Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-501/2023 25.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 40/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Sumqayıt şəhər bələdiyyəsinin sədri X1 bağladığı 05 yanvar 2022-ci il tarixli, 08/QM nömrəli tapşırıq müqaviləsi əsasında Sumqayıt şəhər bələdiyyəsi adından fiziki şəxslərin mülkiyyətində olan əmlak və torpaq sahələri üzrə Azərbaycan Respublikasının müvafiq qanunları ilə müəyyən edilmiş əmlak və torpaq vergilərinin hesablanma qaydaları və ödəmə tarixləri əsasında onların Sumqayıt bələdiyyəsinin bank hesablarına bankların və ya Sumqayıt bələdiyyəsində tətbiq olunmuş yerli vergi və ödənişlərin avtomatlaşdırılması sisteminin post-terminalları vasitəsi ilə ödənilməsinin təmin edilməsi səlahiyyətləri verilmiş, lakin qeyd olunan tapşırıq müqaviləsi ilə ayrı-ayrı şəxslər üçün icrası məcburi olan qanuni tələblər irəli sürmək və qərarlar qəbul etmək silahiyyətləri olmayan, yəni hakimiyyət nümayəndəsi hesab edilməyən vergi agenti Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirib 15 avqust 2022-ci il tarixdə, saat 17 radələrində onun yaşadığı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 22, mənzil 25 ünvanına yaxınlaşıb əmlak vergisinin Sumqayıt şəhər bələdiyyəsinin bank hesabına ödənilməsi ilə bağlı bildirişxəbərdarlıq qəbzini ona təqdim etməsindən əsəbiləşib Zərərçəkmiş şəxslə mübahisə edərək nalayiq ifadələrlə təhqir etdikdən sonra əlləri ilə Zərərçəkmiş şəxs tutub mənzilin içərisinə aparıb dəhlizdəki dolabın üstünə yıxdıqdan sonra ayağa qaldırıb əlbəyaxa olmaqla başı ilə Zərərçəkmiş şəxs müxtəlif nahiyələrinə zərbələr vuraraq sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol alın və paraorbital nahiyənin dərialtı hematoması, burun sümüklərinin burunla tənəffüsü pozan yerdəyişən sınığı, döş qəfəsinin sol yarısının əziyi, hər iki gözətrafi nahiyənin burnun üstünü tutan qançırı, sol gözün ağlı qişasına qansızına, döş qəfəsinin, sağ dizin, sol baldırın qançırları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirərək zərərçəkmiş Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 127.2.1ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 22, mənzil 25 ünvanında anası Şahid1, uşaqları Qulam, Müqəddəs, Rüzgar və Gövhərlə birlikdə yaşayır. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 15 avqust 2022-ci il tarixdə, təxminən saat 17 radələrində yaşadığı evdə tək olduğu zaman evin qapısı döyülmüşdür. Qapını açanda qapını döyənin Məhəmmədəli olduğunu görmüşdür. Məhəmmədəli ilə salamlaşdıqdan sonra sonuncu ona Sumqayıt şəhər bələdiyyəsinin əməkdaşı olduğunu, əmlak vergisi ilə bağlı bildiriş gətirdiyini deyib yaşadığı evin 23 nömrəli mənzil olmasını bildirmişdir. O isə Məhəmmədəliyə yaşadığı evin 23 yox, 25 nömrəli mənzil olduğunu və səhv gəldiyini demişdir. Məhəmmədəli də daha heçnə deməyib bir mərtəbə aşağı düşmüş, o da mənzilə geri qayıtmışdır. 1-2 dəqiqədən sonra Məhəmmədəli yenədə geri qayıtmış və ona mənzilin 23 nömrəli olmasını demişdir. O da Məhəmmədəliyə yenədə səhv gəldiyini demişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əlbəyaxa olmuşlar. Məhəmmədəli onun ünvanına söyüş söydüyündən o, əsəbiləşib kəllə ilə sonuncuya bir dəfə sifət nahiyyəsindən zərbə endirmişdir. Onlar bir qədər əlbəyaxa olduqdan sonra o, yenə də kəllə ilə Məhəmmədəlinin sifət nahiyyəsindən zərbə endirmişdir. Onlar əlbəyaxa olaraq yaşadığı mənzilə daxil olmuşlar, sonra isə yenədə binanın dəhlizinə çıxmışlar. Həmin vaxt anası Nahidə onların yanma gəlmişdir. Bundan sonra onlar sakitləşmişlər və Məhəmmədəli oradan çıxıb getmişdir. Məhəmmədəli ilə dalaşan zaman onların yanında heç kim olmamışdır, lakin sonradan onların yanına anası Nahidə gəlmişdir. Məhəmmədəli ilə aralarında baş vermiş dalaşma təxminən 4-5 dəqiqə davam etmişdir. Məhəmmədəli onu vurmağa cəhd etsə də o, buna imkan verməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 2015-ci ildən Sumqayıt Bələdiyyəsinin Vahid Vergilər Mərkəzində vergi agenti işləyir. Sonuncu dəfə Sumqayıt bələdiyyəsi ilə aralarında bununla bağlı 05 yanvar 2022-ci il tarixli, 08/QM nömrəli tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında əmlak vergilərinin ödənilməsi üçün sakinlərə tədiyyə bildirişlərini təqdim edir, əmlak vergisi ilə bağlı müvafiq sənədlərdə düzəlişləri həyata keçirir. Sakinlər isə terminal, bank və ya poçt vasitəsilə əmlak vergisini ödəyirlər. Əmlak vergisi ildə bir dəfə ödənilir, bunun üçün də sakinlərə tədiyyə bildirişi verilir. Xidməti ərazisinə Sumqayıt şəhəri 1, 2, 9, 10, 12, 13 və 18-ci mikrorayonlar daxildir. 15 avqust 2022-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində 22-ci binanın sakinlərinə tədiyyə bildirişləri paylamaqla məşğul olmuşdur. 22-ci binanın 3-cü mərtəbəsində sol tərəfdə yerləşən 25 nömrəli və sağ tərəfdə yerləşən 26 nömrəli mənzilin qapısını döymüşdür. 26 nömrəli mənzildən bir nəfər kök, yumrusifət, 50-55 yaşlarında tanımadığı bir nəfər kişi başını çıxarıb nə lazım olduğunu soruşmuşdur. 25 nömrəli mənzildən isə qapını Təqsirləndirilən şəxs açmış və qışqıraraq nə istədiyini soruşmuşdur. O, Mehmanın problemli adam olduğunu anlayıb 26 nömrəli mənzilin qapısını açmış kişidən üzr istəyib əvvəlcə digər şəxslə danışacağını demişdir. 26 nömrəli mənzilin qapısını açan kişi içəri girib mənzilin qapısını dərhal bağlamışdır. O, özünü Təqsirləndirilən şəxs təqdim edərək Sumqayıt bələdiyyəsinin vergi agenti olduğunu bildirmiş və tədiyyə bildirişini sonuncuya uzadaraq illik dövlət əmlak vergisini ödəməli olduqlarını izah etmişdir. Mehman ona tərəf uzatdığı bildirişi qəzəblə dartıb əlindən almış və onu ora göndərənin ünvanına nalayiq ifadələrlə söyərək anasının təqaüdçü olduğunu bildirmişdir. O, Mehmana sakitcə əgər anası təqaüd alırsa, bu barədə sənəd təqdim etməli olduğunu bildirmişdir. Qanunvericiliyə əsasən təqaüdçülər əmlak vergisindən azaddır, bununla bağlı arayışı bələdiyyəyə təqdim etməlidirlər. Mehman mənzilin qapısını bağlamışdır. O isə üzünü çevirib yuxarı mərtəbəyə qalxmaq istəmişdir. Bu vaxt qəfildən arxadan kiminsə köynəyinin arxasından əlləri ilə tutub özünə tərəf dartmışdır. O, Mehmanın qapını yenidən açıb ona arxadan yaxınlaşdığını eşitməmişdir. Köynəyinin düymələri sınmışdır. Mehman onu dartaraq mənzilin içərisinə salmışdır. Qurşaqdan yuxarı hissəsi mənzilin girişindən içəriyə düşəndə o, yan tərəfi üstə mənzilin girişindəki ayaqqabı dolabının üzərinə düşmüşdür. Qabırğalarından xırçıltı səsi gəlmiş, nəfəsi daralmışdır. Mehmandan nə etdiyini soruşmuş və buna görə adam tutulduğunu demişdir. O, yıxıldığı yerdən ayağa qalxmaq istəyəndə artıq Mehmanın sakitləşdiyini və ondan əl çəkəcəyini düşünmüş, lakin Mehman yenə nalayiq söyüşlərlə onun yaxasından tutub ayağa qaldırmış və onun sol gözündən başı ilə qüvvətli zərbə vurmuşdur. Gözləri qaralmış, əlləri ilə sifətini tutanda Mehman onu özündən kənara itələyib əlini şalvarının arxasına aparmışdır. O, Mehmanın bıçaq çıxaracağını düşünüb sonuncunun əllərindən yapışmışdır. Bundan sonra Mehmanla mənzilin dəhlizində bir müddət əlbəyaxa olmuşlar, Mehmanın zərbə vurmasına imkan verməməyə çalışmış, müqavimət göstərmişdir. Bu zaman Mehman onun burnundan ikinci kəllə zərbəsini vurmuş, onun ağız və burnundan qan gəlməyə başlamış, özünü itirmiş, artıq növbəti zərbədən sonra özündən gedəcəyini anlamışdır. Mehman onu mənzilin içərisinə mətbəxə dartıb aparmışdır. O, mətbəxdə Mehmanla əlbəyaxa olub sonuncunun boğazından yapışmış və Mehmanın sərbəst hərəkət etməsinə mane olub mətbəxin divarına sıxa-sıxa sonuncunu dəhlizə gptirmişdir. Mehman onu mənzilin içərisinə saldıqdan sonra mənzilin giriş qapısını arxadan bağlamışdır. O, mənzilin giriş qapısını açdıqdan sonra mənzilin qapısı çöldən açılmış və içəriyə bir nəfər yaşlı qadın daxil olmuşdur. O, həmin qadına qonşuları köməyə çağırmasını, həmin şəxsin xəstə olduğunu demişdir. Həmin qadın isə köməyə heç kimi çağırmamışdır. Onun ağzından və burnundan qan gəldiyini, köynəyinin cırıldığını görmüşdür. Qadın Mehmana onu buraxmasını demiş, Mehman isə əvvəlcə onun buraxmasını demişdir. O, Mehmanın taqətdən düşdüyünü düşünüb sonuncunu buraxıb mənzildən çölə çıxmışdır. Mehman onun arxasınca gəlib biləyindən yapışmış və onunla yenidən əlbəyaxa olmağa çalışmış, o isə birtəhər Mehmanın əlindən çıxıb aşağı binanın qarşısına düşmüşdür. Həmin vaxt orada olan tanımadığı şəxslər onun sənədlərini, eynəyini, sınmış saatını tapıb ona gətirmişlər. O, oradan DİN-in 102 zəng xidmətinə zəng edib şikayət etmişdir. Həmçinin Sumqayıt bələdiyyəsinə də məlumat vermişdir. 15 avqust 2022-ci il tarixdə Mehman onu mənzilin girişində dolabın üstünə yıxanda döş qəfəsinin sol tərəfindən, sol gözündən və burnundan kəllə ilə zərbələr vuranda sifətindən, alnından, gözlərindən, burnundan xəsarətlər almış, beyni silkələnmiş, burnu sınmışdır. Həmin şəxslə əlbəyaxa olanda sağ diz və sol baldırından xəsarətlər almışdır. Mehman onu döyərək xəsarət yetirən zaman onların yanında heç kim olmamışdır. Sonradan isə onların yanına Mehmanın anası gəlmişdir. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, sonradan adını bildiyi Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 15 avqust 2022-ci il tarixdə, təxminən saat 17 radələrində yaşadığı binanın həyətinə düşmüş, oğlu Mehman isə evdə tək qalmışdır. Mehmanın uşaqları isə idmanda olmuşlar. Bir neçə dəqiqə həyətdə oturduqdan sonra evə qalxmaq qərarına gəlmişdir. Mənzilinə çatanda oğlu Mehmanla sonradan adını bildiyi Məhəmmədəlinin bir birlərinin yaxasından tutduqlarını görmüşdür. O, oğlu Mehmana iradını bildirmiş, Məhəmmədəlidən isə getməsini xahiş etmişdir. Məhəmmədəli də oradan çıxıb getmişdir. Yaşadığı mənzilə qalxanda həmin vaxt Məhəmmədəli ilə oğlu Mehmanın bir birlərinin yaxasından tutduqlarını görsədə onların dalaşmalarını görməmişdir. İş materiallarında olan MTE və PA şöbəsi tərəfindən verilmiş məkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1245 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol alın və paraorbital nahiyyənin dərialtı hematoması, burun sümüklərinin burunla tənəffüsü pozan yerdəyişən sınığı, döş qəfəsinin sol yarısının əziyi, hər iki gözətrafı nahiyyənin burnun üstünü tutan qançırı, sol gözün ağlı qişasına qansızma, döş qəfəsinin, sağ dizin, sol baldırın qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən təkrari zərbələrlə vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkmişin Sumqayıt TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-501/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-si tərəfindən verilmiş 58-112-8563 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-501/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərarı ilə onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs tapılanadək iş üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli xx/xx-4567 №-li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün Penitensiar Xidmətin 3 saylı istintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan 19 saylı MKS tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 03 (üç) azyaşlı uşağı vardır. İş materiallarında olan Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 21-2/3-58430 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixədək cəzasından 05 (beş) ay 21 (iyirmi bir) gününü çəkmiş və çəkilməmiş cəzası 01 (bir) il 08 (səkkiz) ay 01 (bir) gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) gün tutulduğu müddət və çəkmiş olduğu 05 (beş) ay 21 (iyirmi bir) gün azadlığın məhdudlaşdırılması cəzası 2 (iki) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) gün tutulduğu və çəkmiş olduğu 05 (beş) ay 21 (iyirmi bir) gün azadlıqdan məhdudlaşdırma cəzası 02 (iki) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-501/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-501/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver