Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-507/2024 23.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvələr məhkum olunmamış, Sumqayıt şəh., 41-ci məh., yat-7 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində ünvan 4 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun sol alt çənə, sol bazu nahiyəsini dişləməklə, qollarından tutub divara sıxmaqla sol dirsək və sağ bazu nahiyyəsini əzib onda sol alt çənə qövsünün qançırı, sol dirsəyin, sol bazunun, sağ baz oynağının sıyrığı xəsarətlərinin yaranması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, Şəfaqət onun doğma qardaşıdır. Onunla hər hansı ədavət və ya düşmənçiliyi yoxdur. Hərdən Şəfaqətin həyat tərzi ilə, bədxərc olması ilə bağlı onunla arasında narazılıqlar olur. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadıqları evdə Şəfaqət ilə olduğu zaman Şəfaqətin kreditə mobil telefon götürməsi ilə bağlı mübahisəsi yaranmışdır. Həmin mübahisə zamanı o, əsəbləşərək Şəfaqətin sifət nahiyəsinə, döş qəfəs nahiyəsinə yumruq zərbələri ilə vurmuş, Şəfaqət kənara çəkilmək istədikdə onu tutub divara sıxaraq sol çənə nahiyəsindən, sol qol nahiyəsindən dişləmişdir. Bundan sonra Şəfaqət onun barəsində polisə şikayət edəcəyini bildirib evi tərk edərək getmişdir. Həmin münaqişə təxminən 5 dəqiqə davam etmiş, münaqişə zamanı valideynləri və arvadı evdə olmamış, evdə yalnız Murad və özü olmuşdur. Münaqişə zamanı Murad ona hər hansı xəsarət yetirməmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmişlə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Mütəmadi olaraq onunla arasında şəxsi münasibətlər zəminində münaqişələr baş verir. Belə ki Murad onun şəxsi işlərinə, həyat tərzinə qarışdığından onunla arasında narazılıq yaranır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadıqları evdə olan zaman Murad yenə onun kreditə mobil telefon götürməsi ilə bağlı onunla mübahisə etməyə başlamış, mübahisə zamanı yaşadıqları evin qonaq otağında o, stulda əyləşən zaman Murad onun sifət nahiyəsinə yumruq zərbələri ilə vurmağa başlamışdır. O, qolları ilə sifətini örtmüşdür. Murad onun döş qəfəsinə də yumruq zərbələri ilə vurmuşdur. O, ayağa qalxıb qaçmaq istədikdə Murad onu tutub divara sıxaraq sol çənə nahiyəsindən və sol qol nahiyəsindən dişləməyə başlamışdır. Murad həmçinin onu divara sıxan zaman sol dirsək və sağ çiyin nahiyəsindən də xəsarət almışdır. O, Muradın ondan əl çəkmədiyini görüb evdən çıxıb həyətə qaçmışdır. Həmin vaxt həyətdə olan polis əməkdaşlarına yaxınlaşıb Murad barəsində şikayətini bildirmişdir. Onlar da onu ərizə verməkdən ötrü 3-cü PB-nə dəvət etmiş, o da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlib ərizə yazaraq şikayətini bildirmişdir. Həmin münaqişə zamanı orada o və Muraddan başqa heç kim olmamışdır. Atası Məhəmməd, anası Şəfayət və Muradın arvadı Narxanım həmin gün qohumlarıgilə qonaq getmişlər. Baş vermiş münaqişə zamanı o, Murada hər hansı xəsarət yetirməmişdir.Hazırda Murad ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonunuya qarşı şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayəti və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X3 xx.xx.2024-cü il tarixli, 700 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: sol alt çənə qövsünün qançırı, sol dirsəyin, sol bazunun, sağ baz oynağının sıyrığı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti müayinədən bir gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. (i.v.09-11). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.12-13) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v.34) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 56) Beləliklə, Təqsirləndirilən şəxsin verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Ələsgər Məmmədov 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-507/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-507/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver