Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-500/2022 29.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Çerekassi küçəsində köhnə yarımtikilidə yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 mart 2022-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən 1/48 saylı binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus “Hyundai Accent minik” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan qapısının şüşəsinə bıçaqla fiziki təsir göstərib sındıraraq avtomobilin salonunda ötürücü qutusunun yanından qiyməti 15 manat olan və içində hər biri 100 manatlıq əskinaslar olmaqla ümumilikdə 600 manat pul olan, istifadə olunmuş, qara rəngli, dəri material 01 ədəd portmanat və qiyməti 2 manat olan istifadə olunmuş, ağ rəngli 01 ədəd USB-Type C kabel olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 617 manat qiymətində əmlakını və pul vəsaitini gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər təkər təmiri sexində usta kimi işləmişdir, lakin sonra onu işdən çıxartmışdılar. 14 mart 2022-ci il tarixdə hər hansı bir avtomobildən oğurluq etmək niyyəti ilə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində piyada hərəkət edərək yol kənarında, həmçinin tikililərin qarşısında dayanmış avtomobillərin içinə nəzər yetirib, oğurlayıb qazanc əldə edə biləcəyi əşyaların, o cümlədən pulun olubolmamasını müşahidə etmişdir. Avtomobilin şüşəsinə fiziki təsir göstərib sındırıb açmaqdan ötrü özü ilə əynindəki gödəkcənin cibində 01 ədəd mətbəx bıçağı gəzdirmişdir. 14 mart 2022-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən 1/48 saylı binanın qarşısında olarkən oradakı avtomobillərdən ağ rəngli “Hyundai Accent minik” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda ötürücü qutusunun yanında 01 ədəd qara rəngli portmanat və 01 ədəd ağ rəngli USB kabelin olduğunu görüb həmin avtomobildən onları oğurlamaq qərarına gəlmişdir. İlk əvvəl ətrafda kənar şəxslərin olub-olmamasını bilməyindən ötrü avtomobilin yaxınlığında piyada hərəkətini bir müddət davam etdirmişdir. Ətrafda heç kimin olmadığını bildikdən sonra gödəkcənin cibindən özü ilə gətirdiyi mətbəx bıçağını çıxardıb avtomobilin qabaq sağ yan şüşəsinin kənar hissələrinə bıçaqla fiziki təzyiq göstərərək sındırmışdır. Bundan sonra əlini avtomobildən içəri salıb ötürücü qutusunun yanındakı 01 ədəd portmanatı və 01 ədəd USB-Type C kabeli götürmüş və bundan sonra yaxınlıqdakı bağça ətrafı ilə Sumqayıt şəhəri, 5-ci mikrorayon istiqamətində hərəkət edərək oradan uzaqlaşmağa başlamışdır. Bıçağı da əlində saxlamış və cəld hərəkət etməyə başlamışdır. Hərəkətini davam etdirərək ilk əvvəl əlində saxladığı və avtomobilin şüşəsini sındırmağında istifadə etdiyi mətbəx bıçağını özündən kənara tullamış və daha sonra oğurladığı portmanatın içinə nəzər yetirdikdə içində hər biri 100 manatlıq əskinaslar olmaqla ümumilikdə 600 manat pulun və müxtəlif rəsmi sənədlərin olduğunu görmüşdür. Hərəkətini Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində 5-ci mikrorayon istiqamətində qaçaraq davam etdirərək pulları portmanatın içindən çıxarıb sənədləri portmanatla birlikdə kənara atmaq istədikdə polis əməkdaşları ona yaxınlaşmışdılar. Polis əməkdaşları əlində protmanat və USB kabellə qaçmağının səbəbini soruşmuşdular. O portmanatın içinə polis əməkdaşları tərəfindən baxıldıqda içindəki rəsmi sənədlərin ona aid olmadığı bilinib oğurluq etdiyindən şübhə ediləcəyindən, özü etmiş olduğu oğurluq əməlini etiraf etmişdir. Bundan sonra, polis əməkdaşları bu barədə araşdırma aparılmasından ötrü onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişdilər. Polis bölməsində olarkən avtomobildən oğurladığı 600 manat pulu, USB kabelini təqdim etmişdir. Oğurluq əməlləri tərəfindən tək olaraq törədilmiş və ona köməklik edən olmamışdır. Onun ümumilikdə avtomobillərdən oğurluq etməkdə niyyəti pul və ya satıb qazanc əldə edə biləcəyi əşyalar götürmək olmuşdur. Sözügedən mətbəx bıçağını, oğurluq edərkən avtomobillərin şüşəsini sındırıb açmaq üçün üzərində gəzdirmiş, hər hansı bir başqa niyyətlə bıçağı üzərində gəzdirməmişdir. Həmin bıçağı “Hyundai Accent minik” markalı avtomobildən oğurluq etdikdən sonra Sumqayıt şəhəri, 5-ci mikrorayon istiqamətində qaçaraq oradan uzaqlaşdığı zaman özündən kənara atmışdır. Ona polis əməkdaşları tərəfindən fiziki və yapsixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı proses iştrakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan edilmişdir. ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə ünvan 3 ünvanında yaşayır. “Hyundai Accent minik” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil ona məxsusdur və demək olar ki həmişə yaşadığı ünvana gəldiyi zaman avtomobili yaşadığı 1/48 saylı binanın qarşısında saxlayır. Sonuncu dəfə də, yəni 13 mart 2022-ci il tarixdə saat 22 radələrində avtomobilini yaşadığı binanın qarşısında saxlayıb evə getmişdir. Həmçinin, portmanatın içində şəxsi işlərilə əlaqədar olaraq istifadə etməyindən ötrü hər biri 100 manatlıq kağız əskinaslar olmaqla ümumilikdə 600 manat pulu da portmanatın içinə qoymuşdur. Əvvəllər dəfələrlə avtomobili həmin yerdə saxladığından və heç vaxt oğurluq edilmədiyindən, içində 600 manat pul qoymağına baxmayaraq portmanatı özü ilə götürməyib ötürücü qutusunun yanında saxlamışdır. Həmçinin orada nəqliyyat vasitəsində hərəkətdə olarkən istifadə etdiyi 01 ədəd ağ rəngli USB-Type C kabelini də saxlamışdır. Belə ki, 14 mart 2022-ci il tarixdə saat 02 radələrində qonşusu İlkin Məmmədov istifadəsində olan mobil nömrəyə zəng edib onunla əlaqə saxlayaraq avtomobilinin qabaq sağ yan qapısının şüşəsinin sınılı olduğunu ona bildirmişdir. Bundan sonra o dərhal evdən çıxıb avtomobilin yanına gəlmişdir. Avtomobilin salonuna nəzər yetirdikdə ötürücü qutusunun yanında saxladığı 01 ədəd qara rəngli portmanatının və 01 ədəd ağ rəngli USB-Type C kabelinin yerində olmadığını görmüşdür və ona avtomobilinin şüşəsi sındırılmaqla içində 600 manat pulla və 01 ədəd USB kabelin oğurlandığı məlum olmuşdur. Bu barədə o DİN-nin 102 xidmətinə zəng etmək istədikdə İlkin Məmmədov artıq zəng edib məlumat verdiyini demiş və o ərizə ilə müraciət etməyindən ötrü aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gedib yazılı şikayətini bildirmişdir. Müraciətindən sonra onun iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Araşdırma müddətində avtomobilin şüşəsini sındırmaqla oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir, həmin şəxs tərəfindən avtomobilin salonundan oğurladığı əşyalar, sənədlər və 600 manat pul təqdim edilmişdir. Təqdim olunan əşyalar, sənədlər və 600 manat pul ona məxsusdur. Belə ki, avtomobilinin salonundan oğurlanmış 01 ədəd tərəfindən əvvəllər istifadə olunmuş, qara rəngli, dəri material portmanatı 20 manata, 01 ədəd tərəfindən əvvəllər istifadə olunmuş, ağ rəngli USB-Type C kabeli isə 5 manata alınmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Məhkəmə iclası zamanı Şahid ifadəsində bildirdi ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyündə polis nəfəri vəzifəsində işləyir, polis serjantı rütbəsindədir. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində 91-44 çağırışlı avtopatrulda polis kiçik serjantı Əhmədov Elvin və polis kiçik serjantı Balayev Cavidan ilə birgə Sumqayıt şəhəri 45-ci məhəllə daxilində xidmət apardıqları zaman özünü İlkin Məmmədov kimi təqdim edən bir nəfər şəxs onlara yaxınlaşaraq naməlum bir nəfər tərəfindən Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən 1/48 saylı binanın qarşısında dayanıqlı vəziyyətdə olan ağ rəngli, “Hyundai Accent minik” markalı avtomobilin şüşəsini sındırıldığını, avtomobilin yanına getdikdə bir qədər uzaq məsafədə bir nəfərin olduğunu, həmin şəxsi səslədikdə isə qaçaraq Sumqayıt şəhəri, 5-ci mikrorayon istiqamətində hərəkət etdiyini bildirmişdir. Bundan sonra, onlar həmin şəxsi müəyyən etmək məqsədi ilə avtopatrulda hərəkətlərini davam etdirərkən bir nəfər şəxsin əlində portmanat və USB kabel ilə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində 5-ci mikrorayon istiqamətində qaçdığını görmüşdülər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib şəxsiyyəti barəsində onlara məlumat verməsini, həmçinin əlində portmanat və USB kabellə həyəcanlı vəziyyətdə qaçmasının səbəbini soruşmuşdular. Həmin şəxs həyəcanlı şəkildə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etdikdə, üzərində olmadığını bildirmişdir. Onlar əlindəki portmanatda şəxsiyyət vəsiqəsinin ola biləcəyini dedikdə isə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxs portmanatın və USB kabelin özünə məxsus olmadığını deyib, “Hyundai Accent minik” markalı avtomobildən oğurladığını etiraf etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs etmiş olduğu oğurluq əməli ilə bağlı araşdırma aparılmasından ötrü onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etdikdən sonra Təqsirləndirilən şəxs onlarla razılaşaraq polis bölməsinə gəlmişdir və bu barədə tərəfindən raport tərtib olunaraq rəhbərliyə məruzə olunmuşdur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. İbtidai isitintaq zamanı verdiyi ifadəni təsdiq edir və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi xahiş edir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Lipetsk şəhər Sovet Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə əmlakı müsadirə olunmaqla 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2006-cı il tarixdə Lipetsk vilayət məhkəmə rəyasət heyətinin qərarı ilə cəzası endirilmiş, xx.xx.2007ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Sankt Peterburq şəhər Nevsk rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzanın müddətinin qurtarması ilə əlaqədar cəzadan azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”-nin surətindən görünür ki, **-OA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent minik” markalı avtomobilin sahibi Zərərçəkmiş şəxsdur. Cinayət işi materiallarında olan “nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin surətindən görünür ki, “MAZDA CX5 MİNİK” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi X4 tərəfindən Zərərçəkmiş şəxs etibar edilmişdir. Cinayət işi materiallarından görünür ki, həmin cinayət işi 14 mart 2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli, “şübhəli şəxsin tutulması haqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdə saat 17:55 dəqiqədə Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 14 mart 2022-ci il tarixli Zərərçəkmiş şəxs məxsus avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, avtomobil ağ rəngli “Hyundai Accent minik” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlıdır, avtomobil Sumqayıt şəhəri, 45-ci məhəllə, 1/48 saylı binanın qarşısında dayanmışdır, avtomobilin sol qab yan şüşəsi sındırılmışdır, avtomobilin salonunda ötürücü qutusunun yanından içində Zərərçəkmiş şəxs aid şəxsiyyət vəsiqəsi. sürücülük vəsiqəsi, etibarnamə, avtomobilin qeydiyyat şəhadətnaməsi və 600 manat pul olan 01 ədəd portmanat, həmçinin 01 ədəd USB-Type C kabel oğurlanmışdır. İş materiallarında olan 14 mart 2022-ci il tarixli “təqdim etmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Hyundai Accent minik” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı sonuncuya məxsus 01 ədəd qara rəngli portmanatı, sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini, etibarnaməni, avtomobilin qeydiyyat şəhadətnaməsi, hər biri 100 manatlıq əskinaslar olmaqla ümumilikdə 600 manat pulu və 01 ədəd ağ rəngli USB-Type C kabeli təqdim etmişdir. Cinayət işi materiallarında olan 15 mart 2022-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, törədildiyi müəyyən edilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(060)-151/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 14 mart 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan 26 mart 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd qara rəngli portmanat, sözügedən rəsmi sənədlər, 01 ədəd ağ rəngli USB-Type C kabel və hər biri 100 manatlıq əskinaslar olmaqla 600 manat pul saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2347 saylı, 06 aprel 2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 3 adda mallar (istifadə olunmuş materialların orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq) 2022-ci ilin mart ayına orta bazar qiyməti ilə ümumi dəyəri 87,00 manat müəyyən edilir. Cinayət işi materiallarında olan 26 aprel 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs oğurlanmış 600 manat pul vəsaiti ilə birlikdə dəymiş maddi zərər 617 manat dəyərində, X3 isə oğurluq nəticəsində dəymiş maddi ziyanın dəyəri 70 manat olduğundan, törədildiyi müəyyən edilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsindən həmin məcəllənin 177.1-ci maddəsinə tövsif edilmiş, X2 cinayət işi ezrə zərərçəkmiş şəs qismində iştirakına xitam verilmişdir. Belə ki, iş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2347 saylı, 06 aprel 2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, istifadə olunmuş 1 ədəd “DVR X10” markalı, qara rəngli videoqeydiyyat cihazının ümumi dəyəri 70,00 manatdır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı Sumqayıt şəhər Məhkəməsinin 1(060)-500/2022 saylı, 25 may 2022-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, məhkəmə zalından dərhal azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, hazırda ziyanın olmamasını və yaşayış yeri üzrə müsabət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Göründüyü kimi şəxsin məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il qərarının 50-ci bəndində göstərilir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs yaşını, onun işlə təmin edilməsinə şəraitinin daha əlverişliyinin təmin edilməsi, Abşeron rayonu və Sumqayıt şəhərlərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 14 mart 2022-ci il tarixdən – 25 may 2022-ci il tarixədək Sumqayıt ŞPİ-nin MSY-də saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə 01 ədəd qara rəngli portmanatın, sənədlərin, 01 ədəd ağ rəngli USB-Type C kabel və hər biri 100 manatlıq əskinaslar olmaqla 600 manat pulun saxlanılması üçün Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50,00 (əlli) manat X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-500/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 739/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) ay 11 (on bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə 01 ədəd qara rəngli portmanatın, sənədlərin, 01 ədəd ağ rəngli USB- Type C kabel və hər biri 100 manatlıq əskinaslar olmaqla 600 manat pulun saxlanılması üçün Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Çerekassi küçəsində köhnə yarımtikilini tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-500/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-500/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver