Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-51/2021 04.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Binəqədi Rayon Məhkəməsinin 24.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib 04 il 08 ay 29 gün müddətinə azadlıqdan mhərumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, YAT-7Ada qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 31 may 2020-ci il tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ev 31, 6 saylı mənzilə giriş qapısının qıfılının silindrik mexanizminin üz hissəsini kəlbətinlə sındırdıqdan sonra vintaçanla qapını açıb mənzilə qanunsuz daxil olduqdan sonra mənzilin yataq otağındakı saxlanc yeri hesab edilən paltar dolabında saxlanılan içərisində həmin dövrə manatla məzənnəsi 122 (yüz iyirmi iki) manat təşkil edən 5000 (beş min) rus rublunu və 1700 (min yeddi yüz) manat nağd pulu, 150 (yüz əlli) manat dəyərində güzgülü dolabda saxlanılan gümüş metaldan hazırlanmış bir dəst sırğa, üzük, kulon dəstini, bir ədəd boyunbağını, bir cüt sırğanı, bir ədəd broş adlandırılan zinət əşyasını gizli talayıb, ümumilikdə Zərərçəkmiş şəxs2 1972 (bir min doqquz yüz yetmiş iki) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 iyun 2020-ci il tarixdə gecə 01:00 radələrində Zərərçəkmiş şəxs1 oğluna məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 71A, 6 nömrəli mənzilə giriş qapısının kilidini kəlbətinlə sındırmaqla qanunsuz daxil olaraq yataq otağında paltar dolabının üstündə olan 50 (əlli) manat dəyərində “Samsung” markalı telefonu və digər yataq otağında saxlanc yeri hesab olunan tumbanın siyirtməsində olan 245 (iki yüz qırx beş) manat nağd pulu gizli talayaraq, ümumilikdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 295 (iki yüz doxsan beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, kirayədə valideynləri ilə birlikdə yaşayır. 2011-ci ildə ailə həyatı qursa da, 2015-ci ildə boşanmışdır. Həmin nigahdan 2 övladı var və hazırda hər iki övladı keçmiş arvadı ilə Rusiya Federasiyasında yaşayırlar. Həmin nigahdan sonra yenidən ailə qurmuşdur. Bir neçə vaxt işsiz olmuş, heç bir yerdə iş tapa bilməmişdir. Bu səbəbdən çıxış yolunu oğurluq etməkdə görmüşdür. Əvvəllər oğurluq cinayəti üstündə məhkum olunmasa da, “Youtube” internet saytında mənzillərin giriş qapısının sındırılması üsulları ilə bağlı çoxsaylı videolar mövcuddur və o, həmin videolara mütəmadi olaraq baxıb və mənzilin giriş qapısının kilidini sındırmaq üsulunu öyrənmişdir. 31 may 2020-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisinə gəlmişdir. Həmin ərazidə yerləşən 31 saylı yaşayış binasının qarşısından keçərkən həmin binanın ikinci mərtəbəsində yerləşən mənzillərdən birinin işıqlarının yanmadığını görüb mənzildə heç kimin olmamasını başa düşmüşdür. Bundan sonra həmin mənzilin giriş qapısının qarşısına gəlib mənzildə heç kimin olmamasını dəqiqləşdirmək üçün bir neçə dəfə mənzilin qapısını döymüşdür. Qapı açılmadığından tam olaraq mənzildə heç kimin olmamasına əmin olub və bundan sonra üzərində götürdüyü kəlbətinlə mənzilin giriş qapısının qıfılının slindirik mexanizminin üz hissəsini sındırmışdır. Sonra isə vintaçanla qapını açıb içəri daxil olmuşdur. İlk qarşısına çıxan otağa daxil olub otağı axtarmağa başlamışdır. Həmin otaqdakı paltar dolabının içərisini axtardıqda paltarların arasında gizlədilmiş bir ədəd qadın pul kisəsi tapmışdır. Pul kisəsinin içərisini açıb baxdıqda pul kisəsinin içərisindən üç ədəd 200 manatlıq, dörd ədəd 100 manatlıq, üç ədəd 50 manatlıq, digərlərini isə xatırlamadığı pul əskinazlarından ibarət ümumilikdə 1200 manat, beş ədəd 1000 rubl əskinazlardan ibarət 5000 rus rublunun olduğunu müəyyən etmişdir. Digər güzgülü dolabın siyirtmə gözlüyünü açdıqda isə ordan bir neçə ədəd zinət əşyalarının olduğunu görüb bundan sonra mənzili tərk edib çıxıb getmişdir. Səhəri gün isə Sumqayıt şəhəri “Kolxoz” bazarı adlanan əraziyə gedib, əvvəllər tanımadığı, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə yaxınlaşıb rus rublunu azərbaycan manatına dəyişmişdir. Həmin pulun Azarbaycan manatına məzənnəsi 125 manat etmişdir. Daha sonra başqa bir tanımadığı şəxsə yaxınlaşıb zinət əşyalarını da 30 manata satmışdır. Bundan sonra 04 iyun 2020-ci il tarixdə oğurluq yolu ilə əldə etdiyi pulun üzərinə bir miqdarda pul qoyaraq ümumilikdə 1800 manat pulu götürüb Sumqayıt şəhəri ərazisində yerləşən “Onkoloji” xəstəxanaya gedərək həyat yoldaşının xəstəxana xərclərini ödəmişdir. Bundan başqa 22 iyun 2020-ci il tarixdə gecə saat 23 radələrində həbsdə olarkən tanış olduğu Sumqayıt şəhər sakini Rəşadla Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində gəzməyə başlamışdır. Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 71 a saylı binanın qarşısından keçəndə görmüşlər ki, 1-ci blokda 2-ci mərtəbədə yerləşən mənzildə işıq yanmır. Bir müddət gözləyəndən sonra işıqların yanmadığını görüb başa düşmüşlər ki, həmin mənzildə heç kim yoxdur. Bu səbəbdən gecə saat 01:00 radələrində həmin bloka daxil olub və 2-ci mərtəbəyə qalxıb 6 saylı mənzilə yaxınlaşmışlar. Mağazadan aldıqları kəlbətinlə Rəşad həmin evin giriş qapısının kilidini sındırıb və bundan sonra hər ikisi evə daxil olmuşdur. Mənzili axtarmağa başlayıb, lakin evdən heç nə tapmamışlar. Bundan sonra evdən çıxıb və ayrılmışlar. Sonradan bildiyinə görə Rəşad tanışı taksi fəaliyyəti ilə məşğul olan Cabirlə yaşadığı evə getmişdir. 25 iyun 2020-ci il tarixdə Rəşad səhər tezdən gətirib ona bir neçə qızıl-zinət əşyası verib və demişdir ki, həmin qızıl-zinət əşyalarını saxlasın, sonra gəlib onunla söhbət edəcək, başqa ona heç bir söz deməmişdir. Həmin qızılların oğurluq olmasını bilməmişdir. 27 iyun 2020-ci il tarixdə Sumqayıt ŞPİ-nə dəvət olunub və orada ilkin sorğu zamanı ondan Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində mənzillərdən oğurluq edib-etmədiyini soruşanda o, törətdiyi oğurluqlarları etiraf etmişdir. Həmçinin ona məlum olmuşdur ki, Rəşadın ona verdiyi qızıllar da oğurluqdur. Onu da bildirmişdir ki, Rəşad onunla birlikdə daxil olduğu mənzildən 01 ədəd “Samsung” markalı telefon və həmin otaqda tumbanın siyirtməsində olan 200 manat pul oğurlamış, lakin pul və telefon barəsində ona heç bir söz deməmişdir. Rəşadın ona verdiyi qızılları polis əməkdaşlarına təqdim etmişdir. Oğurluq edərkən onları görən olmamış, ondan və Rəşaddan başqa əlavə kimsə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 71a saylı binanın 6 saylı mənzilində törətdikləri oğurluqda iştirak etməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, ailə vəziyyəti ağırdır. Məhkəmədən göstərdiklərinin və ağır ailə vəziyyətinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 30.05.2020-ci il tarixdə saat 13:00 radələrində yaşadığı evdən çıxaraq qohumlarının yaşadığı evə qonaq getmişdir. Bir də yaşadığı evə 02.06.2020-ci il tarixdə saat 17:00 radələrində qayıtmışdır. Həmin vaxt yaşadığı mənzilin giriş qapısına yaxınlaşdıqda evin giriş qapısının qıfılının slindirik mexanizminin sındırıldığını və qapının açıq olduğunu görmüşdür. Bundan sonra mənzilə daxil olduqda yaşadığı mənzilin yataq otağında olan paltar dolabındakı paltarların arasında saxladığı içərisində 5000 rus rublu və 1700 manat pul əskinazları olan pul kisəsinin oğurlandığını müəyyən etmişdir. Daha sonra həmin otaqda olan güzgülü dolabın siyirtmə gözlüyündə saxladığı gümüş metaldan hazırlanmış, ailə üzvləri tərəfindən ona hədiyyə edilmiş qara rəngli qaşları olan bir dəst sırğa, üzük, klon dəstinin, bir ədəd boyunbağının, bir cüt paxlava formasında qaşsız sırğanın, bir ədəd ağ rəngli parlaq qaşları olan broş adlandırılan zinət əşyalarının oğurlandığını müəyyən etmişdir. Bundan sonra isə zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə muəlumat vermişdir. Daha sonra isə yaşadığı ərazi üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək cinayət hadisəsini törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xahiş etmişdir ki, ona məxsus mənzildən oğurluq cinayəti törətmiş şəxs və ya şəxsləri müəyyən edərək cinayət məsuliyyətinə cəlb edilməsini təmin edilməsini və ona dəymiş maddi ziyanın ödənilməsi üçün tədbirlər görülsün. Ona oğurluq hadisəsi nəticəsində təxminən 2000 manat maddi ziyan dəymişdir. O, yaşadığı evdə baş vermiş oğurluq hadisəsindən sonra evin digər giriş-çıxışlarında hər hansı sındırılma və ya zədələnmə izləri aşkar etməmişdir. Yaşadığı evdə gümüş metaldan hazırlanmış ailə üzvləri tərəfindən ona hədiyyə edilmiş qara rəngli qaşları olan bir dəst sırğa, üzük, klon dəsti, bir ədəd boyunbağı, bir cüt paxlava formasında qaşsız sırğa, bir ədəd ağ rəngli parlaq qaşları olan “broş” adlandırılan zinyət əşyaları oğurlanmış və həmin zinyət əşyalarının dəyəri təxmini hesablamalarına görə təxminən 150 manat təşkil etmişdir. Həmin zinət əşyaları müxtəlif vaxtlarda ailə üzvləri tərəfindən ona hədiyyə edilmişdir. Ona məxsus mənzildən oğurlanmış zinət əşyaların digər əlamətlərini və çəkisini xatırlamır. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayət, iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 07.07.2020-ci ildə istintaqa (cild-2, i.v.25) və 08.10.2020-ci il tarixdə məhkəməyə verdiyi ərizələrində göstərmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Akif oğlu ifadəsində göstərmişdir ki, 20 ildir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 71A, mənzil 6-da ailəsi birlikdə yaşayır. Yaşadığı müddətdə mənzilində heç vaxt oğurluq olmamışdır. Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq 19 iyun 2020-ci il tarixdə ailəsi birlikdə Tovuz rayonuna getmişdir. 23 iyun 2020-ci il tarixdə qapı qonşusu ona zəng edib demişdir ki, yaşadığı evin qapısı açıqdır, buna görə polisə zəng etmişdir. Daha sonra o polis əməkdaşları ilə görüntülü danışmağa başlamış, polislər artıq yaşadığı mənzildə olmuşlar. Polislərlə görüntülü danışarkən görmüşdür ki, mənzili dağınıq haldadır, polislər mənzildə oğurluq olduğunu bildirmişlər. Sonra polislər ona mənzili göstərmiş və polislər ona yataq otağında yerdə olan pul qabını açıb göstərmiş və onlara bildirmişdir ki, orada 245 manat pul olmuşdur, lakin pul qabı boş olmuşdur. Sonra polislər ona digər otaqları göstəmiş, digər otaqlar da dağınıq halda olmuşdur. O, qonşuluqda yaşayan qaynı İlhama da bu barədə məlumat vermiş və İlham da polislər mənzilə baxış keçirəndə orada olmuşdur. Bundan başqa digər yataq otağında şkafın üzərində 50 manat dəyərində “Samsung” markalı mobil telefon da yerində olmamışdır. Həmin mobil telefonun modelini, istehsal ilini və digər göstəricilərini bilməmişdir. Ciddi bir şey oğurlanmadığı üçün o, həmin gün Sumqayıt şəhərinə qayıtmamışdır. Yalnız 2020-ci ilin avqust ayında karantin rejimi bir qədər yumşalanda Sumqayıt şəhərinə, yaşadığı evə qayıtmış və bir daha evə baxış keçirəndə qeyd etdiyi əşyalardan başqa heç bir əşya oğurlanmamışdır. Oğurluq nəticəsində ona 295 (iki yüz doxsan beş) manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında Şahid2 göstərmişdir ki, X4 ilə birlikdə məhlə uşağı olduğu üçün uzun illərdir ki, tanıyır və dost münasibətləri olmuşdur. Tural adlı şəxsi təxminən 2 il olar ki, Rəşadın vasitəsi ilə tanımışdır. 25.06.2020-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, 45-ci məhəllə, ərazisində yerləşən TAC restoranında ofisiant işlədiyi üçün oraya təmizlik üçün getmişdir. Həmin vaxt Tural ona yaxınlaşaraq bir neçə qızıl zinət əşyalarını saxlamaq üçün ona vermişdir. Daha sonra isə öyrənmişdir ki, həmin qızıl zinət əşyaları Rəşad tərəfindən mənzildən oğurlanaraq götürülmüşdür. O, Tural və Rəşadın cinayətə meylli şəxslər olduğunu bilmiş, lakin onun Tural və Rəşadın işləri və ya etdikləri ilə heç bir əlaqəsi olmamışdır. Tural ona üzərində zümrüd qaşlı, qızıl üzük və sırğa dəsti, üzərində tək qaşlı qızıl üzük və sırğa dəsti, bir ədəd qızıl üzük və bir ədəd qızıl bilərzik vermişdir. Həmin qızıl zinyət əşyalarını Tural ona verdiyi şəkildə və tamlığı pozulmadan polis əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan 10 iyul 2020-ci il tarixli 1872 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(cild-2, i.v 33) İş materiallarında olan 15 iyul 2020-ci il tarixli 504 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 nömrəli şəhər poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda yoxdur.(cild-2, i.v 37) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(cild-2, i.v 40) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 07.08.2020-ci il tarixli tələbnaməsindən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24.07.2018-ci il tarixli hökmü ilə AR CM-nin 127.2.3, 221.3, 228.4-cü maddələri ilə CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 04 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 01.11.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 24.07.2018-ci il tarixli hökm dəyişdirilərək cəzası 03 il 02 ay 29 gün saxlanılmışdır.(cild-2, i.v 67-69, 71-78) İş materiallarında olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” 27 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2020-ci il tarixdə tutulmuşdur. (cild-1, i.v. 103-104) İş materiallarında Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-140/2020 saylı, 29 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, 27 sentyabr 2020-cı tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 27 iyun 2020-ci il tarixdən hesablanmışdır. (cild-1, i.v. 212-215) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-953/2019 saylı, 02.09.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 il 10 ay 01 gününü çəkməkdən ötrü X5 müəssisəsinə keçirilmişdir. 6 saylı X5 Müəssisəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs 23.09.2019cu ildə 6 saylı X5 Müəssisəsinə keçirilmiş, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyindən 03.07.2020-ci ildə 6 saylı X5 Müəssisəsinin qeydiyyatından çıxarılmışdır, cəzasının sonu 03.07.2021-ci ildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsindən görünür ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Ona görə də, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyindən Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməli cinayətlərin residivi kimi qiymətləndirilir. Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən X2 haqqında axtarış elan olunaraq onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. 04 may 2021-ci il tarixədək X2 axtarışı ilə bağlı tədbirlər nəticə vermədiyindən və digər təqsirləndirilən şəxs həbsdə olduğundan Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü, X2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(060)-51/2021 saylı cinayət işindən X2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair materiallar ayrı icraata ayrılmış və Sumqayıt Şəhər Məhkəməsinin 17.11.2020-ci il tarixli qərarına əsasən X2 barəsində “həbs” qətimkan tədbiri seçilməklə haqqında axtarış elan olunması nəzərə alınaraq X4 barəsində olan cinayət işi (ayrı icrraata ayrılan iş) üzrə icraat X4 tapılanadək dayandırılmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi cinayət əməlinə görə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivini onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödəməsi, əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə edilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 27 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdəki məlumatlara əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3, 228.4-cü maddələri ilə CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 04 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01.11.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 03 il 02 ay 29 gün saxlanılmışdır. Təqsirləndirilən şəxs 27 iyun 2020-ci il tarixədək cəza çəkmişdir. Çəkilməmiş cəzası 01 il 06 gündür. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin edilən cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin edilən cəza Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24.07.2018-ci il tarixli hökmü ilə (Bakı Apellyasiya Məhkəməsinin 01.11.2018-ci il tarixli qərarı ilə dəyişdirilmiş) təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 06 (altı) gün azadlıqdan məhrumetmə cəzası ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə qəti cəza təyin edilsin. Cəzanın əvvəli 27 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-51/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-51/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver