O Aynura yaxın qohumunun TTYX-da işlədiyi və onunla əlaqə saxlayıb bir şey öyrənəcəyini demiş və qohumu ilə maraqlanaraq həqiqətən də 2 nəfər şəxsin meyitinin Sumqayıt şəhər TTYX-na yerləşdiyini bildirmişdir. O dərhal ora getmiş və Sumqayıt şəhər morqunda yaxınlaşıb meyitlərin şəxsiyyəti barədə öyrəndikdə onlardan birinin Zərərçəkmiş şəxs olduğunu və 17 fevral 2021-ci il tarixdə, saat 07:00 radələrində Sumqayıt şəhər 4-cü mikrorayon ərazisində yerləşən uşaq bağçasının yaxınlığında meyidinin tapıldığını demişlər. O sonradan adını bildiyi tibbi ekspert Bəhruzdan Şakirin necə öldüyünü soruşduqda o, ilkin olaraq Şakirin iri həcmli avtomobil qəzası nəticəsində öldüyünü bildirmişdir. O bu barədə yaxın qohumlara məlumat vermiş, onlar Şakiri Sumqayıt şəhər qəbirstanlığında dəfn etmişlər. 21 fevral 2021-ci il tarixdə Aynur evdə tək olarkən Şakiri avtomobillə vurub öldürən şəxsin qohumlarının 4 nəfər qadın və 1 nəfər kişinin evə gəldiklərini və evdə heç kim olmadığı üçün Şakirin cümə axşamı mərasiminə gəlmələrini dediyini ona sonradan bildirmişdir. 25 fevral 2021-ci il tarixdə Şakirin cümə axşamı mərasimində günorta saatlarında 4 qadın və 2 kişi gələrək Şakiri yük avtomobili ilə vuran Şöhrət adlı şəxsin qohumları olduqlarını və üzrxahlıq üçün gəldiklərini demişlər. 2 nəfər kişi onlardan biri Şöhrəti dayısı Gülağa, digəri adını bilmədiyi əmisi olmuşdur. Gülağa bacısı oğlu Şöhrətin xx.xx.2021-ci il tarixdə, gecə saatlarında Şakiri Sumqayıt şəhəri, 4-cü mikrorayon, 14 nömrəli məktəbin sol tərəfində olan katelninin yanında idarə etdiyi yük avtomobili ilə vurduğunu bildirmişdir. O onlardan niyə Şöhrətin Şakiri xəstəxanaya aparmadığını və hadisə yerindən qaçdığını soruşduqda onlar Şöhrətin qorxduğunu və Şakiri avtomobil ilə vurduqdan sonra ayağa qalxıb əl edərək heç bir şeyin olmadığını bildirdiyi üçün avtomobili sürüb getdiyini demişlər. O onlara Şöhrətdən “gedin hadisəni maraqlanın görün necə olub bəlkə avtomobillə vurub üstdən keçib» sözünü demişdir. Onlar çıxıb getmişlər və o da onlara gedərək Şakirin meyidinin tapıldığı yeri onlara göstərmişdir. Təxminən yarım saat sonra Şöhrətin dayısı Gülağa onun istifadəsində olan mobil nömrəyə zəng edərək Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində Şakirin meyidinin tapıldığı yerə gəlməsini demişdir. O əmisi oğlu Adillə birlikdə ora getmişlər. Gülağa və yanında 2 kişi və 1 nəfər qadın da var idi. Ona Şakirin meyidinin tapıldığı yeri Gülağa göstərərək ona “əgər meyit burda tapılıbsa, Şöhrət onu avtomobillə burda vurmayıb axı” sözünü demişdir. Onu həmin əraziyə yaxın yerləşən 14 nömrəli məktəbin sol tərəfində olan katelninin yanındakı stolbanı göstərərək asfalt yolun kənarında Şakirin dayandığını və Şöhrətin oradakı binaya yük boşaltdıqdan sonra idarə etdiyi yük avtomobili ilə qayıdarkən vurduğunu demişdir. Daha sonra Gülağa demişdir ki, Şöhrət onu burda vurduqdan sonra Şakir ayağa qalxıb əl edərək heçnə olmadığını bildirdiyi üçün Şöhrət oradan idarə etdiyi avtomobillə getmişdir. Şakiri sonuncu dəfə 2021-ci ilin yanvar ayının axırlarında görmüş, Şakirin mobil telefonunun itməsi və ya oğurlanması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Həmin gün evdə olarkən bacısı ona zəng edərək demişdir ki, Şöhrət evdə yoxdur. Şöhrət evə məlumat vermədən çıxıb getmişdir. Onlar polis bölməsinə getmişlər və orada onlara bəlli olmuşdur ki, Şöhrət maşınla adam vurub xəsarət yetirmişdir. Polislərlə birlikdə hadisə yerinə onun oğlu Mövlud getmişdir. Şöhrət həbsdın çıxdıqdan sonra hadisənin baş verdiyi yeri onlara göstərmişdir və hadisəni törətdiyini demişdir, həmin vaxt orada Mövlud, Gölağa da olmuşlar. Bundan sonra onlar ölənin qohumlarını çağırıb demişlər ki, Şöhrət hadisənin meyidin tapildığı yerdə deyil, 200 metr kənarda baş verdiyini bildirmişdir. Ancaq bir neçə gün sonra Şöhrət demişdir ki, o belə bir hadisə törətməmişdir, avtomaşınla heç kimi vurmamışdır, qorxduğundan əvvəl hadisəni etiraf etmişdir. Onlar hadisədən sonra yas yerinə gedərək üzrxahlıq etmək istəmişlər, lakin qarşı tərəf onları evdən qovmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, onların hadisənin baş verdiyini gecə öyrənmişlər. Şöhrətin əmisi Şöhrətin hadisəni törətmədiyini bildirmişdir. O Şöhrətlə birlikdə polis idarəsinə getmiş, idarədə Şöhrət hadisəni törətdiyini etiraf etmişdir. Sonra polislərlə birlikdə hadisə yerinə baxış üçün getmişlər. Hadisə yerinə baxış zamanı Şöhrət hadisənin baş verdiyi yeri göstərmişdir. Sonra Şöhrət həbsdən çıxdıqdan sonra hadisəni törətdiyi yeri onlara göstərmişdir. Ancaq bir neçə gün həmin yoldan keçdiyini, lakin heç bir hadisə törətmədiyini, təsir altında olduğundan hadisəni törətdiyini dediyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs evə gec gəldiyindən bacısı Qızxanım ona zəng edərək narahatçılıq keçirdiyini bildirib Şöhrətin tutulduğunu bildirmişdir. Bundan sonra onlar polis idarəsinə getmişlər və orada onlara məlumat verilmişdir ki, Şöhrət qəza törədib və .akir adlı şəxs vəfat etmişdir. Onlar da Şakirin ünvanını öyrənib oraya getmişlər və orada üzrxahlıq etmişlər. Bundan sonra Şöhrət evə gəlmiş və onlar cümə axşamında yenidən Şöhrətgilin evinə getmişlər və orada Nəsirlə söhbət edib hadisə yerinə getməyi planlaşdırıb o, yanında olan dostu xatırlamadığı qohumlarla birlikdə hadisə yerinə getmişlər. Orada Nəsir 5 mərtəbəli bina ilə bağçanın arasında olan ağacın yanını göstərərək Şakirin cansız cəsədininn burada tapıldığını ona bildirmişdir. O hadisəninn Şöhrət tərəfindən törədilmədiyini dedikdə Nəsir ona demişdir ki, gedib dəqiqləşdirsin, əgər hadisə Şöhrət tərəfindən törədilməyibsə onlar öz işlərini bilsinlər. Bundan sonra o evə gəlmiş və Şöhrətin anası Qızxanımla əlaqə saxlayıb evinə getmişdir. Onlarla söhbət edən zaman o, Şakirin meyidinin yerini ona izah edəndə demişdir ki, ümumiyyətlə oradan keçməyib, Şöhrət ona demişdir ki, o polisə ifadə verərək bildirib ki, Şakiri həmin yerdə deyil, oradan 200 metr kənarda vurub, Şakir yerə yıxılıb və ayağa qalxdıqdan sonra ona deyib ki, çıxıb getsin və o da çıxıb getmişdir. Bundan sonra o yenidən Nəsirə zəng edərək onunla hadisə yerində görüşmüşlər. Nəsirə demişdir ki, Şöhrət polisə ifadəsində bildirib ki, onu Şakirin meyidinin tapıldığı yerdən 200 metr aralıda vurub və Şakir ona çıxıb getməsini dediyi üçün o da çıxıb getmişdir. Bundan bir neçə gün sonra Şöhrətlə söhbət edən zaman Şöhrət qorxusundan hadisənin onun tərəfindən törədildiyini dediyini bildirmişdir. Hadisə Şöhrət tərəfindən törədilməmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 4-cü mikrorayon, 41 nömrəli bağçanın yanı, 20A/29 nömrəli binanın arxasıdır. 41 nömrəli bağça 2 mərtəbəlidir. 20A/29 nömrəli bina beşmərtəbəlidir. Binanın arxa tərəfində yerləşən torpaq örtüklü yolda Zərərçəkmiş şəxs meyiti aşkar olunmuşdur. Meyitin burun və alın nahiyəsində xəsarətlər vardır. Meyitin aşkar olunduğu yerdən 30 metr məsafədə avtomobillərin hərəkət etdiyi asfalt örtüklü yol vardır. Həmin yolun sağ tərəfində 14 nömrəli məktəb yerləşir. Sağ və sol tərəfdə şam ağacları vardır. Meyitin aşkar olunduğu torpaq örtüklü yolda qanabənzər ləkələr aşkar edilmişdir. Həmin qanabənzər ləkənin aşkar edildiyi torpaq müvafiq qaydada götürülməklə qablaşdırılmışdır. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, 17 fevral 2021ci il tarixdə saat 06 radələrində 41 nömrəli uşaq bağçasına çörək təhvil verdikdən sonra idarə etdiyi “Hyundai” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə bağçanın yaxınlığından torpaq yoldan keçdikdə yerdə tanımadığı şəxsin uzanıqlı vəziyyətdə olduğunu görmüş, dərhal maşından düşərək həmin şəxsə yaxınlaşmış və onu oyatmaq istədikdə hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. İş materiallarında olan “Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” xx.xx.2021ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 41 nömrəli uşaq bağçasının qarşısıdır. Baxış zamanı hadisə yerində avtomobil ehtiyat hissələrinə məxsus olması ehtimal olunan şüşə və plasmas qırıntıları aşkar edilmişdir. Qeyd olunan əşyalar müvafiq qaydada götürülərək qablaşdırılmışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, istintaqa təqdim edilmiş 01 ədəd “Samsung J2” markalı və 01 ədəd “Nokia” sadə markalı, qara rəngli mobil telefonlara baxış keçirmək üçün hər iki mobil telefonun “menyu” bölməsinə daxil olaraq oradan menyuda yerləşdirilmiş “Kontakt” bölməsinə daxil olunmuşdur. Hər iki mobil telefonun “Kontakt” bölməsində zəng edilmiş bölümə daxil olarkən yuxarıda heç bir nörmə qeyd olunmamışdır. Bundan əlavə “Samsung J2” markalı mobil telefonun Vatsap sosial şəbəkəsinə baxış keçirən zaman müxtəlif nömrələrlə yazışmaların olduğu müəyyən olunsa da, xx.xx.2021-ci il tarixdə gecə saatlarında, zəng olunan mobil nömrələr və cinayət işi üzrə əhəmiyyət kəsb edən heç bir sübut aşkar olunmamışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarisxdə, saat 23:10-da tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs MSY-nin xidməti avtomobili ilə ünvan 5 ünvanının qarşısına gətirərək QAZ33021 markalı bortlu-tendli, **-DU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini sürücülük vəsiqəsi ilə idarə etdiyini, sonuncu dəfə xx.xx.2020-ci il tarixində saat 22:30 radələrində bir nəfər müştərinin Sumqayıt şəhəri, Qurd dərəsindən Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisinə onun yük avtomobilinə ev əşyalarını gətirməsi üçün razılaşdıqlarını, saat 23 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon, poçtla üzbəüz yerləşən 34/76 saylı binanın qarşısına gəldiklərini, müştərinin və həmin şəxsin yanında olan üç nəfər şəxsin avtomobildəki yükü boşaltdıqlarını, bundan sonra saat 00 radələrində idarə etdiyi avtomobilə oturub 14 nömrəli məəktəb istiqamətinə dönərək hərəkətə başladığını, binadan çıxıb asfalt yola girərkən avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etdiyini, 3-4 metr aralı məsafədən məktəblə üzbəüz asfalt yolun sol kənarındakı hərəkət hissəsinə aid olmayan birinci işıq dirəyinin yanında bir nəfər şəxsin dayandığını gördüyünü, həmin şəxsin yanına yaxınlaşdıqda həmin şəxs göslənilmədən yolun hərəkət hissəsinə 2-3 addım ataraq özünü maşının önünə atdığını, o həmin şəxsi vurmamaq üçün avtomobili sağ istiqamətə döndərdikdə həmin şəxsin bədəninin sol tərəfinin avtomobilin bort hissəsinin sol tərəfinə çırpıldığını, bu an möhkəm guppultu səsi eşitdiyini, 2-3 metr hərəkət etdikdən sonra əyləci astaca basaraq avtomobilin sol yan güzgüsündən baxdığını, vurduğu şəxsin yerdə uzanılmış vəziyyətdə qaldığını, ayağa qalxaraq sağ və sol tərəfə yelləndiyini gördüyünü, bu hadisədən sonra həyəcanlandığını və qorxduğu üçün avtomobili saxlamadığını və hadisə yerindən qaçdığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən ifadəsinin və ifadəsinin yerində yoxlanmasının videogörüntüləri nümayiş olundu və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli etiraf etməsi və “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli protokolda göstərilənlər təsdiq edildi. İş materiallarında olan “Baxış və nümunələrin götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 00 rdələrində idarə etdiyi QAZ 33021 markalı, **-DU-*** övlət nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman Sumqayıt şəhəri, 4-cü mikrorayon 14 nömrəli məktəbin sol tərəfində olan avtomobil yolunda olan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurması, nəticədə Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı başlamış cinayət işi ilə əlaqədar qeyd olunan yük avtomobilinə Təqsirləndirilən şəxs və onun müdafiəçisi N.Ağayevin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı yük avtomobilinin bortlu-tendli olduğu, avtomobilin özünün ağ gecə rəngində olduğu, avtomobilin hissələrinə baxdıqda hər hansı hissəsində zədələnmiş hissələrin olmadığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yük avtomobilinin əli ilə arxa bolt hissəsinin sol tərəfini göstərərək vurduğu Zərərçəkmiş şəxs avtomobilin həmin hissəsinə dəyərək yerə yıxıldığını bildirmişdir. Cinayət işinin istintaq zərurəti ilə bağlı məhkəmə-kriminalstik ekspertizasının təyin edilməsi məqsədi ilə yük avtomobilinin həmin hissəsindən yük çadırından kəsilmiş hissə və dəmir hissəsindən alətlə boya qaşınaraq götürülmüş və ekspertə təqdim edilməsi üçün qablaşdırılmışdır. İş materiallarında olan Sumqayıt 3 nömrəli şəhər poliklinikasının 117 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinatində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbanməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 5(060)-123/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** Bakcell, ***-***-**-** Azerfon nömrələrinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək daxil olan və həmin nömrələrdən çıxan telefon nömrələrinin siyahısının, SMS mətnlərinin, həmin nömrələrin antena dairəsinə aid olan məlumatları əks etdirən sənədlərin ələ keçirilməsinə icazə verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 789 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan 01/25 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində daxili qanaxma, ağ ciyərlərin cırılması, qabırğaların müxtəlif anatomik xəttlər üzrə çoxsaylı sınıqları, baş-beyinə qansızma, sol bazu sümüyünün və burun sümüklərinin sınıqları, burun kökünün açıq yarası, sifətin sol yarısının, alının sağ yarısının, alnın sol yarısının, sol burun büküşünün, sol budun yuxan 1/3-nün bayır səthinin, sağ diz oynağı nahiyyəsinin iç səthinin, bel nahiyyəsinin sıyırqları, hər diz oynağı nahiyyənin ön səthlərinin, sol yuxarı ətrafın, bazunun yuxarı 1\3-nin qançırlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti onun ölümündən bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda ve şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə (saat 24:00 radələrində) yol-nəqliyyat hadisəsi nəticəsində yük avtomobilinin dəmir bortunun təsiri nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Ölümün müddəti meyitin meyitxanada müayinəsindən (xx.xx.2021-ci il tarixde saat 09:00-da) 6-10 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs ölümünə səbəb ağ ciyərlərin cırılması nəticəsində baş vermiş daxili qanaxma olmuşdur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə əsasən demək olar ki, həmin xəsarətlər yetirilən andan o dəqiqələrlə ölçülən zaman müddətində məqsədyönlü (hərəkət edə, qışqıra, danışa bilərdi) hərəkət edə bilərdi. Zərərçəkmiş şəxs hadisə baş verən zaman yük avtomaşının bortu ona toxunanda ayaqüstə durmuş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsaratlərdən basqa digər xəsarətlər, yəni qeyri həyati xəsarətlər və protektor izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs meyiti üzərində aşkar olunmuş xəsarətlər qısa zaman müddətində baş verdiyindən həmin xəsarətlərin yetirilmə ardıcılığı haqqında fikir söyləmək mümkün olmadı. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda 0,89%o etil spirti aşkar edilmişdir ki, buda müvafiq cədvəl üzrə canlı şəxslərdə yüngül dərəcəli alkaqol sərxoşluğuna aid edilir. Narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 3/378-6/770-775, 8/418-6/782, 6/952 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata taqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin; 01 ədəd sviterin, 01 ədəd şalvarın, 01 ədəd kəmərin, 01 cüt ayaqqabının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs maxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin; 01 ədəd sviterin, 01 ədəd şalvarın, 01 ədəd kəmərin, 01 cüt ayaqqabının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında 01 ədəd yük örtüyünün parça hissəsinin tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş 02 ədəd plasmas və 02 ədəd şüşə hissələrinin səthləri üzərində kənar lif mikrohissəcikləri və həmçinin Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının (01 ədəd gödəkçə; 01 ədəd sviter, 01 ədəd şalvar, 01 ədəd kəmər, 01 cüt ayaqqabı) tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və hadisə yerindən götürülmüş 02 ədəd şüşə va 02 ədəd plasmas hissələrinin səthi üzərində avtonəqliyyata aid boya mikrohissəcikləri və ya lak- boya örtüyünün sürtünmə izləri yoxdur. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının va hadisə yerindən götürülmüş 02 ədəd şüşə və 02 ədəd plasmas hissələrinin üzərində avtonəqliyyata aid boya mikrohissəcikləri və ya lak-boya örtüyünün sürtünmə izləri olmadığından Təqsirləndirilən şəxs idarə etdiyi "QAZ33021" markalı bortlu-tutlu «**-DU-***» a.q.n yük avtomobilindən götürüldüyü qeyd edilən lak-boya nümunələr ilə müqayisəli tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş hadisə yerindən götütürülmüş şəffaf şüşə hissələri formasına, marfoloji quruluşuna, ölçüsünə va sair əlamətlərinə görə nəqliyyat vasitələrinə məxsus qabaq fara şüşə hissələrinə uyğun gəlir, plastmas hissələr is nəqliyyat vasitəsinin hansı detalının hissəsi olmasını müəyyən etmak mümkün deyildir. Təqdim edilmiş plasmas və şüşə hissələri üzərində hər hansı nəqliyyat vasitələrinə aid zavod nişanı olmadığından həmin hissələrin konkret olaraq hansı markalı nəqliyyat vasitasinə məxsus olmasını müəyyən etmak mümkün olmadı. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyalarından gödəkçənin və şalvarın üzərində olan zədə və izlər formasına, morfoloji quruluşuna xarakterinə və s. əlamətlərinə görə nəqliyyat vasitəsi tərəfindən vurulması nəticəsində yaranması istisna edilmir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/2534 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, təqdim olunmuş məlumatlara əsasən “QAZ3302T” markalı **-DU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü maddənin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarxili protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2021-ci il tarixdə saat 21:05-də Kec Kafe/"Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) 23c/Sumqayıt, xx.xx.2021-ci il tarixdə saat 00:05-də Kec Kafe/"Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) 23c/Sumqayıt, xx.xx.2021 -ci il tarixdə saat 00:06-də Kec Kafe/"Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) 23c/Sumqayıt, xx.xx.2021-ci il tarixdə saat 00:07-də Kec Kafe/"Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) 23c"/Sumqayıt, xx.xx.2021-ci il tarixdə saat 00:07-də Sumgayit_Ludvigshafen_Park/"Sumqayıt şəhəri, 9-cu mikrorayon, qeyri yaşayış binası, Aygün banket zalı'/Sumgayit, xx.xx.2021 -ci il tarixdə saat 00:07, 00:08, 00:11, 00:12, 00:13-də Kec Kafe/"Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) 23c", xx.xx.2021- ci il tarixdə saat 00:14-də Sumgait_Koroglu_ave/"Sumqayıt şəhəri, 11-ci ve 12-ci mikrorayonlar arasında Ü.Hacıbeyov küçəsi ilə Koroğlu prospektinin kəsişməsi” adlanan ərazilərdə qeyd olunur. Həmin ərazi baş vermiş hadisənin ərazisinə yaxın yerləşir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs döyülməsi, Nokia markalı mobil telefonunun, dəftərçəsinin, qələminin, siqaretinin və alışqanının oğurlanması xüsusatları öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən ifadəsinin və ifadəsinin yerində yoxlanmasının videogörüntülərini əks etdirən 02 ədəd DVD disk, Azerfon MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-11233/21 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs üzərindən götürülmüş paltarlar maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin məsul saxlancına təhvil verilmişdir. İş materiallarında olan sürücülük vəsiqəsinin və etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Şahid6 məxsus bortlu-tentli, QAZ33021 markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili notarial qaydada verilmiş etibarnamə əsasında, AC 223425 saylı sürücülük vəsiqəsi ilə idarə etmişdir. Onun həmin nəqliyyat vasitəsini idarə etmək üçün səlahiyyəti və hüququ olmuşdur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs döyülməsi, Nokia markalı mobil telefonunun, dəftərçəsinin, qələminin, siqaretinin və alışqanının oğurlanması xüsusatları öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən ifadəsinin və ifadəsinin yerində yoxlanmasının videogörüntülərini əks etdirən 02 ədəd DVD disk, Azerfon MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-11233/21 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ DYPŞ-nin 16/2-14-/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt ŞPİ-nin DYPŞ-də CPRS vasitəsilə nəqliyyat vasitələrinin yerləşdiyi ərazi və ya hərəkət istiqamətini müəyyən etmək üçün texniki imkanlar mövcud deyildir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 4-cü hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, ona təsir edilməsi, hadisəni etiraf etməyə məcbur edilməsi və s. barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab etmişdir ki, o məsuliyyətdən boyun qaçırmaq üçün belə ifadə verir. Çünki onun göstərdiyi hallar arşdırılsa da təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs işin halları ilə bağlı ifadəsini bir neçə dəfə dəyişmişdir. Məhkəmə bunu onun öz müdafiəsini qurması kimi qiymətləndirir. Təqsirləndirilən şəxs istintaqdakı ifadəsi videoçəkilişdən istifadə edilməklə alınmış, videoçəkilişdən istifadə edilməklə hadisə yerində yoxlanılmışdır. Həmin görüntülərdə onun göstərdiyi hallar digər sübutlarla ziddiyyət təşkil etmir, işin hallarına uyğundur. Təqsirləndirilən şəxs özü də məhkəmədə bildirmişdir ki, ilkin ifadəsində hadisənin necə baş verməsini özü danışmış, kimsə ona bu cür danışmasını, hadisənin bu cür baş verməsini deməmiş və onu istiqamətləndirməmişdir. İşdə hadisənin Təqsirləndirilən şəxs tərfindən törədilməsini inkar edən heç bir sübut yoxdur, sübutlar qanuni yolla əldə edilmiş və mötəbərdirlər. Sübutların mötəbərliyinin şübhə altına alınması üçün qanuni əsaslar yoxdur. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs həbsdən azad edildikdən sonra hadisəni törətdiyini və hadisənin törənmə şəraitini qohumlarına da bildirmişdir. Bu hal müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş təqsirləndirilən şəxsin qohumları olan əlavə şahidlərin ifadələri ilə təsdiq edilir. Həmin vaxt Təqsirləndirilən şəxs sərbəst olmuş, qohumlarının əhatəsində, hər hansı təsir və ya təzyiqdən uzaq olmuşdur. Təqsirləndirilən şəxs təqsirsiz olması ilə bağlı müdafiə tərəfinin məhkəmə iclasında verdiyi vəsatətlər təmin edilmiş, bütün hallar araşdırılmışdır. Amma məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun təqsirsiz olması, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən 2 azyaşlı uşağının olmasını, 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini və yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 314 (üç yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut-Cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən ifadəsinin və ifadəsinin yerində yoxlanmasının videogörüntülərini əks etdirən 02 ədəd DVD disk, Azerfon MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-11233/21 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk iş materiallarında saxlanmalıdır. Sumqayıt ŞPİnin məsul saxlancma təhvil verilmiş Zərərçəkmiş şəxs üzərindən götürülmüş paltarlar yararsız olduqlarından məhv edilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X5 mülki iddia verərək Təqsirləndirilən şəxs vurulmuş maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərər görə 10000 (on min) manat və ödənilmiş dövlət rüsumu 135 (bir yüz otuz beş) manat pul tutulub ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin hallarını, təqdim edilmiş və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, zərərçəkmiş şəxsin dəfn mərasimi, qəbirüstü abidəsinin qoyulması və digər xərclər nəzərə alındıqda tələb edilən vurulmuş maddi zərərə görə 5000 (beş min) manat real və ağlabatan məbləğdir. Mənəvi ziyanla bağlı isə tələb edilən 10000 manatı məhkəmə ağlabatan hesab etmir, zərərçəkmiş şəxsin ölümü ilə onun bacısı olan hüquqi varisinə mənəvi ziyan dəymiş, o mənəvi sarsıntı və iztirab keçirmişdir, amma mülki iddianı bu hissədə ağlabatan məbləğdə, yəni 1000 manat həddində təmin etmək işin halları baxımından daha uyğun və ədalətlidir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən də göründüyü kimi, zərərçəkmiş şəxsin hüquqi varisi X5 135 manat dövlət rüsumu ödəmişdir. Həmin hissədə iddia tam əsaslıdır. Ona görə də, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs vurulmuş maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərər görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumu 135 (bir yüz otuz beş) manat pul tutulub zərərçəkmiş şəxsin hüquqi varisi X3 ödənilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarixdə tutularaq saxlanmış və xx.xx.2021-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarixdən 24 fevral 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi cəza qəti olaraq 02 il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququ məhrum edilməklə 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 314 (üç yüz on dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Maddi sübut-Təqsirləndirilən şəxs şübhəli şəxsqismində dindirilərkən ifadəsinin və ifadəsinin yerində yoxlanılmasının videogörüntülərini əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-11233/21 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt ŞPİ-nin məsul saxlancına təhvil verilmiş mərhum Zərərçəkmiş şəxs üzərindən götürülmüş paltarlar məhv edilsin. İş üzrə mülki iddia qismən təmin edilsin və Təqsirləndirilən şəxs vurulmuş maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərər görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumu 135 (bir yüz otuz beş) manat pul tutulub zərərçəkmiş şəxsin hüquqi varisi X3 ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar