Məhkəmə qərarları › İş №1(060)-502/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-502/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-502/2021 22.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi -Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: 20.06.2021-ci il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs yaşadıqları ünvanda ailə-məişət münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sağ təpə gicgah alın nahiyyəsini əhatə edən dərialtı hematoması və sol baldırın qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2014-cü ildən ailə həyatı qurmuşlar. Həmin nikahdan iki azyaşlı övladları vardır.X3 Park MMc-də fəhlə işləyir.İki ildir ki, pərvanə ilə aralarında ailə məişət münasibətləri zəminində mübahisələri olduğunu, Pərvanənin ona hörmət etmədiyini və onunla kobud rəftar etdiyini,2021-ci ilin may ayın boşanmaq üçün Sumqayıt şəhər məhkəməsinə müraciət etsələr də daha sonra onlara barışıq üçün vaxt verildiyini, 20 iyun 2021-ci il tarixində azyaşlı qızını götürüb parka getmək istərkən Pərvanə buna qarşı çıxaraq uşağı aparmağa qoymadığını, aralarında mübahisə yarandığını, Pərvanə onun ünvanına nalayiq ifadələr işlətdiyindən bir dəfə başından bir dəfə əli ilə zərbə vurduğunu və daha sonra plastik süpürgəni götürərək pərvanəyə susmasını yoxsa onu yenə vuracağını dediyini,daha sonra azyaşlı qızını da götürüb parka getdiyini. Hazırda özünü təqsirli bildiyini, lakin zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ondan şikayətçi olmamasını nəzərə alaraq barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2014-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur və həmin nikahdan iki azyaşlı övladı vardır. Son iki ildir Elçinlə aralarında ailə məişət zəminində mübahisələr baş verdiyini, boşanmaqla bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət etsələr də Məhkəmə onlara barışmaq üçün vaxt verdiyini, 20 iyun 2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs onunla yenidən mübahisə edərəkəl zərbəsi ilə başından və üzündən onu vurduğunu, daha sonra plastik süpürgəni götürərək onun hər iki ayağına vurduğunu, hazırda Təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını və barəsindəki iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində 20.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında səhər radələrində mübahisə baş verdiyini və baş vermiş mübahisə zamanı Elçinin Pərvanəni əli ilə baş və üz nahiyyəsindən vurduğunu, onları bir-birindən ayırdığını bildirdi. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20.06.2021-ci il tarixli 730 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş “sağ təpə gicgah alın nahiyysəiniəhatə edən dərialtı hematomasısol baldırın qançırı, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər olmaqla 20.06.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla və plastik süpürgə ilə vurulmaqla əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan sübutların qiymtləndirilməsinə dair 22.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan Sumqayıt şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 2234 saylı 22 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan Sumqayıt şəhəri 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli 306 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan DİN tərəfindən verilmiş 21.06.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş 22.07.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 22.07.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı hər hansı tələb və şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli (iş № 1(060)-502/2021) qərarını icra edərək, 07 iyul 2021-ci il tarixli 686 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə haqqın Sumqayıt Regional vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilməlidir. "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar