Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-51/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Əliyev prospekti, 5-ci məhəllə, 13/34 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə verilən ittihamda qeyd olunur ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamış və qanunsuz olaraq narkotik vasitə satmışdır. Belə ki o, 24 may 2021-ci il tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən 5-ci məhəllədə istintaqa məlum olmayan mənbədən təmiz çəkisi 11,145 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edərək satış məqsədi ilə üzərində saxlayaraq daşımış, 25 may 2021-ci il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən 5-ci məhəllədə tanışı Şahid1 1(bir) əddəd kibrit qutusunda, təmiz çəkisi 4,927 qram qurudulmuş marixuananı 80 manata satmış, sonuncu həmin gün, saat 21:50 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən 5-ci məhəllədə saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən ondan aldığı 1(bir) əddəd kibrit qutusunda, təmiz çəkisi 4,927 qram qurudulmuş marixuana Şahid1 əynindəki şalvarının sol yan cibindən aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq özü də eyni tarixdə, saat 23:20 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən 5-ci məhəllədə saxlanılıb polis idarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçəsinin sol iç cibindən 1(bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 4,558 qram və 5(beş) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,372 qram, 0,294 qram, 0,325 qram, 0,319 qram, 0,350 qram, ümumi təmiz çəkisi 6,218 qram narkotik vasitə qurusulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 may 201-ci il tarixdə, saat təxminən 15:00-16:00 radələrində polis əməkdaşları onu yaşadığı evin pilləkan meydançasında saxlamış, onun vəkili ona təqdim olunana qədər onu döymüşlər. O polis əməkdaşlarından onu hansı səbəbdən saxladıqlarını soruşduqda polis əməkdaşları onu narkotik vasitələrin satışı ilə bağlı saxladıqlarını bildirmişdir. O isə polis əməkdaşlarına narkotik vasitələrin istifadəçisi olduğunu, lakin satışı ilə məşğul olmadığını bildirmişdir. Lakin, polis əməkdaşları onun üzərindən kibrit qutusu çıxararaq içərisində olan marixuananın ona məxsus olduğunu bildirmişlər, o isə polis əməkdaşlarına həmin marixuananın ona məxsus olmadığını bildirmişdir. Polis əməkdaşlarına onun adını tanışı Azər adlı şəxs bildirmiş, hansı səbəbdən onun adını çəkilməsindən xəbəri yoxdur. Həmin gün Azər adlı tanışı ilə birlikdə marixuana çəkmişlər, lakin onun tərəfindən Azərə narkotik vasitə verilməmişdir. Hesab edir ki, polis əməkdaşları Azərə təzyiq göstərəndən sonra, Azər üzərində olan narkotik vasitənin ondan adlırdığını bildirmişir. Polis əməkdaşları ona əlavə olaraq da bildirmişlər ki, çəkiliş zamanı narkotik vasitələrin ona məxsus olmasını desin və onu hədələmişlər. Polislər çəkilişdən əvvəl ona üst-başını düzlətməsini və vəkilinin gəldiyini bildirmişlər. O vəkilinin iştirakı olmadan dindirilmişdir. Onun üzərindən tutulan zaman narkotik maddə olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsindən görünür ki, özünü təqsirli bilməyərək göstərmişdir ki, təxminən 5 il olar ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 24 may 2021-ci il tarixdə, saat 16 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospekti, 5-ci məhəllədə piyada evinə gedərkən qarajların arasında, yerdə sellofan bağlama görmüş və yerdən götürüb açaraq içərisində 1 ədəd kibrit qutusunda və 5 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Sellofanı büküb cibinə qoyaraq üzərində saxlamışdır ki, istifadə edər. Həmin gün 5 ədəd kağız bükümdən bir bükümünü çəkməklə istifadə etmişdir. Bundan sonra, həmin gün, saat 23:20 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospekti, 5ci məhəllədə piyada olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Sumqayıt polis idarəsinə aparmışlar. Başa düşmüşdür ki, üzərində narkotik vasitə qurudulmuş marixuana olmasından onların məlumatları vardır. Polis idarəsində olan xidməti otaqda dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa təqdim etsin, o da əynindəki parça gödəkçənin sol iç cibindən 1 əddəd kibrit qutusunda və 5 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanı təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin bitki kütlələrinə baxış keçirilmişdir. Sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxt polis əməkdaşı tərəfindən onunla aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş bitki kütlələri narkotik vasitə qurudulmuş marixuanadır, ona məxsusdur, 24 may 2021-ci il tarixdə qarajların yanından tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra müvafiq sənədləşdirilmə aparılmış, o da həmin sənədlərə imza etmişdir. Qurudulmuş marixuananı üzərində qəbul etməkdən ötrü saxlamış, bükümlərə bölünmüş vəziyyətdə tapmış, özü bükümlərə bölməmiş, heç kimə də narkotik vasitə satmamışdır. Şahid1 tanısa da ona narkotik vasitə satmamışdır. Ümumiyyətlə, o, heç vaxt narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs son sözündə barəsində bəraət hökmünün çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Sumqayıt şəhər Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinə kiçik inspektor vəzifəsində işləyir. Sumqayıt şəhər sakinləri Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla ədavət və ya düşmənçiliyi yoxdur. 25 may 2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinə etibarlı və qərəzsiz mənbədən 35-40 yaşlarında, Azər adlı Sumqayıt şəhər sakininin qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Şəxsiyyəti müəyyənləşdirilmiş Şahid1 cinayət əməllərinin ifşa edilərək onun cinayət başında yaxalanması məqsədi ilə Sumqayıt şəhər Polis İdarəsi rəisinin müvafiq əmrinə əsasən Sumqayıt ŞPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X17, Sumqayıt ŞPİ-nin KTB-nin kriminalisti, polis mayoru X4, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 oğlunun və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə əməliyyat qrupunun üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində piyada hərəkət etməsi müəyyən edilərək sonuncunun piyada hərəkət etdiyi küçə və ətraf ərazilər müşahidəyə götürülmüşdür. 25 may 2021-ci il tarixdə təxminən saat 21:50 radələrində Şahid1 küçə ilə piyada hərəkət etməsini gördükdə ona yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra Şahid1 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Şahid1 isə üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Şahid1 müvafiq araşdırma aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Sumqayıt ŞPİ-ə gəldikdən sonra Azər İbrahimva vəkil təqdim edilmişdir. Şahid1 şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra vəkilin və digər polis əməkdaşlarının iştirakı ilə “Panasonic” markalı videokamera çəkiliş altında üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. X20 tərəfindən Şahid1 üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, əgər bu kimi əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibində saxlamış olduğu 1 ədəd kibrit qutusunu təqdim edərək açmış, həmin kibrit qutusunun içərisinə baxarkən kibrit qutusunda spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütələsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Şahid1 bildirmişdir ki, ondan aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuananı 25.05.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri ərazisində tanıdığı Şahin adlı şəxsdən 80 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Şahid1 üzərindən aşkar olunmuş spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin kibrit qutusu ilə birlikdə çəkisinin 6,81 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bitki kütləsi eskpertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Şahid1 qeyd etdiyi Şahin adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə 25 may 2021-ci tarixdə zəruri əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Şahid1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı 25 may 2021-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri 5-ci məhəllə, 13/34 saylı yaşayış binasının zirzəmisində məskunlaşan tanışı Təqsirləndirilən şəxs 80 manata almışdır. Təqsirləndirilən şəxs isə Sumqayıt ŞPİ-nin CAŞnin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək 25.05.2021-ci il tarixdə Sumqayıt şəhəri ərzaisində saxlanılıb Sumqayıt ŞPİ-yə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Məmiyev Bəhruz Eyvaz oğlu da Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Sumqayıt şəhər sakinləri Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla ədavət və ya düşmənçiliyi yoxdur. 25 may 2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinə etibarlı və qərəzsiz mənbədən Sumqayıt şəhər 5-ci məhəllə, 13/14 sayl yaşayış binasının zirzəmisində məskunlaşmaqla yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilərək onun cinayət başında yaxalanması məqsədi ilə onun da iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə əməliyyat qrupunun üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində gecə saatlarında küçə ilə piyada hərəkət etməsini gördükdə ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan saxlanıldığını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmular. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Təqsirləndirilən şəxs müvafiq araşdırma aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istədiyindən sonuncu dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid5, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və onun iştirakı ilə Sumqayıt ŞPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X26 tərəfindən şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməsinə başlanılmazdan öncə Sumqayıt ŞPİ-nin KTB-nin kriminalisti, polis mayoru X13 tərəfindən “Panasonic” markalı videokamera işə salınaraq istintaq hərəkəti videoçəkilişə qeydə alınmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş veriliş və müdafiəçisi kimi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 təqdim edilmiş, şəxsi axtarış keçirilicəyi bildiririlərək ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuşdur, əgər bu kimi əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan parça gödəkçənin sol iç tərəf cibində saxlamış olduğu 1 ədəd kibrit qutusunu, 5 ədəd ağ rəngli kağız bükümləri təqdim etmişdir. Təqdim edilmiş kibrit qutusu və bükümlər təhqiqatçı tərəfindən açılmış, içərisinə baxarkən onların içərisində spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan qurudulmuş bitki kütləsi nəşədir, aşkar olunmuş nəşəni 24.05.2021-ci il tarixdə qarajlar adlanan ərazidə tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin kibrit qutusu ilə birlikdə çəkisinin 6,32 qram, bükümlər halında olan bitki kütlələrinin ağ rəngli kağız ilə birlikdə ayrı-ayrılıqda çəkilərinin 0,49 qram, 0,57 qram, 0,51 qram, 0,51 qram, 0,52 qram, ümumi çəksinin isə 8,91 qram olması müəyyən edilmiş və aşkar olunmuş həmin bitki kütləsi eskpertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung A40” markalı mobil telefon aşkar edilərək edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatında onun narkotik vasitələrin satışı ilə məşğul olması qeyd olunmuşdur. Bu istiqamətdə, yəni onun narkotik vasitə satdığı şəxslərin müəyyən olunması istiqamətində keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, o, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini 25 may 2021-ci il tarixdə saat 15 radələrində 80 manata tanışı Şahid1 satmış, Şahid1 isə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək 25.05.2021-ci il tarixdə Sumqayıt şəhəri ərzaisində saxlanılıb Sumqayıt ŞPİ-yə gətirilmiş və həmin narkotik vasitə qurudulmuş mariuxuana onun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid5 ifadəsindən görünür ki, o da Şahid4 ilə oxşar məzmunlu ifadə verərək, onun qeyd etdiyi xüsusatları qeyd etmişdir. Məhkəmə iclası zamanı proses iştirakçılarıın razılığı ilə ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmiş Sumqayıt ŞPİ-nin KTB-nin kriminalisti, polis mayoru X13 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhər sakinləri Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla ədavət və ya düşmənçiliyi yoxdur. 25 may 2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinə etibarlı və qərəzsiz mənbədən 35-40 yaşlarında, Azər adlı Sumqayıt şəhər sakininin qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş həmin əməliyyat məlumatının yoxlanılması məqsədi ilə keçirilmiş ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində Azər adlı şəxsin Suqmayıt şəhəri, 41-ci məhəllə, ev 1A, mənzil 14 ünvanında qeydiyyatda olan və ünvan 3yan xx.xx.1985-ci il təvəllüdlü Şahid1 olması müəyyən edilmişdir. Şahid1 cinayət əməllərinin ifşa edilərək onun cinayət başında yaxalanması məqsədi ilə Sumqayıt şəhər Polis İdarəsi rəisinin müvafiq əmrinə əsasən Sumqayıt ŞPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X17, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə əməliyyat qrupunun üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində piyada hərəkət etməsi müəyyən edilərək sonuncunun piyada hərəkət etdiyi küçə və ətraf ərazilər müşahidəyə götürülmüşdür. 25 may 2021-ci il tarixdə təxminən saat 21:50 radələrində Şahid1 küçə ilə piyada hərəkət etməsini gördükdə ona yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra Şahid1 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Şahid1 isə üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Şahid1 müvafiq araşdırma aparılması məqsədi ilə Sumqayıt ŞPİnə dəvət etmişlər. Şahid1 da onlara etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Sumqayıt ŞPİ-ə gəldikdən sonra Azər İbrahim ona təqdim olunmuş vəkillərin siyahısından Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 onun hüquqlarını müdafiə etməsini istədiyindən sonuncu dəvət edilərək Azər İbarhimova təqdim edilmişdir. Şahid1 şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3, Sumqayıt ŞPİnin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 və onun iştirakı ilə Sumqayıt ŞPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X26 tərəfindən şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməsinə başlanılmazdan öncə onun tərəfindən “Panasonic” markalı videokamera işə salınaraq istintaq hərəkəti videoçəkilişə alınmışdır. Bundan sonra Şahid1 hüquq və vəzifələri barədə bildiriş verilmiş və müdafiəçisi kimi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X14 təqdim edilmişdir. Daha sonra isə X20 tərəfindən Şahid1 üzərində videoçəkiliş vasitəsilə ilə şəxsi axtarış keçirilicəyi bildiririlərək ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, əgər bu kimi əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibində saxlamış olduğu 1 ədəd kibrit qutusunu təqdim edərək açmış, həmin kibrit qutusunun içərisinə baxarkən kibrit qutusunda spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütələsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Şahid1 bildirmişdir ki, ondan aşkar olunan qurudulmuş, spesifik iyə malik yaşıl rəngli bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuanadır, aşkar olunmuş həmin qurudulmuş marixuananı 25.05.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri ərazisində tanıdığı Şahin adlı şəxsdən 80 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Şahid1 üzərindən aşkar olunmuş spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin kibrit qutusu ilə birlikdə çəkisinin 6,81 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bitki kütləsi eskpertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Şahid1 üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncudan 22 manat pul, 1 ədəd “Kent” markalı siqaret qutusu, 1 ədəd alışqan və 1 ədəd “İphone 5” markalı mobil telefon aşkar edilmişdir. Şahid1 akar edilmiş 22 manat pul, 1 ədəd “Kent” markalı siqaret qutusu və 1 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, 1 ədəd “İphone 5” markalı mobil telefon isə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, 25 may 2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin Cinayət- Axtarış şöbəsinə etibarlı və qərəzsiz mənbədən Sumqayıt şəhər 5-ci məhəllə, 13/14 sayl yaşayış binasının zirzəmisində məskunlaşmaqla yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilərək onun cinayət başında yaxalanması məqsədi ilə Sumqayıt şəhər Polis İdarəsi rəisinin müvafiq əmrinə əsasən Sumqayıt ŞPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X17, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4, Sumqayıt ŞPİnin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid5 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə əməliyyat qrupunun üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində piyada hərəkət etməsi müəyyən edilərək sonuncunun piyada hərəkət etdiyi küçə və ətraf ərazilər müşahidəyə götürülmüşdür. 25 may 2021-ci il tarixdə təxminən saat 23:20-də Təqsirləndirilən şəxs küçə ilə piyada hərəkət etməsini gördükdə ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan saxlanıldığını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmular. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Təqsirləndirilən şəxs müvafiq araşdırma aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlara etiraz etməyərək birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Sumqayıt ŞPİ-ə gəldikdən sonra Təqsirləndirilən şəxs ona təqdim olunmuş vəkillərin siyahısından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istədiyindən sonuncu dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid5, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid4, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və onun iştirakı ilə Sumqayıt ŞPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X26 tərəfindən şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməsinə başlanılmazdan öncə onun tərəfindən “Panasonic” markalı videokamera işə salınaraq istintaq hərəkəti videoçəkilişə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş veriliş və müdafiəçisi kimi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 təqdim edilmişdir. Daha sonra isə X20 tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə ilə şəxsi axtarış keçirilicəyi bildiririlərək ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuşdur, əgər bu kimi əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan parça gödəkçənin sol iç tərəf cibində saxlamış olduğu 1 ədəd kibrit qutusunu, 5 ədəd ağ rəngli kağız bükümləri təqdim etmişdir. Təqdim edilmiş kibrit qutusu və bükümlər təhqiqatçı tərəfindən açılmış, içərisinə baxarkən onların içərisində spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan qurudulmuş bitki kütləsi nəşədir, aşkar olunmuş nəşəni 24.05.2021-ci il tarixdə qarajlar adlanan ərazidə tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin kibrit qutusu ilə birlikdə çəkisinin 6,32 qram, bükümlər halında olan bitki kütlələrinin ağ rəngli kağız ilə birlikdə ayrı-ayrılıqda çəkilərinin 0,49 qram, 0,57 qram, 0,51 qram, 0,51 qram, 0,52 qram, ümumi çəksinin isə 8,91 qram olması müəyyən edilmiş və aşkar olunmuş həmin bitki kütləsi eskpertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung A40” markalı mobil telefon aşkar edilərək edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ibtidai istinataq dövründə verdiyi ifadəsini müdafiə etmir. Belə ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Hadisə baş verməzdən əvvəl polis əməkdaşları onu narkotik vasitələrin istifadəsi ilə bağlı saxlamışdır. O narkotik vasitələri hərdən tanışı Təqsirləndirilən şəxs ilə birlikdə istifadə etdiyi üçün Təqsirləndirilən şəxs onun barəsində polis əməkdaşlarına xəbər verdiyini düşünmüş, bu səbəbdən də polis əməkdaşlarına əsassız olaraq öz üzərindən aşkar olunmuş narkotik vasitələri Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Lakin bu əssassız məlumat olmuşdur, belə ki o qəsdən belə ifadə verərək özünü müdafiə etməyə, eyni zamanda həmin gün Şahinlə birlikdə marixuana çəkdikləri üçün Şahin tərəfindən polislərə məlumat verildiyini düşünüb ondan qisas almaq məqsədi ilə aşkar edilmiş marixunanın Şahindən 80 manat aldığını bildirmişdir. Halbu ki, 5 qram çəkisi olmayan marixuannanın qiyməti heç cür 80 manat ola bilməz, həmin qiyməti təsirli olsun deyə bildirmiş, tamamilə uydurma qiymət və məlumatdır. Həmçinin ibtidai istintaq dövründə aparılmış üzıəşmədə verdiyi məlumatın yalan olduğunu bildirməsinə baxmayaraq, sonradan polis əməkdaşları ona təzyiq göstərmiş və məcbur olub təklikdə güya Şahindən marixuana aldığını növbəti dəfə aldığını bildirmişdir. Əməlindən peşmandır ilkin olaraq yalandan verdiyi məlumatdan imtina edir. Onda aşkar edilmiş marixuananı Xudat rayonundan bir neçə gün əvvəl toyda olarkən tanımadığı şəxsdən almışdır. Şahinin üzərində narkotik olduğundan xəbəri olmamışdır. Nə o, nə də ki Şahin bir birlərinə narkotik maddə verməmişdir. Məhkəmə iclasında şahid qismində cəlb edilərək dindirilmiş X10 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Şahinlə ailəvi tanışdırlar. Zavodda işlədiyindən saat 8-dən 4-ə qədər işdə olur.O, hadisə baş verən tarixdə çayxanaya getmək üçün evini tərk etmək istəmiş, bu zaman 3-4 nəfər şəxsin Şahinin qoluna girərək onu yaşadığı evin pilləkan meydançasından apardığını görmüşdür. Hadisənin saat təxminən 15:00-16:00 radələrində baş vermişdir. Onların yaşadıqları evin pəncərəsi Şahingilin yaşadığı binaya baxdığından o hadisəni görmüşdür. O, Şahinin narkotik vasitələrdən istifadə etdiyini bilməmişdir. Şahini aparan 3-4 nəfər şəxs mülki geyimdə olmuşdur. Məhkəmə iclasında şahid qismində cəlb edilərək dindirilmiş X11 ifadəsində bildirmişdir ki, 1988-ci il tarixdən Sumqayıt şəhərində yaşayır və Şahinlə uşaqlıqdan tanışdırlar. O, Şahinin pis vərdişlərinin olub-olmaması barədə xəbərdar olmamışdır. Hadisə baş verən gün, saat təxminən 15:00-16:00 radələrində o pəncərədən baxdıqda 3-4 nəfər şəxsin Şahinin qoluna girərək onu yaşadığı evin pilləkan meydançasından apardığını görmüşdür. Şahinin qoluna girmiş olan şəxslər mülki geyim də olmuşlar, binanın həyətində də polis maşınları olmamışdır. Həmçinin bildirdi ki, Qəzənfər Şirinovu da tanıyır, lakin hadisə günü onunla görüşməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 24.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən ittihamda göstərilən narkotik vasitənin aşkarlandığı qeydə alınmış video görüntülərdə də şahid ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.05.2021-ci il tarixli 7/489 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd kibrit qutuda təmiz çəkisi 4,558 qram və beş ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,372 qram, 0,294 qram, 0,325 qram, 0,319 qram, 0,350 qram, ümumi təmiz çəkisi bitki məşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.(marixuananın ümumi təmiz çəkisi-6,218 qram, tədqiqata sərf edildi-0,12 qram,(hər obyektdən 0.02 qram) qalıq-6,098 qram). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.05.2022-ci il tarixli 7/488 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, təhqiqata təqdim edilmiş kibrit qutusunda təmiz çəkisi 4,927 qram bitki məşəli maddə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixunadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28.07.2021-ci il tarixli 7/677 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs üzərlərindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 12.06.2021-ci il tarixli, 1871 saylı nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi prepatarlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15.06.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Ağdam Qarnizon Hərbi Məhkəməsinin 27.03.2000-ci il tarixli hömkü ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar bitənədək təxirə salınmışdır. Təqsirləndirilən şəxs A.C.D.İ.Ü. AR Hərbi Məhkəməsinin 16.01.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1, 70.3, 67-ci maddələri ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti ilə 07 ilmüddətinə azadlıqdan məhrum edilmişdir. 08.09.2006-cı il tarixdə Xaçmaz rayon Məhkəməsinin qərarı ilə 03 ay 17 gün müddətinə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs Yasaamal rayon Məhkəməsinin 1.08.2009cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145.2.4, 178.2.1, 29, 178.2.4, 310 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 25.12.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2405 saylı, 07.07.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 1 saylı MKS tərəfindən verilmiş 2751 saylı, 08.07.2021-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi, həyat yoldaşı 1979-cu il təvəllüdlü X1, oğlu 24.06.2005-ci il təvəllüdlü X31 oğlundan və qızı 08.05.2008-ci il təvəllüdlü X3 ibarətdir. Cinayət işi materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ 2 Nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəindən verilmiş 07.07.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 2 nömröəli ASM-nin psixiatrik kabinetinə müraciət etməmişdir və ambulator kartası yoxdur. İş materillarında olan Sumayıt şəhər 1 Saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24.06.2005-ci il təvəllüdlü X31 oğlunun atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadıtnamənin surətindən görünür ki, 08.05.2008-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X8 arasında bağlanmış nikah 2004-cü ilin avqust ayının 22-si günündə 874 № ilə qeydiyyata alınmışdır. Cinayət işi materiallarından görünür ki, 26 may 2021-ci il tarixli qərarla cinayət işi Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X9 icraatına qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir. Cinayət işi materiallarında olan “şübhəli şəxsin tutulması” haqqında 26.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixdə, saat 23:20-də Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X26 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 26.05.2021-ci il tarixli “şəxsi axtarışın keçirilməsi” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan parça gödəkçənin sol iç tərəf cibində saxlamış olduğu 1 ədəd kibrit qutusunu, 5 ədəd ağ rəngli kağız büküməri təqdim etmişdir. Təqdim edilmiş kibrit qutusu və bükümlər açılmış, içərisinə baxılarkən içərilərində spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunmuş bitki kütləsinin “nəşə” olduğunu, həmin “nəşə”-ni 24.05.2021-ci il tarixdə qarajlar adlanan ərazidə tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işi materiallarında olan “şübhəli şəxsin tutulması” haqqında 25.05.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 25 may 2021-ci il tarixdə, saat 21:50-də Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X26 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 25.05.2021-ci il tarixli “şəxsi axtarışın keçirilməsi” barədə protokoldan görünür ki, Şahid1 özü əynində olan tün d göy rəngli idman şalvarının sol yan cibində saxlamış olduğu 1 ədəd kibrit qutusunu təqdim edərək açmış, kibrit qutusunun içərisinə baxılarkən içərilərində spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Şahid1 ondan aşkar olunmuş maddənin “qurudulmuş marixuana” olduğunu, aşkar olunmuş həmin “qurudulmuş marixuana”-nı 25.05.2021-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri ərazisində tanıdığı Şahin adlı şəxsdən 80 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işi materiallarında olan 26.05.2021-ci il tarixli “cinayət təqibinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Şahid1 üzərindən narkotik vasitə aşkar olunması faktı ilə bağlı toplanmış 25.05.2021-ci il tarixli, HK-334 saylı araşdırma materialı ********* nömrəli cinayət işinə biriləşdirilmiş və araşdırılması davam etdirilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulmadan azad edilməsi” haqqında 26.05.2022-ci il tarixli qərardan görünür ki, Şahid1 aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın çəkisi onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən miqdardan az miqdarda olduğundan sonuncu 26 may 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov tərəfindən tutulmadan azad edilmişdir və onun şübhəli şəxs qismində statusuna xitam verilmişdir. Cinayət işi materiallarında olan 25 may 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD-R” formatlı diskdən görünür ki, 25 may 2021-ci il tarixdə saat 22:24-də Sumqayıt ŞP-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Sumqayıt ŞPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X26 tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməsinə başlanılmazdan öncə Sumqayıt ŞPİ-nin KTB-nin kriminalisti, polis mayoru X13 tərəfindən “Panasonic” markalı videokamera işə salınaraq istintaq hərəkəti videoçəkilişə alınmışdır. Bundan sonra Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X26 tərəfindən Şahid1 hüquq və vəzifələri barədə bildiriş verilmiş və müdafiəçisi kimi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X14 ona təqdim edilmişdir. Daha sonra isə Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X26 tərəfindən Zaur Fərəcov tərəfindən Şahid1 üzərində videoçəkiliş vasitəsilə ilə şəxsi axtarış keçirilicəyi bildiririlərək ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, əgər bu kimi əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibində saxlamış olduğu 1 ədəd kibrit qutusunu təqdim edərək açmış, həmin kibrit qutusunun içərisinə baxarkən kibrit qutusunda spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütələsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Şahid1 bildirmişdir ki, ondan aşkar olunan qurudulmuş, spesifik iyə malik yaşıl rəngli bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuanadır, aşkar olunmuş həmin qurudulmuş marixuananı 25.05.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri ərazisində tanıdığı Şahin adlı şəxsdən 80 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Şahid1 üzərindən aşkar olunmuş spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin kibrit qutusu ilə birlikdə çəkisinin 6,81 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bitki kütləsi eskpertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Şahid1 üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncudan 22 manat pul, 1 ədəd “Kent” markalı siqaret qutusu, 1 ədəd alışqan və 1 ədəd “İphone 5” markalı mobil telefon aşkar edilmişdir. Şahid1 akar edilmiş 22 manat pul, 1 ədəd “Kent” markalı siqaret qutusu və1 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, 1 ədəd “İphone 5” markalı mobil telefon isə qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarında olan 26 may 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi keçirilməsi haqqında protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD-R” formatlı diskdən görünür ki, 25 may 2021-ci il tarixdə saat 23:52-də Sumqayıt ŞP-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid4, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid5 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt ŞPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X26 tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməsinə başlanılmazdan öncə Sumqayıt ŞPİ-nin KTBnin kriminalisti, polis mayoru X13 tərəfindən “Panasonic” markalı videokamera işə salınaraq istintaq hərəkəti videoçəkilişə alınmışdır. Bundan sonra Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X26 tərəfindən X15 hüquq və vəzifələri barədə bildiriş verilmiş və müdafiəçisi kimi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 təqdim edilmişdir. Daha sonra isə X20 tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə ilə şəxsi axtarış keçirilicəyi bildiririlərək ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmüş, əgər bu kimi əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan parça gödəkçənin sol iç tərəf cibində saxlamış olduğu 1 ədəd kibrit qutusunu, 5 ədəd ağ rəngli kağız bükümləri təqdim etmişdir. Təqdim edilmiş kibrit qutusu və bükümlər təhqiqatçı tərəfindən açılmış, içərisinə baxarkən onların içərisində spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan qurudulmuş bitki kütləsi nəşədir, aşkar olunmuş nəşəni 24.05.2021-ci il tarixdə qarajlar adlanan ərazidə tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin kibrit qutusu ilə birlikdə çəkisinin 6,32 qram, bükümlər halında olan bitki kütlələrinin ağ rəngli kağız ilə birlikdə ayrıayrılıqda çəkilərinin 0,49 qram, 0,57 qram, 0,51 qram, 0,51 qram, 0,52 qram, ümumi çəsinin isə 8,91 qram olması müəyyən edilmiş və aşkar olunmuş həmin bitki kütləsi eskpertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung A40” markalı mobil telefon aşkar edilərək edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işi materiallarında olan 27 may 2021-ci il tarixli “törədilməsi müəyyən edilən cinayət əməlinin hüquqi tövsifi haqqına” qərardan görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X18 tərəfindən ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 may 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X18 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli ədliyyə müşaviri Müqəddəs Sultanova vəsatətlə müraciət etmişdir. Cinayət işi materiallarında olan, Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli qərarla Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X18 tərəfindən verilən 27.05.2021-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işi materiallarında olan 27 may 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan 03 iyun 2022-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərarla Şahid1 Qorxaz oğlunun üzərindən aşkar edilərək götürülmüş 4,927 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla qalıq çəkisi 4,907 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılmasından ötrü Sumqayıt şəhər Pİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. Cinayət işi materiallarında olan 03 iyun 2022-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6,218 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla qalıq çəkisi 6,098 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılmasından ötrü Sumqayıt şəhər Pİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. Cinayət işi materiallarında olan 15.07.2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ondan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs alması ilə bağlı ifadəsində göstərdiklərini üzləşdirmə zamanı sonuncunun üzünə qarşı deməkdən yayınmış və narkotik vasitəni ondan almadığını bildirmişdir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Elviz Salayev tərəfindən qəbul edilmiş 30 noyabr 2021-ci il tarixli və 06 may 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı müraciət əsasında toplanmış 633C-21№-li yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd qutunun bükümün 05 bükümdə olmasından başqa onun aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız şahid ifadələrinə istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəsini əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmiş, məhkəmə iclasında isə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təkzib etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq dövründə ilkin verdiyi ifadəsindən imtina etmiş, narkotik vasitəni Təqsirləndirilən şəxs almadığını bildirmişdir. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş üzləşdirmə protokolundan da görünür ki, Şahid1 ondan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs alması ilə bağlı ifadəsində göstərdiklərini üzləşdirmə zamanı sonuncunun üzünə qarşı deməmiş və narkotik vasitəni ondan almadığını bildirmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları əvvəllər də Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmasına dair məlumatın olduduğunu və bu barədə rəsmi qaydada raportla rəhbəriliyinə məruzə olunduğunu bildirsələr də, məhkəmə sorğusu ilə dəfələrlə Sumqayıt şəhər Polis İdarəsinə müraciət olunmasına baxmayaraq məlumatın doğruluğun təsdiq edən hər hansı sənəd verilməmiş, eyni zamanda Şahid1 üzərində aşkar edilmiş narkotik vasitəyə görə barəsində inzibati protokol tərtib edilərək məhkəmə göndərilibgöndərilməməsi dair sorğu cavabsız qalmış, lakin elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Şahid1 dair məlumat yoxlanılmış və inzibati xətaya dair materialın Sumqayıt şəhər məhkəməsinə daxil olmadığı müəyyənləşdirilmişdir. Bununla belə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28.07.2021-ci il tarixli 7/677 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs üzərlərindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsdan aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədi ilə onun tərəfindən 05 ədəd ayrı-ayrı bükümlərə yerləşdirilməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yol verilməzdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 144-cü madəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, həmin gün Şahid1la birlikdə marixuana çəkmələri onun narkotik maddələrin istifadəçisi olmasını bir daha möhkəmləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 5 bükümdə olan narkotik vasitə marixuananın ümumi çəkisinin 6,218 qram olması da nəzərə alınmalıdır. Bu hissəyə məhkəmə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə olan marixuana verməsi və ya satması təsdiqni tapmasa da, onların eyni mənbədən narkotik aldıqları ekspert rəyi ilə sübuta yetirlir. Təqsirləndirilən şəxs məhkəmədə onun üzərində narkotik vasitənin olmaması və ittihamda göstərilən vaxtda deyil başqa vaxtda tutulması dair ifadəsi özünü müdafiə kimi qiymətləndirilir. Belə ki, məhz Şahid1 tutulanda Təqsirləndirilən şəxs adını vermiş və onda sonra əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmışdır. İş materiallarından görünür ki, Şahid1 25.05.2021-ci il tarixdə saat 21:50-də Sumqayıt şəhəri 5-ci məhəllənin yaxınlığında saxlanmışdır. Bundan başqa müdafiə tərəfinin məhkəmə təqdim etdiyi whatsapp yazışmasında anasının 20:30 radələrində Təqsirləndirilən şəxs qonşuların deməsinə görə onu mülki şəxslər saxlanıldığı barədə məlumatı doğruluğuna dair yazışmada, Təqsirləndirilən şəxs tərəfindən həmin suallar cavablandırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X10 və X11 ifadələrinə tənqidi yanaşaraq işin araşdırılan halları ilə üst-üstə düşmədiyinə görə sübut kimi qəbul etmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış eri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyənləşdirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən təqsirəndirilən şəxsin məhkumluğunun olunmaması, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25-27 may 2021-ci il tarxilərində 02 (iki) gün Sumqayıt ŞPİ-nin MSY-də saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 6,098 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 4,907 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd CD Compact disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 72,00 və 66,46 manat, ümumilkdə 138,46 (bir yüz otuz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 30.08.2021-ci il tarixli (iş № 1(060)-608/2021) qərarını icra edərək, 31.08.2021-ci il tarixli orderə əsasən vəkil X16 onun vəkili təyin etmişdir. Müdafiəçi X19 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Təqsirləndirilən şəxs 04.10.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə istintaqı zamanı onun hüquqlarının X19 tərəfindən müdafiə edilməsinən imtina etmiş və məhkəmə istintaqı zamanı onun hüquqlarının Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilməsini xahiş etmişdir. Sumqayıt Regional Vəkil Bürosu Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 04.10.2021-ci il tarixli (iş № 1(060)-608/2021) qərarını icra edərək, 05.10.2021-ci il tarixli, 1250/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 50 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 50 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilən hüquqi yardıma görə cəmi 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Əliyev prospekti, 5-ci məhəllə, 13/34 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 6,098 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 4,907 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd CD Compact disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72,00 və 66,46 manat, ümumilkdə 138,46 (bir yüz otuz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 50 (əlli) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 300 (üç yüz ) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-51/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-51/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver