Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-507/2022 28.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs Hüseynova (Baxşalızadə) Gülnar Sayəddin qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, “Yaşıl dərə” bağ massivində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçimiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 22 yanvar 2018-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 154,00 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulub X1 ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2144/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 16 sentyabr 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 07 sentyabr 2021-ci il tarixə kimi qətnamə üzrə ümumilikdə 6468,00 (altı min dörd yüz altmış səkkiz) manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Hüseynova (Baxşalızadə) Gülnar Sayəddin qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2144/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən 22 yanvar 2018-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 154,00 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment ondan tutulub X1 ödənilməsi qət edilmişdir. Lakin özü fərdi əmək fəaliyyəti ilə məşğul olsa da, aylıq alimentin ödənilməsinə imkanın olmasını təsdiqləmişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Hüseynova (Baxşalızadə) Gülnar Sayəddin qızı ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2144/2018 saylı, xx.xx.2018-ci il tarixli il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2018-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 154,00 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, icra məmuru tərəfindən icra işi xx.xx.2018-ci il tarixdə başlanaraq borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətində inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment üzrə heç bir ödəniş etməmişdir. İcra məmuru alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 6468,00 (altı min dörd yüz altmış səkkiz) manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs əvvəllər “STP” zavodunda operator vəzifəsində çalışmış, sonradan isə fəhləlik etməklə məşğul olmuş, lakin qərəzli olaraq alimenti ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs icra müddəti ərzində icradan yayınaraq dəfələrlə məcburi gətirməyə məruz qalmış, icra məmurunun çağırışlarına gəlməmiş, məhkəmə qərarının icrasından yayınmış, borclu Təqsirləndirilən şəxs bir ata kimi öz övladı ilə maraqlanmamış və evə heç bir köməklik göstərməmiş, qətnamə üzrə yaranmış aliment borcunu keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bacısı qızı Zərərçəkmiş şəxs xx.xx.2010-cu il tarixə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Elnar adlı övladları doğulmuş, ilk dövrdə Zərərçəkmiş şəxs Ceyhunla münasibəti yaxşı olsa da, sonradan münasibətləri pozulmuş və 2018-ci ildə onlar faktiki ayrılaraq Gülnarə Hüseynova övladı ilə birlikdə valideyinlərinin evinə köçmüş, həmin ərəfədə Zərərçəkmiş şəxs övladın saxlanması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2144/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2018-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 154,00 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulub Baxşalızadə (Hüseynova) Gülnar Sayəddin qızına ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra idarəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət olunmuş, borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment borcunu ödəməmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 6468,00 (altı min dörd yüz altmış səkkiz) manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhərində yerləşən “STP” zavodunda işləmiş, sonradan isə yaşadığı ərazidə fəhləlik etməklə məşğul olmuş, lakin qərəzli olaraq alimenti ödəməkdən yayınmış, ümumiyyətlə Təqsirləndirilən şəxs həmin qətnamənin icrasına məsuliyyətsiz yanaşmış, icra məmurunun çağırışlarına belə gəlməmiş, bir ata kimi öz övladı ilə maraqlanmamış və evinə heç bir köməklik göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2144/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 22 yanvar 2018-ci il tarixdən etibarən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 154,00 (bir yüz əlli dörd) manat miqdarında aliment Təqsirləndirilən şəxs tutularaq Baxşalızadə (Hüseynova) Gülnar Sayəddin qızına verilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə borcluya göndərilmiş, sonuncu tərəfindən icra sənədinin icrası təmin edilməmiş, eyni zamanda tələbin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmiş, çağırışlara gəlmədiyindən Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə barədə qərar qəbul olunaraq icraya yönəlmiş, görülmüş tədbirlər nəticəsində borclu polis orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq İcra İdarəsinə gətirilmiş, izahatı alınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra aliment borcunun ödənilməsi üçün borlcuya yeni müddət verilmiş və əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Məcburi icra tədbiri olaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, eyni zamanda məhkəmə qərarının icrası üzrə tələbin məcburiliyi dəfələrlə həm şifahi, həm də rəsmi xəbərdarlıq olunmasına baxmayaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2144/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini icra etməməkdə davam etməklə faktiki imkanlarından istifadə etməmiş və bu hərəkətləri ilə qərəzlilik nümayiş etdirmişdir. Borclu icraat zamanı şikayətçinin xeyrinə heç bir aliment ödənişi etməmiş və icra sənədi üzrə aliment borcu 6468,00 (altı min dörd yüz altmış səkkiz) manat təşkil etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ittiham elan olunması üçün təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Bakı şəhəri Yasamal RPİnin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-si tərəfindən verilmiş 329-2890-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-507/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin 329-4936-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-507/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilməklə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin 348 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2144/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment xx.xx.2018-cı il tarixdən başlayaraq tutularaq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli İcra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment xx.xx.2018-cı il tarixdən başlayaraq tutularaq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1752/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilmişdir. İş materiallarında olan X4 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs işlə təmin olunması üçün filiala müraciət etməmişdir. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Sumqayıt Şəhər Məhkəməsinin inzibati xəta haqqında 16 sentyabr 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2144/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici və şahidin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə tutulduğu 03 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə tutulduğu 03 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmii) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-507/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-507/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver