Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-501/2020 16.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə Fərhad qızının və müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, Sumqayıt şəhəri 48-ci məhəllə, ev 5v, mənzil 34-də qeydiyyatda olan, Sumqayıt şəhəri 17-ci mikrorayon, ev 31, mənzil 5-də yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı Sumqayıt şəhəri, Beton Zavod ərazisində, fərdi evin qarşısında küçədə onunla bir ərazidə yaşayan qonşusu X1 bir gün əvvəl atası Şahid ilə aralarında olan mübahisəyə görə öz iradını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı İgid Abdulovu bir dəfə başı ilə sifət nahiyyəsindən vuraraq ona sol və sağ yanaq nahiyyəsinin selikli qişasının yaraları, sağ yanaq nahiyyəsinin yumşaq toxumalarının şişkin fonunda əziyi, sol yanaq nahiyyəsinin sıyrığı kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, valideyinləri ayrıldığı üçün anası Qanuni nümayəndə və anasının valideyinləri ilə birlikdə Sumqayıt şəhəri 17-ci mikrorayon, ev 31, mənzil 5-də yaşayır, atası Zaurun yaşadığı Sumqayıt şəhəri Beton Zavod ərazisində yerləşən evə tez-tez gedib gəlmiş, sonradan atası onu evindən qovduğu üçün daha atası Zaurun yaşadığı evə getməmişdir. X3 onun əmisidir və atası ilə qonşuluqda yaşayır. X4 da atasının qonşusudur və bir neçə ildir ki, İgidi qonşu olduğuna görə tanımışdır. Atası Zaur içki düşgünü olduğu üçün İgidlə birlikdə tez-tez spirtli içki qəbul etmişlər. İgidlə mübahisəsindən bir gün əvvəl İgidlə atası yenə bir yerdə içmiş və dalaşmışlar. İgid həmin vaxt atasını döymüşdür. İgidin bu hərəkətləri ona xoş getmədiyi üçün İgiddən atasının heyfini çıxmaq istərmiş, lakin İgidi görə bilməmiş, onu görmək üçün atasının evində qalmışdır. xx.xx.2020-ci il tarixdə, saat təxminən 20 radələrində atasının evindən həyətə çıxanda görmüşdür ki, İgid tək gəlir. O, İgidi yanına çagırmış, soruşmuşdur ki, atasını nəyə görə döymüşdür. İgid də demişdir ki, yaxşı edib. Buna görə aralarında sözlə mübahisə düşmüş və İgid yavaşca onun arxasından təpiklə vurub və demişdir ki, “get burdan, sən kimsən ki, mənimlə söhbətə gəlmisən”. İgidin təpiyi ona təsir etməyib zədə yetirməsə də, ona pis təsir etmişdir. O da əsəbləşib bir dəfə başı ilə İgidin sifətindən vurmuşdur. İgid sifətini tutub yerə oturmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bunların nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqdim edilmiş Təqsirləndirilən şəxs və qanuni nümayəndəsinin xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 oğlu göstərmişdir ki, Sumqayıt şəhəri Beton Zavod ərazisində fərdi evdə yaşayır, Şahid ilə qonşudur. Əvvəldən Zaurla münasibətləri yaxşı olmuşdur. Buna baxmayaraq Zaur və oğlu Şəmsi yüngül həyat tərzi keçirirlər və hər gün spirtli içki qəbul edərək evdə ailə daxili münaqişə yaradırlar. Buna görə də Zaurun həyat yoldaşı Zaurdan ayrılaraq öz valideyinlərinin yanında qalır. Şəmsi də anası ilə bərabər qalır. X5 ilə də münasibətləri yaxşı olub heç bir ədavətləri olmamışdır. xx.xx.2020-ci il tarixdə, axşam saat təxminən 20 radələrində qardaşı Malikin evindən yaşadığı evə gələndə evin qapısına çatanda görmüşdür ki, Zaurun oğlu Şəmsi öz evlərinin qapısı ağzında dayanmışdır. Şəmsi onu görən kimi yanına çağırmış, o da Şəmsiyə yaxınlaşmışdır, həmin vaxt Şəmsi tək olmuşdur. O, Şəmsidən nə məsələ olmasını soruşanda Şəmsi ona demişdir ki, bir az kənara çəkilsinlər onunla işi var. Onlar yaşadığları evdən təxminən 10-15 metr kənara çəkilmişlər. Bu vaxt Şəmsi ondan heç bir şey soruşmadan qəflətən iki dəfə başı ilə sifət nahiyyəsindən vurmuşdur. O zərbənin təsirindən özünü itirib və yerə yıxılmışdır. Ayılanda görmüşdür ki, qonşusu Əli onu yerdən qaldırır. Qonşusu Əli onu yaşadığı evə aparmışdır. O da yaşadığı evə gəlib əl üzünü yuyub özünə gələndən sonra bu barədə polisə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında təqdim edilmiş zərərçəkmiş şəxs X1 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur və onunla qonşu yaşayırlar. İgid Abdulov da onunla bir qonşuluqda yaşayır. Qardaşı Zaur mütəmadi spirtli içki qəbul etdiyinə görə həyat yoldaşı Almaz ondan boşanaraq atası evinə qayıtmışdır. Şəmsi də anası ilə bərabər yaşasa da hərdən bir atasının yanına gəlib getmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində öz azyaşlı oğlu Elşadın velosipetini yaşadığı evin həyətində təmir edəndə İgidin həyat yoldaşı Nuranənin qışqırıq səsini eşitmişdir. O, Nuranəyə tərəf baxmış, Nuranə ona qışqıraraq demişdir ki, “İgidi döyürlər, get arala”. O da Nuranə deyən tərəfə getmiş və görmüşdür ki, İgid yerdədir, qonşu Əli onu yerdən qaldırır, sifəti qan içindədir, Şəmsi də onların yanındadır, sakit dayanmışdır. O, İgiddən soruşmuşdur ki, nə məsələdir? İgid ona demişdir ki, Şəmsi onu başı ilə vurub, səbəbin də bilmir. Şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və X4 onun qonşularıdır, hər ikisi ilə münasibəti yaxşıdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələri olardı tək yaşadığı evin qarşısında dayanmış, bu vaxt İgidin həyat yoldaşı Nuranə ona yaxınlaşıb demişdir ki, deyəsən İgidlə Şəmsi mübahisə edəcəklər, getsin onları qoymasın. O da Nuranənin dediyi yerə gəedəndə kənardan görmüşdür ki, İgidlə Şəmsi mübahisə edirlər, bir-birlərini dartışdırırlar. O, onlara yaxınlaşana kimi hər ikisi ayrlmış və onlara yaxınlaşanda görmüşdür ki, İgid yerdə oturub, Şəmsi də biraz kənarda dayanıb sözlə mübahisə edirlər. O, İgidlə Şəmsini sakitləşdirəndən sonra İgid evinə getmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 801 №-li rəyi ilə müəyyən olunmuşdur ki, 1980-cı il təvəllüdlü X2 məhkəmə tibbi ekspertizasına əsasən qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlmək olar: X1 bədənində aşağıdakı xəsarətlər vardır. Sol və sağ yanaq nahiyyəsinin selikli qişasının yaraları, sağ yanaq nahiyyəsinin yumuşaq toxumalarının şişkin fonunda əziyi, sol yanaq nahiyyəsinin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törədilmişdir, törədilmə müddəti zərərçəkmişin 1-2 gün əvvəl olmaqla xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər, özü-özünə yetirilməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığı yüngül zərərvurmaya aitdir. (i.v. 24-26) İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1957 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəlik əlamətləri aşkar olunmur, əqli və psixi inkişafının, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emrsional- iradi sferasınd fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklər aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hal hazırda hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertədaha yaxındır ( psixi fəaliyyətin xarici aləmə yönəlməsi). İnkarlıq, emosionallıq, tənqid və təhqirə qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən psixi-emosional vəziyyətdə hirslilik yaranmış, həmin halın yaranmasıfərdi-psixi xüsusiyyətləri fonunda stuasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan (fizioloji affekt) vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafını nəzərə almaqla, o,hadisə zamanı öz hərəkətlərinin mənasını tam dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurma meyillilik əlamətləri müşahidə olunmadı. (i.v.96-98) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v. 94) İş materiallarında olan “qətimkan tədbiri seçmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 143) Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, həmçinin məhkəmə tibbi ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs kimi, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.2, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsni, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Sumqayıt Şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Vidadi Əliyev tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1 istintaqda 10 saat iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 06 (altı) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 60 (altmış) manat, Müdafiəçi2 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində, vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində (cəmi 96 manat) pul vəsaitləri dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-501/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-501/2020
16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver