Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-505/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Laçın rayonu, Kamallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X4 küçəsi, yataqxana, ev 8-də qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayou, Zığı qəsəbəsi, İ.Süleymanov küçəsi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Abdullayev Əvəz Mayıl oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əzəsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə ilə tanışı Zərərçəkmiş şəxs birgə ət alveri ilə məşğul olub yüksək qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi üçün Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində 6000 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkında 6600 manat, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən “Bravo” supermarketdə quraşdırılmış “Emanat“ ödəmə terminalı vasitəsi ilə onun adına olan **********151151 nömrəli kart hesabına göndərdiyi 2500 manat pulu, xx.xx.2022-ci il tarixdə eyni kart hesabına eyni vasitəsi ilə göndərdiyi 1000 manat pulu, xx.xx.2022-ci il tarixdə eyni yerdə eyni kart hesabına göndərdiyi 1000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 17100 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2022-ci ilin yay aylarında ailəsi ilə birlikdə gəzmək məqsədilə Laçın rayonuna getmiş, orada hərbi xidmətdə olan Ruslanla tanış olmuş, aralarında münasibət yaranmışdır. Özü əvvəllər heyvan alqı-satqısı ilə məşğul olmuş, Ruslan da ona təqaüdə çıxmaq, bu məqsədlə iş qurmaq istədiyini demiş, o, da əvvəllər iri və xırda buynuzlu heyvan əti satışı ilə məşğul olduğunu, birlikdə həmin fəaliyyət ilə məşğul ola biləcəklərini demişdir. Ruslan ilk dəfə ona 5700 manat pulu Bakı şəhəri, Xətai rayonu ərazisində ona vermiş, özündə pul olmadığından həmin pul ilə iri və xırda buynuzlu heyvan almış, həmin heyvanları satıb pulunu almışdır. Sonradan eyni məqsədlə Ruslan əlbəəl və ona məxsus 4169 7377 0715 1151 saylı kart hesabına köçürtmək yolu ilə ümumilikdə 17100 manat pul vermiş, o da həmin pul ilə bir neçə dəfə iri və xırda buynuzlu heyvan almaqla satmış, bu barədə Ruslana da məlumat vermişdir. Onlar gəlirə toxunmayacaqları, ümumi məbləği yüksəltmək, dövriyyəni artırdıqdan sonra gəliri böləcəkləri barədə razılığıa gəlmişlər. Ruslan 17100 manat, o isə 14300 manat pul qoymuşdur. Qazanc ilə birlikdə 40.000 manat pul toplanmış, həmin pulu da o, özündə saxlamışdır. Sonradan onun uzun müddətdir ki, tanıdığı hazırda Rusiya Federasiyasında yaşayan Vasif adlı tanışı ilə heyvan alış-satışı biznesinə qoşulmağı Ruslana təklif etmişdir. Vasif özü Rusiyada, Azərbaycana və bir neçə ölkələrə heyvan satışı ilə məşğul olur. 2022-ci ilin xatırlamadığı tarixində 40.000 manat pulu Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində Vasifə vermiş, sonuncu həmin pul ilə heyvan alıb-satmaqla onlara 40.000 manatdan əlavə olaraq qeyri-müəyyən, lakin, qənaətbəxş məbləğdə qazanc verməyi öhədsinə götürmüşdür. Ruslan Vasifi tanımamışdır. Lakin birlikdə qazandıqları pulları Vasifə verəcəyini Ruslana demiş, Ruslan buna etiraz etməmişdir. Lakin, Ruslan Vasifi tanımamışdır. Vasif ilə bu barədə mütəmadi danışıqları olmuş, sonuncu özü hesablamaqla artıq 40.000 manat ilə birlikdə onlara 68.000 manat pul verəcəyini bildirmişdir. Bir müddət sonra Vasif işlərində problem yarandığını deyib pulu hələlik verə bilmədiyini demiş, həmin vaxtdan etibarən Vasif işlərinin qaydasına düşmədiyini deyərək pulu geri qaytarmamışdır. Lakin, işlərində problem yaranması, Vasifin pulu qaytarmaması barədə Ruslana heç nə deməmişdir. Bu səbəbdən də o, Ruslanın pulunu verə bilməmişdir. Hazırda Ruslana 1000 manat qaytarmışdır. Özü də bu işdə ziyana düşmüşdür. Ruslanın pulunu hər ay 1000 manat olmaqla ödəmək istəyir. Lakin, Ruslan razılaşmadığı üçün onun pulunu qaytarmamışdır. Hesab edir ki, ona pulu ödəmək üçün şərait yaradılarsa hər ay Ruslana 1000 manat ödəməyə hazırdır. Daha sonra təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarında ailə üzvləri ilə birlikdə gəzmək məqsədilə Laçın rayonuna getmiş, orada olarkən avtomobili xarab olmuş, Ruslan da həmin vaxt orada xidmət etmişdir. Ruslan ona həmin vaxt köməklik etmiş, bu səbəbdən aralarında səmimi münasibət yaranmış, tez-tez əlaqə saxlayaraq hərdən görüşmüşlər. Özü əvvəllər heyvan alqı-satqısı ilə məşğul olmuş, Ruslan da ona təqaüdə çıxmaq, bu məqsədlə iş qurmaq istədiyini demiş, o da əvvəllər iri və xırda buynuzlu heyvan əti satışı ilə məşğul olduğunu, birlikdə həmin fəaliyyət ilə məşğul ola biləcəklərini demişdir. O, Ruslana əvvəllər həmin fəaliyyətdən zərərlə çıxdığına görə kənarlaşdığı barədə də məlumat vermiş, buna baxmayaraq heyvan əti satışı ilə məşğul olmaq barədə qərarlaşmışlar. Ruslan ilk dəfə 5700 manat pulu Bakı şəhəri, Xətai rayonu ərazisində ona vermiş, özündə pul olmadığından həmin pul ilə iri və xırda buynuzlu heyvan almış, həmin heyvanları satıb pulunu almışdır. Sonradan eyni məqsədlə Ruslan əlbəəl və ona məxsus 4169 7377 0715 1151 saylı kart hesabına köçürtmək yolu ilə ümumilikdə 17100 manat pul vermiş, o da həmin pul ilə bir neçə dəfə iri və xırda buynuzlu heyvan almaqla satmış, bu barədə Ruslana da məlumat vermişdir. Onlar gəlirə toxunmayacaqları, ümumi məbləği yüksəltmək, dövriyyəni artırdıqdan sonra gəliri böləcəkləri barədə razılığa gəlmişlər. Ruslan 17100 manat, o isə 14300 manat pul qoymuşdur. Qazanc ilə birlikdə 40.000 manat pul toplanmış, həmin pulu da o, özündə saxlamışdır. Sonradan onun uzun müddətdir ki, tanıdığı hazırda Rusiya Federasiyasında yaşayan Vasif adlı tanışı ilə heyvan alış-satışı biznesinə qoşulmağı Ruslana təklif etmişdir. Vasif özü Rusiyada, Azərbaycana və bir neçə ölkələrə heyvan satışı ilə məşğul olur. 2022ci ilin xatırlamadığı tarixində 40.000 manat pulu Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində Vasifə vermiş, sonuncu həmin pul ilə heyvan alıb-satmaqla onlara 40.000 manatdan əlavə olaraq qeyri-müəyyən, lakin, qənaətbəxş məbləğdə qazanc verməyi öhdəsinə götürmüşdür. Vasif ilə bu barədə mütəmadi danışıqları olmuş, sonuncu özü hesablamaqla artıq 40.000 manat ilə birlikdə onlara 68.000 manat pul verəcəyini bildirmişdir. Bir müddət sonra Vasif işlərində problem yarandığını deyib pulu hələlik verə bilmədiyini demiş, həmin vaxtdan etibarən Vasif işlərinin qaydasına düşmədiyini deyərək pulu geri qaytarmamışdır. Bu səbəbdən də o, Ruslanın pulunu verə bilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq Vasifin adının Vasili olduğunu, Rusiya Federasiyası vətəndaşı olduğunu, Vasifin bildiyi qədərilə Dağıstanda yaşadığını, sonuncunu Birinci Qarabağ müharibəsində tanıdığını, Vasifə ümumilikdə 40.000 manat pulu əlbəəl verdiyini, 2004-2005-ci illərdə aralarında alver olduğunu, Vasifi sonuncu dəfə pul verən zaman 2022-ci ildə gördüyünü, Vasifin telefon nömrəsini bilmədiyini, sonuncunun həmişə ona gizli nömrədən zəng vurduğunu, heç vaxt sonuncunu yığmadığını, 40.000 manat pul verdiyi şəxsdən telefon nömrəsini soruşmadığını, Vasifin Azərbaycan Respublikasında evi və ailəsi olmadığını, 2004-2005 ci illərdə Astarxandan Vasifin vasitəsi ilə heyvanlar alıb Azərbaycana gətirdiyini, həmin heyvanları Vasifin ona təşkil etdiyini, Vasifə pul verməsini özündən başqa heç kimin təsdiq edə bilməyəcəyini, sonuncunun verdiyi pulun qarşılığında alver edib, ona qazancından verməli olduğunu, Vasifin indiyə qədər ona heç bir məbləğdə pul vermədiyini, dəfələrlə pulu geri istədiyini, Vasifə bu barədə sms yazmadığını, ancaq sonuncu gizli nömrə ilə ona zəng vuran zaman pulunu geri istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, Ruslandan pul alandan sonra müxtəlif rayonların bazarlarından heyvanlar almış, həmin şəxslərin konkret olaraq adlarını qeyd edə bilmir, həmin heyvanları müxtəlif yük maşınları ilə Bakı şəhərinə gətirmiş, həmin maşınlar heyvanların birini 10-15 manat arasında pula gətirmişlər. Ancaq konkret olaraq işlədiyi yük maşını olmamış, aldığı heyvanların bəzilərini “vasmoyun” bazarı deyilən yerdə Mehman adlı qəssaba satmış, bundan başqa aldığı heyvanların bəzisini “Razin talkuçkası” deyilən yerdə qəssab işləyən Ədalət adlı şəxsə satmış, həmin şəxslər heyvanların pulunu nağd şəkildə ona vermişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi əlyazmaları Ruslana demiş, sonuncu da qeyd etmişdir. Həmin əlyazmalar etdiyi alverin hesabıdır. Həmin heyvanları “Razin talkuçkası” deyilən yerdə pulla heyvan saxlama yerində saxlamış, orada heyvanların birini 2 manata saxlamışlar. Həmin heyvanlar ən çox iki gün saxlama yerində qalmış, 2 gün ərzində həmin heyvanları kəsib satmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, protokollar və işin digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, həmin vaxt Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində briqada komandirinin müavini vəzifəsində işləmiş, həmin hərbi hissə Laçın rayonunda yerləşir. Belə ki, həmin vaxt Əvəzin avtomobili Laçın rayonu ərazisində xarab olmuş, o, sonuncuya köməklik etmiş, bundan sonra aralarında dostluq münasibətləri başlamış, danışıq əsasında Əvəz təqaüddə olan hərbiçi olduğunu, həmçinin mühafizədə növbə rəisi işlədiyini demiş, sonuncu əvvəllər heyvandarlıqla məşğul olduğunu bildirmişdir. Əvəz yenidən həmin işə qayıtmaq istədiyini, başının çıxdığını, sadəcə olaraq maddi dəstək lazım olduğunu demiş, Əvəz 15000 manat pul olarsa işə başlaya biləcəyini demişdir. Bundan sonra Əvəzlə Bakı şəhərində görüşmüşlər. Belə ki, həmin ərəfədə o, məzuniyyətdə olmuş, Əvəzlə görüşən zaman rayonlardan münasibət qiymətə quzu alıb, qəssablara satacağını demiş, təklifi onu qane etmiş və o, xx.xx.2022-ci il tarixdə Ramana qəsəbəsində Əvəzə 6000 manat pul vermişdir. Bundan sonra Əvəzlə bir yerdə avtomobilə əyləşib razinə getmişlər və orada quzuları həyətə boşaltmışlar. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov metrosunun yanında parkda Əvəzlə görüşmüş və orada ona 6600 manat pul vermiş, o, pulu Əvəzə verəndən sonra sonuncu ona hesabları göndərmiş, o da yazmışdır. Həmin yazıları izahatına əlavə etmişdir. Ancaq Əvəz ona qazanc kimi pul verməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən “Bravo” supermarketdə quraşdırılmış Emanat ödəmə terminalı vasitəsi ilə Əvəzin ona göndərdiyi 4169 7377 0715 1151 nömrəli kart hesabına 2500 manat, xx.xx.2022-ci il tarixdə eyni qaydada 1000 manat, xx.xx.2022-ci il tarixdə eyni qaydada 1000 manat pul göndərmişdir. Beləliklə ümumilikdə Əvəzə o, 17100 manat pul göndərmiş, o, Əvəzdən qazanc olaraq puldan istəmiş, ancaq Əvəz pulu qaytarmayaraq gözləməsini demişdir. Bir müddət sonra isə Əvəz, Vasif adlı tanışının olduğunu, Vasifin xaricdən heyvanlar gətirdiyini və onunla da birlikdə işlədiyini demişdir. Əvəzin deməsinə görə Vasif Rusiyadan göndərdiyi pula görə xeyli mal göndərmiş, həmin heyvanlar satılıb qazanc əldə edilmiş, Əvəzin həmin hesablarına görə onun qazancı 37677 manat olmuşdur. Ancaq Əvəz heç bir məbləğdə pul qaytarmamışdır. O, təkidlə pul tələb edən zaman isə Əvəz pulun Vasifdə olduğunu, ancaq sonuncunun pulu qaytarmadığını demiş, bu minvalla Əvəz ona yalanlar deməkdə davam etmişdir. Belə ki, Əvəz gah COP-a görə, gah seçkilər olduğuna görə, gah da rusiyada müharibə olduğuna görə pulun verilmədiyini demiş, artıq Əvəzin onu aldatdığını bilmişdir. Sonuncu dəfə Əvəz xx.xx.2025-ci il tarixdə Vasifin pulu heyvanlarla bir yerdə gömrüyə göndərəcəyini və götürə biləcəklərini demiş, həmin vaxt o, gömrüyə gedən zaman yenə də müxtəlif bəhanələr gətirib pulun göndərilmədiyini demişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində Təqsirləndirilən şəxs ona 1000 manat pul qaytardığını, ancaq işin qazancı kimi ona heç bir məbləğdə pul vermədiyini bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən pulunu qaytarmasını tələb etdiyini, onun tutulmasını istəmədiyini, əgər onun pulunu qaytararsa təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Cinayət işinə əlavə edilmiş baxış keçirilməsi haqqında 27 mart 2025-ci il tarixli protokolda göstərilmişdir ki, birinci diskə baxış zamanı müəyyən olundu ki, qeyd olunan diskdə 04 ədəd fayl vardır. Birinci fayla daxil olduqda Zərərçəkmiş şəxsla, Təqsirləndirilən şəxslə telefon danışığı eşidilir. Həmin danışıqda Ruslan Vasif adlı şəxs tanımadığını, Əvəzi tanıdığını deyir. Əvəz isə doqquzdan sonra yığacağını, səbr etməsini, danışandan sonra yığacağını bildirir. Bundan sonra Əvəz Ruslana pul qazandığını deyir, Ruslan isə qazandığı pulun harada olduğunu soruşur, bundan sonra aralarında pul mövzusunda söhbətlər gedir. İkinci fayla daxil olduqda Zərərçəkmiş şəxsla, Təqsirləndirilən şəxs telefon danışığı eşidilir. Həmin danışıqda Ruslan evini satacağını, 24 saat vaxt istədiyini, Əvəz isə Vasifin ona zəng etdiyini, pulun hamısını verəcəyini deyir. Bundan sonra aralarında yenidən pul məsələsinin söhbəti gedir. Üçüncü fayla daxil olduqda Zərərçəkmiş şəxsla, Təqsirləndirilən şəxs telefon danışığı eşidilir. Həmin danışıqda Zərərçəkmiş şəxs nə qədər pul qoyduğunu soruşur, Əvəz isə yadında olmadığını deyir. Ruslan 16100 manat qoyduğunu, 14000 Əvəzin qoyduğunu, 20400 manat qazanc olduğunu, bir yerdə 50500 manat etdiyini, Əvəzin isə 47260 manat dediyini, arada 3250 manatın söhbəti olduğunu, bunu baxıb dəqiqləşdirəcəyini dediyini, 47260 manatı Vasifə verdiyini dediyini bildirir. Əvəz isə yoldaş olduğunu, hesabat səndə varsa elə bil məndə də var deyir. Ruslan isə Əvəzə Vasiflə onun danışdığını, Əvəz Vasiflə bir-birinə etibarının olduğunu, yaxın günlərdə pulu götürəcəyini deyir. Bundan sonra aralarında pul məsələsinin söhbəti gedir. Dördüncü faylda isə Ruslanın Əvəzə zəng etməsi və aralarında olan danışıq eşidilir. Həmin danışıqda Əvəz ayın 18-i bankdan pul götürəcəyini, götürə bilməsə birinci gün götürüb verəcəyini, danışdığını deyir. Ruslan pula görə ailəsində problem olduğunu, Əvəz isə evinin ət işini girdiyini bilmədiyini, bilsələr problemlər olduğunu bildirir. Bundan başqa Ruslan və Əvəz aralarında pul məsələlərinin müzakirəsini edirlər, Ruslan Əvəzdən pulun istəyir, Əvəz isə pulun Vasifdə olduğunu, bankdan pul götürüb verəcəyini deyir. Bundan sonra danışıq zamanı X3 tanıtmadığını deyir. İkinci diskə baxış zamanı müəyyən olundu ki, qeyd olunan diskdə 01 ədəd fayl vardır. Həmin fayla daxil olduqda Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs telefon danışığı eşidilir. Əvəz gecə zəng etdiyini, əməlli başdı qırğın yarandığını, bu həftə göndərə bilməyəcəyini dedi, Əvəz həmin şəxsi əməlli başlı danışdığını deyir. Təqsirləndirilən şəxs Ruslana gələn ayın 19-u 20.000 manat verəcəyini deyir. Ruslan isə bundan sonra Vasifin adını çəkməyəcəyini, həmin şəxsi tanımadığını deyir. Bundan sonra aralarında yenidən pul söhbətləri gedir və Əvəz Vasifin düz etmədiyini deyir. Cinayət işinin 57-ci vərəqəsində olan 11 aprel 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 85-86-cı vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13 aprel.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi, diskə baxış protokolu və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlkını ələ keçirməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cüi maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakı ələ keçirmə –dörd min manatdan yeddi min manatadək miqdarında cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdən 13 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 06 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmaldır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs, onun mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 11 aprel 2025-ci il tarixdən 13 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs, onun mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olması izah edilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-505/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-505/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver