Məhkəmə qərarları › İş №1(060)-508/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-508/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-508/2022 14.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2mış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 yanvar 2022ci il tarixdə saat 06 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində “Kaspi” uşaq bağçasının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs məxsus təndirdə un məmulatları mağazasına, mağazanın giriş qapısının qıfılına vintaçanla fiziki təsir edib açaraq daxil olub, oradan qiyməti 70 manat olan “Nokia” markalı boz rəngli, 20 litr həcmli 01 ədəd su qızdırıcı, qiyməti 40 manat olan “Atek” markalı 01 ədəd laqonda, qiyməti 80 manat olan “İnteskol” markalı, 7 kiloqram çəkidə, boz rəngli 01 ədəd drel-preparator, qiyməti 30 manat olan 01 ədəd qızdırıcı texniki fen cihazı, qiyməti 10 manat olan “Blue Bear” markalı, 24 litr həcmli 01 ədəd su qızdırıcının yanma kamerası olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 230 manat qiymətində əmlakını bina hesab edilən mağazaya qanunsuz daxil olaraq gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1980-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Təxminən 7-8 ildir ki fasilələrlə narkotik vasitələrdən istifadə etmişdir. Əvvəllər oğurluq cinayət əməlləri törətmişdir və sonuncu əməlindən sonra 2022-ci ilin aprel ayında cəzanın sonu ilə azad olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir. 20 yanvar 2022-ci il tarixdə saat 06 radələrində oğurluq edə biləcəyi yer axdarmaq üçün Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində piyada hərəkətdə olarkən “Kaspi” uşaq bağçasının yaxınlığında yerləşən təndirdə un məmulatları hazırlanıb satıldığı mağazada heç kimin olmadığını və qapısının alüminium materialdan olduğunu müşahidə edib oğurluq etmək üçün oraya daxil olmaq qərarına gəlmişdir. Oğurluq etmək üçün özü ilə əynindəki gödəkcədə vintaçan və əşyaları yığmaqdan ötrü torba gətirmişdir və mağazanın ətrafında kənar şəxslərin olub-olmadığını müşahidə etmək üçün təxminən 1 dəqiqəyə yaxın mağazanın yaxınlığındakı tikilinin yanında gözləyib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra yenidən mağazanın qarşısına geri qayıdıb özü ilə gətirdiyi vintaçanla mağazanın giriş qapısına fiziki təsir göstərib qapının kilitini açmışdır və mağazaya daxil olmuşdur. Oraya daxil olduqdan sonra döşəmənin üzərindən 01 ədəd su qızdırıcı, 01 ədəd su qızdırıcının yanma kamerası, təndirin içindən 01 ədəd laqonda, 01 ədəd drel-preparator, dolabdan isə 01 ədəd qızdırıcı texniki fen cihazını götürüb daha sonra qızdırıcının yanma kamerasını, laqondanı, drelpreparatoru və qızdırıcı texniki fen cihazını torbaya yığıb digər əli ilə də 01 ədəd su qızdırıcını götürüb daşıyaraq oraya daxil olduğu qapıdan çıxıb oradan uzaqlaşmışdır. Mağazanın yerləşdiyi ərazidən uzaqlaşdıqdan sonra Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Kia” satış mağazasının arxasında yerləşən binanın yaxınlığında oğurladığı su qızdırıcını söküb mis materialdan olan hissələrini satmaq üçün ayırmışdır, yanma kameralarını da yararsız olduğunun görünməyindən ötrü əzib deşərək yığcam vəziyyətə salmışdır və daha sonra piyada hərəkətini davam etdirib hava açıldıqdan sonra həmin gün, yəni 20 yanvar 2022-ci il tarixdə səhər saatlarında ilk əvvəl Sumqayıt şəhəri, əşya bazarı adlanan ərazidə 01 ədəd laqondanı, 01 ədəd drel-preparatoru, 01 ədəd qızdırıcının texniki fen cihazını şəxsən tanımadığı bir nəfərə ümumilikdə 45 manata satıb daha sonra həmin gün Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində Şahid tərəfindən fəaliyyət göstərən əlvan metal qəbulu yerinə gedib həmin şəxsə oğurladığı su qızdırıcının yanma kamerasını, o həmçinin oğurladıqdan sonra söküb hissələrə ayırdığı su qızdırıcının mis materialdan olan hissələrini 40 manata satmışdır. Oğurladığı əşyaları satarkən alıcı həmin əşyaları oğurluq olduğunu bilməmişdir. Oğurladığı əşyaların satışından əldə etdiyi qazancı öz şəxsi təlabatına xərcləmişdir. Oğurluq tərəfindən tək olaraq törədilmiş və ona köməklik edən olmamışdır. Hal-hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Bunları nəzərə alaraq Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşadığı ünvanın və “Kaspi” uşaq bağçasının yaxınlığında yerləşən tikili ona məxsusdur. Həmin tikilinin yerləşdiyi 6 kvadratmetr ölçüdə torpaq sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 1997-ci il tarixdə ona ayrılmışdır. O də həmin torpaq sahəsində özü fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olduğundan bir neçə il ərzində 5,40m x 5,40m ölçüdə 1 mərtəbəli təndirdə un məmulatlarının hazırlanıb satıldığı mağaza tikmişdir. Mağazada tərəfindən un məmulatlarının hazırlanıb satışının həyata keçirilməsindən ötrü 2 ədəd təndir, mətbəx mebeli və digər ləvazimatlar quraşdırılmışdır. Təmir işlərini görməyindən ötrü özünə məxsus olan tikinti alətlərini də mağazada saxlayırdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarından növbəti gün xx.xx.2022-ci il tarixdə saat 02 radələrinə kimi işlərini görüb mağazanın alüminium materiallı qapısını kilitləyib evə getmişdir. Dağınıq görünməməsindən ötrü tikinti alətlərini mağazadakı dolablarda, təndirlərin içinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində mağazaya gələrkən giriş qapısına müdaxilə olunaraq kilitdən açıldığını görmüşdür, oğurluq edildiyindən şübhələnib içəri daxil olaraq əşyaların yerində olub-olmadığını yoxladıqda isə mağazada döşəmənin üzərində qoyduğu 01 ədəd su qızdırıcının, bundan başqa digər 01 ədəd su qızdırıcının yanma kamerasının, təndirin içində qoyduğu 01 ədəd laqonda və 01 ədəd drel-preparatorun, həmçinin dolabın içində qoyduğu 01 ədəd qızdırıcı texniki fen cihazının yerində olmadığını müşahidə etmişdir və mağazadan əşyalarının oğurlandığı ona məlum olduğundan bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir, Sumqayıt ŞPİ-nin 3-cü PBnə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun iştirakı ilə mağazaya baxış keçirilmişdir. Mağazadan hər biri ona məxsus olmaqla qiyməti təxminən 60 manat olan, qısa müddət istifadə etdiyi “Nokia” markalı, boz rəngli, 20 lt həcmli 01 ədəd su qızdırıcısı, qiyməti təxminən 60 manat olan 4 ay əvvəl işlənmiş vəziyyətdə aldığı, “Blue Bear” markalı, 24 litr həcmli, göy rəngli 01 ədəd su qızdırıcının yanma kamerası, qiyməti təxminən 70 manat olan, işlənmiş, qara rəngli “Atek” markalı, 01 ədəd laqonda, qiyməti təxminən 60 manat olan işlənmiş, boz rəngli “İnteskol” markalı, 7 kiloqram çəkidə 01 ədəd drel-preparator, qiyməti təxminən 60 manat olan istifadə olunmamış, markasını xatırlamadığı 01 ədəd qızdırıcı fen cihazı oğurlanmışdır. Mağazadan oğurluq edildiyi ona məlum olduqda həyəcanlıydır və oğurlanan əşyaları dəqiqləşdirmədən bu barədə məlumat vermişdir, lakin polis əməkdaşları ilə birlikdə mağazaya baxış keçirilərkən dəqiq olaraq 02 ədəd su qızdırıcı deyil, 01 ədəd su qızdırıcının bütövlükdə, digər 01 ədəd su qızdırıcının isə yanma kamerasının oğurlandığı ona məlum olmuşdur. Hal-hazırda ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. Cinayət işi üzrə Şahid xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifaədsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6yır. Sumqayıt şəhəri 11-ci mikrorayon, Çerakassi küçəsində icarəyə götürdüyü torpaq sahəsində əlvan və qara metal tullantıları qəbulu məntəqəsi işlətmişdir. Yığdığı tullantı məhsullarını topdan tullantı yığan müxtəlif şəxslərə satmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında məntəqədə olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşaraq özü ilə gətirdiyi torbanı təqdim edib, həmin torbada miss tullantılar olduğunu və satmaq istədiyini demişdir. O həmin torbaya baxdıqda içində su qızdırıcının hissələrinin, o cümlədən əzilmiş deşilmiş vəziyyətdə yanma kameralarının olduğunu görmüşdür. O Təqsirləndirilən şəxs gətirdiyi su qızdırıcısına aid hissələrin kimə məxsus olduğunu və haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs həmin əşyaların ona məxsus olduğunu və mis metal tullantıları yerində, oradaya atılmış su qızdırıcısının içərisindən götürərək əldə etdiyini demişdir. O onun dediklərinə inanıb, oğurluq edərək əldə etmədiyinə inanmışdır. Satmaq üçün gətirdiklərini çəkdikdə, ümumi çəki 2,9 kiloqram oldu və 33 manat qarşılığında həmin su qızdırıcı hissələrinin alğı-satqısı barədə razılaşıblar. Alğı-satqı barədə qeydiyyat aparmaqdan ötrü Əşrəfdən şəxsiyyət vəsiqəsini istədikdə o, öz mobil telefonunda olan şəxsiyyət vəsiqəsinin fotoşəkilini göstərdi və o, müvafiq qeydiyyatı apardıqdan sonra pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin əşyaların oğurluq yolu ilə əldə edildiyini bilsəydi Təqsirləndirilən şəxs heçnə almayıb bu barədə polis bölməsinə məlumat verərdi. Təqsirləndirilən şəxs aldığı su qızdırıcısına aid hissələrdən həmin vaxta qədər satmadığı yanma kameralarından birini polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə, saat 18:05-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixldə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 143/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 09 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda orada “VİD-20220309-WA0001” adlı, “VİD- 20220309-WA0002” adlı, “İMG-20220309-WA0000” adlı, “İMG-20220309-WA0003” adlı, “İMG-20220309-WA0004” adlı olmaqla 05 ədəd faylın olduğu müəyyən edilir. VİD- 20220309-WA0001” adlı, “VİD-20220309-WA0002” adlı fayllarda videogörüntülər, “İMG- 20220309-WA0000” adlı, “İMG-20220309-WA0003” adlı, “İMG-20220309-WA0004” adlı fayllarda isə fotoşəkillər vardır. Videolar və fotoşəkillər təxminən xx.xx.2022-ci il tarixdə, saat 06:04:54-dən 06:05:44-ə qədər olan müddəti əks olunur. Əynində ağ rəngli gödəkcə və başında həmin gödəkcənin papağı olan bir nəfər şəxsin tikilinin yaxınlığına gələrək orada dayandığı, əlində videogörüntüyə baxış zamanı dəqiq görünməyən bir əşya tutduğu və daha sonra yenidən gəldiyi istiqamətdə hərəkətini davam etdirdiyi, “VİD-20220309- WA0001” adlı görüntüdə tarixin xx.xx.2022-ci il tarixdə, saat 06:16-da olan müddəti əks olunur və həmin şəxsin hər iki əlində əşyalar daşıdığı və əks istiqamətdə hərəkət etdiyi müşahidə olunur. Diskə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərdə və fotoşəkillərdə əynində ağ rəngli gödəkcə və başında papağı olan, əlində əşyalar daşıyan şəxsin özü olduğunu, videogörüntülərdəki hərəkətlərin 20 yanvar 2022-ci il tarixdə, saat 06 radələrində baş verdiyini, videogörüntülərdə və fotoşəkillərdə ək olunan yerin Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Kaspi” uşaq bağçasının yaxınlığını əks etdirdiyini, həmin yerə gəlib bir qədər ətrafı müşahidə etdikdən sonra yaxınlıqdakı və daha sonradan sahibinin Zərərçəkmiş şəxs olduğunu bildiyi un məmulatları hazırlanan mağazaya daxil olduğunu, oradan oğurluq etdiyini, videogörüntüdə əks olunan əşyaların həmin mağazada oğurladığı və əlində daşıyaraq apardığı 01 ədəd su qızdırıcı və digər əlində torbanın içinə yığaraq daşıyıb apardığı 01 ədəd su qızdırıcının yanma kamerası, 01 ədəd laqonda, 01 ədəd drel-preparator, 01 ədəd texniki fen cihazı olduğunu, oğurluqdan sonra Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Kia” satış mağazası istiqamətində hərəkət etdiyini, orada su qızdırıcını hissələrə ayırıb, həmçinin su qızdırıcının yanma kameralarını əzib deşib daha sonra həmin əşyaları satdığını bildirmişdir. İş materiallarında olan əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1573 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 4 adda malların nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 220,0 manat müəyyən edilir. Digər 01 ədəd “Blue Bear” markalı 24 lt həcmli su qızdırıcının içərisində olan hansı ehtiyat hissələrinin oğurlandığı məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 19 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 4, mənzil 41 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 19 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2055 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Blue Bear” markalı 24 lt həcmli su qızdırıcının yanma kamerası zədələnməmişdən əvvəl, istifadə olmuş, istifadəyə yararlı vəziyyətdə 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 10,0 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “əşyaların maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, araşdrıma zamanı götürülmüş 01 ədəd kəsilmiş yaşıl-sarı rəngli naqili olan, uc hissəsi plastik materiallı şteker, 01 ədəd dəmir materiallaı prujin, 01 ədəd “Blue Bear” markalı su qızdırıcının yanma kamerası və oğurluq hadisəsinin baş vermə anını əks etdirən 01 ədəd DVD diskdə videogörüntülər və fotoşəkillər cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığından maddi sübut hesab edilməsi, saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin 3-cü PB-nə təhvil verilməsi, 01 ədəd DVD diskdə videogörüntülər və fotoşəkillər cinayət işində saxlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət əməlinin tək törədilməsi istintaq zamanı toplanmış sübutların məcmusu ilə tam təsdiqini tapdığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, vətəndaş Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.20217-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, bundan başqa Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, həmçinin həmin məcəllənin 67.1 və 68.2-ci maddələrinə əsasən Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzası ilə hökmlərin məcmuyu qaydasında qismən birləşdirilməklə və hər biri müstəqil icra olunmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat məbləğində cərimə cəzası üzərində saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-30/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzası ilə hökmlərin məcmuyu qaydasında qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat məbləğində cərimə cəzaları saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 1706 saylı, xx.xx.2022ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Həmin hökm xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs ona təyin olunmuş cərimədən hazırki müddətə kimi heç bir ödəniş etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törədən zaman məhkumluğu ödənilməmiş və götürülməmişdir. Eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 3000 manat cərimə cəzası hissəsi icra edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinə əsasən, X3 hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağı olmasını, 59.1.13-cü maddəsinə əsasən cinayət əməli nəticəsində dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məhkum edilməsi, cəzası başa çatmadan yenidən oğurluq etməsi onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına və hazırda cinayətin risidivi hesab edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 09 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilib ödənilməmiş 3000 manat məbləğində cərimə cəzası hökmlərin məcmusu üzrə bu hökmlə təyin olunan cəzaya birləşdirilməli və təyn edilmiş cəzalar müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan araşdırma zamanı götürülmüş 01 ədəd kəsilmiş yaşılsarı rəngli naqili olan, uc hissəsi plastik materiallı şteker, 01 ədəd dəmir materiallaı prujin, 01 ədəd “Blue Bear” markalı su qızdırıcının yanma kamerası zərərçəkmiş şəxsin sərəncamına verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış oğurluq hadisəsinin baş vermə anını əks etdirən 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-508/2022) qərarını icra edərək, 24 may 2022-ci il tarixli, 810 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (hesab № AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilib ödənilməmiş 3000 (üç min) manat məbləğində cərimə cəzası ilə hökmlərin məcmusu qaydasında tam birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat məbləğində cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış araşdırma zamanı götürülmüş 01 ədəd kəsilmiş yaşıl-sarı rəngli naqili olan, uc hissəsi plastik materiallı şteker, 01 ədəd dəmir materiallı prujin, 01 ədəd “Blue Bear” markalı su qızdırıcının yanma kamerası zərərçəkmiş şəxsin sərəncamına verilsin. İş üzrə maddi sübut kimi tanınmış oğurluq hadisəsinin baş vermə anını əks etdirən 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (hesab № AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar