Məhkəmə qərarları › İş №1(060)-506/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-506/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-506/2022 11.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs - Məmmədov Xaliq Firdovsi oğlunun və müdafiəçisi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məmmədov Xaliq Firdovsi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində X4 əvvəllər tanıdığı Zərərçəkmiş şəxs arasında Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində kənar şəxslərin olmadığı yerdə şəxsi münasibətlərin pozulması zəmnində baş verən mübahisə zamanı Məmmədli Xaliq Firdovsi oğlu Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruqla, sağ ayağının baldır nahiyəsinə təpiklə qəsdən vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışı zamanı Məmmədov Xaliq Firdovsi oğlu Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə bir neçə ildir ki, tanışdır və bu müddət ərzində yaxın yoldaşlıqları olmuşdur. 2022-ci ilin aprel ayının ortalarında pula ehtiyacı olduğuna görə o Turalla zəngləşərək görüşmüş və aralarında olan söhbət zamanı ondan 20 manat borc pul istəmişdir. Həmin vaxt Tural ona 20 manat pulunun olmadığını, üzərində cəmi 13 manat pul olduğunu bildirdikdə o, Turaldan həmin məbləği borca istəyərək bir həftə ərzində qaytaracağına söz vermişdir. Bu zaman Tural onunla razılaşmış və üzərində olan 13 manat pulu ona borca vermişdir. Bundan bir həftə keçdikdən sonra Tural ona zəng edərək pula ehtiyacı olduğuna görə ona verdiyi 13 manat pulu qaytarmağını bildirmişdir. Bundan sonra onlar Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində görüşmüş və aralarında olan söhbət əsnasında Tural ondan pulunu istədikdə o pulunun olmadığını, borcunu qısa müddət ərzində qaytaracağına söz vermişdir. Həmin gündən 2-3 gün keçdikdən sonra Tural yenidən ona zəng etmiş və pulunu istəmişdir, lakin o, Turala pulunun olmadığını, yaxın zamanlarda qaytaracağını bildirmişdir. Həmin söhbətdən bir neçə gün keçdikdən sonra Tural yenidən ona zəng etməyə başlamış, lakin o, pulu olmadığına görə telefon zənginə cavab verməmiş, sonra isə telefonu açmış və Tural ondan 13 manat pulu təcili qaytarmağını tələb etmişdir. Telefonda aralarında söz-mübahisə yaranmış və onlar danışaraq görüşmək qərarına gəlmişlər. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 15:30 radələrində Turalla Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində görüşmüş və həmin görüş zamanı aralarında olan söhbət əsnasında Tural onu niyə aldatmağını və ondan bir həftəlik borca pul istəməyini, lakin sözünü tutmamağını, bu hərəkətin kişiyə yaraşan hərəkət olmamasını deyərək pulunu istəmişdir. Həmin vaxt Turalın sözləri onun xoşuna gəlməmiş və o, əsəbləşərək Turalın üstünə gedərək yumruq ilə onun sifət nahiyəsinə vurmuş və zərbənin təsirindən o yerə yıxılmış, sonra Tural yerdə olduğu zaman təpiklə onun bədəninin müxtəlif nahiyələrinə, ayağına vuraraq onun ünvanına nalayiq söyüş söymüşdür. Bu zaman Tural qışqırmağa başlamış və o, səsə ətrafdan kiminsə gəlməsindən qorxaraq oradan uzaqlaşmışdır Hadisə zamanı orada ikisindən başqa heç kim olmamışdır. Aralarındakı mübahisə təxminən 2-3 dəqiqə baş vermişdir. Səs-küy olmadığından kənardan kimsə gəlməmişdir. Həmin vaxt Tural ona cavab olaraq heç bir xəsarət yetirməmiş və onu döyməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xaliq adlı şəxslə bir neçə ildir ki, tanışdır və bu müddət ərzində yaxın yoldaşlıqları olmuşdur. xx.xx.2022-ci il tarixdə Xaliqlə görüşmüş və aralarında olan söhbət zamanı Xaliq ondan 20 manat borc pul istəmişdir. Üzərində cəmi 13 manat pul olduğunu bildirdikdə Xaliq ondan həmin məbləği borca istəyərək həmin pulu bir həftə ərzində qaytaracağına söz vermişdir. O da Xaliqə razılığını bildirib üzərində olan 13 manat pulu Xaliqə borca vermişdir. Bundan bir həftə keçdikdən sonra o Xaliqə zəng edərək pula ehtiyacı olduğuna görə ona olan borcunu qaytarmasını bildirmişdir. Bu zaman Xaliqlə görüşüb söhbət etmək istədiyini bildirərək onunla Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində görüşmüşlər və aralarında olan söhbət əsnasında o Xaliqdən pulunu istədikdə Xaliq pulunun olmadığını, borcu qısa müddət ərzində qaytaracağını bildirmişdir. Həmin gündən 2-3 gün keçdikdən sonra o yenidən Xaliqə zəng etmiş və pulunu istəmişdir, lakin o, pulunun olmadığını, yaxın zamanlarda qaytaracağını bildirdikdə Xaliqə xatırlatmışdır ki, o bir həftəlik borca pul istəyərək tez qaytaracağına söz vermişdir, lakin sözünü tutmamışdır. Bu zaman Xaliq borcu qaytarmağa imkanı olmadığını, 1-2 günə qaytaracağına ona yenidən ona söz vermişdir. Həmin söhbətdən bir neçə gün keçdikdən sonra o, Xaliqə zəng etməyə başlamış, lakin Xaliq onun telefon zənginə cavab verməmiş, sonra isə telefonu açmış və o, Xaliqdən 13 manat pulunu təcili qaytarmasını tələb etmişdir. Sonra telefonda aralarında söz-mübahisə yaranmış və onlar danışaraq görüşmək qərarına gəlmişlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə, təxminən saat 15:30 radələrində Xaliqlə Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində görüşmüş və həmin görüş zamanı aralarında olan söhbət əsnasında Xaliqə niyə onu aldatmasını və ondan bir həftəlik borca pul istəməsini, lakin sözünü tutmamasını, bu hərəkətin kişiyə yaraşan hərəkət olmamasını deyərək pulunu istəmişdir. Həmin vaxt onun sözləri Xaliqə xoş gəlməmiş və qəflətən Xaliq onun üzərinə gələrək yumruqla onun sifət nahiyəsinə vurmuş, zərbənin təsirindən yerə yıxılmış, yerdə olduğu zaman Xaliq təpiklə onun bədəninin müxtəlif nahiyələrinə təpiklə vuraraq ünvanına nalayiq söyüşlər söymüşdür. Bu zaman o, yerdə zərbənin təsirindən qışqırmış və onun qışqırmağını görən Xaliq ondan uzaqlaşaraq çıxıb getmişdir. Bundan sonra o yerdən ayağa qalxaraq ayağı ağrıdığına görə axsamağa başlamış və bu barədə Sumqayıt şəhər Polis İdarısinin 3-cü Polis Bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Hadisə zamanı orada ikisindən başqa heç kim olmamışdır. Xaliqin onu döyməsi 2-3 dəqiqə ərzində anidən baş vermişdir. Səs-küy olmadığından kənardan kimsə gəlməmiş və Xaliqin onu döyməsinə müdaxilə etməmişdir. Məhkəməyə ərizə təqdim edərək Məmmədov Xaliq Firdovsi oğlundan heç bir şikayət olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 593 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində «sağ baldırın diz oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi-qançırı» xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən bir neçə saat əövvəl olmaqla xx.xx.2022-ci il tarixəuyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa «YÜNGÜL» zərərvurmaya aid edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan 05 may 2022-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Məmmədov Xaliq Firdovsi oğlu material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X9 2 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 160 saylı, 05 may 2022-ci il tarixli məktubdan görünür ki, Məmmədov Xaliq Firdovsi oğlu poliklinikanın psixiatrik kabinetində qeydiyyatında yoxdur və müraciət etməyib. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 1755 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Məmmədov Xaliq Firdovsi oğlu 02.2022-ci il tarixdən “Narkomaniya” diaqnozu ilə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüftı İstehsalat Birliyinin 11 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Məmmədov Xaliq Firdovsi oğlu ünvan 2 ünvanında anasıxx.xx.1967-ci il təvəllüdlü X2 ilə birlikdə yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüftı İstehsalat Birliyinin 11 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Məmmədov Xaliq Firdovsi oğlu barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 350-6013M-3222 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Məmmədov Xaliq Firdovsi oğlunun məhkumluğu yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Məmmədov Xaliq Firdovsi oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-506/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Məmmədov Xaliq Firdovsi oğlunun məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-506/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Məmmədov Xaliq Firdovsi oğlunun barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Məmmədov Xaliq Firdovsi oğlu tapılanadək dayandırılmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx/xx-4468 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 486/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən Məmmədov Xaliq Firdovsi oğlu xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-506/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Məmmədov Xaliq Firdovsi oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatı təzələnmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-332/2022 saylı, xx.xx.2022-ci tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Zərərçəkmiş şəxs barəsində xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli Məmmədov Xaliq Firdovsi oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışdığından, onun barəsində olan şikayəti geri götürdüyündən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx/xx- 4916 saylı, xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Məmmədov Xaliq Firdovsi oğlundan heç bir şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Məmmədov Xaliq Firdovsi oğlunun törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Məmmədov Xaliq Firdovsi oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən Məmmədov Xaliq Firdovsi oğlunun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-506/2022) qərarını icra edərək xx.xx.2022-ci il tarixli, 781 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (hesab № AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Məmmədov Xaliq Firdovsi oğlu barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs Məmmədov Xaliq Firdovsi oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (hesab № AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar