Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-50/2024 09.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X5, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1973-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 92/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə təmiz çəkisi 1,648 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində və yaşadığı ünvan 1 ünvanında saxlamış, 07 iyul 2023-cü il tarixdə, saat 13:20-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən “İnşaat materialları” mağazalarının qarşısında keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindəki “Magna” markalı siqaret qutusunun xarici sellofan paketi ilə karton qutusunun arasından 01 ədəd qızılı rəngli siqaret kağızı bükümdə 0,217 qram çəkidə narkotik vasitə heroin, keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq yaşadığı Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 35/14B, 6 saylı mənzilə baxış keçirilən zaman mənzilin yataq otağında çarpayının yanında yerləşən qəhvəyi rəngli dolabın ikinci gözündə olan 01 ədəd dəmir qutunun içərisindən üzərində narkotik vasitə izləri olan 01 ədəd qara rəngli elektron tərəzi və kimyəvi tərkib komponentlərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,351 qram, 0,073 qram, 0,104 qram, 0,083 qram, 0,181 qram, 0,167 qram, 0,127 qram, 0,113 qram, 0,102 qram, 0,130 qram-ümumi 1,431 qram olmaqla, ümumilikdə 11 bükümdə 1,648 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 07 iyul 2023-cü il tarixdə ayaqqabısını təmir etmək üçün verdiyi başmaqçıdan geri götürdükdən sonra perojna almış, sonra aptekdən narkotik vasitə qəbul etmək üçün iynə alıb evinə gedən zaman Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən “İnşaat materialları” mağazasının qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-ə aparılmışdır. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Saxlanılan zaman onun cibində evinin açarı olmuşdur. Polis əməkdaşları onun işinə CM-nin 234.1-ci maddəsi ilə aparılacağına dair söz verdikləri üçün onlarla razılaşmış, üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu söyləmişdir. Bundan sonra, polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə getmiş, mənzilindən elektron tərəzi və ümumilikdə 11 bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Nə evindən, nə də üzərindən aşkar edilmiş narkotik vasitələr ona məxsus olmamışdır. O, xəstə olduğu üçün adını xatırlamadığı, təxminən səkkiz ildir tanıdığı, subay olan təxminən 30-32 yaşlarında olan bir qadını öz evinə daxil olmağa o cümlədən onunla yaşamağa icazə vermişdir. Həmin qadın da narkotik vasitə istifadəçisi olmuş, əsasən heroindən istifadə etmişdir. Həminin qadının adını, soyadını bilməmiş, həmin şəxsi xüsusi rəqəmlərlə tanımış və bilmişdir ki, “Sumqayıt qızıdır”. Həmin qadın telefon işlətməmişdir. O, həmin qadını yaşamağa yeri olmadığı, o cümlədən özünün xəstə olması, ona qulluq etməsi, xörəyini bişirib, çayını verməsi üçün evinə buraxmışdır. Bildirir ki, həmin qadınla bir yerdə narkotik vasitədən istifadə etmişlər. Həmin qadın onu narkotikə qonaq etmişdir. O, evindən aşkar edilən elektron tərəzini həmin xanımın çantasında görmüşdür. Bildirir ki, həmin şəxs onun evindən ayrı-ayrı vaxtlarda 10, 20, 10 manat olmaqla oğurluqlar etdiyi üçün onu qovmuşdur. O, polislərlə əlbir olduğu üçün hesab edir ki, həmin qadını evindən qovduqdan sonra onu polislərə satmışdır. Bildirir ki, ağıllı və səbrli narkomanı heç bir polis əməkdaşı saxlaya bilməz. Belə ki, qeyd edir ki, narkotik vasitəni almaq üçün adətən gecə saatlarında polislər yatan zaman evdən çıxır. O, heç zaman üzərində narkotik vasitə saxlamamışdır. Belə ki, o, aldığı narkotik vasitəni ya narkotiki aldığı şəxsin evində qəbul edərək çölə çıxdığını, ya da aldığı narkotik vasitəni ağzında, dilinin alt hissəsinə qoyaraq orada saxlayaraq çölə çıxdığını, hər hansı təhlükə yarandığı anda isə narkotik vasitəni udduğunu bildirmişdir. Polis əməkdaşları onun üzərində narkotik vasitə olan zaman saxlaya bilmədikləri üçün belə bir oyun qurmuşlar. Bildirir ki, evinə baxış keçirilən zaman döşəməyə sərilmiş xalçanın altında onun özünə məxsus altı bükümdə narkotik vasitə olsa da, polis əməkdaşları həmin narkotik vasitəni tapa bilməmiş, bu səbəbdən evinə narkotik vasitə qoymuşlar. Qeyd edir ki, evində xalçanın altında olan 6 büküm narkotik vasitənin olması barədə polislərə məlumat verməmişdır. Həmin narkotikin təxmini çəkisi 0.3 və ya 0.4 qram ola bilərdi. O, döyülməsi barədə barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə, nə də ibtidai istintaq zamanı müdafiəçisinə heç bir məlumat verməmiş, bu barədə şikayət etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman təqsirləndirildiyi maddənin CM-nin 234.2-ci maddəsi olduğunu bilmiş, məhkəmədə hakim müstəntiqdən nəyə görə 234.2-ci maddə ilə ittiham verildiyini soruşduqda, müstəntiq gələcəkdə əməlin CM-nin 234.1-ci maddəsinə tövsif edilmə ehtimalı olduğunu bildirdiyi üçün həmin vaxt təzyiqlər barədə bu barədə heç bir söz deməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin narkotik vasitə istifadəçisi olmuşdur. Narkotik vasitəni adətən gün ərzində iki dəfə qəbul etmişdir. Evində olan narkotiki adını bilmədiyi bir nəfərdən aldığını bildirmişdir. Belə ki, “bir nəfər var, ondan alıram” deyə ifadə vermişdir. Özünün hörmətli narkoman olduğunu digər narkomanlardan fərqli olaraq narkotik almağa gedəndə ona narkotik satan şəxslərin daha çox yəni 30 manat pula təxminən 13,14,15 büküm narkotik verdiyini bildirmişdir. Qeyd edir ki, gün ərzində təxminən 2 və ya 3 dəfə inyeksiya yolu narkotikdən istifadə etmişdir. Aşkar edilmiş elektron tərəziyə münasibətdə qeyd etmişdir ki, elektron tərəzi onun olmasa da təxminən 20 və ya 15 gün olardı ki, onda olmuşdur. Tərəzi evdə olub, adətən evində qalan qadının çantasında olmuşdur. Həmin tərəzini həmin qadın evdə işlətmirdi, çöldə işlədirdi, onu da “özü bilər” deyə fikrini ifadə etmişdir. Narkotiki necə, yəni hansı qaydada bükümlərə ayırmısınız sualına Təqsirləndirilən şəxs “bekar olan vaxtlar evdə narkotiki “dozalara” vururdum, yəni kağızla xüsusi qaydada özüm üçün 8 və ya 10 ədəd ayrı-ayrı bükümlərə ayırırdım” deyə cavab vermişdir. Qeyd edir ki, səhər oyananda narkotik vasitənin təsir gücünün artıq olmaması üçün əvvəlcədən onları gözəyarı şəkildə bükümlərə bölərək evində saxlamışdır. O, İİİ qrup əlildir, heç yerdə işləmir. Qeyd olunanların nəzərə alınmasını əməlinin CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə AR-nın CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13:20 radələrində Sumqayıt şəhəri 34-cü məhəllədə yerləşən «İnşaat materialları» mağazasının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qəbulu, qanunsuz olaraq üzərində gəzdirilməsində və satışında şübhəli olduğunu bildirərək araşdırma aparılmasından ötrü Sumqayıt ŞPİ-nə dəvət etmiş, Pİ-də ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildilrmiş və o, buna etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barəsində bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək özü siyahıdan seçdiyi vəkili X4 təqdim olunmuşdur. Təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunduqda özü əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd “Magna” markalı siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusuna baxış zamanı içərisində siqaret dənələrinin, xarici sellofan paketi ilə karton qutunun arasında 1 ədəd qızılı rəngli siqaret kağızı bükümü olduğu, həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin"ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Şəfizadə həmin maddənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu, bazar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, bir qismini üzərində qalan qismini isə hazırda yaşadığı ünvanda saxladığını, araşdırma zərurəti ilə əlaqədar olaraq polis əməkdaşlarının yaşadığı ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 01 ədəd şəffaf qızılı rəngli siqaret kağızının içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilmiş, çəkisinin siqaret kağızı ilə birlikdə 0,29 qram olduğu müəyyən edilmiş, sonra AR ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq AR DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş ev açarı əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları və vəkililə birlikdə yaşadığı ünvana gedilmişdir. Yaşadığı ünvanın qarşısında olan zaman videoçəkiliş vasitəsilə onun yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş, heç bir etiraz etməmiş, yaşadığı ünvanın qapısını açmış və içəri daxil olmuşlar. Ona yaşadığı ünvanda qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməsi təklif edilmiş, sonuncu yataq otağında çarpayının yanında yerləşən qəhvəyi rəngli dolabın ikinci gözünü açaraq orada yerləşən 1 ədəd dəmir qutunu və həmin dolabın üzərində olan 1 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Həmin qutu açılan zaman qutunun içərisində 10 ədəd qızılı rəngli siqaret kağızı bükümlərin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş ümumilikdə 10 ədəd bükümə baxış zamanı, qızılı rəngli kağız bükümlərin hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş 10 ədəd qızılı rəngli kağız bükümlərin içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 1,96 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddələr və elektron tərəzi AR ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Üzərindən və evindən aşkar olunan narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində və evində saxlamış və həmin narkotik vasitədən heç kimə satmamış və ya hədiyyə verməmişdir. Üzərindən və evindən aşkar olunmuş narkotik vasitəni aldığı şəxsi tanımır. Narkotik vasitələrin və psixatrop maddələrin satışı ilə məşğul olmur. O, həmin narkotik vasitə bükümlərini yalnız şəxsi istifadəsi üçün evində saxlayır. Gündəlik dozasını qaldırmamaq üçün elektron tərəzidən istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin NBM-nin əməliyyat müvəkkili, Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış, qrupa özü başçılıq etmişdir, idarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvü NMB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 12 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüş, təxminən saat 13:20-də Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən “İnşaat materialları” mağazalarının yaxınlığında sonuncunun piyada hərəkət etdiyini müşahidə etmişlər. Öncədən razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb Seymur Şəfızadəni tutaraq hərəkətsiz hala gətirmiş, özlərini təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin TŞ-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o müqavimət göstərmədən avtomobilə əyləşdikdən sonra ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqların birində təhqiqatçı polis mayoru Zaur Cəfərov əvvəlcə özünü təqdim etmiş daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd Magna markalı siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusuna baxış keçirildiyi zaman içərisində siqaret gilizlərinin, xarici sellofan paketi ilə karton qutunun arasında 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünün olduğu görülmüşdür. Həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heorin”ə bənzər maddənin olduğu müəyyən edilmiş, sorğu zamanı üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin kakos olduğunu, həmin narkotik vasitəni bazar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün oldığını, bir qismini üzərində qalan hissəsini isə hazırda yaşadığı ünvanda saxladığını, araşdırma zərurəti ilə əlaqədar olaraq polis əməkdaşlarının evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Onun üzərindən aşkar edilmiş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəziyə qoyularaq çəkilən zaman həmin maddənin çəkisinin qızılı rəngli kağızla birlikdə 0,29 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin maddə MEM-ə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra polis əməkdaşları və vəkil ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışdır. Yaşadığı ünvanın qarşısında videoçəkiliş vasitəsilə yaşadığı ünvana baxış keçiriləcəyi izah edilmiş və o, buna etiraz etməmiş və yaşadığı ünvanın qapısını açmışdır. Təqsirləndirilən şəxs evində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmaması, əgər vardırsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, özü yataq otağında çarpayının yanında yerləşən qəhvəyi rəngli dolabın ikinci gözünü açaraq orada yerləşən 1 ədəd dəmir qutunu və həmin dolabın üzərində olan 1 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Həmin qutu açılan zaman qutunun içərisində 10 ədəd qızılı rəngli siqaret kağızı bükümləri olduğu müəyyən edilmişdir. Aşkar edilmiş ümumilikdə 10 ədəd bükümə baxış zamanı, qızılı rəngli kağız bükümlərin hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş 10 ədəd qızılı rəngli kağız bükümlərin içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr birlikdə elektron tərəziyə çəkilmiş, çəkisinin 1,96 qram olduğu müəyyən edilmişdir. Həmin maddələr və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmiş, sonuncudan narkotik vasitəni haradan əldə etməsi barədə soruşduqda, bazar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün oldığını, bir qismini üzərində qalan qismini isə hazırda yaşadığı ünvanda saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər və ya tutulduğu ərəfədə narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə əməliyyat məlumatı daxil olmuşdur, lakin, hal-hazırda onun narkotik maddələr satdığı konkret hər hansı şəxs müəyyən etməmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən təhqiqatçıdan əvvəl üzərinə baxış keçirilməmişdir, təhqiqatçı şəxsi axtarış keçirmişdir. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, əvvəlcədən onun yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı məhkəmə qərarı alınmışdır. Məhkəmə qərarı əldə olunduqdan dərhal sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməməsinin əsas səbəbini isə bunun əməliyyat taktikası olması ilə izah etmişdir. Belə ki, məlumat daxil olduqdan sonra o və digər əməliyyat müvəkkilləri Təqsirləndirilən şəxs yaşadığı məhəllə ərazisində bir neçə əməliyyat tədbiri həyata keçirmiş, bir müddət sonra təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxsin ifadəsində göstərdikləri xüsusatlar həqiqəti əks etdirməmiş, heç kim onu döyməmiş və üzərinə narkotik maddə qoymamışdır. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin NBM-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə vermiş, əlavə olaraq verilmiş suala cavab olaraq bidirmişdir ki, o və digər polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə hər hansı narkotik vasitə qoyulmamış, mənzilinə elektron tərəzi yerləşdirilməmiş, döyülməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 07 iyul 2023-cü il tarixdə, saat 13:20 dəqiqədə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 19); 09 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs AR CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 65-66). “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 75-77); Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 07 iyul 2023-cü il tarixdən hesablanmışdır.(i.v.84-86). “Şəxsi axtarışın keçirilməsi barədə” 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Magna” markalı siqaret qustusunu təqdim edir, həmin siqaret qutusuna baxış keçirilən zaman içərisində siqaret gilizlərinin, sarici sellofan paketi ilə karton qutunun arasında 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünün olduğu müəyyən edilir. Həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heorin”ə bənzər maddənin olduğu müəyyən edilir. Sorğu zamanı üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin kakos olduğunu, bazar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, bir qismini üzərində qalan qismini hazırda yaşadığı ünvanda saxladığını, araşdırma zərurəti ilə əlaqədar olaraq polis əməkdaşlarının baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilən zaman çəkisinin qızılı rəngli kağızla birlikdə 0.29 qram olduğu müəyyən edilmiş, MEM-ə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılır və ilə möhürlənmişdir.(i.v 28-29). “Baxış keçirilməsi və götürülməsi barədə” 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs evində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmaması, əgər vardırsa təqdim etməsi təklif edilir. Bundan sonra o, özü yataq otağında çarpayının yanında yerləşən qəhvəyi rəngli dolabın ikinci gözünü açaraq orada yerləşən 1 ədəd dəmir qutunu və həmin dolabın üzərində olan 1 ədəd qara rəngli elektron tərəzini təqdim etmiş, həmin qutu açılan zaman qutunun içərisində 10 ədəd qızılı rəngli siqaret kağızı bükümləri olduğu müəyyən edilir. Aşkar edilmiş ümumilikdə 10 ədəd bükümə baxış zamanı, qızılı rəngli kağız bükümlərin hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş 10 ədəd qızılı rəngli kağız bükümlərin içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 1,96 qram olduğu müəyyən edilir. Aşkar olunmuş həmin maddələr və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. (i.v. 33-34) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fiziki- kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3674 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N124 dairəvi möhür əksi “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş”yazısı və imzalar olan zərfdəki 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.351, 0.073 qram, 0.104 qram, 0.083 qram, 0.181 qram, 0.167 qram, 0.127 qram, 0.113 qram, 0.102 qram, 0.130 qram ümumi təmiz çəkisi 1.431 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Aosai” yazıısı olan qara rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisi və bükümdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Şərifzadə Seymur Vaqif oğlunun üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1.648 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidir.. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir.(i.v. 46-50) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X7 xx.xx.2023-cü il tarixli, 1077 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. (i.v. 52-54) “maddi sübut kimi tanıma haqqında” 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1.648 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1.498 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 98). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində və evində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5734 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2006- cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.132-133). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 92/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə cəzasının 01 ay 01 gününü çəkmiş, çəkilməmiş cəzası 02 il 04 ay 25 gün təşkil edir. (i.v.135-136, 140-146) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 138A). “sübutların qiymətləndirilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə fiziki- kimyəvi ekspertizasının 6/3674 nömrəli xx.xx.2023-cü il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 5734 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 1.648 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1.498 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 147-13577); Məhkəmə Təqsirləndirilən şəxs özünü irəli sürülmüş ittihamla təqsirli bilməməsi, narkotik vasitənin satışı ilə məşğul olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi, o cümlədən öz ifadəsi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. İlk olaraq məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman döyüldüyünü, təzyiqlərə məruz qaldığını, ibtidai istintaq zamanı döyülməsi ilə bağlı heç kəsə məlumat vermədiyini bildirsə də, iş materiallarına əlavə olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan bir gün sonra yəni xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə tibbi ekspertizasının rəyində onun bədəni üzərində xəsarət və xəsarət izinin aşkar olunmadığı qeyd edilmişdir. Təqsirləndirilən şəxs özünü verilmiş ittiham üzrə yalnız narkotik vasitənin istifadəsində təqsirli bilməsi ilə bağlı qeyd olunmalıdr ki, sonuncu şəxsi axtarış və evinə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını bildirməklə məhkəmə istintaqında müxtəlif məzmunlu fikirlər söyləməklə özünü müdafiə etməyə çalışmışdır. Belə ki, məhkəmə istintaqı zamanı Seymur Şəfizdə ifadəsində bildirmişdir ki, nə üzərində aparılan şəxsi axtarış zamanı, nə də evinə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitələr onun olmamış, polis əməkdaşları tərəfindən onun üzərinə, mənzilinə qoyulmuşdur. Məhkəmədə ifadəsində isə mənzilində 6 ədəd bükümdə narkotik maddə olduğunu bildirmişdir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə bu hissədə də tənqidi yanaşır və hesab edir ki, prossesual qaydalara riayət edilməklə mənzilə baxış keçirilən zaman aşkar edilmiş 10 büküm narkotik vasitə Ş.Səfizdənin özünə məxsus olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı prossesual qaydalara riayət edilməklə yaşadığı mənzilə baxış keçirilən zaman aşkar edilmiş elektron tərəzinin ona məxsus olmasa da, onun evində olduğunu, adətən evində qalan qadının çantasında olduğu barədə ifadəsinə də tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndilən şəxs ilk öncə elektron tərəzi barədə əsl həqiqəti yəni tərəzi evdə olub ifadəsini işlətsə də, sonradan özünün müdafiə etmək üçün həmin elektron tərəzinin evində yaşayan qadının çantasında saxladığını bildirmiş, həmin qadın tərəzidən evdə istifadə etməmiş, lakin çöldə istifadə etmişdir deyə ifadə vermişdir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs bu hissədə də qeyri-səmimilik göstərmişdir. Belə ki, milli dəyərlərə uyğun olaraq istənilən şəxs evinə qonaq dəvət etdiyi və ya hətda təsadüfən evinə gələn tanmadığı şəxsin ilk öncə adını soruşaraq onunla tanış olur. Bir halda ki, Təqsirləndirilən şəxs qeyd etdiyi qadını 8 il öncədən tanımış, onu 15-20 gün evində qonaq etmiş bir yerdə narkotik istifadə etmiş, hətta ona bu müddət ərzində qulluq etmiş, bu şəxsin həmin qadının adını soyadını soruşmaması heç də ağlabatan görsənmir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin şəxsi ələ verməməklə əsl həqiqətin üzə çıxacağından, həmin qadının elektron tərəzinin doğrudan da Təqsirləndirilən şəxs məxsusluğunu təsdiqləcəyindən qorxmuşdur. Məhkəmə o cümlədən qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsinə hörmətli narkoman olduğundan ona narkotiki digər narkomanlardan fərqli olaraq narkotik satan şəxslərin 30 manat pula daha çox, yəni 13,14,15 bükümdə narkotik verdiyini bildirmişdir. Özü də şəxsən bekar vaxtlarında almış olduğu narkotik maddələri şəxsi istifadəsi üçün xüsusi qaydada 8 və ya 10 olmaqla xırda bükümlərə ayırmışdır. Əldə etdiyi narkotiki xırda bağlamalara ayırmasını öz istifadəsi üçün yəni ehtiyacı yarandığı zaman asanlıqla istifadə edə bilməsi ilə izah etsə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri bükümlər formasında üzərində saxlaması sonuncunun ifadəsində göstərdikləri ilə ziddiyyət təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsi ilə bağlı hesab edir ki, sonuncu bu məzmunda ifadə verməklə yenə də özünü müdafiə etməyə çalışmışdır. Belə ki, bir dəfəyə əldə eedilən 13,14 və ya 15 bükümdə narkotiki təkrarən daha kiçik, yəni hər bükümün daha 8 və ya 10 bükümə bölünməsi heç də şəxsi istifadə üçün edilmiş hərəkət kimi qiymətlədirilə bilməz. Təqsirləndirilən şəxs öz dediyindən çıxış edərək onun narkotik üçün hər 3-4 gündən bir 30 manat ödədiyini nəzərə alsaq, ay əzrində onun narkotik almaq üçün təxminən 200 manatdan artıq pul xərclədiyini müəyyən etmək olar. Göstərilənlər və Təqsirləndirilən şəxs heç yerdə işləməməsi, İİİ qrup əlil olması, daimi iş yeri və qazancının olmaması sonuncunun xırda bükümlərə böldüyü ümumilikdə 11 büküm narkotik vasitəni həmin bükümlərin satış məqsədi ilə evində saxladığını sübut edən digər hallardan biridir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən heroinin həm də metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən 11 (on bir) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,351 qram, 0,073 qram, 0,104 qram, 0,083 qram, 0,181 qram, 0,167 qram, 0,127 qram, 0,113 qram, 0,102 qram, 0,130 qram heroin və avadanlıq- 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs İİİ qrup əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkumluq institutunun mahiyyəti ondan ibarətdir ki, məhkumluğu olan şəxs mülki və ya inzibati-hüquqi xarakterli məhrumiyyətlərə məruz qalır, həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən qanusuz olaraq istifadə etdiyi üçün məhkəmə tərəfindən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə baxmayaraq pis vərdişlərdən əl çəkməyərək yenə də, narkotik vasitədən istifadə etməsini, əksinə narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarının 1,648 qram olmasını, qeyd olunan narkotik maddənin miqdarının külli miqdara yaxın olmasını, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. AR CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 92/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş - 02 il 04 ay 25 gün hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə sonuncuya qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1.498 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə, yəni 02 il 04 ay 25 gün azadlığın məhdudlaşdırılması cəzası 01 il 02 ay 12 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 07 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1.498 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. Şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-50/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-50/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver