Məhkəmə qərarları › İş №1(060)-502/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-502/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-502/2023 17.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2006-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta məktəb şagirdi, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri. 5-ci mkr, ev 19/132, mənzil 13-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SZK, yataqxana 3, otaq 65-də yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama qərarına gələrək 05 fevral 2023-cü il tarixdə günorta saatlarında Şahid1 ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində idman meydançasında olan zaman sonuncunun xəbəri olmadan cibindən düşürtdüyü yaşadığı evin giriş qapısının açarını götürüb nüsxəsini çıxartdıqdan sonra Şahid1 birlikdə yaşadığı atası Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SMP 518, yataqxana 3, 7 saylı mənzilinə daxil olub oradan oğurluq etmək məqsədilə uyğun vaxt və əlverişli şərait yaranmasını gözləyib, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində ev sakinlərinin evdə olmadığından istifadə edərək özündə saxladığı nüsxəsini çıxartdığı açardan istifadə etməklə mənzilin giriş qapısını açaraq Zərərçəkmiş şəxs yaşadığı mənzilə qanunsuz daxil olub evdə qonaq otağında olan dolabdan 2000 manat və həmin dolabda olan mücrünün içərisindəki dəri pul qabının içərisindən 750 manat pulu gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2750 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə qanuni nümayəndəsi-anası Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, H.Z.Tağıyev qəsəbəsində yaşayır və qəsəbədə yerləşən Laçın Cicimli tam orta məktəbin 9В sinif şagirdidir. Zərərçəkmiş şəxs H.Z.Tağıyev qəsəbə sakinidir, yaşadığı yataqxanaya yaxın digər yataqxanada yaşayır, Faiqin oğlu Türkellə dostdur, hər gün görüşürlər. Türkelin atası Faiqin iş adamı olduğunu bilir. 05 fevral 2023-cü il tarixdə günorta saatlarında Türkellə yaşadığı binanın qarşısında parkda olan zaman Türkel turnikdə idman edərkən özünün də xəbəri olmadan cibindən tək açar düşmüş, o, həmin açarın onların evinin açarı olduğunu bilmiş və açarı gizlin götürüb cibinə qoymuş və Türkelə bir söz demədən işi olduğunu bildirib Sumqayıt şəhərinə getmişdir. Türkelin cibindən düşən açarın nüsxəsini çıxarmaq üçün Sumqayıt şəhərində “Açar Bayram”-nın iş yerinə yaxınlaşmış, orada ona azyaşlı olduğunu deyərək qəbul etməmişlər, ona görə də oradan çıxıb yaşca böyük olan tanış bir şəxs axtarmağa başlamışdır. Karvan bazarının yanında tanışı Şükürlə rastlaşmış, söhbət zamanı yaşadığı evin giriş qapısının açarının nüsxəsini çıxartmaq üçün üzərində şəxsiyyət vəsiqəsinin olmadığını və yaşca böyük olan şəxsin şəxsiyyət vəsiqəsi tələb olunduğunu deyərək ona köməklik etməyini xahiş etmiş, Şükür də həmin vaxtı yanında olan sonradan adını Ramin bildiyi tanışıdan şəxsiyyət vəsiqəsinin üzərində olmasını soruşaraq əgər üzərindədirsə onun üçün açarın nüsxəsini çıxara biləcəyini soruşmuş, Ramin etiraz etməmiş, ondan açarı alıb və şəxsiyyət vəsiqəsinin surətini çıxardıb açarçı Bayramın iş yerinə getmişlər. X11 şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək açarın nüsxəsini çıxarmasını demiş, Bayram bir neçə dəqiqə ərzində açarın nüsxəsini çıxarıb Raminə vermiş və zəhmət haqqı olaraq 1 manat 50 qəpik pul almış, Ramin açarları ona vermiş və o, onlardan ayrılaraq yaşadığı məhəlləyə qayıtmışdır. Türkel hələ də həyətdə idman etdiyini görüb, Türkelə yaxınlaşıb bir az söhbət etdikdən sonra açarı təqdim edib cibindən düşdüyünü bildirmişdir. Türkel də açarı ondan alıb cibinə qoymuşdur. Həmin gün Türkellə axşama kimi bir yerdə olmuş, sonra ayrılmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Türkelin yaşadığı binanın yanına getmiş, Türkelin atası Faiqə məxsus "Mitsubishi" və "Chevrolet" markalı avtomobillərin hər ikisi həyətdə olduğunu görəndə bilmişdir ki, evdə adam var və evə qayıtmışdır. Bir qədər sonra saat 12 radələrində Türkelin yaşadığı binanın yanına qayıtmışdır. Bu dəfə Türkeklin atasına məxsus "Mitsubishi" markalı avtomobilin həyətdə olmadığını görəndə evdə olmadıqları bilmiş, Türkelin də Ceyranbatan qəsəbəsində Peşə Liseyinə getdiyini və dərsdə olduğunu bildiyi üçün evdə kiminsə olubolmadığını yoxlamaq məqsədilə onların evinə qalxmışdır. Onların evi binanın 3-cü mərtəbəsində, qırmızı rəngli orta qapı olduğunu bilirmiş və evdə kiminsə olub-olmadığını yoxlamaq üçün qapının tutacağını burmuşdur. Qapının bağlı olduğunu görüb evdə heç kimin olmadığına əmin olaraq nüsxəsini çıxardığı evin açarı ilə qapını açaraq evə daxil olmuşdur. Evə daxil olandan sonra qonaq otağına girmiş, həmin otaqda olan qab-qacaq dolabının kiçik qapılarını açıb yoxlayan zaman dolabın sol yuxarı hissəsində kitab və digər əşyaların yanında açıq vəziyyətdə 200 manatlıq pul əskinazların olduğunu görüb həmin pulları saymadan götürüb cibinə qoymuş və yenidən axtarmağa davam etmiş, götürdüyü pulların yanında olan mücrünün içərisindəki dəri pul qabının içərisindən 50 və 100 manatlıq pul əskinazları tapıb saymadan götürüb cibinə qoymuş, pul qabını mücrünü döşəməyə atıb mənzili tərk elmişdir. Evdən çıxanda evin qapısın bağlamamışdır. Sonra həmin binanın yaxınlığında yerləşən baxçanın həyətinə getmiş və Faiqin evdən oğurladığı pulları sayanda 10 ədəd 200 manatlıq, digər pullar isə 50 və 100 manatlıq əskinazlar olmaqla ümumilikdə 2750 manat olduğunu görmüşdür. Sonra özünə paltar almaq üçün Sumqayıt şəhərinə yola düşmüşdür. Həmin vaxt rastlaşdığı dostu Necati də Bakı şəhərinə getdiyi üçün birlikdə Sumqayıt şəhərinə getmişlər. Necatiyə Sumqayıtda Karvan ticarət mərkəzində özünə paltar alacağını, istəyirsə onunla birlikdə gəlməyini və sonra Bakıya birlikdə gəzməyə getmələrini bildirmiş, Necati etiraz etməmişdir. Onlar Sumqayıt şəhər, Karvan Ticarət Mərkəzinə gedib oradan özünə 25 manata ayaqqabı və 30 manata cins şalvar almışdır. Sonra oradan çıxıb Karvan ticarət mərkəzinin yaxınlığında yerləşən adını xatırlamadığı telefon dükanına daxil olub oradan 430 manata özünə “İphone X” markalı istifadə edilmiş mobil telefon almışdır. Sonra Necati ilə Bakı şəhərinə getmişlər. Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında Necatiyə 2-ci PB-dən zəng gələrək təcili bölməyə gəlməsi bildirilmişdir. Necati onu PB-dən çağırdıqlarını bildirdiyi üçün geri qayıtmalı olduğunu demiş və taksi pulunun olmadığını bildirdiyi üçün Necatiyə 20 manat pul vermiş və Necati geri qayıtmışdır. O da dostu Ruslanla görüşmək üçün metro ilə Əhmədli stansiyasına getmişdir. Ruslanla instaqram səhifəsi ilə əlaqə saxlamış, Əhmədliyə gedib orada kafelərdən birində oturub, qəlyan sifariş etmişdir. Kafedə olan zaman Ruslan olduğu yerə dəvət elmişdir. Ruslana yalan danışaraq bir tanışından borcunu aldığını və pulunun olduğunu bildirmişdir. Onlar qəlyan çəkib yemək yemiş, kafenin xərcini o, ödəmişdir. Sonra Ruslana Bakı şəhərinə gəzməyə çıxmış, klublara gedib əylənmiş, Ruslanın sürücülük vəsiqəsi ilə tanımadığı yerlərdən avtomobil kirayəyə götürüb gəzişib oğurladığı bütün pulları tam xərcləmiş və sonra evə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə evdə olan zaman polislər gəlib onu 2-ci polis bölməsinə dəvət etmişlər, o da anası ilə birlikdə bölməyə getmiş və sorğu-sual zamanı Faiqin evindən pulları oğurladığını etiraf etmiş və oğurladığı pula aldığı "İphone X" markalı mobil telefonu təqdim etmişdir. Ruslanla instaqramda tanış olmuş, harada yaşamasını və mobil nömrəsini bilmir, instaqramda əlaqə saxlamış, mobil telefonundan instaqramı sildiyi üçün Ruslanla hazırda əlaqəsi yoxdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş, barışıq əldə etmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri-həyat yoldaşı, oğlu Türkel və kiçik qızı Türkanla birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SMP/518, yat 3, mənzil 7-də yaşayır. Həyat yoldaşı təxminən 25 gündür ki, qonşuda yaşayan anasına səhhəti ilə bağlı qulluq etməklə qızı Türkanla birlikdə orada qalır. X12 rayonu Ceyranbatan qəsəbəsində yerləşən peşə litseyin tələbəsidir və onunla qalır. xx.xx.2023-cü il tarixdə saat 07:20 radələrində Türkel dərsə getmiş, o isə təxminən saat 10 radələrində işi ilə əlaqədar Yaşma bağları massivinə getmişdir. Təxminən saat 13:30 radələrində evə qayıdıb mənzilinin giriş qapısının açıq olduğunu görmüş, mənzilə daxil olanda qonaq otağında döşəməyə sərilmiş xalçanın üzərinə qayçı, mobil telefon dəri pul kisəsi və mücrünün atıldığını, həmçinin qab-qacaq dolabının sol yuxarı hissəsindəki qapısının açıq olduğunu görüb həmin yerdə saxlamış olduğu pullar üçün baxmış, iki gün əvvəl oraya qoyub saxladığı 10 ədəd 200 manatlıq pul əksinazlarının olmadığını, həmçinin döşəməyə atılmış mücrünün də içərisinə baxanda boş olduğunu, həmin mücrüdə içərisində 750 manat pul olan pul kisəsini qoymuşdur və döşəməyə atılmış həmin pul kisəsinin içərisinə baxanda pulun olmadığını görmüşdür. Bu barədə ailə üzvlərindən soruşmuş, məlumatları olmadıqlarını bildirəndə, naməlum şəxs tərəfindən pulların oğurlandığını anlamışdır. Sonra baş vermiş oğurluqla bağlı Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ilə müraciət etmiş, polislər gəlib mənzilə baxış keçirtmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, mənzilinə H.Z.Tağıyev qəsəbə sakini olan oğlu Türkelin tanışı Təqsirləndirilən şəxs girib pullarını oğurlamışdır. Mənzilindən ümumilikdə 2750 manat pul oğurlanmışdır və həmin puldan başqa heç bir əşya oğurlanmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə atası Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 07:20 radələrində həmişəki kimi evdən çıxıb dərsə getmişdir. Təxminən saat 15 radələrində atası Faiq gəlib dərsdən onu götürüb evə qayıdan zaman demişdir ki, səhər işi ilə bağlı evdən çıxıb getmiş və evə qayıdanda qonaq otağında dolabda saxladığı ümumilikdə 2750 manat pulun oğurlandığını aşkar etmişdir. Sonra atası baş vermiş oğurluqla bağlı polisə məlumat vermişdir. Sonradan onlara məlum olmuşdur ki, evlərindən pulu tanışı Təqsirləndirilən şəxs oğurlamışdır. Şahin yaşadığı qəsəbə sakinidir, onunla münasibəti normal olmuşdur. 05 fevral 2023-cü il tarixdə günorta saatlarında Şahinlə birlikdə yaşadıqları binanın qarşısında parkda olmuş və o, turnikdə idman etmiş, lakin həmin vaxtı cibindən evlərinin açarının düşməsini hiss etməmişdir. Şahin onun yanından çıxıb getdikdən bir qədər sonra qayıtmış, o da turnikdə idmanı davam edən vaxtı Şahin demişdir ki, cibindən açar düşmüş və həmin açarı ona təqdim etmişdir. Şahinin onun cibindən düşmüş açarı götürüb nüsxəsini çıxartdırmasından məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Aqil oğlu ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Xəzri MK (Naxalstroy) yaşayış massivi fərdi evdə yaşayır. Qubadlı Xələc kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Dost-tanışları onu Polad adı ilə çağırırlar. xx.xx.2023-cü il tarixdə günorta radələrində dostu Raminlə birlikdə Sumqayıt şəhəri, Karvan ticarət mərkəzi ətrafında gəzişən zaman tanışı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbə sakini Şahinlə rastlaşmış, söhbət zamanı Şahin yaşadığı evin giriş qapısının açarının nüsxəsini çıxartmaq üçün üzərində şəxsiyyət vəsiqəsinin olmadığını və yaşca böyük olan şəxsin şəxsiyyət vəsiqəsi tələb oldunduğunu deyərək ona köməklik etməyini xahiş etmiş, o da həmin vaxtı Ramindən şəxsiyyət vəsiqəsinin üzərində olmasını soruşaraq əgər üzərindədirsə tanışı Şahin üçün açarın nüsxəsini çıxara biləcəyini soruşmuş, Ramin etiraz etməmiş, Şahindən ev açarını alıb və şəxsiyyət vəsiqəsinin surətini çıxardıb bazarın yaxınlığında yerləşən açarçı Bayram adlı şəxsin iş yerinə getmişlər, X11 şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək Şahinin verdiyi evin giriş qapısının açarının nüsxəsini çıxarmasını demiş, Bayram bir neçə dəqiqə ərzində açarın nüsxəsini çıxarıb Raminə vermiş və zəhmət haqqı 1 manat 50 qəpik Şahinin orada ona verdiyi pulu Bayrama, açarları isə Şahinə vermişdir. Sonra onlar ayrılmışlar. Şahin onun tanışıdır, münasibəti normal olmuş, Şahinin kiminsə evindən oğurluq etməsi barədə məlumatı olmamış və Şahin onlara bu barədə deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə günorta radələrində dostu Polad adı ilə çağırdığı Şükürlə birlikdə Sumqayıt şəhəri, Karvan ticarət mərkəzi ətrafında gəzişən zaman Şükürün tanışı sonradan adını Şahin bildiyi şəxslə rastlaşmışlar, söhbət zamanı Şahin yaşadığı evin giriş qapısının açarının nüsxəsini çıxartmaq üçün üzərində şəxsiyyət vəsiqəsinin olmadığını və yaşca böyük olan şəxsin şəxsiyyət vəsiqəsi tələb oldunduğunu deyərək Şükürdən ona köməklik etməsini demiş, Şükür də həmin vaxtı ondan şəxsiyyət vəsiqəsinin üzərində olmasını soruşaraq əgər üzərindədirsə tanışı Şahin üçün açarın nüsxəsini çıxara biləcəyini soruşmuş, o, etiraz etməmiş, düşünmüşdür ki, köməklik edir. Şahindən ev açarını alıb və şəxsiyyət vəsiqəsinin surətini çıxardıb bazarın yaxınlığında yerləşən açarçı Bayram adlı şəxsin iş yerinə getmişlər, orada Bayrama şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək Şahinin ona verdiyi evin giriş qapısının açarını nüsxəsini çıxarmasını demiş, Bayram bir neçə dəqiqə ərzində açarın nüsxəsini çıxarıb ona verib zəhmət haqqı 1 manat 50 qəpik olduğunu demiş, o da Şahinin ona verdiyi 1 manat 50 qəpik pulu Bayrama, açarları isə Şahinə vermişdir. Sonra onlar ayrılmışlar. Şahini ilk dəfədir ki, görmüş və heç bir münasibəti onunla yoxdur, Şahin dostu Şükürün tanışıdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində onu "açarçı Bayram" kimi tanıyırlar. Ev açarını nüsxəsinin 1 manat 50 qəpiyə çıxarır. Gün ərzində ona müraciət edən şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədlərin sürətini almaqla onlara xidmət göstərir, azyaşlı, həmçinin sənəd təqdim etməyən şəxslər üçün heç iş görmür. xx.xx.2023-cü il tarixdə günorta radələrində iş yerinə bir azyaşlı oğlan gəlib evlərinin açarını nüsxəsini çıxarmaq istədiyini dedikdə, o, həmin şəxsə azyaşlı olduğu üçün iş görməyəcəyini, valideyni və ya yaşca böyük bir şəxslə şəxsiyyət vəsiqələri ilə gəlmələrini demiş və həmin cavan oğlan çıxıb getmişdir. Həmin gün o, bir neçə şəxs üçün açarların nüsxəsinin çıxartmış və həmin şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini almışdır. Həmin gün ona müraciət edən hər hansı bir şəxsin hərəkətlərində heç bir şübhəli hal görməmiş, həmçinin ona müraciət edən həmin azyaşlı oğlanın da normal zahiri görkəmi və davranışı ona qarşı heç bir şübhə yaratmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildə baş vermiş, baxış zamanı mənzildən ümumilikdə 2750 manat nağd pulların oğurlandığım müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus mənzilə hansı şəraitdə daxil olduğunu və həmin mənzildə pulların haradan götürdüyünü yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dindirilməsi zəruri olan yetkinlik yaşına çatmamış Şahid1 qanuni nümayəndəsi qismində onun atası Zərərçəkmiş şəxs tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dindirilməsi zəruri olan yetkinlik yaşına çatmamış Şahid2 qanuni nümayəndəsi qismində onun anası X8 tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dindirilməsi zəruri olan yetkinlik yaşına çatmamış X2 qanuni nümayəndəsi qismində onun anası X5 tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 3-13-11/2-2507/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan vət.Zərərçəkmiş şəxs məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 419 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki: Motivləşdirici hissə: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Ş.N. Qədimovda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğun olmaqla yaş xüsusiyyətlərinə uyğun olduğu aşkar olunur. Əqli imkanları ilə əlaqədar çadda saxlamaq, təsvir etmək, qavramaq, öz hərəkətlərinin və ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək imkanına malikdir. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İİ Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterim və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbicı edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxsn emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS tərəfindən verilmiş 598 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və 597 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SZK, 3 saylı yataqxanada anası 1985-ci il təvəllüdlü Qanuni nümayəndə və bacısı 2012-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, tqəsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, X4, Şahid2, Şahid3 və Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ona dəymiş ziyan anası Qanuni nümayəndə tərəfindən ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.1.13cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət əməli nəticəsində dəymiş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin gənc olmaqla onun işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli (iş № 1(060)-502/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 602 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SZK, yataqxana 3, otaq 65 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar