Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-503/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gilan Tekstil şirkətində operator işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Təqsirləndirilən şəxs Hacıbaba oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: 23.06.2021-ci il tarixdə saat 13:20 radələrində Təqsirləndirilən şəxs Hacıbaba oğlu yaşadıqları ünvan 3 ünvanında həyat yoldaşıZərərçəkmiş şəxs üzərinətava ataraq, bədəninə yumruqla zərbə vuraraqsol gicgah alın naiyyfsinin dərialtı hematoması, hər iki saidin qançırlarıxəsarətini yetirərək Zərərçəkmiş şəxs qəsdən “YÜNGÜL” dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Hacıbaba oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci ildən Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 4 yaşında bir övladı vardır. 23 iyun 2021-ci il tarixində səhər radələrində uşağı bağçaya aparıb daha sonra evə gələrək yatmışdır. Arifə isə qonşuluqda olan onun bacısıgildə olmuşdur. Yuxudan oyananda Arifəni səsləsə də Arifə onun ünvanına nalayiq sözlər işlətdiyindən əsəbiləşərək mətbəxdən götürdüyü tavanı Arifənin üzərinə atmış və tava onun sifətinin sol yarısını tutmuşdur. Daha sonra isə yumruqla bir neçə dəfə onun bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Hadisə vaxtı evdə kənar şəxslər olmamış, hadisə cəmi bir neçə dəqiqə çəkmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır və sonuncu ondan şikayətçi deyildir. Odur ki, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2015-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 4 yaşında bir övladı vardır.23 iyun 2021-ci il tarixdə Orxan səhər saat 09-da uşağı bağçaya apararaq yenidən evə qayıdaraq uzanmış, o, isə baldızıgildə olmuşdur. Daha sonra evə qayıtmışdır. Orxan evdən çıxaraq harasa getmiş və daha sonra evə qayıdaraq nalayiq ifadələrlə onu söyərək mətbəxdən tavanı götürərək onun üzünün sol hissəsinə vurmuş, daha sonra yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Hadisə bir neçə dəqiqə çəkmiş və həmin vaxtı yanlarında heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Ondan şikayətçi deyildir və onun barəsində iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23.06.2021-ci il tarixli 757 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş “sol gicgah alın nahiyyəsinin dərialtı hematoması, hər iki saidin qançırları” xəsarətləri küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər olmaqla 23.06.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan sübutların qiymtləndirilməsinə dair 26.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan Sumqayıt şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 2287 saylı 24 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan Sumqayıt şəhəri 2 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli 281 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan DİN tərəfindən verilmiş 24.06.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş 15.07.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 15.07.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı hər hansı tələb və şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli (iş № 1(060)-503/2021) qərarını icra edərək, 07 iyul 2021-ci il tarixli 689 saylı orderə əsasən vəkil X3 qızı onun vəkili təyin etmişdir. Müdafiəçi X2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə haqqın Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilməlidir. "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-503/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-503/2021
15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver