Məhkəmə qərarları › İş №1(060)-505/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-505/2023

21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-505/2023 21.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş və mülki iddiaçı qismində olan hüquqi şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi - Nümayəndə2, Təqsirləndirilən şəxs və mülki cavabdeh - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Qubadlı rayonunun Həmzəli kəndində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, Qubadlı rayonunun Həmzəli kəndində qeydiyyatda olan, faktiki olaraq Abşeron rayonunun Ceyranbatan qəsəbəsi, yeni məhəllə adlanan ərazidə yerləşən fərdi yaşayış evində məskunlaşmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşa görə pensiya hüququnu xx.xx.2024-cü il tarixdə əldə edəcəyi halda 1995-ci ilin oktyabr ayında həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq himayəsində dörd azyaşlı uşağı olduğuna görə əmək pensiyası almaq üçün Qanunla müəyyən edilmiş yaş həddini yaratmaqdan ötrü tamah niyyəti ilə xx.xx.1962-ci il olan doğum tarixini istintaqla müəyyən edilməsi mümkün olmayan şəraitdə saxtalaşdıraraq 17 il geriyə çəkilməsinə nail olaraq Qubadlı rayon polis şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş XXVİ-JQ 700316 nömrəli doğum tarixi xx.xx.1945-ci il kimi göstərilən saxta pasportu əldə edib, həmin saxta sənədi ünvan 1 ünvanında müvəqqəti fəaliyyət göstərən Qubadlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, sosial ödənişlər və ya müavinətlər almaq hüququ olmadan müvafiq orqanları aldadaraq qəsdən verdiyi yalan məlumatlar əsasında həqiqəti gizlətmiş və Qubadlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.1995-ci il tarixli, 526 nömrəli qərarı ilə vaxtından əvvəl yaşa görə əmək pensiyası almaq hüququ əldə edərək, xx.xx.1995-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş müxtəlif məbləğlərdə əmək pensiyası ödənişlərini alaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 37.848,41 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1980-ci ildən X9 ilə nikahdadır. Birgə nikahlarından dörd uşağı vardır, hazırda yetinkinlik yaşına çatmışlar və ailəlidirlər. Qubadlı rayonu 1993-cü ilin avqust ayında işğal edildikdən sonra əri və dörd azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhərinə gələrək burada yaşamağa başlamışlar. Məcburi köçkün kimi gəldiklərindən gələrkən özləri ilə heç bir əşya gətirə bilməmişlər. Buna görə də əşyaları, eləcə də sənədləri Qubadlı rayonunda qalmışdır. 1995-ci ilin iyul ayında yaşa görə əmək pensiyası almaqdan ötrü həmin vaxt pensiya təyin edən quruma, yəni Qubadlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ərizə yazmışdır ki, ona yaşa görə əmək pensiyası təyin edilsin. Həmin vaxt heç bir sənədi olmadığı üçün doğum tarixini sənədləşmiş qaydada müəyyənləşdirmək olmamışdır. O, qeyd etdiyi tarixdə Qubadlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etdikdən sonra onun sənədlərində kimsə təvəllüdünü xx.xx.1962-ci il olduğu halda xx.xx.1945-ci il kimi dəyişiklik etmişdir. Lakin həmin vaxtdan uzun müddət keçdiyi üçün bu dəyişiklikləri kimin etdiyini xatırlamır. Buna görə ondan heç bir məbləğdə pul və sair maddi nemətlər tələb edilməmiş və alınmamışdır. O, məcburi köçkün kimi Sumqayıt şəhərinə köçüdüyündən və maddi durumu aşağı olduğundan çoxuşaqlı analar üçün nəzərdə tutulmuş pensiya almaq istəmişdir. Lakin o, 1995-ci ilin iyul ayından etibarən pensiya almağa başlamış və 2023-cü ilin yanvar ayınadək 268 manat pensiya almışdır. Pensiyanı "xxxx"a məxsus plastik kartla almış, 2023-cü ilin fevral ayında pensiya almamışdır. Sonradan şəxsiyyət vəsiqəsi əldə etdikdə həmin sənəddə də əvvəldən dəyişiklik edilmiş təvəllüdü, yəni xx.xx.1945-ci il qeyd olunmuşdur. Şəxsiyyət vəsiqəsində və fərdi uçot kartoçkasında doğum tarixi xx.xx.1945-ci il, Qubadlı rayon WAQ şöbəsində övladlarının doğum aktları qeydlərində doğum tarixi xx.xx.1962-ci il qeyd olunmuşdur. Doğum tarixini təsdiq edəcək heç bir məhkəmə qərarı və doğum haqqında şəhadətnamə olmamışdır. Onun həqiqi doğum tarixi xx.xx.1962-ci il olmuşdur. Çoxuşaqlı ana kimi yaşa görə pensiya almaq hüququnun olmadığını, eləcə də doğum tarixinin xx.xx.1945-ci il deyil, xx.xx.1962-ci il olduğunu bilsə də, maddi durumu aşağı olduğundan pensiya almaqda davam etmiş və qanunsuz olaraq pensiya almağı barədə vaxtında pensiya təyin edən quruma məlumat verməmişdir. Dəymiş ziyandan 2000 manat ödəniş etmişdir. Məhkəmədən xəstə olmasını, qadın olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş və mülki iddiaçı hüquqi şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda hüquqşünas vəzifəsində işləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından təqdim edilən 10 fevral 2023-cü il tarixli, 3-17-1/2-27006/22 nömrəli məktubu nəzərə alınaraq 020363 nömrəli pensiya işi materiallarına əsasən xx.xx.1945-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Qubadlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 526 nömrəli xx.xx.1995-ci il tarixli qərarı ilə xx.xx.1995-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.1995-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək cəmi 16.586,49 manat olmaqla (cari məzənnə ilə) aylıq əmək pensiyası ödənilmişdir. MElS-in Pensiya altsistemində aşkar edilən məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2015ci il tarixindən xx.xx.2023-cü il tarixinədək cəmi 21.261,92 manat məbləğində əmək pensiyası ödənilmişdir. Ümumilikdə, Təqsirləndirilən şəxs xx.xx.1995- cı il tarixindən xx.xx.2023-cü il tarixinədək 37.848,41 manat məbləğində əmək pensiyası ödənilmişdir. Təqsirləndirilən şəxs təvəllüdü xx.xx.1962-ci il tarixi kimi nəzərə alındıqda pensiya işinin tərkibində olan sənədlərə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşın yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Eyni zamanda Təqsirləndirilən şəxs təvəllüdü xx.xx.1962-ci il tarixi kimi nəzərə alındıqda, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin xx.xx.2020-ci ilədək qüvvədə olmuş tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət hüququ yaranır. Vətəndaşa xx.xx.2019-cu il tarixindən sosial müavinət təyin ediləcəyi təqdirdə qeyd edilən tarixdən xx.xx.2023-cü il tarixinədək ödənilməli olan sosial müavinətin ümumi məbləği 6743,00 manat təşkil edəcəkdir. Tərəflərindən verilmiş mülki iddianı müdafiə edir. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyandan 2000 manat ödənilmişdir. Ödənilməyən hissədə mülki iddianın təmin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1993-cü ildən 1998-ci ilin yanvar ayına qədər Qubadlı rayon polis şöbəsində pasport masa rəisi vəzifəsində işləmişdir. Onun işi rəis kimi vətəndaşlara pasportun verilməsi, vətəndaşların qəbulu, vətəndaşlara şəxsiyyəti ilə bağlı qısamüddətli forma 9-un verilməsi, yəni şəxsiyyətini təsdiq edən sənədin verilməsi olmuşdur. Qubadlı rayonu qeydiyyatında olan Təqsirləndirilən şəxs, X3, X10 tanımamışdır. İşi o zaman vətəndaşlar məcburi köçkün kimi gəldiklərindən kənd sovetindən həm də nikah şöbəsindən dəqiqləşdirmə aparmaqla vətəndaşlara yardım almaları üçün forma 9 vermək olmuşdur. Həmin forma 9 sənədlərinin müddəti isə onun işlədiyi dövrdə maksimum 1 ay olmuşdur. Həmin forma 9 sənədlərində şəxsin şəxsiyyəti ilə bağlı məlumatlar öz əksini tapmışdır. Həmin sənədləri də məhz yuxarıda göstərdiyi şöbələrdən aldığı məlumatlara görə əsaslandırıb yazmışlar. İşində aldığı məlumatları dəqiqləşdirmək üçün DİN-nin BƏSİİ adlanan bölməsinə sorğular vermişdir. Onlar da məlumatları dəqiqləşdirməklə əksini tapıb və yaxud tapmamasına görə cavab gəlmişdir. O, işlədiyi dövrdə şəxslərə şəxsiyyət vəsiqəsi verməmişlər. Şəxsiyyət vəsiqəsinin verilməsi 1998-ci ildən başlanmışdır. Onlar şəxslərə yalnız şəxsiyyəti ilə bağlı forma 9 sənədi vermişlər. Forma 9 sənədi qısamüddətli sənəd olduğundan, şəxslərə yardım alınması üçün verildiyindən o zamankı dövr üçün şəxsiyyəti təsdiq edən sənədi əvəz edən bir arayış nümunəsi kimi olmuşdur. O zaman nikah şöbəsindən və kənd sovetindən gələn sənədlərə əsaslanmaqla şəxslərə forma 9 sənədinin verilməsi ilə bağlı işlər görmüşlər. O, işlədiyi dövrdə forma 9 sənədlərinin müddəti 3 gün olmuşdur. Daha sonra Daxili İşlər Nazirliyindən verilən tapşırığa əsasən həmin müddəti onlar 1 ay müddətinə kimi uzatmışlar. Həmin 1 ay müddətində vətəndaş işini gördükdən sonra həmin forma 9 qüvvəsini itirmişdir. Yenidən hər hansı işlə bağlı lazım olduqda müraciət etmək hüququ saxlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 04 iyul 1983-cü il tarixdən 20 avqust 2021-ci il tarixinədək DSMF-nin Qubadlı rayon şöbəsində pensiya üzrə mütəxəssis vəzifəsində işləmişdir. 2020-ci ildən Qubadlı rayon şöbəsi publik hüquqi şəxs kimi qeydə alındığından bir il Sumqayıt şəhərindəki idarədə işləmişdir. İşi pensiya almaq üçün müraciət edən vətəndaşlardan sənədlərini (şəxsiyyət təsdiq edən, uşaqların doğum haqqında şəhadətnaməsi, nikah haqqında şəhadətnamə, icra nümayəndəliyindən ailə tərkibi və yaşayış yeri barədə arayışlar, əmək kitabçası və əmək haqqı barədə arayış və.s) qəbul etmək və onların yoxlanışını aparmaq, komissiya təşkil olunmaqla sənədlərin komissiyaya təqdim olunması, komissiya tərəfindən qərar verildikdən sonra həmin qərarla birlikdə sənədlərin muhasibatlığa təqdim olunmasından ibarət olmuşdur. Pensiya üzrə mütəxəssislər sahələr üzrə fəaliyyət göstərmişlər. Qubadlı rayonunun kəndləri mütəxəsəssilər arasında bölüşdürülmüşdür. Mühasibatlıq həmin sənədlər əsasında şəxsi hesab açmış və sonda idarənin müdiri tərəfindən təsdiq olunmuşdur. 1995-ci ildə Qubadlı rayon Əhalinin sosial müdafiə mərkəzində pensiya üzrə mütəxəssislər kimi o, Vahid Quliyev, Rəsmiyyə Abbasova, baş inspektor Şahid4, inspektor Asəf Qasımov, baş mühasib Qüdrət Rəcəbov və şöbə müdiri Şölə Quliyeva işləmişdir. Həmin dövrdə sənəd qəbulunu o, Rəsmiyyə Abbasova, Asəf Qasımov və Şahid4 həyata keçirmişdir. Qubadlı rayonu qeydiyyatında olan Təqsirləndirilən şəxs tanımamış, sonuncu 28 sentyabr 1995-ci ildə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə Qubadlı rayon Əhalinin sosial müdafiə mərkəzinə müraciət etmişdir. Uşaqların doğum haqqında şəhadətnamələrini, icra nümayəndəliyindən ailə tərkibi və yaşayış yeri haqqında arayış, şəxsiyyəti təsdiq edən sənədi, kolxoz əməkhaqqısı və stajı barədə şahidçilik protokolu sənədlərini Şahid2 qəbul etmişdir. 2010-cu ilin yanvar ayının 1-nə qədər himayəsində üç uşağı olan analar 51 yaşında, dörd uşağı olan analar 50 yaşında və daha çox uşağı olan analarda isə bu bir yaş azaldılmaqla yaşa görə pensiya hüququ əldə etmişlər. Yaşa görə pensiya almaq üçün müraciət edən vətəndaşların əmək haqqı barədə sənədləri onun iş yerinə gedilməklə dəqiqləşdirilmiş, iş yeri arxivə təhvil verildiyi halda arxivdə yoxlanılmışdır. Əmək kitabçası olmadığı halda şahidlər gətirilir, onların ifadəsinə görə staj təsdiqlənirdi. Anket məlumatları şəxsiyyəti təsdiq edən sənəddə qeyd olunduğu üçün bu istiqamətdə dəqiqləşmələr aparmamışlar. Müraciət edən şəxslərin işləməsi barədə məlumatlar şahidlik protokolu ilə təsdiq olunmuşdur. Eyni zamanda qeyd edir ki, müharibə dövrü olduğu üçün məcburi köçkünlərin sayı və iş həcmi çox olduğu, əksər hallarda heç bir sənəd təqdim edə bilmədikləri üçün şahid ifadələri ilə sənədləşdirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 01 avqust 1978-ci il tarixdən 01 may 2020-ci il tarixinədək DSMF-nin Qubadlı rayon şöbəsində müxtəlif vəzifələrdə işləmişdir. 1989-cu ilin dekabr ayından 1997-ci ilin yanvar ayınadək Qubadlı rayon Əhalinin sosial müdafiə mərkəzində baş müfəttiş kimi işləmişdir. İşi pensiya almaq üçün müraciət edən vətəndaşlardan sənədlərini (şəxsiyyət təsdiq edən, uşaqların doğum haqqında şəhadətnaməsi, nikah haqqında şəhadətnamə, icra nümayəndəliyindən ailə tərkibi və yaşayış yeri barədə arayışlar, əmək kitabçası və əmək haqqı barədə arayış və.s) qəbul etmək və onların yoxlanışını aparmaq, komissiya təşkil olunmaqla sənədlərin komissiyaya təqdim olunması, komissiyanın üzvü kimi komissiyada iştirak etmək, komissiya tərəfindən qərar verildikdən sonra həmin qərarla birlikdə sənədlərin muhasibatlığa təqdim olunmasından ibarət olmuşdur. Pensiya üzrə mütəxəssislər sahələr üzrə fəaliyyət göstərmişlər. Mühasibatlıq həmin sənədlər əsasında şəxsi hesab açmış və sonda idarənin müdiri tərəfindən təsdiq olunmuşdur. Qubadlı rayonunun 93 kəndi mütəxəsəssilər arasında bölüşdürülmüşdür. 1995-ci ildə Qubadlı rayon Əhalinin sosial müdafiə mərkəzində pensiya üzrə mütəxəssislər kimi o, Vahid Quliyev, Rəsmiyyə Abbasova, Şahid5, Asəf Qasımov, baş mühasib Qüdrət Rəcəbov və şöbə müdiri Şölə Quliyeva işləmişdir. Həmin dövrdə sənəd qəbulunu o, Şahid2, Rəsmiyyə Abbasova, Asəf Qasımov və Şahid5 həyata keçirmişdir. Qubadlı rayonu qeydiyyatında olan Təqsirləndirilən şəxs şəxsən tanımır. Təqsirləndirilən şəxs 28 sentyabr 1995-ci ildə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə Qubadlı rayon Əhalinin sosial müdafiə mərkəzinə müraciət etmişdir. Uşaqların doğum haqqında şəhadətnamələrini, icra nümayəndəliyindən ailə tərkibi və yaşayış yeri haqqında arayış, şəxsiyyəti təsdiq edən sənədi, kolxoz əməkhaqqısı və stajı barədə şahidçilik protokolu sənədlərini Şahid2 qəbul etmişdir. 15 iyul 1995-ci il tarixdə Təqsirləndirilən şəxs himayəsində dörd uşaq olduğuna görə 51 yaşında yaşa görə pensiya təyin edilmişdir. Təqsirləndirilən şəxs pensiya təyin edən komissiyanın üzvləri müdir Şölə Quliyeva, müavin Vahid Quliyev və o olmuşdur. Komissiyanın işi hesablama sənədlərinin yoxlanıb təsdiq edilməsindən ibarət olmuşdur. 2010-cu ilin yanvar ayının 1-nə qədər himayəsində üç uşağı olan analar 51 yaşında, dörd uşağı olan analar 50 yaşında və daha çox uşağı olan analarda isə bu bir yaş azaldılmaqla yaşa görə pensiya hüququ əldə etmişlər. Yaşa görə pensiya almaq üçün müraciət edən vətəndaşların əmək haqqı barədə sənədlərin həqiqiliyi iş yerinə gedilməklə dəqiqləşdirilmiş, iş yeri arxivə təhvil verildiyi halda arxivdə yoxlanılmışdır. Anket məlumatları şəxsiyyəti təsdiq edən sənəddə qeyd olunduğu üçün bu istiqamətdə dəqiqləşmələr aparamışlar. Müraciət edən şəxslərin işləməsi barədə məlumatlar şahidlik protokolu ilə təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 digər şahidlər Şahid5 və Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, 1995-ci ildən 1997-ci ilə qədər isə DSMF-nin Qubadlı rayon şöbəsinin direktoru vəzifəsində işləmişdir. İşi komissiyanın sədri kimi pensiya almaq istəyən şəxslər üçün həmin şəxslərin müraciəti üzrə şöbədə araşdırma aparıldıqdan sonra, imzalayıb şəxslərin pensiya hüququnun yaranmasına şərait yaratmaq olmuşdur. Direktor kimi vətəndaş müraciətlərinə baxmış, həmin zaman sənəd qəbulu aparmamışdır. Çünki bu vəzifənin həyata keçirilməsi şöbənin inspektoru və şöbənin baş müfəttişinin işi olmuşdur. Qubadlı rayonun 93 kəndi mütəxəssislər arasında bölüşdürülmüşdür. 1995-ci ildə Qubadlı rayon Əhalinin sosial müdafiə mərkəzində pensiya üzrə mütəxəssislər kimi o, Vahid Quliyev, Rəsmiyyə Abbasova, Şahid5, Asəf Qasımov, baş mühasib Qüdrət Rəcəbov və Şahid4 işləmişdir. Qubadlı rayonu qeydiyyatında olan Təqsirləndirilən şəxs tanımamış, sonuncu 28 sentyabr 1995-ci ildə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qubadlı rayon Əhalinin sosial müdafiə mərkəzinə müraciət etmişdir. Uşaqların doğum haqqında şəhadətnamələrini, icra nümayəndəliyindən ailə tərkibi və yaşayış yeri haqqında arayış, şəxsiyyəti təsdiq edən sənədi, kolxoz əməkhaqqısı və stajı barədə şahidçilik protokolunu uzun müddət olar ki, Qubadlı rayon əhalinin sosial müdafiə mərkəzindən çıxdığından kimin qəbul etdiyini dəqiq deyə bilməmişdir. 15 iyul 1995-ci il tarixdə Təqsirləndirilən şəxs himayəsində dörd uşaq olduğuna görə 51 yaşında yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqsirləndirilən şəxs pensiya təyin edən komissiyanın üzvləri o, müavin Vahid Quliyev baş mühasib Qüdrət Rəcəbov və Şahid4 olmuşdur. Komisiyyanın işi pensiya təyinatı ilə bağlı tələb olunanan sənədlərin yoxlanıb təsdiq edilməsindən ibarət olmuşdur. 2010-cu ilin yanvar ayının 1-nə qədər himayəsində 3 uşağı olan analar 51 yaşında, 4 uşağı olan analar isə, bu 1 yaş azaldılmaqla yaşa görə pensiya huququ əldə etmişlər. 2019-cu ilə qədər isə bununla bağlı müavinət hüququ qüvvədə olmuşdur. Qubadlı rayonunda Əhalinin sosial müdafiə mərkəzinin direktoru olduğundan sənədlərin yoxlanması prosesində iştirak etməmişdir. Bu vəzifə müvafiq olaraq bölgü üzrə yuxarıda adlarını sadaladığı şəxslər tərəfindən həyata keçirilmişdir. Əmək haqqı barədə sənədlər iş yerinə gedilməklə dəqiqləşdirilmiş, iş yeri arxivə təhvil verildiyi hallarda isə arxivdə yoxlanılmışdır. Anket məlumatlar şəxsiyyət vəsiqəsində qeyd edildiyindən, bu sahədə dəqiqləşmə aparmamışlar. Müraciət edən şəxslərin işləməsi barədə məlumatlar şahidlik protokolu ilə təsdiq olunmuşdur. 1995-1997ci illər arasında Qubadlı rayonunda Əhalinin sosial müdafiə mərkəzində direktor işləyərkən Əmək və Əhalinin sosial müdaifəsi nazirliyinin pensiya və müavinətlər şöbəsinin müdiri Fərrux Əliyev tərəfindən Əhalinin sosial müdafiə mərkəzinin Qubadlı rayon şöbəsinə mütəmadi olaraq nəzarət həyata keçirilmişdir. Maliyyə pozuntusunun qarşısını almaq üçün ildə 1 dəfədən az olmayaraq nazirliyin təftiş komissiyası tərəfindən yoxlamalar aparılmışdır. Əhalinin sosial müdafiə mərkəzinin işçiləri, yəni hər sahəyə uyğun vəzifə bölgüsünə uyğun olaraq, inspektor, baş müfəttiş, baş mühasib və digər işçilər sənədlərin tamlığına, doğru-düzgün olub-olmamasını yoxladıqdan sonra pensiya təyin edilməsi üçün komissiyaya təqdim edilmiş, komissiyanın sədri kimi, sonda pensiya təyini ilə bağlı sənədlər toplanıb işçiləri tərəfindən yoxlanılıb komissiyaya göndərildiyindən hər hansı əlavə yoxlama aparmadan komissiyada üzvlərin iştirakı ilə mahiyyəti üzrə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4, 314.1 və 320.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış, icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2007-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək 30438,78 manat məbləğində pensiya ödənilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 3114 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Qubadlı rayon İcra Hakimiyyəti başçısının Həmzəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondu zərərçəkmiş şəxs qismində, Nümayəndə2 isə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət təqibinə xitam verilməsi haqqında” qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən başlanmış cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinin tələblərinə əsasən Zemfira Əbdülova barəsində başlanmış cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinin tələblərinə əsasən Məmməd Həbibovun barəsində başlanmış cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs, X12 və X1 əməllərində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin (bu Məcəllənin 320.1ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) tərkib əlamətləri olsa da, onların həmin cinayəti qeyd olunan tarixlərdə törətdiklərindən, eləcə də Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törəməyən cinayətlərə aid edildiyindən və Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilmədiyindən barələrində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş, X12 barəsində Azərbaycan CPM-nin 39.1.1-ci naddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, 13 senyabr 2003-cü il tarixdə X11, X4 12 oktyabr 2003-cü il tarixdə və Təqsirləndirilən şəxs 25 ktyabr 2003-cü il tarixdə təqdim edilmiş şəxsiyyət vəsiqələrinin əsli iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində istintaqın davam etdirilməsi üçün cinayət işindən ayrıca cinayət işi ayrılıb yeni nömrə verilməklə istintaq aidiyyəti üzrə Qubadlı RPŞ-nin istintaq qrupuna göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində cinayət işi ayrıca icraata ayrılaraq yeni nömrə verilməklə istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Qubadlı RPŞ-nin İQ-nə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron RİH-i başçısının Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 718 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2007-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək 31647,82 manat məbləğində pensiya ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata daxil olaraq ********* saylı cinayət işinə birləşdirilməklə ********* saylı cinayət işi altında istintaq davam etdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından təqdim edilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 020363 nömrəli pensiya işi materiallarına əsasən xx.xx.1945-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Qubadlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 526 nömrəli xx.xx.1995-ci il tarixli qərarı ilə xx.xx.1995-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.1995-ci il tarixindən 01.01,2015-ci il tarixinədək cəmi 16.586,49 manat olmaqla (cari məzənnə ilə) aylıq əmək pensiyası ödənilmişdir. MEİS-in Pensiya altsistemində aşkar edilən məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək cəmi 21.261,92 manat məbləğində əmək pensiyası ödənilmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs xx.xx.1995-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək 37.848,41 manat məbləğində əmək pensiyası ödənilmişdir. Təqsirləndirilən şəxs təvəllüdü xx.xx.1962-ci il tarixi kimi nəzərə alındıqda pensiya işinin tərkibində olan sənədlərə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşın yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Eyni zamanda Təqsirləndirilən şəxs təvəllüdü xx.xx.1962-ci il tarixi kimi nəzərə alındıqda, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin 01.01,2020-ci ilədək qüvvədə olmuş tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət hüququ yaranır. Vətəndaşa xx.xx.2019-cu il tarixindən sosial müavinət təyin ediləcəyi təqdirdə qeyd edilən tarixdən xx.xx.2023-cü il tarixinədək ödənilməli olan sosial müavinətin ümumi məbləği 6743,00 manat təşkil edəcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X12 və X6 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən başlanmış cinayət təqibinə xitam verilmiş, Zemfira Əbdülova barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmiş, Məmməd Həbibov barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmiş, Qubadlı rayon əhalinin sosial müdafiəsi mərkəzinin vəzifəli şəxsləri - Şahid4, Şahid5, Şahid2, Şahid1 və X7 Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs Misiran qızının 1995-ci ilin iyul ayında, X8 1995-ci ilin dekabr ayında və X1 1996-cı ilin may ayında təvəllüdlərinə düzəliş edilmiş saxta sənədlərdən istifadə etmələri ilə əlaqədar əməllərində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) tərkib əlamətləri olsa da, onların həmin cinayəti qeyd olunan tarixlərdə törətdiklərindən, Şəhla Həsənova və Təqsirləndirilən şəxs saxta sənədlərdən 2020-2022-ci illər ərzində istifadə etmələri əməliyyat yolu ilə müəyyən edilmədiyindən, eləcə də Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törəməyən cinayətlərə aid edildiyindən və Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilmədiyindən barələrində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmiş, X8 barəsində Azərbaycan CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmış və ayrılmış cinayət işinə ********* nömrəli cinayət işindən müvafiq sənədlərin əsli və ya surəti siyahı üzrə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Qubadlı rayon pasport qeydiyyat şöbəsinin sabiq müdiri Şahid3 əməlində Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə bağlı barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmiş, Qubadlı rayon əhalinin sosial müdafiəsi mərkəzinin vəzifəli şəxsləri - Şahid4, Şahid5, Şahid2, Şahid1 və X7 əməllərində Azərbaycan Respublikası CM-nin 314.1 -ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs 1995-ci ilin iyul ayında saxta sənəddən istifadə etməsi ilə əlaqədar əməlində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin cinayət qeyd olunan tarixlərdə törədildiyindən barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, 1(060)-505/2023 nömrəli cinayət işi üzrə Dövlət Sosial Müdafiə Fondunun mülki iddiaçı kimi tanınmasını və Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 37.848,41 (otuz yeddi min səkkiz yüz qırx səkkiz qırx bir) manat məbləğində maddi zərərin tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinin təmin edilməsini xahiş edirlər. İş materiallarında olan "xxxx" ASC-yə məxsus ödəniş qəbzindən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun hesabına 2000 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəza növündən nisbətən yüngül, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ cərimə cəzasına nisbətdə daha ağır cəza növü olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Abşeron rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-505/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 652 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia barədə ərizəyə əsasən Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 37.848,41 (otuz yeddi min səkkiz yüz qırx səkkiz qırx bir) manat məbləğində maddi zərərin tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunu mülki iddiada qeyd edilən miqdarda, yəni 37.848,41 (otuz yeddi min səkkiz yüz qırx səkkiz qırx bir) manat maddi ziyan vurulması təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyandan məhkəmə gedişatı zamanı 2000 manat ödənilmişdir. Buna görə də iş materiallarında kifayət qədər sübutlar olduğu üçün mülki iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Abşeron rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Abşeron rayonunun Ceyranbatan qəsəbəsi, yeni məhəllə adlanan ərazidə yerləşən fərdi yaşayış evini tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş maddi ziyan 35848,41 (otuz beş min səkkiz yüz qırx səkkiz manat 41 qəpik) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar