Məhkəmə qərarları › İş №1(060)-502/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-502/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-502/2022 20.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Həsənova (Cəfərova) Aynur Zakir qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 28.04.2021-cı ıl tarixdə, saat 02:00 radələrində ünvan 3 ünvanında qeyri-rəsmi yaşadığı Həsənova (Cəfərova) Aynur Zakir qızı ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı o Həsənova (Cəfərova) Aynur Zakir qıznı qəsdən döyməklə ona – qaşarası nahiyyənin və burun kökünün qançırı, sol gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş sol gözaltı gözaltı nahiyyənin və alt göz qapağının qançırşişkinliyi ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan dərəcəsinə görə YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Subaydır. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən"Neftçi İnşaat" tikinti şirkətinin qarajında operator sürücü işləyir. Təxminən 8 ay əvvəl Sumqayıt şəhərində Zərərçəkmiş şəxs ilə tanış olmuş, bir-birilərini istəyib münasibət saxlayaraq görüşmüşlər. Aynur Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən “Manqal” kafesində xadimə işləyir, o da ona imkanı qədər maddi köməklik etmişdir. Son vaxtlar Aynur iş yoldaşı Gültəkinlə birlikdə ünvan 3-də kirayədə yaşayırdı. Aynurla münasibətləri yaxşı olmuş, arabir öz aralarında kiçik söz-söhbətləri olsa da, özləri həll etmişlər. Son zamanlar Aynur özünə məlum səbəblərə görə ondan ayrılmaq istəyirdi, lakin o ona bağlandığına görə ayrılmaq istəmir. 28.04.2022-ci il tarixdə saat 02:00 radələrində Aynurun yaşadığı mənzilə getmiş, lakin evdə heç kim olmamışdır. Ona maraqlı olmuşdur ki, Aynur gecə vaxtı harada ola bilər, ona görə də gəlmələrini gözləmişdir. Bir qədər sonra Aynur Gültəkinlə birlikdə evə gəlmişlər, o Aynurdan bu vaxtu harada olmasını soruşanda Aynur evə ərzaq almaq üçün marketə getdiklərini demiş, Aynurun əlindəki torbaya baxanda spirtli içki tərkibli enerji içkisini görəndə əsəbləşmiş və Aynurla mübahisə edərək əlimin içi və sillə ilə onun sifətinə bir neçə zərbə vuraraq onu döymüşdür. Həmin vaxtı Gültəkin onu kənara çəkərək sakitləşdirməyə başlamış, o da evdən çıxıb getmişdir. Sonradan bilmişdir ki, Aynur onun barəsində polisə şikayət etmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Həsənova (Cəfərova) Aynur Zakir qızı ifadəsində göstərmişdir ki, Əvvəllər ailəli olmuş, 2 uşağı vardır. Sonradan boşanmış, uşaqları keçmiş əri X1 ilə birlikdə Göyçay şəhərində yaşayırlar. Özü Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən “Manqal” kafesində xadimə işləyir. Gültəkin də həmin kafedə aşbaz işləyir. Təxminən 8 ay əvvəl Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuş, bir-birilərini istəyib münasibət saxlayaraq yaşadığı evdə görüşmüşlər. Bir müddət keçdikdən sonra Orxanın ona qarşı olan münasibəti dəyişmiş, həddən artıq qısqanc olmuş, əsassız yerə mübahisələr edib onu döymüş, lakin o Orxanı istədiyinə görə şikayət etməmişdir. Son zamanlar Orxanın ona olan münasibəti kəskinləşdiyindən ondan ayrılmaq qərarına gəlmiş, lakin Orxan ondan əl çəkməmişdir. 28.04.2022-ci il tarixdə saat 01:30 radələrində Gültəkinlə birlikdə evə ərzaq almaq üçün "Araz" marketə getmişlər, təxminən 30 dəqiqədən sonra evə qayıdanda Orxanın onlarda olmasını görmüş, Orxan onu görən kimi haraya getməyi barədə sorğu-sual etməyə başlamış, o ona Gültəkinlə birlikdə marketə getdiyini desə də, Orxan əsassız yerə onunla mübahisə etmiş, sonra da sillə və yumruqla onun başına və sifətinə zərbələr vuraraq onu döyməyə başlamışdır. Həmin vaxt Gültəkin Orxanı ondan ayırmış, o Orxana polisə şikayət edəcəyini deyəndə Orxan çıxıb getmişdir. O da mobil telefon olmadığına görə Gültəkin 102 xidmətinə zəng edərək Orxanın onu döyməsi barədə məlumat vermişdir. Sonra o Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gedib Orxanın onu döyərək xəsarət yetirməsi barədə şikayə etmişdir. Hal-hazırda onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Həsənova (Cəfərova) Aynur Zakir qızının ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının 28.04,2022-ci il tarixli, 556 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Həsənova (Cəfərova) Aynur Zakir qızının bədəni üzərindəki xəsarətlər - qaşarası nahiyyənin və burun kökünün qançırı, sol gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş sol gözaltı gözaltı nahiyyənin və alt göz qapağının qançırşişkinliyi vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 28.04.2022-ci tarixdə əl zərbələri ilə yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Həsənova (Cəfərova) Aynur Zakir qızı ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 05 (beş) saat sərf etmişdir. Ona görə də, 30 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar