Məhkəmə qərarları › İş №1(060)-508/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-508/2025

05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-508/2025 05.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, 2ci qrup əlil, evli, orla təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bərdə rayonu, Mehdixanlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 3-cii mikrorayon, ev 12/19, mənzil 27-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.270 qram çəkidə ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən 01 may 2025-ci il tarixdə saat 17:51 dəqiqədə keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 3-cü mikrorayon, 12/19 saylı binanın yaxınlığında olduğu zaman saxlanılaraq həmin yerdə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.270 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, ibtidai istintaqda verdiyi ifadəni tam təsdiq edir. 2025-ci ilin may ayının əvvəlində Corat qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat pul verib bir büküm metamfetamin-yəni pati almışdır. Həmin gün Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Özü könüllü olaraq aldığı bir büküm pati adlı maddəni çıxarıb təqdim etmişdir. Özü xəstədir. Ağrıları olduğundan metamfetamindən istifadə edir. Törətdiyi cinayət əməlindən peşimandır. Ailəlidir. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Əməlindən peşiman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, 2-ci qrup əlilliyini və xəstəliyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 17:51-də Sumqayıt şəhəri, 3-cü mikrorayon, 12/19 saylı binanın yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra, onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib onun üzərinə videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. Daha sonra ona üzərində dövriyyəsinə qanunla qadağan olunmuş hər hansı əşyanın olubolmaması soruşulmuşdur. O, əynində olan şavların sağ cibində saxlamış olduğu 01 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki. bükümün içərisindəki "pati" kimi tanıdığı psixotrop maddə olan metamfetamindir və onu Corat ərazisində əvvəllər tanımadığı və təsadüfən rastlaşdığı şəxsdən 10 manata almış və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 0,33 qram olduğu müəyyən olunmuşdur. O, üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra isə həmin psixotrop maddə qablaşdırılaraq möhürlənmiş və tərəfindən üzəri imza edilmişdir. Bundan sonra onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirmişlər. Bundan sonra baxışda işirak edən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 üzərində müvafiq qeydlər aparılmış və DİN-nin möhürü ilə möhürlənmiş ağ rəngli kağız zərfi və 1 ədəd DVD disiki təqdim etmişdir. Həmin kağız zərfin içərisində saxlanıldığı vaxtda və yerdə üzərinə baxış keçirilən zaman üzərindən 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təqdim edilmiş zərf təhqiqatçı tərəfindən açılaraq üzərindən aşkar edilən psixotrop maddə olan metamfetaminə baxış keçirilmişdir. Sorğu zamanı bir daha həmin psixotrop maddənin özünə məxsus olduğunu, səhər radələrində Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 1 bükümünə cəmi 10 manat verməklə əldə etdiyini, həmin narkotik vasitəni şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini, ondan hər hansı şəxsə vermədiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş içərisində psixotrop maddə olan metamfetamin olan 1 ədəd siqaret kağızı bükümü başqa bir zərfə qoymaqla qablaşdırılmış və imzalanmışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat tədbirləri həyata keçirilmişdir. Həmin məlumat əsasında saat 17:51 radələrində ünvan 1 ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sağ yan kiçik cibində olan bir ədəd gümüşü bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Həmin bükümə baxarkən orada ağ rəngli psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Onlar ondan həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin psixotrop maddəni saxlanıldığı gün səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 0,33 qram olduğu müəyyən olunmuşdur. O, üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra isə həmin psixotrop maddə qablaşdırılaraq möhürlənmiş və üzəri imza edilmişdir. Sonra müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 da Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-68-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 22 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuş, 22 oktyabr 2025-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 01 may 2025-ci il tarixli "Təqsirləndirilən şəxs üzərinə əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə videogörüntüylə keçirilmiş baxışdan görünür ki, 01 may 2025-ci il tarixdə saat 17:51 dəqiqədə ünvan 1 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılır. Polis əməkdaşı özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 olduğunu bildirir və saxlanılan şəxsə özünü təqdim etməsini bildirir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra Şahid1 Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edir. Sonra digər polis əməkdaşları özlərini təqdim edirlər. Sonra Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunsuz olan əşyaları təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız paketi çıxarıb təqdim edir. Şahid1 kağız paketin içərisində olan 01 ədəd bükümdəki kütlələrin nə olduğunu soruşur. Təqsirləndirilən şəxs həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirir. Sonra Şahid1 Təqsirləndirilən şəxs üzərinin yoxlanılacağını bildirir və onun üzərini yoxlayır. Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya predmet aşkar olunmur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilir. Büküm 0.33 qram təşkil edir. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılır. Şahid1 sənədləşmə işlərinin aparılması üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gedəcəklərini bildirib çəkilişin dayandırılacağını bildirir. Cinayət işinin materiallarında olan 01 may 2025-ci il tarixli "baxış və götürmənin keçirilməsi" haqqında protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə videogörüntüyə keçirilmiş baxışdan görünür ki, 01 may 2025-ci il tarixdə saat 17:51 dəqiqədə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 12/19 nömrəli binanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilib üzərindən 01 ədəd bükümdə psixotrop maddə olan mtamfetamin aşkar edildikdən sona müvafiq sənədləşmə işləri aparılması üçün 3-cü PBnə gətirilmişdir. X11 özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında saxlanıldığını, üzərinə baxış keçirilərkən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlənin aşkar edilərək götürüldüyünü və hazırda həmin bükümün olduğu zərfə baxış keçiriləcəyini bildirir. Bundan sonra polis əməkdaşları və saxlanılan şəxs özünü təqdim edir. Sonra Sumqayıt şəhər regional vəkil bürosunun vəkili X1 özünü təqdim edir. Təqsirləndirilən şəxs vəkilə etiraz etmir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 üzərində müvafiq qeydlər aparılmış və DİN-nin möhürü ilə möhürlənmiş ağ rəngli kağız zərfi və 1 ədəd DVD disiki təqdim edir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təqdim edilmiş zərf təhqiqatçı tərəfindən açılaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə olan metamfetaminə baxış keçirildi. Təhqiqatçı zərfin içərisində olan kağız paketin içərisindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edir. Bundan sonra qeyd edilən büküm yenidən qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Müdafiəçi saxlanılarkən ona qarşı kobudluq olunub-olunmadığını aşkar olunmuş maddələrin ona məxsus olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs isə saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət olunmadığını və üzərindən aşkar olunmuş maddələrin ona məxsus olduğunu bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 2 may 2025-ci il tarixli 20/259 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN "Zərflər üçün №12"" möhür əksi. "Vəl. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm metamfetaminə bənzər maddə..." sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.270 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarına əlavə edilmiş 07 may 2025-ci il tarixli 2660 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARtN birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs 2-ci dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSİS- ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-ciı il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 67.1-ci maddəsinə əsasən 08 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 1 ay 9 gün vaxtından əvvəl cəzadan azad olunmuşdur. 11 oktyabr 2024-cü il tarixdə cəza müddəti bitmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini törədərkən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini təkrarən əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs oğunun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyən edilmiş daha ciddi cəza nöünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusioə təhlükəli resivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdən 03 may 2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu vaxtdan, yəni 21 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasənxüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının 07 may 2025-ci il tarixli, 2660 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunsa da onun 2-ci qrup müddətsiz əlil olmasını nəzərə alaraq barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,220 qram psixotrop maddə olan mtetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdən 03 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,220 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar