Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-509/2021 17.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, Xüsusi ittiham qaydasında şikayət verən İlahə Həsənlinin vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və onun müdafiəçi Salman Qasımlının iştirakları ilə, Xüsusi ittiham qaydasında verilmiş X2 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq Müəyyən Etdi: X6 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək X3 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclası növbəti dəfə 17 iyul 2021 -ci il tarixə təyin edilmişdir. Xüsusi ittihamçının vəkili, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs T.Abbasov və onun müdafiəçisi məhkəmə iclasına gəlmişdirlər. Xüsusi ittihamçının vəkili məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs, onun müdafiəçisi verilmiş şikayətin icraata qəbul olunmadan geri qaytarılmasını xahiş etdilər. Məhkəmə xüsusi ittiham qaydasında şikayətin geri qaytarılması barədə məhkəməyə ərizə verildiyini nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Sumqayıt şəhər məhkəməsinə təqdim etdiyi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-509/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-509/2021
17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver