Məhkəmə qərarları › İş №1(060)-505/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-505/2021

10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-505/2021 10.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17.04.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,993 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0,978 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 19.04.2021-ci il tarixdə saat 21:10-da Sumqayıt şəhəri 1-ci mikrorayonda yerləşən “Mohito” adlanan kafeinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və orada “402” nömrəli xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sol yan cibində saxladığı, 01 ədəd siqaret qutusundan 03 ədədi gümüşü rəngli, 08 ədədi ağ rəngli kağıza, 04 ədədi şəffaf rəngli sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,060 qram, 0,082 qram, 0,034 qram, 0,110 qram, 0,060 qram, 0,178 qram, 0,059 qram, 0, 032 qram, 0,073 qram, 0,041 qram, 0,043 qram, 0,165 qram, 0,260 qram, 0,295 qram, 0,501 qram ümumi xalis çəkisi 1,993 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və 05 ədədi qara rəngli kağıza bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,258 qram, 0,235 qram, 0,180 qram, 0,202 qram, 0,103 qram, ümumi xalis çəkisi 0,978 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin aprel ayının əvvəllərində onun istifadə etdiyi instagram hesabı olan “emin.hesretzade.18”-in mesaj bölməsinə hazırda adını xatırlamadığı hesabdan sms daxil olmuşdur. Həmin sms.də müxtəlif növ narkotik vasitə və psixotrop maddələr qeyd olunmaqla hər birinin önündə satış qiyməti yazılmışdır. O, həmin hesaba sms yazaraq lazım olarsa narkotik vasitə və ya psixotrop maddənin necə əldə edəcəyini soruşmuşdur. Ona hazırda xatırlamadığı mobil nömrə verilmişdir. O, həmin mobil nömrənin vhatsap şəbəkəsinə elə şəbəkə zəngləri vasitəsilə yığmışdır. Telefona cavab verən kişi səsində birinin ona narkotik vasitə və psixotrop maddələr lazım olanda, bildirdiyi bank hesab nömrəsinə milliön vasitəsilə pul göndərməyini, ondan sonra həmin şəxs narkotik vasitə və psixotrop maddəni harasa qoyacağını və yeri ona deyəcəyini bildirmişdir. 17.04.2021-ci il tarixdə o, narkotik vasitə və psixotrop maddə almaq qərarına gəlmişdir. Həmin mobil nömrəyə vhatsapla zəng etmişdir. Ona verilmiş bank hesab nömrəsinə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazsisində yerləşən adını bilmədəyi dükanda qoyulmuş Milliön vasitəsilə bank hesab nömrəsinə 75 manat pul göndərmişdir. Onun nömrəsinə vhatsapdan zəng daxil olmuşdur. Zəngə cavab veriləndə ona bildirilmişdir ki, Bakı şəhəri 28 may ərazisində böyük bir klinikanın qarşısındakı 4 yol kəsişməsindəki böyük ağacın dibindəki daşın altından sifariş verdiyi narkotik vasitə və psixotrop maddəni götürə bilər. Həmin gün təxminən saat 13 radələrində deyilən yerə gedib və daşın altında 01 ədəd selllofan büküm görmüşdür. Bükümü götürüb Sumqayıt şəhərinə geri qayıtmışdır. Məhlədə xəlvəti yerə keçmişdir. Sellofanı açıb içərəsinə baxanda 4 ədəd sellofanın daxilində psixotrop maddə olan şüşə yəni metamfetamin, 1 ədəd sellofanın daxilində narkotik vasitə olan kakos yəni heroin görmüşdür. O, 4 ədəd sellofanın daxilindəki psixotrop maddə olan şüşə yəni metamfetamini 15 büküm halına gətirmişdir. 1 ədəd sellofanın daxilindəki narkotik vasitə olan kakos yəni heroini 4 büküm halına gətirmişdir. Məqsədi özünün istifadəsi və tanışlarından kimsə ondan narkotik vasitə və psixotrop maddə istərlərsə aldığı qiymətə onlara satmaq olmuşdur. Əvvəllər də tanışlarından kimsə ondan narkotik vasitə və psixotrop maddə istəyəndə həmin şəxslərə aldığı qiymətə narkotik vasitə və psixotrop maddə vermişdir. Bunun qarşılığında maddi qazanc əldə etməyib, lakin nəticədə buna görə onun xətrini daha çox istəmişlər. Çünki o, bəziləri kimi pul deyil, hörmətin qarşılığında bu əməli etmişdir. 19.04.2021-ci il tarixdə saat 21:10-da Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən Mohito kafesinə gedən zaman ona polis əməkdaşları yaxınlaşıb onu saxlayaraq üzərində narkotik vasitə və psixotrop maddə daşımağında şübhəli olduğunu bildirib onu saxladıqlarını Sumqayıt ŞPİ-nə gedəcəylərini və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birgə Sumqayıt ŞPİ-nə getmişdir. Onu 4-cü mərtəbədəki bir otağa aparmışlar. İçəri daxil olan kimi polis mayoru formasında olan şəxs özünün təhqiqatçı Nahid Bağırlı olduğunu bldirib ondan özünü təqdim etməyi tələb etmişdir. O, özünü təqdim etmişdir. Sonra ona saxlamanın səbəbini yəni narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib vəkil Müdafiəçi1 ona təqdim etmişdir. Bundan sonra hüquq və və vəzifələrimə dair bildirişlə tanış olmuşdur. Ondan üzərində qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulmuş və varsa təqdim etmək təklif edilmişdir. O, 17.04.2021-ci il tarixdə aldığı narkotik vasitə və psixotrop maddəni əynindəki boz rəngli gödəkçənin cibinə qoyduğu siqaret qutusunun içərəsinə qoymuşdur. Odur ki, sol əli ilə sol yan cibinə salıb siqaret qutusunu çıxarıb araşdırmaya təqdim etmişdir. Psixotrop maddə olan metamfetaminin 3 ədədi gümüşü rəngli, 8 ədədini ağ rəngli kağızda 4 ədədi isə şəffaf rəngli sellofan bükümdə olmuşdur. Narkotik vasitə olan heroin isə 5 ədəd qara rənglli kağız bükümdə olmuşdur. Təhqiqatçı bir-bir bükümləri açmışdır. Psixotrop maddə olan metamfetaminin: gümüşü bükümləri 0,14 qram, 0,15 qram, 0,09 qram, ağ rəngli bükümləri 0,22 qram, 0,31 qrm, 0,10 qram, 0,11 qram, 0,12 qram, 0,11 qram, 0,13 qram, 0,14 qram, şəffaf rəngli bükümləri 0,48 qram, 0,53 qram, 0,48 qram, 0,45 qram çəkidə, narkotik vasitə olan heroinin qara rəngli bükümləri 0,41 qram, 0,31 qram, 0,34 qram 0,36 qram, 0,20 qram çəkidə olması müəyyən edilmişdir. İstintaq hərəkəti bütünlükə onun razılığı ilə videoçəkilişlə aparılmışdır. Üzərindən çıxan narkotik vasitə və psixotrop maddə qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilib və protokol tərəfindən imzalanmışdır. Həmin maddələri aldığı şəxsi görməmiş, həmin şəxsi tanımamış, həmin şəxslə yalnız telefonda danışmış, mobil nömrəsini xatırlamır, həmin şəxsdən yalnız 1 dəfə narkotik vasitə və psixotrop maddə almış, həmin narkotik vasitəni əldə etmək üçün verdiyi 75 manat pul özünə məxsus olmuş, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamış, pul qarşılığında narkotik vasitə və psixotrop maddə satmamış, yalnız adını bildirmək istəmədiyi tanışlarından kimsə ondan istəyəndə aldığı qiymət qarşılığında satmış, 19.04.2021-ci il tarixdə Mohito kafesinə həmin gün orada tanışı Şahid5 ilə görüşmüş, görüşməkdə məqsədi dostunun avtomobil problemini həll etmək olmuş, həmin şəxslə narkotik vasitə və psixotrop maddə satmaq üçün görüşməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona cəza təyin olunarkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 19.04.2021-ci il tarixdə qərəzsiz və etirbarlı mənbədən Sumqayıt şəhəri 24-cü məhəllədə yaşayan 1993-cü il təvəllüdlü Emin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması və üzərində daşıması barədə Sumqayıt ŞPİnin ÇAŞ-nə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbəliyə məruzə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq qrup yaradılıb və o, həmin qrupa daxil edilmişdir. Həmin gün saat 21:10-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində “Mohito” adlı kafenin yaxınlığında tərəflərindən saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Pİ-nə gətirdikdən sonra inspektor kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salıb və təhqiqatçı Nahid Bağırlı özünü təqdim edərək saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və polis idarəsinə gətirildiyini bildirmişdir. O və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı üçün hüquq və vəzifələri haqqında məlumatlandırıb və bildiriş təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 təyin olunduğunu və Təqsirləndirilən şəxs etirazının olub olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs sol əlini əynindəki boz rəngli gödəkcənin sol yan cibinə salıb oradan bir ədəd siqaret qutusu çıxartmış və siqaret qutusunun içindəkiləri stolun üzərinə boşaldan zaman şəffaf, gümüşü, ağ və qara rəngli bükümlərin çıxdığı müşahidə olunmuşdur. Təhqiqatçı bükümlərin daxilində nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs bükümlərin daxilində şüşə olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümləri haradan əldə etməsi barədə müvafiq suallar vermişdir. Təqsirləndirilən şəxs 2 gün bundan qabaq tanımadığı şəxsdən kart vasitəsilə “Milliön”də pul köçürdərək bir yer deyildiyini və həmin yerdən götürdüyünü bildirmişdir. Təhqiqatçı həmin bükümləri nə məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs özü üçün istifadə edəcəyini həmdə 2-3 nəfər dost tanışına verəcəyini bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümləri neçiyə aldığını soruşanda Təqsirləndirilən şəxs ümumi 75 manata aldığını sonradan böldüyünü bildirmişdir. İlk olaraq 3 ədəd gümüşü rəngli bükümlər açılıb və hər bir bükümün daxilində ağ rəngli kristal hissəciklər olan psixotrop maddə olan metamfetaminə bənzər kütlələr müşahidə edilmişdir. Bükümlər bir-bir açıldıqca elektron tərəzinin üzərinə qoyulurmuş. Birinci bükümün 0,14 qram, ikinci bükümün 0,15 qram, üçüncü bükümün 0,09 qram olduğu müəyyən olunmuşdur. Təhiqatçı növbəti 5 ədəd qara rəngli bükümləri açanda içərisində qəhvəyi rəngli narkotikk vasitə olan heroinə bənzər kütlələr müşahidə olunumuşdur. Təhqiqatçı qəhvəyi rəngli maddənin nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin kakos, yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra ardıcıllıqla qara rəngli bükümlər tərəziyə qoyularaq çəkilmişdir. Qəhvəyi rəngli dördüncü bükümün (gümüşü rəngli bükümlərdən sonrakı ardıcıllıqla dördüncü büküm) 0,41 qram, beşinci bükümün 0,31 qram, altıncı bükümün 0,34 qram, yeddinci bükümün 0,36 qram, səkkizinci bükümün 0,20 qram olduğu müəyyən olunmuşdur. Sonra 8 ədəd ağ rəngli bükümlər açılmışdır. Hər bir bükümün daxilində ağ rəngli kristal hissəciklər olan psixotrop maddə metamfetaminə bənzər kütlələr müşahidə edilmişdir. Təhqiqatçı onların nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin şüşə olduğunu bildirmişdir. Təhqiqatçı ardıcıllıqla ağ rəngli bükümləri elektron tərəzidə çəkməyə davam etmişdir. Doqquzuncu bükümün (qara rənngli bükümlərdən sonrakı ardıcıllıqla doqquzuncu büküm) 0,22 qram, onuncu bükümün 0,31 qram, on birinci bükümün 0,10 qram, on ikinci bükümün 0,11 qram, on üçüncü bükümün 0,12 qram olduğu, on dördüncü bükümün 0,11 qram, on beşinci bükümün 0,13 qram, on altıncı bükümün 0,14 qram müşahidə olunmuşdur. Təhqiqatçı 4 ədəd şəffaf rəngli bükümləri bir-bir açıb elektron tərəziyə qoyaraq çəkmişdir. Həmin 4 bükümün daxilində ağ rəngli kristal hissəciklər olan psixotrop maddə metamfetaminə bənzər kütlələr müşahidə olunmuşdur. Təhqiqatçı onların nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin şüşə olduğunu bildirmişdir. Tərəzidə on yeddinci bükümün (ağ rəngli bükümlərdən sonrakı ardıcıllıqla on yeddinci büküm) 0,48 qram, on səkkizinci bükümün 0,53 qram, on doqquzuncu bükümün 0,48 qram, iyirminci bükümün 0,45 qram olduğu müşahidə olunmuşdur. Təhqiqatçı gümüşü, ağ və şəffaf olan bükümlərin hamısını, yəni 15 ədəd bükümü birlikdə elektron tərəziyə qoyaraq çəkib və onların ümumi çəkisi 3,47 qram olduğu müəyyən olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs qara bükümləri göstərərək onların nə olduğunu soruşduqda şübhəli şəxs həmin bükümlərin kakos olduğunu bildirmişdir. Təhqiqatçı həmin qara rəngdə olan bükümlərin hamısını birlikdə, yəni 5 ədəd qara rəngli bükümü elektron tərəziyə qoyaraq çəkib və onların ümumi çəkisi 1.54 qram olduğu müəyyən olunmuşdur. Təhqiqatçı şübhəli şəxsdən üzərində başqa nəsə olub olmamasını soruşub üzərini axtarmışdır. Lakin sübut əhəmiyyətli əşya aşkar edilməmişdir. Təhqiqatçı vəkil Müdafiəçi1 nəsə sözünün olubolmadığını soruşduqu zaman Müdafiəçi1 özünü təqdim edərək şübhəli şəxsdən bu qədər üzərindən aşkar olunan maddə nə məqsədlə əldə edilməsini, həmin maddələri satış məqsədi ilə yoxsa istifadə məqsədi ilə əldə etdiyini, saxlanılarkən hər hansı bir təzyiq göstərilib-göstərilmədiyini soruşduqda Təqsirləndirilən şəxs vəkilin suallarına cavab olaraq məqsədinin istifadə etmək olduğunu və heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Təhqiqatçının məruzəsi ilə videoçəkiliş yekunlaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr bükümündə istifadə edilən materiallarla birgə qablaşdırılıb DİN-in möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış istintaq hərəkətlərinə dair tərtib olunmuş protokol o və digər iştiarkçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tanımamış, ilk dəfə həmin gün görmüş, Təqsirləndirilən şəxs ilə düşmənçilik və ədavət münasibətləri olmamış, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satması barədə ona məlumat daxil olmuş, bu istiqamətdə o, müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirmiş, lakin Eminin kimə harda hansı məbləğdə pul qarşılığında narkotik vasitə və ya psixotrop maddə satmasını müəyyən edə bilməmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid1 və Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 Şahid4 ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 19 aprel 2021ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid4, Şahid3 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 20.04.2021-ci il tarixli, 6/1542 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki 15 ədəd bükümdə (3 ədəd gümüşü rəngli kağız büküm + 8 ədəd ağ rəngli kağız büküm + 4 ədəd sellofan büküm) ayrı-ayrılıqda təmiz çəkiləri 0,060 qr., 0,082 qr., 0,034 qr., 0,110 qr., 0,060 qr., 0,178 qr., 0,059 qr., 0,032 qr., 0,073 qr., 0,041 qr., 0,043 qr., 0,165 qr., 0,260 qr., 0,295 qr., 0,501 qr., ümumi təmiz çəkisi 1,993 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. 5 ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,258 qr., 0,235 qr., 0,180 qr., 0,202 qr., 0,103 qr., ümumi təmiz çəkisi 0,978 qram olan qəhvəyi rəngli maddələr kustar kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. (Heroinin ümumi təmiz çəkisi 0,978 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 0,878qram. Metamfetaminin ümumi təmiz çəkisi 1,993 qram, tədqiqata sərf edildi 0,150 qram, qalıq 1,843 qram) İş materiallarında olan Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi Ambulator X1 03.06.2021-ci il tarixli 1722 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən siui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 1567 saylı 27.04.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videogörüntü, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 19.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 21.04.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin hazırlıq iclasının 13.07.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 19 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi saxlanılan 0,878 qram çəkidə heroin və 1.843 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd “CD” Compakt disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 (səksən bir manat) 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli (iş № 1(060)-505/2021) qərarını icra edərək, 06 iyul 2021-ci il tarixli 679/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi saxlanılan 0,878 qram çəkidə heroin və 1.843 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “CD” Compakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 (səksən bir manat) 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar