Məhkəmə qərarları › İş №1(060)-503/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-503/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-503/2024 12.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 29 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində “BC” dərəcəli, AE 045025 nömrəli sürücülük vəsiqəsi ilə 7E-2184 nömrəli etibarnamə əsasında idarə etdiyi anası Ağayeva Rəna Vahid qızma məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Kia Rio minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində üzü X11 küçəsi ilə kəsişmə istiqamətində ‘‘Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq avtomobili manevr etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili manevr etdirməməli, avtomobili yolun sağdan üçüncü hərəkət zolağından sağdan ikinci hərəkət zolağına istiqamətləndirməzdən əvvəl həmin manevr təhlükəsiz başa çatmasına və digər hərəkət iştirakçılarına maneə yaratmayacağına əmin olmalı, yolun sağdan ikinci hərəkətə zolağında piyadanın olduğu vəziyyətdə yolun sağdan üçüncü hərəkət zolağından sağdan ikinci zolağına avtomobil manevr etdirməməli, hərəkət üçün təhlükə yaratmamalı olduğu halda bunu etməyərək həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib sözügedən qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən çox olmayan sürətlə idarə etməli olduğu halda 70 km/saat sürətlə avtomobil yolunun sağdan üçüncü hərəkət zolağından sağdan ikinci hərəkət zolağına istiqamətləndirərək hərəkətdə olarkən həmin vaxt öz hərəkət istiqamətində yolu sol tərəfdən sağ tərəfə keçən piyada - xx.xx.1953-cü il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmuş Hacıyev Hacıalı Məcid oğlunu avtomobilin qabaq hissəsi ilə sağdan ikinci hərəkət zolağında ehtiyyatsızlıqdan vuraraq sonuncuya dalağın və nazik bağırsağın cırılması, sağ baldır və körpücük sümüyünün sınığı, dalağın çıxarılması, sağ bud-çanaq oynağının, sağ bud və baldırın qançırları kimi dərəcəsinə görə birlikdə həyal üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə sağ baldır və körpücük sümüyünün sınığı, dalağın və nazim bağırsağın cırılması ilə baş vermiş travmatik-hemorragik şok nəticəsində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Texniki Universitetində Nəqliyyat Mühəndisliyi və loqistika ixtisası üzrə ali təhsil alır. O, ‘BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə anası Ağayeva Rəna Vahid qızına məxsus olan ağ rəngli “Kia Rio minik” markalı, 50CK714 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. 29 dekabr 2023-cü il tarixdə anası Rəna Ağayevanı Sumqayıt şəhər dəmiryol vağzalından götürüb yaşadıqları ünvana aparmaqdan ötrü Sumqayıt şəhərinə gəlmişdir. Belə ki, o, həmin tarixdə, saat 19:00 radələrində “Kia Rio” minik markalı, 50CK714 dövlət qeydiyyat nişanlı avtomobil ilə Koroğlu küçəsindən X11 küçəsi ilə kəsişmə istiqamətində hərəkət etmişdir. Kəsişməyə daxil olmuş, Çerekassi istiqamətindən daha sonra hərəkətini davam etdirməsi üçün kəsişməyə daxil olmuş, sola dönmək üçün Koroğlu küçəsində yolun hərəkət hissəsinin sağdan üçüncü zolağından hərəkətini sağdan ikinci zolağa dəyişdiyi zaman həmin zolaqla adi yerişlə hərəkətdə olan piyadanı görüb əyləc pedalına basmağa imkan tapmayaraq vurmuşdur. Qarşısında ağ rəngli digər avtomobil olduğu üçün piyadanı tam görə bilməmişdir. Avtomobilə piyada çırpıldıqdan sonra yolun sağ yan kənarına, işıqforun yaxınlığına yıxılmışdır. O da əyləcə basdıqdan sonra avtomobili işıqforun yaxınlığında saxlaya bilmişdir. Piyadanı vurduğu zaman hava qaranlıq olmuş, təxminən 70 km/saat sürətlə hərəkət etmiş və spirtli içki qəbul etməmişdir. Hadisə zamanı avtomobildə sərnişin və yük olmamış, həmin zaman yağış yağmamışdır və yol örtüyü quru olmuşdur. Piyadanı vurduqdan dərhal sonra 103 xidmətinə zəng edib X12 çağırmışdır. Polis əməkdaşları gələnə qədər hadisə yerində gözləmişdir. Təqsirini etiraf etməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün əlindən gələni etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, onlara dəymiş maddi və mənəvi zərəri ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin X1 direktoru vəzifəsində işləyir. Hacıyev Hacıalı Məcid oğlu onun atasıdır. Atası ünvan 6 ünvanında yaşamış və fərdi əməklə məşğul olmuşdur. 29 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində onunla mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış və atasının baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Sumqayıt şəhər TTYX-nə yerləşdirildiyi bildirilmişdir. O, bu xəbəri eşitdikdən sonra tez bir zamanda özünü xəstəxanaya çatdırmış, xəstəxanaya çatdıqda atası artıq yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu ağır xəsarətlər nəticəsində reanimasiyaya yerləşdirilmişdir. Daha sonra ona 29 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs “Kia Rio” minik markalı, 50CK714 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsindən X11 küçəsi ilə kəsişmə istiqamətində hərəkətdə olarkən həmin zaman avtomobil yolunu soldan-sağa keçməkdə olan atası Hacıyev Hacıalı Məcid oğlunu vuraraq ağır xəsarət yetirmişdir. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi nəticəsində atası almış olduğu ağır xəsarətlər nəticəsində 01 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhər X12 Xəstəxanasında vəfat etmişdir. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş maddi və mənəvi zərərin tam ödənilməsini, bu səbəbdən də Təqsirləndirilən şəxs qarşı heç bir şikayətin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin X13 X10 Xidmətin inspektoru Şahid ifadəsində göstərmişdir ki, o, 29 dekabr 2023-cü il tarixdə xidmətdə olmuş, saat 19 radələrində Sumqayıt şəhər ərazisində müvafiq dislokasiya üzrə xidmətdə olarkən səyyar radiostansiyada Sumqayıt şəhəri, Koroğlu küçəsində üzü X11 küçəsi ilə kəsişmə istiqamətində yol-nəqliyyat hadisəsinin baş verməsi haqqında məlumat daxil olmuş, dərhal xidməti avtomobillə hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda ağ rəngli 50CK714 dövlət qeydiyyat nişanlı, “Kia Rio minik” markalı avtomobilin Sumqayıt şəhəri, Koroğlu küçəsindən M.Ə.Sabir küçəsi ilə kəsişmə istiqamətində işıqforun yaxınlığında avtomobil yolunun kənarında dayandığı, avtomobildən bir qədər qarşıda isə şəxsiyyəti daha sonra ona məlum olan Hacıyev Hacıalı Məcid oğlunun sərilmiş vəziyyətdə ağır xəsarətlərin təsiri altında yerdə qaldığını görmüşdür. Həmin zaman oraya gələrkən ətrafda bir neçə şəxslə bərabər yol-nəqliyyat hadisəsini törədən şəxsin Təqsirləndirilən şəxs da hadisə yerində olduğunu görmüşdür. Sonra tibbi yardım edilməsindən ötrü X12 avtomobili ilə Hacıyev Hacıalı Məcid oğlu Sumqayıt TTYX-na aparılmışdır. Təqsirləndirilən şəxs həmin zaman şifahi sorğu zamanı 29 dekabr 2023-cü il tarixdə, saat 19:00 radələrində “Kia Rio” minik markalı, 50CK714 dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Koroğlu küçəsindən X11 küçəsi ilə kəsişmə istiqamətində sağdan üçüncü zolaqda hərəkət etmiş, kəsişməyə daxil olmuş, Çerkassi istiqamətində hərəkətini davam etdirilməsi üçün kəsişməyə daxil olmuş, sola dönəcəyi üçün Koroğlu küçəsində yolun hərəkət hissəsinin sağdan üçüncü zolağından hərəkətini sağdan ikinci zolağa dəyişdiyi zaman həmin zolaqla adi yerişlə hərəkətdə olan piyadanı görüb əyləc pedalına basmağa imkan tapmamış vurduğunu bildirmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan 27 yanvar 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan 14 fevral 2019-cu il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “AE” dərəcəli sürücülük hüququ var, vəsiqənin 14 fevral 2032-ci il tarixədək qüvvədə olma müddəti var. Cinayət işinin 25-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AB seriyalı, 885302 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2013-cü il, “Kia Rio” markalı, **-CK-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Ağayeva Rəna Vahid qızıdır. Cinayət işinin 26-cı vərəqəsində olan ƏN-V seriyalı, 175328 nömrəli etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Kia Rio” markalı, **-CK-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsini idarə etmək və sərəncam vermək səlahiyyəti verilmişdir. Cinayət işinin 13-cü vərəqəsində olan 29 dekabr 2023-cü il tarixli, 6579 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 39-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X5 01.01,2024-cü il tarixli, 01 saylı rəyindən görünür ki, X8 Məcid oğlunun meyitinin bədəni üzərində dalağın və nazik bağırsağın cırılması, sağ baldır və körpücük sümüyünün sınığı, dalağın çıxarılması, sağ bud-çanaq oynağının, sağ bud və baldırın qançırları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa Ağır zərərvurmaya aid edilirlər. X8 Məcid oğlunun bədəni üzərində nəqliyyat travması ilə əlaqədar olmayan xəsarətlər aşkar edilmədi. X8 Məcid oğlunun ölümünə səbəb sağ baldır və körpücük sümüyünün sınığı, dalağın və nazik bağırsağın cırılması nəticəsində baş vermiş travmatik-hemoragik şok olmuşdur. Cinayət işinin 55-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 aprel 2024-cü il tarixli 8/721 saylı rəyindən görünür ki, “Kia Rio minik” markalı, 50- CK-714 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 65-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 54-cü vərəqəsində olan 27 fevral 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, “Kia Rio minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Cinayət işinin 92-95-ci vərəqələrində olan 19 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, yol nəqliyyat hadisəsinin video görüntülərini əks etdirən 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 60-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 İdarəsi tərəfindən 23 fevral 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, atası Hacıyev Hacıalı Məcid oğlu Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs ilə barışmışlar. Onlara dəymiş maddi və mənəvi zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, C.S.Bayramovun təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf etməklə özünü təqsirli bilməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün tədbirlər görməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzalərın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Kia Rio minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə digər maddi sübut olan yol nəqliyyat hadisəsinin video görüntülərini əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Kia Rio” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış yol nəqliyyat hadisəsinin video görüntülərini əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar