Məhkəmə qərarları › İş №1(060)-501/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-501/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-501/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx xxxxxx 1959-cu ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 18-ci məhəllə, H.Əliyev prospekti, 2 nömrəli yataqxana, otaq 32 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 16.06.2021-ci il tarixdə təxminən saat 08:25 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin arxasında Zərərçəkmiş şəxs əli ilə vuraraq onun burun belinin, burun ucunun, sol gözaltı nahiyyənin, alt çənənin orta hissəsinin sıyrıqları, ənsənin sağ hissəsinin dərialtı hematoması xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, təxminən 2015-ci il tarixdənZərərçəkmiş şəxs tanıyır və Balaxanım onunla birlikdə Sumqayıt şəhər Təmizlik Departamentində dalandar işləyir. Balaxanım təxminən 2020-ci ilin avqust ayında yaşadığı yataqxanaya gəlmiş və oğlunun xəstə olduğunu, onun müalicəsi üçün pula ehtiyacı yarandığını söyləmişdir. O Balaxanıma kömək etmək istəmiş və borca 3000 manat pul vermişdir. Balaxanım həmin vaxt özünə məxsus kartını ona vermişdir ki, o hər ay kartdan 300 manat pul çıxarsın və ona vermiş olduğu borcun əvəzinə götürsün. O 9 ay kartdan pul çıxarmış, sonuncu ay da yenə kartdan pul çıxarmaq istəyən zaman kartın işləmədiyini görmüş və sonradan müəyyən etmişdir ki, Balaxanım ona demədən kartı bağlatdırmışdır. O dəfələrlə Balaxanımdan pulun qalan hissəsini istəsə də, Balaxanım ona borcunun qalmadığını deyərək ona olan borcunun qalan hissəsini verməkdən imtina etmişdir. O 16.06.2021-ci il tarixdə təxminən saat 08:25 radələrində Sumqyıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin arxasında olan zaman təsadüfən Balaxanımı görmüş və ondan yenə borcunu istəmişdir. Balaxanım yenə ona borcunun olmadığını bildirmişdir. Həmin vaxt onların aralarında mübahisə baş vermiş, o əsəbiləşib sağ əli ilə onun baş nahiyyəsinə vurmuşdur. Daha sonra isə onu marketin divarına sıxmış, həmin vaxt onları orada olan şəxslər aralaşdırmışlar. Balaxanım buna baxmayaraq həmin an onun üzərinə gəlib əl-qol ataraq onu vurmağa cəhd edən zaman orada olan şəxslər buna imkan verməmişlər. O həmin vaxt orada olan uzun saplı süpürgəni sağ əlinə götürmüş və onu vurmaq istəyərkən ona imkan verməmişlər və onu kənara çəkmişlər. O sonra çıxıb getmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 2015-ci il tarixdən Təqsirləndirilən şəxs tanıyır və o Gülzarla birlikdə Sumqayıt şəhər Təmizlik Departamentində dalandar işləyir. O Gülzardan həmin ərəfələrdə borca 3000 manat pul almış və özünə məxsus maaş kartını ona vermişdir ki, ona vermiş olduğu pul hər ay almış olduğu maaşdan götürsün. Borcu qurtardıqdan sonra kartı ona qaytarsın. Gülzar 2021-ci ilin aprel ayının 10-da maaşını kartdan götürdükdən sonra kartı ona qaytarmalı olsa da qaytarmamışdır və o da özünə məxsus, lakin onda olan kartını bağlatdırmışdır və bir müddət Gülzarı görməmişdir. O 16.06.2021-ci il tarixdə təxminən saat 08:25 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin arxasında olan zaman Gülzar onu görmüş və ondan pulunu istəmişdir. O həmin vaxt ona borcunun olmadığını bildirən zaman Gülzar ona borcu olduğunu söyləmiş, daha sonra isə onunla mübahisə etmişdir. Gülzar əsəbiləşib sağ əli ilə onun baş nahiyyəsinə vurmuş, onu marketin divarına sıxmışdır. Həmin vaxt onları orada olan şəxslər aralaşdırmışlar, lakin onlar yenə də mübahisə etmişlər. Gülzar uzun saplı süpürgəni sağ əlinə götürmüş və onu vurmaq istəyərkən buna imkan verməmişlər və onu kənara çəkmişlər, Gülzar sonra çıxıb getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan 1 ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurması öz təsdiqini tapmışdır. İş materiallarında olan 692 saylı 17.06.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır:burun belinin, burun ucunun, sol gözaltı nahiyyənin, alt çənənin orta hissəsinin sıyrıqları, ənsənin sağ hissəsinin dərialtı hematoması. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər əvvəl olmaqla 16.06.2021ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan DİN-nin 17.06.2021-ci il tarixli arayışından görünür ki, Nurəliyev Gülzar Nəriman qızının məhkumluğu yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müabət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin2211 saylı 21.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan 280 saylı 21.06.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 2 nömrəli ASM-nin psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur. Beləliklə, Təqsirləndirilən şəxsnun verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsnun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsnun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi oğluna 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut olan bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar