Məhkəmə qərarları › İş №1(060)-500/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-500/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-500/2025 12.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Qubadlı rayonu, Hal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Aztelecom MMC”-də departament rəhbəri işləyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Hal ərazi dairəsi, Hal kəndində daimi qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması ilə ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına AĞİR zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 31 dekabr 2024-cü il tarixdə, saat 11:18-də B,C kateqoriyalı AF 025186 seriyalı sürücülük hüququ ilə idarə etdiyi “Porsche Cayenne” markalı, **-XT-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Sumqayıt şəhəri, Sahil küçəsi ilə hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 74,5 km/saat sürətlə idarə etmiş, həmçinin həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyib əks hərəkət istiqamətində yolun soldan 1-ci hərəkət zolağında dayanıqlı vəziyyətdən dönmə işığını yandırmaqla hərəkətə başlayıb sola Corat qəsəbəsi, Taleh Kərimov küçəsinə doğru dönmə manevri edən Şahid1 idarə etdiyi «Mercedes benz S320» markalı **-NU-*** dövlət nömrə nişanlı minik avtomobil ilə toqquşmuş, nəticədə həmin avtomobilin sərinişini Zərərçəkmiş şəxs döş qəfəsinin küt travması, sağda İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların, solda İİ,İİİ qabırğaların yerdəyişən sınığı, travmatik hemopnevmotoroks xəsarətləri ilə müşayiət edilən həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmaya aid, öz avtomobilində olan sərinişinlər- Şahid2 sağ mil-bilək oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşaiyət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sağ mil-bilək oynağının ön səthinin sıyrığı ilə müşaiyət edilən və X2 budun orta və yuxarı 1/3-nin bayır-arxa səthinin qançırı ilə müşaiyət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almalarına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cii il tarixdə saat 11:18-də özünə məxsus idarə etdiyi Porsche Cayenne markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Sahil küçəsi ilə üzü Novxanı istiqamətində təxminən 65 km/saat sürətlə yolun sol hərəkət zolağı ilə düzünə hərəkətdə olduğu zaman, Corat abidəsi yaxınlığında Corat yolu ilə kəsişmədə yerləşən yolayrıcına çatdıqda qarşı əks hərəkət yolu ilə düzünə hərəkət etdikdən sonra sola dönmə manevri edən Mersedes Benz markalı avtomobil anidən onun qraşısına çıxmış, həmin an həmin avtomobillə toqquşmamaq üçün əyləcə təzyiq edib avtomobilini sağa doğru yayındırmış, lakin həmin avomobil saxlamadan hərəkətinə davam etdiyindən avtomobilinin qabaq sol hissəsi qarşı avtomobilin sağ qabaq qapsından toqquşmuş, sonradan həmin avtomobil Corat abidəsinə çırpılmışdır. Hadisə nəticəsində xəsarət almamış, lakin avtomobilində sərnişin qismində olmuş həyat yoldaşı Şahid2 və azyaşlı övladı Cəsur Mədətli müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisə vaxtı avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. Hadisə nəticəsində avtomobilinə xeyli miqdarda maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs izahatında qeyd olunan yolun soldan 1 -ci hərəkət zolağı ilə düzünə hərəkətdə olduğu zaman, qarşı əks hərəkət yolu ilə düzünə hərəkət edən Mersedes Benz markalı avtomobilin sürücüsü Corat abidəsinin qarşısına çatdıqda ona çatmağına təxminən 4 metr məsafə qalmış anidən idarə etdiyi avtomobillə sola dönmə manevri etməyə başlamış və onun qarşısına çıxdığını, bu zaman onun dərhal əyləcə təzyiq edib maşını sağa doğru yayındırdığını, lakin buna baxmayaraq yolayrıcının orta hissəsində avtomobilinin qabaq hissəsinin həmin avtomobilin qabaq sağ qapısından toqquşduğunu, Mersedes Benz markalı avtomobilin sola dönməyə başlayıb onun qarşısına çıxdığı andan təhlükəni hiss etdiyini, həmin an təxminən 3-4 metr məsafə qət etdiyini, qraşı avtomobilin sürücüsünün onun həmin avtomobilə çatmağını görüb maşını saxlamaq əvəzinə hərəkətinə davam etdiyini və toqquşma yerinədək təxminən 3-4 metr məsafə qət etdiyini, qarşı avtomobildə də xəsarət alanın olduğunu gördüyünü və xəsarət alan şəxsin hadisə yerinə gələn təcili tibbi yardım maşını vasitəsi ilə xəstəxanaya yola salındığını bildirmişdir. Əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 31 dekabr 2025-ci il tarixdə əri Şahid1 idarə etdiyi “Mercedes-Benz” markalı avtomobildə ön oturacaqda sərinişin qismində oturmuş, saat təxminən 23:00 radələrində Sumqayıt şəhəri, Novxanı yolu ilə üzü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olmuşlar. Sumqayıt şəhəri,Corat qəsəbəsinə çatdıqda əri Şahid1 sola-Corat qəsəbəsinə dönmək üçün sfetaforun yaşıl işığından keçib əks istiqamətdən gələn avtomobilləri gözləyib Corat abidəsinə tərəf dönmüş, abidənin yanına çatanda sağ tərəfindən gələn avtomobil sərinişini olduğu avtomobili əyləşdiyi tərəfdən vurduğundan avtomobil abidəyə çırpılmışdır. Bundan sonra şokda olmuş və gözünü xəstəxanada açmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, sonuncu ilə barışmış, ona qarşı heç bir şikayəti və iddiası yoxdur. Bu barədə eyni zamanda notarial qaydada verdiyi ərizəsini də təqdim edir. Qeyd olunanlara əsasən cinayət iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11:18-də həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus “Mersedes Benz S320” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə Sumqayıt şəhəri, Sahil küçəsi ilə üzü Sumqayıt şəhəri istiqamətində düzünə hərəkət etdikdən sonra, Corat abidəsinə çatdıqda Corat qəsəbəsindən çıxan məhəllə yolu ilə Sahil küçəsinin kəsişməsində yerləşən yolayrıcında svetoforun qırmızı işığında dayanıb sola dönmə etmək məqsədilə sağ istiqamətindən, yəni Sumqayıt şəhəri istiqamətindən hərəkət edən nəqliyyat vasitələrini buraxmış, daha sonra svetoforun yaşıl işığı yandıqdan sonra Sumqayıt şəhər istiqamətindən gələn yolun boş olduğunu görüb, təxminən 50 metr məsafədə həmin yolda hərəkətdə edən “Porsche Cayenne” markalı avtomobilin ona çatmasına xeyli məsafə qaldığını düşünüb dərhal qaz əyləcinə təzyiq edib sola dönmə manevrinə başlamış, dönməni yerinə yetirdiyi vaxt “Porsche Cayenne” markalı avtomobil sürətlə gəlib ona çatmış və sağa dönüb qabaq hissəsi ilə onun avtomobilinin sağ yan hissəsindən Corat abidəsinin tin hissəsində toqquşmuşdur. Hadisə nəticəsində həyat yoldaşı Zərərçəkmiş şəxs ciddi xəsarət aldığından hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəsatəxanaya çatdırılmışdır. Hadisə nəticəsində özü xəsarət almamış, həmin vaxt spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. Hadisə nəticəsində avtomobilinə xeyli miqdarda maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Nəsi qızı məhkəməyə teleqramla müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi təsdiq etdiyini bildirmişdir. Tərəflərin fikri dinlənildikdən sonra Şahid2 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şahid2 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat, 11:18-də həyat yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Porsche Cayenne” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağında əyləşməklə Sumqayıt şəhəri, Sahil küçəsi ilə üzü Novxanı istiqamətində yolun sol hərəkət zolağı ilə düzünə hərəkətdə olduqları zaman, Corat abidəsinin qarşısında, Corat yolu ilə kəsişmədə yerləşən yolayrıcına çatdıqda qarşı əks hərəkət yolunda dayanmış “Mersedes Benz” markalı avtomobil qəflətən onların qarşısında sola dönmə manervi etmiş, həmin an Elgün həmin avtomobillə toqquşmamaq üçün əyləcə təzyiq edib maşını sağa doğru yayındırmış, lakin digər avomobil saxlamadan hərəkətinə davam etdiyindən hər iki avtomobil yolayrıcında toqquşmuşdur. Hadisə nəticəsində başı avtomobilin salonunda qapının kopusuna dəyərək xəsarət almış, həmin vaxt azyaşlı övladı Cəsur Mədətli də müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Daha sonra Şahid2 izahatında, Mersedes Benz markalı avtomobilin sola dönmə manervinə başladığı zaman sərnişini olduğu avtomobillə təxminən 4-4,5 metr məsafədə olduğunu, Elgünün təhlükəni hiss etdiyi an, anidən əyləcə təzyiq etdiyini və avtomobili sağa doğru yayındırdığını, lakin nəqliyyat vasitələrinin toqquşduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 263.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il tarixdə CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 152-153) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:00 radələrində CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 171-173); “Qətimkan tədbirinin seçilməsi barədə” 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.174-175); “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş hadisə yerinin sxemi və fotoşəkillərindən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, Sahil küçəsidir. Hadisə baş verən yerdə yol örtüyünün eni 16 metr, yolun hərəkət hissəsinin eni 4 metr olmaqla yol 4 hərəkət zolağından ibarət qarşı-qarşıya nəqliyyat axını olan yoldur. Hadisə baş vermiş yerdə yol ötrüyü asfaltbeton olmaqla quru, üfüqi və düzdür. Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün hərəkət zolaqları vardır. Yolun hərəkət hissəsinə sağdan torpaq sahə, şəhər tipli tikililər, soldan səki birləşir. Yolda hərəkət işıqforla tənzimlənir. Yol şəhər elektrik işıqları ilə işıqlandırılır. (i.v. 5-14) "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 7224 saylı aktdan görünür ki, müayinə zamanı Şahid1 alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. (i.v. 15) "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 7225 saylı aktdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. (i.v. 15) Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir, həmin vəsiqə xx.xx.2029-cu ilədək qüvvədədir. (i.v.19) AR SN MTE və PA şöbəsi-nin məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 06 saylı rəyindən görünür ki, Şahid2 bədəni üzərində sağ-bilək oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşaiyət olunan yumşaq toxumalarının şikinlik fonunda əziyi, sağ mil-bilək oynağının ön səthinin syrığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayyinəsindən 5-7 gün əvvəl olmaqla qərarda göstərilən şəraitdə və qaydada, yəni xx.xx.2024-cü il tarixdə YHN-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (i.v. 35-37) AR SN MTE və PA şöbəsi-nin məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 07 saylı rəyindən görünür ki, X4 bədəni üzərində sağ budun orta və yuxarı 1 3-mim bayırarxa səthinin qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 5-7 gün əvvəl olmaqla qərarda göstərilən şəraitdə və qaydada, yəni xx.xx.2024-cü il tarixdə YHN-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (i.v. 39-41) AR SN MTE və PA şöbəsi-nin məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 92 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin küt travması, sağda İİ, İİİ, İV, V, Vİ. Vİİ. Vİİİ qabırğaların, solda İİ. İİİ qabırğaların yerdəyişən sınığı, travmatik hemopnevmotoroks xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cii il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. (i.v. 52-54) AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2025-ci il tarixli, 8/251 saylı ekspert rəyinə əsasən, “MERSEDEC BENZ S320 markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 Ləti oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə raiyət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “PORSCHE CAYNNE” markalı, **-XT-*** dövlə qeydiyyat nişanlı avtomoblin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədər hərəkətlərini texniki nöteyi-nəzərdən tədqiq etməy7ə lüzum yoxdur. X5 maksimum hərəkət sürti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 60 km saata qədər məhdudlaşdırılmış yo sahəsindən avtomobili 65 km saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 63-65) “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 11 mart 2025-ci il tarixli qərara əsasən, Zərərçəkmiş şəxs həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 79- 80) AR ƏN Məhkəmə Ekpertiza Mərkəzinin 2 iyun 2025-ci il tarixli, 8/781-4/552 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş 01 ədəd DVD-R diskə yazılmış “STŞ- 073 2-2024-12-31_11H 171 min00s000ms” adlı videoyazıda kadrlararası və kadrdaxili montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 01 ədəd DVD-R diskə yazılmış “STŞ-073 2-2024-12-31_11H17min00s000ms” adlı videoyazıya görə **-NU-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz S320” markalı avtomobilin sola manevr etdiyi andan, “Porsche Cayenne” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu ana kimi 2,64 saniyə vaxt keçmişdir. 2.2 “Mersedes Benz S320” markalı avtomobil manevr etməyə başladığı yerdən toqquşma yerinə qədər 8,88 metr məsafə qət etmişdir. 2.3 «Porsche Cayenne» markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmazdan əvvəlki 29,1 m məsafədə orta sürəti V=74,5 km/saat olmuşdur. “Mersedes Benz S320” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Porsche Cayenne” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni. 74.5 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci naddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 112-119) “Sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs və Şahid1 əmlində CM-nin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması ədd edilmiş və cinayət işindən material ayrılaraq Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Şahid1 zərərçəkmiş şəxslə barışdığı üçün CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Şahid1 İXM-nin 327.8 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi üçün barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə qərarın surəti aidiyyati üzrə Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunduğundan barəsində İXM-nin 327.8 və 328.1-ci maddələri ilə inzibati icraatın açılması rədd edilmişdir. “Porsche Cayanne” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs və “Mercedes Benz S320” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid1 mülki iddia ilə bağlı müraciət etmək hüquqlarının olmasının izah edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntüsünün həkk olunduğu 01 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə madd sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş üzrə hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, kamera görüntülərinə baxış keçirilmsəi haqqında protokol, şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının 27 yanvar 2025-ci il tarixli 92 №-li, kompleksməhkəmə video-texniki və əlavə məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 02 iyun 2025-ci il tarixli 8 781-4 552 nömrəli rəyi iş materiallarına uyğun rəylər olmaqla obyektiv olduqlarından mötəbər sübut kimi qəbul edilib tanınmışdır. Qərarın surəti ibtidai aradıraya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prkuroruna göndərilmişdir. (i.v. 126-134) “Şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət təqibinin başlanmasının rədd edilməsi barədə” 20 iyun 2025-ci il tarixli, qərara əsasən Şahid1 barəsində CM-nin 263-1.1-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-in 40.3-cü maddəsinin və cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v. 137-143) DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. (i.v.97); “Yol-nəqliyyat hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” 02 may 2025-ci il tarixli protokola əsasən yol-nqliyyat hadisəsinin baş verdiyi əraziyə baxış keçirilən zaman hadisə yerinin Symqayıt şəhəri, Sahil küçəsi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Taleh Kərimov küçəsi ilə kəsiçən hissədə baş verməsi müəyyən olunmuşdur. Həmçinin baxış zamanı “Porsche Cayenne” markalı, 77- XT-070 dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərəkə istiqamətinə görə sol tərəfdə yerləşən ayırıcı beton zolaqda quraşdırılmış işıq dirəyi arasında olan məsafə 29,10 metr, işıqforda dayanmaq üçün düz xətdən piyadalar üçün nəzərdə tutulmuş qırıq-qırıq xəttə qədər olan məsafə 5,50 metr, piyadalrın hərəkət etmək üçün qırıq-qırıq xəttin eni 2,20 metr, qırıq-qırıq xətdən və yolayrıcını keçib düz xəttin başlandığı yerə qədər olan məsafə 15,10 metr, yolayrıcından sonrakı hərəkət hissəsində yerləşən düz xətdən yolunn sağ kənarına qədər olan məsafə 5,60 metr, yolun sol tərəfinə, yəni beton yolayrıcına qədər olan məsafə 5,25 metr, həmçinin həmin beton yolayrıcının eninin 1,30 metr olması müəyyən olunmuşdur. (i.v. 102- 103); “Kamera görüntülərinə baxış keçirilməsi haqqında” 09 yanvar 2025-ci il tarixli protokola əsasən, xx.xx.2024- cü il tarixdə saat 11:18-də “Porsche Cayenne” markalı, **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobil Sahil küçəsi ilə yolun soldan 1-ci hərəkət zolağı ilə üzü Novxanı istiqamətində düzünə hərəkətdə olduğu zaman, “Mersedes Benz S320” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili qarşı əks hərəkət yolunun soldan 1ci hərəkət zolağında dayanıqlı vəziyyətindən hərəkətə başlayaraq sola, Corat yoluna doğru dönmə manevri etdiyi an yolayrıcında “Porsche Cayenne” markalı avtomobilin qabaq hissəsinin “Mersedes Benz S320” markalı avtomobilin qabaq sağ qapısından toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verməsi müşahidə edilmişdir. Hadisə yerində DİN-in Təhlükəsiz Şəhər Xidmətinin STŞ-073 saylı kamerasının arxiv videogörüntüləri 01 ədəd DVD diskdə əldə edilərək materiala əlavə edilmişdir. (i.v. 32-33). Sumqayıt şəhəri 1 saylı Notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını ona dəymiş ziyanın ödənildiyini sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığnı bildirmişdir. Zərərçəkmiş şəxs eyni məzmunlu ərizə yazaraq məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində-saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. CM-də ehtiyatsızlıqdan törədilmiş cinayətlərə anlayış verilmişdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək, cinayətkarcasına özünəgüvənmə nəticəsində ehtiyatsılıqdan qeyd olunan cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam şəkildə ödəməsini, sonuncu ilə barışmasını və zərərçəkmiş şəxsin təqsirləndirlən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublaksı Konstitusiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, ikiobyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun CM-nin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümum hüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan qərarın surəti Sumqayıt Şəhər Prokurorluğuna göndərilməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi materiallarında olan, yol-nəqliyyat hadisəsinin baş verməsini özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və həmin maddə ilə işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati məsuliyyət məsələsinin həll olunması üçün qərarın surəti Sumqayıt Şəhər Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Yol-nəqliyyat hadisəsinin baş verməsini özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar