Məhkəmə qərarları › İş №1(060)-51/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-51/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-51/2025 21.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Diana” restoranında ofisiant işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 73/340 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən, o tamah məqsədi ilə ofisiant kimi işlədiyi Abşeron rayonu, Novxanı qəsəbəsi, Sumqayıt-Novxanı şossesinin kənarında yerləşən “Diana” adlı restorana qumar oynamaq üçün müştərilər Şahid6, Şahid3, Şahid2, Şahid5, Şahid7, Şahid1.X2 və Şahid4 dəvət edib onlara həmin məqsədlə otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirləri görməklə 2023-cü ilin avqust ayının sonlarında istintaqa məlum olmayan tarix və saatda həmin restoranın istintaqla müəyyən edilməyən otağında qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin həmin otaqda pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan qumar oyunları oynamalarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah məqsədilə ofisiant kimi işlədiyi Abşeron rayonu, Novxanı qəsəbəsi, Sumqayıt-Novxanı şossesinin kənarında yerləşən “Diana” adlı restorana qumar oynamaq üçün müştərilər Şahid6, Şahid3, Şahid2, Şahid5, lldırımzadə Rəşad Əhməd oğlu, Şahid1, X2 və Şahid4 dəvət edib onlara həmin məqsədlə otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirləri görməklə 2023-cü ilin sentyabr ayının əvvəllərində istintaqa məlum olmayan tarix və saatda həmin restoranın istintaqla müəyyən edilməyən otağında təkrarən qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin həmin otaqda pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan qumar oyunları oynamalarını təkrarən təşkil edib keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah məqsədilə ofisiant kimi işlədiyi Abşeron rayonu, Novxanı qəsəbəsi, Sumqayıt-Novxanı şossesinin kənarında yerləşən “Diana” adlı restorana qumar oynamaq üçün müştərilər Şahid6, Şahid3, Şahid2, Şahid5, lldırımzadə Rəşad Əhməd oğlu, Şahid1, X2 və Şahid4 dəvət edib onlara həmin məqsədlə otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirləri görməklə 20 sentyabr 2023-cü il tarixdə həmin restoranın 9 nömrəli otağında qumar oyunlarının keçirilməsi üçün təkrarən yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan qumar oyunları oynamalarını təkrarən təşkil edib keçirmiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 21 sentyabr 2023-cü il tarixdə saat 00:40 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində “Diana” adlı restoranın 9 nömrəli otağına Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə baxış keçirilərkən orada müştərilər Şahid6, Şahid3, Şahid2, Şahid5, lldırımzadə Rəşad Əhməd oğlu, Şahid1.X2 və Şahid4 qumar oynamaları müəyyən edilmiş, eləcə də otaqda olan masanın üzərindən qumar oyunlarından əldə edilmiş 2.719 manat məbləğində pul vəsaitləri, qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 04 dəst oyun kartı aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 Şəxsi "xxxx" MMC-nin 08 iyul 2024-cü il tarixli məktubuna əsasən Sumqayıt-Novxanı şossesinin kənarında yerləşən “Diana” restoranın yerləşdiyi ərazi Sumqayıt şəhərinin inzibati hüdudlarına daxil edilmiş əraziyə düşür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Novxanı qəsəbəsində yolun kənarında yerləşən “Diana” restoranında uzun müddətdir ki, ofisiant işləyir. Həmin restoran ailəvi restoran kimi fəaliyyət göstərir, orada heç bir qanunsuz fəaliyyət olmamış və ya heç vaxt qumar oyunları təşkil edilməmişdir. 21 sentyabr 2023-cü il tarixdə restorn fəaliyyətdə olmuş, orada fəaliyyət göstərən 9 nömrəli otaqda da müştətilər olmuşdur. Həmin otaqda olan müştərilərə o xidmət göstərmişdir. Belə ki, onların sifarişlərini qəbul etmiş və gecə saat təxmini 24:00-a bir neçə dəqiqə qalmış hesabı bağlamışlar. Həmin vaxt artıq restoranın bağlanacığını müştərilərə bildirmiş və onların qalxmasını gözləmişdir. Qeyd edilən vaxta kimi otağa girib çıxsa da orada qumar getməsinin şahidi olmamışdır. Bundan sonra otağa girməmiş və müştərilərin çıxmasını gözləmişdir. Bir neçə dəqiqə keçmiş polis əməkdaşları anidən gələrək onun kimliyi ilə maraqlanmış və özünü təqdim etdikdən sonra 9 nömrəli otağa baxış keçirməli olduqlarını bildirmişdir. O da etiraz etmədən onlarla 9 nömrəli otağa daxil olmuşdur. Həmin vaxt orada olan müştərilərin kartla oyun oynamalarını, masanın üzərində oyun kartlarının və pul vəsaitlərinin olmasını görmüşdür. Bundan sonra polis əməkdaşları orada olan şəxslərin kimiliyi ilə maraqlanmış və təkrar videoçəkilişlə baxış olacağını bildirmişdir. Bir neçə dəqiqə sonra video çəkilişlə otağa baxış keçirilmiş, oyun kartları və ortada olan pul vəsaitləri götürülmüşdür. Daha sonra onları Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparmışlar və iki gün saxlamışlar. Həmin idarədə olan vaxt ona hər hansı təsir və ya təzyiq olmasa da ifadələri ilə tanış olmadan imzalamışdır. Həmçinin bildirmişdir ki, həmin vaxt otaqda olan müştəriləri öncədən tanımamış və onlara qumar oynamaları üçün heç vaxt şərait yaratmamışdır. Mobil telefonunda 2023-cü ilin avqust ayında olan qumarla bağlı məsələ isə onun ailəvi məsələsi olmuş, bu işlə heç bir əlaqəsi olmamışdır. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, işdə olan zaman daimi müştərilər restorana gəlmişlər və orada onun təqdim etdiyi kabinetdə əyləşmişlər. Həmin şəxsləri onun işlədiyi restorana gəlib-getdikləri üçün onları tanıyır. Həmin şəxslər kabinetdə yemək yedikdən sonra orada kart oyunları oynamaq istəmişlər. O da həmin şəxslərin kart oynamaları üçün şərait yaratmışdır. O, həmin şəxslərə əvvəllər də 2023-cü ilin avqust ayının sonlarında və sentyabr ayının əvvəllərində qumar oyunları oynamalarını təşkil etmişdir. Onun bu oyunları təşkil etməsindən restoran rəhbərliyinin məlumatı olmamışdır. Bu oyunları o, özü təşkil etmişdir. Qumar oyunları təşkil etdiyi üçün restoranın hesabından əlavə onun özünə də əlavə ödənişlər edilmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qeyd edilən ifadəsi müdafiəçisinin iştirakı ilə video çəkiliş aparılmaqla alınmış və həmin video görüntülər diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması özünün və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, “baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında protokol (video çəkiliş aparılmaqla həyata keçirilmişdir) və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, təxminən 2018-ci ildən etibarən Novxanı qəsəbəsi, Sumqayıt-Novxanı şossesində yerləşən “Diana” adlı ailəvi restoranın müdiri kimi işləmişdir. Restoranda olan işçilərlə əmək müqaviləsi bağlamışdır. Restorana çoxlu sayda müxtəlif şəxslər gəlmişdir. Zöhrab, Zaur, Müşfiq, Qara, Rəşad, Məşədixəlil adlı şəxsləri tanımır. Onun həmin şəxslərlə hər hansı bir münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən gecə saatlarında adlarını qeyd etdiyi şəxslər 9 nömrəli otaqda olduqları zaman DİN-in əməkdaşları içəri daxil olmuşlar və həmin şəxslərin qumar oynadıqlarını aşkar etmişlər. Həmçinin orada masanın üzərindən pul vəsaitləri, oyun kartları aşkar edilmişdir. Aşkar edilmiş əşyalar polis əməkdaşları tərəfindən götürülmüşdür. Onun həmin şəxslərin qumar oynamalarından xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı da o, restoranda olmamışdır. Həmin şəxslərə qumar oynanılması üçün restoranın hər hansı işçisi tərəfindən şərait yaradılmamışdır. Bu orada olan şəxslərdən birinin qurması olmuşdur. Həmin oraqda olan şəxslərə restoranın ofisiantı Təqsirləndirilən şəxs xidmət göstərmiş, lakin sonradan öyrənmişdir ki, qumar məsələsindən həqiqətən də İlkinin xəbəri olmamışdır. O, restoranda ümumi nəzarəti inzibatçı işləyən Şahid9 tapşırmışdır. Oyun kartlarını da qumar oynayan şəxslər özləri ilə gətirmişlər. Restoranda oyunlara icazə verilmir və həmçinin kart da verilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 öz ifadəsində göstərmişdir ki, o, Novxanı qəsəbəsi, Sumqayıt-Novxanı şossesində yerləşən “Diana” restoranında adminstrator, yəni inzibatçı kimi işləyir. Restoranın müdiri Şahid8dur. Restoran rəhbərliyi ilə əmək müqüaviləsi bağlanılmışdır. Adlarını sonradan bildiyi Zöhrab, Zaur, Müşfiq, Rəşad, Qara, Məşədixəlil, Habil və Mübariz adlı şəxsləri tanmır. Həmin şəxsləri ilk dəfə xx.xx.2023-cü ildə görmüşdür. Həmin gün DİN-in əməkdaşları restorana gəlmişlər və 9 nömrəli otaqda qumar oynayan şəxslərin olduğunu görmüşlər. Həmin otaqda olan müştərilərə restoranın ofisantı Təqsirləndirilən şəxs xidmət göstərmiş, lakin İlkinin də qumardan xəbəri olmamışdır. Bu orada qumar oyanayan şəxslərdən birinin qurması olmuşdur. Belə ki, hesab bağlandıqdan sonra İlkindən xəbərsiz qumar oyanmışlar və həmin vaxt dərhal polis əməkdaşları restorana gələrək həmin otağa baxış keçirmişlər. Şahid9 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı qəsəbəsi, Sumqayıt-Novxanı şossesində yerləşən “Diana” restoranında administrator, yəni inzibatçı kimi işləyir. Restoranın müdiri Şahid8dur. Restoran rəhbərliyi ilə əmək müqüaviləsi bağlanılmışdır. Adlarını sonradan bildiyi Zöhrab, Zaur, Müşfiq, Rəşad, Qara, Məşədixəlil, Habil və Mübariz adlı şəxslər onun işlədiyi restoranın daimi müştərilərindəndir. Həmin şəxslər hər dəfə restoranda olarkən yeyib-içmək məclisi təşkil edir, musiqi sifariş edir, əylənirlər. Bir neçə dəfə həmin şəxslər onun işlədiyi restorana gəlib-getmişlər. Lakin o, həmin şəxslərlə ünsiyyətdə olmamışdır. Həmin şəxslərə qulluq edən restoranın ofisiantı Təqsirləndirilən şəxs olmuşdur. Həmin şəxslərlə münasibəti olduğu üçün İlkin həmin şəxslərə daimi qulluq etmişdir. Həmin şəxslər ona ofisiantın yaxşı qulluq etməsi üçün ona 5-10 manat pul vermişdir. O da buna görə həmin şəxslər gələrkən onlara qulluq etməsini İlkinə tapşırmışdır. xx.xx.2023-cü il tarixdə həmin şəxslər restorana yenidən gəlmişlər və restoranda olan kabinetlərin birində əyləşmişlər. Onlara yenə də İlkin özü qulluq etmişdir. O isə inzibatçı olduğu üçün kabinetə daxil olmamış və orada nə baş verdiyini bilməmişdir. Qulluq edən İlkin ancaq həmin kabinetə girib-çıxmışdır. Təxminən saat 00:30 radələrində DİN-in əməkdaşları restorana gəlmişlər. Həmin əməkdaşlar özlərini təqdim edərək kabinetə baxış keçirəcəklərini demişlər. Həmin kabinetə daxil olaraq, qeyd etdiyi müştərilərin orada qumar oyunları oynadığını aşkar etmişlər. Masanın üzərindən pul vəsaitləri, oyun kartları da aşkar edilmişdir. O da polis əməkdaşları tərəfindən keçirilmiş baxışda iştirak etmişdir. Aşkar edilmiş əşyalar polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində göstərmişdir ki, onun Müşfiq, Rəşad, Qara, Zaur adlı şəxslərlə yaxın dostluq əlaqələri var. Bundan başqa orada olan Məşədixəlil onun qardaşı, Zöhrab və Mübariz isə qohumudur. Təxminən 5-6 ilə yaxındır ki, bir-birlərini tanıyırlar. Onlar birlikdə əvvəlcədən razılaşmaqla yeyib-içmək məclisləri təşkil edirlər. Məclislərdə yeyib-içir, musiqilər sifariş verir, əylənirlər. Əyləndikdən sonra bəzən dostları ilə qumar oynadıqları olmuşdur. Novxanı qəsəbəsində yerləşən, “Diana” restoranında isə xx.xx.2023-cü il tarixdə ilk dəfə olmuşlar. Daha öncə həmin restoranda olmamışlar və heç vaxt orada qumar oynamamışlar. Həmçinin bildirmişdir ki, orada işləyən Təqsirləndirilən şəxs ad-soyadlı ofisantı da öncədən tanımamışlar. xx.xx.2023-cü il tarixdə “Diana” restoranının yerləşən kabinetdə dostları ilə-yeyib içmişlər və həmin vaxt heç bir oyun oynamamışlar. Müşviq Viski almağa gedən zaman kart da almışdır. Yeyib-içdikdən və hesabı bağladıqdan sonra otaqda ofisiantdan gizli qumar oyanamışlar. Yenicə başlamışlar ki, polis əməkdaşları otağa daxil olaraq oyun kartlarını və ortada olan pulları götürmüşdür. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ona qarşı hər hansı təsir və ya təzyiq olmasa da ifadələrini oxumadan imzalamışdır və orada da bu məzmunda ifadə vermişdir. Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, onun Müşfiq, Rəşad, Qara, Zaur adlı şəxslərlə yaxın dostluq əlaqələri var. Bundan başqa orada olan Məşədixəlil onun qardaşı, Zöhrab və Mübariz isə qohumudur. Təxminən 5-6 ilə yaxındır ki, bir-birlərini tanıyırlar. Onlar birlikdə əvvəlcədən razılaşmaqla yeyib-içmək məclisləri təşkil edirlər. Məclislərdə yeyib-içir, musiqilər sifariş verir, əylənirlər. Əyləndikdən sonra dostları ilə dəfələrlə qumar oynamışlar. Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən, “Diana” adlı obyektdə də dəfələrlə məclislər təşkil edib, dostları ilə mahnı sifariş verib əylənmişlər. Bunun nəticəsində restoranın ofisiantları arasında yaxın münasibətləri yaranmışdır. Onlara tanışları “Diana” restoranında ofisiant kimi işləyən Təqsirləndirilən şəxs kabinetdə qumar oynamaları üçün şərait yaratmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ’’Diana” restoranının yerləşən kabinetdə bir neçə oyun oynamışlar, o, təxminən 700 manat məbləğə yaxın pul udmuşdur. Onlar oyun kartlarını özləri gətirmişlər, lakin qumar oynamaq üçün şəraiti Təqsirləndirilən şəxs təşkil etmişdir. Bunun müqabilində onlar Təqsirləndirilən şəxs əlavə olaraq 15-20 manat pul vermişlər. Onlar oyun zamanı müxtəlif içkilər yeməklər sifariş etmişlər. Onlar pul ilə kartlarla “Poker” adlı qumar oyunu oynamışlar. Adam sayının çox olmasını nəzərə alaraq növbəli şəkildə oynamışlar. Oyun zamanı gedişləri 40-50 manat məbləğdə puldan başlanılmışdır. Dostlarından bir neçəsi hər dəfə çox miqdarda pul qazanmışdır. Onlar əvvəllər də “Diana” adlı restoranda qumar oynamışlar və onlar üçün şəraiti Təqsirləndirilən şəxs təşkil etmişdir. Lakin həmin tarixlər onun yadında dəqiq qalmamışdır. Onlar əvvəllər 2023-cü ilin avqust ayının sonları və 2023-cü ilin sentyabr ayının əvvəllərində orada qumar oynamışlar. Onlar xx.xx.2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində qumar oynayan zaman DİN-in əməkdaşları içəri daxil olmuşlar kabinetdə qumar oynanıldığını görmüşlər. Polis əməkaşları tərəfindən kabinetə baxış keçirilmiş və videoçəkiliş aparılmışdır. Polis əməkdaşalrı onlara qumar oyunu oynamaqları ilə bağlı suallar vermişlər. Polis əməkdaşları masanın üzərindən pul vəsaitləri və oyun kartları aşkar etmişlər. Aşkar edilmiş əşyalar polis əməkdaşları tərəfindən götürülmüşdür. Onlar çəkiliş zamanı orada yalan ifadə verərək ilk dəfə qumar oyunu oynadıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid7 onlardan öncə ifadə vermiş Şahid6 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr vermişlər. Şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyət yarandığı üçün onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, ifadələrində göstərmişlər ki, onların yaxın dostluq əlaqələri var. Təxminən 5-6 ilə yaxındır ki, bir-birlərini tanıyırlar. Onlar birlikdə əvvəlcədən razılaşmaqla yeyib-içmək məclisləri təşkil edirlər. Məclislərdə yeyib-içir, musiqilər sifariş verir, əylənirlər. Əyləndikdən sonra dostları ilə dəfələrlə qumar oynamışlar. Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən, “Diana” adlı obyektdə də dəfələrlə məclislər təşkil edib, dostları ilə mahnı sifariş verib əylənmişlər. Bunun nəticəsində restoranın ofisiantları arasında yaxın münasibətləri yaranmışdır. Onlara tanışları “Diana” restoranında ofisiant kimi işləyən Təqsirləndirilən şəxs kabinetdə qumar oynamaları üçün şərait yaratmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ’’Diana” restoranının yerləşən kabinetdə bir neçə oyun oynamışlar. Onlar oyun kartlarını özləri gətirmişlər, lakin qumar oynamaq üçün şəraiti Təqsirləndirilən şəxs təşkil etmişdir. Bunun müqabilində onlar Təqsirləndirilən şəxs əlavə olaraq 15-20 manat pul vermişlər. Onlar oyun zamanı müxtəlif içkilər yeməklər sifariş etmişlər. Onlar pul ilə kartlarla “Poker” adlı qumar oyunu oynamışlar. Adam sayının çox olmasını nəzərə alaraq növbəli şəkildə oynamışlar. Oyun zamanı gedişləri 40-50 manat məbləğdə puldan başlanılmışdır. Dostlarından bir neçəsi hər dəfə çox miqdarda pul qazanmışdır. Onlar əvvəllər də “Diana” adlı restoranda qumar oynamışlar və onlar üçün şəraiti Təqsirləndirilən şəxs təşkil etmişdir. Lakin, həmin tarixlər dəqiq yadda qalmamışdır. Onlar əvvəllər 2023-cü ilin avqust ayının sonları və 2023-cü ilin sentyabr ayının əvvəllərində orada qumar oynamışlar. Onlar xx.xx.2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində qumar oynayan zaman DİN-in əməkdaşları içəri daxil olmuşlar kabinetdə qumar oynanıldığını görmüşlər. Polis əməkaşları tərəfindən kabinetə baxış keçirilmiş və videoçəkiliş aparılmışdır. Polis əməkdaşalrı onlara qumar oyunu oynamaqları ilə bağlı suallar vermişlər. Polis əməkdaşları masanın üzərindən pul vəsaitləri və oyun kartları aşkar etmişlər. Aşkar edilmiş əşyalar polis əməkdaşları tərəfindən götürülmüşdür. Onlar çəkiliş zamanı orada yalan ifadə verərək ilk dəfə qumar oyunu oynadıqlarını bildirmişlər. Cinayət işinin 10-11-ci vərəqələrində olan Azərbayca Respublikası DİN-in baş əməliyyat müvəkkili Ələkbər Cəfərov tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçilməsi zəruəti yarandığından Abşeron rayonu, Novxanı qəsəbəsi, Sumqayıt-Novxanı şossesinin kənarında yerləşən “Diana” adlı restorana baxış keçirilməsi, qumar oyunlarını oynayan və qumar oyunları üçün yer təşkil edən şəxslərin müəyyən edilməsi, aşkar edilmiş şəxslərin üzərlərinə, əşyalarına və nqəliyyat vasitələrinə baxış keçirilməsi, maddi sübu əhəmiyyət kəsb edə bilən əşyaların, sənələrin götürüməsi və həmin şəxsləri polis orqanına gətirilməsi qərara alınmışdır. Həmçinin qəbul edilmiş qərarın 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Cinayət işinin 59-61-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Abşeron rayonu, Novxanı qəsəbəsi, Sumqayıt-Novxanı şossesinin kənarında yerləşən “Diana” adlı restoranına baxış keçirilməsi haqqında Azərbayca Respublikası DİN-in baş əməliyyat müvəkkili Ələkbər Cəfərov tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 14-15-ci vərəqələrində olan “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli protokoldan və həmin vaxt qeydə alınmış video görüntülərdən görünür ki, polis əməkdaşları tərəfindən 21 sentyabr 2023-cü il tarixdə saat 00:40 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi, Sumqayıt-Novxanı şossesinin kənarında yerləşən “Diana” adlı restoranın 9 nömrəli otağına ofisiant Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə baxış keçirilmiş, keçirilən zaman otaqda müştərilərin qumar oyunu oynamaları müəyyən edilmiş və həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 2719 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 04 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. Görüntülərdən həmçinin görünür ki, qumar oyanayan şəxslər orada ilk dəfədir ki, qumar oyandıqlarını, daha öncə orada deyil, başqa yerdə qumar oynadıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs görüntülərdə qumar oynanmasına şərait yaratmasını qeyd etsə də, müşərilərdən cəmi 5 manat pul aldığını, həmin pulu isə xidmət göstərməyə görə aldığını qeyd edir. Görüntülərdə Şahid9 restoranda qumar oyanılmasından xəbərsiz olduğunu qeyd etmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “Redmi” markalı mobil telefona baxış keçirilmiş, telefonda olan “Whatsapp” proqram təminatında “Elvin” adla qeydə alınmış +99455 *** ** ** nömrəli abunəçiyə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:02-də “Mənim Sevincə demediklərimi anam da deyib, harda qumar oynamışam, harda nə etmişəm, siz bulara deyirsiz ki, məni sevincin gözündən salasız”. Məzmunlu SMS yazmışdır. “Sevincim” adı ilə qeydiyyata alınmış +99470 ***-**-** nömrəli abunəçidən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:56-da “İndi də sənin qumar oynamağını sübut edəcəklər” məzmunlu SMS daxil olmuşdur. “Sevincim” adı ilə qeydiyyata alınmış +99470 ***-**-** nömrəli abunəçidən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:58-də “Səni qumarınan başıma qaxırlar” məzmunlu SMS daxil olmuşdur. “Sevincim” adı ilə qeydiyyata alınmış +99470 ***-**-** nömrəli abunəçidən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02:25-də “Qumar oynayıram aldadır” məzmunlu SMS daxil olmuşdur. “Sevincim” adı ilə qeydiyyata alınmış +99470 ***-**-** nömrəli abunəçidən Təqsirləndirilən şəxs 31,08.2023-cü il tarixdə saat 8:56-da “Sən İlkinə mən 50 manat pul verdim ki apar krediti ödə, getdin qumar oynadın” məzmunlu SMS daxil olmuşdur. “Sevincim” adı ilə qeydiyyata alınmış +99470 ***-**-** nömrəli abunəçidən Təqsirləndirilən şəxs 31,08.2023-cü il tarixdə saat 09:23-də “5 aydı başa düşmüşəm ki, sənə ailə yox qumar lazımdır” məzmunlu SMS daxil olmuşdur. Cinayət işinin 139-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 111-117-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, baxış keçirilməsi və əşyaların götürülməsi zamanı çəkilmiş video görüntülər olan 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmçinin baxış zamanı otaqdan aşkar edilmiş qumar oyunlarından əldə edilmiş 2.719 (iki min yeddi yüz on doqquz) manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 04 dəst oyun kartı, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış, 04 dəst oyun kartı, bir ədəd “Redmi” markalı mobil telefon Azərbaycan Respublikası DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanılması kamerasına və 2.719 (iki min yeddi yüz on doqquz) manat məbləğində pul vəsaiti isə Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmişdir. Cinayət işinin 219-cu vərəqəsində olan Abşeron RPİ X9 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt-Novxanı şossesinin kənarında yerləşən “Diana” restoranı Sumqayıt şəhərinin inzibati ərazisində yerləşir. Cinayət işinin 100-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var. (xx.xx.2013-cü il təvəllüdlü). Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhəri 1 nömrəli şəhər xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Forma 88 arayışından görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı diaqnoz qoyulmuşdur: İ20.8 ÜİX ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, İİİ f.s.Postinfarkt kardioskleroz, konorar angioplastikadan sonrakı vəziyyət. Arterial hipertenziya İ dərəcə, çox yüksək əlavə risk, XÜÇ-İİİ f.s. Qeyd edilən arayışda həmçinin göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəstəliyinə görə 2024-cü ilin mart, aprel, may və sentyabr aylarında stasionar müalicələr almışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs tamah məqsədi ilə təkrarən qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidlərin verdikləri ziddiyətli ifadələr, baxış və götürmə aparılması zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 244-1.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin məhkəmə isitntaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrini iş üzrə digər sübutlarla birgə tədqiq edərək hesab edir ki, onların məhkəmə isitntaqı zamanı verdikləri ifadələri deyil, ibtidai istintaq zamanı verdikləri ifadələri iş üzrə mötəbər sübut kimi qiymətləndirilməli və ittihamın sübut edilməsində mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini tanış olmadan imzaladığını bildirsə də müəyyən edilmişdir ki, o ibtidai istintaq zamanı video çəkiliş aparılmaqla ifadə vermiş və özünü tam təqsirli bilmişdir. Həmin vaxt ona hər hansı təsir və ya təzyiq olmamışdır. Bu halı təqsirləndirilən şəxs özü də təsdiq etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, şahidlərin ibtidai istintaq zamanı ifadələrində göstərdikləri xüsusatlar işin digər halları ilə öz təsdiqini tapsa da, onların məhkəmə istintaqı zamanı verdikləri ifadələri kifayət qədər ziddiyyətli, işin halları ilə eynilik təşkil etməyən və biri-digərini tamamlamayan məzmunda olmuşdur. Şahidlərin də hər biri bildirmişdir ki, ibtidai istintaq zamanı onlara qarşı hər hansı təsir və ya təzyiq olmamışdır. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş ittiham tərəfinin təqdim etdiyi sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında verdiyi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 244-1.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-in 244-1.2.1-ci maddəsinə əsasən qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama təkrar törədildikdə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini, bir azyaşlı uşağının olmasını və ürəyin işemik xəstəliyindən əziyət çəkməsini, buna görə il ərzində bir neçə dəfə stasionar müalicələr almasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti tamah məqsədi ilə törətməsini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 244-1.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 73/340 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 04 dəst oyun kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Redmi” markalı mobil telefon ona qaytarılmalı, baxış keçirilməsi və əşyaların götürülməsi zamanı çəkilmiş video görüntülər olan 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan baxış zamanı otaqdan aşkar edilmiş qumar oyunlarından əldə edilmiş 2.719 (iki min yeddi yüz on doqquz) manat məbləğində pul vəsaiti xüsusi müsadirə edilərək dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 44 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 73/340 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 04 (dörd) dəst oyun kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan baxış zamanı aşkar edilmiş qumar oyunlarından əldə edilmiş 2.719 (iki min yeddi yüz on doqquz) manat məbləğində pul vəsaiti xüsusi müsadirə edilərək dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 44 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar