Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-503/2022 07.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçiləri-Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Həmzəli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 6-cı mikrorayon, bina 43, ev 21-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 02:50 radələrində idarə etdiyi «LEXUS GS 350» markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, S.Vurğun küçəsində «Göyərçin» parkı istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə, yəni sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürətini kəskin olaraq azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almağın mümkün olması üçün ara məsafəsi seçməli olduğu halda və avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km sürətdən artıq idarə etməməli olduğu halda buna riayət etməyərək və hadisənin qarşını almağa texniki imkanı olduğu halda tədbir görməyərək avtomaşını saatda 100 km sürətlə idarə edərək irəlidə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Opel Vectra» markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi avtomobilin ön hissəsi ilə arxadan vurmuş və nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs beyin maddəsinə və mədəciklərinə qansızına, kəllə əsasının sınığı, beyinciyin və uzunsov beyin maddələrinə qansızma, İ-İİ boyun fəqərələrinin sınığı, onurğa beyninin zədələnməsi, ağ ciyərin zədəsi, sıxılması, sağda İ-İİİ qabırğaların arxa kürək xətti boyunca yerdəyişməyən sınığı, başın hematoması, sağ budun, hər iki dizin qançır və sıyrığı kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək zərərçəkmişin ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozmuş və «Opel Vectra» markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin bəzi hissələrini yararsız hala salmaqla 4800(dörd min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmuş, yol nəqliyyat hadisəsi törətdikdən sonra “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol nəqliyyat hadisəsi yerindən qaçmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində Novxanıda dostları ilə görüşüb vaxt keçirdikdən sonra tək yaşadığı binanın qarşısına gəlib maşını saxladıqdan sonra binalarının mühafizəçisi işləyən Xəqani ilə görüşmüş, onlar biraz söhbətləşmişlər, sonra onun idarə etdiyi «LEXUS GS 350» markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. O, Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə «Göyərçin» parkı istiqamətində hərəkətdə olmuş, maşının surəti saatda 60-70 km aralığında olmuş, Xəqani qabaqda əyləşmiş, sonuncu yorğun olduğundan mürgüləmişdir. Qarşısında hərəkəti üçün heç bir maneə olmamış, ondan qarşıda, yəni irəlidə yolun sağ hərəkət zolağında ondan nisbətən aşağı sürətlə «Opel Vectra» markalı avtomobil hərəkət etmişdir. Onun «Opel Vectra» markalı avtomobilə çatmasına təxminən 10-15 metr qalmış o bir anda sola dönmüş və onun hərəkət yoluna yəni qarşısına çıxmış, həmin vaxt Opel markalı avtomobilin sürəti təxminən 15-20 km/saat olmuş, Opel markalı avtomobil sola döndüyünü gördüyü anda sərt dayandırma aparmaq məqsədi ilə ayağını əyləcə atmış, ayağının əyləcə çatması ilə avtomaşınların toqquşması demək olar ki eyni anda baş vermiş, toqquşma onun yolunda baş vermiş, bundan sonra o avtomobildən düşmüş, o qorxduğu üçün orada dayanmamış və hadisə yerindən uzaqlaşmışdır. Hadisə zamanı avtomaşını texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə zamanı idarə etdiyi avtomaşında ondan və Xaqanidən başqa heç kim olmamış, hadisə nəticəsində sifətində xırda sıyrıqlar olsa da tibbi ekspertizadan keçməkdən imtina etmiş, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. X5 onun xalası oğludur, lakin avtomaşın ona məxsusdur və həmin avtomaşının mülkiyyətçisi özüdür, sadəcə olaraq xalası oğlundan baş etibarnamə almış, lakin maşın onun adında qalmışdır. Baş vermiş yol nəqliyyatı hadisəsi ilə bağlı heç bir təqsirinin olmadığını, buna baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi avardı və anası ilə barışıq əldə etdiyini, hər iki şəxsin ona qarşı şikayət və tələbinin olmadığı, maddi cəhətdən ödənişlər olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şiakayət və tələbinin olmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını, əks halda isə barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əri olmuş, onunla 2013-cü ildə evlənmiş və birgə nigahlarından iki övladları olmuş, onlardan Nail İsmayılzadə 2014-cü il, Tunar İsmayılzadə 2015-ci il təvəllüdlüdür. Ramil fərdi əməklə məşğul olmuşdur. 27 iyul 2021-ci il tarixdə, saat 04:00 radələrində onlar yaşadıqları evdə olarkən baldızı Şahid3 zəng edərək Ramilin avto qəzaya düşdüyünü, yaralı olduğunu və onların xəstəxanaya gəlmələrini bildirmişdir. O, uşaqları, qaynanası və qaynatası ilə birlikdə Sumqayıt şəhər TTYX-na getmişlər, onlar xəstəxanaya çatdıqda məlum olmuşdur ki, əri artıq vəfat etmiş, Təqsirləndirilən şəxs idarə etdiyi «LEXUS GS 350» markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, S.Vurğun küçəsində «Göyərçin» parkı istiqamətində hərəkətdə olarkən irəlidə hərəkətdə olan əri Zərərçəkmiş şəxs idarə etdiyi «Opel Vectra» markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş və nəticədə Ramil aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Hadisədən sonra isə Elşən hadisə yerindən qaçmışdır. Lakin buna baxmayaraq onun hal-hazırda sürücü Zərərçəkmiş şəxs hər hansı bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi və vəkili X8 da bildirdi ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən ödəniş edildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 01 radələrində o, işlədiyi «Zəhmət MTK»-nın binalarının yanındakı «Qrand» marketin qarşısında olarkən tanışı Təqsirləndirilən şəxs idarə etdiyi «LEXUS GS 350» markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yanına gəlmiş və onlar görüşüb biraz söhbətləşmişlər. Daha sonra, isə birlikdə avtomobilə əyləşmiş,yorğun olduğundan bir neçə dəqiqədən sonra o, maşında yatmış, həmin vaxt zərbənin təsirindən başı maşının ön şüşəsinə dəymiş və o ayılmışdır. Ancaq maşının hansı maşına və necə dəydiyini görməmiş, maşından düşüb əlini üzünə vurmuş və sifətinin qan olduğunu görmüş, hadisənin şokunda olduğu üçün dəniz istiqamətində qaçmağa başlamışdır. Biraz getdikdən sonra parkın içərisində su tapmış və əl üzünü yuyub yaşadığı evə getmişdir. Hadisədən sonra Elşənin hara getdiyini bilməmiş, səhər isə polis əməkdaşları yaşadığı ünvana gəlib baş vermiş hadisə ilə bağlı ifadə verməsi üçün onu Sumqayıt şəhər polis İdarəsinə dəvət etmişlər, hadisə vaxtı maşında Elşənlə və ondan başqa heç kim olmamışdır. O maşından düşdükdən sonra üzünün qanadığını görüb həyəcənlı olduğu üçün vurulmuş maşına yaxınlaşmamışdır. Hadisədən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürətinin neçə olduğunu yatdığından bilməmişdir. Onun üz nahiyəsində əvvəlcədən xəsarət olmuş və yeri qurumuş, vurulduqdan sonra həmin xəsarətin üstü qopmuş, yol-nəqliyyat hadisəsi nəticəsində isə heç bir xəsarət almamış və məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşı olmaqla fərdi əməklə məşğul olmuşdur. 27 iyul 2021-ci il tarixdə, saat 03:30 radələrində Ramilin Məhəmməd adlı tanışı onların həyətinə gələrək həyat yoldaşını çağırmış, onun gecə saatlarında onların həyətə gəlməsindən qorxub çölə çıxıb qardaşı Ramili ondan soruşmuş, o isə bildirmişdir ki, Ramili maşını vurub, özü isə Sumqayıt ŞTTYX-nın Travmatologiya şöbəsindədir. Bundan sonra əri dərhal evdən çıxmış, o özü də narahat olduğu üçün xəstəxanaya getmiş və orada qardaşının yolnəqliyyat hadisəsi nəticəsində öldüyünü bilmişdir. Orada onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi «LEXUS GS 350» markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, S.Vurğun küçəsində «Göyərçin» parkı istiqamətində hərəkətdə olarkən irəlidə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Opel Vectra» markalı, 10- SK-432 dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş və nəticədə o aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüş, hadisədən sonra isə Elşən hadisə yerində olmamışdır. Qardaşı Zərərçəkmiş şəxs heç bir xəstəlik olmamışdır, o, sağlam olmuş, onun ölməsinə səbəb yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlər olmuşdur. O və ailə üzvləri əvvəllər sürücü Təqsirləndirilən şəxs tanımamış, aralarında heç bir ədavət və ya münaqişə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2, Şahid3 ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində əvvəllər o tanınmış və o da təqsirləndirilən şəxslə barışmış və onun da təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol tərtib edilmiş, həmçinin yol nəqliyyat hadisəsi baş vermiş yerin fotoşəkillləri və sxemi çəkilərək cinayət işinə əlavə edilmişdir.(İş.v 4-11) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “cinayət törətəkdə şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdə, saat 14:30-da tutulmuşdur.(İş.v. 24) İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, yəni 27 sentyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixli qərarla həbsdə saxlama müddəti 27 noyabr 2021-ci il tarixədək uzadılmışdır (İş.v. 24, 105-108) İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 27 noyabr 2021-ci il tarixədək uzadılmış həbs qətimkan tədbiri həmən müddətdə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir.(İş.v. 145-147) İş materiallarında olan 29 dekabr 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində”polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. .(İş.v. 196-197) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 73 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində beyin maddəsinə və mədəciklərinə qansızına, kəllə əsasının sınığı, beyinciyin və uzunsov beyin maddələrinə qansızına, İ-İİ boyun fəqərələrinin sınığı, onurğa beyinin zədələnməsi, ağ ciyərlərin zədəsi, sıxılması, sağda İ-İİİ qabırğaların arxa kürək xətti boyunca yerdəyişməyən sınığı, başın hematoması, sağ budun, hər iki dizin qançırı və sıyrığından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə dayanmış maşının arxadan vurulması zamanı başın və bədənin qəflətən arxaya qatlanması zamanı əmələ gələ bilər, həyatidirlər və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində beyin maddəsinə və mədəciklərinə, beyinciyə və uzunsov beyinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqat nəticəsində metil, propil, butil tvə amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.(İş.v.66-73) İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/2385 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Lexus GS350 markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (İş.v.159-162) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/8452 saylı rəyindən görünür ki, 1.Nəzəri hesablama yolu ilə, “Deluxe Pro” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ziyan aktına əsasən 2014-cü il buraxılışlı “Lexus GS 350” markalı **- OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci ilin iyun ayına olan təmir-bərpa xərci təxminən 6800,00 manat müəyyən edilir.O cümlədən: Dəyişilməli hissələrin qiyməti-4800,0 manat; Təmir-bərpa işlərinin qiyməti-2800,0 manat. Qiymətləndirilməyən ehtiyyat hissələrinin sayı və salon işi haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı.
2. Nəzəri hesablama yolu ilə, “Deluxe Pro” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ziyan aktına əsasən 1996-cı il buraxılışlı “Opel Vectra” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci ilin iyun ayına olan təmir-bərpa xərci təxminən 4800,00 manat müəyyən edilir.O cümlədən Dəyişilməli hissələrin qiyməti-1500,0 manat; Təmir-bərpa işlərinin qiyməti-3300,0 manat.
3. Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən 2014-cü il buraxılışlı “Lexus GS 350“ markalı **-OU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin normal vəziyyətdə 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 48500,00 manat, 1996-cı il buraxılışlı “Opel Vectra” markalı 10-SK- 432 dövlət qeydiyyat nişanlı minik avtomobilinin normal vəziyyətə 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 5500,00 manat müəyyən olunur.(İş.v 184- 191) Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3020 saylı rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə avtomobillər arasında toqquşmanın müdafiə tərəfinin göstərdiyi kimi baş verməsi real hadisə mexanizminə uyğun deyildir və real olmayan hadisə mexanizmi üzrə sürücülərin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən müəyyən edilən məlumata əsasən Lexus GS350 markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən müəyyən edilən məlumatlara əsasən Opel Vectra markalı, 10SK432 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur.(İş.v. 234-240) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt şəhər Rayonlararası Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 27 iyun 2021-ci il tarixli, 4136 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs (xx.xx.2021-ci il tarixdə) alkoqol sərxoşluğu əlaməti olmayıb.(İş.v. 12) Azərbaycan Respublikası DİN-nin BDYP-nin xx.xx.2021-ci il tarixli, ***-*******- 1221 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə AD 177913 saylı «ABC» kateqoriyalı 10 illik sürücülük vəsiqəsi alınmışdır. Kompüter bazasına əsasən sürücülük hüququndan mərhum edilənlər sırasında yoxdur.(İş.v. 49) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş.v 64-65) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 261) Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddəsi ilə düzgün tövsif olunmuş və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqları-xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X9 vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və ya şikayətinin olmadığını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə və 264-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmənin bir günü hesablanmaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar əsas cəza tam, əlavə cəza isə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 350 (üç yüz əlli) manat X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci madddəsinə əsasən 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza tam, CM-nin 66.4-cü maddəsinə əsasən əlavə cəza isə qismən toplanmaqla ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyun 2021-ci il tarixdən 27 noyabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Azər İsmayılov