Məhkəmə qərarları › İş №1(060)-500/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-500/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-500/2023 30.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1984-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 12:35 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində Sumqayıt şəhəri 7 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda olan sərnişin Zərərçəkmiş şəxs məxsus üzərində 04 (dörd) manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi olan 160 (bir yüz altmış) manat dəyərində **********12303 və **********12301 İMEİ kodlu “SAMSUNG A30 S” markalı mobil telefonu sonuncunun əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən çıxarmaqla gizli talayaraq Zərərçəkmiş şəxs 164 (bir yüz altmış dörd) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,324 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 24 fevral 2023-cü il tarixində saat 22:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 4-cü mikrorayon, C.Cabbarlı küçəsi, Hərbi Komissarlığın yanında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə 0,324 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 12:40 radələrində Sumqayıt şəhər Avtovağzalın qarşısında olan dayanacaqda Sumqayıt şəhəri, 17-ci mikrorayona getmək üçün 7 saylı sərnişin daşıyan avtobusa minmiş və arxa qapıya yaxın olan oturacaqda əyləşən təxminən 23-25 yaşı olan bir nəfər cavan oğlanın yanında əyləşmişdir. Həmin vaxt onun əynində qara rəngli qış gödəkçəsi olmuş, o, həmin şəxsin əynində olan gödəkçənin sol yan cibindən, sərnişinə məxsus, markasının sonradan "Samsung A30S" markalı olduğunu müəyyən etdiyi mobil telefonun, ağ rəngli adaptarın başlığı ilə birlikdə göründüyünü görmüşdür. Mobil telefon həmin şəxsin cibindən düşmüş və telefonu götürüb avtobusdan düşüb getmişdir. Bundan başqa 24 fevral 2023-cü il tarixində saat 22:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 4-cü mikrorayon, C.Cabbarlı küçəsi, Hərbi Komissarlığın yanında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə aparmışlar. O, üzərində narkotik vasitə olmadığını, narkotik vasitəni onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, Bölmədə polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olunduğunu və ona görə də, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu demişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitələrin və psixatrop maddələrin qəbulu ilə məşğul olur. Maddi vəziyyəti çox aşağıdır, ona görə narkotik vasitə və psixatrop maddə ala bilmir. Buna görə də, oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 12:40 radələrində Sumqayıt şəhər Avtovağzalın qarşısında olan dayanacaqda Sumqayıt şəhəri, 17-ci mikrorayona getmək üçün 7 saylı sərnişin daşıyan avtobusa minmiş və arxa qapıya yaxın olan oturacaqda əyləşən təxminən 23-25 yaşı olan bir nəfər cavan oğlanın yanında əyləşmişdir. Həmin vaxt onun əynində qara rəngli qış gödəkçəsi olmuş, o, həmin şəxsin əynində olan gödəkçənin sol yan cibindən, sərnişinə məxsus, markasının sonradan "Samsung A30S" markalı olduğunu müəyyən etdiyi mobil telefonun və ağ rəngli adaptarın başlığı ilə birlikdə göründüyünü görmüşdür. O, həmin mobil telefonu oğurlamaq üçün oğlanın əynindəki gödəkçənin həmin cibinə əlini salmış, mobil telefonu oğurlamış, adaptır isə cibində qalmışdır. Daha sonra ayaq üstə durmuş, Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən dayanacaqda həmin oğlanla birlikdə avtobusdan düşüb qaça-qaça 33 saylı sərnişin daşıyan avtobusa minmiş, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən dayanacaqda avtobusdan düşmüş, sonra bazara getmək üçün 8-ci mikrorayonla üzbəüz olan Sumqayıt şəhəri, 4-cü mikrorayon tərəfə keçmiş, orada olan dayanacaqda 6 saylı sərnişin daşıyan avtobusa minmiş, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Sputnik” deyilən yerin yaxınlığında avtobusdan düşüb, yaxınlıqda olan telefon mağazasına gedərək orada işləyən Xaliq adlı şəxsə həmin mobil telefonu özünə məxsus şəxsiyyət vəsiqəsi ilə 30 (otuz) manata satmış, pulunu şəxsi ehtiyyacları üçün xərcləmişdir. Bundan əlavə bildirir ki xx.xx.2023-cü il tarixdə təxminən saat 22:00 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən Hərbi Komissarlığın yaxınlığında olan zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə dəvət etmişlər. PB-də onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. Həmin vaxt özü əynində olan göy rəngli şalvarın sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin 01 (bir) ədəd şəffaf sellofan büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan "heroin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin "kakos" olduğunu, həmin maddəni bu gün səhər saatlarında Bakı şəhəri, 20 yanvar metrosu ərazisində 20 (iyirmi) manata adını bilmədiyi, üzdən tanıdığı şəxsdən aldığını və üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan "heroin"ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilmiş və aşkar olunmuş maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra üzərindən hər-hansı qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Əlavə olaraq ona narkotik vasitə satan şəxsi tanımadığını bildirmişdir. İfadədə verilən suallara cavab olaraq saxlanılan zaman ona qarşı hər-hansı fiziki və psixi zor tətbiq edilmədiyini, saxlanılan anadək hər hansı bir şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını, oğurluq edən zaman tək olduğunu və Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini oğurladıqdan sonra tulladığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2023-ci il tarixdə təxminən saat 12:25 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən “Göyçay” marketin qarşısından yaşadığı ünvana getmək üçün dövlət qeydiyyat nömrə nişanını və markasını dəqiq bilmədiyi 7 saylı sərnişin daşıyan avtobusa minmiş, arxa qapıya yaxın olan oturacaqda əyləşmiş, bir neçə dəqiqə sonra əvvəldən tanımadığı, təxminən 39-40 yaşı olan, göy rəngli qış gödəkçəsi geyinmiş bir nəfər şəxs də onun yanında əyləşmişdir. O, Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən “Nərimanov” heykəlinin yanında olan zaman ayaq üstə durmuş, düşmək üçün hazırlaşmış, Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən dayanacaqda avtobusdan düşmüş, gediş haqqını verib getmişdir. Bir neçə metr getdikdən sonra özünə məxsus, əynində olan qara rəngli qış gödəkçəmin sol yan cibinə baxan zaman ağ rəngli adaptarının orada olduğunu görsə də, ona məxsus, üzərində ***-***-**-** mobil nömrəsi olan, **********12303, **********12301 İMEİ kodlu "Samsung A30 S” markalı, arxa üzlüyündə ona məxsus şəxsiyyət vəsiqəsi olan mobil telefonunun olmadığını aşkar etmişdir. O, həmin mobil telefonun üzərində olan mobil nömrəyə zəng edən zaman həmin nömrəyə əvvəl zəng çatsa da, sonradan zang çatmamış, həmin mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etmiş, daha sonra yaşadığı ünvana getmiş və DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir və ona görə də, təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixində ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru, polis serjantı Şahid2 ibarət qməliyyat qrupu təşkil etmişlər. Saat 21:45 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən Sumqayıt şəhər Hərbi Komissarlığın yaxınlığında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən Sumqayıt şəhər Hərbi Komissarlığın yaxınlığına gəlmişlər. Saat 22:00 radələrində Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs görüb onu saxlayıb və özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs şərait olmadığı üçün PB-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyini demişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, o, onlarla xidməti avtomobillə Sumqayıt ŞPİnin Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosunun vəkili X1 təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı hər hansı predmet və ya əşya varsa qoymasını xahiş etmişlər. Təqsirləndirilən şəxs özü əynində göy rəngli şalvarın sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin bükümün içərəsində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos”, yəni narkotik vasitə olan «heroin» olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroindir, Bakı şəhəri, 20 yanvar metrostansiyasında tanımadığı şəxsdən 20 (iyirmi) manat pul ödəməklə şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlənin çəkisini müəyyən etmək məqsədi ilə həmin büküm elektron tərəzidə çəkilmiş, aşkar olunmuş kütlə qablaşdırılmış və möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru, polis serjantı Şahid2 da Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis forması geyimində olan Sumqayıt ŞPİnin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X5 özünü təqdim edir. Sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxsə özünü təqdim etməsini bildirir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra tədbirdə iştirak etmiş əməkdaşlardan özlərini təqdim etmələrini xahiş edir və onlar özlərini təqdim edərək, 3-cü PB-nin kiçik inspektoru, polis serjantı Şahid2, əməliyyat müvəkkili, polis kapitanı Şahid1 olduqlarını bildirdilər. Sonra təhqiqatçı tərəfindən bir daha tutulmanın əsasını izah edərək saxlanılan şəxsə özünün siyahıdan seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosunun vəkili Ələsgər Məmmədov təqdim edildi. Bundan sonra təhqiqatçı tərəfindən saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim edilir. Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra təhqiqatçı tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı predmetin olub-olmaması, əgər vardırsa həmin predmeti təqdim etməsi xahiş edilir. Sonra Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli şalvarın sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofana bükümü təqdim etdi. Təqdim edilmiş şəffaf sellofana bükülmüş 01 (bir) bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edildi. Həmin maddəni tanımadığı şəxsdən Bakı şəhəri ərazisində 20 Yanvar metrosunun yaxınlığından şəxsi istifadəsi üçün 20 (iyirmi) manata aldığını və üzərində saxladığını bildirdi. Sonra həmin kütlə tərəzidə çəkilir və çəkisinin 0,47 qram olduğu müəyyən edilir. Sonra həmin büküm ekspertiza tədqiqatıan göndərilməsi üçün qablaşdırıldı, DİN-nin 127 saylı möhürü ilə möhürləndi, iştirakçılar tərəfindən imzalandı. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1558 saylı rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarı təsviri hissəsində göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 164,00 (bir yüz altmış dörd) manat müəyyən olunur. İş materiallarında olan məhkəmə fizıki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1140 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİNZərflər üçün №127“ dairəvi möhür əksi və “....Vətəndaş Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroinə bənzər maddə ; şübhəli şəxs: -imza, müdafiəçi-imza, iştirakçılar-iki imza, təhqiqatçı-imza... ” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,324 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” -in siyahısına (Siyahıl) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0,324 qram, tədqiqata sərf edildi: ümumi 0,05 qram, qalıq ümumi 0,274 qram; İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs ambulator-məcburi narkoloji tibbi yoxlamanın n xx.xx.2023-cü il tarixli, 1982 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-82/2023 saylı, xx.xx.2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.5 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,324 qram olan heroindən aparılmış kimyəvi tədqiqatdan sonra qalıq çəkisi 0,274 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi Seymur Xəlilzadənin “şəxsin zərərçəkmiş şəxs kimi tanınması barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqdim etmə və götürmə haqqında protokoldan və həmin tarixli götürmə aparılması haqqında qərardan görünür ki, Şahid3 “SAMSUNG A30 S” markalı mobil telefonun platası və sənədin surəti götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “SAMSUNG A30 S” markalı mobil telefonun platası Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2017-ci il təvəllüdlü X3). İş materiallarında olan “süburların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.2.1, 180.1, 234.2 və 326.2-ci maddələrinin, Şahid3 əməlində isə Azərbaycan Respublikası CM-nin194-cü maddəsinin tərkib əlamətləri olmadığına görə onların barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin onun olmamasını bildirməsi özünü müdafiə xarakter daşıyır, onun törətdiyi əməl şahid ifadələri və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.5 və 234.1-ci maddələrinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,324 qram olan narkotik vasitə heroindən aparılmış kimyəvi tədqiqatdan sonra qalıq çəkisi 0,274 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan “SAMSUNG A30 S” markalı mobil telefonun platasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 142,00 (bir yüz qırx iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,274 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. İş ürə maddi sübut “SAMSUNG A30 S” markalı mobil telefonun platasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 142,00 (bir yüz qırx iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar